Bu aralar çoxumuzu maraqlandıran bir mövzu üçün, həm də əlidolu gəlmişəm
Deməliii, qarşıdan 1 həftəlik bayram tətili gəldiyini nəzərə alaraq, ölkə daxilinə üz tutacaq şəxslər üçün kiçik bir məlumat postu, siyahı hazırlamaq fikrinə gəldim.(Gördüm siz yazmaqda tənbəllik edirsiniz)
Sizin üçün indiyə kimi qrupda yazılan pütüüün fikirlərdən və öz qeydlərimdən ibarət bir must see" listi ortaya çıxarmışam. Təki hamı gəzsin
Aktiv və ya passiv istirahət sevənləri nəzərə alıb, istirahət mərkəzi və ya hiking istiqamətləri də qeyd etmişəm.
Quba/Qusar
Nüğədi kəndində Çənlibel gölü (payız mənzərəsi də əla olur)
Məşhuuur Qəçreş meşələri
Qırmızı qəsəbə
Təngəaltı ( burada Afurca şəlaləsini, Qonaqkəndi və bir çox maraqlı təbit mənzərəsi görə bilərsiniz. Restoranlar da var)
Xınalıq ən məşhur marşurutdur bu istiqamətdə gəzməli, görməli nə azru edilirsə hamısı var.
Küpçal, Alpan tarixi məkanları
Qudyalçay və ətrafı
mənzərəli dağ kəndləri
Alpan
Yuxarı Xanəgah
Girdah kəndləri
Qrızdəhnə və qurqur şəlaləsi
Qubanin Tengealti kendinde Afruca selalesi de var.
Hazır marşrut:
Xınalığa doğru getmək üçün (Qəçreş meçəliyindən də keçirsiniz)
Rixos hoteldə kanatdan istifadə etmək olar >>>5 dəq yolla Amsar kəndində balbulaq (cennetbagi istr merkezi) >>> ordan 5 dəq yolla 2-ci Nügədidə Çənlibel gölü>>>o yolla bir az aralıda(yarım saat olmaz) Təngalti,Afurca şəlaləsi
Edited: hazırda kanat işləmir təəssüf ki.
Girdah kəndində ki şəlalə üçün
Bakı>>>Quba rayonu ərazisi>>>Çağacuqçayın körpüsünü keçdikdən sonra təxminən 3-4 km-dən sonra sola Pirvahid kəndinə yol dönür>>>O yolla (asfaltdır) düz davam edirsiz->>> 7 km-dən sonra "T" yola çatdığınızda sola dönün>>>Təngəaltı istiqamətində davam edin>>>yenə Çağacuqçayın körpüsünü keçdikdən sonra "Rustov kəndi" yazısından sağa dönün>>> Başxanagah kəndinə doğru davam edin.
Bakıdan Başxanagaha çatmağınız təxminən 3 saata mümkündür.
Restoran və ya istirahət mərkəzi
Quba Mestergah
Aynur otel
Oscar Hotel
Şahdağ Hotel
Qərənfil istirahət mərkəzi var
Park Qusar
Xıdır və ya Xutorok
Macara lake
Alpin Qusar
Hikinq
Yüksəklikdə yerləşən və şəlalələrlə zəngin kəndlər:
Qrız, Qrız dəhnə, Küsnət, Qalaxudat kəndi
(Şəlalələri hər fəsildə ayrı gözəldir)
Kuzun-Laza şəlalələri
Cek kəndi
Bəybəyim dağı
İsmayıllı
İvanovka,Lahıc, Talıstan, Cavanşir qalası , Buynuz kəndi
Basqal kəndi (kənddə yerləşən kəlağayı emalatxanası)
Aşıq Bayramlı gölü, Cülyan, Qalacıq, Sumagalli kənd
Herem qalası
Xənəyi kəndi
İ.M
Green house,
Talıstan forest
Əmrəki istirahət mərkəzi
Qizil qaya (hoteli de var, koteci de)
Xanagah kəndində - Qiz Qalası oteli
Şəlalə- meşənin içində koteclər şəklində
Hikinq
Talıstan kəndi- Qaranohur gölü
Fit dağı
Lahıc-Niyaldağ zirvəsi (2053 m)
Ucqar kəndləri
Mücü kəndi
KÖHNƏDAXAR kəndi
DƏRƏ kəndi
MÜŞKƏMİR kəndi
Zərnava kəndi
Şamaxı
Pirquluda yerləşən-Rəsədxana.- Axşamlar saat 9dan sonra hava açıq olarsa kiçik teleskopdan baxa bilərsiz, aya və digər planetlərə. Böyük teleskop turistlər üçün açıq deyil, yalnız elmi tədqiqatlar üçündür.. Böyüklər 5 azn, məktəblilər 2 azn.
Pirqulu meşələri, Çuxuryurd gölü
Beyqurd qalası, Dəli çay
Qaladərəsi kəndində yerləşən şəlalə
Qaleybuğurd kəndi. Dəmirçi kəndi.
Sakit göl
Avaxil,Qəleybuğurd kəndi
Yeddi gözəl Türbəsi, Xalçaçılıq sexi və M.Ə Sabirin ev muzeyi
Kələxana türbələri
Hazır marşrut:
Pirquludan Dəmirçi kəndindən keçməklə Lahıca asvalt yol salınıb və gözəl mənzərələr ilə dağlarla (bəzi hissələrdə lalələr də görmək olar) gedib çıxır Lahıca
Əyər faydalı olarsa, digər zonalar üçün davam edəcəm bunu.
Hamısını eyni anda edə bilmədim, bir az vaxt tələb edir çünki hazırlamaq
Vacib qeyd :
Digər Gəzəyənlərə faydalı olmaq üçün:
Postu oxuduqdan sonra “mütləq qeyd olunmalıdır” düşündüyünüz yerlər varsa, onları bildirə bilərsiniz ki, posta əlavə edim.
: Qeyd edilən istirahət mərkəzlərində yalnız üzvlərin gedib istifadə etdiyi və feedback yazdığı yerlərdi. Başqa çox yerlər ola bilər təbii ki. İstifadə edib razı qaldığınız yerlər varsa, onları da bildirə bilərsiniz
İstirahət mərkəzləri və ya digər yerlərlə bağlı məlumatlar update olunmamış ola bilər. Sadəcə yeri bilib, getməmişdən araşdırma edə biləsiniz deyə lazım olar