1101 dəfə oxunub

Hindistan - Ahmedabad

Əhmədabaddakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Әziz vә hörmәtli gәzәyәnlәr!

Gәlin sizә bir az Hindistan ❤❤ haqqında danışım. Bir layihә ilә gәldiyim Ahmedabad vә ya yerlilәrin dili ilә desәm Amdabad şәhәrindә artıq 2 hәftә keçirmişәm vә bölüşmәk üçün bir miqdar mәlumata sahibәm deyә düşünürәm. Öncәliklә onu deyim ki, Hindistan hәr zaman görmәk istәdiyim, son 3 ildir isә dәlicәsinә haqqında hәr cür bilgi әldә etmәk üçün çabaladığım ölkә idi. Rusların "Увидеть Париж и умереть" cümlәsindәki Paris mәnim üçün Hindistan idi ????

"Bu yay bu arzumu artıq hәyata keçirmәliyәm!" düşünәrәk ailәmә bildirdim. Razı salmaq uzun çәkdi. "Sәn bilirsәn ki,orada hәr gün 1000 insandan 99u ayaq altında qalıb ölür!" , "hәr tәrәf zәhәrli ilanlardı", "birdәn üstünә fil hücum çәksә?!" ???????? ,"bәlkә yaxın yerә gedәsәn?" , "öz ailәn olar,gedәrsәn!" kimi sualların ardından birdә türk hәkimlәrinin peyvәnd vә "Hindistan kimi ölkәlәr" adı altında yazdıqları 60 günlük dәrmanlar paketi olduqca qorxunc görünürdü. Ama, come on, bir Tac Mahalı görmәk hәr şeyә dәyәcәk deyәrәk gәldim yenә dә. Tac Mahalı hәlә görmәmişәm, ama indiyә kimi gördüklәrim hәqiqәtәn hәrşeyә dәyir.

36530008_1727443130625594_1489500117156233216_n

İlk zamanlar buradaki tәmizlik anlaşı ilә mәnimkinin fәrqli olmağından irәli gәlәn çәtinliklәrim oldu, havanın çox isti olmağı, küçәlәrdә gәzәn inәklәr, küçәlәrdә ailәlikcә yaşayan insanlar, sәs kakafoniyası, rikşaların çox ucuz qiymәtә ama sәnin hәyatın bahasına sәni mәnzilә çatdırmaqları :D vә s. Bunların hamısı kültürel şokun parçası idi. Artıq rahatlıqla küçә yemәyi yeyirәm. İçindәn tük çıxır, kәnara qoyub lәzzәtlә yeyirәm :D Rikşaların sürәtindәn hәzz alıram. İnsanlarla söhbәt edirәm, bazarlarda mango, banan, kokos alan qadınların şәklini çәkirәm, musson yağışı altında ayaqqabısız oynayan uşaqları izlәyirәm. Әn әsası, Hindlilәrdәn öyrәndiyim bir fәlsәfә var- "Bu gün ilә yaşa. Karmaya inan!" Bilirәm ki,bir çoxunuz üçün utopik kimi sәslәnir,mәn dә öyrәşә bilmirdim bu fikrә. Ama bir rikşa sürücüsünün, toxunulmazlar kastından olan bir sakinin, küçәdә yaşayan bir insanın gәlәcәk ilә bağlı plan qurmağı daha da utopikdir. Hәr şeyә rәğmәn xoşbәxtdirlәr, hәq dәqiqәnin hәzzini alırlar, hәr gördüyündә gülümsәyirlәr, "Namaste" deyib salamlayırlar insanı.

 

2

Qısası, bir şeyi çox istәyirsinizsә, hәyata keçirmәyә çalışın! "Ailә qurarsan, gedәrsәn", "pulun çox olar gedәrsәn" kimi tövsiyyәlәrә aldanmayın,bәzәn "utopik" olmaq sizin xeyirinizәdir ????

Sevgiylә qalın!❤

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ayshan Gurbanali

 

DİGƏR BLOQLAR

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

2068 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Florensiya

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Next stop #Florence ❤️Möhtəşəm şəhər, super atmosfera, hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer. İtaliya şəhərləri arasında ən çox həvəslə gözlədiyim yerlərindən biri idi. Və yenə də sağolsun ki, peşman etmədi məni. Deməli Roma-Florence yolunu ən sərfəli Flixbus və ya Buscenter avtobusları ilə gəlmək olur. Biraz gecikmişdik deyə Flixbus-a bilet yox idi artıq. Tiburtina stationnan Florence elə Buscentre-nin öz kassalarından biletimizi aldıq.Florencedə bus station Villa Cistanzadadı və ordan şəhərə gəlmək üçün traindən istifadə etmək lazımdı. Bileti almaq üçün burda uzun növbələr olur və vaxt itirməmək üçün elə stationın içində cafe var. Ora girirsin və kassirə yaxınlaşıb train ticket istiyirsiz, vəssalam. Eyni qiymətə və əsası sırasız biletlərinizi götürüb minirsiz trainə. Düz şəhər mərkəzinə kimi gətirir sizi.Qaldığımız yer Soggiorno Pitti duz Piazza Pitti ilə üzbəüz idi və qədimi binanın içində yerləşirdi. Super məsləhətdi apartment-di, əla personal, hər gün təmizlik, otaqlarda hər gün pulsuz şirniyyat, çay, kofe. Bir sözlə super yer ????????Vaticanda olduğu kimi, burada da #Uffizi qalereyasına uzun növbədə dayanmamaq üçün biletleri evvəlcədən online almışdıq - https://www.uffizi.it/en/ticketsDaha bir #tip - muzeylərə getməmişdən əvvəl Bakıdan oranın planını print edin və dahilərin əsərlərinin nümayiş olunduğu zalları da özünüz üçün qeyd edin. Bu həm vaxt həm də pulunuza qənaət edəcək, çünki bütün muzeylerde map-lər pulla satılırdı, ya da ümumiyyətlə qalmamışdı.Ən çox görmək istədiyimiz yerlərdən biri Basilica of Santa Croce idi ????Deməli çaşıb bazar günü gəlsəz saat 2PM-ə kimi gözləməli olaceysiz çünki səhərdən kilsədə messa keçirilir. Buranın biletlərini elə sırada gözləyib almaq olur. Maksimum 15 dəqiqə vaxtınız gedəcəy. Kilsənin möhtəşəmliyi, oranın sakit atmosferası nəyə istəyirsiz dəyər. Və əlbəttə ki Galileo Galilei, Michelangelo, Rossini, Dantenin qəbirleri #mustsee . Bir maraqli fakt qeyd edim ki, Dantenin qəbri burada olsa da, içi boşdu. Dante Florence anadan olub amma yaradıcılığının hələ əvvəllərində siyasi görüşlərinə görə buradan qovulur və Rivonna şəhərinə köçür. Və elə məşhur "İlahi komediya"sını da burada yazır. Öldükdən sonra isə Florence hakimiyyəti nəşinin gətirilməsini tələb etsə də, hələ də Rivonna onu geri vermir (1321-ci ildən ☹️).Digər tarixi yerlər arasında bu şəhərin xüsusi bir yeri də var ki mütləq baxmaq lazımdı. Bu Michelangelo parkıdı. Bizim Dağüstü parka çox oxşuyur amma qalxmaq və düşmək üçün ayrılan yollar möhtəşəmdi ❤️Florence restoranlarına gəldikdə isə mən bir Hard Rock Cafe fanatı olaraq və ad günü bu gözəl şəhərə düşən birisi olaraq Florencedəki bu yerə getmiyə bilməzdim. Yeməklər hər yerdə olduğu kimi super, əlavə traditional Legendary burger və Flatbread sifariş etməyiniz məsləhətdi ????Roma və Florensiya müqayisə edəndə Romanı daha çox Moskvaya, Florensiyani isə Sankt-Peterburqa oxşatdım. Fərqli şəhərlər olsalar da hərəsinin öz ayrıca yeri var ❤️ Hər iki şəhərdə #gelato alıb mərkəzi meydanlarda daşların üzərində oturub musiqiçiləri dinləmək vacibdir ☝????Sərhəddən çıxanda bunu mütləq yoxlayırlar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suriya Alizade‎

4111 dəfə oxunub

Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi

Əziz Gəzəyənlər,Bu gün sizə Avropanın ən gözəl təbiətə malik, 60%-i meşəylə örtülü, Balkanların Alpı sayılan, keçmiş Yuqaslaviya ölkəsi- Sloveniya haqda danışmaq istərdim İyulun ortaları mindik Budapeştdə bir qatara, get ki, gedəsən, tam 7 saat yarımdan sonra çatdıq paytaxt Lyublyanaya. Normalda sərhəddə heç bir yoxlama olmur hər 2-si də Şengen ölkəsi olduğu üçün, amma məlum pandemiyaya görə vaksin kartımızı yoxladılar. Bu arada tək tərəf bilet cəmi 20€ tutdu Səfərimizin ilk günü paytaxt Lyublyanada yerləşdik. Lyublyana əhalisi yarım milyon olan kiçik və əhalisi çox gülərüz olan bir paytaxt şəhəridir. Çox yox cəmi 3-4 saata şəhəri rahat gəzə bilərsiniz. Lyublyana qalası xaric şəhərdə xüsusi bir görməli yer olmasa da şəhərin hüzurverici ruhunu çox sevdim. Əsl yaşamalı sakit bir şəhərdir. Adının mənası da sevgi sözündən gələn bu şəhərdə rusca danışsaz sizi rahat başa düşəcəklər, çünki onların özlərinin də kökü Slavyanlara gedib çıxır Amma ölkəyə əsas gəliş məqsədimiz Lyublyananı görməkdən çox, Avropanın ən gözəl dağ göllərindən biri olan Bledi kəşf etmək idi. Paytaxtdan bura yol avtobusla cəmi 50 dəqiqədir. Bileti elə əsas avtovağzaldan 2.1 avroya ala bilərsiniz, getməzdən qabaq baxdığımız bütün vloqlarda, oxuduğumuz bütün bloqlarda qiyməti 7€ qeyd etmişdilər. Özümüz də lap məəttəl qalmışdıq, kassirdən, sürücüdən 4-5 dəfə “avtobusun dəqiq Bledə gedib getməməsini” soruşurduq, axırda beyinləri çönüb 7€ avromuzu alacaqdılar ki, dedik ki, yaxşı-yaxşı, yəqin endirimə düşmüşük, mindik avtobusumuza. Ölkənin dörd bir yanının meşəylə örtülməsini yol boyunca aydın şəkildə görmək olur Bled gölünü isə belə məşhur edən gölün tən ortasında kiçik bir adanın yerləşməsidir. Mərkəzində kilsə yerləşən bu yer maraqlıdır ki, Sloveniya ərazisindəki tək adadır. 15 avronuzdan keçərək bu adaya qayıqla da gedə bilərsiniz. Gölün ətrafı dağlar və məşhur Bled qalası ilə əhatələnmişdir. Qalaya giriş 13€, hələ tələbəsizsə 8.5€. Yox şir ürəyi yeyib adaya qayığı özüm sürəcəm deyirsizsə, 20-25 avronuzdan keçməlisiz. Bura gəlmişkən Sloveniyanın ən məşhur şirniyyatı Kremna rezina’nın da dadına baxmağı tövsiyə edirəm Bir də Sloveniyada ən çox getmək istədiyimiz yerlərdən biri həmyerlimiz Mixaylonun qəbrinin və döyüşdüyü son yer- Çepovan kəndi idi. Təəssüf ki, maşınsız gəldiyimizə görə ora getmək alınmadı, amma siz nə vaxtsa bura gəlsəz getmənizi tövsiyə edərdim. Sloveniyalılar, əsasən də orta və yaşlılar Mixaylonu tanıyır və onun qəhrəmanlığına görə Azərbaycanı da sevirlər Bütün bu yazdıqlarım orda 2 gündə başımıza gələnlərin çox kiçik bir hissəsidir. Bütöv macəranı izləmək istəyirsizsə, rəyə əlavə edəcəyim Sloveniyadan olan ilk vloguma baxa bilərsiniz Türk və ingiliscə altyazılı da izləyə bilərsiniz. Keyfiyyət olaraq 720p-də izləməyi unutmayın:https://youtu.be/vw1OyluR_WkXoş seyirlər ????Həmişə səfərlərdə!Hörmətlə,#yoladami#Bled #Ljubljana #SloveniaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Mayıl Mammadli

1439 dəfə oxunub

Ekzotika turu: Meksika Bələdçisi

Ekzotika turu - Meksika gündəliyi Bir zamanlar cinayətkarlığın ən pik həddə olduğu, lakin indi turizmin beşiyi, 100 milyonlarla insanın rəğbətini qazanmış düyanın top turistik yerlərindən biri. Meksikanın sahilyanı 3 şəhərini gəzdik. Qısa izah verməli olsam: Cancun - lüks otellər və klub həyatı (night life) Tulum - əsl sevgini dadında yaşayacağınız - sadəlik, təbilik və zərafətin birləşdiyi yer Playa de Carmen - istiqanlı və maraqlı izdihamıyla sizi darıxdırmayacaq bir şəhərÜmumilikdə, Meksikanı çox sevdim, sözün əsl mənasında. İsti sevməyən adam burda istini sevdi. O dərəcə. Həyat çox sadə, rahat (flexible), azad ruhlu, öz aləmindədir. Xanımların gecə rahat şəkildə velo sürməyi, moped istifadəsi, bir sözlə rahat şəkildə hərəkət etməyi mənə görə üstün nüansdır. Etiraf etməliyəm ki, yerli əhalidən çox olmasa da, qonşu və digər ölkələrdən gələn xanımlar o qədər gözəldirlər ki, sanki yığma komandadır Sanki hərkəs hərşeyini atıb gəlib burada özü üçün yaşamağa. Xoşbəxtdirlər.Çox da ekonomik yer sayılmaz. Nə çox baha, nə çox ekonom. Orta və ortanın üstü. Pulları ölkənin özünə məxsus peso pul vahididir, 100 peso = 8.50 azn. Pesonun işarəsi $-dır. Yəni bildiyiniz dollar, amma bu sizi çaşdırmasın. Ya qiyməti soruşun, ya da telefonda valyuta olsun. Heçdə dürüst deyillər. Mütləq pulu pesoya çevirin. Dollar versəz, aşağı kursla dəyişəcəklər, ki, bu yaxşı deyil. İçki - mağazada 2-3 usd (pivə), kokteyl (8-15 usd), hansısa restoran və ya barda bu qiymətlərdən 1-5 usd arasl əlavə olacaq ya yox. Yemək - əsasən meksika mətbəxinə üstünlük verirdik: burrato, fayitas, tacos, dəniz məhsulları. 2 nəfərə ortalama 40-50 azn (ortabab restoran), biraz turistik, populyar yerdə 140-200 azn. Yol kənarında manqo satılır mütəmadi, 1 ədədi normalda 60 peso (5 azn) Qonaqlama - bunun üçün istənilən qiymətə demək olar ki, yer tapmaq mümkündür. Dəniz kənarı babat komplekslər var - Maya tulum kimi.Şəhər mərkəzində bizim qaldığımız çooox möhtəşəm üstü bir hostel (Tulum) var: Mayam Monkey Tulum hostel (bu hostelə görə Azer Hasanovə çoxlu manqo düşür )Gecəsinə 1 nəfər üçün 40 azn ödədik (səhər yeməyi daxil). Hosteldən çölə çıxma, elə oradaca dincəl vəssalam, ciddiyəm .(Hosteldən fotolar əlavə etmişəm) Nəqliyyat - ölkədə 2 təkərlilər prioritetdir, daha hörmətlidir bizim nəqliyyat sistemindən fərqli olaraq. Mobedin günlük kirayəsi 500-800 pesodur (45-70 azn), velosiped isə 200-300 peso. Amma sizə tövsiyyəm neçə gün qalacaqsızsa, həmin gün sayı qədər götürməlisiz ki, qiyməti günə 300-400 pesodan düşsün. Çünki siz gündəlik götürəndə o adama maraqlı deyil siz neçədə gəldiniz təhvil verməyə, 24 saat kimi hesablayır kişinin oğlu eləbil yatmayacaq bu adam gecə gündüz sürəcək qiymət şişirdir yəni. Belə danışıb pul qırmaq olur. Məsələn, biz dirəşdik və dedik ki, axşam saat 9-a qədər təhvil verərik, gördük ki, yola gəlirlər. Sizə ilk deyilən qiymətə aldanmayın.Cancundakı gecə həyatını bəyəndim, çılğın və aktiv. Şəhər yatmır, dinamikdir. Lakin bu sırf otel zonasındadır. Diskolara giriş 10-20 usd-dən başlayır. İçkilər elədə baha deyil. Normaldır (4-15 usd)Tulumda üstün zərafətlə və sevgi ilə dizayn edilmiş qadın geyimlərinin, restoranların və digər biznes obyektlərinin ağac işləmələrlə dizaynı - təbiətlə iç-içə bir vəhdət yaratmağı məni məndən təmamilə aldı.Tulum başqa aləmdir, gərək orda olub, onu yaşayasan. Piyada gəzərkən isə, ən bəyəndiyim şey yolüstü acı souslu manqo alıb dadmaq oldu, kiçik eşq-məhəbbət Karib dənizində üzmək, hündürlüyü dayaz yerdə təxminən 6 metr olan dalğalarla rəqs etmək tamam başqa zövq idi. Bunu yaşamalısız mütləq Meksika ilə bugün sağollaşırıq, növbəti stansiyamız - Costa Rika Paylaşan: Royal Aliyev

179 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!