1983 dəfə oxunub

İordaniya bələdçisi

Ammandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Çox saylı istəkləri nəzərə alıb İordaniya ilə bağlı təcrübəmi paylaşmağı qərara aldım...

Əvvəla bu qrupun üzvlərinə lazımı məlumatları paylaşdıqları üçün xüsusi minnətdarlığımı bildirirəm. Səyahətimi başlamazdan əvvəl çox faydası olmuşdu.

İordaniya Krallığı...
Yaxın Şərq.. Asiya... Yerin Marsı...
Tamamilə yadda qalan və fantastik bir təcrübə...

Belə ki,
əgər uçduğunuz ilk şəhər Aqaba olacaqsa viza Azərbaycan vətəndaşlarına hava limanında pulsuz verilir. Mənə hətta multiple (çoxtərəfli) verilmişdi.

53356759_2159097031069000_1760203350248259584_n

Jordan Pass almaqla ölkədə 40 atraksiona giriş əldə edirsiniz. (Bu haqda daha etrafli melumat internetde qeyd olunub). Amma, zənnimcə qeyd olunan atraksionların əksəriyyəti mənasızdı. Çünki, elə muzeylər var ki, Jordan Pass -a daxil deyil. Ona görə də Jordan Pass-a ən azı 70 dinar ödəməyin. İordaniya Krallığı sözün əsl mənasında daşdan belə pul çıxarır. (Petrada rəngli daşları süxürlardan kəsib satdıqları kimi...) Bəzi məscidlərə belə giriş pulludur. Məscidə girmək istəsəniz müsəlman olduğunuzu bildirin. (Dini inancınız olmasa belə )

???? Petraya 1 gün üçün giriş 50 dinardır. İnternetdə yazılıb ki, 2-3 gün lazımdır. Mən səhər 7-də daxil oldum, axşam 6-ya qədər hər şeyi gördüm. Istəsəniz 17 dinar ödəməklə Petranı axşam saat 8-dən sonra da görməyə gedə bilərsiniz. Qarşısını şamlarla bəzəyirlər.
Növbəti günü "Little Petra" üçün ayırın. Giriş pulsuzdur. Şəhərdən 10 km şimalda yerləşir. Taksi, turlara qoşulmaqla gedə bilərsiniz. Və ya mənim kimi xərciniz çıxmasını istəmirsinizsə avtostop edərək gedə bilərsiniz. İnandırım sizi ki, maraqlı təəssüratlarınız olacaq.

53399074_2159096961069007_829333059298918400_n

???? 8000 il tarixə sahib paytaxt Amman şəhərində çox da görməli bir şey yoxdur. Cittadel, Roman teatrını gördükdən sonra King Abdullah I məscidinə ziyarət edib, göydələnlərlə dolu müasir Ammanda özünüzü fərqli yerdə hiss edəcəksiniz. Petra və Aqaba şəhərlərinə nisbətdə ucuzluqdur.

???? Coğrafiya kitabında adı ilə rastlaşdığınız dünya okeanından duzluluq səviyyəsinə görə 9 dəfə artıq olan Ölü dənizə daxil olub batmamağa inanmaq deyil də, şahidi olmaq istəyirsinizsə, bir neçə yolunuz var: maşın icarəyə götürmək; və ya taksi tutmaqla gedə bilərsiniz; Ya da Ammanda yerləşən Mujahideen avtobus stansiyasından Al-Ram şəhərinə 1 dinar ödəməklə gəlib, oradan da Ölü dənizə taksi tutaraq az miqdarda pul xərcləyərək. Biz 3 nəfərə 5 dinar ödədik taksi üçün. Ödənişli və pulsuz çimərliklər var. 5 dəqiqəlik suya girmək üçün pul xərcləməyə dəymir, məncə. Ölü dəniz ətrafındakı palçıqdan bədəninizə çəkin, çox xeyirlidir. Dənizə girəndə gözünüzdən ehtiyatlı olun.
Gedən zaman özünüzlə şirin su götürməyi unutmayın. Dəriniz quruyandan sonra bədəninizin bəzi hissələri acışacaq.

53347598_2159097111068992_3388237397018804224_n

???? Ammandan 1 saatlıq cənubda yerləşən Madaba şəhərindən Mount Nebo (Nəba dağı) adlanan əraziyə getməklə Musa peyğəmbərin vəfat etdiyi və Bibliyada adı çəkilən Allah tərəfindən yəhudilərə "vəd olunan" torpaqları ziyarət etmiş olacaqsınız. Giriş 2 dinardır.
Madabadan oraya avtobus getmir. Taksi və ya hitchiking....

???? Tarixə marağınız çoxdursa Ammandan şimalda yerləşən Jerash şəhərinə getməklə qədim Roman şəhərinin qalıqları ilə tanış ola bilərsiniz. Giriş haqqı 10 dinardır.

???? Aqaba şəhəri yaxınlığında Wadi Ruma gedə bilərsiniz. Yerin Marsı adlandırırlar həmin ərazini. Giriş 5 dinar. Amma ayaqla gəzmək mümkün deyil. Azmaq riski (99%), səhrada əqrəb və ilan, bundan əlavə gecələr son dərəcə soyuq olur. Ona görə ciplərdən birini götürməli olacaqsınız.

???? Azad iqtisadi şəhər hesab edilən Aqabada Hind okeanı, Qırmızı dəniz sahilindən 3-4 km məsafədə görünən İzrailin gecələr qızıla bürünən Eliat şəhərinə baxmaqdan zövq alacaqsınız.

Temperatur ölkə daxili çox fərqlənir. Petrada gündüz hava isti, gecələr çox soyuq olur. İsti paltar (jaket, kurtka, vetrofka) götürün.

Aqabada temperatur çox isti olur. Təmiz dəniz havası. Ammanda temperatur indi yaz havası kimidir. Bəzən isti, bəzən soyuq və yağıntılı.. Ölü dənizdə suyun da, havanın da temperaturu xeyli isti idi.

 Qiymətlər çox bahadır. Ölkədə qıtlıq olduğundan yeyinti məhsulları və s. xarici ölkələrdən gətrilir. Bundan başqa da turist görəndə gözlərinə dinar kimi görünəcəksiniz.
Necə deyəllər, İordaniyanın əsas nefti turizmdir.
Sizdən son dərəcə istifadə etməyə çalışacaqlar.
Ölkədə monopoliya çox güclüdür. Dövlət də, yerli xalq da insandan istifadə etməyə çalışır. Bəzən elə situasiya ilə rastlaşırsınız ki, onlar deyənlə razılaşıb, mövcud vəziyyətlə barışmalı olursunuz.
Qiymətlər son dərəcə şişirdilmiş formadadır. Marketlərdə qiymətlər qeyd olunmadığından turistlərə fərqli qiymət oxuyurlar. Bəzən restoranda yemək daha sərfəli başa gəlir.

Arada qarşınıza insaflı, (atış gəlməyə çalışmayan) ərəblər də çıxacaq. 

Sonda qeyd edim ki, İordaniya həqiqətən unikal ölkədir. Gəzməyə dəyər. Hətta ölməzdən əvvəl gəzilməli ölkələrdən biridir, deyərdim.
Ümidvaram qeyd etdiyim məlumatlar kiməsə faydalı olacaq. Səyahət planlaşdırdığınız və ya səyahətdə olduğunuz zaman əlavə suallarınız yaranarsa istənilən vaxt əlaqə yarada bilərsiniz. 
03.03.2019.

Sevgilərlə....

Rəcəb Səfərov.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Safarov

DİGƏR BLOQLAR

Səyahət üçün lazımlı saytlar

Səyahət üçün köməyinizə çatacaq saytlar.HopperBu proqram uçuş qiymətlərini izləyir və indi satın almaq və ya gözləməyin sərfəli olub olmadığına dair məsləhətləri verir. Eyni zamanda qiymətin nə zaman artacağı ilə bağlı da təxmini tarixləri verir.Hotel TonightDeyək ki, siz bir yerə səyahət edərkən tutduğunuz otellə bağlı problem yarandı və çöldə qaldınız. Bu sayt vasitəsi ilə həmin gün üçün çox sərfəli endirimlə rezervasiya edə bilərsiniz. Təbii ki, ən yaxşı endirimləri həmin gün edilən rezervasiyalar üçün edirlər.Lonely PlanetSəyahət edərkən getdiyiniz yerdə nəyi görəcəyinizi və nə edəcəyinizi bilmək üçün istifadə edə bilərsiniz. Eyni zamanda üçüncü tərəflərin səyahət təcrübələrini və tövsiyələrini təqdim edir.Roomer TravelOtel rezervasiya etdiniz və hər hansı bir səbəbdən gedə bilmirsiniz və rezervasiyanı da artıq ləğv edə bilmirsinizsə, bu saytın köməyi ilə onu digər müştərilərə satıb pulunuzu xilas edə bilərsiniz.FLIOFLIO ilə uzun bir tranzit gözləmə və ya uçuş gecikməsi zamanı faydalanın. Hava limanında təklif olunan xidmətlər, Wi-Fi şəbəkələri, mövcud zallar, ictimai nəqliyyat vasitələri və yeyib- içmək üçün uyğun restoranlarla bağlı məlumatlar toplanır.GasBuddyBu proqram maşınla səyahət edənlərin yol boyu harada və hansı qiymətə yanacaq doldura biləcəkləri ilə bağlı məlumatları verir. Proqram Amerika, Kanada və Avstraliyada keçərlidir.TripItBu sayt emailinizə gələn səyahət məlumatlarını avtomatik olaraq tərtib edir. TripIt uçuş, otel, kirayə avtomobil rezervasyonları və hətta restoran rezervasyonları üçün vacib detalları tapır, sonra isə onları tez əldə edəsiniz deyə bir yerə toplayır.ViatorBu sayt sizə gündəlik turlardan, gəzintilərdən həftəlik səyahətlərə qədər təşkil olunan eventlər barədə məlumatlar verir. Üstəlik transport da bura daxildir.WanderuƏsasən avtobus və qatar səyahətlərini axtarmaq üçün bu sayt yaxşı seçimdir.XE CurrencyGetdiyiniz hər yerdə offline olaraq valyuta konvertasiyası üçün istifadə edə biləcəyiniz ən yaxşı saytlardan başlıcasıdır.IExitBu proqram sizə maşınla səyahət zamanı yolunuzun üstündəki vacib restoran, yanacaq doldurma yeri, bankomat və s. kimi yerlərin olub olmadığını göstərir. Müəyyən bir restoran zənciri və ya istədiyiniz digər xidmətlər varsa, onu qeyd edə bilərsiniz və iExit marşrutunuzda olub olmadığını sizə xəbər verəcəkdir.Bunlardan əlavə bildiyiniz kimi, otel, hostel, ev və s. tipli yerlər rezervasiya etmək üçün ən yaxşı saytlar Booking, Tripadvisor və Airbnb – dir.Uçuş biletlərini qiymətlərə uyğun axtarmaq üçün Skyscanner əla tövsiyədir.Blablacar maşınla səyahət edənlərin sizi də münasib qiymətlərə getdikləri istiqamətə aparmağı təklif etdikləri saytdır.Eyni zamanda pulsuz olaraq gecələmək üçün Couchsurfing-dən istifadə edə bilərsiniz.Və getdiyiniz yerlərdə yerli taksilərdən aldadılmaqdan çəkinib güvənli taksi xidməti istəsəniz Uber köməyinizə çatacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Heydarli‎ 

2319 dəfə oxunub

700 dollara Avropaya 21 günlük səfər

Dostlar, söz verdiyim 21 gün Avropa səfərimin detallarını yazmağa çalışacam. Əvvəla qeyd edim ki, ümumilikdə 700 dollar xərcim çıxıb. Buna bütün biletlər, sənədləşmə, qalacaq yerlər və yemək daxildir.  Çexiya, Polşa, Slovakiya, Avstriya, Macaristandan və gediş-gəliş yeri Gürcüstandakı şəhərlər də daxil olmaqla 12 şəhərdə oldum. Bu barədə deyiləcək sözlər çox olacağına görə  hissə-hissə paylaşmağı düşünürəm. Gəlin başlayaq. Necə oldu ki, bu səfəri etmək qərarına gəldim?Avropaya getmək həmişəki arzum olub, əvvəllər bir neçə dəfə Gürcüstan, Türkiyə, Belorusiya və UK də olmuşam amma bunların hamısına qrup şəklində ən az 5 nəfər ilə və hər şey planlaşdırılmış şəkildə getmişəm. Müxtəlif təlimlər, seminarlar və s hər zaman təşkilatçılar tərəfindən hər bir detalına qədər planlaşdırılıb. Amma bu dəfə elə olmadı.Polşanın Poznan şəhərində yerləşən Adam Mickieviç universiteti və Amerikanın Stonybrook universitetinin ortaq layihəsi olan  ‘News Literacy’ yəni Media savadlılığı təlimində iştirak haqqı qazandım. (Layihə haqqında ətraflı məlumat yaxud necə seçilməyimi bilmək istəyirsizsə, şərh böməsində qeyd edərsiniz, əlavə post paylaşaram)  Layihə 8-12 iyul 2018 ci il tarixlərində Poznan şəhərində keçirilirdi. Və mən təşkilatçılardan xahiş etdim ki, dəvət məktubumdakı günləri bir az daha uzun göstərsinlər ki, mən başqa ölkələri də gəzə bilim. Visa üçün müraciət edən zaman bir çöx sənədlər tələb olunur ki, bunlardan başlıcası qalacağın yer ilə bağlı yerdi. (Burdan Visa ilə bağlı mövzulara girsəm yenidən mövzu uzanacaq deyə maraqlıdısa sizə əgər visa proseduru şərhlərdə qeyd edərsiz, əlavə bir post da o barədə paylaşaram)Uzun sözün qısası, vizamı 21 günlük aldım və səfərimə hazırlaşmağa başladım. Mən seçilmək xəbərimi eşidən kimi ilk etdiyim iş bilet almalq idi ki, bu da səhvdir, diqqətinizdə olsun belə etməyin. Xüsusilə Wizzair kimi loW cost uçuşları çox ucuz olduğuna görə bileti aldıqdan sonra qaytarmaq mümkün deyil. Bakıdan Polşaya birbaşa uçuş baha olduğuna görə mən Gürcüstanın Kutaisi şəhərindən getməyi seçdim. Kutaisi- Praqa biletini 80$ a 3 iyul tarixinə aldım. Ona görə dəvət məktubu və visa məsələlərini bu tarixə uyğunlaşdırmaq üçün bir balaca çətinlik çəkmişdim, amma xoşbəxtlikdən  bütün problemlərhəll oldu. ^_^3 iyul- 21 iyul tarixlərində Şengen zonasında aşağıdakı şəhərlərdə oldumPraqaBrnoPoznanGdanskSopotWroclawBratislavaVyanaBudapeşt+Tbilisi, Kutaisi, BatumiMənə görə səfərin ən çətin tərəfi planlaşdırma hissəsidir. Hər bir sənədin düşünülməsi, vaxtın düzgün bölünməsi, transportlar arası vaxtın əlaqələndirilməsi, qalacaq yerlərin tapılması və s. Qısaca belə ucuz səhayətimin altında yatan əsas tipsləri qeyd edim.Yalnız uzun məsafədəki səhayəti təyyarə ilə etdim. Gürcüstan- Çexiya ( 80$), Macarıstan- Gürcüstan( 70$) olmaqla 150 $Çoox nadir hallarda restoranda yemək yedim. Əsasən fast food, yolüstü atışdırmalıq qidalar, və mağazadan alıb evdə bişirməklə yemək yeyirdim.Qaldığım yerlərin əksəriyyəti şəhərlərdəki dost-tanış, bəzi hallarda isə Couchsurfing saytından tapdığım hostların evində qaldım. Cəmi iki gün hosteldə qaldım. Birinci Tiflisdə, ikinci isə Praqadakı couchsurfingdəki hostum hosteldə işdə oluğu üçün bir gecəsinə 15 avro verdim. O 15 avronu hələ də unuda bilmirəm ))Alış-veriş həvəskarı olduğum üçün bəzən çox çətinlik çəksəm də, lazım olmayan geyim və s. uzaq dursanız, əmin olun daha az xərciniz çıxacaq.Bilet aldıqda diqqətli olun. Avtobusa geciksəniz əlavə xərc çıxır, Wizzair üçün əvvəlcədən özünüz check-in etməlisiz. Səyahət boyunca etdiyim ən böyük səhvlərdən biri də bunu unutmağımdır. Macaristan- Kutaisi təyyarısinə qaça-qaça çatdıqca məlum oldu ki, bir gün öncədən online check in etməyi unutmuşam və əlavə 45 avro ödəməliyəm buna görə. Gedəcəyim son nöqtə olduğuna görə cibimdə cəmi 10 dollar qalmışdı və dostum orda olmasa yəgin ki, ödəyə bilməyəcəkdim uçuşu itirəcəkdim və növbəti gün visa-dan əlavə bir gün qaldığım üçün deportasiya olacaqdım. Bunları orda işləyən operatora nə qədər izah etdimsə də, dinləmədi və tam Kərəmi ağlamaq tutmuşdu ki, Budapeştdəki dostum xilas etdi. Sözümün canı odur ki, online check-in etməyi unutmayın, imkan varsa üstünüzdə əlavə pul saxlayın, və yaxşı dostlarınız yanınızda olsun hər zaman ))Hələ ki, deyəcəklərim bu qədər. Növbəti postda, səfərin Bakı -Tiflis hissəsindən başlayacam yazmağa ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulker Eldarqizi 

1102 dəfə oxunub

5 aylıq uşaqla Karib Səyahəti

5 aylıq uşaqla Karib Səyahəti necə olar? 5 ay əvvələ kimi belə bir post yazacağım ağlıma gəlməzdi.Bu Yeni ilə siz də məni bağışdıyun, evdəkilərnən Karibə getməyə qərar verdik. 5 aylıq uşaqla 16.5 saat Dubay – Mayami və 14 saat geriyə olan əsas uçuşlarımız idi. Ümumi cəmdə 40 saata yaxın uçuşlarda olduq.Səyahət Ölkələri: ABŞ (Mayami), Puerto Riko, British Virgin və Dominikan Respublikası oldu.Viza: Tək ABŞ vizası bütün ölkələr üçün kifayətdir. Mən və yoldaşımda son 3 ildə aktiv B1/B2 vizamız olduğu üçün onlayn problemsiz uzadırdıq amma ortaya bir vizasız uşaq çıxdı. Hansıki, son 3 ildə nəinki vizası, heç özü də olmamışdı. Bu hal üçün adını reklam xarakterli olduğu çəkmədiyim viza şirkəti konsulluğa mənim adımdan yaxşı bir məktub yazdı və sağolsun konsulluq əməkdaşları, uşaq üçün də yer açdılar və vizaları aldıq.Biletlər: Dubay-Mayami-Dubay biletini Emirates ilə gözlədiyimdən 2 qat ucuz qiymətə 634 Dollara aldıq. Normalda bu bilet 1200 dollar ətrafı olur. Bileti uşaqlı aldıq deyə, Emirates ilk sıranı pulsuz verdi. Uşaq üçünsə, xüsusi yataq quraşdırır. Uşaq elə bil First Classda gedir. Emirates ürəhdir!Karib adaları arasındakı uçuşları isə loukosterlərlə etdik və hər uçuş təxmini adambaşı 100 dollara başa gəldi.Otellər: Dominikan xaric hamısı baha başa gəldi. Mayami və Puerto Rikoda Yeni İl günlərinə düşdüyü üçün çox baha oldu. Günlük 250 Dollar+. British Virginin isə normal vəziyyəti də elə bahadır, ona görə guya ki, daha ucuz olan Airbnb ilə kotec tutduq. Ora da bir Nivanın pulunu qoyduq. Aralarında ən budget-friendly olan Dominikan Respublikası oldu. Santo Domingoda tam mərkəzdə 2 queen bedli geniş bir otağa günlük təxmini 95 Dollar ödədik. Punta Kanada isə limitsiz içki və yemək daxil olan super cool bir otelə (Bavaro Hotel Group) ailəlikcə kotec üçün 250 dollar ətrafında bir məbləğ ödədik.Ölkələri analizi:Mayami – düşünürəm ki, hamının “must see” listində olmağa layiq şəhərdir. Əsas görməli yerləri Miami Beach (GTA Vice City oynayanlar yaxşı xatırlayar o küçələri), Design District və tamamilə Kubanı xatırladan Calle Ocho – Little Havanadır.Puerto Riko – Mənə Kubanın tam təmirli versiyası kimi təsir bağışladı. Maraqlıdır, gözəldir amma ucuz deyil. Büdcəni nəzərə alın. Özlərini ABŞ-ın 52-ci ştatı sayırlar və US passportları var.British Virgin – Bura gizli cənnətdir. Gələn azdır və əksəriyyət yaxtalarla və kruizlərlə gəlir. Həm təhlükəsizlik, həm qiymətlər yüksək səviyyədədir.Dominikan Respublikası – mən çox sevdim. Müstəqil ölkədir, ucuzluqdur. Santo Domingo tarixi, Punta Kana istirahət, çimərlik mərkəzidir. Santo Domingo Kolumbun ailəsi ilə birgə Amerikalarda ilk məskən saldığı yerlər olub və oğlu uzun müddət burada yaşayıb. Bütün Amerikaların ilk pabı (1505-ci ildə salınıb) məhz bu şəhərdədir. Punta Kana isə “all inclusive” gözəl otelləri ilə ad qazanıb.Hər ikisinə getməyə dəyər. Oteldə Santo Domingodan Punta Kanaya transfer qiyməti 180 dollar dedilər. Açdım, UBER sifariş etdim, 100 dollara çatdırdı bizi. Nəzərə alın.Uşaqla səyahətin çətinlikləri? 1. “Təyyarədə səs-küy salıb, hamını narahat edər” deyib, uşaqlarını bu yaşlarda səyahətlərə aparmayan yüzlərlə valideyn var. Ala, kef edin! Sizə uşağınız dəyərlidir, yoxsa təyyarədə olan həyatda bir daha rastlaşmayacağınız insanlar?! Sizə deyim ki, xaricilər bu mövzuda çox etikdirlər və uşağın ağlamasına sifət etmirlər.2. Uşağın yeməyi? 6 qab smes aparmışdıq 15 günlük səyahət üçün) Hamısını məhv etdi) Mən şəxsən uşaqla səyahətdən zövq aldım və davamlı edəcəm! P.S 5 aylıq oğlum Pamirin səyahətlərini Instagramda izləyə bilərsiniz. @pamir.aghayev Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Baba Aghayev

1598 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!