910 dəfə oxunub

Gəzənfərd 4. - Barselona

Əgər yayımı qaçırmısınızsa, gecikmisinizsə və ya təkrar dinləmək istəyirsinizsə Gəzənfərd buraxılışlarını bloqumuzdan da izləyə bilərsiniz.

Gəzənfərdin 4-cü buraxılışının mövzusu Barselona idi. Qonaqlarımız isə 5 ildir Barselona yaşayan Kərim Kərimov və yenicə Barselonaya köçmüş Lalə bünyatzadə idi. 45 dəqiqəlik verliş ərzində Barselonadan, qonaqlarımızın Barselondakı ilk təəssüratlarından, gəzməli yerlərindən, ispan və katalon mətbəxindən, ispanların həyat tərzindən və digər nuanslardan danışdıq.

Əgər bəyəndinizsə kanalımıza abuna olmağı və daha öncəki buraxılışlarımızı izləməyi unutmayın.

https://www.youtube.com/watch?v=zz3qKTJ07z0

DİGƏR BLOQLAR

Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə, təhlükəsizliklə bağlı suallar da gətirdi. Ucuz ətin şorbası misalını əsas tutaraq hamının başında bir sual meydana çıxdı, loukosterlər nə dərəcədə təhlükəsizdir?!Çox rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm amma dünyada loukost hava yolları bazarı haqqında bir az məlumat vermək üçün, bəzi rəqəmləri paylaşacam. 2015-cı ildə dünyada olan bütün uçuşları 28, Şimali Amerikada 30, Avropada 26,  Cənub-Şərqi Asiyada isə 54 faizini loukost hava yolları şirkətləri yerinə yetirib. Rəqəmlərin hər il daha da artacağı təxmin edilir. Rəqəmlərə baxdıqda loukoster bazarının kifayət qədər iri olduğunu görmək olar.Ümumiyyətlə aviyasiya mütəxəssisləri deyir ki, loukosterlərin belə ucuz olmasının səbəbi qətiyyən təhlükəsizlik tədbirlərindən qənaət etməsi ilə bağlı deyil. Xüsusilə də Avropa və Amerikada, uçuşlara nəzarət təşkilatları heç bir halda hava yolları şirkətlərinə standartlardan kənar çıxmağa icazə vermirlər. Bəs onda loukosterlərin ucuz olmasının səbəbi nədir?! Qiymətin belə ucuz olmasının səbəbi şirkətlərin müştəri xidmətləri və təyyarədə verilən xidmətlərə qənaət etməsi, otutacaqların sayını bir az artıraraq, çox sərnişin daşıması kimi faktorlardır.Loukoster hava yolların ilə bağlı bəzi önəmli məqamları sizinlə bölüşmək istəyirəm:Loukosterlərə təyyarənin bir yerdə dayanması sərf etmədiyindən (çünki parking üçün ödənniş edilir), şirkətlər çalışırlar ki, təyyarələri bir yerdə dayanmasın, daimi hərəkətdə olsun. Ona görə də loukosterlər, xüsusilə də Avropa və Amerikada hər zaman çalışırlar ki, “qarajları” cavan qalsın. Təyyarələr yeni olduqda, onun baxımı üçün çox pul tələb olunmur və tez-tez xarab olub, şirkəti yarı yolda qoymur. Məsələn, planespotters.net saytına görə Avropadakı loukosterlərdən WizzAirin təyyarələrinin orta yaşı 4.5, RyanAirin 6.5, Easyjetin isə 6.9 ildir. Full xidmət verən, Türk hava yollarının təyyarələrinin orta yaşı 6.5, Almaniyanın Lufthansa hava yollarının 10.5, Air Francen təyyarələrinin orta yaşı isə 12.5 ildir. Yəni bu statistikadan da göründüyü kimi, loukosterlər heç də işlənmiş, köhnə təyyarələri istifadə etmirlər.Avropa və Amerikada baş verən ən dəhşətli 20 təyyarə qəzasından sadəcə 2i (Avropada və Amerikada, hər birində 1 qəza) loukoster hava yollarının adıyla bağlıdır. Asiyada qaydalar bir az yumşaq olduğundan, Asiyanın çox qəza edən şirkətlərindən bəzilərinə (İndoneziyanın Lion Air şirkəti kimi) Avropa Birliyi ərazisinə uçuş etmək qadağan olunub.Təyyarənin qəza etməsi səbəbi, onun loukoster və ya full service olmağından çox, haradan-haraya uçmasındadır. Məsələn Amerikada hər milyon uçuşdan 0.2, Avropada 0.24, MDB-də (keçmiş sovetlər) 2.74 və Afrikada isə 6.83-ü qəza edir. Xüsusilə Avropada loukoster və full service hava yolları üçün təhlükəsizlik qaydaları birə-bir eynidir.Bunu demək bir az, gülməli səsələnə bilər amma loukosterlər qəza olmaması üçün full service şirkətlərdən daha çox çalışırlar. Hər zaman təhlükəsizliyə standartlardan da çox əməl etməyə çalışırlar. Çünki, hər hansısa bir qəza olsa, loukosterlərin məhv olan imiclərini bərpa etmək üçün elə də çox pulları yoxdur. Bu qədər faktdan sonra inanıram ki, loukosterlə uçmaq təhlükəlidir, ordan-burdan ucuz, yaşı keçmiş təyyarələr söhbətləri olmayacaq. Mən şəxsən artıq 3cü ildir, sevə-sevə loukosterlərin xidmətindən istifadə edirəm, sizə də məsləhət görürəm ????.

936 dəfə oxunub

Avropanın ən məşhur şəhərləri (II hissə)

"Səyahət etmək əvvəl səni lal edir, sonra səni daha yaxşı hekayəçi halına gətirir" - İbn BattutaNömrə 3- TürkiyəMarmarisBu şəhərdə olduğunuz zaman elə bil Türkiyə istirahət zonasında deyil, Palma de Malyorka kimi yerdəsiz- yəni elə bil İspaniyanın gözəl istirahət zonasındasınız. Egey dənizi sahilində yerləşən bu şəhər əsasən avropalıların istirahət etdiyi şəhərdir. Digər kurort zonalarında olduğu kimi burada əksinə postsovet ölkəsindən az adam görmək olar.İzmirTürkiyənin avropa paytaxtı bu şəhərə desək heç yanılmarıq. Burada insanlar, yaşayış tərzi çox avropasayağıdır. Egey dənizi sahilində olan şəhərin çox gözəl mənzərələri, dəniz gəzintiləri və baxılacaq yerləri var. Assansör adlanan məşhur yerdən şəhəri hündürdən görmək imkanınız var və bir az aralı getsəz Efes kilsələrini görə bilərsiz.İstanbul/Bodrumİstanbul Türkiyənin ən böyük şəhəridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. Sultanəhməd rayonunda eyni adlı məbəd turistlərin ən diqqətini çəkən yerlərdəndir. Turistlər həm də bu ərazini Mavi məsçid kimi tanıyırlar.Bodrum klassik istirahət mərkəzidir, 7/24 limitsiz yeyib-içmək və dəniz qırağında günəş vannası almaq istəyirsizsə, Bodrum tam sizin üçündür  Amma nəzərə almaq lazımdır ki dəniz suyu çox duzludur, əksər insanlar belə dənizdə çimmək əvəzinə, gözəl hotellərdə olan hovuzlara üstünlük verir.Nömrə 4- PortuqaliyaLissabon - Portuqaliyanın paytaxtı olan Lissabon şəhəri avropanın ən ucuz və ən gözəl şəhərlərindəndir. Hətta havası belə ideal sərin keçən Avropa şəhərlər arasında ən mülayim hava klimatına malik şəhərlər arasında öndədir. Burada yay 6 ay və hətta arada daha da çox müddət olur. Pena Palas adında təbiətdə yerləşən saray turistlər üçün ideal yerdir. Burada gözəl kafelər, təbiət qoynunda istirahət yerləri və qalaların önündə keçirilən tamaşalar ilə turistlərin könlünü oxşayır.Almada Teju çayı sahillərində yerləşən gözəl şəhərin mənzərəsi nəyə istəyirsizsə deyər. Ən baxılacaq və turistləri cəlb edəcək yerlərdən biri İsa Məsihin abidəsi olan yerdir. Braziliyada Rio de Jenairo-da olan eyni abidənin bir az kiçik versiyasıdır. Əlavə ödəniş etməklə həmin abidəyə daha yaxın qalxa bilərsiz, mütləq qalxıb bu zəhmi hiss edin.Nömrə 5- AlmaniyaHamburq şəhəri mənə bir az boz gəldi və buna da səbəblər var. Şəhərdə daim yağış yağır. Axşam 5-6-dan sonra həyat demək olar dayanır, küçədə çox az insan olur, gecə heyatı demək olar yoxdur və əksər obyektlər bağlanır, hətta restoranların əksəriyyəti. Mənim şəxsi fikrim budur ki, şəhər daha çox yaşlı nəsil üçün nəzərdə tutulub. Amma şəhəri gözəl edən körpüləridir. Ən çox körpü sayına sahib şəhər Venesiya deyil, məhz Hamburq şəhəridir. İnsanlar burada Almaniyanın digər şəhərlərindən fərqli olaraq daha gülərüz və yardım sevəndilər.Taksi şoferlərinin hər ikincisi türkiyəlidir. Şəhərdə bankomat qıtlığı var və özünüzlə daima nağd pul gəzdirməlisiz. Əks halda, əsasən də restoranlarda kart qəbul edilməyəndə ( belələri az deyil ) pis vəziyyətdə qalacaqsız.Nömrə 6- MisirŞarm El Şeyx istirahət, qədimlik, dəbdəbəli otellər, əsrarəngiz səhralığı özündə birləşdirən şəhərdir. Burda olduğunuz zaman mütləq meyvələrin dadına baxın, əsasən də mango yeməyi unutmayın. Bu şəhərdəki kimi dadlı mango əminəm daha heç yanda yeməyəcəksiz. Qırmızı dənizin sahillərində yerləşən bu şəhərdə həmişə demək olar yaydır və yağıntıların minimum olan yeridir. Köhnə bazar adında turistik olan yerə getmək məsləhətdir. Ən azından ordan xüsusi ətirlər və xanımlar üçün dəvə kremi almağa dəyər. Səhra zonasında xüsusi maşınları sürmək isə ayrıca bir həzz verəcək. Hətta gəzinti zamanı dəvə üzərində şəkil çəkmək belə daxildir. Özünüzü Ərəb şeyxi və ya qulduru hiss etmək üçün gözəl məkan.Nömrə 7- İngiltərə/BƏƏ/RusiyaLondon İngiltərənin paytaxtı olan bu şəhər öz alicənabları ilə seçilir. Köhnə krallıq adətlərin saxlanılması və buna misal çay mərasimi, kraliçanın olması və böyük işlər görmüş insanları “SER” adı ilə təltif olunması buna bariz nümunədir. Şəhər daima duman içindədir. Boşuna buranı Dumanlı Albion adlandırmırlar. Londonda yağıntı çox olduğundan pessimist olmaq təəccüblü deyil. Temza çayının sahil boyunda çox maraqlı və baxmalı yerlər var. Bunlara misal Big Ben saatı, London Eye karuseli, Madam Tüsso muzeyi və sairə..Dubaya Ərəb Əmirliyinin Monakosu desək, yanılmarıq. Yəni dəbdəbə də, bahalı maşınlar və eksklüziv mağazalara görə Monakodan geri qalmayan şəhər. Bircə fərq burada çox istidir. İlin əksər hissəsini bayırda keçirmək mümkün deyil, ancaq mall və restoranlarda rahat nəfəs almaq olur. Mütləq dünyada ən hündür bina olan 163 mərtəbəli Burj Al Khalifa-ya qalxın. Musiqili fəvvarəni da izləməyi unutmayın, belə bir fəvvarə əmin olun görməmisiz. Son olaraq da milyonçular məhləsi olan JBR -i (Jumeirah Beach Residence) ziyarət edin və Fransız xalqı necə kef etdiyini canlı görün Rusiyanın paytaxtı olan Moskva şəhəri isə hamımıza tanış olan Qırmızı meydan, Lenin mavzoleyi, Kreml və kilsələri ilə göz oxşayır. Moskva çayı ətrafında yerləşən bu şəhərdə demək olar hər millət, təriqət və inanca rast gələ bilərsiz. Son olaraq Tbilisi və Sofiya bir az köhnə sovet tipli şəhərlər olduğundan (mənim fikrimə görə) daha geniş yazmayacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asif ibrahimov

3808 dəfə oxunub

Dadlı Vyana səyahəti

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Mənim üçün yeni il səyahəti son illərdə yemək səyahətidi. Çünki böyük şəhərlərə turist axını səbəbi ilə, yeni il ərəfəsi gəzib görmək üçün ideal bir zaman deyil. Bu il hara gedəcəyimə qərar verənə kimi 8 dəfə fikir 4 dəfə otel dəyişib nəhayətində Vyanaya qərar qıldım. Öncədən nəzərinizə çatdırmaq istəyirəm ki, fərqi yoxdu ilin hansı vaxtı gedirsiz, öncədən muzeylərdən tutmuş restoranlara qədər gedəcəyiniz hər yeri rezerv edin. Çox böyük vaxt qazanmış olarsız, yoxsa çox uzun növbələr sizi gözləyir.Nəysə sözümün canı onda deyil, muzeylərdən, görməli yerlərdən trAvel bloggerlər danışar bizim işimiz yemək????Başlayaq Vyananın rəmzinə çevrilmiş Sacher tortundan. Şəhərin hər yerində bu desertə rast gələ bilərsiz amma mən əsl qarınqulu olaraq təbii əvvəldən harda nə yemək lazımdı araşdırmışdım. Sacher tortu üçün iki ünvan var. Birincisi Cafe Sacherdi, hansı ki digər məşhur sacher tortu verən kafe Demel ilə illər sürən məhkəmə sonrası müəllif hüququnu qazanıb. Hər iki cafenin qabağında saatlarla növbədə gözləməli ola bilərsiz. Gözləməyə dəysə bari ???? mən hər iki cafedə sacher tortunun dadına baxdım, müqayisədə Demel daha dadlı gəldi mənə, ümumillikdə Bakıda çox daha dadlı şokoladlı tortlar yemişliyim var. Bəyənmədim.İkinci ünvan oldu Şnitzel, təbii Vyanaya gəlib Şnitzel yeməmək günahdı. Bunun üçün Figlmueller adlanan dünyaca məşhur bir restorana getməlisiz ama orda ya 2-3 saat növbə gözləməlisiz sonunda çıxıb mətbəxin bağlandığını deyə bilərlər, ya da ağıllı tərpənib əvvəldən rezerv etməlisiz. Əvvəldən dediyim bir neçə saat ya da bir neçə gün yox baya baya bir neçə həftə əvvəldəndi ???? şnitzel ümumulikdə dadlıdı mənim favorim isə Corden Bleudi. Donuz yeməklə probleminiz varsa Orginal Wiener Şnitzel mal ətindən hazırlanır, rahat rahat yeyə bilərsiz ????Gələk öncədən planlamadığımız, təsadüfən olan tanışlıqlara. 3 saat çəkən uzun və çarəsiz axtarışdan sonra təsadüfən girdiyim bir burger restoranın məni bu qədər xoşbəxt edəcəyini düşünə bilməzdim. le burger - çox tez tez burger yeyən və ağız dadına güvənən biri kimi, 2018 də hətta bəlkə həyatımda yediyim ən dadlı burgeri yedim deyə bilərəm. təkcə burgerləri yox məkan, personal tami tamına 10/10 bir restorandı. Hələ bütün bunlar az imiş kimi qiymət də çox münasibdi. 6-8 euroya ürəyiniz istəyən basis burgeri seçib, extra olaraq heç bir əlavə pul ödəmədən istədiyiniz əlavələri edə bilirsiz burgerə. Məsələn mən 7 euroya cheesburger götürüb, duzlu xiyar, qızardılmış göbələk, qızardılmış soğan, jalepenos, müxtəlif və limitsiz souslar və yenə daha nə istəsəz var idi əlavələrdə. Birinci gün çox ac getdiyim üçün dedim bəlkə ona görə belə çox bəyəndim, ikinci gün bir də gedib yedim və yenə eyni hissləri yaşadım. Çox möhtəşəmdi. Vyanaya gediləndə mütləq dadılmalı olan yerlər siyahısındadı. Sırf o burgerə görə belə bir daha Vyanaya getmək olar.İkincisi isə Lale adlı bir türk restorani oldu. Ora bir tanışımın məsləhəti ilə getmişdim və həqiqətən avropada bələ gözəl və zövqlü bir türk restoranı ilk dəfə görürdüm. Yeməklərin dadına isə söz ola bilməz. O qədər çox tərifləmişdilər və getdiyimiz zaman dilimi həm səhər həm də günorta yeməyi yeməyə imkan verdiyi üçün Serpme kahvaltı və qarışıq kabab sifariş etdik. Meneməni yeyəndə az qala barmaqlarımı da yeyəcəkdim. Hər şey çox dadlı idi. Ətlər, kababların yumşaqlığı, bugünə kimi yediklərimin top5 nə girər rahatlıqla. Sonda qusmağı gözə alıb üstünə öz hazırladıqları paxlavanın da dadına baxdım, o da möhtəşəm idi. Gedilməli olan yerlərdəndi.Sonda Vyanadakı kafelər haqqında onu demək istəyirım ki, yediyimiz demək olar ki hər şey dadlı idi və diqqətimi çəkən şey məhsulların keyfiyyətli və təzə olması oldu. Deyəcəksiz bunu necə anladın, həm dadından həm də burgerdə məsələn duzlu xiyarı dişləyəndə gələn o xırçıltı səsindən və buna bənzər çox şeydən. Nəysə sonunda hamınıza dadlı səyahətlərlə bol bir yeni il arzulayıram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Khalida Mahmudova

1004 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!