1504 dəfə oxunub

İstiqamət ↬ Balkanlar

Warsaw – Budapest – Sarajevo – Mostar – Kotor – Budva – Shkoder – Ohrid – Skopje – Tbilisi – Baku

26 iyul 2019
Warsaw – Budapest
Flixbus: 21 EUR
Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.

27 iyul 2019
Budapest: dostumun evində qaldım

28 iyul 2019
Budapest (BUD) – Sarajevo (SJJ)
Wizzair: 13105 HUF (39 EUR)
Bilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir, bu qiymət Discount Club üzvləri üçün keçərli idi.

28 iyul 2019
Sarajevo – Mostar
Bus: GlobTour / Croatia Bus 38 BAM (6 EUR)
Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.

28-31 iyul
Mostar: Kovac Apartment 120 EUR (Apartment with Balcony)
Yaşayış bronu booking.com saytından edilmişdir.

31 iyul 2019
Mostar – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)
Bilet avtovağzalın kassasından əldə edilmişdir.

31 iyul – 03 avqust
Budva apartments: 170 EUR
Yaşayış bronu airbnb.com saytından edilmişdir.

01 avqust 2019
Budva – Kotor – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)
Bilet avtovağzalın kassasından əldə edilmişdir.

03 avqust 2019
Budva – Shkoder
Bus: GetByBus / Old Town Travel 89 HRK (12 EUR)
Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.

03 avqust 2019
Shkoder: Vllaznia Hotel 45 EUR
Yaşayış bronu hotels.com saytından edilmişdir.

04 avqust 2019
Shkoder – Tirana (bus): 300 ALL (3 EUR)
Bilet avtobusun içində əldə edilmişdir.
Tirana – Ohrid (taxi): 70 EUR (avtobusun qiyməti 18 EUR idi və növbəti avtobusa yer yox idi deyə taksi ilə getməyə qərar verdik)

04-06 avqust 2019
Ohrid: Apartment Ain Naum 80 EUR
Yaşayış bronu booking.com saytından edilmişdir.

06 avqust 2019
Ohrid – Skopje: 17 AZN
Bilet öncədən turizm agentliyindən əldə edilmişdir.

06 avqust 2019
Skopje – İstanbul – Tbilisi
Pegasus Airlines: 106 EUR
Bilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir.


Gəzməli-görməli yerlər:
1) Sarajevo – 4-5 saat kifayət edir şəhər ilə tanış olmağa, sonra Cevabcici Zeljo-ya gedib gəşəng lülə kabab yeyib növbəti şəhərə yola düşə bilərsiniz.
2) Mostar: 1 gün şəhəri gəzib növbəti günləri aktiv istirahətə sərf edə bilərsiniz. Biz Neretva çayına (Konjic-ə) rafting-ə getdik. 35 EUR (səhər yeməyi, geyim, 4 saatlıq çaydan zövq almaq, günorta yeməyi və avtovağzala/avtovzağzaldan çatıdılma daxil). Həmçinin də Blagaj-a və Kravica Waterfall-a gedə bilərsiniz.
3) Budva, Kotor, Sveti Stefan – bura əsl passiv istirahət üçündür. Amma o demək deyil ki, aktiv əyləncə üçün heçnə yoxdur. Əlbəttə ki, var: qayıq, paragliding və sairə əyləncələr bu zonada mövcuddur. Sveti Stefan mütləq gediləsi yerdir, suyun təmizliyi hər şeyə dəyər. Tarixi məkanlara da mütləq baş çəkin (Budva Castleç Citadela və sairə).
4) Shkoder: biz getdik, siz getməyin... Yalnız göl var, ona da turlar yalnız səhər tezdən olur... Şəhər isə çox darıxdırıcıdır.
5) Ohrid: Makedoniyanın göz muncuğu sayılan bu göl ətrafı şəhərdən yaxşıcana zövq ala bilərsiniz. Əsasən passiv istirahət üşün nəzərdə tutulub. Digər sahillərə getmək üçün gəmi turu götürə bilərsiniz. Biz Saint Naum sahilinə tur götürmüşdük.
6) Skopje: heykəllərin əlindən tərpənə bilməyəcəyiniz şəhər... addımbaşı heykəllər sizi izləyəcək. Vaxtınız varsa Matka Canyon və Mount Vodno-ya getmək olar.

Ümumi xərc: 1500 AZN civarında (adambaşı)
Xərcləri rahat idarə etmək üçün Tricount mobil tətbiqini məsləhət görərdim.

Booking.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.booking.com/s/35_6/ilgar637

Airbnb.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz:

Şəxsi instagram hesabım: @ilgarafandi

Faydalı olmaq diləyi ilə!

P.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ilgar Afandi

DİGƏR BLOQLAR

Buddanın vətəni və dünyanın ən hündür zirvəsinin yerləşdiyi mistik ölkəyə səyahət-Katmandu, Nepal

Bəzən insan real həyatdan uzaqlara qaçmaq, problemlərdən, ailə-məişət qayğılarından, zamanında cavablaya bilmədiyi məktubların kabusundan qurtulub heç kimin onu tanımadığı bir yerə getmək istəyir."İldə bir dəfə heç vaxt olmadığınız yerə gedin".Nepalın Katmandu Tribhuvan Beynəlxalq Aeroportu dünyanın ən təhlükəli hava limanlarından sayılır. Azərbaycan vətəndaşları vizanı hava limanında əldə edə bildiklərinə görə, 8 saatlıq səyahət çox insanı Buddanın vətəninə aparır. Hava limanına enər-enməz diqqəti dövlət bayrağı cəlb edir. Nepal dünyada bayrağı dördkünc olmayan yeganə dövlətdir. 2 üçbucaqdan əmələ gələn atribut Himalay dağının zirvələrinin, eyni zamanda Hinduizm və Buddizmin rəmzi hesab olunur."Hara gedirsinizsə, ora qəlbinizlə gedin".Nepalda səhər yeməyində Takali mətbəxini dadmaq məsləhətdir. Hind mətbəxindən fərqli olaraq, Nepalda yeməklər daha az ədvalı və az acıdır. Mətbəxin əsasını digər Asiya ölkələrində olduğu kimi, düyü təşkil edir və mis sinidə süfrəyə verilən yeməyin yanında müxtəlif məzələr təqdim olunur. Nepal mətbəxinin 2 özəlliyi var. Burada həm düyüdən, həm də məzədən istədiyiniz qədər götürə bilərsiniz. Digər məqam isə qidanın çox ucuz və istədiyiniz əlavələrin pulsuz olmasıdır. Nepalda nemətə böyük hörmət var. Buddizm fəlsəfəsindən irəli gələrək, qidanın israfı və gərəyindən artıq ərzaq istifadəsi bəyənilməz hal sayılır. Yemək dəstgahına daxil olan şirin qatıq isə deserti əvəzləyir. Takali mətbəxində yeməkdən sonra hər kəsə razyana və büllür şəkər təklif olunur. Bunları çeynəmək həm ağız sağlamlığına faydalıdır, həm də nəfəsi təravətləndirir.Tamel adlanan ticarət küçələri Katmandunun ürəyi hesab olunur. Sanki sonsuz uzanan küçələrdə əl işləri, suvenirlər, ərzaq mağazaları bir-birini əvəzləyir, gün çıxandan batanadək insan axını ilə rastlaşır, anlamadığın dildə səslər, musiqi sədaları eşidir, tacirlərin harayı isə qulaqda xoş bir ahəng kimi eşidilir. Küçələrdə dolaşmaq, ədvaların qoxusunu duymaq, bəsit və sadə şərtlərdə belə xoşbəxt olmağın mümkünlüyünü öz üzərində hiss etmək istəyirsən. Axı Nepal fərqli reallıqlar ölkəsidir."Bizi düşüncələrimiz tərbiyə edir, necə düşünürüksə, elə də oluruq".Fərqliliklər arzusu insanı möhtəşəm Durbar meydanına aparır. Katmandunun bütün yolları Durbardan başlayır. Burada kral sarayının əzəməti, Bazar meydanının səs-küyü, Kumari - yaşayan ilahənin qəsri və allahların şərəfinə ucaldılmış məbədlərin mistik ab-havası elə ilk andan insanı öz təsirinə salır.Hələ qədim zamanlardan Katmandu Nevark qəbiləsinə məxsus olsa da, sonralar müstəqil Nepal dövlətinin paytaxtına çevrilib. Şiva, Taleju, Krişna kimi allahların şəninə ucaldılmış məbədlər buranın ən qədim ibadət məkanlarındandır. Meydanda isə yüz illərdir ibadətlər, tacqoyma mərasimləri keçirilib.Buranın ən maraqlı məkanlarından biri Kumari sarayıdır. Rəvayətə görə, Şah Jayaprakash Malla tanrı Taleju ilə görüşüb aşıq-aşıq oynayır, oyun əsnasında məmləkətin problemlərini danışır, şah da onun xeyir-duasını alırmış. Hər gecə tanrı ilə xəlvət görüşən hökmdar bir dəfə onu möhkəm əsəbləşdirir və o, əbədi şahı lənətləyib qeybə çəkilir. Sonralar şahın bağışlanma dualarına acıyan tanrı onun yuxusuna gəlib, böyük məbəd inşa etməsini və onu Shakhiya sülaləsindən olan gənc, bakirə qızlar arasından axtarmasını deyir. Son 3 əsrdən çoxdur ki, Nepal əhalisi yaşayan ilahəyə ibadət edir, onun xeyir-duasını alırlar. Nevar (Şakiya) sülaləsindən seçilən ilahə Kumari Qəsrində yaşayır və Nepalda ən yüksək mənsəbə sahib insan hesab olunur. Hətta hökmdar belə onun qarşısında ayağa qalxmalı və təzim etməliymiş, ilahə isə həddi buluğa çatanadək Kumari qəsrində yaşamalı, rituallarda iştirak etməlidir. Yerli əhali ilahənin Taleju tanrısının reinkornasiyası olduğuna inanır və ilahənin xeyir-duasını almaq üçün isə yalnız Nepal xalqının onun görüşünə gəlməsinə icazə verilir. Turistlərin isə ilahəni görməsi sadəcə təsadüf nəticəsində, Kumari sarayının pəncərəsinə yaxınlaşdığı halda, mümkün olur. Bu nadir hal hesab olunsa da, səfərlərimin birində həmin ilahəni eyvanda gördüm və o, bizdən xeyir-duasını əsirgəmədi. Nepal tanrılar ölkəsi hesab olunur və Buddanın Nepal ərazisində doğulduğuna inanılır. Bir sözlə, Nepalda tanrıların sayı əhalinin sayından çoxdur."Ağılla yaşayan biri üçün ölüm qorxulu deyil".Nepalda insanlar ibadətə və öz inancına çox bağlıdırlar, hansı dinə, hansı tanrıya iman gətirməsindən asılı olmayaraq, burada hər kəs ibadətlə məşğuldur. Şəhərdə bir çox Buddist və Hindu məbədi var, Svayambhu və Boudha Stupa isə ən çox ibadət edilən Buddist məbədlərindəndir. Digər dinlərdən fərqli olaraq, Buddizmdə məbədin içərisinə daxil olmurlar, bunun əvəzinə məbəd ətrafında saat əqrəbi istiqamətində dövr edirlər. Dua etmək əvəzinə isə sağ əllə məbədin divarlarına bərkidilmiş və üzərində dualar həkk olunmuş silindrləri hərəkətə gətirir, zəngləri çalırlar ki, bu ritual da duanı əvəzləyir. Məbəd üzərinə dualar yazılmış bayraqlarla bəzədilib və bu yazıların məkanı pis ruhlardan qoruduğuna inanılır. Buddanı və onun dörd ruh halını təcəssüm etdirən məbədin dördkünc gümbəzi isə Buddanın gözlərinin təsviri ilə bəzədilib. İnanca görə, buddanın üç gözü olub, bu gözlər yer və səmada var olan hər şeyi eyni anda görə bilib. Məbəddə möhtəşəm ruhani ab-hava var, insan burada özünü rahat və çox xoşbəxt hiss edir. Kamillik mücəssəməsi olan bu məkandan sonra yollanacağınız yer isə mənəvi səyahətin son dayanacağı olacaq.Nepalda dünya maddi-mədəni irs nümünələrindən biri - Buqumati çayı sahilində yerləşən Pashuptinath və ya rayonun adı ilə desək, Aruyuqat klimatoriyası yerləşir. Bura minlərlə insanın son mənzilidir və yalnız varlılar burada yerli əhali üçün kifayət qədər böyük olan məbləği ödəyərək, əzizlərinin cənazəsini yandıra bilirlər. Cənazəni odun parçalarının ətrafında üç dəfə fırladaraq mərkəzə yerləşdirir, sonra isə yandırırlar. Bu zaman mərhumun yaxınları yüksək səslə ağlayırlar ki, cənnət mələkləri mərhumun ruhunu cənnətə aparsın, nəşin qalıqları yanaraq Buqumati çayına tökülsün. Buqumati çayı isə nəşin qalıqlarını Qanq çayına tökür.Ümumiyyətlə, Nepal əhalisi üçün ölüm bədbəxt hadisə sayılmır, çünki buddizmə görə həyat insan üçün bir səyahətdir. Dünyaya gəlməzdən öncə də biz real dünyada idik, öldükdən sonra da yenidən oraya qayıdırıq. Hinduizmə görə isə hər ölüm özü ilə yeni başlanğıc gətirir və buna görə hər birimiz növbəti həyatımızda yeni bədəndə doğulacaq, yaxşı əməllərimizə görə mükafatlandırılacağıq. Nepala səyahət olduqca mistik və maraqlı təsir bağışlayır. Çünki buranın mədəniyyəti kimi, səyahətlər də doğuluş, həyat, təcrübə və xoşbəxt sonluqla bitir. Bəlkə, insan həyatı da belədir, bir səyahətin sonu digərinin başlanğıcıdır?!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Usi Zade

1094 dəfə oxunub

Fukuoka (Yaponiya) bələdçisi

Fukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Kimilərinin Anime-lərdən sevdiyi, kimilərinin "Son Samuray" filmindən bildiyi, kimilərinin "Prado" sayəsində sadəcə adını eşitdiyi, hər şeyə rəğmən hər kəsin sevimlisi Yaponiya və ya Yaponiya İmperiyası... İkinci dünya müharibəsinde törətdiyi vəhşiliklərdən sonra tövbə edib düz yola gəlmiş, özünə dünya arenasında yenidən nüfuz qazanmış Yaponiya :))) Vizayla bağlı veriləcək sualları nəzərə alaraq onu deyim ki, viza məsələsini təhsil aldığım universitet həll etdi..Yaponiyaya səfərim akademik idi, Şanxayda təhsil aldığım universitetin dəstəyi və Yaponiya tərəfinin dəvəti ilə Fukuoka və Nagasaki şəhərlərində bir aylıq xüsusi proqram sahəsində oldum...Yaponiya həqiqətən də Anime və Kinolarda təsvir olunduğu kimidir (şəxsən görməsəydim, bəlkə də inanmazdım)...Şəhərlər super təmiz, xidmət sektorunda çalışan insanlar super nəzakətli, nəqliyyat vasitələri super şirin və rahat və hər şey super bahalı :))) Olduğum Fukuoka şəhəri Yaponiyanın 4 ən böyük adasından üçüncüsü olan Kyuşu və ya Küsü adasının paytaxtıdır və Yaponiyada yaşanılacaq ən gözəl və sakit şəhərlərdən bir hesab olunur..Gəzməli yerlərinə gəldikdə isə, Fukuoka şəhər muzeyi (giriş pulsuzdur), Sintoist məbəd və ehramları (pulsuzdur və getməyə dəyər), Hakata Kanal şəhərciyi (getməsəniz də olar), Maizuru və Ohori parkları və Yaponiyanın ən hündür mayakı hesab olunan Fukuoka şəhər mayakına gedib (Şərqi Çin dənizinin sahilində yerləşir) 9 AZN ödəməklə ən üst mərtəbəyə qalxıb bütün şəhəri seyr edə bilərsiniz (getməyə dəyər)..Nəqliyyat vasitəsi olaraq metro və avtobuslardan istifadə etməyə çalışın, taksi məsələsini ümumiyyətlə ağlınızdan keçirtməyin..Avtobusla bir gediş 4 AZN, həmçinin metroda da ən ucuz gediş haqqı 4 AZN-dir..Metroda gediş haqqı məsafəyə görə dəyişir ki, bu az qala bütün dünyada belədir... Yaponiya da Çin və Koreya kimi böyük ölçüdə Qərb mədəniyyətinin təsirinə məruz qalıb deyə, bəzi hallarda Asiya ölkəsində olduğunuzu unuda bilərsiniz, hətta Yapon memarlıq üslubunda bina görmək üçün gedəcəyiniz tək yer məbəd və ehramlardır..Dil məsələsinə gəldikdə isə siz "Advanced English" bilsəniz də az hallarda işinizə yarayacaq, çünki çox az yapon ingilisce bilir, amma sizi anlamasalar belə hər cür köməklik edəcəklərinə əmin ola bilərsiniz..Bir çox yerdə hələ də Çin herqolifləri istifadə edirlər deyə mənim üçün rahat oldu..Yemək məsələsi nə gəldikdə isə dəniz məhsulları daha çox yeyilir..Çiy balıq əti qarşınıza çox çıxacaq, ilk başda çiy əti udmaqda çətinlik çəkə bilərsiniz amma tədricən öyrəşəcəksiniz..Çiy at əti də çox məşhurdur..Fukuoka şəhəri ilə bağlı hələlik bu qədər, növbəti status Naqasaki səfərim haqqında olacaq... Paylaşdı: Vusal Guliyev

672 dəfə oxunub

Şotlandiya - Edinburq bələdçisi

Edinburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.????????????????????????????????????????????????????????????????????????????????????Edinburq Şotlandiyanın ikinci böyük şəhəridir. 1437-ci ildən bəri ölkənin paytaxtıdır.Əvvəlcə başlayaq Edinburqa ən ucuz və ən rahat necə getmək olar. Əlbəttə ki, Bakı-Budapeşt daha sonra isə birbaşa reyslərlə Edinburqa.İkinci yol Butaairways ilə Bakı-Sofiya daha sonra isə birbaşa reyslərlə Edinburqa.Üçüncü yol Butaairways ilə Bakı-Kiyev daha sonra isə London və ya Mançesterə gedib oralardan davam etməkdir.Edinburqa yaxınlaşdıqca təyyarə o qədər aşağıdan uçurdu ki, sanki dronla çəkilmiş filmə baxırdım. Əzəmətli Forth Road Bridge körpüsü dumanların arasından görünür. Sonra da Şimal dənizi və yamyaşıl şəhər.Edinburq havalimanından çıxanda tər-təmiz Şotlandiya havası o dəqiqə hiss olunur. Şəhərə bir neçə pounda həm qatar həm də avtobuslar gedir. Şəhərdə əksər binalar qara və böyük daşlarla tikilib. Ağaclar da başqa yerdəkilərdən xeyli böyükdür.Bura gəlməmişdən bilirdim ki, dünyada ən çox qırmızısaçlı insanlar Şotlandiyadadır. Həqiqətən də xeyli qırmızıbaş və üzü çilli insanlar var. Şəhərin demək olar ki, hər yerində (parklarda, küçələrdə) pulsuz wifi var.Qalmaq üçün düz şəhərin mərkəzində West End Hostel-i seçdim, bir gecəsi təxminən 20 manat. Ancaq adı hostel olsa da bir çox oteldən dəfələrlə yaxşı idi.Şəhərin hər tərəfi Braveheart və Harri Potteri xatırladır. Xüsusilə “oldtown”da yerləşən böyük tarixi binaların arasında gəzmək (biraz da olsa tarixə marağınız varsa) adamı orta əsrlərə aparır.Edinburqun zooparkında siz başqa yerlərdə çətin görə biləcəyiniz panda, pinqvin, koala, lemur, gibbon, tapir, malay ayısı, qarışqayeyən və daha adını bilmədiyim onlarla heyvanı görə bilərsiniz. Yəni əgər Edinburqa uşaqla gəlmisinizsə mütləq zooparka getməlisiniz.Edinburq qalası şəhərin hər tərəfindən görünəcək şəkildə yüksəklikdə tikilib. Qala həm də dünyanın ən böyük qalalarından biridir. İldə təxminən 2 milyon insan bu qalanı ziyarət edir. Qaladan çıxış birbaşa qədim Edinburqa açılır.  Ətrafda isə suvenir, maqnit satan dükanlar və milli paltarda şotland musiqisi səsləndirən insanlar. Old town-dakı binalar digər avropa şəhərlərindəkilərdən tam fərqlidir, hər biri maraqlıdır.Qaladan biraz aşağıda məşhur Scottish national Gallery muzeyində (giriş pulsuzdur) dünyanın ən bahalı rəsm əsərləri sərgilənir.Bir az da aşağıda isə sözlə ifadə olunmayacaq qədər gözəl park (Princes Street Gardens) yerləşir. Park Edinburq qalası yerləşən təpənin aşağısındadır.Şəhərin yuxarı hissəsində (mənə görə yuxarı idi) “Greyfriars kirkyard” adlı qorxulu qəbiristanlıq var. Mən bura çatanda artıq hava qaralırdı. Bir neçə turist qrupu vardı, hamısı həm qorxurdu, həm də gülürdülər. Sonradan öyrəndim ki, burda 1000 il əvvəl rəhmətə gedənlərin qəbirləri var, həm də dünyaca məşhur yerdir.Şəhərin mərkəzi isə Royal Mile küçəsidir. Burada ancaq bahalı dükanlar və restoranlar var. Ancaq baha da olsa şotlandların milli yeməyi olan haggisin (sardelka kimi bir şeydir) dadına baxmaq olar.Mərkəzdə Böyük Britaniyanın ucuzluq rəmzləri olan Primark (paltar) və Poundlandda istədiyiniz qədər ucuz paltar yemək və hədiyyələr ala bilərsiniz. Qiymətlər çox münasibdir. Misal üçün reddbull 1pound, sandviçlər (hər cür) 1pound, uşaqlar üçün paltarlar 1-10 pound (keyfiyyətlərinə söz ola bilməz). Mən endirimdə olan 3 köynəyi (uşaq üçün) 1 pounda aldım.Şəhərin kənarında 205 metr yüksəkliyi olan Arthur’s seat adlı vulkan var. Hami bura şəhərə açılan mənzərəni izləmək üçün gəlir.Edinburqdan danışanda reytinqlərdə ilk 30-a daxil olan məşhur Edinburq Universitetini də yada salmaq lazımdır. Universitet 1583-cü ildən fəaliyyət göstərir. Universitetin çox uğurlu məzunları olmuşdur. Graham Bell, Çarlz Darvin bunlardan bəziləridir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Elshan Ismayilov               

1478 dəfə oxunub

İngilis mədəniyyətinin mərkəzi - Kembric

Kembricdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Gəzəyənlərə salamlar! Uzun müddətdir ki, qrupda diqqətdən kənarda qalan Kembric şəhərinə etdiyim səyahət haqda yazmağı düşünürdüm. Ümid edirəm, oxumaq sizlərə xoş və faydalı olar. Dünyada çox nadir şəhərlər var ki, adı çəkiləndə ilk yada düşən şəhərin özü deyil, orada yerləşən universitet olur. Elə açığı, iki il əvvəl Kembric (Cambridge) şəhərinə səyahət etmə qərarını alarkən də bizi cəlb edən məhz qədim Kembric Universitetinin ad-sanı idi.Hələ 1209-cu ildə Oksford Universitetinin bir qrup professorunun yaranan fikir ayrılığı səbəbilə şimal-şərqə doğru köçməsi ilə əsası qoyulan universitet, London şəhərindən təqribi 100 km məsafədə yerləşir. Avtobuslar vasitəsilə paytaxtdan asanlıqla və çox sərfəli qiymətə (ortalama 10 avro), 2-3 saata çata bilirsiniz şəhərə.Kembric, Birləşmiş Krallıqda yerləşən ənənəvi tələbə şəhərlərindən biridir. Şəxsi təcrübəmdən deyim ki, bu cür şəhərlərə gedəndə “universitet hansı tərəfdədir?” tipdə gülünc suallar verməyin. Çünki şəhərin özü elə başdan-başa Kembric Universitetinin müxtəlif kolleclərinin əzəmətli binaları ilə göz doldurur. Bu binalar vaxtilə Isaac Newton, Charles Darwin, Stephen Hawking kimi şəxslərin ikinci evi olub, hər birinin də fərqli hekayəsi var. Bu səbəbdən də, hər birinin hekayələrini əvvəlcədən araşdırıb gəlsəniz səyahətiniz qat-qat maraqlı və yadda qalan olar.Fotolardan da gördüyünüz kimi, universitetin binaları yaşıllıqlar içərisindədir. Bu gözəlliklərin daha dolğun bir şəkildə şahidi ola bilmək üçün, səyahətinizi yaz və ya yay aylarına planlaşdırın. Həm şəhərin bir çox füsunkar nöqtələrini tez bir zamanda görə bilmək, həm də ki, tarixi haqda ümumi məlumat əldə etmək və sizə maraqlı olan sualları vermək üçün mütləq qayıq turlarından istifadə edin. Qiyməti 16 avro ətrafındadır və ən əsası da, qayığı sürənlər və bələdçilər bir çox hallarda Kembric tələbələri olur. Oksford Universiteti ilə qədimdən gələn “düşmənçilik” hissi hələ də qalır. Amma siz bələdçiləri bu mövzu haqda suallar verərək qıcıqlandırmaqdan çəkinməyin. ???? Məsələn, bir Kembric Universiteti tələbəsinin verdiyi məlumata görə, “məlum universitetdən” fərqli olaraq, Kembricdə universitetdə dərsə girişə əksər hallarda məhdudiyyət qoyulmur. Yəni səyahətiniz tədris vaxtlarına düşsə, çox şübhə çəkmədən gedib dərslərdə iştirak edə bilərsiniz ????Şəhər mərkəzi isə həm tələbələrin, həm də turistlərin işinə yarayacaq hər şeyə sahibdir: publar, məşhur Cambridge köynəkləri və aksessuarları ala biləcəyiniz hədiyyə dükanları, maraqlı kafelər, daha nələr, nələr... Ən önəmlisi də, unutmayın ki, hər il dünyada 10 minlərlə insanın xəyalını qurduğu, çox kiçik bir hissəsinin gərəkli göstəriciləri toplaya bilərək müraciət edə bildiyi və sonda onların içərisində hər 5 nəfərdən yalnız 1-nin qəbul ala bildiyi bir universitetin tələbələri ilə eyni şəhərdə, eyni kafedə və ya pubdasınız. Fürsəti dəyərləndirib bu insanlarla münasibət quraraq, maraqlı söhbətlər edərək özünüzlə xoş xatirələr apara, səyahətinizi unudulmaz edə bilərsiniz. Hər kəsə xoş istirahətlər! ✊????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rasul Musayev

1200 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!