2669 dəfə oxunub

Flamenkonun vətəni - Sevilya bələdçisi

Tekst uzun olacaq, sorry 
Səfərin vaxtı - noyabr 2019

???????? #visitseville Sevilla İspaniyanın ən ehtiraslı regionun - Andalusiyanın paytaxtıdır. Karmen, Don Juan, Fiqaro, flamenko və korrida məhz bu şəhərdən dünyaya göz açıblar. 500 il ərzində müslim mavr şəhəri olub, buna görə də həm arxitekturasında, həm incəsənətində (xüsusən keramikada) Şərqin və Qərbin üslublarının miks stili ilə tanınır (mudejar style = moorish (mavritan) + european art deco). Əfsanəyə görə, Sevilla Gerkules tərəfindən qurulmuşdur və Kolumb öz Amerikaya səyahəti üçün burada icazə alıb və ona ğörə də onun qızılla bəzədilmiş qəbri burada quraşdırılıb.




 Buraya çatmaq üçün ən asan, rahat və ucuz yolu Vueling low-cost aviaşirkətinin Barcelona-dan reysini istifadə etməkdir (gündə bir neçə dəfə uçur, qiyməti 10€ -dan başlanır), aeroportdan isə hər 15 dəqiqə mərkəzə ????avtobus çıxır və bütün əsas nöqtələrdə saxlayır, bir tərəfli qiyməti 4€, iki tərəfli isə 6€. Mərkəzi Cathedrala-a kimi yol təxminən 30 dəqiqədir.


????Mənim şəxsi Sevilla-da #mustsee siyahım:

1.???? Mavritan sarayı Real Alcazar de Sevilla (ispan kralının yay rezidensiyası), mütləq əvvəlcədən online bilet alın www.realalcazarsevilla.sacatuentrada.es/en saytında, yoxsa növbədə 2-3 saat da gözləyə bilərsiniz. Hər bazar ertəsi giriş cəmi 1 avrodur (başqa günlərdə 12€), amma bu ancaq online bileti ilə keçərlidir, ən azı 2 həftə qabaq alın, çünki kassada birinci günlərə biletlər satılmır. Saray özü çox fotoqenik və möhtəşəm bir yerdir, buranın şərq hamamları, tovuz quşlu bağları, terrasaları, tavanları, palmaları hələ ki yadımdadır... Game of Thrones həvəskarları üçün - burada Dorn-a aid epizodları çəkirdilər. Şəxsən, Granadaki Alhambradan qat qat çox xoşuma gəlib, çünki rəngarəng, canlı, gül-çiçəkli bir yerdir. Biz audioqid göturmüşük amma qulaq asmadıq, tez keçmək istəsək də, yenə də 2,5 saat gəzmişik.




2.Seville Cathedral (15-ci əsr) və La Giralda (12-ci əsr) (bell tower, Məscidin Minarəsi kimi tikilmişdir, Cathedraldan da məşhurdur) – yenə də birinci günlər pulsuzdur, biletləri online almaq məsləhətlidir, Cathedral çox genişdir, bonus kimi bağında portağal ağacları ilə şəkil çəkdirə bilərsiniz. Orqana, Kolumbun qəbrinə, Goya və Velaskesin rəsm əsərlərinə baxmaq yadınızdan çıxmasın. Həm də oranın xaçı həmin Kolumb Amerikadan gətirdiyi qızılından düzəldiblər.
Bundan sonra dərhal Giralda qalasına qalxın! 35 mərtəbəlidir amma yaxşısı odur ki, heç bir pilləkanı yoxdur, çünki oraya həmişə atnan qalxırdılar, piyada yox. Pəncərələrdən və zirvədən mənzərələr superdir, qalxmağa dəyər.
Bu qala şəhərin ən məşhur binasıdır, bütün şəkillərinizdə background-da o görsənməlidir, aşağıya düşəndə fayton götürə bilərsiniz özünüzü kral kimi hiss eləmək üçün.


3.????Ispaniya meydanı Plaza de Espana – ənənəvi ispan üslubunda 1914 və 1928-ci illərin arasında Dünya yarmarka üçün tikilmiş gözəl və super böyük bir meydandır. Burada alfavit qaydasında bütün İspaniyanın regionların və böyük şəhərlərin adları var və hər bir yerə aid keramikadan düzəldilmiş simvolika və ya tanınmış hadisə göstərilir. Meydanda kanal və şirin körpülər var. Star Wars-un Amidalanın planeti burada çəkilmişdir, səhər gedin ki, maksimum boş olsun, şəkillər gəşəng alınsın. Giriş pulsuzdur. Çox fotoqenik İnstagrammable yerdir. Arxasında gözəl Mariya Luiza parkı var, hava yaxşı olanda, orada dincəlmək olar.


4.????Triana məhəlləsi, burada street flamenko əmələ gəlib və bugünə kimi flamenkonun səsi hər axşam oranın küçələrində səslənir. Oraya çatsaz, mütləq Keramika muzeyinə də dəyin (ya da heç olmasa onun yanındaki mağazasına). Üstəgəl Trianada şəxsən mənim çox xoşuma gələn İnkvizisiya Muzeyi - Castillo de San Jorge var, 300 il ərzində ən qorxulu yer olub şəhərdə, indi isə müxtəlif interaktiv installyasiyaları sınayıb özünüzü inkvizisiyanın qurbanı rolunda hiss eləyə bilərsiniz. Giriş pulsuzdur.




5. Əlavə foto spotlar - Pilatın Evi Casa de Pilatos – 15-ci əsr, çox gözəl mavritan arxitektura və interyer, amma biz oraya getmədik, skip elədik. +????Torro del Oro (Qızıl Qala) düz Guadalquivir çayın sahilində. Və bunlardan əlavə bu çayın sahillərinin və körpülərinin mənzərələri.


6. ????Modern arxitektura fanatlarına isə Metropol Parasol, ya da sadəcə Sevilla Göbələklərinə  baxmaq lazımdır. Orada həm də Seville Past View 3D attraksion var, şəhərin keçmişinə qayıtmaq üçün ən ləzzətli interaktiv bir filmdir.


7. ????Qışda getmirsizsə çalışın korridaya bilet alın (təxminən 1 bilet 100 avrodur amma) Plaza de Toros Arenasında, doğurdan da bir dəfə baxmağa dəyər, həmin arenadan üzbəüzdə Karmenın heykəli quraşdırılıb və...




8. ???? ...Elə düz çayın sahilində təzəlikcə restavrasiyadan çıxmış glamur və zövqlü Mercado Lonja del Barranco adlı qastronomiya bazarı (gastromarket) Sizi gözləyir. Orada Sizin qabağınızda bişirilən müxtəlif ölkələrin və ənənəvi İspan yeməklərini alıb, elə orada da rahat oturub yeyə bilərsiniz. Bazar kimi heç görsənmir, elə bil ki, məşhur restorana gəlmişsiz. Mən vuruldum.


9. ????Flamenko!!! İndi ona çatmışamsa o demək deyil ki, vacib deyil. Bəlkə də 1-ci yerdə olmalıdır. Sevillada mütləq Karmen mövzülu flamenkoya getmək lazım, onlar elə ehtirasla rəqs edirlər ki, elə bil doğurdan da sevişirlər. Triananın tarixi bazrında miniteatrını çox tərifləyirlər, www.groupon.es endirimli biletləri tapmaq üçün Sizə kömək edəcək.


10. ????Yemək Sevillada tapas - tək qəlyanaltı və kanape yox, həm də menyunun hər yeməyinin mini porsiya sayılır. Bir insan maksimum 3 ədədi yeyə bilər (biri 3-4 avro olur), mənim kimi hər yeməyin dadına baxmaq istəyən görməmişlər üçün nəzərdə tutulub. Cathedralın yanında Tripadvisor-a inanıb El Librero Tapas restoranına getdik və xoşbəxt çıxdıq (business lunch - Menu del Dia 13 avro, uşaqlar üçün ayrı menyu, dizayn, personal, abu-havası - hər şey super idi)! Məsləhətlidir.




????Harada qalmaq – Booking və Agoda-ya tez-tez baxın, elə mini-hotel axtarın ki, Giraldadan maksimum 300 m. uzaq olsun, rooftop terrace olsun və foyenin dizaynı mavritaniya stilində olsun. Onlar çoxdur deyə, rahat 60-70 avroya belə bir yer tapa bilərsiniz. Mən nə qədər büdcəli səyahətçi olsam da, Sevillada tövsiyyə edirəm ki, location-da qənaət etməyəsiz. Büdcəniz bir az artıqdırsa, ən trendli otel indi Melia Sevilla sayılır (hovuzdan mənzərələr inanılmazdır).


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lala Gasimova

DİGƏR BLOQLAR

Avstriya bələdçisi - Vyana

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Avropanın musiqi, kofe , şnitzel , memarlığı və sarayları ilə məşhur paytaxtı Vyana..Vyananı Vyana edən Mozart, Johann Strauss , Freud , Egon Schiele , Gustav Klimt kimi önəmli insanlar adamın şəhərə heyranlığını daha da artırır.Hava limanından şəhər mərkəzinə avtobuslar var - tək gediş 8€ , gediş dönüş 13€ .Şəhər içi isə 24, 48, 72 saatlıq biletlər ala bilərsiz. Ya da velosiped və Skuter app’ları yükləməklə istədiyiniz yerə gedə bilərsininiz. Mən ilk gün 24 saatlıq bilet aldım ( 8€ ) , ikinci gün skuterlərdən istifadə etdim ( ilk 1 € çıxır, sonraki hər dəqiqə üçün 15cent ) .Şəhər çox zəngin tarix amma bir o qədər də bahalı olduğu üçün muzeyləri gəzmədim, sadəcə Vyana milli kitabxanasına girdim (8€ , əgər tələbəsizsə 6€). Əvəzində bol bol gəzib parklarında çəmənlərə yayıldım ???? . Keçirdiyim 3 gün , 2 gecə yetərsiz idi Vyana üçün.Vyana deyəndə ağıla ilk gələn şeylərdən biri də Operadır. Opera, Balet və Konsertlərə getməmək günahdı əslində. Ən azından Vyana Dövlət Operasını (Wiener Staatsoper) gəzin. Muzeylər , Saraylar haqqında danışmaq istəmirəm, çünki internetdə yetəri qədər açıq aydın məlumatlar var.Mənə maraqlı olan məkanlardan biri “Sperl Kafe” idi. Səbəbi Before Sunrise filmindəki məşhur ‘ring ring’ səhnəsinin burda çəkilməsi idi. 19cu əsrin sonunda açılan kafe ilk vaxtda olduğu kimi bugünlərə gəlib çıxıb. 1907ci ildə İncəsənət Akademiyasına müraciət edən Adolf Hitler də bu kafeyə tez-tez gəlirmiş, çünki akademiya kafeyə yaxın idi. Burda Avstriyanın ən məşhur yeməyi Şnitzel yedik. Şnitzelin orjinalı donuz ətindən olur, amma dana və toyuq ətindən də hazırlanır. Vyanada çoxlu kafelər var və ən maraqlısı da budur ki, kafe və restoranlarda uzun növbə olur.Şnitzeli isə 100 ildən çoxdur ən yaxşı hazırlayan restoran Figlmueller’dir. Biz bura getmədik , rezervasiya etmək ya da saatlarla növbə gözləmək lazım idi, vaxtımız isə limitli idi.Digər kafelərdən birində də Melange (Austrian style coffee) və apple strudel təcrübəsi yaşadıq, normal kofe və alma pirogu idi ????.Vyanada yemək ən ucuz street food’lardır, bunları da yoxlamağınızı məsləhət görərdim, ən azından həm də dadlıdılar.Şokalad və məşhur wanner vaflilərini isə bəyənmədim. Avstriya çaxırları isə yaxşı idi.Xərcləri yazmıram çünki bu individualdır. Amma maraqlıdırsa suallarınızı verə bilərsiz.İnstagramdan da izlə bilərsiz ???? : @nazrinlandƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nazrin Rahimova

1792 dəfə oxunub

Dünyanın yeni 7 möcüzəsindən biri Petra

Dünyanın yeni 7 möcüzəsindən biri Petraya gedirikÜmumi bu səyahətə 6 gün 5 gecə ayırmışdım. 7-si Bakı-Abu Dhabi uçuşum oldu və Abu Dhabi Amman uçuşu eyni saatlarda olduğu üçün 1 gün Abu Dhabidə keçirib, biraz günəşlənib 8-zi səhər saatlarında Ammana uçdum (Wizzair hava yolları ilə). Vəə budur mən xəyalın qurduğum Petraya çoox yaxınlaşdım 8-9-10-11 iyun tarixlərin İordaniyada keçirdim və minimum 3 gecə qalacağım üçün #jordanpass almışdım( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet). Geri dönüşüm isə Amman-İstanbul və 1 gün İstanbulda olduqdan sonra İstanbul-Bakı şəklində olduDüşünürəmki İordaniyanı gəzmək üçün 5 gün az imiş. Hərkəs İordaniya dedikdə ancaq Petranı düşünür , məndə belə düşünürdüm amma Ammanı, Aqabanı gəzib ölkənin abu-havasını hiss etdikdən sonra anlayırsanki bu ölkədə kəşf etməli çoox yer varDeməli:Toplam biletlər - 550 azn ( daha tez alsaydım daha ucuz düşəcəkdir) Toplam- 200 azn ( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet) Jordanpass- 170azn ( viza xərci və muzeylərə pulsuz giriş verir minimum 3gecə qalmalısan amma) Hava limanından xüsusi avtobus var şəhərdə 2dayanacaqda dayanır ancaq( 7th circle və Abdali) təxminən 5-10 azn arası.və Petraya və ya başqa istiqamətə getmək üçün Jett ( şəhərlərarası rəsmi avtobuslarıdı) - təxminən 50-55azn iki istiqamət. Careem app üzərindən sifariş edirdim taksini. Uberdə işləyir və güvənlidir bu ikisi. Bu xərc gedəcəyiniz yerə , hotel yerləşməsinə görə dəyişə bilir. Nəzərə alınki Amman təpələr üzərində yerləşən şəhərdi və bəzən o yüksəkliyə piyada qalxmaq çətin olur. Bu taksilər yalnız Ammanda işləyir. Aqabada yaşıl rəngli yerli taksilər var idi. Bu da adama görə dəyişən xərcdir. Nəzərə alınki 1jod - 2.24azn-dir Ölkə olaraq bahalı ölkədir bunuda nəzərə alınMən internet üçün esim Airalo almışdım( Beynəlxalq)Mənim digər ölkələrdə də vaxt keçirdiyimi nəzərə alsaq ümumi 1200-1500 azn xərc hesablamaq olar.Dəyərmiydi? DəyərdiAmmanın mehriban insanları, axşam qaynayan şəhərə qarışıb onlarla xoş ünsiyyəti yaşamaq və tarixi yerlərin görməyə, Vadi musada milli mətbəxi dadmaq, gecə işıqları seyr etməyə, Petranı sözlərlə ifadə edə bilmərəm sadəcə illərdir arzum idi o anı yaşamaq və yaşadım Vəə Aqaba dənizi, Yunanıstanı xatırladan Aylasını görməyə bəli dəyərdiTəkrar gedərəmmi? gedərəmSəyahətlə bağlı detallı paylaşımlar gələcək yenədə

213 dəfə oxunub

Berlin bələdçisi - fərqli bir baxışla

Berlindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Şəhərlər də insanlar kimidir. Təqdimata ehtiyac var. Necə təqdim etdinsə elə də tanınıb, sevilir...Hansısa şəhərə getməmişdən öncə burada girib postları çox eşələmişəm. Şərhləri diqqətlə oxuyub analiz etmişəm.Əslində burada post paylaşan hər kəs öz məsuliyyətini bu tərəfdən anlamalıdır. Çünki sən yazdığınla azdan-çoxdan ictimai fikir formalaşdırırsan.Ümumiyyətlə, burada yazılan şərhləri oxuyanda insanların getdiyi şəhərlərə çox vaxt niyə getdiyini anlaya bilmirəm. Buna görə kimisə qınamaq da olmaz. Çünki adamlar var Münhenə sadəcə pivə içməyə gedə bilər. Burada qəbahət yoxdur. Amma sonra şəhər barədə fikirlərini məncə elə özündə saxlasa yaxşıdı. Şəhəri gəzməmisənsə deməli sən onu kəşf etməmisən ..Berlinə getməmişdən öncə burada postları oxuyurdum. Şərhlərdə şəhər barədə məndə çox pis təəssuratlar yaratmışdılar.Nə var axı Berlində? kimi fikirlər də yazan var idi.Keçək əsas məsələyə. Berlin şəhərində 3 gün oldum və onun 1 gününü Berlinə 35 km məsafədə olan Potsdam şəhərinə həsr etdim.Nə var Berlində? Berlinə niyə gedək?Berlinə təkcə Almaniyanın paytaxtı deməklə kifayətlənmək olmaz. Berlin II Dünya müharibəsinə şahidlik etmiş və müharibədən "sağ çıxmış" bir şəhərdir, hansi ki, hal-hazırda Avropada ən mühüm nəqliyyat qovşaqlarından biri sayılır. Şəhərin arxitektur tikililərinin bir çoxu barokko üslubunda olduğu üçün bu sahəyə marağı olan insanları məcbur edir ki, hər binanın qabağında ayaq saxlayıb o möhtəşəmliyi bir müddətlik də olsa gözdən keçirsin.Bu vaxta qədər olduğum şəhərlərin içində nəqliyyat infrastrukturuna görə ən bəyəndiyim şəhər məhz Berlin oldu. Gedəcəyin yerə 3-4 fərqli nəqliyyat, hətta elektrosomakatla getmək olurdu. Bundan gözəl nə ola bilər axı? Konkret vaxt itkisi yaşamırsan.Elə təkcə Tiargarteni gəzməyə adamın 4-5 saatı rahat gedir. Yaşıllıqdan, ətrafdakı quşların səsindən insanın endorfini kəllə-çarxa qalxır.Berlinə həm də muzeylər şəhəri demək olar. Bir-birindən fərqli və maraqlı muzeylər elə "Muzeylər adası" adlanan zonada yerləşir.PerqamonBode muzeyiQədim muzeyQədim milli qalereyaYeni milli qalereyaBerlin rəsm qalereyasıDalem muzey mərkəziYəhudi muzeyiAlman tarix muzeyiRus-Alman muzeyiAlman texniki muzeyiTəbiətşünaslıq muzeyiKino muzeyiQənd muzeyiEtnoqrafiya muzeyiÇekpoyn-Çarli kimi bir-birindən maraqlı muzeylər məhz Berlində yerləşir.Berlinin tarixi tərəfindən danışsam gərək ömrümü bu postu yazmağa həsr edim. Ona görə ən gözəl və tarixi yerlərinin sadəcə adını yazmaqla şəkillərdə oraları sizə göstərəcəm.İmperator Vilhelmin memorial kilsəsiPotsdam meydanıReyxstaqBrandeburq qapılarıUnter den LindenAleksandr meydanıBerlin divarıKansler idarəsiQırmısı sovetlər eviHolokost qurbanalarının xatirə abidəsiQələbə sütunuŞarllotenbuqr qəsriBerlin Dövlət konsert zalıQərbi Kaufhaus univermağıOlimpiya stadionuŞapandau qəsriBu postu uzada bilərəm ama bilirəm ki, uzun postları heç kim oxumur. Ona görə sözümün canının nə olduğunu demək istəyirəm. Gedəcəyin şəhəri araşdır, ora niyə gedəcəyini, o şəhərin nə kimi önəmlilik daşıdığını öyrən. Şəhər barədə fikirləri intellektual gənclərdən al, hansısa şəhərdə 15-20 dəq. olub özünə maqnit alıb, qayıdan adamdan yox. Şəkil çəkdirdiyin yerin tarixini bilməsən mahiyyət baxımından Heydər Əliyev Sarayı və ya Bode muzeyinin qabağında şəkil çəkdirsən fərq etməz. Hər ikisi gözəl və qeyri-adi tikilidi.P.S. Heç görün mən Berlin divarı və ya Parlament binasından danışdım? Heç onları şəkillərdə də görməyəcəksiz????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Zade

2232 dəfə oxunub

Çin- QR kodla idarə olunan ölkə: Çin Bələdçisi

Çin- QR kodla idarə olunan ölkə…Gəlin sizə 14-cü ölkəm olan Çin səfərimdən danışım. Səfər işlə bağlı idi, yaxşı tərəfi vizanı çox sürətli aldım, pis tərəfi cəmiyyətə çox da qarışa bilmədim (bəlkə elə bu da yaxşı tərəf imiş kim bilir ). Beijing (Bei-şimal, jing-paytaxt) hava limanına düşən kimi anladığım ilk reallıq – Çin dilini bilmirsənsə Çinə getmə, ya da bələdçi tap. Ölkədə ingiliscə danışa bilən adam görəndə qucaqlayıb bağrına basmaq istəyirsən. Yanımda daim ingilis dilini bilən çinli olduğu üçün şanslı idim. İlk günümüz Pekin şəhərində keçdi, açığı Pekini gəzən zaman özümü elə də xaricdə hiss etmirdim. Şəhərin əksər hissəsi bizim mikrorayonlar stilindədir. Ölkənin kommunizmdə olması və keçmiş SSRİ ilə yaxınlığı Pekin şəhərini gəzəndə hiss olunur. 1 gün ərzində getdiyim yerlərdən başa düşdüm ki, ən maraqlısı elə Çin səddi imiş.Burda suvenir almaq istəyəndə səfərimin 2-ci reallığını anladım. Çinin əksər yerlərində cibindəki dollar adi kağız parçası, bank kartın isə cüzdanında artıq yer tutan mənasız əşyadır. Səfərin 2-ci günü tozlu Pekində oturub qatara getdik Nanjing (Nan-cənub, jing-paytaxt) şəhərinə. Qatarları bizim qatarlardan cüzi sürətli olsa da (345 km/saat) qiymətdə bizimkilərə çatmaz. Cəmi 1,000 km məsafə getməyimizə baxmayaraq başqa bir ölkəyə gəlmişdik sanki. Ultra müasir, yaşıllıqlar içində olan şəhərdən dünyanın 3-cü ən böyük çayı Yantsızı keçir. Şəhər çox təmizdir, mərkəz hissələrdə maraqlı dükanlar, çox sayda ticarət mərkəzləri var. Burda gördüyüm yolları olduğum heç bir Avropa ölkəsində görməmişəm. Yoldan söz düşmüşkən maşın sürməkdə bizə oxşayıblar, bir birinin yoluna çıxmaqda bizdən daha peşəkarldırlar. Şəhərdə maraqlı yerlərdən biri Niu Beer PUB-muzey idi. Çox yerə getmək şansım olmadığı üçün digər maraqlı yerlər haqqında məlumatım yoxdur. İndi gələk səfər öncəsi məni ən çox həyəcanlandıran yemək məsələsinə. İnternetdə dolaşan it, siçan videoları səfər öncəsi adrenalin versə də çatandan sonra mıyus oldumİnternetdəki o mənzərələrə heç yerdə rast gəlmədim. İlk dəfə Çin səddində kiçik restoranda toyuq yeməyində toyuğun pipiyini və ayağını görəndən sonra başa düşdüm ki, türk restoranı tapmaq lazımdır. Axşam yeməyini Türk restoranına salsaq da, sonradan restoranın elə əsl Azərbaycan restoranı olduğunu, hətta işlədənin mənimlə eyni qəsəbədə qaldığını bildim. Pekinə səfəriniz olsa nömrəsini verə bilərəm. Sonrakı günlərdə Çin mətbəxindən əsasən dəniz məhsullarını yedik, çox dadlı yeməkləri var. Bütün dünyanın əksinə olaraq Çində süfrəyə şorba (sup) gəldisə bilin ki, süfrəyə daha yemək gəlməyəcək. Yəgin oxuduqca düşünürsüz ki, bütün bunların QR koda nə dəxli var . Çində facebook, instagram və WhatsApp olmasa da daxildə özləri üçün çox mükəmməl işləyən sistem qurublar- WeChat. Dükanda ödəniş etmək istəyirsən? – QR kodla et, dilənçiyə pul vermək istəyirsən? – QR kodunu skan et, restoranda yemək sifariş etmək istəyirsən? – ofisiant çağırma, stoldakı QR kodu skan et və sifarişə başla və s. İnsanlarda demək olar ki nəğd pul kütləsi yoxdur. İnsanlar bütün alış verişlərini QR kodla edirlər. Sistem mükəmməl işləyir, amma nəsə içimdə o hiss yarandı ki, bunun səbəbi rahatlıqdan çox, insanlara nəzarətdir. Yazı uzun olsa da bilirəm ki, məlumatlandırıcı çox şey yoxdur içində sadəcə təəssüratlarımı bölüşmək istədim. Bütün çətinliklərə baxmayaraq Çin mütləq səfər edilməli ölkər sırasındadır. Arzusunda olanlara tezliklə Çin səfəri nəsib olsun.— Nankin, Jiangsu, Çin Halk Cumhuriyeti'de.Paylaşan: Ruslan Huseynov

190 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!