1407 dəfə oxunub

Fransanın festivallar şəhəri - Kann

Kanndakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İstidi bilirəm, heç kəsin uzun statuslar oxumağa səbri çatmır.
Ama şəkillərdən göründüyü kimi "elə də sıxıcı post olmaz yəqin" deyə düşünüb, buz kimi sularınızı yanınızda hazır edin,  oxumağa başlayın. Mən də yazacağım müddətdə su içib istirahət edəcəm????

67193021_1256029527903475_7917587642546388992_n
Deməli yay tətili üçün unikal istirahət təbii ki, dəniz,  çimərlik sayılır.
22 yaşımda aeraporta gedib tək-tənha ilk dəfə təyyarəyə minib,yollandım deyilənə görə dünyanın ən böyük aeraportu sayılan Frankfurt Main stansiyasına. Ordan da Fransaya keçdim.(həyat elə gətirdi)
Bəlkə bir gün orda-aeraportda başıma gələnləri paylaşaram. Ama hələlik ilk Avropa turumu Fransa ilə başlamağım haqqında QISA yazmaq istəyirəm.????
Fransanın bir neçə şəhərlərində oldum,ama indi Kann haqqında yazacam.
Çox-çox baha şəhərdi????Bəlkə də tələbəyəm deyə mənə elə gəldi. Bilmirəm. Sən de görüm, adicə yarım litrlik su 2 EURO baha deyilmi? Yəni içmə, öl deyirdilər də ????

67274688_1256029621236799_5016447056412147712_n
Şəhərdə gəzəndə yol boyu motosikletlər maşınlardan çox idi. Müxtəlif kabrioletlər, mağazalar, xüsusən də hər növ palmalar, çimərliklə üzbəüz sıralama otellər şəhəri çox bahalı və möhtəşəm göstərirdi. Kann demək olar ki iki yerə ayrılırdı.
Sağ tərəf-glamurların alış-veriş etdiyi mağazalar????, sol tərəf-glamurların istirhət zonası olan çimərlik???? Xüsusən günbatımı və yaxtalar Aralıq dənizini çox möhtəşəm göstərirdi. Çimərlik zonası son dərəcə təmiz idi. Ödənişsiz xüsusi bir zona var idi ki, ordan rahat şəkildə istifadə etmək mümkündür. Lakin ödənişli yerləri də baha idi. Heç bir xüsusi özəlliyi yoxdur. Ondansa özün hər şey aparıb istədiyin kimi düz-qoş etsən daha sərfəli olur. Günbatımındakı möhtəşəm mənzərələri heç nəyə dəyişmək olmaz. Eyforiya yaşamaq istəyənlər üçün əsl yerdi. (buz kimi suyun isinməyibsə içə bilərsən)
Davam edək..

67329216_1256030744570020_6093566331024572416_n
Şəhər boyu velosipedlər, motosikletlər üçün ayrılmış xüsusi yerlər, ev heyvanları saxlayan insanlar üçün zibil qabıları kimi nüanslar da şəhəri səliqəli və təmiz göstərirdi. Ki, insanlar onlardan düzgün istifadə edir.
İnsanlarına qaldıqda mehriban və çox patriotdur.Yerli xalq öz dillərindən başqa dildə danışmırdılar və cavab vermirdilər. Yalnız turist gördükdə ingilis və ya rusca nəsə soruşsan cavab alarsan. Əslində çox sevdim elə olmaqlarını.
Yeganə sevmədiyim nüansı deyim. Baha olması ???? o heç...

67144042_1256029477903480_129526227848396800_n
Yol mədəniyyətləri demək olar inkişaf etməyib. Piyada keçidlərinə, işıqfora baxan ümumiyyətlə yoxdu. Əgər yolu keçdinsə, sənə halaldı. Hər kəs yığılırdı işıqforun yanına, kimsə cürət edirdisə birinci keçirdi və cürətlənib hamımız da onun arxasıyca))) Hər yol keçəndə hər kəs alqış gözləyirmiş kimi hiss edirdim ????
(Mətbəxlərini də sevmədim ama o zövqə görə, ağız tamına görə dəyişir deyə, o haqda danışmaq istəmədim)
Belə. Bir sözlə Kanna getmək üçün glamur olmalısan və ac qalmamaq, susundan ölməmək üçün pulun olmalıdı. Mən susum bir az da şəkillər danışsın. Gələcək postlarda görüşərik. Sevilirsən! ❤️
#xəyaletmətəsəvvüret #NayPin

67238975_1256030751236686_8300396690364432384_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Наиба Новрузова

DİGƏR BLOQLAR

Malmö bələdçisi

Malmödəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sonuncu Kopenhagen yazımda da qeyd etdiyim kimi, Kopenhagenə getmək üçün Budapeştdən İsveçin Malmö şəhərinə uçub oradan da qatarla Kopenhagenə keçmişdim. Deyirdim getmişkən 3-4 gün içərisində 2 ölkə, 2 fərqli şəhər görərəm.Malmö İsveçin 3-cü, Skandinaviyanın isə 6-cı böyük şəhəri olmasına baxmayaraq şəhər elə də böyük deyil. Şəhəri 1-1.5 gündə başdan-başa tam gəzmək olar. Elə bütün bunları nəzərə alaraq ilk günümü Malmödə keçirməyi qərarına gəlmişdim. İlk günü Malmödə keçirib, növbəti gün səhər tezdən Kopenhagenə yola düşəcəkdim.Danimarkada olduğu kimi İsveçdə də pulun adı krondur amma isveçlilər pulunu isveç kronu adı ilə çağırırlar. Kopenhagen paytaxt və və kosmopolit bir şəhər olduğundan qiymətləri kifayət qədər bahadır. Bizim kimi Couchsurfingdən istifadə edən gəzginlər üçün İsveç də baha sayılar amma Kopenhagenlə müqayisədə qiymətlər daha ucuzdur, buna görə də bir xeyli insan Kopenhagendə işləməsinə və ya təhsil almasına baxmayaraq, evlərini Malmödə kiralayırlar.Hava limanından avtobusla (səhv etmirəmsə xüsusi avtobuslarda gediş qiyməti 10.5 avro idi) şəhərin mərkəzinə gəlib, dəmir yolu vağzalından hardasa 200-300 metr məsafədə olan turist informasiya mərkəzindən bir turist xəritəsi istədim. Mərkəzdə işləyən xanım da sağ olsun, bütün görülməli yerləri işarələdi. Xəritəmi götürüb düşdüm yola ki, işarələnmiş yerləri bir-bir gəzim. Bir neçə saat gəzdim, günortadan azca keçmişdi ki, Skandinav ölkələrinə xas bir tufan, leysan başladı ki, gəl görəsən. Külək də çətirimi sındırdı. Çətirimi zibil qabına atarkən gördüm ki, külək başqa birinin də çətirini qırıb, deməli bu şəhərdə çətiri sınan yeganə adam mən deyildim ???? Beləcə ilk günü erkən bitirməli oldum. Malmönü tam görə bilmədiyimə görə planlarda dəyişiklik etməli oldum. Ertəsi gün olan Kopenhagen səfərimi azacıq ertələməli oldum ki, Malmönü doya-doya gəzim.Malmödə Ivana və Niko adlı çex və fransız bir cütlüyün evində couchsurfing elədiyimdən, qalmaq üçün yer məsləhət görə bilməyəcəm amma hostellər kifayət qədər bahalı idi. Yemək məsələsinə gəldikdə, digər Skandinav xalqları kimi İsveçdə də mətbəxdən danışmağa dəyməz. Bəxtimdən də çex və fransızın evində qalırdım və axşam universitet yoldaşları ilə birgə yeməyə gedəcəkdilər və yeməyi macarlar hazırlayacaqdı, nə böyük sürpriz ???? Beləcə axşamı da universitet kampusunda, macar mətbəxi  dadaraq keçirəcəkdim.İndi isə keçək ənənəvi Malmödə görməli yerlər siyahısına:Düşünmədən “Lilla Torg”u (Kiçik Meydan) bu siyahının başına yerləşdirirəm. İndiyənə kimi gördüyüm meydanlardan ən maraqlılarından biridir “Lilla Torg”. Meydan çox kiçikdir və hər tərəfdən 1 və ya 2 mərtəbəli evlərlə əhatə olunub. Evlərin altında da kiçik, şirin kafelər var.“Hedmanska Garden” “Lilla Torgun” yanında yerləşən 1500-cü illərdən qalma qədimi bir isveç evidir. Həyəti və baxçası ilə birlikdə çox xoş aura yaradır insanda.“Strotorget” – bizim bu “Lilla Torg”un daha böyük versiyasıdır. Bu meydan da eynilə şirin, 2-3 mərtəbəli evlərlə əhatə olunub. Qışda bu meydan xizək meydançasına çevrilir. Meydandan şəhər mərkəzinə irəliləyərəkən bürüncdən hazırlanmış musiqiçi heykəllərini görəcəksiniz. Bu əcaib heykəllər bir növ Malmönün simvollarıdır. Bura gələn  hər kəs mütləq bu heykəllərlə şəkil çəkdirir. Meydandakı şəhər bələdiyyə binasını isə qeyd etməsəm də, sizin diqqətinizi cəlb edəcək onsuz da.Stortorgetin bir də küçəsi var. Bütün şəhərlərdə olan ən mərkəzi turistik küçə kimi bura da nəqliyyat üçün qapadılıb ancaq piyada gəzmək olar və təbii ki, digər bütün turistik mağazaları, restoranları görə bilərsiniz.Böyük Meydana yaxın digər görülməli yer isə Müqəddəs Peter kiləsəsidir. Kilsə 14-cü əsrin əvvəllərində qotik üslubda inşa olunub. Skandinav ölkələrində dinə olan münasibəti də məhz bu kiləsədə görmək olar. Kilsənin içərisində qəhvə və çay maşını var, istəsəniz, soyuq bir qış günündə mənim kimi bir stəkan isti qəhvə içərək isinə bilərsiniz.Bu 2 meydandakı evləri gördünüz amma onların şirinliyi sizi o qədər cəlb etdi ki, onlara doya bilmədiniz və yenə eyni tipli evlərdən görmək istəyirsiz. Malmö üçün bu istək heç də problem deyil. Lilla Torg ilə aşağı doğru irəliləsəniz “Gamla Vaster”ə çatacaqsınız. Burada olan şirin, qədimi evləri görəndə içinizdən köçüb buralarda yaşama istəyi tumurcuqlayacaq ????Malmödəki maraqlı məkanlardan biri də “Mollevangstorget” bazarıdır. Bu bazarda dünyanın müxtəlif ölkələrinə aid geyim, ərzaq və s. tapa bilərsiniz. Bazarda tez-tez ərəb və türkcə elan tablolarına rast gəlmək olar. Bazara demək olar ki, həftənin bütün günləri insan axını olur. Bunun da əsas səbəbi, gəncləri cəlb edən ucuz qida və pivə içə bilmək imkanıdır.Malmödə görülməli digər bir arxitektur bina 190 metr hündürlüyündə olan “Turning Torso” binasıdır. Bina yerində firlanan bədən formasında tikilib. İstəsəniz daha öncədən rezervasiya edib binanın kəlləsinə çıxa bilərsiniz. Mən noyabr ayında getdiyimdən qapalı idi, amma yay aylarında getmisinizsə, oradan çıxıb Malmöyə bir göz atmağa dəyər məncə.“Malmöhus qəsri” – Ətrafı suyla çevrələnmiş, bir neçə il həbsxana olaraq istifadə edilmişdir.Kungsparken – Malmönün ən qədimi parkıdır. İsveçdə olan bir neçə qanuni kazinodan biri də məhz bu parkın içərisində yerləşir. Parkın içərisində yel dəyirmanı, bir neçə göl və s. var ki, onların köməyi ilə təbiətdən doya-doya həzz ala bilərsiniz.Kopenhagendəki Kiçik Dəniz qızı heykəlinin Malmö versiyası yəqin ki, “Knotted gun” heykəlidir. Heykəl dəmir yol vağzalına bir neçə yüz metr məsafədə yeləşir. Hətta turist informasiya mərkəzininin demək olar düz yanındadır. Heykəl zorakılığa etirazı simvolizə edir. İsveçli heykəltaraş Karl Fredrik Reutersward bu heykəli 1980-ci ilə açılan atəş nəticəsinə dünyasını dəyişmiş məşhur John Lennona həsr edib. Bu heykəlin dünyada 3 dənə originalı, onlarla isə nüsxəsi var. Originalları Nyu Yorkda, Luxemburgda və Malmödədir.Malmödə son olaraq baş çəkilməli olan məkan “Ebba’s House” adlanan Ebbanın evidir. İçərisi 1900-cü illərin əvvəlindəki kimi dekor edilmiş bu ev, Malmönün ən balaca evidir.Malmö haqqında bu qədər. Kiçik amma sevimli olan Malmöyə görə durub İsveçə gəlinməz amma Kopenhagenə gəlmisinizsə, mütləq Malmöyə də baş çəkin. Elə sadəcə dənizin üzərindəki Oresund körpüsündən keçməniz nəyə desən dəyər   Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu                       Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox                       əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə                       ol”bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti                           yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1266 dəfə oxunub

Tiflis bələdçisi

Tiflisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Tiflisdən bütün gəzəyənlərə salamlar.Ən sonuncu xarici ölkə səyahətimi 6 yaşımda Rusiyaya etmişdim. Getmək istədiyim yerlərdən biri də Gürcüstan idi.Bileti (Bakı-Tiflis-Tarbzon-Bakı)425 AZN başa gəldi. Baqaj 0 götürmüşdüm, bel çantamla buraxmadılar. Orada Baqaj almalı oldum.Tiflisdə ilk getdiyim yer Fabrika hostel oldu, bir gün qabaq bron etmişdim(12 nəfərlik otaq).33 lari+bir gecə. Mən Fabrika hostelini çox bəyəndim,əla idi hər şey, gigiyenik idi.Bircə qəribə tərəfi tualtdə su olmaması idi yuyunmaq üçün. Əl yumaq üçün bayırda idi. Qısası bütün hosteli barjomi butulkamla gəzmişəm. Çıxanda qoydum tualetə ki, birdən ehtiyacı olar müsəlman bacı-qardaşlarımızın:DHostelə yerləşdikdən sonra şəhəri gəzintiyə çıxdım, nəqliyyata ehtiyac yoxdur çünki şəhərdə görməli yerlər yaxındır. Funkliyora mindim(gediş+gəliş)20 lari. Funkliyorla çıxdıqdan sonra orada dağüstü park var, maraqlı atraksionlar var, amma uşaqlara daha maraqlı olar deyə düşünürəm.Sizə Kür çayının üzərindəki qayıq turundan danışım. Tiflisə sırf onun üçün belə getməyə dəyər. 30dəqiqədə (30 lari) körpünün hər iki tərəfini turladıq, şəlalə var idi qayalıqların arasından axan ora qədər də gedib çıxdıq. İndi başa düşdüm ki, Kürün ən gözəl hissəsi Gürcüstana düşüb, ya da yaxşı ticarətə çeviriblər bunu.Oradan piyada Trinity Cathedrala gəldim, möhtəşəm idi, əzəmətli idi.Girişdə geyim var, götürüb geyinirsən.Görməli yerlərdən biri də The Clock Tower idi. Maraqlı arxitekturası var, şəhərin mərkəzindədir.Mən kilsə gəzməyi çox sevdiyim üçün, Tiflisdəki bütün kilsələrə getdim.Körpünün üzərində bizdəki(bit bazarı)kimi bir yer var idi, hərçənd ingilis dilində soruşanda daha da baha deyirlər, yenə getməyə dəyər. Antik əşyalar, əl işi aksesuarlar,rəssamların sənət əsərləri sərgilənir (həmçinin parkdır). Oradan Gustav Klimtin əsəri olan boyunbağı aldım(10 lari).Qidalanma-restoran qiymətləri bakıdan çox az fərqlənir. Ətraflı map hesabımdan girib baxa bilərsiniz.Google Xəritədəki postuma baxınSəviyyə 5 Yerli Bələdçihttps://maps.app.goo.gl/zWm9yJq3g68rGa8R9Tiflisdə gəzərkən Cəlil Məmmədquluzadənin evini də gördük. Funkliyora gedən yolda içəri binalarda idi.Tiflisdə ən bəyəndiyim şeylərdən biri də şəhərin qraffitiləri idi. Divarların rəngarəngliyi göz oxşayırdı. Özümü daha azad ölkədə hiss edirdim.Taxi xidməti-iki dəfə mindim, qiymətlər münasibdir.Düşəndə taxi arxamca çağırıb qəpiyi verəndə şok oldum ki,bakıda heç təklif belə etmirlər.((Bircə Tiflisdə ürəyimdə qalan şey o oldu ki, techno klubu gedə bilmədim. Çünki hamısı sezona çıxmışdı.Burada iki gün qaldım, indi isə yolum Batumi şəhərinədir. Sən demə hər yerin 20 yanvar metrosu kimi yeri var. Avtobusla ucuz başa gələr deyə düşünürdüm ki, elə anında bir gürcü dayı Batumiiiii qışqırıb, vitasına doğru apardı(40 lari). İndi yoldayam beş saata çatacam. Qəşəng təbiət görüntüləri Batumi səfərimin detallarında görüşənə qədər, yoldaşlar. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ağgül Feyziyeva

1217 dəfə oxunub

Monteneqro və Balkan ölkələri bələdçisi

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.Artıq yay gəlib və gəzmək istəyən hər kəs tətil programını hazırlamağa başlayıb. Büdcənizə min bərəkət və xoş istirahətlər əziz @gezeyenler :) Mənə ünvanladığınız suallara əsasən sizlərə,hər səyahətçinin səyahət planına uyğun olacaq (səyahətçilərin büdcə, zaman, seçdiyi istirahət növünə görə) bir neçə hissədən ibarət olan Monteneqro və Balkan ölkələri haqqında ətraflı məlumat paylaşacam.1️⃣ci Hissə  (İqlim, Nəqliyyat)✅Səyahət planınızdan asılı olaraq:1. İqlimi - Ölkənin cənub hissəsi, sahilyanı bölgələri ilin çox günü yağışlı və günəşli olur. Monteneqronun məşhur şəhərləri sahilyanı şəhərləridir.2. Monteneqronun turistik sezonu həm qış, həm də yay sezonu üçün uyğundur. Turistlər qışda skiing üçün ölkənin şimal bölgələrinə üz tuturlar. Fevral - mart aylarında sahilyanı şəhərlərdə turistlər üçün müxtəlif karnavallar, festivallar təşkil edilir və bunlar açıq havada keçirilir və ödənişsizdir. Yay aylarında sahilyanı şəhərlərə turistlərin daha çox axın etdiyi aylardır.3. Sahilyanı bölgələrdə qış sərt keçmir, ən soyuq aylar, dekabrın ortasından - fevralın ortasına kimidir.✅ Hava limanları1. Ölkənin iki hava limanı var: Podgorica (paytaxt şəhər, skadar gölü, Bar şəhəri və s. kimi görməli yerlərə yaxın şəhərdir) və Tivat (Xorvatiyaya və Monteneqronun sahilyanı şəhərlərinə yaxın şəhərdir). Tivat hava limanına Azerbaycan, Rusiya, Türkiyə kimi bir çox ölkələrdən uçuşlar yalnız yay sezonunda olur və Pasha travel artıq 2 ildir yay sezonunda bu hava limanına, uyğun qiymətə, birbaşa uçuşlar təşkil edir.2. Həmçinin sezondan asılı olmayaraq Türkiyədən Montenegroya tur avtobusları da gəlir.✅ Nəqliyyat1. Şəxsi maşın və ya rentacar ilə gəzməyi düşünürsünüzsə zaman itirmədən ölkəni daha yaxından kəşf ede bilərsiz. Top views üçün şəxsi maşın əvəzolunmazdır, her yere avtobus getmir. Yanacaq qiymətləri təxmini olaraq belədir ardıcıllıq Mne, Bosna, Makdn*Super 95 (1.37€, 1.16€, 1.13€)*Premium 98 (1.41€, 1.21€, 1.17€)*Diesel (1.25€, 1.18€, 1.02€) Texmini rent a car qiymətiləri (bokasun firmasının) Opel Corsa Manual (<7 gün -50 €, >7 gün -45€), Ford Flesta Manual(45-40€), Audi A4 Automatik (65-60€)Taxi firmaları (mənim yaşadığım şəhərdə -Hercegnovi)-novitaxi (tel: 19767) 24 saat-taxi more (tel: 19730) 24 saatAvtobus qiymətləri haqqında isə aşağıdakı link’dən maraqlana bilərsiz. Link’də həm ölkə daxili, həm da qonşu ölkələrə gedəcək avtobuslar və qiymətləri göstərilir.https://busticket4.me/EN* Avtobus bilet qiymətlərində avtobus firmalarına göre 1-2 euros fərq olur.2️⃣ci Hissə-Dil-Çimerlikler✅Dil- Ölkənin dili serb dilidir, rus dilli turistler az-çox yerli insanları anlaya bilər. Xarici dil olaraq İngilis dili istifadə edilir. Ölkədə rus dilini bilən təbəqə çox yaşlı təbəqədir. İngilis dili daha çox turizm sahəsində istifadə olunur.✅Çimərliklər- Sahili narin qum olan çimərlikləri çox azdır. Əksər çimərliklər ya çınqıl, ya da iri daşlıdır. Bir çox çimərliklərdə dənizin suyu təmiz, dalğasızdır. Buna səbəb dağlarla əhatə olunmasıdır. Çimərliklərdə işlətmə sistemi olmadığı üçün kafe-restoranı olmayan çimərliklər də var, həmçinin ətrafın natəmizliyi də sizi narahat edə bilər. İstəyinizə uyğun çimərliklər ⭐️Budva şəhəri (məşhur çimərliklər bu şəhərdədir)1. Mogren Beach -Budva old city yanında (200m) yerləşir. Sahili qumdur.2. Jaz Beach (4km) -məşhur çimərliklərindən biri. Restoran, kafe var. Sahili qum və çınqıl. Uşaqlı #gəzəyənlər üçün uyğundur. Həmçinin kürekli botlar, kayaklar ve jet ski kiralıya bilərsiz.3. Becici Beach (1.8km) -sahili qumdur. Xalq çimərliyi ilə birgə otel müştəriləri üçün də çimərlikləri var.4. Trsteno Beach -qum, çıngıl qarışımlı sahili var. Ən sevdiyim çimərlik deyə bilərəm. Ətrafında hal-hazırda təmir işləri gedir, kafe-restoran və başqa işlətmələr hələ ki, çalışmır (ehtiyyat yeyəcək, içəcək alın yanınıza). Sadəcə suyunun rənginə, şəffaflığına, təmizliyinə göre ora getməyə dəyər. Mütləq özünüzlə dənizin dibində üzən balıqları görmək üçün gözlük götürün.5. Budvada sahili günlük 100€-dan başlayan çimərliklər də var. Bunlar :-Dukley Beach (otel)-Queen's Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)-Milocer və ya King’s Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)-Aman Beach (Sveti Stefan) -adam başına 50€ ödəniş etmək lazımdır. Lakin həmən qarşısında xalq çimərliyi var ⭐️Digər çimərliklər1. Dobrec -sahili çıngıl, suyu şəffaf. Hersegnovi, Rose, Zanjice ve Miriste'dən qayıq ilə getmək mümkündür və turistlər arasında daha az tanınan bir çimərlikdir. 2. Lucice -balaca körfez, ətrafı yaşıllıqlarla əhatə olunub. 3. Plavi Horizonti 4. Mala Plaža (Ulcinj) 5. Petrovac (Budva) və s.3️⃣cü Hissə-Qidalanma-Alışveriş✅QidalanmaBalkanların mətbəxi demək olar ki, bir-birinə yaxındır və Osmanlı mətbəxindən də bəzi ləzzətlər bu ölkənin mətbəxinə keçmişdir. Porsyonları əksər məkanlarda böyük olur, sifariş edərkən diqqət edin ⭐️Fastfood1. Çevapi (bizim lülə kabab), və sifariş edərkən donuz əti yemirsinizsə, qiymənin tərkibində donuz ətinin olmamasını öncədən dəqiqləşdirin. (Min. 2.5 €, təxmini 5 tikə çevapi və digər əlavələr)2. Pizza -mənə görə ləzzətli pizzaları burada dada bilərsiniz. (Min. 5-6 €)3. Giros -yunan mətbəxindən, bir növ şaurmaya bənzəyən yeyəcəkdir. (Min. 3€)⭐️Digər yeyəcəklər-Ət yeməkləri həm dad, həm də qiymət baxımından çox sərfəlidir. -Dəniz məhsulları qiymət baxımından bir az yüksəkdir.⭐️İçəcəklər-Montenegro həm də şərabları ilə məşhurdur.-Çay sifariş edərkən, sizə limon, bal ilə servis edilir. Bu cür çay servisinin səbəbi var yerlilərə görə çay xəstə olarkən içilirmiş, və bu ənənə belə də davam edir. (Fincanda servis edilir, min. 1€)⭐️RESTORANLARMontenegroda, əsasən də sahilyanı bölgələrdə əksəriyyət məkanın mənzərəsi gözəldir.Amma elə restoranlar var ki, oraya məhz mənzərəsinə görə getmək lazımdır. Əlbəttə gündüz vaxtı 1. Gradska Kafana (Hercegnovi)2. Forte Rose (Hercegnovidən qayıq ilə gedə bilərsiniz)3. Çatoviça Mlini (Hercegnovi Kotor arasındakı, erazi Morinj) -dadlı balıqları ilə məşhurdur. Köhnə dəyirman ərazisini restorana çeviriblər, paylaşdığım şəkili həmin məkanda çəkmişəm.4. Verige 65 (Kostanjica, Kotor)5. Admiral Cafe & Restaurant (Hercegnovi)6. Restaurant Galion (Kotor)7. Fish restaurant Djardin (Perast)8. Big Ben (Tivat) və s.✅ Alışveriş4️⃣cü Hissə (Sual-cavab)Bu postumda mənə ünvanladığınız sualları cavablandıracam, ümid edirəm sizlərə faydalı olacaq1. Viza teleb olunur?✅ Montenegro (90gün) və aşağıdakı sərhəd ölkələr Azerbaycan vətəndaşına viza tətbiq etmir. Bosniya və Herseqovina (90gün), Makedoniya (90gün), Albaniya (90gün), Serbiya (90gün)2. Turist vergisi ödəmək lazımdır?✅Bəli, Montenegroda qaldığınız hər gün üçün 1€ (1 günün qiyməti) ödəmək lazımdır. 30 gündən əlavə qalırsınızsa, ondan sonrakı günlər üçün ödəniş etmirsiz.3. Qonşu ölkələrə getmək üçün sərfəli nəqliyyat, transport nədir?✅Öncəliklə Montenegronun öz şəhərlərini gəzmək və qonşu ölkələrə getmək üçün aşağıdakı linkdən faydalana bilərsinizhttps://busticket4.me/EN4. Çimərliklərdə şezlong qiymətləri nə qədərdir? Şezlong kiralamadan çimərlikdən istəfadə etmək mümkündür? Çimərliyə giriş ödənişlidirmi?✅Şezlong qiymətləri 5-7€’dan başlayır. Saat 19:00-dan sonra dövlətin qanununa göre şezlonglar ödənişsiz olur.Demək olar ki, əksər çimərliklərdə xalq üçün yer ayrılır, və şezlong kiralamadan çimərlikdən istifadə etmək haqqınız var Ölkənin əksəriyyət çimərliyinə giriş sərbəstdir.5. Teknə turları haqqında*Teknə turu sezonu 01 May-31 Sentyabr✅ Teknə turları üçün özünüz teknə kiralaya da bilərsiniz, əsasən Budvadan (saatı 30-40€’dan başlayır, ) ya da bir nəfərlik biletinizi alıb tur təklif edən teknələrə üz tutursuz (15€’dan başlayır)⭐️Kiralıq teknə turu xidmətinə daxildir: -Dəniz gəzisi Budva Riviera, Becici, Kamenova, Milocer, Sveti Stefan, The Island of st. Nicholas-Bir neçə çimərliklər -Drobni pjesak, Petrovac, H3 (Nudist), Trsteno, Zanjice, Ploce, Nicholas adasındakı çimərlik.-Bigovo balıqçı kəndi, Blue cave, Kotor Körfəzi (Hercegnovi və Kotor)-Balıq tutma-Teknə ilə gecə gəzintisi⭐️Turist teknə turlarına daxildir-bəzi turlar səhər başlayır, bəziləri isə səhər və ya günortadan sonra olmaqla 2 hissədən ibarət olur.-hop on - hop off (2.5 saat, bilet 15€)-Kotor-Perast-Island lady of the rocks (hər teknə turu fərqli yerlərə gedir)5️⃣ci Hissə Ölkənin rəsmi bayramları ️☃️QIŞ fəslində olan bayramlar01.01- Yeni il02.01- Day of Saint Ignatius of the God-Bearer - chicken Christmas.05.01- Tucindanan.06.01- Milad (Badnji dan).07.01- Yanvar – Milad14.01- Köhnə yeni il YAZ fəslində olan bayramlar15.04- Uşaqlar bayramı01.05- Əməkçi bayramı12.05- Müqəddəs Basil Günü21.05- Monteneqronun Müstəqillik GünüDəyişən tarixlərlə Pasxa️YAY fəslində olan bayramlar03.06- Monteneqronun Müstəqillik Günü04.07- Partizan bayramı13.07- Monteneqronun dövlətçiliyi günü28.08- Monteneqronun Krallığının elan etdiyi günPAYIZ fəslində olan bayramlar01.11- Bütün müqəddəslərin günü29-30 noyabr Respublika GünüFəsillərə görə şəhərlər️QIŞ* Adriatik sahili boyunca yerləşən bölgələr il boyu şimal bölgələrə nisbətən daha mulayim olur, qış aylarında orta temperatur 11 ° C. Bu ərazilərdə qış sıxıcı keçir, turistlərin diqqətini çəkmək üçün festivallar təşkil olunur.*Qışın 3 ayı soyuq (orta temp. -10 ° C) keçən şimal bölgələrdə turistlər üçün Zabljak və Kolasin istirahət mərkəzlərində xizək mövsümüdür (yanvar, fevral)YAZ* Mart ayında sahil və mərkəzi bölgələrdə temperatur 16 ° C’dir, lakin yaz aylarında tez-tez gur, günlərlə yağış ️yağır, bu isə bəzi gəzəyənlər üçün əlverişli olmaya bilər. Dağlarda xizək mövsümü Mart ayının son günlərinə qədər davam edir.*Aprel bütün ölkə üçün isti havalara keçid ayıdır, lakin yağışlı havalar davam edir. Yağışlara baxmayaraq aprel ayında hava gəzmək üçün əlverişlidir.*May ayında, dənizkənarı istirahət mərkəzləri qonaqlara qapılarını açılır. Hava yaxşıdır, lakin hələ üzgüçülük üçün uyğun deyil.YAY* Adriatik sahilində yay çox quru və isti olur. İyun ən rahat aydır. Temperatur təxminən 30 °-28 ° C.*Dağlıq bölgələrdə təxminən 25 ° C.PAYIZ*Sentyabr və noyabrın ilk yarısı Adriatik sahillərində Velvet Mövsümüdür, yəni Adriatik dənizinin suyu hələ də üzgüçülük üçün kifayət qədər istidir.*Soyuq havalar noyabr ayından başlayır.6️⃣cı HissəMontenegro turu1. Öncəki postlarımdan birində qeyd etdiyim kimi ölkənin 2 hava limanı var: Tivat, PodgoricaMonteneqroda görüləcək yerlər-Hercegnovi, Tivat, Perast, Kotor, Budva, Çetinye, Bar(təmiz zeytun yağı), Ulcinj(Albaniya ilə sərhəd), şimalda -Nikşiç, Jabljak(Black lake, doğa yürüyüşü, üzgüçülük), Tara(zip line), Durmitor, Ostrog✅Tivat hava limanı ilə gələn turistlər üçün təxmini gəzi turu belədir 1. Tivat -ən məşhur yeri Porto Montenegro, bu şəhərə təxmini 1 saat zaman ayırın.2.Ferry ilə yolu qarşi tərəfə keçin (Ferry’də minik maşın üçün bilet 4.5€), keçdiyiniz yer Kamenari adlı ərazidir. Əgər zamanınız varsa Kamenaridən avtobus ilə Hercegnoviyə gedin, yoxdursa yolu əks istiqamətdə davam edərək, Perast, Kotor, Budva, Bar, Ulcinj kimi şəhərlərə üz tutun.7️⃣ci HİSSƏ(Montenegroda edile bilecek aktiviteler)Aktiviteler fesillere göre, bölgeye göre deyişir. Yay-yaz aylarında 1. Velo tours2. Boat Tours3. Rafting (şəffaf suyu olan Tara çayı)4. Paragliding (yamaç paraşütü) (Budva)5. Kitesurfing (Ulcinj şəhərindəki sahil, Long beach bu idman növünü sevənlər üçün ən uyğun sahildir)6. Windsurfing7. Kayaking8. Adventure Park Lovcen (uşaqlar üçün daha uyğun yerdir)9. Zip Line (Zabljak, Njequsi) 3 tip zip line var, qısa- Red Rock, orta- Tara, uzun- Extreme10. Diving ️Qış aylarındaSki (Zabljak, Kolasin) Qışda turist çoxluğundan, saat 11’dən sonra ski spor alətləri bitir.8️⃣ci HİSSƏ və son paylaşımım ✅Montenegro ilə qonşu olan ölkələr və ya digər Balkan ölkələri⭐️1. Mənim ən çox bəyəndiyim balkan ölkəsi Xorvatiyadan başlayaq . Viza tələb olunur. Ən məşhur şəhərlərindən biri Dubrovnik.“Game of thrones” serialından sonra turist sayısı 100% artdı və yay turist sıxlığı olan aydır. Şəhəri gəzmək bir və ya yarım gün bəs edər. Rentacar ilə gələnlər DİQQƏTLİ olun, ölkədə maşınlar üçün park pulu çox bahadır.Dubrovnikə yaxın digər gözəl bir şəhər isə Cavtat şəhəridir.Vaxtınız olursa, mütləq Xorvatiyanın bir çox şəhərlərini gəzin. Xorvatiya turum haqqında paylaşım etmişəm #seyahat_arzusuuuxorvatiya⭐️2. BİH (Bosniya) Mostar körpüsü (memarı türk olub)Trebinje (yarım gün bəs edər)Sarayevo (ölkənin paytaxtı və özünüzü Türkiyədə hiss edəcəksiniz )⭐️3. Makedoniya ????Üsküp (Skopje) ölkənin paytaxtı (bir və ya yarım gün bəs edər)Ohrid (milvarisi ilə məşhurdur)⭐️4. AlbaniyaAlbaniyanın paytaxı, Tirana - mənə görə sıxıcı şəhər, vaxt itkisi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Musazade      

7765 dəfə oxunub

Qeyzer, buzlaq və vulkanlar ölkəsi - İslandiya bələdçisi

Reykjavikdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Bir gün İslandiya haqqında yazacağımı söyləmişdim. Öz təcrübələrimi sizlərlə bölüşüm. Ən başından söyləyim, buras tamam başqa bir dünyadır, gəzib gördüyüm yerlərin heç birinə bənzəmir. İnsan əlinin dəymədiyi, pozmadığı şeylərin təbiət tərəfindən neçə gözəl qorunduğuna şahid olmamaq mümkün deyil.Ölkə standartların üstündə bahalı olduğundan yaxın zaman planımızda yox idi. İtaliya-İsveçrə-Almaniya şəklində bir plan düşünmüşdük. Son 10gün qala Wizz air’in Milandan Reykjavike uyğun biletlərini gördüm, kabin bagajlı 1nəfər üçün get-gəl 100 avroya gəlirdi təxminən. Fürsət bu fürsət deyib son anda rotamızı dəyişdik. İslandiya, Amerika ilə Avropa qitəsi arasında bir ada ölkəsidir, əhalisi 355.000 civarı. Havası çox dəyişkəndi. Oktyabr ayında getmişdik ona rəğmən termal geyimlər yanımızda götürmüşdük. Planımız xəritə boyunca çevrə çizmək idi, amma gəl, gör ki fələk öz işini görmüşdü. Getmədən bir neçə gün öncə ölkənin şimalına güclü qar yağdı, yollar bağlandı, 4x4lük maşın kiralamışdıq, qar təkərləri noyabrdan taxılmağa başlayırmış. Şimalda güclü fırtına alarmları vardı. Qar təkərimizdə olmadığından o riski almadıq, şərqinə doğru çıxıb eyni xətt üzrə dönüb şərq-cənub-qərb-şimalına çıxdıq. Gəzdiyimiz yerləri gün-gün olaraq qeyd edəcəm sonda. Ölkə görsəl şölən sunur turistlərə. Hər yerdən yol boyunca şəlalə axır, yolda qarşımıza qütb tülküsü də çıxdı. Hər yol boyunca at, qoyunları görürsünüz. Qaldığımız yerlər guesthouse’lar idi, market alış verişi edib yeməkləri özümüz hazırlayırdıq. Ölkə çox bahalı idi çünki. Sabahları sandwich hazırlayıb günü onla keçirirdik. Ölkəni gəzmək üçün bəlirli bir neçə rota var, ilki Golden Circle və 1gün yeterli. 1. Thingvellir milli parkı ( buraya getmədik) 2. Bruarfoss şəlaləsi ( foss-şəlalə demək onların dilində) - bu şəlaləni şəkillərdə çox görürdüm rənginin bu şəkildə mavi olacağını düşünmürdüm. İlk gördüyümdə gözlərimə inanamamışdım , həqiqətən valehedici bir rəngi və gözəlliyi vardı. 3. Geysir- hər 5dəqiqədə bir yerin altında fokur fokur 80-100 dərəcədə qaynayan su bir neçə metrə yüksəkliyə fışqırır. Oraya çatarkən gördüyüm 2 güçlü fışqırma anı oldu , telefonu yetişdirib çəkəmmədim amma beynimdə fotoğrafını çəkdim, hava çox küləkli olduğundan su sonradan çox yuxarılara qalxa bilmirdi. 4. Gulfoss şəlaləsi- Buraya elektrik santrali tikmək fikri var imiş dövlətin. Gulfoss isimli bir qadın qarşı çıxıb hərəkat başlatmış onun nəticəsində bugün orası əl dəyməmiş durumda göz oxşayır. Nə yaxşı ki izin verməyiblər məhv edilməsinə5. Kerid krater- bir vulkanik kraterdir. 6500 il öncə bir partlama nəticəsində yarandığı düşünülməkdədir.Sonrasında göl yaranmış . Rəngi möhtəşəm. Qalma işini Kraterə yaxın Selfoss deyilən bölgədə qaldıq, Reykjavikə dönmədik, çünki yolumuz cənuba doğru davam edəcəkdi. Sıradakı Sourth İceland deyilən 2 günlük rota. İlk gün 1. Seljalandsfoss şəlaləsi- bu şəlalənin özəlliyi arxasına keçilə bilməsidir. Mən keçəbilmədim yerlər sürüşkən idi amma keçənlər vardı. 2. Skogafoss- mənim favori şəlaləmdi, hava açıq isə göyqurşağını görəbiləcəksiniz. Game of Thrones serialının bəzi səhnələri bu şəlalənin önündə çəkilib. Yolüstündə 2010 ilində partlayıb bütün Avropanın hava trafikinin tıxanmasına səbəb olan “Eyjafjallajöküll” yanardağını uzaqdan görə bilərsiniz.3. Drholaey - yaz aylarında Puffinləri görmək üçün ideal yerlərdən birisi və eyni zamanda Atlantik okeanına qarşı bütün mənzərə ayaqlarının altında4. Reynisfjara black sand beach- dediğimiz qara volkanik qumları , Atlantik okeandan gələn öldürücü dalğaları olan o məşhur plaj. Görməyi ən çox istədiyim yerlərdən biri idi. Dalğalara “snaker wawe” adlanır, heç gözləmədiyin anda sahilə vurub insanı götürəcək qədər güclü olabilir. Ona görə çox yaxına getməmək məsləhətdir. Zamanında bir neçə turisti götürüb, qurtarmaq üçündə kimsə o riski almır. Vulkanik bazalt qayalarıda burada. Burası Vik qəsəbəsinə yaxındır, orada ara verib bir şeylər yeyə və yaxudda qala bilərsiniz. Buraya qədər 1gün yeterli. İkinci gün davamı buzullarla davam edəcək1.Svinafellsjokull( jokul-buzul)- bu buzulların rəngi biraz boz idi . Bir çox filmə ev sahibliyi edib. İnterstellarda Matthew McConaughey’in başqa bir gəzəgəndəymiş kimi üzərində yürüdüyü o buzullar elə məhz bu buzullardır. GOT’un bəzi səhnələridə burada çəkilib, Yabanilərlə Jon’un səhnələri. 2. Fjallsarlon- buradakı buzullar daha rəngi açıq daha gözəl idi, bu buzulların hamısə Vatnajokull buzulunun parçalarıdır. Buzulları yaxından görmək üçün təknə turları var. 3. Jökülsarlon - ən gözəl buzul bu idi, oradaykən qopan böyük buz parçalarına şahid olduq, kürəsəl isinmənin nəticələri deyək. Buradan qopan parçalar qapılıb iləridə sahilə vurur orasıda 4.Diamond beach- olaraq adlanır. Günəşli bir havada sahildə buz parçaları parladığı üçün bu adı almış. Eyni zamanda burada suitiləridə görmək mümkün, biz gördük bir neçəsini. O gün qalma işini Höfn deyilən bölgədə ayarlaya bilərsiniz. Əsas rotalar bunlar, digər günləri səthi keçəcəm. Balina izləmək üçün Akureyri, Hüsavik bölgələri ideal, şimalda qalır buralar. İkonik dağ mənzərəsi olan Kirkjufell dağının olduğu yerdə bir gün qaldıq bəlkə Auroranı oradan izlərik deyə amma o gün bir fırtına çıxdı ki az qalsın maşını qaldırıb uçurda. Ona görə o bir arzu olaraq mənimlə, bir gün onuda yaşayacağımıza inanıramÖlkədə bir çox termal lagoonlar var, Blue lagoon, Sky lagoon, Myvatn( bu şimalda qalır). Ən bilindiyi Blue lagoondur. Bizimdə tərcihimiz orası oldu. Möhtəşəm idi , bəzi şeyləri anlatmaü çətindir yaşamaq lazım, buda onlardan birisi idi. Getdiyimizdə aktif vulkan yox idi , sönənlərədə turlar vardı amma cazib gəlmədi bizə.Qısa tutmağa çalışsamda ancaq bu qədər oldu. Əlavə sual olarsa cavablayaram. Maşın kiralamaq şərt. Turlar çox baha və öz programları var , ürəyinizcə gəzəməyə bilərsiniz bu şəkildə. Noyabr-Mart arası buz mağara turları olur bunlara qatıla bilərsiniz. Hava şərtləri hər an planlarınızı dəyişə bilər buna hazırlıqlı olun, ona görə B planınız olsun. Toplam 5gün yetərli gəzmək üçün.İndilik bu qədər Hər kəsin ürəyincə gəzib tozacağı bir il olması diləyilə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Beyim Ahmedli Çeçe

1324 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!