1209 dəfə oxunub

İngilis mədəniyyətinin mərkəzi - Kembric

Kembricdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Gəzəyənlərə salamlar! Uzun müddətdir ki, qrupda diqqətdən kənarda qalan Kembric şəhərinə etdiyim səyahət haqda yazmağı düşünürdüm. Ümid edirəm, oxumaq sizlərə xoş və faydalı olar. 68533485_2347710671943308_3712081075053264896_n

Dünyada çox nadir şəhərlər var ki, adı çəkiləndə ilk yada düşən şəhərin özü deyil, orada yerləşən universitet olur. Elə açığı, iki il əvvəl Kembric (Cambridge) şəhərinə səyahət etmə qərarını alarkən də bizi cəlb edən məhz qədim Kembric Universitetinin ad-sanı idi.
Hələ 1209-cu ildə Oksford Universitetinin bir qrup professorunun yaranan fikir ayrılığı səbəbilə şimal-şərqə doğru köçməsi ilə əsası qoyulan universitet, London şəhərindən təqribi 100 km məsafədə yerləşir. Avtobuslar vasitəsilə paytaxtdan asanlıqla və çox sərfəli qiymətə (ortalama 10 avro), 2-3 saata çata bilirsiniz şəhərə.

68516710_2347710661943309_4921660950710321152_n

Kembric, Birləşmiş Krallıqda yerləşən ənənəvi tələbə şəhərlərindən biridir. Şəxsi təcrübəmdən deyim ki, bu cür şəhərlərə gedəndə “universitet hansı tərəfdədir?” tipdə gülünc suallar verməyin. Çünki şəhərin özü elə başdan-başa Kembric Universitetinin müxtəlif kolleclərinin əzəmətli binaları ilə göz doldurur. Bu binalar vaxtilə Isaac Newton, Charles Darwin, Stephen Hawking kimi şəxslərin ikinci evi olub, hər birinin də fərqli hekayəsi var. Bu səbəbdən də, hər birinin hekayələrini əvvəlcədən araşdırıb gəlsəniz səyahətiniz qat-qat maraqlı və yadda qalan olar.

68847910_2347710571943318_2993515252382957568_n

Fotolardan da gördüyünüz kimi, universitetin binaları yaşıllıqlar içərisindədir. Bu gözəlliklərin daha dolğun bir şəkildə şahidi ola bilmək üçün, səyahətinizi yaz və ya yay aylarına planlaşdırın. Həm şəhərin bir çox füsunkar nöqtələrini tez bir zamanda görə bilmək, həm də ki, tarixi haqda ümumi məlumat əldə etmək və sizə maraqlı olan sualları vermək üçün mütləq qayıq turlarından istifadə edin. Qiyməti 16 avro ətrafındadır və ən əsası da, qayığı sürənlər və bələdçilər bir çox hallarda Kembric tələbələri olur. Oksford Universiteti ilə qədimdən gələn “düşmənçilik” hissi hələ də qalır. Amma siz bələdçiləri bu mövzu haqda suallar verərək qıcıqlandırmaqdan çəkinməyin. ???? Məsələn, bir Kembric Universiteti tələbəsinin verdiyi məlumata görə, “məlum universitetdən” fərqli olaraq, Kembricdə universitetdə dərsə girişə əksər hallarda məhdudiyyət qoyulmur. Yəni səyahətiniz tədris vaxtlarına düşsə, çox şübhə çəkmədən gedib dərslərdə iştirak edə bilərsiniz ????

68494018_2347710728609969_7535922245735022592_n

Şəhər mərkəzi isə həm tələbələrin, həm də turistlərin işinə yarayacaq hər şeyə sahibdir: publar, məşhur Cambridge köynəkləri və aksessuarları ala biləcəyiniz hədiyyə dükanları, maraqlı kafelər, daha nələr, nələr... Ən önəmlisi də, unutmayın ki, hər il dünyada 10 minlərlə insanın xəyalını qurduğu, çox kiçik bir hissəsinin gərəkli göstəriciləri toplaya bilərək müraciət edə bildiyi və sonda onların içərisində hər 5 nəfərdən yalnız 1-nin qəbul ala bildiyi bir universitetin tələbələri ilə eyni şəhərdə, eyni kafedə və ya pubdasınız. Fürsəti dəyərləndirib bu insanlarla münasibət quraraq, maraqlı söhbətlər edərək özünüzlə xoş xatirələr apara, səyahətinizi unudulmaz edə bilərsiniz. Hər kəsə xoş istirahətlər! ✊????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rasul Musayev

DİGƏR BLOQLAR

Fransanın rəngli səyahət nöqtəsi - Strasburq

Strasburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Fransız və alman nağıllarını xatırladan şəhər - Strasburq ????????STRASBURQA GƏLMƏK: Şəhərdə aeroport olsa da, xarici reyslərin sayı o qədər çox deyil. Azərbaycandan səfər edərkən ya Paris, ya da Frankfurta birbaşa uçub, sonrasında ya qatar, ya da ki, avtobusla gələ bilərsiniz. Frankfurtdan məsafə 220, Parisdən isə 490 kilometrdir. Mən Paris Şarl de Qoll Hava Limanından hərəkət edən sürət qatarı ilə gəldim. Cəmi iki saata Strasburqa çatırsınız.DİL: Əhalinin əksəriyyəti fransızdilli olsa da, Avropanın bir sıra önəmli qurumlarının burada yerləşməsi ingilis dilini burada populyarlaşdırıb. Əhalinin əksəriyyəti ingilis dilində danışa bilir. Şəhərdə çoxlu sayda xarici də yaşayır.GƏZMƏLİ YERLƏR: Strasburqda həm alman, həm də fransız memarlığının nümunələrini görmək olar. Kanalların üzərində qurulan şəhərin tarixi hissəsi La Petite France adlanır. Burada tarixi evlər, saraylar, kilsələr və parklar yerləşir. Şəhərin tarixi hissəsində Notre-Dame de Strasbourg kilsəsini, həmçinin tarixi Place du Chateau Meydanını da görə bilərsiniz. Tarixi yerlərin çoxu eyni ərazidə yerləşir və buna görə piyada gəzərək şəhərin ruhunu rahatlıqla duya bilərsiniz :) Həmçinin Avropa Şurası və Avropa Parlamenti kimi bir çox önəmli qurum da Strasburqda yerləşir.NƏQLİYYAT: Strasburqda əsas nəqliyyat növü tramvaydır. Avtobusla da səyahət edənlər var, amma tramvay populyarlığını qoruyub. Bir gediş üçün bir istifadəlik biletin qiyməti 1.70 EUR (~3.40 AZN) təşkil edir. Amma təkrar yüklənən bilet alsanız, bir saatın içində istədiyiniz qədər tramvay və avtobusda səyahət edə bilərsiniz. Yerli əhali və burada işləyənlər isə əsasən velosipeddən istifadə edirlər.RESTORANLARDA QİYMƏT: Avropa bir çox ölkələrində olduğu kimi Strasburqda da qiymətlər bahadır. Məsələn kanal sahilində yerləşən restoranda bir qədəh şərab və əcayib/soyuq yeməyin qiyməti 20 EUR (~40 AZN) təşkil edir. Nisbətən balaca restoranlarda yemək yesəniz, təxminən 10-12 EUR (~20-24 AZN) xərciniz çıxacaq. Türk mətbəxinin oralarda da olduğunu nəzərə alsaq, 8 EUR (~16 AZN) dönər menyusu da ala bilərsiniz. Əsas odur ki, sonuncunu yedikdə ən azından doymaq olur :DEVƏ NƏ APARMALI: Suvenirlərlə yanaşı Strasburqdan şokolad, peçenye və şərab ala bilərsiniz. Şokolad və peçenyeləri çalışın şəhərin mərkəzindən almayın, çünki qiymətləri baha olur. Şərabı isə marketlərdən alsanız, daha sərfəli olar. Ən əsası isə özünüzlə möhtəşəm təəssürat və şəkillər aparacaqsınız ;)Bon voyage!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suliddin Baghirov

1169 dəfə oxunub

Mərakeş bələdçisi

Mərakeş səfərim sona çatır sabah. Qrupda praktiki məlumatlar olan post tapmamışdım gəlmədən öncə, ona görə gördüklərimlə bağlı qısa notlar götürmüşdüm burada paylaşmaq üçün əsl qışa dönmədən öncə.Bu post Mərakeşə səyahət etməyə hazırlaşan yaxud səyahət etmək istəyən Backpacker-lər (əsasən SOLO) üçündür (Maroc, Morocco, Fez, Merakesh, Mərakeş).ÜMUMİ PRAKTİKİ MƏLUMATLAR:Sim card - ilk iş, mən Inwi məsləhət görürəm, 50 dirhəmə 11 giga və 1 saat danışıq işi görür əgr telefonu kənara qoyub ölkəni gəzmək istəyirsinizsə.Taxi - həmişə hərəkətdə olan taksiyə əl edin, hər şəhərdə eyni rəngdə taxi maşınları var və qiyməti siz deyin, şəhərdaxili hara gedirsiz gedin 20 dirhəmdən çox olmamalıdır (aeroportları çıxmaqla - bəzən kənarda ola bilir aeroport) və hətta bəzi şəhərlərdə eyni qiymətdi hər yerə (Essaouira 7-8 dirhəm).Scam - küçədə heç kimdən heç nə soruşmayın qəti. Kim də nə desə “la, shokran” yaxud “no, merci” kifayət edir uzaqlaşdırmaq üçün əgər çox gəlsələr. Mağazalarda çalışanlardan soruşa bilərsiniz. Əgər kimsə hiss etsəniz ki yaxşılıq etmək istəyir həqiqətən də, öncədən bildirin ki, ona heç bir pul ödəməyəcəksiniz (mənim başıma neçə dəfə gəldi və mən bunu deyəndə onların hamısı dedilər ki “mənim dilimdə “sağ ol” desən bəs edər”)Haggling - hər yerdə qiymət danışa bilərsiniz rəsmən, milli geyim tipli nələrsə almaq üçün ən yaxşısı dərzi + mağaza olanlardı. Hansılar ki qiymətdə daha flexible’dılar enmək üçün. Bir də, mağazaların bağlanan vaxtı daha çox qiymətdə enirlər kimi hiss etdim.Restaurant - hər qiymətə hər cür restoranlar var, amma ən yaxşısı restorana girmədən öncə review check eləməkdi. Çünki zəhərlənmə yaxud ərzaq keyfiyyəti pis olan restoranlar çoxdu və bunu rəylərdə görə bilərsiniz.Language - bəzi postlarda oxumuşdum Mərakeşdə Fransızca danışmaları ilə bağlı, bura gələndə anladım ki, Fransızca bilməyənlər imiş bunların Fransızca danışa bildiyini düşünənlər. Bizdə rusdan ingilisə olan dəyişim kimi (yaşlı cavan nəsil), bunlarda da fransızdan ingilisə dəyişim gedir. Fransızca yaxşı danışan təbəqə universitetə filan getmiş təbəqədi. Hansı ki siz onları küçələrdə çalışan görməyəcəksiniz, gördüklərinizsə “broken french” danışır və danışdıqları ləhçə isə ərəbcələrinin standard ərəbcədən fərqli olduğu qədər fərqlidi Fransadakı fransızdan. Adi rəqəmləri, bahadır, sağa, sola və axtardığınız şeylərin adlarını fransızca öyrənsəniz elə onlar qədər bilmiş olacaqsınız və kifayət edəcək, belə o səviyyədə onsuz da ingilisi də bilirlər ona görə problem olmamalıdır ümumi.Alcohol - barların bəzilərindən başqa demək olar ki. çox yerdə tapmaq olmur. Carrefour’da satılır amma 20:00’da satışı dayandırırlar əksərən və çox bahadı, hətta Belçika qiymətlərindən belə baha idi :)Hashish - Mərakeş Avropa İttifaqının 70% importunu qarşılayır, bütün keyfiyyətlərdə bütün qiymətlərdə tapa bilərsiniz küçələrdə. Chefchaouen hashishi məşhurdur.Security - bütün ehtimallarda, üzərinizdə sizə anında lazım olacaq məbləğdən çox pul, sənəd ya pul qabı gəzdirməməyi tövsiyə edərəm. Əlinizde telefon gəzməməyi, həmişə arxadan kimsə gəlir ya gəlmir yoxlamağı, axşam tək çıxmamağı (ümumiyyətlə qrup yaxud bir neçə nəfər olanda həmişə daha yaxşıdı) tövsiyə edərdim.Rent a car - etməsəniz daha yaxşı əgər yerli biri yoxdursa sizlə, çünki şirkətlər həmişə nəsə tapır əlavə pul almaq üçün. Maşın sürmək fəlakət kimidir. Yol işarələri filan bir çox şəhərlərdə yox vəziyyətdədir.Transport - biletləri ok qiymətlərə ala bilersiniz. Rəsmi website’larından (aşağı əlavə edirem linkləri - website’lar fransızca yaxud ərəbcədi, amma google chrome istifadə edərək avtomatik tərcümə edə bilərsiniz):Train - sürət və normal qatarlar var (hər yerində yox amma). Şirkətin adi ONCF > https://www.oncf-voyages.maBus - avtobus şirkətləri CTM və Supratours > https://ctm.ma ve https://www.supratours.maVisa - Schengen ölkəsi oturumu olanlara çox rahat, online prosesdir və 1 saata göndərdilər e-visani. Digərləri üçün rəsmi website yoxlayın çünki sadələşdirmə prosesi gedir keçən ildən.ÜMUMİ TƏƏSSÜRATLARIM: Super ölkədir. Gəzməyə, görməyə dəyər. Çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil (Azərbaycandan bahadır ən azı) sözsüz ki, hansı ölkə ilə müqayisə etmənizə bağlıdır.GETDİYİM ŞƏHƏRLƏRLƏ BAĞLI QISA:EssaouiraBeach city, horse riding və surfing məşhurdu dəniz kənarında. Daha təhlükəsizdir digər yerlərə baxanda. Taxi 7-8 dirhəmdir hər yerə. Aeroportdan şəhərə bus da var, taxi də (taxi daha yaxşıdır, çünki bus qarışıqdır). Accommodation: Beach hostel. Gediləcək bar isə Taros ola bilər, canlı musiqi + alcohol + terrace.MarrakechXaotik amma gözəldir. Bahia üçün guide tutsaz əla olar çox öyrənmək üçün. Badi’ni özünüz də ziyarət edə bilərsiniz. Parklara mütləq gedin. YSL fanısızsa onun muzeyinə gedə bilərsiz. Online alın mütləq çünki sıra çox uzundu (combined ticket ile Majorelle ve Berber museum də görə bilərsiniz >https://www.museeyslmarrakech.com). Gueliz ərazisində gəzməyi unutmayın. Taxi üçün hərəkətdə olanları saxladın, 10-20 dirhəm arası gedə bilərsiniz Medina ilə digər yerlərin arasında. Riad Rouge Marrakech mütləq qalmalı olduğunuz yerdir.Sahara tour MerzougaZagora’ya sahara tour adı ilə aparsalar getməyin qəti. Orada qum təpələri filan yoxdur. Merzouga qışda çox soyuqdu axşam, getsəniz bunu nəzərə alın (mənfiyə düşür və isitmə yoxdur heç harda əgər luxury tour almamısınızsa). 1000 dirhəmə satılan turu biz 700’ə almışdıq danışıb, kontaktı var istəsəniz paylaşa bilərəm. Göy üzü filan super görünür (Milky Way daxil).CasablancaBir günlük görmək olar məscidə bir də bir neçə gözəl yerlərinə görə. Lissabona oxşayır biraz (daha dağınıq versiyası).RabatTəmiz, gözəl, az turist olan, aldatma filan halları çox az olan bir şəhərdir. Bir gün keçirtmək olar.ChefchaouenToy öncəsi gözəllik salonundan yenicə çıxmış cliché Azərbaycanlı qıza bənzətdim bu şəhəri. Estetik olaraq çox gözəldi, amma şəhərin ruhu yoxdur. Şəhəri süni olaraq şəkil çəkdirmək üçün yaradıblar sanki. Hər yer bir-birinə oxşayır və mən 3 gün qalsam da çölə çıxmağa çox da həvəsim olmurdu eyni şeyleri görməkdən bezdiyim üçün. Hiking üçün əla trekler var hansi ki ora ile bağlı mavi sözündən sonra ilk ağlıma gələn onlardı. Baraka hosteldə qalmağa dəyər.FezTarixi şəhərdir və keçmiş paytaxt olub. Burada daha çox yemək bişirmək və hamam tipli aktivitələr edə bilərsiniz. Riad Verus və Medina Social Club əla hostellərdir.Daha detallə ümumi məlumatlar istəsəniz planlamaya kömək məqsədilə bu website istifadə edə bilərsiniz: https://worldofwanderlust.comSON SÖZ:Təhlükə və s. ile bağlı olan cəfəngiyyatlara çox da inanmayın. Dünyanın hər yeri təhlükəlidir ehtiyyatlı olmasanız.Gözlərinizin çekdiyini isə heç bir kamera çəkə bilməz. Telefonu kənara qoyub getdiyiniz yerlərdə gözlərinizlə bütün gözəllikləri mütləq çəkin :)Hər fəsil hər yerdə fərqli gözəldir. Deyilənlərə əsasən, Mart, Aprel, Sentyabr və Oktyabr gözəl aylardır Mərakeşə səfər üçün.Bon voyage!

880 dəfə oxunub

Günəş və çimərlikdən daha artığı - Mayami bələdçisi

Virusun hәlә bizi evә qapatmağa gücü çatmadığı bir vaxtda çoxdandır getmәk istәdiyim Miamiyә üz tutdum. Yaşadığım şәhәrdәn Miamiyә bilet nә qәdәr baha da olsa, mәnә әn yaxın şәhәr Şikaqodan da bir o qәdәr ucuz idi, 50 dollara bilet alıb (bu mәnim Amerikada aldığım әn ucuz tәyyarә biletidi) Miamiyә yaz tәtilinә getdim. Bәyәnәcәyimi onsuz da düşünürdüm, amma gözlәdiyimdәn dә gözәl imiş, adam heç çıxıb getmәk istәmәz burdan.Miami-ә gәlmәk üçün әn ideal vaxt Mart-May ayları imiş, yayda hәdsiz isti vә nәmişlik olur, küçәdә nәfәs almaq müşkül mәsәlәdir, bir sözlә. Mәn bilmәdәn әn ideal zamanda getmişdim, günәşdәn dә zövq ala bildim, okeandan da, axşam әsәn mehdәn dә.Bir gün yarım Key Westdә vaxt keçirdik, Miamidәn maşınla tәxminәn 3 saat uzaqlıqdadır vә çox möhtәşәmdir. 26000-dәn çox adamın yaşadığı ada şәhәrciyidir. Buraya gedәn yolun özü dә çox gözәldir, hәr iki tәrәfin okean, bәzәn balaca qәsәbәlәrdәn keçirsәn, bәzәn lüks, bәzәn isә daha cozi dediyimiz evlәrә, bağlara baxa-baxa bu yolu getmәk dә özü gözәl vә zövqverici idi.Miamidә darıxmaq qeyri-mümkündür, mәncә. Okean, günәş olan yerdә insan darıxmaz, hәmçinin xeyli aktiviti var ki, hamısının dadına baxmaq istәyir insan. Gәmi turu götürüb mәşhurların (David Beckhamından, Madonnasına, Shakirasına, J.Lopezinә qәdәr bir çox mәşhurun) evlәri әtrafında tur elәdik, avtobus turu götürüb şәhәri bir dә bu cür gәzib-dolaşaq dedik. Bu tur zamanı bugünә qәdәr içdiyim әn dadlı qәhvәlәrdәn birini - Kuba qәhvәsini daddım. Bir hәftә әrzindә hәr dәfә fәrqli çimәrliklәri gördüm, Soutch Beach-dә gәzim, Miami Beach-dә üzdüm, Hallover Beach-dә günәşdәn zövq aldım, Key Westi kokos ağacları boyu velosipedlә gәzdim, burdan pulsuz topladığımız kokosları maşına yığıb hәr gecә Miamidә kokos açıb yedik. Bir sözlә, necә möhtәşәm istirahәt etdiyimi indi fotolara baxanda, xatirәlәrimi tәzәlәyәndә daha yaxşı fәrqinә varıram. Virus gündәmdә olmasa idi, burdakı günlәrimi uzadıb daha çox qalardım, tәәssüf ki, hamı kimi mәnim dә sәyahәtim yarımçıq qaldı, ara yerdә NY-Boston sәfәrimi dә tәxirә salmalı oldum.Ümid edirәm ki, hamımız tezliklә sәyahәtimizә davam edәcәyik, hәlә ki evdә qalmaqla özümüzü vә әtrafımızı qoruyaq, gerisi asandır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nura Dunyamaliyeva

1748 dəfə oxunub

İrlandiya - Dublin bələdçisi

Dublindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Belfasta gəlib (daha ətfaflı bu linkdən oxuya bilərsiniz) gəlib İrlandiyaya getməmək Bakıya gəlib Tarqovıya getməmək kimi bir şey olardı. İrlandiya Respublikası Avropa Birliyinə daxildir, pul vahidi də avrodur, ancaq Şengen ərazisi sayılmır. Yəni B.Britaniya və Şengen vizaları burda işə yaramır.Ancaq nəzərə almaq lazımdır ki, İrlandiya viza rüsumu 213 manat və üstəgəl VFS GLOBAL xidmət haqqı 64 manat, 139 azn daşınma haqqı, surətin çıxarılması, foto xidməti, kuryer xidməti, sms xidməti, tərcümə xidməti təxminən 32 manat və s. Bütün bunların cəmi 450 manata qədər gedib çıxır.Bu vəziyyət isə məni alternativ yollar axtarmağa məcbur etdi və alındı. Xeyli araşdırma aparandan sonra baxdım ki, Belfastdan Dublinə avtobus ilə vizasız qaçaq yolla (qanunsuz) gedib gəlmək olur. Mən də bu yolu seçdim. Dublin həm də Ryanair-in mərkəzi olduğuna görə mənim üçün özəl yeri var.Belfastın mərkəzindən Dublin Coach adlı dayanacaqdan birbaşa Dublinin mərkəzinə 7-8 pounda (funt-sterlinq sözü mənə çatmır) çox rahat avtobuslar gedir. Yol 168 km-dir, təxminən 2 saat çəkir. Sərhəd yoxdur, yolda heç bir yoxlama məntəqəsi, post, polis yoxdur. Ancaq Dorgedaya (Dorgheda) çatana yaxın sürücü pəncərədən uzanaraq kartı aparata taxır və yol yenə də dayanmadan davam edir. Elə bil Qazaxdan Tovuza avtobusla gedirsiniz.Yolun gözəlliyi isə adamı darıxmağa qoymur. İrland dənizi bəzən görünür sonra itir.. alçaq, yamyaşıl təpəciklər... Meşələrin ortasında qalan tarlalarda ağ-qara irland sortu inək naxırları... Yolboyu kəndləri görəndə adam az qalır düşsün kəndə biraz gəzsin. Bu şəkildə gəlib çıxdıq Dublinə.Dublin, Belfast və Derridən fərqli olaraq turistlərin (xüsusilə də çinlilər) istilasına məruz qalıb. Dublində həm də bütün İrlandiyada irland dilini bilən əhalinin 3 faizə qədəridir. Nəzərə alsaq ki, ölkənin əhalisi 4.700.000-dir, deməli cəmi 100.000-dən biraz çox adam irland dilini bilir. Hamı ingiliscə danışır. İrlandiyanın ən yadda qalan tərəfi gülərüzlü, xoşbəxt, yardımsevər insanlar oldu. Eynilə Şimali İrlandiya kimi burada da insanlar olduqca pozitivdir. İkisi arasında fərq birinin avro o birinin pound ilə işləməsidir.Şəhər Liffey çayının hər iki tərəfində qurulub. Deyilənə görə şəhəri Vikinglər tikiblər. Şəhərdə gəzməli-görməli yerlər olduqca çoxdur.Başlayaq St.Patricks Cathedral-dan. Patrik, İrlandiyaya xristianlığı gətirən adamdır. Hətta onun adına festivallar da keçirilir. Burada həm də Qulliverin səyahəti romanının yazarı Conatan Sviftin məzarı da var.Şəhərin əsas maraqlı, əyləncəli hissəsi Temple Bar ərazisidir. Hər tərəfdən canlı irland musiqisi (Traditional Irish music) səsləri gəlir. Burada mütləq Fish and Chips yemək lazımdır. Qiyməti təxminən 5-10 avro arasıdır. Temple Bar-da ayıq adam tapmaq demək olar ki, mümkün deyil. Hamının əlində qara rəngli pivə (Guinnes) və su yerinə içirlər. Küçədə gecə-gündüz adam əlindən tərpənmək olmur.Hədiyyə almaq üçün ən yaxşı yer şəhərin hər yerində olan Carrolls dükanlarıdır. Burada paltar, suvenir, maqnet, şokalad və,s çox şey tapa bilərsiniz, həm də normal qiymətə. Yox əgər əməlli-başlı alışveriş etmək istəyirsinizsə Grafton Street-ə baş çəkməlisiniz. Küçənin sonunda isə çox gözəl bir park (Phoenix Park) var.Phoenix Park, Dublinin təbiətlə iç-içə olduğu yeridir, həm də avropanın ən böyük parkıdır. Park 1662-ci ildə salınıb, ərazisi 707 hektardır. Parkda həm də çox gözəl zoopark (əslində zooparkdan çox kiçik milli park demək daha doğrudur) da var.Dublin qalası (Dublin Castle) XIII əsrdə şəhərin ən yüksək yerində tikilib, mərkəzdə Dame Street-də yerləşir. Buradan şəhərə gözəl mənzərə açılır.Dublin haqqında deyiləsi çox şey var, ancaq hələlik onu deyə bilərəm ki, bura gələn adam buradan geriyə baxa-baxa ayrılır. Sonda onu da deyim ki, Dublindən 8 avroya avtobusla Derriyə (Böyük Britaniya) getdim, yenə də heç bir yoxlama olmadı.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Elshan Ismayilov

1746 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!