1267 dəfə oxunub

Veqasda olan Veqasda qalır!

Salam gəzəyənlər.

Bu dəfə sizə az adı çəkilən bir neçə məkan haqqında paylaşım və təsüratlarımı bölüşəcəm.

Kalifornia ştatının mərkəzi və cənubi şərq tərəfində yerləşən məkanlar və sərhəddində olan Nevada ştatının günahlar şəhəri Las Vegas və həndəvərindəki yerlər barədə yazacam.

Vegas barədə daha əvvəldə paylaşım olub bu səhifədə, bu səbəbdən çox yazmağa gərək duymuram.

Deməli səfər bir ay öncədən hazırlaşmışdım, hava durumu, gedəcəyim məkanlar xəritədə qeyd edib çıxdım yola.

Öncə Calico Ghost city -ni ziyarət elədim. Ruhlar şəhəri adı olan balaca şəhər əvvəllər gümüş və digər dəyərli materiallar axtarışında olanların yeri olub. Burda indi kiçik restaranlar, süvenirlər satılan məkandır. Əsas hindular yaşayır, həftə sonları show göstərirlər, hətta bəzi cow boy geyimli insanları görmək olar, revolver-dən (həqiqi güllə olmayan) atışlar və hərəkətlər göstərirlər. Bir çox Cow boy (western) filmlər çəkilib (iki film Clint Eastwood-un baş rol aldığı filmlər burda çəkilib).

78167727_10156609944343053_1395795823521955840_n

Sonra turistlərin çox sevdiyi, dünya da ən yüksək temperatur qeyd edilən məkanı yol üstü ziyarət edə bilərsiniz. Burda temperatur 134 fahrenayt (56.6 selsi) qeydə alınıb. Bəli, bəli, səhv görmədiz! Afrikadadkı sahara deyil, məhs burda. Balaca heykəl və lövhə əks edilib, tavada yumurta bişib istidən ????

Burdan avtomobil ilə bir saat (təxmini) getdikdə artıq Nevada ştatına daxil olursuz.
Bu isə o deməkdir ki, hər yerdə Casino görə bilərsiz. Hətta Las Vegas aeroportunun içində, hər iki addımdan bir avtomatlar görə bilərsiz. Vegasda Casino kimi marixuana da bir çox ştatlardan fərqli olaraq leqaldır. Addım başı reklamkarını görə bilərsiz. Birdə şəhər yatmır, 24 saat işləyən Casino-lar, işıqlar və küçə artistləri şəhərin nəbzini hər zaman yüksək tutur ????

75603872_10156609944723053_7542504966015942656_n

Əsas məsələ, şəhərin təxminən 1 km radiusu bu cürdür, qalan yerləri demək olar maraqsızdır. Əgər Strotosfer binasını və 30-40 dəqiqə məsafəsə yerləşən və Vegası işıqla təmir edən Arizona sərhədində olan Hoover Dam (su ambarı - elektrik stanaiyası). Bir çox məşhur filmlər çəkilib, məsələn Tranaformer.

Las Vegasdan təxminən 2 saat şimal və qərba getsəz Kalifornia ştatındakı Ölü Vadisi (Death Valley) gəlmiş olursuz.

Bu məkanda hədsiz sayda görülməli yerlər var! Diqqət. Bir çox qoruqlardakı kimi (National park - bizdə analoqu qoruq doğru olar) nə mobil operatorların siqanlı, hətta GPS belə doğru çalışmır və bəzən 100 mile məsafədə heç bir service olmur. (Yanacaq doldurma məntəqəsi, restoran, kafe, bir sözlə heç bir şey). Özünüzlə fanar, qalın geyim, konserv qidalar, xəritə, zajiqalka götürmənizdə fayda var. Bilmək olmaz hansı surpriz sizi gözləyir ????

74396066_10156609946103053_5019124547614408704_n

Statistikaya görə hər il bir neçə turist burda ölür. Səbəblər fərqlidir. Susuzluq və s ən çoxda şəkil çəkdirəndə. Məşhur Uşaqlığın son gecəsi filmində Davudun dediyi kimi yıxılıb ölürlər.
Bunun əsas səbəbi ya tilipaşlıq ya da yekabaşlıqdır ????

Məkan fərqli landşafa malikdir, gün doğuşu və batımını izləmək başqa aləmdir!
Ən gözəl isə gecə səmanı izləməkdir! Ümumiyyətlə bura gecə vaxtı qaranlıq olduğundan (ətrafda heç bir iaşə obyekti olmadığından) aydın şəkildə səmanı və göy cismlərini izləmək üçün ideal məkan sayılır. Hətta açıq gözlə siz mövsümdən aslı olaraq Süd Yolu qalaktikasından başqa Andromeda qalaktikasını, Mars, Saturn, Yupiteri və səhərə yaxın bəzi aylarda Merkuni seyr edə bilərsiz.

78201820_10156609945948053_2557772742686408704_n

Qoruqda bəzi vəhşi pişikləri də görmək mümkündür, düzdür onlar dağlarda olur, amma hike etmək istəyənlər bunu bilməlidirlər. Əsas tövsiyyə qida, su ehiyyatında olmaq, qalın paltar, adyal, fanar çantada əksik olmamalıdır ????
Və əsas məsələ avtomonilin saz olmasını səfərə çıxmadan öncə double check etmək! Çünki bəzən məkandan və saatdan aslı olaraq qarşınıza ins-çins çıxmaya bilər, özü də əgər bu qızmar yay ayıdırsa işiniz müşkülə çevrilə bilər ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ulfat Tanriverdi

DİGƏR BLOQLAR

Gürcüstan - Batumi bələdçisi

Axşamınız xeyir, əziz Gəzəyənlər.Bu gün sizlərə Yay istirahətinin sərfəli ünvanı Batuminin gəzməli görməli yerlərindən bəhs edəcəm! Odur ki, başladıq!Bütün səyahətlərəminizi nədən başlayırıq nəqliyyatdan: Batumiyə getməyin 4 yolu var!1. Bakı - Batumi avtobusu 40 AZN2. Bakı - Tbilisi avtobusu 15 AZN sonra isə Shutler (sürətli qatar) Tbilisi-Batumi 20-25 AZN və ya Metro şirkətinin avtobusu 25 AZN3. Bakı - Tbilisi qatarı ilə PL- 23,14 AZN, KP 33,95 AZN və SV 57,69 AZN sonra isə Tbilisidən Batumiyə yuxarıda qeyd etdiyim yollardan biri ilə gedə bilərsiniz.4. 1 saat 15 dəq rahat uçuşla biletlər bu yaxın aylarda 93 AZN-dən başlayaraq.Beləliklə keçək gecələmək üçün məkana! Batumidə seçim çoxdur! Şəxsi təcrübəm ilə The World in Batumi hosteli çox məsləhət görürəm. Ümumilikdə isə booking.com saytından otellərə baxın daha yaxşısı isə airbnb.com saytından ev kirayələyin! Ən önəmli bilməli olduğunuz odur ki, qalacağınız yer mütləq dənizə ayaqla gedilən biləcək məsafədə olsun.Restoranlar və qidalanma seçimi böyükdür ortabab restoranda adam başına 5-12 AZN xərciniz olacaq.Və indi isə əsas məsələ, Gəzməli görməli yerlər!1. 15 km uzunluğu olan Batumi bulvarıVə orada olan imkanlar:- Şeytan çarxı 5 lari- Əlifba gülləsi 10 lari (burada baxış məntəqəsi var)- Velosiped kirayəsi 1 saatı 5 lari- Çaça fəvvarəsi -pulsuz- Əli və Ninonun heykəli- Oxuyan fəvvarələr2. Arqo kanat xətti - 15 lari3. Sameba kilsəsi - pulsuz4. Qonio qalası - 10 lari (Batumidə 20 dəq məsafədə yerləşir)5. Batumi Piazza meydanı - pulsuz6. Avropa meydanı ve Medeanin heykəli - pulsuz7. Neptun fəvvarəsi - pulsuz8. Batumi dəniz vağzalı - 1 saatı 50 lari qiymətinə kater kirayələyə bilərsiniz9. Delfinarium - 16:00 üçün 15 lari 19:00 və 20:00 üçün 20 lari10. Zoopark deyə bilməyəcəm kiçik bir guşə heyvanların olduğu - 2 lari11. Akvapark - 40 lari12. Nəhayət bağı - 15 lari (10-16 yaş uşaqlar 1 lari)13. Musiqiçilər parkı - pulsuzHəmçinin Batumidə 1 saatlıq məsafədə Ureki yerləşir. Orada Batumi və Kabuletidən fərqli olaraq dənizkənarı faydalı maqnitli qumdur!Həmçinin Kabuletidə Tsitsinatela adlı luna park yerləşir! Urekiye kimi məsafə 1saat Kabuleti isə 40 dəqQeyd: Batumidə dəniz daşlı olduğu üçün üzmək çox çətindir sizə reyzin şəp-şəplər təklif edəcəklər 7-10 lariBatumidə bu qədər! Ümid edirəm bəyəndiniz!Xoş səyahətlər arzusu ilə ????Sərfəli səyahət ilə bağlı daha çox paylaşımı instagramda @jala.alakbarova profilində izləyə bilərsiniz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Alakbarova 

4905 dəfə oxunub

Amsterdam Bələdçiniz

Əziz Gəzəyənlər, Amsterdam- deyəndə yəqin ki, bir çoxunuzun ağlına ilk olaraq gülərüz personalı olan coffeeshop’lar, “Red light district” filan gəlir. Düzdü şəhər əsasən o tərəflərinə görə tanınır dünyada, amma bu gün sizə Amsterdamın digər yanları haqda bir qədər yazmaq istərdim İlk öncə onu qeyd edim ki, Amsterdam muzeylər şəhəridi, Anna Frank, Van Gogh’dan tutmuş Madame Tussaud muzeyinə kimi şəhərdə 70-dən çox muzey var. Əgər muzey sevən şəxssizsə ayrıca bir günü onlara ayırmanızı və günlük kart almanızı məsləhət görərdim, günlük limitsiz muzey kartının qiyməti 50-60€ arasında dəyişir. Əgər ictimai nəqliyyatdan da çox istifadə edəcəksizsə “I amsterdam” günlük kartını ala bilərsiniz: nəqliyyat + bütün muzeylər - günlük 65€. Daha sonra Amsterdam velosipedləriylə də dünyaca məşhurdu, adambaşına 2-dən çox velosiped düşür və bu göstərici üzrə Avropada tək Brüsseldən geri qalır. Velosiped yolları hətta maşın yollarından belə daha enli olan şəhərdə 2 təkərli kirayə götürmək istəsəz günlük ortalama 15€-nuzdan keçməli olacaqsız. Amsterdamdasızsa buranın pendirini və qızardılmış kartofunu dadmadan qayıtmayın deyərdim. Biz pendiri “Old Amsterdam” dükanında daddıq, kartof free’ni isə “Vleminckx” adlı lokal bir yerdən aldıq, qiyməti və dadı turistik yerlərdən çox daha yaxşı idi Bildiyiniz kimi Hollandiya həm də “Tülpanlar ölkəsi” olaraq tanınır. Burda şəhər boyunca çox sayda gül dükanları var. Təbii güllər baha olur, ondansa soğanaqlarını alıb, qayıdanda həyətinizdə əkə bilərsiniz. 1 bağlamasının qiyməti 3-5 € arasında dəyişir. Bir də ən sonda şəhərin kanallarında və Amstel çayında qayıq gəzintisi etmədən şəhəri qəti tərk etməyin. Tur 1 saat çəkir, şəhəri başdan-ayağa dolaşırsız, bələdçi də daxil turun qiyməti 19€ avro gəldi. Çoxsaylı şirkətlər var, biz ən münasib Flagship’i tapdıq.Şəhərdə haqda ilk vloqum artıq Youtube’dadır, link rəydə. Van Gogh muzeyinə səfərim də daxil 2-ci hissə isə bu həftəsonu Yol Adamı kanalında paylaşılacaq, kanala indidəb abunə olmağı unutmayın Həmişə gəzməkdə #yoladami#Amsterdam #Netherlands— Amsterdam, Kuzey Hollanda, Hollanda'da.

247 dəfə oxunub

Malyorka adası - İspaniya

Malyorka adasındakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam Gəzəyənlər, ənənəyə qoşularaq İspaniyanin "gem" sayılacaq Mallorca adasına səyahət haqqında fikirlərimi bölüşmək istədim. Adaya kifayət qədər müxtəlif ölkələrdən uçuşlar var, bu il üçün maksimum sentyabrın ortalarına qədər getməyi məsləhət görürəm, sonra havalar soyuyur adada.- ✈️ Tətilimiz 1 həftə oldu, əminliklə deyə bilərəm ki, 3 həftə lazımdır ki, adanın kifayət qədər dadını çıxarasınız. 1 həftəyə total 1000 euro xərcləndi hər şey daxil.-???? Ən vacib məsələ, maşın kiralamaqdır. Ada böyükdür, public transport yalnız adanın mərkəzi şəhəri sayılan Palma'da var. Maşınla bir ucundan digər ucuna ən az 2-3 saatlıq yoldur. Rent a car şirkətləri çoxdur. Ancaq tax adı ilə çoxusu baha başa gəlir. Biz "RecordGo" şirkətindən heç bir problemsiz, full siğorta ilə götürdük. 7 gecesi - 370 euro (2019 Mercedes A class). Hər növ seçim var, əgər bizim kimi son ana saxlamasanız -???? Ada böyük olduğu üçün, tətili 2 hissəyə böldük, 1ci hissəsində məşhur "beach"-lər olan tərəfdə hotel tutduq. İkinci hissəsində isə Palma şəhərində. Hər ikisinin də keyfini ayrıca çıxartmağı məsləhət görərdim, çünki məşhur çimərliklər adanın şərq tərəfindədir əsasən, Palma şəhəri isə qərbində yerləşir nisbətən.-????️ Mütləq gedilməsi gərəkən beach'lər : Cala D'or, Cala Agulla, Cala Llamp, Santanyi, Cala Figuera, Portals Vells... Ada olduğu üçün dörd bir yanı çimərlikdir buranın. Saydıqlarım ən çox tərcih edilənlərdir, yenə də bilməkdə fayda var ki ən az 30 çimərlik var görünənə görə. Bu çimərliklərin çoxuna da yalnız maşınla gedib çıxa bilərsiniz. Ona görə, mütləq maşın kiralamağı gözə alın.- Turistlərin çoxu almanlar və ingilislərdir.- ????Qiymətlər isə gözlədiyimiz qədər baha deyildi. Yeməklər demək olar ki 10-12 euro civarında idi. Otelləri 1-2 ay əvvəlcədən bron etsəniz daha ucuza başa gələr. Biz getməzdən 2 həftə əvvəl qərar verdiyimiz üçün 1000 euro xərc çıxmışı, bunu təbii ki 800-ə qədər salmaq olardı daha tez hərəkətə keçərək.-????Gələk əsas məsələyə, Palma şəhərinin yanında olan Magaluf adında bir ərazi mi desəm, küçələr mi desəm bilə bilmədim. Sadəcə google'da Magaluf yazaraq necə bir atmosferasının olduğunu görə bilərsiniz. Party, nightlife sevən genclər, biz səhv etdik 2 gün gedə bildik Magalufa, sizə məsləhət ən az 3-5 gün ziyarət edin o müqəddəs məkanı, ruhunuza restart verəcəyindən əmin olun. Axşam 10-dan sonra Magalufdakı bütün küçələr gənclər tərəfindən dolur və enerji partlayışı olur, qısacası dəlixana. Bu tendensiya səhər radələrinə qədər davam edir - Daha ətraflı suallarınız varsa rəy bölməsinə yazın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aydin Ahmadli

1561 dəfə oxunub

2 Gündə Budapeşt

2 gündə BudapeştBudapeşt Avropada ən məşhur istiqamətlərdən biridir, xüsusilə ilk dəfə səyahət edənlər üçün. İstər bilet qiymətləri, istər ölkədəki münasib qiymətlər buna şərait yaradır.Budapeştdə əsas yerləri görməyə 2 tam gün kifayət edir. Rahatlıq baxımından 1 gün artıra da bilərsiniz bu müddəti (shopping, bəyəndiyiniz yeri bir daha gəzmək, az tanınan yerləri görmək və s. məqsədlər üçün)Bəs Budapeştə gedəndə, haraları gəzməlisiniz?Sizinlə Budapeşt planı bölüşürəm, yaxın əyləşin Bu planla gününüzü doğru bölüşdürə və tam səmərəli gəzə bilərsiniz.Budapeştdə 1-ci gün 1. Gəzintinizə şəhərin Buda hissəsində, Castle Hillə başlayın. Burada Matthias kilsəsi, Fisherman’s Bastionu görə bilərsiniz. Parlament binasına açılan məşhur mənzərə ilə şəkillər məhz burada çəkilir. Matthias kilsəsinə daxil olmaq istəsəniz, turistlərə açıq saatları mütləq rəsmi saytdan yoxlayın. Bileti onlayn alın ki, növbərə çox gözləməli olmayasınız.2. Castle Hilldən gəzərək Buda qalasına (Buda castle) gedin. Əgər funikulyora minmək istəsəniz funikulyorun aşağı hissəsinə gedin ki, aşağıdan yuxarı qalxasınız Buda qalasına. Yox əgər 2 dəqiqəlik funikulyora 25 manat ödəniş etmək istəmirsinizsə, elə birbaşa qalanın özünə piyada gedin. Burada milli kitabxana və muzey yerləşir.3. Daha sonra taksi ilə Gellert Hillə gedib, şəhərə açılan mənzərədən zövq ala, meşə ilə yürüyüş edə bilərsiniz, hazırda çox hissəsində təmir gedir, Azadlıq abidəsinin ətrafı bağlıdır, əvcəlcədən mütləq yoxlayın.4. Sonra Pest tərəfə keçib, Budapeştin məşhur bazarı - Great Market Hall-a gedib, məşhur yeməkləri dada, süvenirlər ala bilərsiniz münasib qiymətə.5. Sonra isə yaxınlıqda olan St Stephens kilsəsinə piyada gedə bilərsiniz. Online bilet alsanız da, mütləq kassada təsdiqlətməlisiniz.6. Sonda günün yekunu üçün Spalardan birinə gedə və ya kruiz turu alıb çayda gəzinti edə bilərsiniz. Spa üçün onlayn, kruiz üçün isə kassalardan bileti öncədən əldə etməyi məsləhət görürəm. Əlavə xərc istəmirsinizsə, Margaret adasında barlardan birində vaxt keçirə bilərsiniz.Faydalı idi? Faydalı idisə məni instagramda izləyin @renatmajidovO vaxta kimi isə, ikinci günün planını paylaşacam sizinlə. Bu plandakı yerlərlə bağlı təcrübələriniz və ya suallarınız varsa, şərhlərdə bölüşün  @renatmajidov

350 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!