1677 dəfə oxunub

UCUZ-UCUZ SƏYAHƏT EDƏK?

1. TURŞİRKƏTDƏN VAZ KEÇİN, ÖZÜNÜZ SƏYAHƏT EDİN

Turşirkətlərin xidmətlərindən imtina edib, özünüz səyahət etsəz, bir xeylaq pula qənaət etmənizdən əlavə, həm də daha maraqlı səfər yaşaya bilərsiz.  Düzdür, bu halda səyahətdə hər hansı problemlə qarşılaşsaz, onu da özünüz həll etməli olacaqsız, amma turşirkət də bir çox hallarda yaranmış problemli situasiyadan aradan çıxmağa cəhd göstərir və ya problemin həll olunmasında gücsüz olur. Məsələn, turşirkətlə getdiyim son səyahətdə əlimdə Keniyaya giriş üçün onlayn vizam olduğu halda, sərhəddə Azərbaycan vətəndaşları üçün onlaynla alınmış deyil, yalnız səfirlikdən alınmış vizanın gərəkli olduğunu deyib deport etdilər. Üzdülüyümə salıb 2 saatlıq yol gedərək o biri səmtdəki girişdə də cəhd göstərdim. Orda 1-cidən də betər deport etdilər. Turşirkətin nümayəndəsi də, sərhəddə bir az dil tökdü oranın əməkdaşlarıyla, sonda da dedi ki: «Biz tay gedək». Dəstəni də yığdı getdi. Mənciyəz də qaldım yalqız. Və ya Yaponiya səfərində dostum qeybə çəkilmişdi, zənglərə cavab vermirdi, artıq yola düşmək zamanı idi, turşirkətin rəhbəri yenə çiyinlərini çəkdi. Yaxşı ki, sonda, nəhayət, tapıldı (hansısa oteldə yıxılıb yatmışdı).  Tanzaniyaya da turşirkətin xətti ilə getmişdim. O ki, bir çox səhifələrdə yazırlar e – Tanzaniyada vətəndaşlarımıza vizanı sərhəddə verilirlər, cibimizə də 5-10 dollar basırlar təşəkkür əvəzi ki «Çox sağ olun ki, bizim ölkəyə gəldiz» – o da boş söhbətdi. Tanzaniya gömrükçüləri sərhəddə o qədər halıma acıdılar ki, ürəyim ağrıdı lap onlara. Amma yenə deport elədilər ki, «vətəndaşlarınız dəvət ya vizayla gəlməlidirlər». Yəni sözüm ondadır ki, turşirkətlə də gedəsi olsaz, çox vaxt yaranmış problemlə elə özünüz baş-başa qalacaqsız.

Özünüzün etdiyiniz səyahətdə xəyallarınızın marşrutunu da özünüz cızırsız, uçuş üçün də pul kisənizə uyğun bilet, otel seçirsiz və s. Tələsdirən yox, vaxtı güdən də yox. Ən önəmlisi də, səyahətə xərclədiyiniz pul qat-qat ucuz başa gəlir.

© Ukrayna

2. PLANLAŞDIRIN

Səyahətinizi nə qədər qabaqcadan planlaşdırsaz – maliyyə baxımından bir o qədər çox qabaq düşəcəksiz. Təyyarə uçuşları, dəmiryolu qatarına bilet, otel rezervasiyası, müxtəlif tədbirlərə bilet, konsert, festivallar… Məndə bu hazırlıq 5-6 ay öncə start verir.  Avropada qatar biletlərinə satış bir neçə ay öncə başlanır. Satışın ilk günlərində də standart qiymətlərdən 2-3 dəfə daha ucuz bilet almaq olur. Həm də növbələrdə dayanmaqdan qurtula bilərsiz.

3. YOL XƏRCLƏRİNƏ QƏNAƏT EDİN

Yollarda xərclədiyiniz pullar səyahətin ən çox pul aparan hissəsidir. YANDROUKI.BY saytında təyyarə, dəmiryolu, avtobus biletlərinə, avtomobil icarəsi və qalmaq üçün yerlə bağlı olan çoxsaylı endirimlər olur. Sayt özlüyündə heç bir turist xidməti təşkil etmir, yalnız endirimlər barədə məlumat verərək, xidməti təqdim edən şirkətlərin saytlarına birbaşa keçidləri verir.

4. UCUZ BİLET AXTARIŞI İLƏ GOOGLE-Nİ DARMADAĞIN EDİN

Əslində, bunun üçün çox vaxt 1-2 səhifə də bəs edir. Məsələn, gül kimi KIWI. O ki, sual verirsiz e «Filan yerdən filan yerədək ucuz bileti necə ala bilərəm?» – cavabı elə bu səhifədədir. Ən mümkün istiqamətlərdə ən ucuz aviabiletləri sizin üçün hazır edəcək.

© Serengeti, Tanzaniya

5. AEROPORTDAN OTELİNİZƏDƏK MƏSAFƏDƏ QƏNAƏT EDİN

Demək olar ki, bütün aeroportlardan mərkəz hissəyə taksi ilə deyil, avtobusla da getmək olar. İnternetdə əvvəlcədən axtarıb tapın görün hansı şirkətlərin avtobusları bu və ya digər aeroportdan mərkəzə hərəkət edir.

Yox, dirəşib taksi ilə getmək istəsəz, taksini aeroportda axtarmayın, çünki oradakılar sizi, adətən, daha baha qiymətə aparmaq həsrətində olacaqlar.  Aeroportdan otelinizə beynəlxalq transfer şirkətlərinin təqdim etdiyi xidmətlərdən yararlanaraq da çata bilərsiz. Məsələn, KIWITAXIHolidayTaxi. Aeroportda həmin şirkətlərin əməkdaşları üzərində adınız yazılmış lövhəylə sizi qarşılayacaq. Ödənişi bank kartı ilə də edə biləcəksiz.

6. GÜL KİMİ HOSTELLƏR

Hostel həm ucuzdur, həm yeni insanlarla rahat tanış olmağınız üçün gözəl məkandır. Mən, məsələn, Barselonanın düz mərkəzində, yaxşı şəraitli, səhər yeməkli hosteldə qalırdım. Minimal məbləğə.

Ailə ilə səyahət edirsizsə, bu halda apartamentlərə üstünlük verin. Makedoniyada icarəyə götürdüyüm apartamentə otelə verəcəyim məbləğdən ikiqat ucuzunu verdim. Gül kimi də ev idi. Belə olan halda, lap supermarketdən ərzaq alıb özünüz evdə yemək də hazırlaya bilərsiz. Restoran filana da getmək olar 1-2 dəfə, amma gündəlik restoranları zəbt etsəz, əlbəttə, bir xeylaq xərcləməli olacaqsız. 

7. QALMAQ ÜÇÜN ALTERNATİV ŞƏRAİTDƏN BƏHRƏLƏNİN

Aqroturizm deyilən bir şey var. Havayı qalmaq üçün yer, yemək, əvəzində də ev yiyəsinə gün ərzində bir neçə saat kömək etmək.  Məsələn:

HELP EXCHANGE resursunda dünyanın müxtəlif yerlərindən olan adamlar fermada filanda bir neçə saat işin müqabilində turistlərə qalmağa yer və qida təklif edirlər.

WWOOF 70-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatdır ki, turistlərə orqanik ferma, bağçalarda işin müqabilində qalmağa yer və yemək-içmək təklif edir.

COUCHSURFİNG-i çoxlarınız eşitmisiz. Səhifədə qeydiyyatdan keçirsiz, gələn qonaqları evinizdə qəbul edə və ya özünüz səyahət zamanı həmin qəbuldan faydalana bilərsiniz.

HOUSECARERS isə uzun müddətə harasa getmiş ev yiyəsinin evinə nəzarət etmək imkanı verən səhifədir. Həm də qalmağa yeriniz olur.

© Tarangire, Tanzaniya

8. DƏYİŞ-DÜYÜŞLÜ MƏZUNİYYƏT

Çox adam səyahətə çıxma ərəfəsində AİRBNB saytı vasitəsilə öz evini icarəyə verir, özünüz gəzib-dolanırsız, evinizdə qalanın ödənişi də kartınıza oturur. Və ya evinizi pulsuz-parasız müvəqqəti dəyiş-düyüş edirsiz: məsələn, Almaniyadan filankəs gəlib sizin evdə qalır, Siz isə filankəsin Almaniyadakı evində. Bu cür xidmətlər təklif edənləri aşağıdakı saytlarda tapmaq olar:

HOMEEXCHANGE

HOMELINK

Rusdilli OBMENDOMAMI resursu keçmiş SSRİ üzrə bu cür təklifləri yerləşdirir.

9. PULSUZ-PARASIZ ƏYLƏNCƏLƏR

Yola düşməzdən əvvəl gedəcəyiniz yerdə hansı pulsuz əyləncə tədbirlərinin keçiriləcəyi ilə maraqlanın. Festivallar, konsert proqramları, açıq qapı günləri, ekskursiyalar… Bütün bunları çox vaxt böyüklü-kiçikli şəhərlərdə tapmaq mümkündür. Məsələn, elə Bakının özündə də tursitlərə pulsuz ekskursiya təklif edən qruplar var. FREETOUR saytında pulsuz piyada turlar barədə məlumat almaq olar.

10. BİR AZ ÇEVİK OLUN

Eksperimentlərdən, qəfil marşrutu dəyişməkdən çəkinməyin. Əvvəlki yazımda qeyd etmişdim, imkan varsa tam tur mövsümündə səyahətə çıxmayın, mövsümün sonuna və ya mövsümün başlanmasına 1-2 həftə qalmış həm turist axını az olur, həm də qiymətlər çox ucuzlaşır. Bu minvalla pula 50%-dək qənaət etmiş olarsız.

BƏS SİZ SƏYAHƏT ZAMANI HANSI QƏNAƏT ÜSULLARINDAN YARARLANIRSIZ?

© Zənzibar, Tanzaniya
  Paylaşdı: Ali Akbar (travelstory.az)

DİGƏR BLOQLAR

Körpə uşaqla səyahət zamanı lazım olan ləvazimatlar

Avropa və 18 aylıq körpə10 günlük səfər üçün özünüzlə aparmalı olduğumuz ləvazimatların siyahısı ????1. Mövsümə uyğun geyim (4 ədəd body, 3 ədəd polzunki, nazik və qalın papaq, qalın və nazik corab, yatması üçün sleepik, jiletka, 1 ədəd şalvar (biri də əynində idi), 1 ədəd köynək (biri də əynində idi))2. Tibbi çantada götürdüklərim (cefekon şamı, nanə cövhər, espumizan (pinkoo), akvamaris, termometr (dədə babadan olan), oksalin mazı, otrivin (əgər daha ağır qripdirsə), bint, leykoplastr, pambıq, disk pambıq, qulaq çöpü, bədən yağı, prisipka, bepanten kremi, sudokrem, yod, 90%-li spirt, 70%-li spirt)3. Kolyaska - yay kolyaskası adı ilə bilinəndən götürmüşdük. Çünki həm daşıması rahat, həm yığılıb-açılır, həm də yüngüldür. Mütləq və mütləq oturacaq hissənin yığılıb açılan olmasına nəzər yetirin. Uşaqlar tez yorulur və siz gəzəndə o rahat yatsın deyə kolyaskanı ona uyğun seçin. Mənim etdiyim səhv isə bu kolyaskanın qış ədyalının olmaması idi. Buna xüsusi diqqət verin. 4. Gedəcəyiniz gün sayından asılı olaraq uşaq bezləri götürün.5. Mini qaz peçi, balaca qazan, getdiyiniz günün təyyarədən eniş saatından asılı olaraq kartof, kök, düyü, kabaçki (qeyd edim ki, 18 aylıq idi və ancaq özünəməxsus hazırlanan suplar yedirirdim), hazır kaşalar (biz Heinz firmasının kaşalarını işlədirdik), düyü unu (səhərlər kaşasını təbii hazırlayıram, hazır kaşanı əlimyandı anların xilaskarı kimi saxlayırdım), südü isə düşüb mağazadan almaq olar.6.Yemək termosu, balaca su termosu (gəzintidə daşınması rahat), əgər uzunmüddətli avtobus və ya qatar yolunuz varsa və bir səyahətdə bizim kimi 3-4 ölkə nəzərdə tutursunuzsa, iri termos (4-5 stəkanlıq olan) mütləq götürün.7. Nazik və qalın ədyal (havaya əsasən çöldə qalın, restoran, mağaza və muzeyə girəndə isə nazik ədyal örtürdüm üstünə)8. Sevdiyi oyuncaqlar (5-6 növ, nəzərə alın ki, bir oyuncaqla oynama müddəti maksimum 10 dəqiqədir)9. Planşet (kaprizli anların xilaskarıdır rəsmən)10. Ətir (mən @chiccoazerbaycan ətrini işlədirəm). Qusarsa və yuyunmaq üçün uyğun şərait olmazsa, özünüz və ətrafdakılar iydən boğulmasın deyə əla xilaskardır.11. Antibakterial su (bütün marketlər və apteklərdə var, 1-3 AZN arası dəyişir qiymət)Bəs Sizin səyahət çantanıza nələr daxildir?Siz də öz təcrübələrinizi #ninjaparents həştəqi ilə paylaşın, oxuyaq ????Paylaşdı: Eva Safarova 

1602 dəfə oxunub

Bütün detalları ilə Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Bali geniş post - Bir neçə gün əvvəl paylaşdığım Qatar Airwaysin oktyabr 2019-mart - 2020 arası uçuşlarda Bali, həmçinin digər Asiya ölkələrə və Maldivlərə olan 50% bilet endirimi 4 gün sonra yəni -07 avqustda bitəcəkdir. Hazırda həmin tarixlərdə Baliyə 520-550 dollara rahat gediş-dönüş bileti tapmaq mümkündür. Mənim fikrimcə Bali ölmədən əvvəl mütləq görüləsi yerlərdən biridir. Bu postda niyəsini yazmaq istəyirəm. Əvvəlcədən deyim ki, Balidən aktiv istirahət üçün maraqlıdır. Yəni buradan bir Maldiv və ya Seyşel efekti gözləyirsizsə getməyin. - Viza - Ölkə vətəndaşlarımız 1 ay müddətində vizasız İndoneziya və Bali adasında qala bilərlər. Hər hala qarşı giriş edərkən ölkədən çıxış biletiniz və ya bookingi əlinizdə olsun. - Bunları etmədən dönmək olmaz 1) Bali Swing - Ubud bölgəsində Düyü terraslarının ən yuxarı hissəsində olan təpədə Palma ağaclarından bağlanmış yelləncəkdən boşluğa doğru yellənib möhtəşəm adrenalin yaşaya bilərsiz. Burada alınan şəkillərin gözəlliyini demirəm hələ2) Bali masajı - Demək olar ki, hər addımda salonlar var. 10-15 manat ödəyib 1 saat bədəninizə istirahət vermək üçün Bali ideal yerdir. Bali masajlarından sonra özünüzü pambıq kimi yumşaq hiss edəcəksiz.3) Handara qapılarında şəkil çəkdirin - Bir çoxunuz bu qapılarda çəkilən cütlük şəkillərini görmüsünüz. Realda şəkillərin altına ayna qoyurlar)) Amma yenə də insanların baxarlən awww deyə biləcəyi şəkillər alınır)) 4) Bali sörfinq - Sörf bacarmırsınızsa öyrənmək üçün ideal yerlərdən biri Balidir. Təxminən 50 dollara 5 saatlıq kursla özünüzü okean sularına buraxacaqsız J5) Climax Bali atraksionu - Bir kapsulun içinə girirsiz və düz formada ayaq üstə dayanırsız. Anidən ayağınızın altındakı şüşə açılır və möhtəşəm sürətlə aşağı düşüb sonda hovuza düşürsüz. Adrenalin sevirsizsə Asiyanın ən böyük su parkı olan Waterboom Balidə olan bu atraksiondan mütləq istifadə edin. Möhtəşəm adrenalin yaşadır. (Drench 5/5, thrill-5/5, speed 5/5)6) Meşə mənzərəli sonsuz hovuzlarda şəkil çəkdirin - Əminəm bir çoxunuz Bali otellərinin bəzilərində olan sonsuz hovuzlarda çəkilən şəkilləri görmüsünüz. Meşənin üzərində olan bir otelin şüşədən hovuzundakı şəkillərinizə baxmaqdan doymayacaqsız)7) Uluwatu bölgəsində gün batımını, Batur dağından isə günün doğuşunu izləyin. Həyatımda gördüyüm ən gözəl mənzərələrdən biri idi.8) Padang Padang beachi görün - Yəqin ki, Eat love, pray izləməyib Baliyə gedən yoxdur. Julia Robertsin okeanna girdiyi səhnənin çəkildiyi bu yer görüləsi yerlərdən biridir. Filmdən həmin hissənin şəklini çıxardıb eyni yerdən okeana girərkən şəkil şəkdirə bilərsiz.9) Tirta Gangga(su sarayı) - Balinin ən gözəl, lakin az bilinən yerlərindən biridir. Yolunuzu burdan salın.10) Bali kofelərindən için - Adada fərqli dadlı 20-yə yaxın kofe növü vardır. Qiymətlər ucuzdur. Həmçinin məhşur Luwak kofesi də burada hazırlanır. Yəqin ki, bilirsiz bu kofe necə hazırlanır - bu barədə post yazmışam - rəylərdə link ataram))11) Bali Seawalker tourlara qatılın - Vaxtınız və marağınız varsa xüsusən Gili adaları ətrafında bu turlara qatılın. Okeanın dibində olan heykəllər insanı heyrətləndirir.12) Ölülər kəndi Truyana getmək - Balinin ən qədim sakinlərinin yaşadığı bu kənddə insanlar öldükdən sonra meyitləri sehrli Taru Menyan ağacının altına qoyulur. Meyitlər sümük olana qədər burada qalırlar. Ən maraqlısı isə meyitlər çürüyərkən bu ağacın altında heç bir pis qoxu yaranmamasıdır. Bura haqqında keçmişdə ətraflı post yazmışdım.-link-rəylərdə olacaq13) Paytaxt Kutada günbatımında sahilləri gəzib Bali pivəsi olan Bintangdan için Haralara getməli:1) Tanah Lot Məbədi - Okean sularının qurudan ayırdığı bu məbədə xüsusən günbatımında gedin.2) Waterboom Bali  - Buraya ən az 1 gün ayırın. Paytaxt Kutada yerləşir. Asiyanın ən böyük, Dünyanın isə 3-cü böyük aquaparkıdır. Giriş 55-60 manatdır. İçəri yemək və su aparmaq olmaz. Əşyaları saxlamaq üçün Lockerlər var və dəsmalları özləri verirlər. Əyləncənin limitlərini burada aşacaqsız.3) Ubudda Düyü Terrasları, Meymun meşəsi, Kofe plantasiyaları, Batur dağı və gölünü gəzin.4) Bali 20-yə yaxın böyük şəlalə ilə məhşurdur. Mənim gördüyüm və sizə də getməyə məsləhət bildiyim şəlalələr: Ubudda-Tegenungan şəlaləsi-giriş 2$, Sekumpul şəlaləsi-Giriş 1,5$, Kanto Lampo şəlaləsi-Giriş 1$, Tibumana şəlaləsi-Giriş 1$, Gitgit şəlaləsi- giriş 2$, banyumala ekiz şəlaləsi-2$5) Mən heç nədən qorxmuram deyənlərdənsizsə ölülər kəndi Truyanı gəzin.6) Bali Bird Park - Quşların hər növündən burada görə bilərsiz.7) Nusa Dua ətrafındakı çimərliklər, Dreamland beach və başqaları8) Garuda Wisnu Kencana Cultural Park - Özünüzü Avatar filmlərindəki yerlərdə hiss etmək istəyirsizsə buraya gedin.9) Gili adaları - Balidə olarkən özünüzü ekonom Maldivlərdə hiss etmək istəyirsinizsə 3 Gili adasına bir neçə gününüzü ayırın. Əsas görüləsi ada Gili travagandır.  10) Skygarden Bali - Paytaxt Kutada yerləşən bu klub Asiyanın ən böyük klublarından biridir. 5 mərtəbəli, hər mərtəbəsində fərqli dizayn və fərqli millətlərin üstünlük təşkil etdiyi bu kluba giriş 10$dır.11) Uluwatu bölgəsini gəzin - Sözsüz Balidə olan ən gözəl yerlərdən biridir. Burada gəzərkən ehtiyyatlı olun meymunlar telefonunuzu oğurlaya bilər.12) Tərk edilmiş Palace hoteli gəzin - 100 milyon dollara tikilməsi ehtimal edilən, yerlilərin pərili otel deyib getməyə qorxduğu bu oteli gəzmək ayrı bir adrenalindir.13) Adanın turistlər olmayan şimal hissəsini gəzin. Otel qiymətləri:Balidə 10 günü 2 nəfərlik otaq üçün ümumilikdə 200-300 manat olan 2-3-4 ulduzlu otellər də var 2000-3000 manat ola otellər də. Balaca və böyük hovuzlu villalar, hostellər nə istəsəniz burada tapa bilərsiz. Qiymətləri çox münasibdir və ölkəmizdən qat-qat ucuzdur. Okean sahili üçün Nusa Dua bölgəsində, meşəlik üçün isə Adanın Ubud hissəsində qalın.  Yemək və içki:Otellərdə və restoranlarda yeməklər kifayət qədər ucuzdur. Çoxlu düyü yeyirlər. Çörəkləri də düyüdəndir. Pivədən başqa digər içkilər çox da ucuz deyil. Qatar airlə uçanlar Doha aeroportunda Duty freedə sərfəli qiymətə içki alıb özünüzlə apara bilərsiz. Klublarında içkilər ucuzdur, amma çox da keyfiyyətli deyil. Mütləq hər cür ekzotik meyvələrdən yeyin. Bizim ölkədə cib yandıran ekzotik meyvə qiymətləri orda çox ucuzdur. -Bu yazdıqlarım mənim gedib gördüyüm yerlərdir. Bunlardan başqa Balidə gəzməli çox yerlər vardır. Post çox uzun oldu bilirəm, buraya qədər səbr edib oxuyanlar yaxın müddətdə Baliyə gedənlər olacaq yəqin ki, əlavə suallarınız olarsa rəylərdə soruşun cavablandıraram. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Gəzgin Həyat

2181 dəfə oxunub

İordaniya bələdçisi

Ammandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Çox saylı istəkləri nəzərə alıb İordaniya ilə bağlı təcrübəmi paylaşmağı qərara aldım...Əvvəla bu qrupun üzvlərinə lazımı məlumatları paylaşdıqları üçün xüsusi minnətdarlığımı bildirirəm. Səyahətimi başlamazdan əvvəl çox faydası olmuşdu.İordaniya Krallığı...Yaxın Şərq.. Asiya... Yerin Marsı...Tamamilə yadda qalan və fantastik bir təcrübə...Belə ki,əgər uçduğunuz ilk şəhər Aqaba olacaqsa viza Azərbaycan vətəndaşlarına hava limanında pulsuz verilir. Mənə hətta multiple (çoxtərəfli) verilmişdi.Jordan Pass almaqla ölkədə 40 atraksiona giriş əldə edirsiniz. (Bu haqda daha etrafli melumat internetde qeyd olunub). Amma, zənnimcə qeyd olunan atraksionların əksəriyyəti mənasızdı. Çünki, elə muzeylər var ki, Jordan Pass -a daxil deyil. Ona görə də Jordan Pass-a ən azı 70 dinar ödəməyin. İordaniya Krallığı sözün əsl mənasında daşdan belə pul çıxarır. (Petrada rəngli daşları süxürlardan kəsib satdıqları kimi...) Bəzi məscidlərə belə giriş pulludur. Məscidə girmək istəsəniz müsəlman olduğunuzu bildirin. (Dini inancınız olmasa belə )???? Petraya 1 gün üçün giriş 50 dinardır. İnternetdə yazılıb ki, 2-3 gün lazımdır. Mən səhər 7-də daxil oldum, axşam 6-ya qədər hər şeyi gördüm. Istəsəniz 17 dinar ödəməklə Petranı axşam saat 8-dən sonra da görməyə gedə bilərsiniz. Qarşısını şamlarla bəzəyirlər.Növbəti günü "Little Petra" üçün ayırın. Giriş pulsuzdur. Şəhərdən 10 km şimalda yerləşir. Taksi, turlara qoşulmaqla gedə bilərsiniz. Və ya mənim kimi xərciniz çıxmasını istəmirsinizsə avtostop edərək gedə bilərsiniz. İnandırım sizi ki, maraqlı təəssüratlarınız olacaq.???? 8000 il tarixə sahib paytaxt Amman şəhərində çox da görməli bir şey yoxdur. Cittadel, Roman teatrını gördükdən sonra King Abdullah I məscidinə ziyarət edib, göydələnlərlə dolu müasir Ammanda özünüzü fərqli yerdə hiss edəcəksiniz. Petra və Aqaba şəhərlərinə nisbətdə ucuzluqdur.???? Coğrafiya kitabında adı ilə rastlaşdığınız dünya okeanından duzluluq səviyyəsinə görə 9 dəfə artıq olan Ölü dənizə daxil olub batmamağa inanmaq deyil də, şahidi olmaq istəyirsinizsə, bir neçə yolunuz var: maşın icarəyə götürmək; və ya taksi tutmaqla gedə bilərsiniz; Ya da Ammanda yerləşən Mujahideen avtobus stansiyasından Al-Ram şəhərinə 1 dinar ödəməklə gəlib, oradan da Ölü dənizə taksi tutaraq az miqdarda pul xərcləyərək. Biz 3 nəfərə 5 dinar ödədik taksi üçün. Ödənişli və pulsuz çimərliklər var. 5 dəqiqəlik suya girmək üçün pul xərcləməyə dəymir, məncə. Ölü dəniz ətrafındakı palçıqdan bədəninizə çəkin, çox xeyirlidir. Dənizə girəndə gözünüzdən ehtiyatlı olun.Gedən zaman özünüzlə şirin su götürməyi unutmayın. Dəriniz quruyandan sonra bədəninizin bəzi hissələri acışacaq.???? Ammandan 1 saatlıq cənubda yerləşən Madaba şəhərindən Mount Nebo (Nəba dağı) adlanan əraziyə getməklə Musa peyğəmbərin vəfat etdiyi və Bibliyada adı çəkilən Allah tərəfindən yəhudilərə "vəd olunan" torpaqları ziyarət etmiş olacaqsınız. Giriş 2 dinardır.Madabadan oraya avtobus getmir. Taksi və ya hitchiking....???? Tarixə marağınız çoxdursa Ammandan şimalda yerləşən Jerash şəhərinə getməklə qədim Roman şəhərinin qalıqları ilə tanış ola bilərsiniz. Giriş haqqı 10 dinardır.???? Aqaba şəhəri yaxınlığında Wadi Ruma gedə bilərsiniz. Yerin Marsı adlandırırlar həmin ərazini. Giriş 5 dinar. Amma ayaqla gəzmək mümkün deyil. Azmaq riski (99%), səhrada əqrəb və ilan, bundan əlavə gecələr son dərəcə soyuq olur. Ona görə ciplərdən birini götürməli olacaqsınız.???? Azad iqtisadi şəhər hesab edilən Aqabada Hind okeanı, Qırmızı dəniz sahilindən 3-4 km məsafədə görünən İzrailin gecələr qızıla bürünən Eliat şəhərinə baxmaqdan zövq alacaqsınız.❗Temperatur ölkə daxili çox fərqlənir. Petrada gündüz hava isti, gecələr çox soyuq olur. İsti paltar (jaket, kurtka, vetrofka) götürün.Aqabada temperatur çox isti olur. Təmiz dəniz havası. Ammanda temperatur indi yaz havası kimidir. Bəzən isti, bəzən soyuq və yağıntılı.. Ölü dənizdə suyun da, havanın da temperaturu xeyli isti idi.❗ Qiymətlər çox bahadır. Ölkədə qıtlıq olduğundan yeyinti məhsulları və s. xarici ölkələrdən gətrilir. Bundan başqa da turist görəndə gözlərinə dinar kimi görünəcəksiniz.Necə deyəllər, İordaniyanın əsas nefti turizmdir.Sizdən son dərəcə istifadə etməyə çalışacaqlar.Ölkədə monopoliya çox güclüdür. Dövlət də, yerli xalq da insandan istifadə etməyə çalışır. Bəzən elə situasiya ilə rastlaşırsınız ki, onlar deyənlə razılaşıb, mövcud vəziyyətlə barışmalı olursunuz.Qiymətlər son dərəcə şişirdilmiş formadadır. Marketlərdə qiymətlər qeyd olunmadığından turistlərə fərqli qiymət oxuyurlar. Bəzən restoranda yemək daha sərfəli başa gəlir.Arada qarşınıza insaflı, (atış gəlməyə çalışmayan) ərəblər də çıxacaq. Sonda qeyd edim ki, İordaniya həqiqətən unikal ölkədir. Gəzməyə dəyər. Hətta ölməzdən əvvəl gəzilməli ölkələrdən biridir, deyərdim.Ümidvaram qeyd etdiyim məlumatlar kiməsə faydalı olacaq. Səyahət planlaşdırdığınız və ya səyahətdə olduğunuz zaman əlavə suallarınız yaranarsa istənilən vaxt əlaqə yarada bilərsiniz. 03.03.2019.Sevgilərlə....Rəcəb Səfərov.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Safarov

2074 dəfə oxunub

Avropanın ən məşhur gənclik festivalı - Tomorrowland

Tomorrowland FAQ ????Location - Belgium, BoomDates - Twice a year. İyul ayının 3 və 4 həftəsi..Duration - 4 days (1 day for camping and pre-party + 3 full days)Time - 12:00 p.m. till 01:00 a.m.Attendance - 250 000 per weekNiyə məhz Tomorrowland (TML)?Qısa məlumat: Çünki Tomorrow unikaldır və next- level festivaldır, və oraya düşəndə sən elə bil nağıla qatılırsan hər il yeni mövzü və sujet və buna görədə Dünyada #1 EDM genre üzrə musiqi festivalıdır, 15 stage + 1 Main stage və 400-ə yaxın DJ-lər. Hər stage hər musiqi genre üçün nəzərdə tutulub (techno, drum, trance, psy, hardstyle, hardstyle, dubstep, house and etc.). Hər gün festivalda ayrı ayrı genre olan mahnılar hər stagelərdə olur və ya umumiyyətlə cəmi 1 gün olur. Stagelər əsasən Labellər üçün nəzərdə tutulub. Məsələn elə stagelər "Atmosphere, Core ve Freedom, Garden of Madness" kimi burada 3 gün "Techno" amma ayrı labellər (Drumcode, Spectrum, Afterlife) və əlbəttəki Dj-lər olur, Freedom-da ise "Trance, psy" olur, Garden-da - "tek, "melodic" ve s.Camping: Festivadan 2km aralıqda Camping yerləşir, xüsusi bilet olanlar orada öz palatkanı qoyub və 4 gün orada qala bilər (biz elə edirik) festivalın tam atmosferinə qatılmaq üçün. Camping-də bütün şərait var - "Showers", "Beauty Salons", powerbanklar uchun doldurma menteqeleri ve s.Biletlər haqqında ətraflı aşağıda:İndi əsas məsələ qiymətlər və s. aşağıda qeyd olunan qiymətlər oficcial-dir.Festivalda hər tipli biletlər var, qiyməti 100 avrodan - 5000€ və yuxarı məbləğındə olar.Ən ucuz bilet 1 günlük bilet (Daily pass) - 100€ + feeFull Madness 3 günlük - 380€+feeMagnificent Greens 4 gün Camping ile birlikde - 450€ + feeEasy tents - 2 nəfər üçün 1300€ hazır palatkalar və ayrı zona, festivaldan palatkanı özünüzlə apara bilərsiniz.Comfort pass (vip) - 650€ bezi stagelerin yabinda VIP zonalara kechid.Biletləri necə əldə etmək olar?:Hər ilin Fevral ayında World-Wide Sale açılır və 30-40 dəq ərzində bütün biletlər satılır (elə olurki növbədə durursan və sold out olur. Əgər ww-den bilet ala bilməsinizsə siz bileti unoficcial mənbədən qiyməti 700+€ bashlayan Viagogo ve ya TML resmi distribyutoru tur şəklində alırsan (hal hazirda Russia reklam etməmək üçün inboxa) alırsan.Festivalda xərclər: festivalda bütün ödənişlər nağdsız olur yani cash ve ya card ile odemeler yoxdur. Oz valyutalari var "Pearl" adlanir ve sizə poçtla gələn bracelletde chip olur ve paymenti bracellet ile edirsiz. Braccelet-lere pulu yuklemek üçün festival ərazisində xüdudi yerdə edirsiz və ya online.1 pearl ~1.7€Qiymətlər: meal - ən ucuz 7 pearls ( ən azı gündə 3 dəfə çünki festivalda çoxlu yemək lazımdır enerji sərfiyyətinə görə), still water - 2-3p, red bull - 3p ve s. Hesablamanı özünüz 3 günə götürürsünüz. Qeyd etmək istəyirəm ki, festival ərazisində "İçməli-Drinkable" su olur hətta WC-də.Summary :Tml ticket - 700€ (camping olan), campingsiz bəlkə - 550€ tapmaq olarCamping üçün tent və yataq dəsti - 100€ + və yaHotelda qalmaq istəyirsinizsə - 500€ hotel + 30-50€ Taxi per dayFlight - 500€ (Baku - Istanbul - Amsterdam 2 tərəfli) - bizim belimizi qıran elə bahalı uçuşlardı)Gündəlik xərc - 150€ + (özünüzdən asıllı, azda ola bilər)Fors major hallar üçün - 700€ minimum mütləq kartda olmalı (elə olur ki flight təxris olunur və ya nəsə baş verir)Bu minimal xərclərdirBiz adətən festivaldan qabağ Amsterdama gedirik 3 gün orada gəzirik və sonra Belçikaya gedirik. Əlbəttəki buraya əlavə 700 avro tələb olunacaq hotel + gündəlik xərc + qatar iki tərəfli 70 avro.Alternativ və ucuz festivallar: "Ultra Music Festival" və "Untold"a hər zaman bilet ala bilərsiniz, bu festivalların bilet qiyməti heçvaxt qiymətdə qalxmır çünki spros az olur.p.s. bəzilərinə bu festival çox bahalı gələ bilər, amma bu pul ona dəyər. Və əlbəttəki bizim kimi musiqi sevənlər üçündür, heç kim normal bir halda bu qədər pul musiqiyə və ya atmosfera xərcləməz) bu il şəkillər az idi sorry =)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Khayal Hajiyev

1337 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!