Şanxaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
13 günlük Çin səfəri.
Vaxtında deyim yazı uzundu, üzürlü hesab edin ????
Demək ofisdə oturduğumuz yerdə e-mail gəldi ki, 13 günlük Çinə getmək lazımdır.Dedim bu qədər işin içində necə gedəcəmasfgüjajeqıa
Nəysə təcili biletləri alıb Bakı-Doha-Hangzhou reysiylə uçduq Çinə.
Əsas məsələni qeyd edim, hələ Çin səfirliyi kimi çox qəliz səfirlik görməmişəm. Təsəvvür edin İsrail səfirliyi bunların yanında toya getməlidir. Çin Azərbaycanlılar üçün turist vizası vermir. Ancaq iş vizasıdır, onun üçün də Çində sizi dəvət edən şirkət miqrasiya idarəsindən ştrix kodlu dəvətnamə göndərməlidir. Bunu isə yalnız böyük şirkətlər edə bilir. Bu dəvətnamə üçün Çində miqrasiya idarəsi məhkumluq haqqında arayışın Ədliyyə Nazirliyində təsdiqi, sonra isə Çin səfirliyində təsdiqini istəyir. ASAN xidmətin verdiyi məhkumluq haqqında arayışı qəbul etmirlər. Çində görüşəcəyimiz böyük şirkətlərin birində işləyən Azərbaycanlı dostumuzun sayəsində dəvət məktubunu qısa müddətdə aldıq. Çinə çatanda müsəlman ölkələrindən ilk dəfə Çinə gələnləri saxlayıb sorğu sual edirdilər. Yarım saat sonra növbə mənə çatdı. 10-15 dəq sorğu sual oldu, sonra məndən telefondakı şəkilləri göstərməyimi istədilər. 2200-lük foto alboma baxmağa başladılar. Gəldi çıxdı albomun axırında Tayvanda çəkdiyim şəkillərə. Gözü Tayvan bayrağına sataşdı. Şəkili açdı ki, bir tərəfimdə Amerika, o biri tərəfimdə isə Tayvan bayrağı şəkil çəkdirmişəm ???? Elə bil qıza şapalaq vurdular, üz ifadəsi dəyişdi və tez keçdi içəri. 5 dəq sonra məni otağa çağırdılar. Gördüm fərqli geyimdə bir təhlükəsizlik işçisi sənədlərimə baxır. Çamadana baxmaq istədi, açdım çamadana da baxdılar, 10 dəqiqə də bu sorğu sual etdi. Sonra üzr istəyib, çamadanımı toplamağa kömək edib yola saldılar.
Çində UBERin əvəzinə öz taxi xidmətləri olan Didi işləyir. Qiymətləri çox yaxşıdır.
13 gün içində Çində 4 böyük şəhərdə olduq: Hangzhou, Nanjing, Shanghai, Pekin(Beijing). 4-ü də çox böyük və çox inkişaf etmiş şəhərlərdir. Bu şəhərlərdə mərkəzdə evlərin ortalama qiyməti $10,000 / m2-dən başlayır. Və hər kəs də ev almağa can atır ????
Hangzhou və Nanjingdə hər birində 8 milyon, Şanxayda 27 milyon, Pekində də 24 milyondan çox əhali var.
Sürətli qatarları çox yaxşı işləyir, Şanxay - Pekin reysində sürət 347 km/h qədər qalxmışdı. İstənilən şəhərə qısa müddətdə çatmaq üçün çox əlverişli nəqliyyatdır.
Xarici turistlərə çox az rast gəlinir, daxili turizm isə dəhşət işləyir. Qaldığımız bütün otellər Çinli turistlərlə dolu idi.
Çində whatsapp, facebook, messenger, instagram, google, gmail, YouTube işlətmək istəyirsinizsə mütləq VPN yükləyin. Çində bunlara qadağa qoyulub və heç biri işləmir.
Gördüyüm 4 böyük şəhərdən ən gözəli Şanxaydır. Şərqin New Yorku da deyilir. Buranın adamları da digər şəhərlərə nisbətən mədənidir, amma adam dəhşət çoxdur ????♂️ rəsmi rəqəmlərə görə 26,5 milyon.
Çində adam bir birinə toxunanda heç kim üzr istəmir. Təzə təzə üzr istəyirdim gördüm heç kimə çatmır. Baxırlar ki, nəyə üzr istəyirsən. Məntiq odur ki, ”adam adama dəyər də” ????
10 gün içində ilk dəfə Şanxayda çox yaşlı bir day day (bunlara yaş vermək olmur hər hal 200 yaşı olardı ????) ayağıma toxunduğuna görə üzr istədi. Hər-hal dayının cavanlığında adam az olub, o devirdə üzr istəyiblərmiş.
Yeməklərinə öyrəşmək üçün 13 gün az müddətdir, şirin souslu balıqlarını və digər fərqli qoxulu yeməklərini yemək asan deyil ???? ona görə də çalışdım ancaq dəniz məhsulları yeyim. Axır ki, lobster də yedim ✅
Pekinə yolunuz düşsə, Pekindən 50km məsafədə Çin səddinə mütləq gedin.
Sürətli qatarla getməyiniz məsləhətdir. Nəzərə alın ki, çinlilər çox bərbad maşın sürürlər, piyada keçidində çox nadir halda yol verirlər. Əslində başa düşüləndi, piyada keçidində hamıya yol verməyə cəhd etsələr, bir də pensiya vaxtında gedib evə çatarlar. Adam o qədər çoxdur yəni ????
Əsas xərclər və xidmətlər barədə qısa məlumat:
* Baku-Doha-Hangzhou. 14 saat, 664 AZN
* Pekin - Baku. 8 saat, 617 Dollar
* Taxi xidməti: Didi
* 5 ulduzlu otellər: 140 $ / gün
* VPN- StarVPN
* Çin dili üçün: iTranslate application.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Ramil Azmammadov