2931 dəfə oxunub

Bir gəzəyənin İzmir səyahəti

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

İzmir səyahəti…

Hava limanından şəhər mərkəzinə necə getmək lazımdır ?

Hava limanından çıxdıqdan sonra yaxınlıqda İzban (yer üstü hərəkət edən tramvay) stansiyası var. Həmin stansiyanın girişində İzmirim Kart satılır. 3 gedişlik 16 tl-yə ala bilərsiniz. Bu kart vasitəsi ilə Metro, İzban, Vapur (gəmi) və Avtobuslardan istifadə edə bilərsiniz. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediş haqqı 3 lira təşkil edir. Azərbaycanda 50-100 tl alıb sonra gedin İzmirə. Çünki hava limanında dolları ucuz dəyişirlər. Karta balans yükləmək üçün hər stansiyanın girişində yükləmə qurğuları var. Kartı yaxınlaşdırıb pulu daxil edirsiniz. İzbandan başqa bütün nəqliyyat vasitələrində ilk 90 dəqiqə ərzində kartdan 2-ci dəfə istifadə etsəniz gediş bir dəfə pulsuz olacaq. Məsələn bir kartla iki nəfər keçərsə 2-ci sərnişin pulsuz keçəcək. Getməzdən əvvəl google-dan izban və metro (raylı sistemler) xəritəsini telefonunuzda saxlamağı məsləhət görərdim. Beləliklə hansı stansiyada enməli olduğunuzu daha dəqiq biləcəksiniz. Metro və İzbanlarda monitorlar var və hər stansiya anons edilir. Hamısında kondisioner işləyir. Taxi-lər olduqca baha qiymətə olduğundan bu yöntəm sizin üçün sərfəli olacaqdır.

Nömrə əldə etmək.

Nömrə əldə etmək üçün Türk telekom və ya Turkcell nümayəndəliklərindən birinə müraciət edib pasportunuzu təqdim etməklə nömrə ala bilərsiniz. Lakin diqqət edin ki, şənbə və bazar günləri nömrələrdə əməliyyat aparmaq mümkün olmur. İstirahət günləri yalnız online ödəniş etmək mümkündür. İnternet paketi aldıqdan sonra gedəcəyiniz yerlərə sizi Google Map tətbiqi aparacaq.

Otel

Oteli Konak və ya Çankayada tuta bilərsiniz. Bu yerlər şəhərin mərkəzi sayılır. Kordon-a (sahil) yerimə məsafəsindədir. Sizə Konakda, Gazi Bulvarında, 9 eylül meydanının yaxınlığında yerləşən Efehan Otel-i məsləhət görərdim. Booking.com-dan otelə nəzər yetirə bilərsiniz. Mərkəz bir küçədə yerləşir. Pəncərə açıq olduqda avtomobil səsləri gəlir amma pəncərə bağlı olduqda (kondisioner işləyəcək yəqin ki) səs yoxdur. Təmiz və hər şəraiti olan bir oteldir.

69034217_1636657409800938_7738092287707578368_n

Mağazalar

Böyük mağazalar yoxdur İzmirdə kiçik mağazalardır amma axtardığınız hər şey var. Ən çox da Migros Jet. Burada axşam 22.00-dan sonra spritli içki satışı qadağandır.

Restoranlar və yeməklər

Restoran seçimləri sahil boyu uzanan yolda, yəni Kordonda yol boyu davam edir. Balıq, fast-food, şirniyyat kafeləri, pub-lar. Fast food kafelərdə çox zaman yemək və içki 20 tl-ni keçmir. Xüsusi ilə Kordonda Kumrucu Şevki deyilən yerdə İzmirə xas olan fast food “Kumru”nu yeyin. Restoranlarda xidmət yüksək səviyyədədir. Bir kofe içəndə belə saatlarla otura bilərsiniz.

fastfoodkumru

Alış-veriş

Alış veriş üçün Kıbrıs Şehitleri Caddesi-nə gedə bilərsiniz. Bura da mərkəzdədir. Koton, Mavi, LC Waikiki kimi tanıdığımız mağazalar və digər dünya markaları bu yerdə mövcuddur. Burada qiymətlər Azərbaycan manatı ilə müqayisədə ucuz olsa da daha ucuz yer istəsəniz Saat Kulesinin yaxınlığında De Facto, Flo mağazaları var. Əgər daha da ucuzunu istəsəniz həmin küçədə Kemeraltı Çarşısı var. Bu bazarda hər şey satılır. Ədviyyat, yorğan-döşək, paltar, çantalar, şirniyyat və sairə.

Alış-veriş üçün başqa bir seçənək olaraq Karşıyakada "Mavişehir" deyilən yerə gedə bilərsiniz.

İzmir

İzmirin özündə Basmane deyilən bölgədə Agora açıq hava tarixi müzeyinə baş çəkə bilərsiniz. Giriş 12 tl təşkil edir.

Tarihi Asasör-ə çıxıb şəhər mənzərəsi izləmək pulsuzdur. Oraya gedən yolda olduqca yorucu pilləkənlər var. Amma şəhərin mənzərəsini izləyərək enib çıxırsınız.

tarihi asansr

Fuar kütlür park Konakda yerləşir. Demək olar ki şəhərin mərkəzidir. Böyük bir parkdır. İçində Lunapark da mövcuddur. Bütün ekstrim atraksiyonları burada tapa bilərsiniz.

İzmirdə saat kulesi təmirdə olduğu üçün tam yaxınlaşa bilmirsiniz. Deyilənə görə sentyabrda açılacaq.

Karşıyaka deyilən yer İzmirin dəniz yolu ilə daha tez gedilən bir digər tərəfidir. Burada Bostanlıya gedib günəşin batışını izləmək üçün xüsusi yaya köprüsü deyilən yerdə mənzərəni izləyə bilərsiniz, lakin burada hərdən dənizdən kanalizasiya qoxusu gəlir. Karşıyaka İzmirin digər tərəfinə bənzəmir daha fərqli bir abu havası var.

Alsancak-da Sevgi Yolu deyilən bir yer var. Sevgi yolu sağı və solu sıra-sıra palma ağaclarından ibarət olan çox gözəl bir küçədir. Burada kitab və bəzək əşyaları satılır. İstəyə uyğun bəzək əşyası istəsəniz həmin yerdə Bülent adında bir kişi var. Çox yaxşı insandır. O sizə ən sərfəli qiymətə istədiyiniz şeyi düzəldib verəcək.

Axşam saatlarında kordonda günün batışı möhtəşəm bir mənzərə yaradır. Hər axşam. Bütün restoranlar dolur, insanlar sahil boyu yaşıllıqlarda uzanır, söhbət edir, mahnılar oxuyurlar.

arsancak vapur iskelesi
Avtovağzal

Çankaya və ya Konakdan 302 nömrəli avtobus sizi bir başa Avtovağzala (Otogar) aparacaq. Burada yuxarı mərtəbədə şəhərlar arası avtobuslar, aşağıda isə İzmir içi avtobuslar hərəkət edir. Hər şirkətin öz bilet satış pəncərəsi var və qabağında hansı yönə hərəkət etdiyi yazılıb. Sizə Kamil Koç avtobus şirkətini məsləhət görərdim. Avtobuslar səhər saatlarından gecə yarılarına qədər işləyirlər. Əgər bileti online almaq istəsəniz “obilet” tətbiqini yükləyib ala bilərsiniz amma bu zaman biletləri 3-4 tl baha alacaqsınız.

Çeşme-Alaçatı-Ilıca

İzmirə bağlı olan Çeşme-də Ilıca deyilən bir çimərlik var. İzmirin ən məşhur və ən təmiz çimərliyidir. Buradaki çimərlik, qum, dəniz hətda Miami ilə müqayisə olunur. Su təmizdir, çimərlik isə pulsuzdur. Sadəcə günəşlənmək üçün xüsusi yer istəsəniz 1 yer üçün 40 tl ödəməli olacaqsınız. Çeşme kiçik bir yerdir. Bir məkrəzdən ibarətdir bir də Yat Limanı-Marina-dan. Buraya da getməyi unutmayın. Çox gözəl mənzərəsi var. Çeşme-dən sonra Ayayorgi deyilən sahil kənarı var. Burada Tren Beach Club-da gedə bilərsiniz. Burada hər gün Türkiyənin ən məşhur müğənniləri ilə qumsalda party keçirilir. Giriş 80tl təşkil edir.

Efes – Selçuk

Avtovağzaldan Selçuk-a gedən mikro avtobuslar var. 7-8 tl ilə Selçuk avtovağzalına gedirsiniz. Oradan Efes müzeyinə hərəkət edən mikro avtobuslara minib davam edə bilərsiniz. Dünyanın ən böyük açıq hava müzeyi olan Efes-də qədim Yunan-Roma mədəniyyətinin və memarlığının qalıntıları ilə tanış ola bilərsiniz. Efes-ə bilet almaq üçün biraz növbədə gözləyəcəksiniz. Bilet 72 tl təşkil edir. Nəzərinizə çatdırım ki, yay vaxtlarında dəhşətli dərəcədə isti olur və kölgə yoxdur. Müzeyin içərisində su və limonadlar çox baha qiymətə satılır. Məsləhət olardı ki, suyunuzu əvvəlcədən mağazadan alasınız.

efes

Kuşadası – Aydın

Kuşadası İzmirə bağlı deyil. Ada Aydın şəhərinə bağlı, kristal təmizliyində sulara sahib olan möhtəşəm bir yerdir. İzmirdən cəmi 1 saat 15 dəqiqə uzaqlıqdadır. Avtobusla bir başa gediş haqqı 17 tl təşkil edir. İzmirdə avtovağzaldan yenə Kamil Koç avtobusları ilə bir başa Kuşadası avtovağzalına gedə bilərsiniz. Buradan Kuşadası sahilə-mərkəzə enmək çox asandır. Yenə google map sizə kömək edəcək. Burada Güvercin ada-ya getməlisiniz. Güvercin ada limanında 1 saatı 10 tl-lik gəmi turları təşkil olunur. Burada yat limanının da gözəl mənzərəsi var. Kuşadasının ən məşhur pulsuz çimərliyi isə “kadınar plajı” adını daşıyır. Lakin, burada hər kəs istədiyi yerdə dənizə girə bilir. Bütün çimərliklərdə əhali yuyunmaq üçün duşlar və əyin dəyişilən kabinlər mövcuddur, eləcə də pulsuzdur. Kuşadasında restoran qiymətləri İzmirə nisbətən cuzi də olsa ucuzdur.

kusadasi

Ümumi

İzmirə gəlmişkən 3 saat 15 dəqiqə uzaqlıqda olan Bodruma da getməyiniz məsləhət olardı. Bundan başqa Foça və Seferihisar deyilən ərazilər də görməyə dəyər yerlərdir. Əlavə olaraq Karaburun, Urla və Denizlidəki Pamukkaleyə də getməyiniz yaxşı olardı. İstəsəniz oteli İzmirdə tutub yuxarıda qeyd etdiyim yerlərə 1-2 günlük gedib Təkrar izmirə qayıda bilərsiniz. Çünki İzmirdə ucuz və yaxşı otel tapmaq daha asandır.

İzmirdə zibil qutusu azdır. Bunun səbəbi bələdiyyənin bomba təhlükəsinə görə qutuları azaltmasıdır. Bələdiyyə işciləri hər gün küçələri təmizlədiyindən küçələr çox təmizdir. Yerdə zibil görmək demək olar ki, mümkünsüzdür. Yolu keçəndə sürücülər çox səbrlidir. İnsanları səmimi və kömək edəndir. Orada qaldığım müddətdə pis bir insanla qarşılaşmadım.

İzmir ümumilikdə gözəlliklərlə dolu bir yerdir. Bunu orada keçirdiyiniz son gündə daha yaxşı başa düşəcəksiniz.

Əgər İzmir və ətrafına getmək istəyənlərin əlavə sualı olarsa, cavablandıra bilərəm.

Sonda isə qısa görüntülərdən hazırladığım video klipi izləyə bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Asaf Salahow

DİGƏR BLOQLAR

Ölü şəhər - Pripyat və Çernobıl bələdçisi

Çernobıl atom elektrik stansiyasında partlayış 1986 cı ilin Aprel ayının 26sı olub. AES əslində Çernobıl şəhərinin adını daşısa da, bu şəhərdən biraz aralıdadı. AES-ə ən yaxın şəhər isə Pripyatdır. Stansiya Pripyat şəhərində yerləşir. Şəkillərdə atılmış tərk edilmiş şəhər də məhz Pripyatdır.Əslində gəzinti üçün və ziyarət ediləcək bir yer kimi çox şübhə ilə yanaşırdım. Bu turu həyata keçirməyə məni dostum Rashad məcbur etdi, və qərara gəldik ki bu ərazini də səyahət siyahımıza salaq.Sentyabr ayının əvvəlində Ukrayna səfəri zamanı Kiyevdə olan tur şirkətlərinin birində online tur sifariş etdik. Tur adama 70-80 USD ətrafında oldu. Tur butun günü əhatə etdi. Turun detayları barədə birazdan məlumat verəcəm. Kiçik bir mikroavtobus bizi Kiyevdən üzü Çernobıl istiqamətinə apardı. Aramızda 2 Azərbaycanlı biz, 2 Alman, 2 Hollandiyalı, 2 Ukrainalı və bir necə başqa millətdən olan vətəndaşlar var idi.Tur rəhbəri daima yanımızda idi! Şüalanma zonasında əslinə qalsa elə bir təəccublü bir görünüş yox idi, əsas o idi ki bütün bunları şəkillərdə deyil artıq, öz gözlərinizlə görürsünüz. Səssizlik! Bəzi yerlərdə çarpıcıdı dərəcədə idi səssizlik. Sovet İttifaqı binalarının sənaye xarabalıqları vahimələndirirdi. Və vahimələndiyin an "oraya getmək olmaz" sözləri bir az narahatçılıq yaradırdı. Yaşıllıq inanılmaz dərəcədə çoxalıb. Ora ancaq ilin yaşıllıq olan dövründə getmək məsləhətdir. Tur gidi əslində qışda da maraqlı olduğunu bildirir, qar örtüyü ve s. Amma mən yayı üstün tuturam.Təsəvvür edin bizi futbol stadionuna apardılar. Və yolda meşələrin hündürlüyü 18-20 metr olan ağacların arasında saxladılar. Gid soruşur ki sizcə stadion hardadır? Biz isə ətrafda heç nə görmürük. Əslində isə stadionun düz üstündə idik. Stadionun ərazisi təmamilə meşə ilə örtülü idi.İl ərzində 47 773 turist qəbul edir Çernobıl.Çernobıl nüvə stansiyası dünya miqyasında tanınır. Stansiyanın dördüncü reaktorunda qəza nəticəsində baş verən hadisələr milyonlarla insanın həyatını dəyişdirib.RADİASİYA SƏVİYYƏSİ:Azmüddətli turlar üçün bu ərazidəki radiasiya təhlükəsizdir. Normal ərazilərdə (məs. Kiyevdə) radiasiya fonu 10-20 mikrorentgen/saat təşkil edir. 1 mkr 1 rentgenin millionda bir hissəsidir. 10-20 rentgen təsirsiz ötüşmür. 150 rentgen şüalanma xəstəliyi yaradır, 400 rentgen ölüm üçün kifayətdir.26 aprel 1986 cı ildə Pripyat şəhərində radiasiya 1 rentgen idi. 4-cü blok ətrafında bu 50-100 rentgenə çatırdı, amma reaktorun dağıntılarında şüalanma 10 000 rentgen idi.Pripyat və Çernobil ətrafında aparılan ölçülər 16-600 mikrorentgen arasında dəyişir.Müqayisə üçün xəstəxanalarda MRT olunan zaman 50 mikrorentgen/saat radiasiya alırıq.Tur təxminən aşağıdakı kimi idi:• 7:30-7:50 Kiyevdə qeydiyyatdan keçdik və 8:00 yola düşdük• Nəzarət BuraxlışMəntəqəsi (NBM) Dityatki - 30 km radiusda sərhədə çatdıq.• Çernobıl adı yazılan abidədə dayandıq.• Çernobıl şəhərinin içindən keçdik.• "Dünyanı xilas edənlər" Monumentində dayandıq. Bu abidəni ləğv etmə işlərində çalışan işçilər özləri hazırlayıb.• 1986-cı ildə Çernobıl qəzasına ləğv etmə işlərində iştirak edən avadanlıq və robotların modelləri ilə tanış olduq (радиоуправляемый самосвал Коматцу, робот-луноход СТР-1, робот МОБОТ-Ч, робот-разведчик MF-2, робот Белоярец, манипулятор Foresteri, машина дезактивации АРС-14, БТР-70, БРДМ-РХБ)• Çernobıl şəhərinin 3 nömrəli yanğın stansiyası (PPCH No. 17) - Çernobıl AES söndürmək üçün qəza gecəsinə gələn üçüncü briqada bu stansiyadan idi.• Pripyat çayı üzərindəki körpü üzərində müşahidə nöqtəsi - stansiyanın görünüşü və Çernobıl arxa hissəsi görünürdü• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Lelev - Hərəkət Zonasının 10 km sərhədi. Pasport və radiasiya nəzarətinin keçdik və reaktorlara yaxınlaşmağa başladıq• 19 saylı yeməkxanada nahar - Menyu AES personalı üçün terapevtik və profilaktik bəslənmə standartlarına uyğun idi• Pripyat şəhərinin yaxınlığında dayandıq - Qırmızı meşənin qalıqları bizə göstərildi.• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Pripyat - sənəd yoxlanışı, tərk edilmiş Pripyat şəhərinə giriş• Xalqların Dostluq Monumenti - Sovet İttifaqı dövründə sovet xalqı üçün olan abidədə şəkil çəkdirdik• Pripyat Xəstəxanası (MSCh-126) - 1986-cı ilin aprelində AES-in 4-cü enerji blokunda baş verən qəzada gecə saatlarında partlamanın ilk qurbanları gətirilən xəstəxana idi• Priyat çayının sahili və Pripyat kafesi• Şəhər Partiya icra komitəsi• Polesye Hotel, Dövlət Komissiyasının toplantılarının keçirildiyi yer• Universam – sovet dövrünün özünə xidmət supermarketi• Energetik – Şəhərin Mədəniyyət mərkəzi. Pripyat şəhərində konfrans salonu, kinoteatr, üzmə hovuzu, kitabxana, kinostudiya və radio studiyası da var idi.• Pripyat şəhərinin Əyləncə parkı - 1986-cı il mayın 1-də açılışı olmalı idi• Məktəb və 5-9 mərtəbəli fərdi yaşayış binalarını gəzdik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Jafarov

2264 dəfə oxunub

Sehirli aləm - Norveç bələdçisi

Norveç barəsində qeydlərim:Planlama edərkən əsas məqsəd gözəl və ensiz fyordları görmək, ən gözəl qatar səyahətlərindən biri hesab olunan Flam qatarından istifadə etmək, təbiət qoynunda olan çoxlu yürüyüş nöqtələrinə getmək (əsas Trolltunga) , Skandinav mədəniyyəti ilə tanış olmaq, Vikinglər kəndini ziyarət etmək, Şimal qütb işıqlarını görmək idi. Bir qədər araşdırmadan sonra www.norwaynutshell.com səyahət turu qabağıma çıxdı. Bu sizi ən gözəl fyordları görmək üçün qatar və ferry (bərə)-ləri bron edir. Onların etdikləri sadəcə ayrı-ayrı qatar, avtobus, ferry-ni sizin yerinizə bron etməkləridir. Bu biletlərin hər birini özünüz ayrılıqda almaqla həm daha çox qənaət etmiş olursuz, həm bir qatarı qaçırtmaqla bütün səyahət planınız məhv olmuş olmur (mən qaçırtdım və planım pozulmadı), həm də bu planlardan kənara çıxmalar etməklə səyahəti daha maraqlı etmək olur (Məsələn Flam-da bir neçə saat deyil, bir gecə qalmaq və orda şəlaləyə yürüyüş etmək olur, Vikinglər kəndinə getmək, daha şimala gedərək qütb işıqlarını görmək və s.) Qeyd edəcəm necə edə bilərsiz.1) Oslo paytaxt olduğundan ilk nöqtə olaraq bura gəlib səyahəti burdan başlamaq daha əlverişlidir 2) Oslo-Bergen qatarı istifadə etməklə Bergenə gəlib iki gecə qalmağı tövsiyə edirəm (sayt www.vy.no- bileti burdan almaq olur)3)Bergen-Myrdal və Myrdal-Flam ayrı-ayrılıqda qatar biletlərini almaq (www.vy.no) , ikinci qeyd etdiyim Myrdal-Flam turistik hesab olunur və ən gözəl qatar turlarından biri hesab olunur. 4) Flam-da bir gecə qalmağı tövsiyə edirəm, norwayinanutshell ilə edəndə isə sizə bu imkan təklif olunmur. 5) Səhəri günü Flam-Gudvangen ferry ilə (www.norwaysbest.com saytından almaq olar) Norveçin fyordları arasında ön gözəli və ensizi hesab olunan Nærøyfjord-u və digər fyordları gəzmiş olursuz.6) Gudvangen-də Vikinglər kəndinə gəlib oranı gəzib eyni gündə axşam Odda-a yola düşmək orda gecəni qalıb səhər Trolltungaya yürüşə başlamaq qayıdın gecəni yenə Odda-da qalıb yorğunluğu çıxarmaq7) Səyahət dövrü Sentyabr-Aprel arasıdırsa, daha da şimala, Tromso-ya gedərək qütb işıqlarını görmək (Bunun üçün yenidən Bergen-ə qayıdıb təyyarı ilə getmək daha ucuz və asadır)Daha ətraflı:Oslo: Əsas tövsiyə edəcəyim yerlər: Norveç Mədəniyyət Tarixi Muzeyi (mütləq gediləsi yerdir), Oslo Kitabxanası (ödənişsiz), Frognerpark (ödənişsiz), Viking gəmi muzeyi (Viking tarixi ilə maraqlanan şəxslər üçün maraqlıdır, mənə maraqlı gəldi), Nobel muzeyi (tapmaca şəklində qurulub, maraqlıdır) Digər görüləsi yerlər şəhərin mərkəzindədir, Opera binası, Kral sarayı və s. şərkəzi gəzdikcə görünür. Oslo Pass almaqla muzey və nəqliyyatdan ödənişsiz istifadə etmək olar, amma çox muzey gəzmək planı yoxdursa tövsiyə etmirəm, ondansa günlük nəqliyyat gedişi almaq daha sərfəlidir. Həm də Oslo Pass ilə bütün zonaların nəqliyyatı pulsuz deyil, məsələn hava limanı daxil deyil o zonaya. Yuxarda sadaladıqlarımı gəzmək mənə 3 gecəyə kifayət etdi. Bergen: Rəngarəng evlər, böyük balıq marketi, çoxlu yürüş nəqtləri və s. var. Funikulyordan istifadə edərək Fløyen-ə qalxıb ordan şəhəri görmək mütləq lazımdır, əla görüntü var. Funikulyor ilə çatdıqdan sonra müxtəlif hündürlüklərə yollar var və işarələr ilə getmək mümkündür. Tövsiyə olunan Ulriken-ə getməkdir. Qalmağa yer Bergen Budget Hostel-i tövsiyə edirəm. Münasib, təmiz və rahatdır. 2 gecə kifayət edir.Bergendən çəkdiyim video : https://youtu.be/ytRVrLejFvAMyrdal–Flåm qatarı: Hər iki tərəfdə gözəl mənəzərələr olsa da Myrdal- Flåm qatarında solda oturmağı daha çox tövsiyə edirəm. Qatar turistik olduğundan qədimi üslubda interyeri var. Bəzi yerlərdən yavaş kecir, şəlalə hissəsində fasilə üçün saxlayır və şəlalənin yanından meşəlikdən xalq musiqisi ilə rəqs edən qadın peyda olur. Onların mifologiyasına görə bu cazibədar meşə ruhudur və insanları yoldan çıxartmağa çalışır. Ehtiyatlı olun! Video: https://youtu.be/21s3y4VLj_AFlam: Dağların ətəyində olan kiçik və sakit bir şəhərdir, hətta şəhərə gün işığı düşsün deyə dağın başına güzgü də qoyulub. Burda bir gecə qalmaqla həm Şəlaləyə doğru qalxmağ və dincəlməy üçün tövsiyə edirəm. Qalmağa isə Brekke Gard Hostel Flåm-i məsləhət görürəm, təbiət qoynunda kiçik domiklərdə olan bir hosteldir. Video: https://youtu.be/XvkT1XLhVoUFlam-Gudvangen ferry marşurutu: Səyahət vaxtı güclü küləkli olduğunu nəzərə alaraq ona uyğun geyim gətirmək lazımdır. Vikinglər kəndinə baş çəkmək çox maraqlıdır. Xüsusən də, Vikings serialına baxıb bəyənmisizsə. İçəridə zaman çox maraqlı keçir, onların yaşam tərzini, nə ilə məşğul olduqlarını, döyüş alətlərini, toxuculuğda istifadə etdikləri metodları, qayıqları və s. görmək olar. Vikinglər kəndində çəkdiyim videoya burdan baxa bilərsiz: https://youtu.be/eZ_UmJswRssTrolltunga : Bura məşhur yürüyüş nöqtələrindən biridir. Bura ən yaxın qala biləcəyiniz yer Odda-dir. Daha münasib qalabiləcəyiniz ev: https://www.airbnb.com/rooms/33370470?guests=1&adults=1...Səhər tezdən (6-7) yürüşə başlamaq tövsiyə olunur. P2 parking dayanacağına qədər öz maşınınız yaxud avtobusla gəlib ordan P3 dayanacağına xüsusi mini-avtobusla gedə bilərsiz.Qəbzi özünüzdə saxlasaz qayıdışda endirim olacaq. Maşın kirayələmisizsə öncədən bron etməklə P3-də də park edə bilərsiz amma tövsiyə etmirəm yol çox meylli olduğundan hər maşın qalxmır, öz mini-avtobusları ilə daha təhlükəsiz və rahatdır (marşurut cədvəli ilə trolltunga.com-da tanış olmaq olar). Yol uzun olduğundan rahat yürüş ayaqqabısı, çərəzlər, və əgər varsa varsa yürüş çubuqları götürmək işinizi rahatladacaq. Yol boyu təbii bulaqlar olduğundan su qabınızı yolda doldura bilərsiz (qış ayı deyilsə). Ümumiyyətlə qış ayında getmək tövsiyə olunmur və İyunun əvvəlindən Sentyabrın sonuna qədər bələdçisiz gedə bilərsiz)Trolltungadan çəkdiyim video: https://youtu.be/VVVts67wk_YTromso: Şimalda yerləşən bu şəhər digərləri kimi gözəldir, lakin tək səbəb olaraq qütb işıqları üçün ora getməyi tövsiyə edirəm (Əgər Sentyabr-Aprel arası tarixdədirsə). Qütb işığını görmək üçün buludluluq və geomaqnit aktivlik əsas rol oynadığından bir qədər çox qalmağı tövsiəy edirəm ki, qaldığınız günlərdən birinə təsadüf etsin. Mən getdiyimin ilk günü qaldığım evin yuxarısından gördüm. Amma camping ləvazimatlarınız varsa kanat ilə hündürə çıxıb gecəni orda keçirib şansınızı artıra bilərsiz. Bu evdə qaldım və qütb işığıbı bu evdən gördüm: https://www.airbnb.com/rooms/44228799?guests=1&adults=1...Sahibi də çox yaxşı cütlükdür . Xəstəliklə bağlı qərarlar/qadağalar tez-tez dəyişdiyindən getməmişdən öncə mövcud qaydaları ətraflı araşdırmaq lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alakbar Valiyev

1917 dəfə oxunub

Wieliczka - Duz mədəni bələdçisi

Krakovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Mənə hər zaman yardımcı olan gəzəyənlər! Mən də istədim ki, bu statusumla digər gəzəyənlərə Polşanın Krakov şəhəri barədə bir neçə məlumat verim. Əvvəlcədən qeyd edim ki, Krakova getməmişdən öncə qrupun yaradıcısı Babək bəyin bu şəhər barədə yazısını oxumuşdum. O, çox təəssüf hissi ilə Wieliczkaya gedə bilməməsini qeyd etmişdi. Ona şərh yazanlar isə oranın təsirindən bir neçə gün çıxa bilmədiklərini yazırdılar. Mən də bu şərh və yazıları oxuduqdan sonra şəhəri gəzdiyimin ilk günün ardınca növbəti gün yollandım bu duz mədəninə. Mərkəzdəki otelimizin düz yaxınlığında 304 nömrəli avtobus bizi həmin yeraltı mağaranın düz 100 metrliyinə apardı. Bu məqamda qeyd edim ki, Krakovda şəhər daxili transport kifayət qədər ucuzdur. 24 saatlıq biletin qiyməti 15 polşa manatıdır ki, bu da euro ilə təqribən 3.7 € edir. Şəhər mərkəzindən duz mədəninə qədər avtobusla təqribən 35-40 dəqiqə yol qət etdik.İçəri daxil olmaq üçün 2 nəfər üçün Standart biletə 178 polşa manatı ödədim ki, bu da euro ilə təqribən 44€ edir. Yəni adam başına 22 €. Ekskursiya təqribən 3 saatlıq vaxt aparır. İstədiyiniz dildə gəzintini seçə bilərsiniz. Ancaq ingilis dilli qruplar yarım saatdan bir, rus dilli qruplar isə 2 saatdan bir içəri daxil ola bilir. Mən daha tez olsun deyə zəif bildiyim ingilis dilini götürməli oldum.???? İçəri daxil olarkən ilk mərhələyə daxil olmaq üçün 53 mərtəbə (hər mərtəbə 6 pilləkəndən ibarət idi) aşağı enməli olduq.Burdaca adamın başı qaranlıq pilləkənlərlə hərəkət edərkən bir balaca fırlanmağa başlayır. Sonra isə ziyaretçiləri dar yollarla mağaranın qədim tarixi ilə, duzun emalı prosesi, duzdan yonulmuş müxtəlif heykəllər və bu mağaranı ziyarət etmiş insanların duz heykəlləri ilə taniş edirlər.Hər növbəti mərhələni yenidən daha dərinə enməklə ziyarət etməli olursan. Qaranlıq, taxta dayaqlarla möhkəmləndirilmiş yer altı dünyada yaşayan insan və atların iş həyatı ilə tanış olursan. 130 m dərinlikdə ilk süni duz gölünü görürsən ki, onun da dərinliyinin 9 m olduğunu və orada çimməyin qadağan olduğunu diqqətə çatdıran gidin növbəti hissələrdə daha kiçik iki əlavə göllə də tanış olacağımızı diqqətə çatdıran yorğun səsini eşidirsən. Gidimizin sözün həqiqi mənasında yorğun olduğu diqqətdən qaçmırdı. Çünki orada işləyən ingilis dilli gidler hər gün ən azı 2 qrupa bütün mədəni gəzdirməli və dayanmadan danışmalı olurlar. Çox zaman qrupun içərisində mənim kimi insanlar olur ki, mağaranı gəzdikdən sonra yorulmur və bu duz mədəninin muzeyini də gəzmək istəyir.Bu zaman həmin gid birinci mərhələdə gəzdiyi 2 km məsafə qədər yenidən gəzib bu sehirli mağaranın muzeyini də ziyarətçilərə göstərməli olur. Bu dünyaca məşhur duz mədənindəki digər iki göldən birinin dərinliyi cəmi 1 m-dir. Mədəndə çalışan atlar bu yeraltı dünyaya Qədəm qoyduqdan sonra bir daha işıqlı Dünyaya çıxmırdılar.Bu gün də sağlamlıq mərkəzi kimi istifadə olunan mədənin insan yaşayışı üçün hər bir şəraiti var. İstəyənlər mədənin lap aşağı qatında restoranda oturub yemək yeyə və ya bu sehirli mağaranın bir sıra elementlərini əks etdirən şoping yerindən alış-veriş edə bilərlər. Mağaranın geniş ərazisindəki ən dərin yerləri gəzib bitirdikdən sonra isə səni liftlə geri yer üstü dünyaya qaytarırlar. Bu liftə də mağaranın özü qədər sehirli və bəzən də kimlər üçünsə vahiməli olur????.Sonda onu da qeyd edim ki, Krakovda olduğum 2 günlük bir zaman mənə bəhs etmədi. Hamının getdiyi Şindlerin fabrikinə, Auschwitz kampına gedə bilmədim. Bunun üçün vaxt yetmədi. Yeməkləri barədə onu deyə bilərəm ki, göylü pierogiləri çox dadlı idi. Şirniyyatları isə müxtəlifliyinə və gözəlliyinə görə insanı heyran edirdi. Restoran qiymətləri çox münasib olduğundan harda istəsəniz rahat əyləşib bir cür münasib qiymətə yemək yeyə bilərsiniz. Sonda bələ uzun statusu oxuyanlara təşəkkür edirəm.( Təbii əgər hövsələsi çatıb oxuyan olarsa????)Yekun olaraq sizləri yazının bütün detallarını əks etdirən şəkil və videolarla baş-başa qoyuram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramina Mammedova

1116 dəfə oxunub

İsrail - Tel Aviv, Haifa, Qüds

Təl Əvivdəkibütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bir az yaxın oturun sizə 20 günlük İsrail səfərindən bir A4-lük təcrübələrimi danışım. Bakı-Tel Aviv gediş dönüş = 418 avro (THY) Hava limanından Şəhər mərkəzinə taxi = 70-80 $ BY14 Hotel, $150 / gün 0.33 l Cola = $ 2 Pivə = $ 8-10 Bərbər = $ 25 Demək başlayaq viza alma prosesindən. İsrail səfirliyi bu günə kimi getdiyim, gördüyüm və eşitdiyim ən ciddi təhlükəsizlik sistemi olan səfirlikdi. Ayaqqabının tikişlərindən, çəkisindən tutmuş kəmərin hər sm-nə qədər diqqətlə baxırlar ki, içində birdən silah falan keçirtmiş olarsan ????Təhlükəsizliklə bağlı suallar verilir, yalnız hə və yox cavabı verməlisən. Bəli və xeyr cavabları sorğunun yenidən başlamasına səbəb olur ???? Bu yorucu təhlükəsizlik prosedurundan keçib içəri girib görürsən ki, gülərüz işçilər oturub orda. Görüş qurtaranda hətta durub səni qapıya qədər yola salırlar. Yəni qapıdakı təhlükəsizlik işçiləri ilə içərdəki işçilər tam ayrı dünyanın adamıdı. Təhlükəsizlik xidməti hərəkətləri ilə “İsrailə getmə” deyir, içəridəkilər isə hərəkətləri ilə “qapıdakılara fikir verməyin, siz İsrailə mütləq gedin” deyir. Bilmirəm dəvətnamənin təsiri oldu ya yox, cəmi 2 günə İsrailə viza aldım. Halbuki getməyimə hələ çox vaxt var idi. Getmədən əvvəl bütün İsrailə gedib gəlmiş dostlarım deyirdilər ki, hazır ol ölkəyə giriş və çıxışda təhlükəsizlik xidməti saxlayıb 2 saat sorğu sual edəcəklər. Pasport kontrola yaxınlaşıb pasport və dəvət məktubunu verdim. Qaqaş bir neçə dəfə pasport və sənədlərə baxıb soruşdu ki, “What’s the purpose of your visit?”(orda Cem Yılmazı xatırlatdı qaqaş :D) Sənədlərdən gəlmə səbəbim bəlli idi, yenə də dedim “Agriculture”. Başını yandakı pəncərədən salıb qızdan nəsə soruşdu sonra mənə çönüb ölkəyə giriş kartını və digər sənədləri qaytardı. Ümumi prosedur max 5-6 dəq çəkdi. “What a purpose” dedim öz-özümə ???? K/T bu ölkə üçün çox vacib sektordur, ona görə viza almaqda probleminiz yaşanırsa necəsə səfəriniz k/t ilə əlaqələndirin ???? Mənim səfərimin məqsədi MASHAV-ın İsrail K/T Nazirliyi və K/T Tədqiqat Mərkəzi ilə birgə təşkil etdiyi kursda iştirak etmək idi. Tel Aviv. Hava limanından şəhər mərkəzinə təxmini 20 dəqiqəlik yoldu və taxi ilə 70-80 $-a gəlmək olur. Eyni zamanda pulsuz avtobus da fəaliyyət göztərir hava limanından mərkəzə və əksinə. Tel Aviv çox gözəl, təmiz, rahat, bahalı (həm də çoox bahalı) və dinamik şəhərdi. Dədə Qorqud düz deyib, Tel Aviv never sleeps. BY14 Hotelində dənizdən 5 dəqiqəlik məsafədə qalırdıq. Hər axşam 1-2 saatlıq şəhər turuna çıxırdıq. Gecə hər addım başı restoran, kafe və barlarda oturub yeyib-içən, deyib-gülən adamları görmək mümkündür. Dəniz qırağında gecə gündüz qaçan, idman edənləri görəndə elə bilirsən bütün Tel Aviv idmanla məşğuldu. Çimərlikdən 2 küçə içəri tərəfə keçirsən ki, hamı restoranlarda yeyib içir, marixuana iysi götürüb aləmi və elə bilirsən ki, hamı əyləncə adamıdı.???? Stres, qayğı və hər hansı bir problemdən əsər əlamət yoxdur bu şəhərdə. Tək problem odur ki, 6-cı günü hər yer bağlı olur və bazar günü isə iş günü olur. 3 həftə ərzində bu şəhərdə ən sevmədiyim şey bazar səhər tezdən durub K/T nazirliyinə getməyim idi ???? Sürücüləri bizimkilərə baxmış bir az mədənidi. Orda da tıxacda siqnal verən, dönmə işiğı yandırmadan başqa yola dönən və zolaq dəyişən özünə söydürən sürücülər çoxdur ???? Səhər və axşam Tel Avivə giriş çıxışda tıxac olur həmişə. Biz hər səhər hoteldən K/T Nazirliyinə(bir az şəhər kənardadı nazirlik) gedəndə tıxaca düşürdük. Azərbaycanda hər gün Xırdalandan şəhərə işə gedib gəlməyimi xatırlatdı o tıxaclar ???? Bizim Bakı-Xırdalan yolundakı tıxacla müqayisə etsən heç ordakına tıxac demək doğru deyil. Ölü dəniz. Doğrudan da ölüb sadəcə olaraq özünə deyən yoxdur. Demək kosmetika şirkətləri dənizin cənub hissəsini kiçik pondlara bölüb qurudub ordakı minerallarda kosmetika istehsal edirlər. Dənizin suyu ildən ilə ciddi şəkildə azalmağa başlayıb. Bir səbəb yağıntının olmaması, digər səbəb isə kosmetika istehsalıdır. Amma, Ölü dənizdə suyun üstündə uzanmaq gözəl təcrübədi. Məktəbdə coğrafiya dərsində müəllimimiz deyirdi ki, orda duzun miqdarı o qədər olur ki, suyun üstündə uzanırsan batmırsan. Maraqlı gəlirdi uşaqlıqdan. Canlı şahidi oldum, çox maraqlı yerdir. Suyun üstündə uzanıb kitab oxumaq da olur ???? Haifa.  Tel Avivdən sonra ən çox bu şəhəri sevdim İsraildə. Daha yaşıl, havası gözəl və ruhu olan bir port şəhəridir. Bahai Garden hissəsindən baxanda qismən Bakıya oxşatmaq olur. İsrailə gəlsəniz mütləq Haifaya getməyi planlayın. Müqəddəs şəhər( Qüds və ya Jerusalem). Tel Avivdən 1 saat yarım məsafədə Ölü dənizin yaxınlığında yerləşən dünyanın ən qədim və müqəddəs şəhərlərindən biridir. İslam, İudizm və Xristanlıq dinləri üçün çox vacib məbədlər yerləşir. Ən dindar Yahudilər, ən dindar Xristianlar və ən dindar Müsəlmanları burda gördüm. Köhnə şəhər adlanan hissədə adından məlum olduğu kimi hər addımı tarixdi. Bir tərəfdə Yahudilərin ibadət etdikləri Wailing wall(Crying wall kimi də tanınır), bir tərəfdə Xristianların ziyarət etdiyi kilsə, digər tərəfdən də Müsəlmanların ibadət etdikləri Haram el Şerif və Mescidil Aqsa yerləşir. Çox asanlıqla “Yerusəlim sindromu”na tutulmaq mümkündür burda. Hər üç dinin ən dindarları bir arada və hər birini gəzdikcə adam fərqli hisslər keçirdir burda. Məscidlərin yerləşdiyi yerə keçmək üçün, İsrail polisi, Ərəb polisindən keçməlisən. Normalda bura gələn dostlarım və tur rəhbərimiz demişdi ki, hazır ol Qurandan sorğu sual edəcəklər. Polislərə yaxınlaşdıq, sadəcə haralı olduğumuzu soruşdular vəssalam. Məscidlərin girişində duran mühafizəçi də sadəcə salam aleykum deyir, aleykum salam cavabını gözləyir səndən. Bütün kontrol bundan ibarətdir ???? Köhnə şəhərdəki bütün dükkanlarda ən azı 50% qiymət salmaq olur. Ağızlarına gələn qiymət deyirlər, başlayırsan qiymət öldürməyə. Bura yolunuz düşsə nəzərə alın. 20 gün içində k/t aid çox şey öyrəndim. Bundan əlavə bunu bildim ki, İsrail üçün 2 həyatı əhəmiyyət daşıyan məsələ var. 1 təhlükəsizlik, 2 su. Hakimiyyətə gələn və ya gəlmək istəyən istənilən siyasətçi xalqı bu 2 məsələdən əmin etməlidir ki, hakimiyyətə gələ bilsin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramil Azmammadov

1644 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!