730 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Bu dəfə gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini necə minimum endirmək, səyahəti necə ucuza başa gətirməyin yolları haqqında yazını sizlərlə paylaşım. İlk öncə deyim ki, otel qiymətləri hostel və mənzil qiymətlərindən nisbətən baha olduğundan bu yazıda otellər haqqında danışmayacağıq.

[caption id="attachment_590" align="aligncenter" width="551"]15 Budapeştdəki hostellərdən birinin lobbisi[/caption]

Başlayaq… Xaricə səfər edərkən gecələmək üçün ağıla gələn ilk yer otel olur. İndiki zamanda otelə pulumuz çatmadığı üçün onun alternativi olan hostellər ən ideal seçim ola bilər. Əgər Hostel filminə baxmısınızsa, filmdə olanları unudun. Hostellər tam rahat və təhlükəsizdir, şəxsən mənim tərəfimdən bir neçə dəfə sınanılıb ???? Hostellər az xərclə, soyal mühitli qonaqlama imkanları verən gecələmə yerləridir. Otaq tiplərinə görə müxtəlif formada xidmətləri hostellərdə kirayələyə bilərsiniz. İstəsəniz 1-2 nəfərlik otaq və ya 4 nəfərdən 10 nəfərədək olan otaqda (shared room) yataq kirayələyə bilərsiniz. Həm 1-2 nəfərlik kiçik otaqlar, həm də 4-10 (və daha çox) nəfərlik böyük otaqlar daxili və ümumi hamam otağı ilə təmin olunur. Yəni mümkündür ki, siz otaq kirayələmisiniz amma hamam otağı ümumidir, otaqdan kənarda, həm də mümkündür ki, hər otağın öz hamamı olsun. Bundan başqa hostel otaqları 2 nəfərdən çox adam üçün nəzərdə tutulubsa bir çox hallarda hər bir qonaq üçün şəxsi əşyalarınızı qoruya biləcəyiniz kiçik qıfıllı seyflər olur. Bundan başqa hostellərdə bir çox hallarda qab-qacaqla təmin olunmuş mətbəx də sizin xidmətinizə verilir. Bu mətbəxdə qidalanma xərclərinizi minimuma endirmək üçün istədiyiniz ərzağı alıb özünüz üçün nahar və ya qəlyanaltı hazırlaya bilərsiniz. Bəzi hostellərdə səhər yeməyi qiymətə daxil olur, hosteli kiralamadan öncə bunu yoxlamaqda fayda var ????

[caption id="attachment_591" align="aligncenter" width="551"]205 Hostel otağı[/caption]

Hostellərdə yerləşdiyi ölkədən asılı olmayaraq, oğlanlar və qızlar üçün ayrı otaqlar olur (amma bu heç də bütün hostellərdə belə deyil). Yəni tutalım 8 nəfərlik otaqda yataq kirayələmək istəyirsiniz və qarşı cinsdən kiminsə həmən otaqda gecələmisini istəmirsinizsə rahat-rahat single-sex (yəni tək bəylər/tək xanım üçün) otaqları seçə bilərsiniz. Mixed otaqlarda isə hər iki cinsin nümayəndələri eyni otaqda qalırlar. Çoxadamlı otaqlarda otaq kirayələmisinizsə bu o demək deyil ki, bütün yerlər dolu olacaqdır. Məsələn mən Tiflisdə 6 nəfərlik otaqda daha 2 dostumla yer kirayələmişdim və bizdən başqa heç kim yox idi otaqda hətta mən deyərdim ki, hosteldə. Eyni hadisəylə Vyana və Krakovda da qarşılaşmışam. Vyanada 6 nəfərlik, Krakovda isə 4 nəfərlik otaqda sadəcə 2 nəfər gecələmişik. Bu hallar adətən şəhərin tam mərkəzində olmayan, mərkəzdən 1-1.5 km piyada məsafəsində olan və ya tətilin qeyri-pik vaxtlarında mümkündür. Əgər şəhərdə hansısa bir idman,  ya musiqi tədbiri və ya festival varsa çox güman shared roomlar dolu olacaqdır. Shared roomlarda qalmağın üstünlüyü odur ki, hostelin digər qonaqları, ən çox isə “otaqyoldaşların” ilə sosyallaşırsan, bəzən şəhəri birlikdə gəzib kəşf etmək təklifi alırsan ya da sən edirsən. Turistlər müxtəlif ölkələrdən gəldiyindən və hərənin müxtəlif səyahət hekayəsi olduğundan maraqlı söhbətlərin iştirakçısı ola bilərsiniz.

[caption id="attachment_592" align="aligncenter" width="552"]t2dKkLv1-1-1380x1035 Maraqlı dizayn edilmiş hostel otağı[/caption]

Hostellər ucuz qonaqlama obyektləri olsa da bu ölkədən ölkəyə dəyişir. Ölkədə nə qədər qiymətlər bahalıdırsa hostellər də bu qiymətlərə uyğun daha yuxarı qiymətə olur. Məsələn Kiyevdə 2 nəfərlik hostel otağının qiyməti gecəsi 11 avro olduğu halda, Danimarkanın paytaxtı Kopenhagendə 8-10 nəfərlik otaqda bir yatağın gecəsi 32-35 avro ətrafındadır. Yəni səfər planlamamışdan öncə çalışın bu detalları nəzərə alın ki, gedib qərib ölkədə “nağayrım, neyniyim” deməyəsiniz ???? İndi isə gəldik, bu hostellərin qiymətini haradan tapmalı məsələsinə. Hostellərin qiymətinə baxmaq üçün ən yaxşı çox işlənən saytlar hostelworld.com və booking.com-dur. Hosteli seçirsiniz, tarixləri daxil edirsiniz və otaq tiplərinə görə sistem qiymətləri sizə göstərir. Kiçik bir tövsiyyə verim, booking.comda hostel sifariş edərkən çalışın reytinqi +7.0 olan hostelləri seçin və sizdən öncə orada qalmış turistlərin qeydlərindən heç olmasa 5-6-na nəzər salın ki, hostel haqqında daha ətraflı məlumatınız olsun.

[caption id="attachment_593" align="aligncenter" width="550"]The-MadHouse-Hostel-Prague-Themed-Room Praqadakı Mad House hosteli[/caption]

Hosteldən fərqli konseptə malik digər ucuz üsul isə Airbnbdir. Airbnb hosteldən fərqli olaraq ev abu-havası ilə təmin edir. Daha doğrusu elə kirayə verilən evlərin axtarış sistemidir. Brno səfərimdə məhz elə Airbnbdən otaq kirayələmişdim. Airbnbdə də təklif edilən xidmətlər çox müxtəlifdir. İstəsəniz yalnızca mənzil, istəsəniz mənzildə otaq, istəsəniz də hostel abu-havasını evdə yaşayıb, otaqda yataq (çox nadir hallarda olur bu) kirayələyə bilərsiniz. Airbnbdə də bütün online icarə saytları kimi turistlərin qaldığı ev sahibləri və ev haqqında rəylərini yazdığı bölmə var. Bu rəylərdən evin mərkəzə nə qədər yaxın olması, səs-küylü ərazidə yerləşib yerləşməməsi və ya ev sahibinin təmizliyi haqqında məlumat əldə edə bilərsiniz. Yaxşı olar ki, otaq ya mənzili siftariş etməmişdən öncə bu rəylərə göz gəzdirəsiniz. Burada kirayəyə verilən mənzillər olduğundan otel ya hosteldə olan standart xidmətlərin mənzildə olmaması mümkündür (məsələn, çox nadir hallarda olsa da wifi kimi).

[caption id="attachment_594" align="aligncenter" width="550"]Belinda-listing-4-_3403709k Airbnbdə kirayə verilən otaqlardan biri[/caption]

Airbnbdə kirayə edilən ev ya mənzilin üstün cəhəti ümumi hamamın olmaması və ya sadəcə hamamın siz və evda olan 1-2 nəfər tərəfindən istifadə olunması, bütün avadanlıqlarla təchiz olunmuş mətbəxin olması və yerli əhaliylə mədəniyyət alış-verişidir. Əgər sadəcə otaq kirayələmisinizsə, digər otaqda qalan ev sahibi ilə ünsiyyət saxlaya, maraqlı söhbətlər edə və ya şəhərin çox da turistik olmayan amma mütləq görülməli yerləri haqqında məlumat ala bilərsiniz.

Indi uzaqdan da olsa “bəs pulsuz qalmağa yerlər yoxdur?” sualını eşidirəm ???? deyirlər pulsuz pendir siçan tələsində olur amma bizim bloqumuzda tələlər yoxdur. Çox güman nə vaxtsa Courchsurfing haqqında eşitmisiniz, eşitməmisinizsə bir az da daha yaxına əyləşin.

[caption id="attachment_595" align="aligncenter" width="550"]002 İsveçrə, Berndə Couchsurferlər fondu yeyərkən ????[/caption]

Deməli Couchsurfing 4 nəfər tərəfindən qurulan pulsuz qonaqlama saytıdır. 2004cü ildə yaradılmasına baxmayaraq 2014-cü ildə həftədə 400 000 adam həftədə azı bir dəfə Courchsurfing hesabını yoxlayıb. 2015ci ildə istifadəçilərinin sayı 10 milyonu keçib. Saytın 3 funksiyası var; səyahət etdiyiniz ölkədə ev sahiblərinin evində qonaq qalmaq, yaşadığınız şəhərə gələn qonaqları öz evinizdə qonaqlamaq və şəhərlərdə keçirilən müxtəlif əyləncə tədbirlərində iştirak. Mən hardasa 4-5 dəfə Budapeştdəki evimdə Couchsurfingdən qonaq qəbul etmişəm, 2 dəfə isə özüm İsveç və Danimarkada qonaq qalmışam.

Məsələn hansısa ölkəyə gedirsiniz, o zaman saytın axtarış bölməsində getdiyiniz şəhərin adını yazırsınız, sonra sağ tərəfdə çıxan seçimlərdən evində qonaq olmaq istədiyiniz adamın xüsusiyyətlərini seçirsiniz: kişi/qadın, haqqında yazılmış rəyi olsun və ya olmasın, son dəfə nə vaxt saytda olub və s. Sonraq qarşınıza çıxan profilləri bir-bir gözdən keçirərək evində qalmaq istədiyiniz adamı seçirsiniz.
Saytda qeydiyyatdan keçərkən hər kəs özü haqqında olan bölmələri doldurur, beləcə evində qonaq qalmaq istədiyiniz şəxsin və ya evinizdə qonaq edəcəyiniz şəxsin bütün detallarını ətraflı yoxlaya bilərsiniz. Qonaq qalarkən çox təvsiyyə olunan odur ki, profil sahibinə çoxlu MÜSBƏT rəylər yazılmış olsun. Çoxlu deyərkən, nəzərdə tutduğum ən azı 3 və ya 4 müsbət rəydir. Profil sahibini tam əhatəli araşdırın, sonucda tanıyıb, bilmədiyiniz adamın evində qonaq qalacaqsınız.

[caption id="attachment_596" align="aligncenter" width="551"]img_0663 Maraqlı Couchsurfing məkanlarından biri[/caption]

Digər bir araşdırmalı olduğunuz məsələ isə ev sahibin sizi hansı formada qonaqlayacağıdır. Ev sahibinin imkanları daxilində bu ayrıca otaq, ayrıca yataq/divan və ya yataq kisəsi (sleeping bag) ola bilər. Ona görə də məsləhətdir ki, öncədən ev sahibinin profilini əməllicə ələk vələk edəsiniz ???? Sonradan ürəyinizə yatan ev sahib(lər)inə sizi filan tarixlərdə qonaq edib edə bilməyəcəyi haqqında sorğu göndərirsiniz, o sizi qəbul etdikdən sonra qalmaq yeriniz hazırdır.

Couchsurfingin digər bir funksiyası isə yerli əhali ilə görüşməkdir. Məsələn tutaq ki, getmisiniz Berlinə və hara gedəcəyinizi, nələri görəcəyinizi bilmirsiniz. O zaman Couchsurfingdə axtarış edib yalnızca görüşmək istəyənləri seçirsiniz və həmin adamlara sorğu göndərirsiniz tarixləri müəyyənləşdirib şəhərdə bir yerdə görüşürsünüz və həmin adam sizə şəhəri gəzdirir.

[caption id="attachment_597" align="aligncenter" width="551"]018 Couchsurferin sleeping bagi ????[/caption]

Təbii ki, hamımız azərbaycanlıyıq, elə mənim də ağlıma gələn ilk sual bu oldu: “Sizi evində pulsuz qonaqlayan adamın xeyri nədir bu işdə?” ???? Bu işdə heç bir maddi maraq yoxdur, güdülən yeganə maraq mənəvi xeyirdir. İnsanlar başqa ölkədən, başqa mədəniyyətdən gələn adamları öz evlərində qonaqlayaraq onların ölkəsi, mədəniyyəti və ya mətbəxi haqqında məlumat əldə edirlər. Sırf bu işdən zövq alırlar desəm yanılmaram yəqin. Sonda Couchsurfingdən istifadə edəcəksinizsə evində qalacağınız adama qaldığınız ölkədən kiçik bir hədiyyə aparmağınız sizi daha xoşagəlimli edər. Bahalı olması vacib deyil bu 2-3 manatlıq hansısa bir şokolad və ya şirniyyat da ola bilər. Və təbii ki, qaldığınız evin sahibinə yemək bişirməkdə və ya qabları yumaqda ən azı özünüzdən sonra işlətdiklərinizi təmizləməkdə yardım etmək artıq sizin “öhdəliyinizə” çevrilir.

Bununla da bu yazımın da sonuna gəldik. Ümid edirəm ki, faydalı ola bildim. Vaxtınızı sərf edib, oxuduğunuz üçün təşəkkürlər!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

 

DİGƏR BLOQLAR

Kutaisiyə getməyin yolları

Bu il WizzAir Kutaisi aeroportunda Avropanın 19 şəhəhərinə birbaşa reyslər edəcək. Reyslərin qiymətinin əlverişli və birbaşa olması Azərbaycan vətəndaşlarını bu aeroportdan uçmağa sövq edir. Məndən ən çox soruşulan suallardan biri də Kutaisiaeroportuna getməyin yollarıdır. Bu dəfə sizə Bakıdan Kutaisi aeroportuna getməyin ucuz və qısa yolları haqqında danışacam. Hər şeydən əvvəl uçuşun vaxtına nəzər yetirmək lazımdır. Mən uçuşları iki yerə bölürəm, günorta 13:00-a qədər olan və 13:00-dan sonra olan uçuşlar.Düşünürəm ki, o bloqun “Qatar/Taksi” hissəsi sizə çox lazım olacaq.13:00-A QƏDƏR OLAN UÇUŞLARBu halda tövsiyyə edirəm ki, uçuş günündən 1 gün əvvəl Tiflisdə olasınız. Misal üçün, uçuşunuz 11 fevral saat 11:00-dırsa 10 fevralda artıq Tiflisdə olmalısınız. Georgianbus şirkəti hər uçuş üçün Tiflisdən Kutaisi aeroportuna birbaşa transfer təşkil edir, 20 laridir. Adətən uçuş saatından 6-7 saat öncə Tiflisdən çıxır avtobusları. Səfər təxmini 4 saat çəkir. Biletləri www.georgianbus.com saytından ala bilərsiniz. Avtobusa minik Liberty metrosunun yanındakı Puşkin parkındandır, bu linkdə dəqiq yeri görə bilərsiniz: https://goo.gl/maps/tPyrT2pabdq . Uçuşunuz səhər saat 6-7 arasıdırsa və 5 lari qənaət eləmək istəyirsinizdə öncəki gün gecə ən geci 23:00-da Didube metrostansiyasında yerləşən regional avtovağzaldan Batumiyə edən avtobuslarla da Kutaisi aeroportuna gedə bilərsiniz. Amma sürücüyə mütləq deyin ki, aeroportda düşəcəksiniz. Gedişhaqqı 15 lari olacaq.13:00-DAN SONRA OLAN UÇUŞLARBu halda Tiflisdə uçuş günü səhər tezdən olmağınız lazımdır. Uçuşdan ən geci 6 saat öncə Kutaisi aeroportuna gedəcəyiniz avtobus yola düşməlidir. Uyğun olaraq GeorgianBusdan və ya regional (Didube) avtovağzaldan istifadə edə bilərsiniz.GeorgianBus avtobuslarının çıxmağına 20-30 dəqiqə qalmış avtobusun yanında olsanız yaxşı olar, çünki biletdə yer göstərilmir və gec gəldiyinizdə yeni avtobusu əlavə yarım saat gözləməli olacaqsınız.KUTAİSİ-BAKIKutaisi aeroportundan Tiflisə yalnız GeorgianBus-la getmək olar. Tiflisdən isə Bakıya ya axşam çıxan qatarla, ya da vağzalın qabağından avtobusla Qırmızı Körpüyə ordan da ya taksi, ya da avtobusla gedə bilərsiniz.Tiflisdən Kutaisi aeroportuna qatar reysi hələ ki yoxdur. Kutaisi şəhərinə gedən qatar isə uyğun vaxtda getmir. Paylaşdı: Azər İsmayıl

1100 dəfə oxunub

Niyə təyyarələr əsasən ağ rəngdədir?

Təyyarələrin ağ rəngdə olmasının 5 səbəbi:Belə bir test edək. Portağılın rəngi nə rəngdir? Narıncı. Bəs Təyyarənin? Çoxunuz ağ rəng deyəcək. Bilirəm bəziləri də deyəcək ki, ağ rəngdən də başqa rəngdə olur. Məs S7-nin əsas hissəsi yaşıl və WizzAir- in isə bənövşəyi rəngdədir. Bəs niyə görə bu qədər hava yolları ağ rəngə üstünlük verir. Gəlin səbəblərinə baxaq:1)İnsanların ağ rəngə yay aylarında üstünlük verməsinin səbəbi günəş işığını özündən əks etdirməsidir. Təyyarə istehsalçıları da bu prinsipi əsas tutaraq təyyarəni sərin saxlamaq üçün bu rəngə üstünlük verirlər. Bundan əlavə ağ rəng günəş şüaları radiasiyasını minimuma endirir. Təyyarələrin bütün hissəsi metaldan ibarət deyildir. Bəzi hissələri plastik, karbon-fiber və fiber-glass-dan istifadə olunur. Günəş şüalarına ən çox məruz qalan hissə də elə bu hissələrdir. Ona görə də qızğın günəşdən ən çox qorunması lazım olan yerlər. təyyarənin burun və kontrol hissələri daxil olmaqla ağ rəngdə olmalıdır.2)Henri Ford dövrünün məşhur biznesmenlərindən olub belə bir söz demişdir. İstənilən müştəri qara rəngdə olduğu müddətdə istədiyi rəngə boyanmış bir maşına sahib ola bilər. OK, bildim bir az qarışıq oldu. Qısaca demək istəyir ki, ən dəbli maşınlar qaradır. Bu sözü ilə maşın industriyasında inqilaba səbəb oldu və bugün ən çox sürülən maşınlar qara rəngdir. Amma bunu deməkdə əsas məqsəd qara rəngli maşınların istehsalının daha ucuz başa gəlməsidir. Təyyarələrdə isə ağ rəng daha ucuz başa gəlir. Əlavə rənglərdən istifadə ekstra 50,000$-dan 200,000$-a qədər xərcə başa gələ bilər.3)Digər rənglərdən istifadə təyyarənin ağırlığına 450 KG-dan əlavə çəki əlavə edir və təyyarə ağırlaşır. Daha çox ağırlıq daha çox yanacaq sərfiyyatı deməkdir.4)Əlavə rəngin gətirdiyi ağırlıq ,yanacaq sərfiyyatı və bahalı olması onu gələcəkdə satmaq üçün ciddi problem yaradır. Çünki siz daha ucuza daha az yanacaq sərfiyyatı istifadə edən eyni keyfiyyətdə məhsulu ala bilərsiniz. Niyə əlavə pul ödəyəsiniz ki. Əgər gələcəkdə bir müddətdən sonra satılmağı düşünülürsə bu məqamlar düşünülməlidir.5) Təyyarənin üzərində olan cızıq və ya xəsarət ağ rəngdə daha tez nəzərə çarpır. Hətta təyyarə qəza uğrayıb dənizə və ya okeana düşsə xilasedicilər yerini tez aşkar edib kömək edə bilirlər.Bu məlumatlarım sizə uçuş zamanı necə kömək edəcəyi barəsində bir fikrim yoxdur. Amma əminliklə deyə bilərəm ki, siz bu məlumatları bilən tək-tük sərnişinlərdən biri olacaqsınız????P.S. Şəkildəki dünyanın ən böyük sərnişin təyyarəsi Emirates-in "Airbus A380plus" modelidir. 2 mərtəbəli olub maksimum 853 nəfər sərnişin daşıya bilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlan Jabrayilov

2327 dəfə oxunub

Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə, təhlükəsizliklə bağlı suallar da gətirdi. Ucuz ətin şorbası misalını əsas tutaraq hamının başında bir sual meydana çıxdı, loukosterlər nə dərəcədə təhlükəsizdir?!Çox rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm amma dünyada loukost hava yolları bazarı haqqında bir az məlumat vermək üçün, bəzi rəqəmləri paylaşacam. 2015-cı ildə dünyada olan bütün uçuşları 28, Şimali Amerikada 30, Avropada 26,  Cənub-Şərqi Asiyada isə 54 faizini loukost hava yolları şirkətləri yerinə yetirib. Rəqəmlərin hər il daha da artacağı təxmin edilir. Rəqəmlərə baxdıqda loukoster bazarının kifayət qədər iri olduğunu görmək olar.Ümumiyyətlə aviyasiya mütəxəssisləri deyir ki, loukosterlərin belə ucuz olmasının səbəbi qətiyyən təhlükəsizlik tədbirlərindən qənaət etməsi ilə bağlı deyil. Xüsusilə də Avropa və Amerikada, uçuşlara nəzarət təşkilatları heç bir halda hava yolları şirkətlərinə standartlardan kənar çıxmağa icazə vermirlər. Bəs onda loukosterlərin ucuz olmasının səbəbi nədir?! Qiymətin belə ucuz olmasının səbəbi şirkətlərin müştəri xidmətləri və təyyarədə verilən xidmətlərə qənaət etməsi, otutacaqların sayını bir az artıraraq, çox sərnişin daşıması kimi faktorlardır.Loukoster hava yolların ilə bağlı bəzi önəmli məqamları sizinlə bölüşmək istəyirəm:Loukosterlərə təyyarənin bir yerdə dayanması sərf etmədiyindən (çünki parking üçün ödənniş edilir), şirkətlər çalışırlar ki, təyyarələri bir yerdə dayanmasın, daimi hərəkətdə olsun. Ona görə də loukosterlər, xüsusilə də Avropa və Amerikada hər zaman çalışırlar ki, “qarajları” cavan qalsın. Təyyarələr yeni olduqda, onun baxımı üçün çox pul tələb olunmur və tez-tez xarab olub, şirkəti yarı yolda qoymur. Məsələn, planespotters.net saytına görə Avropadakı loukosterlərdən WizzAirin təyyarələrinin orta yaşı 4.5, RyanAirin 6.5, Easyjetin isə 6.9 ildir. Full xidmət verən, Türk hava yollarının təyyarələrinin orta yaşı 6.5, Almaniyanın Lufthansa hava yollarının 10.5, Air Francen təyyarələrinin orta yaşı isə 12.5 ildir. Yəni bu statistikadan da göründüyü kimi, loukosterlər heç də işlənmiş, köhnə təyyarələri istifadə etmirlər.Avropa və Amerikada baş verən ən dəhşətli 20 təyyarə qəzasından sadəcə 2i (Avropada və Amerikada, hər birində 1 qəza) loukoster hava yollarının adıyla bağlıdır. Asiyada qaydalar bir az yumşaq olduğundan, Asiyanın çox qəza edən şirkətlərindən bəzilərinə (İndoneziyanın Lion Air şirkəti kimi) Avropa Birliyi ərazisinə uçuş etmək qadağan olunub.Təyyarənin qəza etməsi səbəbi, onun loukoster və ya full service olmağından çox, haradan-haraya uçmasındadır. Məsələn Amerikada hər milyon uçuşdan 0.2, Avropada 0.24, MDB-də (keçmiş sovetlər) 2.74 və Afrikada isə 6.83-ü qəza edir. Xüsusilə Avropada loukoster və full service hava yolları üçün təhlükəsizlik qaydaları birə-bir eynidir.Bunu demək bir az, gülməli səsələnə bilər amma loukosterlər qəza olmaması üçün full service şirkətlərdən daha çox çalışırlar. Hər zaman təhlükəsizliyə standartlardan da çox əməl etməyə çalışırlar. Çünki, hər hansısa bir qəza olsa, loukosterlərin məhv olan imiclərini bərpa etmək üçün elə də çox pulları yoxdur. Bu qədər faktdan sonra inanıram ki, loukosterlə uçmaq təhlükəlidir, ordan-burdan ucuz, yaşı keçmiş təyyarələr söhbətləri olmayacaq. Mən şəxsən artıq 3cü ildir, sevə-sevə loukosterlərin xidmətindən istifadə edirəm, sizə də məsləhət görürəm ????.

579 dəfə oxunub

Yeni başlayanlara gəzəyən məsləhəti

19Bu dəfəki postda da gəzməyə həvəsi olub, büdcəsi və ya məlumatı az olan, xarici dil biliyi zəif olan, bir sözlə yeni başlayan gəzəyənlər üçün faydalı ola biləcək fikirlərimi, köməkçi proqramları və s. paylaşıram. Əvvəla onu deyim ki, sonuncu səfərim zamanı 09-21 noyabr tarixində viza və digər xərclər (biletlər, yemək, qalmaq və s.) daxil 450 euro büdcə ilə Avropanın 4 ölkəsinin, 7 şəhərini (Vyana, Barselona, Valensiya, Pisa, Florensiya, Roma, Budapeşt) gəzdim. Qrupda bundan da az büdcə ilə səyahət edən yoldaşların postlarını tapa bilərdsiniz. Az büdcə ilə səyahət heç də parklarda yatmaq və ya ac qalmaq demək deyil, düzgün araşdırma və planlaşdırmanın nəticəsidir. Misal üçün onu deyim ki, son səfərimdən artıq çəki ilə qayıtmışam ???? Baxmayaraq ki, getdiyim şəhərlərdə aeroport – şəhər mərkəzi nəqliyyatlarından başqa heç bir şəhərdaxili nəqliyyatdan (metro, tramvat, avtobus və s.) istifadə etmədim. Şəhərin ruhunu hiss etmək üçün onu piyada gəzmək şərtdir)Digər xərclər isə (şəhərdaxili turlar, ödənişli istarahət obyekləri, konsertlər və s.) subyektiv olaraq dəyişir.Əvvəldə dediyim kimi, bu postda yeni başlayanlar üçün faydalı hesab etdiyim məlumatlar (mobil tətbiqlar, saytlar, əlavə avadanlıqlar) paylaşacam. Gəzdiyim şəhərlərin görməli yerləri barədə isə qrupda xeyli məlumat var ???? Əgər aşağıda qeyd etdiyim şərtlərə əməl etsəniz, göstərdiyim app ları yükləyib, məşq etsəniz rahat şəkildə səyahətinizi planlaşdırıb gedib gəzə bilərsiniz.Ehtiyat tədbirlər.Mütləq xarici pasportunuzun və vizanızın şəklini çəkib google drive a əlavə edin, ən asandı isə facebookda bir dostunuza göndərin. Əlavə surətini də çıxarıb çantanıza atın.Mümkün qədər az paltar götürməyə çalışın, inanın, apardığınız paltarlardan heç istifadə etmədikləriniz çox olacaq. Özünüzlə mütləq çəkələk götürün.Mütləq powerbank aparın. Mən istifadə etdiyim 20000 mAh la Xiaomi Power Bank 2C Bakıda saytında 45-50 manata tapa bilərsiniz. (http://prntscr.com/q62mbe)Müəyyən miqdarda nəğd pul götürün, ancaq çalışın ki, ödənişlərinizi plastik kartla edəsiniz, yoxunuzdursa mütləq alın (Mən Unibankın albalı plus debet kartından istifadə edirəm). Bu zaman həm pul itirmək qorxusu az olur, həm də başınız qəpiklərə qarışmır. Ehtiyyat kimi kartın arxasındakı 3 rəqəmi əzbərləyib, silin. Yaxşı olar ki, app ı yazıb kartı itirdiyiniz təqdirdə deaktiv edəsiniz. Həmçinin, səfirliyə sənəd təqdim edəndə artıq kartınızın son aylardakı çıxarışını da göstərə bilirsiniz. ( http://prntscr.com/q63k3w )Özünüzlə əlavə kiçik həcmli çanta götürün, hosteldə yerləşdikdən sonra su, powerbank, fotoaparat kimi əşyalarınızı içərisinə qoyub şəhəri gəzə bilərsiniz.Təyyarə biletiAvropaya təyyarə ilə ucuz qiymətə bilet almaq üçün 3 variantınız var. 1) Bakı – Budapeşt - Bakı reysi həftədə 2 dəfə, 2) Tiflis-Milan reysi həftədə 4 dəfə, 3) Kutaisi – Avropanın Almaniya, Fransa, İtalya daxil olmaqla 19 ölkəsinə reyslər mövcuddur. Avropadaxili uçuşlarda isə bu və ya digər low costların xidmətindən yararlana bilərsiniz. Bu reysləri Macarısatanın WizzAir və İrlandiyanın Ryanair şirkətləri həyata keçirir. Kutaisiyə və Tiflisə necə getmək barədə qrupda xeyli məlumat var.Otel, Hostel, qonaq evləriYeni başlayan gəzəyən kimi sizə məsləhət görərəm airbnb, couchsurfing kimi saytlardan uzaq olub fikrinizi booking.com da cəmləyəsiniz. Bu halda sizin qapıda qalmaq, qarışıq ünvan axtarmaq kimi problemləriniz olmayacaq. ( http://prntscr.com/q63f1t ) Hostel bron edərkən mətbəxdan istifadə imkanın olub olmadığına fikir verin. Reytinqsiz və ya reytinqi aşağı olan yerləri bron etməyin. Qeyd edim ki, hostellər otellərdən daha maraqlı olur, müxtəlif yerlərdən olan insanlarla maraqlı söhbətlər edə bilirsən. Hosteldə qalmaqdan çəkinən xanımlar üçün onu deyim ki, yalnız xanımların xidmətində olan otaqlar da mövcuddur. ( http://prntscr.com/q63g8g )YeməkAvropada restoran xidməti çox bahadır, lakin siz ərzağı marketdən alıb özünüz hazırlasanız sizə normal qiymətə başa gələr. Bir şey də var ki, getdiyin ölkənin milli yeməklərindən dadmasan olmur. Ona görə dəməsləhət görərəm 2 gün qalacağınız bir şəhərdə 1 və 2 dəfə milli yeməklər üzrə tanınmış bir restoranında nahar edin. Bunun üçün tripadvisor proqramı sizə kömək olacaq. Özünüz üçün buterbrod hazırlayıb çantanıza atın ki, şəhəri gəzəndə acsanız bir də hostelə qayıtmalı olmayasınız.Şəhərlərarası nəqliyyatAvropada şəhərlərarası nəqliyyat üçün bir neçə seçim var (qatar, avtobus, gəmi). Biletləri bir neçə gün əvvəl online şəkildə şirkətlərin app dan istifadə etməklə və ya web üzərindən ala bilərsniz (Flixbus, Regiojet və s.)Şəhərdaxili nəqliyyatŞəhərdaxili nəqliyyat üçün bir neçə gedişlik və ya 24, 48, 72 və s. saatlıq güzəştli və bir çox nəqliyyat növlərində keçərli olan biletlər mövcuddur. Mən yalnız piyada gəzdiyim üçün onların heç birindən istifadə etmirəm. Əldə etmək istəsəniz biletləri terminallardan ala bilərsiniz. Marşurut xəttlərini isə Google map ilə dəqiqləşdirə bilərsiniz. ( http://prntscr.com/q63qjq )Application və saytlarlarÇalışıb mümkün qədər az, ancaq kifayət edəcək app lar qeyd edəcəm. Çalışın, yüklədiyiniz bütün app larda bir gmail ilə qeydiyatdan keçəsiniz.1) Google search – bir gəzəyənin səyahət planlaşdırmasının yarısı mütləq axtarış aparmaqla keçməlidir, gedəcəyiniz yerlər, marşurutlar, hava proqnozları və s. bütün informasiyanı google da axtarıb tapa bilərsiniz.2) Google maps və Maps.me Bu iki proqram sizə tanımadığınız şəhərlərdə istədiyiniz yerlərə getməkdə kömeklik edəcək. Hər iki xəritə offline şəkildə işləyə bilir. Yalnız telefonun gps ni açmaq kifayətdir. Otelinizin yerini, gedəcəyiniz məkanları əvvəlvədən xəritədə qeyd edin.(http://prntscr.com/q636j9 )3) Skyscanner.com – bu axtarış sistemi çoxlarına məlumdur. Bir daha qeyd etmək istəyirəm ki, bu sayt bilet satmır, bilet satan kompaniyaları müqaisə üçün bir yerdə cəmləşdirir. Seçim etdikdən sonra əsas sayta yönəldir. Yaxşı olar ki, bu saytı web üzərindən istifadə edəsiniz. App versiyası çox da xoşuma gəlmir. Dəqiq qiyməti əsas sayta keçid edəndən sonra alacaqsınız. ( http://prntscr.com/q62ua4 )4) Omio – Bu app vasitəsilə siz Avropada şəhərlarası nəqliyyat vasitələrinin qiymətinə baxa və seçim edə bilərsiniz. Eynilə skyscanner kimi bu app da nəqliyyat xidmətlərini yerinə yetirən şirkətlərin xidmətləri haqqında məlumatları özündə cəmləşdirir. (http://prntscr.com/q62xm6)5) Rome2rio – Ola bilər ki, hər hansı məkana çatmaq üçün bir necə nəqliyyat vasitəsi dəyişmək lazım olacaq. O halda bu app sizə kömək edəcək və qatar, metro, avtobus kimi nəqliyyat vasitələrindən istifadə etməklə bir neçə variant təklif edəcək. Bu funksiya Google mapda da var. ( http://prntscr.com/q63089)6) Blablacar – Avropada şəhərlərarası transfer üçün geniş istifadə olunur. Əgər siz bir neçə gün əvvəldən avtobus bileti almamısınızsa və sabaha olan bilet qiymətləri büdcənizə uyğun deyilsə onda bu proqramdan istifadə edib, eyni yolu daha tez və nisbətən ucuz qiymətə gedə bilərsniz.7) TripAdviser – Bu proqram vasitəsilə səyahətlə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiniz. Gəzməli yerlər, dadlı yeməklər verilən kafe və restoranlar, qarşılaşdığınız çətinliklər və digər sizi düşündürən suallarla bağlı digər gəzəyənlərin yazılarına baxıb, nəticə çıxara bilərsiniz. ( http://prntscr.com/q632fg )8) Gəzəyənlər – hazırda 43 min istifadəcisi olan Gəzəyənlər qrupu özü böyük bir informasiya deposudur. Axtardığınız məlumatı axtarış yerinə yazmaqla daha yaxşı başa düşəcəyiniz həmvətənləriminiz mövzu ilə bağlı post və şərhlərindən görə bilərsiniz. ( http://prntscr.com/q62t4v )9) Facebook – Getdiyiniz şəhərdə olan eventlərdən (canlı musiqi, konsert, tədbir, trainig və s.) xəbərdar olmaq üçün facebook un event bölməsindanistifadə edə bilərsiniz. (http://prntscr.com/q62s9y )Postun əvvəlində çox məlumat yerləşdirmək istəsəm də, yazdıqca həcminin çox olduğunu görüb qısatmaq qərarına gəldim. Əgər istifadəçilər tərəfindən faydalı post kimi qarşılanarsa, göstərdiyim məlumatları və app ları daha geniş, istifadə qaydalarını izah edən post yazaram. Ancaq belə düşünürəm ki, bu məlumatlardan istiqamət götürüb özünüz araşdırma etsəniz daha çox və faydalı informasiya əldə etmiş olarsınız.Edit: Sona qədər oxudunuzsa və nəsə bir sual yarandısa şərh yerinə yazıb soruşa bilərsiniz. Mən və ya başqa məlumatı olan yoldaşlar köməklik edərik :-) Uğurlar hamınıza...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Azer Hasanov

850 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!