1758 dəfə oxunub

Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İlk öncə onu qeyd edim ki, Sofiya səfəri son 3 ayda Buta Airways ilə 3-cü səfərim idi. Mart ayında Tehrana, Aprel ayında isə İstanbula səfər etmişdim. İlk Buta təcrübəm 

barədə bloq yazısı paylaşmışdım.  3-cü səfərimdən sonra da təəssüratım yazıda olduğu kimidir, yəni müsbət.

Bolqarıstan 110 min kv. km əraziyə, 7,1 milyon əhaliyə sahib ölkədir. Onu qeyd edim ki, bu ölkə əhalisi azalmaqda olan ölkələr sırasındadır və proqnozlara görə 2030-cü ilə ölkə əhalisinin sayı 6,5 milyona, 2050-ci ildə isə 5,5 milyona enəcək.

Ölkənin pul vahidi lev dəyərinə görə manatla demək olar, eynidir (1 lev – 1.03 manatdır). Danışıq dili rus dilinə çox yaxındır, aktiv istifadə olunan bir çox sözlər sanki, rus və türk dilinin qarışığı sözlərdir. Həmçinin ölkənin milli mətbəxi də rus və türk mətbəxinə çox yaxındır.

sofiya bolqaristan bloq melumat seyahet buta 3 - Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam (Bolqarıstan gündəliyi #1)

Paytaxt Sofiya 1,5 milyon (bəzi mənbələrə görə 2 milyon) əhalisi olan, ölkənin ən böyük və strateji şəhəridir. Sofiyada bir həftə oldum, iki beynəlxalq tədbirdə iştirak etdim, bununla yanaşı şəhərlə yaxından tanış olmaq imkanı qazandım. Bu müddətdə rastıma çıxan maraqlı məqamları sizlərlə bölüşmək istəyirəm. İnanıram ki, bu yazı Sofiyaya səfər edəcək olan şəxslər üçün də faydalı olacaq.

P.s. Bu yerdə İstanbul səfərinə başım qarışdığı üçün viza müraciətini gecikdirməyim və bununla da Bolqarstan vizası almaqda problem yarandığı zaman mənə kömək olub, vizanı almğıma səbəb olan Vizam.az kollektivinə operativ fəaliyyəti üçün təşəkkür etmək istəyirəm.

1. Nəqliyyat

Metronun sonuncu stansiyalarından biri Sofiya aeroportudur. Bun görə də aeroportdan şəhərin əsas nöqtələrinə metro ilə gedə bilirsiniz. Sofiyada nəqliyyatın qiyməti Bakı ilə müqayisədə çox bahadır: 1 gediş – 1.6 lev. Amma burada “Daily Card” var ki, bu kartla bütün ictimai nəqliyyat sistemindən (metro, avtobus, trolleybus, tramvay) gün ərzində limitsiz istifadə edə bilərsiniz. Kartın qiyməti 4 lev’dir. Buna görə də Sofiyaya səfər edənlər üçün bu kart əladır.

Ümumiyyətlə Sofiyada ictimai nəqliyyatın fəaliyyəti əladır. İlk dəfə idi ki, olduğum xarici bir şəhərdə taksidən istifadə etmədim. Yuxarıda qeyd etdiyim kimi, avtobus və metrodan başqa tramvay və trolleybus da fəaliyyətdədir və bir turistə lazım olan əsas nöqtələrə ictimai nəqliyyatla sürətli şəkildə gedə bilirsiniz.

Eway.bg adlı əla bir sayt var, bunun vasitəsilə bütün növ ictimai nəqliyyatın marşrut xətti, dayanacaqları və s. haqda məlumat almaq olur.

Metro iki xətdən ibarərdir, ona görə də stansiyaları tapmaq çətin olmur. Serdika stansiyası iki xətti birləşdirir. Elə şəhərin mərkəzi də Serdika stansiyası olan ərazilərdir. “Vitoşa Bulvarı” adlandırılan, Sofiyanın “Tarqovı”sı da məhz Serdika stansiyasının yaxınlığında başlayır.

2. Serdika metro stansiyası

Serdika stansiyasının maraqlı quruluşu var. Stansiyaya ilk dəfə daxil olanda diqqətimi çəkdi. Stansiya şəhərin düz mərkəzində yerləşir. Buradan bir çox məşhur turistik nöqtələrə ayaqla gedə bilirsiniz.

3. Daş örtülü yollar

Çəkdiyim şəkillərə diqqət etsəniz görəcəksiniz ki, şəhərin əksər yolları asfalt deyil, daş örtülü yollardır. Hiss olunur ki, yollara düzülən daşların onillərlə yaşı var. Amma yolların vəziyyəti əladır.

sofiya bolqaristan bloq melumat seyahet buta 14 - Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam (Bolqarıstan gündəliyi #1)

4. Başdan-başa yaşıllıq

Bakıdan gələn turist üçün Sofiyada həsrətlə baxacağı ilk şeylərdən biri şəhərin yaşıllığıdır. Nəhəng və yaşı çox olan ağacları şəhərin demək olar, bütün küçələrində görmək olur. Şəhərdə xeyli sayda park var ki, o parklar da başdan başa yaşıllıq içərisindədir. Bir sözlə, Sofiyada ciyərləriniz bayram edir.

5. Qiymətlər

Expatistan.com saytından indiyədək istifadə etməmisinizsə baxın mütləq. Müxtəlif şəhərlərdəki ortalama qiyməti müqayisə edib, hansı şəhərin baha, hansının ucuz olduğunu göstərir. O saytda Sofiyanın Bakıdan 31% baha şəhər olduğu göstərilir, amma məncə fərq o qədər deyildi. Bir çox qiymətlər Bakı ilə aşağı-yuxarı eyni, bəziləri 10%-30% baha idi. Amma bəzi qiymətlərdə kifayət qədər fərq var idi (benzin – 2-2.5 lev, çörək 1-3 lev və s.)

(Foto: Pizzeria Ugo, Vitosha Bul.)

6. Aleksandr Nevski kilsəsi.

Sofiyanın əsas simvollarından sayılan bu məbəd dünyada ən böyük ortodoks kilsələrindən biridir. Eyni anda 10 min insanı qəbul edə bilir.

Şəhərin əksər turistik məkanlarından fərqli olaraq, bu kilsənin daxilində foto-video çəkmək istəsəniz 10 lev ödəməli olacaqsınız.

sofiya bolqaristan bloq melumat seyahet buta 12 - Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam (Bolqarıstan gündəliyi #1)

7. Parklar

Sofiyada çoxlu parklar var. Nəhəng ağaclarla əhatələnən, bir sıra tarixi və turistik obyektlər yerləşən bu parklarda insanlar sözün əsl mənasında istirahət edirlər. Baxırsan ki, 3-4 nəfər musiqinin səsini yüksəldib, oynamağa başlayırlar. Yoldan keçənlər də çantasını kənara qoyub, gəlir qoşulur oynayanlara, birlikdə oynayırlar.

8. Sofiyanın “Tarqovı”sı – Vitoşa Bulvarı

Vitoşa küçəsi müxtəlif restoranların və brend geyim mağazalarının yerləşdiyi küçədir. Müşahidə etdiyim maraqlı bir məqam o oldu ki, bu küçədə demək olar hər gün mitinq olurdu. 4-5 polis mitinq iştirakçılarının önündə, 4-5’i isə arxalarında hərəkət edirdi. Yüzlərlə insan isə şüar səsləndirib, qazan, dəmir parçalarının bir-birinə vurub, səs-küy salırdılar. Maraqlıdır ki, bu, heç kimdə narahatlıq yaratmırdı.

9. Mall of Sofia

“Mall of Sofia” şəhərin ən böyük alış-veriş mərkəzlərindən biridir. Burada siz elə Bakıda da gördüyümüz bir çox məşhur qlobal brendlərin mağazalarını görə bilərsiniz. Restoran mərtəbəsində isə bəyəndiyim iki yer oldu: 1) “Аби” türk şirniyyat məkanı, 2) “Pizza Lab”. Burada pizzanın hazırlanması maraqlı idi, qarşında olan bütün ət və tərəvəz məhsullarından, cürbəcür souslardan seçib, pizzaya əlavə etdirirsən, cəmi 2 dəqiqəyə hazır olub, sənə təqdim edilir. Pizzaları da dadlı idi.

sofiya bolqaristan bloq melumat seyahet buta 6 - Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam (Bolqarıstan gündəliyi #1)

10. Tolerantlıq

Bələdçinin dediyinə görə, Sofiya dünyada ən tolerant şəhərlərdən biri sayılır. Siz Serdika stansiyasında düşüb, şəhərə çıxsanız, bir nöqtədə durmaqla həm kilsə, həm məscid, həm də sinaqoq görə bilərsiniz.

Bir sözlə, bəzilərinin “Şərqi Avropanın Parisi” adlandırdıqları Sofiya sadə, amma gözəl havası və rahatlığı ilə görməli şəhərdir.

Növbəti yazılarda “Veliko Tarnovo” və “Plovdiv” haqda oxuya biləcəksiniz.

sofiya bolqaristan bloq melumat seyahet buta 4 - Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam (Bolqarıstan gündəliyi #1)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Orxan Rzayev

DİGƏR BLOQLAR

Hollandiya bələdçisi - Amsterdam və Haarlem

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Amsterdam Hollandiya mənim 14-cü ölkəm oldu. Bu şəhərə düşdükdən sonra başa düşdüm ki, həyat burada qaynayır  hər axşam mərkəzdə çoxlu eventlər keçirilir. Bizi Amsterdamda qarşıladıqları üçün Fuad və Yasinə dərin təşəkkürümü bildirirəm! Bizi gözəl yerlərlə tanış etdilər və birlikdə gözəl vaxt keçirdik. Ümumilikdə 4 gün keçirdik Amsterdamda və qalmağa yer üçün Couchsurfingdə Haarlemdə qaldıq.Haarlem kiçik şəhər olmasına baxmayaraq mütləq gediləsi görüləsi şəhərdir. Qaldığımız ev isə sadəcə möhtəşəm idi. Tarixin bir parçası olan evlərdə qalırdıq yerli pendirləri və digər şeyləri birlikdə yoxladıq. Hollandiyada olan ən böyük çətinliklərdən biri də gecə 2-dən sonra heçkəs çöldə alkohol içərək restoranların qarşısında otura bilməz. Hər yeri yığışdırırlar. 24 saat işləyən yerlər demək olar ki, yoxdur. Evimiz Haarlemdə olduğu üçün ilk gecə qatarı buraxdıq düşündük səhərə qəədər oyaq qalaq. Saat 4-5-ə qədər işləyən barlar tapdıq mərkəzdən bir xeyli uzaqlıqda Couchsurferlər ilə gecə yazışdıq 20-25 arası adam toparlaya bildim və getdik. Nə halda getdik, necə getdik o 25 adamla bilmədik  Çalışın ayıq qalın bu şəhərdə  Səhər 7də Haarlemə çatdıq və onda başa düşdük ki, günəş çıxır insanlar hələ çox azdır şəhərdə və sən demə transport mərkəz küçələrdə icazə verilmirmiş sadəcə ayaqla gəzə bilərsən ya da velosiped. O şəhər məni gözəlliyi ilə valeh etdi.Amsterdamın Legendi Isa da o müddətdə orda olacaqdı əvvəldən danışmışdıq görüşəcik təsadüfən o da həmin günü Haarlemdə idi və biz birlikə hamımız görüşdük. Oturduğumuz restoran Jopenkerk Haarlem yalan olmasın 50 tip pivə təqdim edir sizə menyuda  Pivə qiymətləri çox bahadır Hollandiyada amma siz bunu tətil bitəndən sonra hiss edəcəksiniz narahat olmayın Və sonda isə bizim eXclusive görüşümüz dostumuz canımız Azərbaycanı gözəl təmsil edən Milli Dəstənin gözü ürəyi Shamil ilə görüşdük  Bizi çox gözəl yerlərə apardı  Gözəl experience olan bir şəxslə həm də həmvətənlərimlə başqa ölkələrdə görüşmək mənə çox xoşdur. Gələcəkdə sizin də şəhərlərə gəlsəm adamyeyən deyiləm çoxlu gözəl memories ola bilər  Bu yaxınlarda Amsterdamlılar şikayət etdikləri üçün demək olar ki Amsterdamda Deturizm gedir. Deyəsən turistləşdirmə onlara baha başa gəlir deyə artıq əsas I  Amsterdam yazısını da bildiyiniz kimi götürüblər və bu yaxınlarda artıq Red Light Streeti də sökməyə hazırlaşırlar. Şəhərdə polis heroin və digər maddələrin təsirində olan insanların leşini daşımaqla məşğuldur  Hərə bir tərəfdə uzanıb təsirindən ayılacağı saatı gözləyir gecə saatlarında  Gecə səhərə qədər qalacaqsınızsa 1-ə qədər öz yemək ehtiyyatınızı tutun yoxsa səhərə qədər ac qala bilərsiniz. Bu cəhətdən gec saatlara qədər işləməyən restoranlar tərəfdən Amsterdamı bəyənmədim. Bir klub tapıb 2ci gecəmizi səhərə qədər küçədə yox ən azı orda keçirə bildik. Həyatımda ilk dəfə Tesla elektrocarını taksi kimi xidmət göstərən gördüm Amsterdamda  Qatar Transport sistemi bərbad vəziyyətdə deyərdim Amsterdam barədə. Ən azı isə Haarlem və Amsterdamdaxili gedişləri nəzərdə tuturam. Hər addımbaşı azərbaycanlılara rast gəlib 2dəqiqə ayaqüstü xoş mehriban söhbətlərimiz oldu hamınızı tanımasam da hamınıza səmimiliyiniz üçün təşəkkür edirəm. #səyyaholmagəzəyənol #gezeyenler #gəzəyənlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

2492 dəfə oxunub

Gürcüstan - Batumi bələdçisi

Axşamınız xeyir, əziz Gəzəyənlər.Bu gün sizlərə Yay istirahətinin sərfəli ünvanı Batuminin gəzməli görməli yerlərindən bəhs edəcəm! Odur ki, başladıq!Bütün səyahətlərəminizi nədən başlayırıq nəqliyyatdan: Batumiyə getməyin 4 yolu var!1. Bakı - Batumi avtobusu 40 AZN2. Bakı - Tbilisi avtobusu 15 AZN sonra isə Shutler (sürətli qatar) Tbilisi-Batumi 20-25 AZN və ya Metro şirkətinin avtobusu 25 AZN3. Bakı - Tbilisi qatarı ilə PL- 23,14 AZN, KP 33,95 AZN və SV 57,69 AZN sonra isə Tbilisidən Batumiyə yuxarıda qeyd etdiyim yollardan biri ilə gedə bilərsiniz.4. 1 saat 15 dəq rahat uçuşla biletlər bu yaxın aylarda 93 AZN-dən başlayaraq.Beləliklə keçək gecələmək üçün məkana! Batumidə seçim çoxdur! Şəxsi təcrübəm ilə The World in Batumi hosteli çox məsləhət görürəm. Ümumilikdə isə booking.com saytından otellərə baxın daha yaxşısı isə airbnb.com saytından ev kirayələyin! Ən önəmli bilməli olduğunuz odur ki, qalacağınız yer mütləq dənizə ayaqla gedilən biləcək məsafədə olsun.Restoranlar və qidalanma seçimi böyükdür ortabab restoranda adam başına 5-12 AZN xərciniz olacaq.Və indi isə əsas məsələ, Gəzməli görməli yerlər!1. 15 km uzunluğu olan Batumi bulvarıVə orada olan imkanlar:- Şeytan çarxı 5 lari- Əlifba gülləsi 10 lari (burada baxış məntəqəsi var)- Velosiped kirayəsi 1 saatı 5 lari- Çaça fəvvarəsi -pulsuz- Əli və Ninonun heykəli- Oxuyan fəvvarələr2. Arqo kanat xətti - 15 lari3. Sameba kilsəsi - pulsuz4. Qonio qalası - 10 lari (Batumidə 20 dəq məsafədə yerləşir)5. Batumi Piazza meydanı - pulsuz6. Avropa meydanı ve Medeanin heykəli - pulsuz7. Neptun fəvvarəsi - pulsuz8. Batumi dəniz vağzalı - 1 saatı 50 lari qiymətinə kater kirayələyə bilərsiniz9. Delfinarium - 16:00 üçün 15 lari 19:00 və 20:00 üçün 20 lari10. Zoopark deyə bilməyəcəm kiçik bir guşə heyvanların olduğu - 2 lari11. Akvapark - 40 lari12. Nəhayət bağı - 15 lari (10-16 yaş uşaqlar 1 lari)13. Musiqiçilər parkı - pulsuzHəmçinin Batumidə 1 saatlıq məsafədə Ureki yerləşir. Orada Batumi və Kabuletidən fərqli olaraq dənizkənarı faydalı maqnitli qumdur!Həmçinin Kabuletidə Tsitsinatela adlı luna park yerləşir! Urekiye kimi məsafə 1saat Kabuleti isə 40 dəqQeyd: Batumidə dəniz daşlı olduğu üçün üzmək çox çətindir sizə reyzin şəp-şəplər təklif edəcəklər 7-10 lariBatumidə bu qədər! Ümid edirəm bəyəndiniz!Xoş səyahətlər arzusu ilə ????Sərfəli səyahət ilə bağlı daha çox paylaşımı instagramda @jala.alakbarova profilində izləyə bilərsiniz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Alakbarova 

4768 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 3)

Ngorongoro, Tanzaniya III Afrikada safari. Aruşada qaldığımız The Charity Hotel-dən səhər tezdən saat 05.00-da yola çıxdıq. Yol o qədər gözəl idi ki, Serengeti, Ngorongoro, gərgədan, fil, antilop, aslan yaddan çıxmışdı, ancaq təbiətin gözəlliyinə baxırdıq. Təxminən iki saat sonra Lake Manyara Milli Parkına açılan gözəl mənzərəsi ilə tanınan və Masai qəbilələrinin evləri şəklində tikilən Panorama Safari Camp-a gəldik. Kampın çox böyük ərazisi var və təbiətin tən ortasında yerləşir. Həm də əsas böyük Milli Parklara gedən qrupların başlanğıc yeridir. Sanki National Geographic TV-nin içində idik. Burada ayrı-ayrı qruplar birləşib səhər yeməyi yedikdən sonra Serengeti, Ngorongoro və Lake Manyara-ya döğru yola çıxırlar. Biz də sürücü-bələdçimiz, iki çex və iki fransızla birlikdə safari avtomobilimizlə Ngorongoro kalderasına doğru yola çıxdıq. Yola çıxmadan əvvəl kampın ərazisinə 30 nəfərlik babun ordusu hücum etdi, zibil qutularında və ətrafda yeməli olan hər şeyi apardılar. Artıq insanın heyvanlara hökm edə bilmədiyi yerdə olduğumuzu anladıq. Təxminən 1 saatlıq maraqlı yoldan sonra ərazisi bizim 10 rayonumuz qədər olan Milli Parka çatdıq. Ərazi sıx və nəhəng ağacları olan ekvatorial meşəliklərlə başlayır, təxminən 35 dəqiqə sonra kaldera görünür. Bu bəlkə də bir insanın həyatı boyunca görəbiləcəyi ən gözəl təbiət mənzərəsi idi. Əvvəlcədən bizə verilən durbinlərlə baxmağa başladıq. Aşağıda “Lake Magadi” gölü ətrafında otlayan minərlə antilop, zebra sürüləri, aslanlar, gərgədanlar, hippoptamlar və adlarını bilmədiyim digər heyvanlar görünürdü. Qısa fasilədən sonra bu dəfə üzüaşağı kraterə doğru 600 metr aşağı düşdük. Əvvəlcə meymunlar, meşənin ortasında tək otlayan böyük bir fil, sonra çöl donuzu ailəsi gördük. Gölə yaxınlaşdıqca minlərlə antilop, tompson, eland, zebra sürüləri ilə qarşılaşdıq. Sürülərin içindən keçirdik və heyvanlar qaçmırdı. İstədiyimiz qədər şəkillərini çəkdik. Bəziləri sığallaya biləcəyimiz qədər yaxınlaşırdı. Sonra qarşımıza ova hazırlaşan çita çıxdı. Əvvəlcə antiloplara, sora isə “tompson”lara yaxınlaşdı, lap yanımıza qədər gəldi, ancaq deyəsən tox idi, dramatik ov səhnəsini görə bilmədik. Aslanları isə yüksək yerdə ov yeməklərini yeyib dincələrkən gördük. Gölün ətrafında tək ov edən aslanı da müşahidə edə bildik. Kaftarlar, çaqqallar isə hər yerdə idi. Lake Magadi gölünün lap yanına çatanda birdən-birə hər yer ağ-qırmızı rəngə boyandı. On minlərlə flaminqo. Bu mənzərədən ayrılmaq çox çətin idi. Flaminqoların arasında isə böyük hippoptamlar (begemont) bataqlıqda dincəlirdilər. Daha sonra yaşlı fillərin bol olduğu əraziyə gəldik. Bələdçinin dediyinə görə fillər buraya son günlərini keçirmək üçün gəlirmiş. Bu haqda sənədli film də var. Həqiqətən də fillərdən biri lap yaxınımıza gəldi, çox qocalmışdı, dərisi, xortumu tamamilə qırışmışdı. Sonra iri Afrika kəllərinin (African buffalo) və gərgədanların otladığı ərzilərə gəldik. Bu heyvanların qorxusundan ətrafda aslan, çita görünmürdü. Xallı kaftarlar isə fürsət gözləyirdilər. Hər tərəf tanımadığımız tanımadığımız gözəl səslər çıxaran və rəngarəng quşlarla dolu idi. Katib quşu, boz taclı quş, ət yeyən müxtəlif böyük quşlar isə lap yanımıza qədər gəlirdilər. Günorta saatlarında bizim kimi digər qruplar da Ngoitokitok gölünün yanında piknik etmək üçün toplaşır. Biz yemək yeyərkən göldə begemontlar üzür, ətrafımızda antiloplar, zebralar otlayır, yuxarıda isə vəhşi quşlar yeməklərimizi əlimizdən almaq üçün uçuşurdular. Bir anlıq boşluqdan istifadə edən bir quzğun Parviz-in yeməyini əlindən alıb apardı. Böyük bir marabu quşu isə bizdən qorxmadan yanımıza gəlib yemək istəyirdi. Axşama doğru Milli Parkın çıxış qapısına yaxınlaşdıq. Bələdçi çıxış üçün aşağı düşməli idi və bizə bərk-bərk tapşırdı ki, pəncərələri açmayın, özü isə örtmədən aşağı düşmək istəyirdi ki, bir neçə saniyə ərzində ətrafımız onlarla babun mühasirəyə aldılar. Böyük bir babun içəri girdi, sürücünün çantasını əlindən aldı, yeməli şeyləri götürdü, çantanı da adamın təpəsinə çırparaq uzaqlaşdı. Biz isə əvvəl heç vaxt duymadığımız gözəl hisslərlə Afrikanın İsveçrəsi-Aruşa şəhərinə doğru yola çıxdıq. Məni Instagram-da və YouTube-da izləyə bilərsiniz: https://www.instagram.com/elshan_travelblogger/https://www.youtube.com/watch?v=t6Vm7GDdLzo&t=97s#uçmaqüçündoğulanlar #evisatanzania #safari #klimancaro #visittanzania #borntotravel #tanzania #arushatanzania #zanzibar #serengetinationalpark #ngorongoro #tarangire #lakemanyara #kilimanjaro #Africa #africasafari #rhinos #hippopotamus #Lions #elephant #cheetah #buffalo #antelope #hyena

1384 dəfə oxunub

Yeni səyahətlər yeni təcrübələr gətirir

Hər bir səyahət dünya qədər yeni təcrübə və məlumat deməkdir amma Montenegro səyahəti yəqin mənim bu günə qədər yaşadıqlarımdan ən məhsuldarı idi. Hava yolları və limanları ilə bağlı təcrübə etdiyimiz bir neçə müxtəlif məqamı xüsusi vurğulamaq istədim ???? Ümid edirəm gələcəkdə “axtarış” edən kimlərinsə köməyinə çatacaq.1. Başlayaq hamilə qadınların aviaşitkətlərlə uçuşu məsələlərindən. Rəfiqəmin sayəsində öyrənmiş oldum ki, siz hamiləliyin 26-cı həftəsinə qədər problemsiz səyahət edə bilərsiniz. Uçuşa qeydiyyat zamanı hamiləliyinizi bildirdiyiniz/ aşkar olunduğu halda sizdən hava yollarını məsuliyyətdən azad etdiyiniz barədə yazılı bəyannaməni doldurmağınız tələb olunacaq. Bu halda sizdən həkimdən arayış tələb olunmur. İşdir hamiləliyiniz daha irəliləmiş dövründə 26-32 (32 daxil olmaqla) həftə arasındasınızsa sizdən müalicə aldığınız həkimdən xüsusi arayış almağınız tələb olunacaq və yenə də hava yollarını məsuliyyətdən azad etdiyin haqda bəyannamə imzalayacaqsınız. Bir söz bildirsəniz də, bildirməsəniz də məsuliyyət sizindir. Arayışın üstünlüyü isə həm səyahət öncəsi həkimlə son bir dəfə məsləhətləşmək şansınız olur, həm də hava yolları işçiləri ilə mümkün əlavə müzakirələrdən qaçmış olursunuz. Çünki oların 32+ həftəlik hamilə qadınları daşımağa haqqı yoxdur və hamiləlik aşkar olunduğu halda siz təyyarəyə daxil olmadan bunu sübut etməlisiniz.Bizim təcrübəmizdən deyə bilərəm ki, hamiləliliyin istənilən ayı üçün alınmış arayış sizə extrimal halda kömək ola bilər.Rəfiqəmgilin Podgoriça - İstanbul uçuşu ləğv olundu. Bu zaman onlar hamiləliklə bağlı xüsusi üstünlüklər əldə edə bildilər. Otelə ilk transfer olunmaq, Tiflis biletinin Bakıya dəyişdirilməsi və.s. İlkin hamiləlik dövrlərində visual çətin olacağından bu vəziyyətinizi sənədlə sübut edə bilərsiniz.2. Müəyyən problemlərə görə həyat yoldaşım Wizz Air lə alınmış biletlərin ilk 2 uçuşunu götürə bilmədi və 1 gün sonra tamam başqa hava yollarıyla yeni bir bilətlə Padgoriçaya uçdu. Geri dönüş biletlərində problem yaşamadıq. Yəni bilet nə NO SHOW kimi qeyd olunmuşdu nə də geri dönüş hissəsi ləğv olunmuşdu. Bir üstünlüyümüz var idi ki, her 4 uçuş üçün "online check-in" öncədən edilmişdi.QEYD: bu dediklərim, ancaq WizzAir və öncədən online check-in olunduğu hala keçərli ola bilər.3. Elektron ƏşyalarƏl baqajı ilə security yoxlamasından keçən zaman çoxumuz notebookları qabından çıxarın, elektron əşyaları üstündə heç nə olmayacaq şəkildə ayrıca qutuya qoyun lövhələrini görmüşük. Bütün amma bütün əşyaları çıxarın və səliqə ilə düzün, ayrıseçkilik etməyin necə deyərlər. Bura kindle, foto aparat linzalarından tutmuş blenderə qədər hər şey daxildir. Evdə baqajı yığanda çalışın bu əşyaları rahat çıxaracaq şəkildə və göz önünə qoyasınız ki, sonradan nə baqajı dağıdasınız, nə də heç nə yaddan çıxmasın. Baqajın içində yaddan çıxmış bir əşyaya görə sizi təsəvvür etmədiyiniz qədər gözlədə bilərlər (((4. Əgər Dronla uçursunuzsa Budapeşt hava limanında əl baqajınızda keçirə bilməyəcəksiniz. Security yoxlamasında verilən məlumata əsasən təhlükəsizlik səbəbindən dronların tranzit zonaya buraxılması qadağandır. Buna görə də ancaq əl baqajımız olmağına baxmayaraq biz check-in vaxtını gözləməli və bagajı hava yollarına təhvil verməli olduq. Xoşbəxtlikdən WizzAir-də bu hal normal qarşılandı və buna görə əlavə ödəniş tələb etmədilər.5. Əl baqajında maye daşımaq haqqında hamı hər şeyi artıq yazıb amma son dəfə də mən yazım.Artıq bilirik ki, 100 ml-ə qədər flankonlarımızı ürək rahatlığı ilə götürə bilərik. Say önəmli deyil. Tək göstərici onların hamısını 1 litr həcmində görünən bir paketə yerləşdirməkdir. Əgər evdə əşyaları hazır qoymasanız security yoxlamasında bir -bir onları çantanın müxtəlif yerlərindən tapdırıb özləri tərəfindən təqdim olunan 1 litrlik paketə yığmanızı istəyə bilərlər. Yerləşib yerləşməməyi bir yana, öncədən hazırlıq əlavə stress və zaman itkisini aradan qaldıracaqdır. Çantanın darmadağın olmağından danışmıram belə. Axırıncı, uçuşlar vaxtı bir çox xanımın bundan əziyyət çəkdiyini müşahidə etdiyimdən qeyd etmək istədim. Ölçülər uyğun gəlsə də, hava yolları işçiləri bir-bir bütün mayeləri çantanı eşələyib çıxardırlar. Son uçuşların hamısında bütün, xırdalı irili flakonların hamısını həmin paketə yığıram və yoxlama zamanı çıxarıb qoyuram bir kənara, heç bir gözləməsiz keçirəm.Belə, ümid edirəm faydalı olsun məqsədim maraqsız yazı ilə nəticələnmədi sizin üçün.P.S. Əlavədə dostlarla olan son səyahətimiz Montenegrodan dron videosunu da yerləşdirirəm. Necə deyirlər fikirləriniz önəmlidir. ( https://www.youtube.com/watch?v=ZlUXHHyun1w )Sağlıqla qalın ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aysel Allahverdiler 

968 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!