1114 dəfə oxunub

700 dollara Avropaya 21 günlük səfər

Dostlar, söz verdiyim 21 gün Avropa səfərimin detallarını yazmağa çalışacam. Əvvəla qeyd edim ki, ümumilikdə 700 dollar xərcim çıxıb. Buna bütün biletlər, sənədləşmə, qalacaq yerlər və yemək daxildir.  Çexiya, Polşa, Slovakiya, Avstriya, Macaristandan və gediş-gəliş yeri Gürcüstandakı şəhərlər də daxil olmaqla 12 şəhərdə oldum. Bu barədə deyiləcək sözlər çox olacağına görə  hissə-hissə paylaşmağı düşünürəm. Gəlin başlayaq. 

Necə oldu ki, bu səfəri etmək qərarına gəldim?

Avropaya getmək həmişəki arzum olub, əvvəllər bir neçə dəfə Gürcüstan, Türkiyə, Belorusiya və UK də olmuşam amma bunların hamısına qrup şəklində ən az 5 nəfər ilə və hər şey planlaşdırılmış şəkildə getmişəm. Müxtəlif təlimlər, seminarlar və s hər zaman təşkilatçılar tərəfindən hər bir detalına qədər planlaşdırılıb. Amma bu dəfə elə olmadı.

Polşanın Poznan şəhərində yerləşən Adam Mickieviç universiteti və Amerikanın Stonybrook universitetinin ortaq layihəsi olan  ‘News Literacy’ yəni Media savadlılığı təlimində iştirak haqqı qazandım. (Layihə haqqında ətraflı məlumat yaxud necə seçilməyimi bilmək istəyirsizsə, şərh böməsində qeyd edərsiniz, əlavə post paylaşaram)  Layihə 8-12 iyul 2018 ci il tarixlərində Poznan şəhərində keçirilirdi. Və mən təşkilatçılardan xahiş etdim ki, dəvət məktubumdakı günləri bir az daha uzun göstərsinlər ki, mən başqa ölkələri də gəzə bilim. Visa üçün müraciət edən zaman bir çöx sənədlər tələb olunur ki, bunlardan başlıcası qalacağın yer ilə bağlı yerdi. (Burdan Visa ilə bağlı mövzulara girsəm yenidən mövzu uzanacaq deyə maraqlıdısa sizə əgər visa proseduru şərhlərdə qeyd edərsiz, əlavə bir post da o barədə paylaşaram)

img_20180712_190359

Uzun sözün qısası, vizamı 21 günlük aldım və səfərimə hazırlaşmağa başladım. Mən seçilmək xəbərimi eşidən kimi ilk etdiyim iş bilet almalq idi ki, bu da səhvdir, diqqətinizdə olsun belə etməyin. Xüsusilə Wizzair kimi loW cost uçuşları çox ucuz olduğuna görə bileti aldıqdan sonra qaytarmaq mümkün deyil. Bakıdan Polşaya birbaşa uçuş baha olduğuna görə mən Gürcüstanın Kutaisi şəhərindən getməyi seçdim. Kutaisi- Praqa biletini 80$ a 3 iyul tarixinə aldım. Ona görə dəvət məktubu və visa məsələlərini bu tarixə uyğunlaşdırmaq üçün bir balaca çətinlik çəkmişdim, amma xoşbəxtlikdən  bütün problemlərhəll oldu. ^_^

3 iyul- 21 iyul tarixlərində Şengen zonasında aşağıdakı şəhərlərdə oldum

  1. Praqa
  2. Brno
  3. Poznan
  4. Gdansk
  5. Sopot
  6. Wroclaw
  7. Bratislava
  8. Vyana
  9. Budapeşt

+

Tbilisi, Kutaisi, Batumi

Mənə görə səfərin ən çətin tərəfi planlaşdırma hissəsidir. Hər bir sənədin düşünülməsi, vaxtın düzgün bölünməsi, transportlar arası vaxtın əlaqələndirilməsi, qalacaq yerlərin tapılması və s. Qısaca belə ucuz səhayətimin altında yatan əsas tipsləri qeyd edim.

  1. Yalnız uzun məsafədəki səhayəti təyyarə ilə etdim. Gürcüstan- Çexiya ( 80$), Macarıstan- Gürcüstan( 70$) olmaqla 150 $
  2. Çoox nadir hallarda restoranda yemək yedim. Əsasən fast food, yolüstü atışdırmalıq qidalar, və mağazadan alıb evdə bişirməklə yemək yeyirdim.
  3. Qaldığım yerlərin əksəriyyəti şəhərlərdəki dost-tanış, bəzi hallarda isə Couchsurfing saytından tapdığım hostların evində qaldım. Cəmi iki gün hosteldə qaldım. Birinci Tiflisdə, ikinci isə Praqadakı couchsurfingdəki hostum hosteldə işdə oluğu üçün bir gecəsinə 15 avro verdim. O 15 avronu hələ də unuda bilmirəm ))
  4. Alış-veriş həvəskarı olduğum üçün bəzən çox çətinlik çəksəm də, lazım olmayan geyim və s. uzaq dursanız, əmin olun daha az xərciniz çıxacaq.
  5. Bilet aldıqda diqqətli olun. Avtobusa geciksəniz əlavə xərc çıxır, Wizzair üçün əvvəlcədən özünüz check-in etməlisiz. Səyahət boyunca etdiyim ən böyük səhvlərdən biri də bunu unutmağımdır. Macaristan- Kutaisi təyyarısinə qaça-qaça çatdıqca məlum oldu ki, bir gün öncədən online check in etməyi unutmuşam və əlavə 45 avro ödəməliyəm buna görə. Gedəcəyim son nöqtə olduğuna görə cibimdə cəmi 10 dollar qalmışdı və dostum orda olmasa yəgin ki, ödəyə bilməyəcəkdim uçuşu itirəcəkdim və növbəti gün visa-dan əlavə bir gün qaldığım üçün deportasiya olacaqdım. Bunları orda işləyən operatora nə qədər izah etdimsə də, dinləmədi və tam Kərəmi ağlamaq tutmuşdu ki, Budapeştdəki dostum xilas etdi. Sözümün canı odur ki, online check-in etməyi unutmayın, imkan varsa üstünüzdə əlavə pul saxlayın, və yaxşı dostlarınız yanınızda olsun hər zaman ))

Hələ ki, deyəcəklərim bu qədər. Növbəti postda, səfərin Bakı -Tiflis hissəsindən başlayacam yazmağa )

dji_20180707_101456

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ulker Eldarqizi

 

DİGƏR BLOQLAR

İspaniya üçün səyahət büdcəsi

Gəzməli-görməli yerlərdən şəkillər paylaşır, bəh-bəhlə təəssüratlar yazırıq. Amma gəlin etiraf edək ki, insanları ən çox büdcə maraqlandırır, səfər barədə ilk olmasa da, mütləq ikinci sual o olur ki, nə qədər pulun çıxdı? ????Təbii ki, hər hansı bir ölkəyə, şəhərə səyahət büdcəsi sizin orada harada qalmağınızdan, nə qədər qalmağınızdan, hansı nəqliyyat növünü seçməyinizdən, nə yeyib, nə içməyinizdən asılı olaraq dəyişəcək. Mən öz təcrübəmdən, 1 həftəlik İspaniya səyahətimdən yazım, kimdəsə bu məbləğ qat-qat ucuz ola bilər, kimdəsə əksinə baha ????‍♀️????İlk olaraq İspaniyaya necə getməli? İspaniyaya ən ucuz uçuş Kutaisidən Barselonayadır. Wizzair hava yolundan təxminən 150 Euroya gediş-dönüş uçuş biletini əldə edə bilərsiniz. ✈️????İspaniya daxilində isə şəhərlərarası qatar və avtobus biletlərini də öncədən almaqda fayda var. Bunun üçün omio.com saytından istifadə edə bilərsiniz. Barselona-Valensiya qatar biletim 29 Euro, Valensiya-Madrid qatar biletim 34 Euro, Madrid-Granada avtobus biletim 20 Euro, Granada-Cordoba avtobus biletim 16 Euro, Cordoba-Sevilya qatar biletim 14 Euro. İspaniyanın özünün Renfe qatarlarından və Alsa avtobuslarından istifadə etdim.????????Gəldik otellərə... İlk olaraq, onu deyim ki, Madrid və Barselonada qiymətlər Əndəlüs bölgəsinin şəhərlərinə görə az qala ikiqat bahadır. 8-12 nəfərlik ümumi otaqlarda qalıb, ümumi hamam-tualetdən istifadə etmək sizin üçün problem deyilsə, 10-15 Euroya hostellərdə qalıb səyahətinizi ucuz edə bilərsiniz. Amma mən hostellərdə qala bilmədiyim üçün 4 ulduzlu otellər seçdim ki, onların da qiyməti təbii ki, nisbətən bahadır. Bunun üçün də müxtəlif saytlar var. Ancaq mən adətən booking.com saytından istifadə edirəm. Oteli neçə ay öncədən tutmağınızın, neçə nəfər olmağınızın, şəhər mərkəzinə yaxınlığın da qiymətlərə təsiri var. Ən yaxşısı, ən azı 2 ay qalmışdan otellərinizi book edib rahat oturmaqdır. Barselona otelimin bir gecəsi 150 Euro (3 nəfərlik otaq) idisə, Madrid otelimin gecəsi 135 Euro, Valensiya otelimin gecəsi 90 Euro, Əndəlüs şəhərlərində isə gecəsi 60-70 Euro (yenə də 3 nəfərlik otaq) idi.O ki qaldı nə yeyib-içməyə, bu da fərdidir, nə istədiyinizə, necə yerdə yediyinizə bağlıdır. Şəhərdaxili nəqliyyat və yemək-içmək kimi xərclər üçün bir günə maksimum 50 Euro kifayət edir. Məsələn, bir dəfə kafedə oturub yemək 15 Euro civarındadır. Günə 3 dəfə kafedə yemək əvəzinə, heç olmasa bir dəfəsini marketlərdən alış-veriş edib öz sendviçnizi özünüz düzəltsəniz, həmin məbləğə muzey və saray qiymətlərini də daxil edə bilərsiniz.Nəzərə alsaq ki, muzeylərin, sarayların giriş qiyməti də ortalama 10-15 Euro təşkil edir. Xülasə, normal yeyib-içib, normal büdcəli otellərdə qalmaqla 1 həftəlik İspaniya səyahətini bir nəfər üçün təxminən 1500 manata başa gətirə bilərsiniz. (Bütün bilet və otelleri aylar öncə almaq şərti ilə!!!) Hostellərdə qalıb, restoranlar əvəzinə marketlərdən yesəniz, maksimum 1000 manata da səyahət edə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rena Karimova

1770 dəfə oxunub

Wachau Valley - Avstriya

Çaxır sevərlər xüsusi yaxın əyləşin!Bugün sizlərlə əslində hər bir azərbaycanlının gedib gəzmədiyi, lakin Avstriyaya, xüsusən də Vyanaya getdiyi zaman düşünürəm ki, "must visit" siyahısına düşəcək bir məkan haqqında yazacam: "Wachau Valley - Kulturlandschaft Wachau (alman dilində)".Vaxau dərəsi Krems və Melk şəhərləri arasında yerləşir. Dərə paytaxt Vyanadan 90 dəqiqə məsafədədir.Krems şəhərində təhsilim müddətində universitet nəzdində bizi bu dərəyə səyahətə aparmışdılar. Vaxau dərəsi tarixi kəndləri, üzüm bağları (127-dən çox) və çaxır məkanı olaraq məşhurdur. Vaxau dərəsi üçün ideal səyahət zamanı Mart-May aylarıdır. Çünki bu dönəmdə Spitz və Dürşteyn kimi kəndlərdə müxtəlif çaxır dequstasiyaları və festivalları keçirilir.Vaxau dərəsi UNESCO-nun mədəni və irsi siyahısına düşmüş növbəti Avstriya tarixi məkanlarından biridir. Bu dərənin ən vacib məkanlarından biri isə min illərdir Benedikt keşişləri tərəfindən qorunan və idarə olunan Melk Monastrıdır. Bu monastr hər il müxtəlif musiqi festivalları və mədəniyyət tədbirlərinə ev sahibliyi edir.NECƏ GƏLMƏK OLAR:1. Vyana şəhərindən - ÖBB qatarları ilə 45 dəqiqəlik məsafədə yerləşən Krems şəhərinə gəlirsiniz, oradan isə avtobusla Vaxau dərəsinə gedirsiniz. Qatar biletinin qiyməti bir istiqamətə 14 eur.2. Salzburg şəhərindən - ÖBB qatarları ilə St. Pölten qəsəbəsinə (yeri gəlmişkən qəsəbədə türklər çoxluq təşkil etdiyinə görə Türklər şəhərciyi də adlanır) qədər gəlirsiniz, qatarınızı Krems şəhərinə gələn qatara dəyişirsiniz.NƏLƏR ETMƏK OLAR:- Ən vacib nüanslardan biri qızıla qərq olmuş Melk Monastrını gəzməkdir;- Dürşteyn Qalasının qalıqları və tarixi ilə tanış ola bilərsiniz;- Üzüm bağları və çaxır dequstasiyaları edə bilərsiniz;- Dunay sahili boyu Gəmi gəzintisi götürə bilərsiniz (20 eur ilə 100 eur arası dəyişir qiymət);- Velosiped yürüşü edə bilərsinizGECƏLƏMƏK ÜÇÜN XƏRCLƏR:Bildiyiniz kimi, ümumilikdə Avstriya digər Avropa ölkələri ilə müqayisədə baha ölkə olduğu üçün qiymətlər biraz yüksəkdir. Vaxau dərəsindəki otel qiymətləri təxminən 80 eur-dan başlayır.VİZA?Avstriya da Şengen ölkələri siyahısında olduğu üçün Şengen vizası mütləqdir. Viza rüsumu 35 eur, 7-10 iş günü ərzində viza verilir. Vizanı Avstriyanın Azərbaycandakı səfirliyi təqdim edir. Səfirlik Landmark Otelinin biznes mərkəzində yerləşir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eva Safarova 

920 dəfə oxunub

Gəzəyən məsləhəti - Baltikyanı ölkələr

Salam gözəl insanlar, karantinə görə artıq iki Avropa səyahət planım pozulub deyə, acığa mən də bahalı Amerika,Asiya planları qurmağa başlamışam????Karantindən əvvəlki həyatımda bir lowcost səyahətçi olaraq ən ucuuuuz başa gələn Pribaltika səyahətimi bölüşmək istəyirəm????Soxaya qalmış 2020-ci ili qarşılamağa getmişdik ????????‍♀️Nəqliyyat????Kutaisi-Varşava(29.12.19)-19€(wizzair)????Varşava-Praqa (30.12.19)-24€(flixbus)????Praqa-Riga(01.01.20)-16€(ryair)????Riga-Tallin(03.01.20)-21€(ecolines)????Tallin-Vilnius(03.01.20)-19€(ecolines)????Vilnius-Varşava(04.01.20)16€(ecoline)????Varşava-Kutaisi(05.01.20)28€(wizzair)Gecələmə????Varşava-Airbnb 16€ "Old Town Bed&Breakfast Miodowa 12”(2 gecəsi)????Praqa-Booking 35 € (1 gecə)????Riga-Airbnb 34 € “New Modern Cosy Room in City Center” (2 gecəsi)????Ümumi xərclər- 143€+85€=228€????Varşava-günəş olsa, hava günorta saat 2də qaralmasa, möhtəşəm parkları yaşıllıq olsa əslində gözəldi???? Bir sözlə yayda yenə gedəcəm????????Praqa-ən sevdiyim şəhərlərdəndi, ona görə "möhtəşəm" yeni ilimizi qarşılamaq üçün ikinci dəfə yenə getdim və Charles körpüsündəki atəşfəşanlıqdan salamat çıxdığımıza görə şükür edirdik,sən demə o günlər yaxşı günlərimiz imiş????Hər şeyə rəğmən Praqanın özünəməxsus ruhunu sevirəm????????Riga-balaca,şirin,dadlı yeməkləri, içkiləri olan "köç gəl burdaca yaşa" deyən bir şəhər oldu???? çox xırda (oxu:böyük) bir problemimiz var-çox soyuq olur və günəş yoxdu???? Razılığa gələ bilsək hava şəraiti ilə bağlı qovuşacağıq????????Tallin- Helsinkidən iki gözəl rəfiqəm Ylkär və Ulfat gəldiyi üçün şəhəri bir yerdə "kəşf etdik". Başımız möhtəşəm söhbətə qarışdığı üçün hər yeri gəzdik amma mənim yadımda şəhər yox, ancaq Eston mətbəxinin gözəl maral əti steyki və Salmon balığı supu yadımda qalıb???????Vilnius-şəhərin bütün arxitekturası, memarlıq abidələri ən sevdiyim açıq rənglərdə (mavi, çəhrayı, boz) olduğu üçün mən sevdim???? Amma məncə bir günlük şəhərdi, dadını çıxara çıxara gəzmək istəsəm maximum 2 gün ola bilər. Pribaltika üzrə ən ucuz şəhər Vilnius idi,məncə.Pribaltika gözəldi, amma yayda daha gözəl ola bilərdi???? Günəş sevənlərin nəzərinə sərhədlər açılsa gələn il yayda gedin????, az büdcə ilə çox əntiqə gəzmək olar.Ümid edirəm az da olsa nəsə paylaşıb motivasiya verə bildim????Mexico, Kuba, Havana postlarında görüşənədək, sevgi ilə qalınƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hilal Abdullayeva‎

3557 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!