3516 dəfə oxunub

Amalfi sahilləri - Positano bələdçisi

Ona İtaliyanın ən romantik qəsəbəsi də deyirlər. Bəli, söhbət Amalfi sahillərində yerləşən Positanodan gedir. Positanoya həm Romadan, həm də Napolidən getmək mümkündür.



Mən Napolidən getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə dolub-daşan zibil yeşikləri, üfunət qoxusu - Napolidən mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.

Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Napoli olduğunu bilirsiniz. Bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli olduq. Pizzanın vətəni olan Napolidə nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.




Rəng, qoxu, huzur...

Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...



“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.
Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.

Positano paytaxtı Napoli olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.



Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan, iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır.

Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...

Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...




Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano. Əzəmətli qübbəsi ilə seçilən “Majolica” kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: ‎‎Rena Karimova

DİGƏR BLOQLAR

Gəzəyən məsləhəti - Baltikyanı ölkələr

Salam gözəl insanlar, karantinə görə artıq iki Avropa səyahət planım pozulub deyə, acığa mən də bahalı Amerika,Asiya planları qurmağa başlamışam????Karantindən əvvəlki həyatımda bir lowcost səyahətçi olaraq ən ucuuuuz başa gələn Pribaltika səyahətimi bölüşmək istəyirəm????Soxaya qalmış 2020-ci ili qarşılamağa getmişdik ????????‍♀️Nəqliyyat????Kutaisi-Varşava(29.12.19)-19€(wizzair)????Varşava-Praqa (30.12.19)-24€(flixbus)????Praqa-Riga(01.01.20)-16€(ryair)????Riga-Tallin(03.01.20)-21€(ecolines)????Tallin-Vilnius(03.01.20)-19€(ecolines)????Vilnius-Varşava(04.01.20)16€(ecoline)????Varşava-Kutaisi(05.01.20)28€(wizzair)Gecələmə????Varşava-Airbnb 16€ "Old Town Bed&Breakfast Miodowa 12”(2 gecəsi)????Praqa-Booking 35 € (1 gecə)????Riga-Airbnb 34 € “New Modern Cosy Room in City Center” (2 gecəsi)????Ümumi xərclər- 143€+85€=228€????Varşava-günəş olsa, hava günorta saat 2də qaralmasa, möhtəşəm parkları yaşıllıq olsa əslində gözəldi???? Bir sözlə yayda yenə gedəcəm????????Praqa-ən sevdiyim şəhərlərdəndi, ona görə "möhtəşəm" yeni ilimizi qarşılamaq üçün ikinci dəfə yenə getdim və Charles körpüsündəki atəşfəşanlıqdan salamat çıxdığımıza görə şükür edirdik,sən demə o günlər yaxşı günlərimiz imiş????Hər şeyə rəğmən Praqanın özünəməxsus ruhunu sevirəm????????Riga-balaca,şirin,dadlı yeməkləri, içkiləri olan "köç gəl burdaca yaşa" deyən bir şəhər oldu???? çox xırda (oxu:böyük) bir problemimiz var-çox soyuq olur və günəş yoxdu???? Razılığa gələ bilsək hava şəraiti ilə bağlı qovuşacağıq????????Tallin- Helsinkidən iki gözəl rəfiqəm Ylkär və Ulfat gəldiyi üçün şəhəri bir yerdə "kəşf etdik". Başımız möhtəşəm söhbətə qarışdığı üçün hər yeri gəzdik amma mənim yadımda şəhər yox, ancaq Eston mətbəxinin gözəl maral əti steyki və Salmon balığı supu yadımda qalıb???????Vilnius-şəhərin bütün arxitekturası, memarlıq abidələri ən sevdiyim açıq rənglərdə (mavi, çəhrayı, boz) olduğu üçün mən sevdim???? Amma məncə bir günlük şəhərdi, dadını çıxara çıxara gəzmək istəsəm maximum 2 gün ola bilər. Pribaltika üzrə ən ucuz şəhər Vilnius idi,məncə.Pribaltika gözəldi, amma yayda daha gözəl ola bilərdi???? Günəş sevənlərin nəzərinə sərhədlər açılsa gələn il yayda gedin????, az büdcə ilə çox əntiqə gəzmək olar.Ümid edirəm az da olsa nəsə paylaşıb motivasiya verə bildim????Mexico, Kuba, Havana postlarında görüşənədək, sevgi ilə qalınƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hilal Abdullayeva‎

3593 dəfə oxunub

ABŞ turistik vizası necə alınır?

ABŞ turistik vizası necə alınır?Əvvəlcə aşağıdakı link vasitəsilə “DS-160” yəni onlayn ərizəyə keçid edirik.Link: https://ceac.state.gov/genniv/SELECT ONE hissəssində “Azerbaijan” seçirik. Enter the code as shown: Burada böyük şriftlərlə yazılmış təhlükəsizlik kodunu daxil edirik. Sonra əvvəlcədən komputerimizdəki şəkilimizi əlavə edirik (Test Photo Photo Standard Guide).Daha sonra “start application” seçirik. Aşağıda “I agree”-yəni “mən razıyam” hissəsini seçərək təsdiq edirik.Yeni səhifə açılır. Burada suallardan birini seçirik və aşağıda onun cavabını yazırıq.Nümunə. Sual: Uşaqlıq dostunuzun adı.Cavab: Hacı SurxaySonra “continiue” yəni davam etməyi seçirik və növbəti hissəyə keçid edirik.Burada ad, soyad, cinsiyyət, ailə vəziyyəti, doğum tarixi, anadan olduğumuz yeri yazdıqdan sonra “next personal 2” hissəsinə keçid edirik.Burada “Country/Region of Origin (Nationality)” sualına Azerbaijan cavabını yazırıq. Digər iki suala “no” yazıb keçirik. National Identification Number sualına ş/v nömrəsini yazırıq. Digər iki suala“no” yazıb keçirik. Next Travel düyməsini seçərək növbəti hissəyə keçid edirik.Sual: Purpose of Trip to the U.S.Cavab: TEMP. BUSINESS PLEASURE VISITOR (B)Sual: Specify:Cavab: BUSINESS & TOURISM (TEMPORARY VISITOR) (B1/B2)Sual:Have you made specific travel plans?Cavab: YESSonra təyyarə bileti bronu və hotel rezervasiyaları məlumatlarını daxil edirik.Sonra “next Travel Companions Information” hissəsinə keçid edirik.Burada “Are there other persons traveling with you?” sualına “no” cavabını yzaraq növbəti hissəyə keçid edirik.”Previous U.S. Travel Information” hissəsində bütün suallara no cavabını yzaraq növbəti hissəyə keçid edirik. Burada ünvanlarımızı, telefon nömrələrimizi və sosial şəbəkə hesablarımızı yzaraq “Passport Information” hissəsinə keçid edirik.Sual: Passport/Travel Document TypeCavab: RegularSual: Passport/Travel Document NumberCavab: C0……..Sual: Passport Book NumberCavab: Does not applySonra passport məlumatlarımızı daxil edərək “U.S. Point of Contact Information” hissəsinə keçid edirik.Burada ABŞ-da qalacağımız hotelin məlumatlarını daxil edirik.Sonra “Family Information” hissəsinə keçid edirik. Burada ailəmizə aid məlumatları daxil edirik.Sonra “Work/Education” hissəsinə keçid edirik. Burada iş və təhsillə bağlı hissələri doldurduqdan sonra bütün mənasız suallara no cavabını verərək keçirik və fotomuzu daxil edirik.Sonra bütün daxil etdiyimiz məlumatları gözdən keçirib təsdiqləyirik və PDF şəklində özümüzdə saxlayırıq. Təsdiq etdikdən sonra təsdiq kodunu itirmək olmaz. (Application ID AA00BIHF2F)Daha sonra aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçərək viza rüsumu (160$) ödəməli və görüş (appoitment) təyin etməliyik.Link: https://ais.usvisa-info.com/en-az/niv/users/sign_inLinkə daxil olduqda əvvəlcə “Create an account”, sonra isə “I have completed the U.S. Nonimmigrant Visa Application (DS-160) form and I need to apply for a visa.” bəndini seçirik.Burada rüsumu ödədikdən sonra sistemin təklif etdiyi gün və saatlardan bizə uyğun olanını seçirik və tələb olunan sənədlərlə birlikdə səfirliyə yaxınlaşırıq.Tələb olunan sənədlər:B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:Xarici pasport və şəkil olan səhifəsinin surəti.Əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surəti.Şəxsiyyət vəsiqənizin surəti.İş yerindən arayış.Bankdan arayış və çıxarış.Mülklərin, çıxarışlarının və avtomobilinizin texpasportunun surətiNikah haqqında şəhadətnamənizin və uşaqlarınızın doğum haqqında şəhadətnamələrinin surəti.2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkil.Aviabilet bronu və hotel rezervasiyası.10.Viza ödənişininin qəbzi və görüş tarixiniz qeyd olunmuş PDF.11.DS-160 ərizə formanızın təsdiqi.Konsulla görüş.ABŞ konsulu birbaşa özü sizinlə görüşəcək. Düşündüyünüzdən dəfələrlə artıq tülküdür. Sizə HR (recruitment) mütəxəssislərinin, hətta şeytanın belə ağlına gəlməyəcək qəribə suallar verə bilər.Xüsusilə aşağıdakı sualların cavablarını əzbər bilməlisiniz.Niyə ABŞ?ABŞ-da olmusunuzmu?Niyə ABŞ səyahətini bu ilə planlamısınız?ABŞ-a kim ilə gedəcəksiniz?Haralara gedəcəksiniz?Nə qədər qalmağı planlaşdırırsınız?Daha çox qalmaq ehtimalınız varmı?Nə qədər pul xərcləyəcəksiniz?Vəzifəniz (peşəniz) nədir?Gəliriniz nə qədərdir?ABŞ-da dostlarınız, yaxınlarınız varmı?ABŞ-da qalınb işləmək planınız varmı?Aviabilet bronlarınız varmı?Əvvəl başqa ölkələrdə səyahətdə olmusunuzmu?Sizin geri qayıdacağınıza necə əmin ola bilərik?Hüseynbala Mirələmovu tanıyırsınızmı? Görüşün sonunda sizə viza verilib-verilməyəcəyi bildirilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

1787 dəfə oxunub

Balkanlarda maşınla səyahət edənlərə tövsiyyə

Balkanlarda maşınla səyahət edənlərə bir tövsiyyəm var. Əsla və əsla gecə yola çıxmayın. Bir neçə gün əvvəl Albaniyadan Monteneqroya maşınla gedərkən gecə saat 1-ə doğru SKM-ə gedən yola çıxdım. Yol meşəlik ərazidən keçirdi və məndən başqa demək olar heç kim yox idi yol boyu. Bu anda qarşıdan iki maşın arda arda çox sürətlə, bəlkə də 120-130 sürətlə yanımdan keçdilər, sadəcə yarışdıqlarını düşündüm. Biraz irəliləyəndə qarşıda polis formasında iki şəxs dayanmışdı yolun kənarında, ama polis maşını görünmürdü. Dayandıqları yer yol kənarındakı "P" yazılan qəza vəziyyətləri üçün ayrılmış yer idi, yaxınlaşanda əllərində fənərlə üzümə tutub saxlamaq əmri verdilər. Bu anda birinin saqqallı və şalvarının sadəcə qara cins şalvar olduğunu və ağaclığın içinə doğru bir yerdə gizlədilmiş maşın gördüm. Tam yanlarına çatanda özlərini maşının qarşısına atıb məcburi şəkildə saxlamağımı istədilər, sürəti azaldıb daha diqqətli baxmaq və həqiqətən polis olub olmadıqlarına baxmaq istədim. Qışqıra qışqıra dayanmağımı istədilər, biri maşının sol tərəfinə digəri isə sağ tərəfinə keçdi.Tam saxlayırdım ki, fikrimi dəyişib qaza basdım və sürətlə uzaqlaşdım. Dedim, əgər polisdilərsə arxamdan mütləq gələcəklər, amma gəlmədilər. Uzaqdan qarşıdan gələn bir maşın gördüm, işıq və əllərimlə hərəkət edərək saxlamağını istədim. Çatana yaxın sayrışan işıqları açıb polis olduqlarını bildirdilər. İki polis idi, biri ingiliscə danışa bilirdi. Onun da üzü saqqallı idi. Nəyə görə dayandığımı soruşanda ona təxminən 2 km geridə gördüklərimi, onlardan qaçdığımı və orda polis reydinin olub olmamasını soruşdum. Orda polis yoxlaması olmadığını və hazırda elə bir adamları tapmaq üçün yola çıxdıqlarını dedilər. Danışıqlarında çox şübhələr hiss etsəm də nəticədə polis idilər və heçnə deyə bilməzdim. Mən gözlədim ki, məndən həmin yeri soruşsunlar və göstərməyimi istəsinlər, amma bunun yerinə sadəcə başqa bir istəyimin olub olmadığını və gedə biləcəyimi dedilər. Üstündən biraz sonra yolun sağında bir benzindoldurmada dayandım. Kofe aldım və siqaret çəkmək üçün maşının yanına gələndə bir boz rəngli VW Golf gəldi, iki adam düşdü və adamın birinin dəqiqliklə həmin o feyk saqqallı polis olduğunu gördüm. Formasız idilər və saqqallı olan qara cins şalvarda idi. Diqqətlə mənə baxıb maşına minib tez qaçdılar ordan. Deyəsən o da məni xatırlamışdı. Heç bir yerə tərpənməyib səhərə qədər benzinlikdə maşının içində səhərin açılmasını gözlədim. Təxminən bir saat sonra həmin maşın yenə gəldi, tam saxlayanda yenə məni görüb çıxdı ordan. Səhər açıldı, yoluma sağ-salamat davam edib gəldim. Bolqarıstandan Bosniyaya onsuz da təhlükəsiz deyil, amma xüsusilə Albaniya, Makedoniya və Serbiya ərazilərində çalışın, gecə maşınla səyahət etməyin. Meşəlik ərazilərdən keçən yollardan çəkinin və ödənişli avtobanlarla getməyə çalışın. Bir də, bu "Google Map" illətinə çox güvənməyin.Paylaşan Ali OrujovTüm ifadeler:1 B1 B

222 dəfə oxunub

"Buta Airways" və "AZAL" Koronavirusla əlaqəli ləğv olunan biletlər haqqında suallara aydınlıq gətirdi.

COVID-19 koronavirus infeksiyası pandemiyası ilə əlaqədar, demək olar ki, bütün ölkələrdə sərhədlər bağlanmış və uçuşlar dayandırılmışdır. Dünyanın bütün aviaşirkətləri mürəkkəb vəziyyətlə üzləşərək, aviabiletlərin dəyişdirilməsi və qaytarılması qaydalarında düzəlişlər etmək məcburiyyətində qalmışdır. “Azərbaycan Hava Yolları”nın üzv olduğu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), öz növbəsində, aviaşirkətlərə müvafiq tövsiyələr vermişdir.Məlum olduğu kimi, COVID-19 ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Qərargahın qərarına əsasən 20 aprel tarixinədək Azərbaycanda bütün daxili və beynəlxalq hava əlaqələri dayandırılmışdır. Bununla yanaşı, “Azərbaycan Hava Yolları” QSC 2020-ci ilin 1 iyun tarixinədək beynəlxalq reyslərə satışı dayandırmışdır. Hadisələrin gedişatından asılı olaraq bu tarix uzadıla və ya qısaldıla bilər.Reysləri ləğv edilən sərnişinlərin bir qisminə pul vəsaitlərinin qaytarılması artıq həyata keçirilmişdir. Lakin, IATA-nın sonrakı tövsiyələrinə əsasən, “Azərbaycan Hava Yolları” ləğv edilmiş reysə biletin əvəzinə səyahət tarixinin dəyişdirilməsini və ya aviabiletin dəyərinə bərabər olan vauçer təqdim olunmasını təklif etməyə başlamışdır. Bu vauçeri ləğv edilmiş reysə biletin alındığı tarixdən 12 ay ərzində istifadə etmək mümkündür. Yaranmış vəziyyəti nəzərə alaraq aviaşirkət bəzi sərnişinlər üçün bu tarixi fərdi qaydada yenidən nəzərdən keçirməyə hazırdır.Vauçer, çarter reysləri istisna olmaqla, “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reyslərinə aviabiletin alınması zamanı etibarlıdır. Yeni aviabiletin dəyəri vauçerin məbləğindən yüksək olduğu təqdirdə, sərnişinin fərqi ödəməsi kifayətdir. Vauçerlər sərnişinin adına verilir və üçüncü şəxslərə ötürülə bilməz. Bundan əlavə, aviabiletlər “AZAL” QSC-nin marşrutlar şəbəkəsinin istənilən istiqamətinə dəyişdirilə bilər. Bu, həm viza rejiminin qüvvədə olduğu istiqamətlər, həm də vizasız rejimin tətbiq edildiyi istiqamətlər ola bilər.“Azərbaycan Hava Yolları” anlayır ki, öncədən vəsaitlərin tam həcmdə qaytarılacağı elan edilmişdi və sərnişinlər aviadaşıyıcıdan müvafiq məlumat almışlar. Lakin sonrakı bütün tədbirlər və düzəlişlər IATA-nın qlobal təlimatlarına və tövsiyələrinə uyğun olaraq həyata keçirilmişdir.Eyni zamanda qeyd etmək lazımdır ki, əgər sərnişin aviaşirkətin ləğv etmədiyi reysinə aldığı aviabiletin qaytarılması ilə əlaqədar müraciət edirsə, həmin aviabiletin tarifinə əsasən nəzərdə tutulduğu təqdirdə pul vəsaitinin qaytarılması rəsmiləşdirilə bilər. Məsələn, “Buta Airways” aviaşirkətinin yay mövsümündəki reyslərinə (hazırda qüvvədədir) “Standart” və ya “Super” tarifi ilə aviabilet əldə edən sərnişinlər aviabiletin dəyərinin 50%-i məbləğində pul vəsaitini geri ala biləcəklər.Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi ilə bağlı bütün prosedurlar onların alındığı yerdə həyata keçirilir. Aviabilet rəsmi internet saytında alındığı halda aviaşirkətin çağırış mərkəzinə yazılı müraciət etmək lazımdır. Beynəlxalq hava limanlarında AZAL kassaları 2 aprel tarixinədək işləyirdi, lakin Operativ Qərargahın qərarına əsasən kassalar 20 aprel tarixinədək bağlanmışdır. Qeyd etməliyik ki, bir sıra turizm agentlikləri müştərilərə telefon vasitəsilə xidmət göstərməyə davam edirlər.“AZAL” və “Buta Airways” aviaşirkətlərinin çağırış mərkəzləri ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlamaq mümkündür:callcenter@azal.az | callcenter@butaairways.azBundan əlavə, aviaşirkətlərin saytında onlayn forma vasitəsilə də müraciət etmək olar:https://help.azal.az/hc/az/requests/newhttps://help.butaairways.az/hc/az/requests/new    

4595 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!