2323 dəfə oxunub

Azadlığın şəhəri - Amsterdam

Keçən dəfə sizə Amsterdam yaxınlığındakı qəsəbələrdən danışmışdım. Dedim, ayıb olar, Amsterdamın üstündən keçməyim ????

Azadlığın şəhəri Amsterdam…
Üçbucaq damlı, qırmızı kərpicli evlər, ağ pəncərələr, evlərin arası ilə gedən tramvay yolları, yol kənarlarındakı kanallar, körpülər… Bir sözlə, gözəllik
Baxırsan ki, şəhərdə həm çoxlu insan var, həm də dəhşət sakitlikdir. Tələsən insanlar küçədə bir-birlərinə dəyib, üzr istəyirlər. Yəni, o qədər basabasdı. Həm kalabalık, həm sakitlik… İkisi birlikdə mümkün deyil əslində. Bax, belə qeyri-adi şəhərdir Amsterdam.
Dünyanın ən çox turist cəlb edən şəhərlərindəndir. Başdan-ayağa yaşıllıqdır. Kanallarla əhatələnib. Elə kanallar şəhəri də deyirlər arada. 1500-dən çox körpüsü var. Bəzi səyyahların qeydlərində “ikinci Venesiya” kimi keçir adı…
Hərənin bir ad qoyduğu şəhər
Bütün gözəllikləri yaraşdırıblar Amsterdama. Ancaq adı həm də narkotik satışının, eynicinslilərin evliliyinin, fahişəliyin leqal olduğu bir ölkənin paytaxtı kimi çıxıb.
Bəzən ürəkli “mən Amsterdama gedəcəm”, – deyə bilmirsən. Düzdür, səni topa tutmurlar. Ancaq dodaqlarının altında gülüş peyda olur. Ardından “ehtiyatlı ol, adı üstündə, Amsterdam. Özündən muğayat ol” – kimi yersiz məsləhətlər verirlər. Qayıdanda da həmin məsləhətləri “küçələrdə oğlanlar öpüşürdü”, “narkotikin dadına baxdın”, “yəqin çoxlu lezbiyan gördün”, “bəs, Qırmızı Fənərlər Küçəsində oldun?” – kimi suallar əvəz edir.
Qırmızı Fənərlər Küçəsi – həyatın digər üzü…
Bəli, Qırmızı Fənərlər Küçəsində (Red Light District) oldum. Başqa küçələrindən fərqlənmir heç. Eyni gözəllikdədir. İş yerlərinin, ləziz restoranların, yaşayış evlərinin olduğu küçə axşamlar çoxlu sayda insanın gəzib-dolaşdığı Qırmızı Fənərlər Küçəsinə çevrilir.
Qırmızı Fənərlər Küçəsindəki kiçik otaqlarda müştərilərinə xidmət göstərən qadınlar haqqında bu yaxınlarda bir kitabda da oxudum. Müəllif onları ”darıxan pişik”lərə bənzədirdi. Necə də yerində bənzətmədir. Bu ifadə niyə mənim ağlıma gəlməyib?
Ən maraqlısı da küçələrdə insanların ailəsi, övladları ilə dolaşmasıdır. Yəni, heç də insanların yolu düşsə belə yolunu dəyişib, uzaq durduğu bir məkan deyil. Əksinə, hollandiyalılar ailələri ilə rahat dolaşa bildikləri bu küçənin həyatın digər üzü olduğunu deyirlər. Gələn turistlər kiçik şüşəli qapıların arxasındakı qadınları seyr edir, kimi suvenir mağazalarından hədiyyələr alır, eyni zamanda, ikinci mərtəbədə bir uşaq ağlayır. Anası onu sakitləşdirmək üçün su uzadır. Başqa bir evin pəncərəsinə televizorun mavi işığı düşür… “Qırmızı Fənərlər küçəsi”ndə həyat davam edir…

Niyə azadlığın şəhəri?
Tarixdən balıqçı şəhəri kimi qurulduğu deyilir. Əsrlər boyu bir xeyli olaylara səhnə olub. Amsterdama dünya müharibələrinin təsiri böyük olub. Deyilənlərə görə sonralar müxtəlif ölkələrdən gələn insanların hesabına yenidən toparlanıb. Bu gün dünyanın ən yaşanılacaq şəhərlərindən biridir.
Adına azadlığın şəhəri də deyilir. Bunun da səbəbi var:
“Qırmızı Fənərlər Küçəsi” ətrafındakı əyləncəli gecə həyatı;
“Coffeeshop” adı verilən yerlərdə yüngül narkotik maddələrin istifadəsinin sərbəst olması
Şəhər mərkəzindəki Dam Meydanı, Qırmızı Fənərlər Küçəsi (Red Light District), gül bazarı (hər cür gül toxumu və məşhur holland laləsinin soğanları satılır), Van Qoq Muzeyi, Kanal gəzintisi… Hamısı şəhanə idi.
Bir sözlə, həyəcan, çılğın gülüş səsləri, eyni zamanda sakitlik və hüzur. Belə yadımda qaldı Amsterdam.

Necə gedək?
Amsterdama müxtəlif yollarla getmək olur. Bakıdan birbaşa da getmək olar. Tbilisiyə gedib, ordan İstanbula, İstanbuldan da Amsterdama uça bilərsən. Mən belə etmişdim. Burdan 15 manat verib avtobusla Tbilisiyə, oradan Pegasusla 50 avroya İstanbula, İstanbuldan (Türk Hava Yolları ilə. Bileti 42 avroya almışdım) Amsterdama. Uzun görünə bilər. Səyahətçiyə zövqdür. Əsas məsələ ucuz başa gəlməyidir.
Yola təxminən 104 avro xərcləmişdim. Əslində daha ucuzunu da tapmaq olar.
Harada qalaq?
Əgər bir həftəlik gedirsənsə, azı 600 avronu gözdən çıxar. Amsterdam heç də ucuz şəhər deyil. Orta statistik azərbaycanlıya baha gələ bilər. Ən çox pul mehmanxanaya çıxır. Əgər daha ucuz alternativlər seçsən, 1 həftəyə 500 avro da xərcləyə bilərsən. Məsələn, hostellərdə və ya şəhər mərkəzindən kənardakı otellərdə qalmaqla. Onsuz da nəqliyyat sistemi o qədər gözəl qurulub ki, kənardan mərkəzə gəlməkdə çətinlik çəkməyəcəksən.
Holland pendiri və Heineken
O ki qaldı, nə yeyib-içməyə. Hollandiyanın məşhur pivəsi Heinekenin dadına baxa bilərsən. Heineken demişkən, pivə sevənsənsə, Pivə Muzeyinə getməyi də unutma. Səhv xatırlamıramsa giriş 12 avrodur. Biletə həm də bir dənə pivə düşür. Məşhur holland pendirindən mütləq ye. Şərt deyil pul verib alasan. Pendir mağazalarında pulsuz dadına baxa bilərsən.
Bu zaman əmin olacaqsan ki, Bakıda holland pendiri adı ilə satılan nəsə başqa daddır. Ancaq 100 faiz holland pendiri deyil ? Məşhur milli yeməklərinə rast gəlmədim. Amma şəhərdə dadlı ət bişirən “Steakhouse”-lar və qəşəng italyan, türk restoranları var. Ən yaxşısı və ucuzu isə marketdən alış-veriş etməkdir.
Necə deyərlər, səyahətini ucuz və ya bahalı etmək öz əlindədir. Seçim sənin…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Guler Mehdizade


DİGƏR BLOQLAR

Gündoğan ölkə - Yaponiya

Salamlar Uzun müddətdir bu post'u yazmağı düşünürdüm. Nəhayət məqam gəlib çatdı)Bir il öncə tam da bu vaxt ziyarət etdiyim Yaponiya haqqında yazmaq istəyirəm sizə) İlk öncə onu deyim ki, dövlət hesabına getdiyim üçün (təbii ki, Yaponiya tərəfinin)) xərcləri onlar qarşılayıblar.Amma yapon dilini bilib, biraz məlumatlı olduğum üçün suallarınıza məmnuniyyətlə cavab verə, səyahət planınızı qurmağa kömək edə bilərəm)Keçək mətləbə) Yaponiyanın Osaka, Kyoto, Nara, Hiroshima və Miyajima şəhərlərində olmuşam.Osaka həm tarixi, həm müasir abidələrlə zəngindir. Sakit amma böyük şəhərdir. Street food çox dadlıdır)Kyoto tarixi abidələri sevənlər üçün çox maraqlı olacaq əminəm. Hər addımbaşı temple və shrine var. Xüsusilə payız(momiji) və yaz (sakura) vaxtını məsləhət görürəm. Nara şəhəri ???? ile meəşhurdur) Nara park həmçinin Todaiji məbədi must see yərləridir)Hiroshima şəhəri atom bombasından sonra rekonstruksiya olunsa da, simvol olaraq bir bina saxlanmışdır. Memorial park və museum var. Həmçinin bomba atılması nəticəsində vəfat edən insanların xatirəsinə heykəllər və xüsusi bir zəng var. Zəng'in üstündə dünya xəritəsi təsvir olunsa da, ölkələr arasında sərhədlər təsvir olunmayıb  Miyajima adası isə Hiroshimadan gəmi ilə 20-30 dəqiqəlik məsafədə yerləşir. Orda da ???? var)) Xəritə, şirniyyat, hər cür kağız məmulatları yeyə bilirlər)İzdihamlı şəhərləri sevmədiyim üçün Tokyo'da olmamışam  Gələn dəfə ora getməyi düşünürəm.Küçədəki avtomatlarda su və digər içkilər hələ o vaxt 160 yen idi) Bahalı ölkədir amma mütləq gedib görülməlidir fikrimcə.Şəhərlər arası shinkansen adlı sürət qatarı ilə yanaşı, dəfələrlə ucuz adi qatarlar da fəaliyyət göstərir. Yemək o qədər də baha deyildi və məni belə təəcübləndirən o idi ki hər yerdə sushi satılmırdı) Sushi restoranlarında çox uzun növbələr olur. Fast food'ları, küçə yeməkləri çox dadlı olur, odur ki, fürsətdən istifadə edib hər cür dəniz məhsulunun dadına baxın). İnsanları çox gülərüz və yardımsevərdirlər, dili bilməsəniz də maksimum dərəcədə kömək etməyə çalışırlar. Səhifələrcə yaza bilərəm Yaponiya haqqında, amma lazımlı informasiya verməyə çalışdım. Hamınıza xoş istirahətlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Abubekirova

3877 dəfə oxunub

Dünyanın yeni 7 möcüzəsindən biri Petra

Dünyanın yeni 7 möcüzəsindən biri Petraya gedirikÜmumi bu səyahətə 6 gün 5 gecə ayırmışdım. 7-si Bakı-Abu Dhabi uçuşum oldu və Abu Dhabi Amman uçuşu eyni saatlarda olduğu üçün 1 gün Abu Dhabidə keçirib, biraz günəşlənib 8-zi səhər saatlarında Ammana uçdum (Wizzair hava yolları ilə). Vəə budur mən xəyalın qurduğum Petraya çoox yaxınlaşdım 8-9-10-11 iyun tarixlərin İordaniyada keçirdim və minimum 3 gecə qalacağım üçün #jordanpass almışdım( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet). Geri dönüşüm isə Amman-İstanbul və 1 gün İstanbulda olduqdan sonra İstanbul-Bakı şəklində olduDüşünürəmki İordaniyanı gəzmək üçün 5 gün az imiş. Hərkəs İordaniya dedikdə ancaq Petranı düşünür , məndə belə düşünürdüm amma Ammanı, Aqabanı gəzib ölkənin abu-havasını hiss etdikdən sonra anlayırsanki bu ölkədə kəşf etməli çoox yer varDeməli:Toplam biletlər - 550 azn ( daha tez alsaydım daha ucuz düşəcəkdir) Toplam- 200 azn ( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet) Jordanpass- 170azn ( viza xərci və muzeylərə pulsuz giriş verir minimum 3gecə qalmalısan amma) Hava limanından xüsusi avtobus var şəhərdə 2dayanacaqda dayanır ancaq( 7th circle və Abdali) təxminən 5-10 azn arası.və Petraya və ya başqa istiqamətə getmək üçün Jett ( şəhərlərarası rəsmi avtobuslarıdı) - təxminən 50-55azn iki istiqamət. Careem app üzərindən sifariş edirdim taksini. Uberdə işləyir və güvənlidir bu ikisi. Bu xərc gedəcəyiniz yerə , hotel yerləşməsinə görə dəyişə bilir. Nəzərə alınki Amman təpələr üzərində yerləşən şəhərdi və bəzən o yüksəkliyə piyada qalxmaq çətin olur. Bu taksilər yalnız Ammanda işləyir. Aqabada yaşıl rəngli yerli taksilər var idi. Bu da adama görə dəyişən xərcdir. Nəzərə alınki 1jod - 2.24azn-dir Ölkə olaraq bahalı ölkədir bunuda nəzərə alınMən internet üçün esim Airalo almışdım( Beynəlxalq)Mənim digər ölkələrdə də vaxt keçirdiyimi nəzərə alsaq ümumi 1200-1500 azn xərc hesablamaq olar.Dəyərmiydi? DəyərdiAmmanın mehriban insanları, axşam qaynayan şəhərə qarışıb onlarla xoş ünsiyyəti yaşamaq və tarixi yerlərin görməyə, Vadi musada milli mətbəxi dadmaq, gecə işıqları seyr etməyə, Petranı sözlərlə ifadə edə bilmərəm sadəcə illərdir arzum idi o anı yaşamaq və yaşadım Vəə Aqaba dənizi, Yunanıstanı xatırladan Aylasını görməyə bəli dəyərdiTəkrar gedərəmmi? gedərəmSəyahətlə bağlı detallı paylaşımlar gələcək yenədə

36 dəfə oxunub

Qaudinin şəhəri - Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hörmətli Gəzəyənlər hamınızı salamlayıram. Bu dəfə də sizə danışım 10-14 Yanvar tarixlərində səyahət etdiyim Barcelona turundan. İlk öncə 1 ay əvvəl 9avroya tapdığımız biletlərdən danışım  Deməli Berlin Schönefeld airportundan Barcelona Terminal 2-yə 9avroya bilet tapdıq. Hətta Rostockdan Berlinə 10avroya gedib gəlmişik. Elvin çoxsağolsun Flixbusun Voucherləri ilə bizi xilas edir. İlk öncə mindik getdik Berlinə ilk dəfə idi ki, dalbadala airporta tərəf gedən qatarlar işləmirdi yaxşı ki, vaxtında çıxmışdıq evdən 3saat boş aralıq kimi götürmüşdük ehtiyyat. Mindik təyyarəyə öz yerimizi tutduq mən və dostum. Adətən təyyarədə yatmaq yerinə yanımda oturanlar ilə söhbət etməyə çalışıram bu dəfə də elə oldu. Bir xanım əyləşmişdi yanımda biraz söhbət etdik sonra isə telefonda başladım surfing etməyə. Sən demə ekranıma qoyduğum bayraq şəklini görüb və Facebookdakı dostlarımın rusca paylaşımlarına diqqət yetiribmiş. Sonra yatdı və mənə dəydi oturduğu yerdə. Və beləcə söhbət başladı. Bir neçə dəfə məndən haralı olduğumu soruşdu və mən də hərdəfəsində Azərbaycandanam deyib soruşmurdum. Bilmirəm niyə soruşmadığımı  Sonunda ouu Bizim qonşularımızsınız dedi heç gözləmədiyim bir cavab oldu və soruşdum qız Ermənistan vətəndaşı imiş. Başladıq bütün yol boyu danışmağa sivil insanlar kimi. Verdiyi məlumata görə əmisi Qarabağ döyüşlərində iştirak edibmiş. Mənə dedi ki, mən bilirəm ki, hazırda mənə qarşı nələr yaşayırsan amma mən həmişə sizi dəstəkləmişəm əmimlə artıq illərdi fikirlərimə görə düşmən kimiyik. Bilirəm Qarabağda çoxlu insanlar qətlə yetirib indi də hərgün travma ilə yuxudan durur özü də peşman olub. Ölkə səviyyəsində nəqədər də haqsızlıq etsək də millətimiz bilir ki, siz bizə qucaq açmısız və hərzaman yer vermisiz. Mən sizin millətə güvənirəm nəinki özümüzünki. Heç zaman azərbaycanlı biri ilə əlaqəm belə bir söhbətim olmayıb hərzaman birisi çıxacaq deyə gözləyirdim sanki bugünü ki, bir dövlətin millətin nümayəndəsi kimi üzr istəyim. Ən azından müharibə əsgərlər arasında olur sivil insanlar arasında olmaz. Qatilin nə milliyəti nə də dini irqi olur. Bizim dövlət qatildir. Mən istərdim gələcəkdə Azərbaycana gəlim və bilirəm sizin ölkədə hələ də çoxlu ermənilər yaşayır. Hətta bizdə belə demirlər amma ermənistanda çoxlu azərbaycanlılar yaşayırlar. Sadəcə təəssüff ki, mən sizin dilinizi bilmirəm və hazırda Qarabağda böyüyən uşağın 22 yaşı var və inanmıramki o öz doğulduğu torpaqların verilməsinə razı olar. Nəysə uzun söhbətdən sonra sağollaşdıq ayrıldıq hərə öz işinə getdi.Gəldik Barcelonaya dostum ilə düşəndən artıq başqa ab-hava var idi. Mən getdiyim ölkələr arasında belə bir şəhərə getməmişdim. Miami, Californiya kimi şəhərlərə bənzəyirdi. Airbnbdən 4günü adambaşı cəmi 30avroya ev tutmuşduq adam da rus çıxdı  Onunla da çoxlu söhbətlər etmişik adamın əsgərlik yoldaşı azərbaycanlı olub burdan Ədalət Hüseynova da salam göndərirəm  Adama əsgərlikdə çoxlu çaxırlar gəlirmiş ət kabab zad ediblər. Azərbaycanlı olduğumuz üçün bur us əlindən gələni edirdi çox yaxşı qarşıladı bizi  Sonra gəzəyənlərdən tanıdığımız Mürsəl bizi qonaq elədi görüşdük çoxlu taktikalar Verdi. Çox sağolsun ki, hərzman xaricdə yaşayan öz həmvətənlərimiz bizə hərdəfə köməklik edirlər. Paelliya və digər local yeməkləri yedik. 4 günə 2dəfə 10gediş kartını aldıq 10avroya 2 nəfər həryerə piyada gəzirdik. Hava gah soyuq gah da isti olurdu. Və qərara gəldik Tibidabo deyilən yerə getməyə. Səhər evdən çıxdıq google map sağolsun bizi səhv istiqamətləndirdi getdik çıxdıq başqa yerə. Tram Metro əladır Barcelonada amma Avtobus məncə ən bərbad nəqliyyatdır o şəhərdə. Bizi səhv dağa qaldırdı və çoxlu gecikmələri göstərirdi. Bizimkimi 2 italiyan oğlan 1 vyetnamlı və 2 ukraynalı qız azıb gəlmişdilər  elə oradaca qərara gəldikki obri dağa qədər yürüş edək həmdə həyat bizi bir nöqtəyə gətirib google map sağolsun başımıza oyun açdı. Bütün yolu söhbət edə edə getdik axırki məkana çatdıq. Bütün şəhər gözəl görünürdü. Çoxlu küçə musiqiçiləri və tarixi binalar sadəcə möhtəşəmdir. Qiymətlər də Almaniyaya baxdıqda azacıq sanki ucuz kimi göründü mənə. Təbii ki, Sagrada Familia unutmaq olmaz o əzəmətli məkan.Mütləq gedərkən bütün dəniz məhsullarının dadına baxın. Yeməkləri çox dadlıdır. Axşam tərəfi politik məhbuslara aid mitinq varmış qocalı cavanlı hamı orda idi mərkəzi küçələr ilə gedirdilər. Sonra biz qərara gəldik bu yolda təsadüfi görüşdüyümüz insanlarla gedək bir yemək yeyək. Tripadvisor köməyimizə gəldi. “Vasconia” restoranına getdik qiymətlər çox ucuz və porsiya çox möhtəşəm və dadlı gəldi. Hətta yaxınlaşdım selfie çəkdirdikdə bizə əlavə içki Shot-lar da verdilər əhvalımız daha kökəldi və yolumuza davam etdik üzü dəniz tərəfə. Mütləq küçədə tanış olun yeni insanlarla.Son günü istiqamətini getdik Camp Nou-ya təbii ki, özüm anti-barcelonalı olsam da avropanın ən böyük stadionudur. Axşam oyun var idi deyə museyə girsək belə stadionun içinə buraxmayacaqdılar deyə biz də heç girmədik. Mütləq Google Trips proqramını istifadə edin. Səyahət edərkən ən lazımlı səyahət dostumdur. Oğurluqları məşhur olan şəhərdə və sonunda sağ salamat gəldik çıxdıq Almaniyaya heçbirşey oğurlatmadan. Əgər nədənsə şübhəniz varsa sənədləri evə qoyun şəkillərini çəkib telefonda saxlayın. Oturduğunuz stollara telefonları qoymayın pul istəyən dilənçilər gəlib sizə kağız qəzet qoyacaqlarki oxuyun sonra gedəndə görəcəksiz telefonunuz yoxdur kağzı qoyur diqqətinizi cəlb edir sonra oğurluq edirlər. Bax belə  İndi siz bunu oxuyanda çox güman ki, mən artıq Danimarka, Kopenhagendə olacam. Gəzəyən olun, səyyah yox  Hamınıza xoş həftəsonu arzulayıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow 

1432 dəfə oxunub

İsrail bələdçisi - Tel Əviv, Qüds

Tel-Əvivdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Söz verdiyim kimi sizə İsrail səfərim haqqında yazacam. Bu səfəri mart ayından planlamağa başlamışdım və biletləri də elə martda vizaya sənəd verməmişdən qabaq risk edib almışdım. Biletlərə Wizz Air-dən ümumilikdə 400 Manat sərf etdimBakı – Abu Dabi – Bakı/ 129.97 AvroAbu Dabi – Təl Əviv – Abu Dabi/ 85.35 AvroTəl- Əviv hostel 312 AZNAbu Dabidə hostel gedib qayıdanda iki günə 50 AZNİstifadə etdiyim kartlar:UCard(Restoran və Supermarketlərdə 5%)Leokart(Bilet və Hostellərdə 7% lik kateqoriya seçmişdim)Premium bank Visa Miles(Lounges-da)BirKart USD( Digər bütün ödənişlər)Note: Kartla ödəniş edəndə ekranda Dirhəm ya Dollar, Şekel və ya Dollar seçimi çıxanda həmişə yerli valyutanı seçin çünki belə olanda ödəniş Azərbaycan Mərkəzi Bankının məzənnəsinə görə hesablanacaq, olduğunuz ölkədəki konvertasiya və digər komission haqlar tutulmayacaq.Abu Dabidə 8 saatdan artıq qalacağım üçün Transit Visa for 48 hours apply edə bilərdim. Bu Vizanı səfərdən iki həftə qabaq Passport, Viza və Uçuş biletlərinin skanını yükləməklə bir saat ərzində asanlıqla almaq olur. Bu həmin vaxt Əmirliyə daxil olmaq üçün yeganə pulsuz viza idi. 8 iyuldan artıq Əmirlik üçün heç bir viza tələb olunmurAbu-Dabi haqqında qısa təsüratım: Mənə görə sırf bu şəhəri görüb-gəzmək üçün getməyə deyməz şəhərdə Şeyx Zəyid böyük məscidindən başqa görməli yerlər çox məhduddur və May ayı olduğu üçün artıq temperatur 40 dərəcəni keçmişdi və ən azından bu ayda getmək heç məsləhət deyil.Növbəti gün səhər artıq Təl-Əvivə endim. Nə az nə çox düz 5 saat sorğu-sualdan sonra border control məni ölkəyə buraxdı. Qaldığım yer booking-dən rəy və şərhlərə baxaraq reserv etmişdim. 180 Boutique Hostel düz şəhərin mərkəzində dəniz sahilində bir hosteldir. Hostel 8 nəfərlik Mix room idi və bəxtimdən orda qaldığım müddətdə otaqda 4 nəfərdən artıq adam olmadı. Hostel 6 gün 5 gecə 312 AZN ödədimİsraildə yerli yəhudilərlə yanaşı dünyanın müxtəlif yerlərindən gələn Yəhudilər də yaşayır, mənə görə əksəriyyəti çox istiqanlı və yardım-sevərdir.Təl-Əviv çox gözəl, təmiz, bahalı və inkişaf etmiş şəhərdir. Şəhər Miami Beach-i xatırladır. Şəhərdə ən çox sevdiyim cəhət bütün sahil boyu kəsintisiz gözəl pulsuz çimərliyin olmasıdır. Bundan başqa çimərliklərdə bisetkalar, kölgələmək üçün çətirlər və bəzi yerlərdə stullar tamamilə pulsuzdur.Şəhərdə hərəkət etmək çox asandır və baha deyil. Şəhərin əksər yerində velosiped və skuter sürmək üçün zollaqlar var. İctimai nəqliyyatda çox yaxşı təşkil olunub. Şəhərdə hərkət etmək üçün iki APP-dən istdifadə etdim Əgər uzunmüddətli qalacaqsanızsaRav-Kav almaq məsləhət görülür [https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav](https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav). Bununla həmçinin qatarla səyahətlərdə də ödəniş edə bilrəsiz bilərsiz.Şəhər içi əsasən Hop on App-dan istfadə etdim [https://play.google.com/store/apps/details?id=co.hopon.client](https://play.google.com/store/apps/details?id=co.hopon.client)İstifadəsi çox asandır: Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçib bank kartınızı əlavə edirsiz və ictimai nəqliyyatda QR kodu skan etməklə gediş haqqınızı ödəyirsiz.Həmiçin şəhərdə Intel-in yüzlərlə Self-Driving taksiləri var, qiyməti baha olsa da maraq üçün minməyə dəyər.Təl-Əvivdə bizim İçərişəhərə bənzəyən Jaffa adlı qala divarları olan qədim şəhər də var. Siz burda dünyaca məşhur Suspended Orange Tree(Asılmış Portağal Ağacı) və Ginesin Rekordlar kitabına düşən dünyanın ən böyük polad qaşığını görə bilərsiz.Bundan başqa şəhərdə saysız incəsənət və müasir texnalogiya muzeyləri varki bir an da olsun darıxmayacaqsız.Qiymətlərə gəlincə bildiyiniz kimi artıq neçə illərdi Təl-Əviv şəhəri dünyanın ən bahalı şəhərləri içərisində Top 3-lükdə olur. Bu doğurdan da belədir. Restoranları və gündəlik istehlak oluna yeməli nə varsa bahadır. Adicə bir şaurmanın qiyməti40-60 Şekeldir(20-30 Manat). Məni təcübləndirən digər bir şeyin Böyük supermarketlər də gündəlik istehlak olunan amma yeyilməyən məhsulların qiymətinin Bakı ilə demək olar eyni olmasıdır. Bakıda həyat səviyyəsinin Təl-Əvivlə müqayisədə dəfələrlə aşağı olmasına baxmayaraq gündəlik məhsul və xidmətlərə görə eyni xərcin çıxması Bakının da yaşamaq üçün çox bahalı şəhər olmasının göstəricisidir.Bir günümü isə tamamilə Yerusəlim/Qüdsə sərf etdim. Şəhərə qatarla 2.5 saata, avtobusla 1-1.5 saata çatmaq mümküdür. Səhər 10-da artıq şəhərdə idik və hosteldə tanış olduğum Belarusdan olan Yəhudi oğlanla tramvaya minərək şəhər mərkəzinə doğru getdik. Müqəddəs şəhəri yenicə kəşf etməyə başlamışdıq ki amerikanlar demiş “out of nowhere” 17 yaşında Ortodox Yəhudi bizə yaxınlaşdı və israr etdiki yoxe-yox mən sizə bütün şəhəri, görməli yerləri gəzdirəcəm. Çox sağolsun bizə bələdçilik etdi vaxt itirmədən bütün məşhur yerləri göstərdi. Ağlam Divarı, İsa peyğəmbərin çarmıxa asılmağa aparılarkan keçdiyi ərzailəri göstərdi. Şəhərin ərəblər yaşayan hissəsində yalnız müsəlmanların buraxıldığı əraziyə də keçdim. Girişdə duran avtomatlı əsgər məni buraxmırdı deyirdi: You’re too white, you can’t be a Muslim. Azərbaycandan olduğumu, xarici pasportumu göstərsəm də bir xeyri olmadı. Dedi: Kəlme şəadəti bilirsən? dedim hə, elə Əşədi ənna demişdim ki dedi you can pass. Həmin yerdə Məkkə və Mədinədən sonra İslamda müqəddəs sayılan üçüncü məscid və ziyarətgah The Dome of the Rock/Qaya Günbəzi(Qızıl günbəzli məscid) var. Doğurdan da vallehedici bir yerdir.Bələdçimiz bunula da kifayətlənmədi bizi Ortodox yəhudilərin şəhərdə kompakt yaşadığı yerə apardı. Bir anlıq özümü orta əsirlərdəki kimi hiss etməyə başladım. Həmin ərzaidəki yəhudilər aqressiv olmasa da bir hissəsi qatı dindardılar(Ultra-Orthodox Jews) və müsair həyat və texnologiyadan uzaq insanlardılar. Bələdçimiz dedi ki həmin adamların əksəriyyəti heç bir yerdə işləmir azı 4-5 uşaqları olur və dövlətdən aldığı yardımla dolanırlar.Beləcə İsrail macərası da belə bitdi. Yenidən səyahət etmək istəyərəmmi? - Hə. Nəyə görə? Ölü dənizi görmək və getdiyim yerləri yenidən kəşf etmək üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Namazaliyev

795 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!