1413 dəfə oxunub

İspaniya üçün səyahət büdcəsi

Gəzməli-görməli yerlərdən şəkillər paylaşır, bəh-bəhlə təəssüratlar yazırıq. Amma gəlin etiraf edək ki, insanları ən çox büdcə maraqlandırır, səfər barədə ilk olmasa da, mütləq ikinci sual o olur ki, nə qədər pulun çıxdı? ????

Təbii ki, hər hansı bir ölkəyə, şəhərə səyahət büdcəsi sizin orada harada qalmağınızdan, nə qədər qalmağınızdan, hansı nəqliyyat növünü seçməyinizdən, nə yeyib, nə içməyinizdən asılı olaraq dəyişəcək. Mən öz təcrübəmdən, 1 həftəlik İspaniya səyahətimdən yazım, kimdəsə bu məbləğ qat-qat ucuz ola bilər, kimdəsə əksinə baha ????‍♀️

????İlk olaraq İspaniyaya necə getməli? İspaniyaya ən ucuz uçuş Kutaisidən Barselonayadır. Wizzair hava yolundan təxminən 150 Euroya gediş-dönüş uçuş biletini əldə edə bilərsiniz. ✈️

airport

????İspaniya daxilində isə şəhərlərarası qatar və avtobus biletlərini də öncədən almaqda fayda var. Bunun üçün omio.com saytından istifadə edə bilərsiniz. Barselona-Valensiya qatar biletim 29 Euro, Valensiya-Madrid qatar biletim 34 Euro, Madrid-Granada avtobus biletim 20 Euro, Granada-Cordoba avtobus biletim 16 Euro, Cordoba-Sevilya qatar biletim 14 Euro. İspaniyanın özünün Renfe qatarlarından və Alsa avtobuslarından istifadə etdim.????

????Gəldik otellərə... İlk olaraq, onu deyim ki, Madrid və Barselonada qiymətlər Əndəlüs bölgəsinin şəhərlərinə görə az qala ikiqat bahadır. 8-12 nəfərlik ümumi otaqlarda qalıb, ümumi hamam-tualetdən istifadə etmək sizin üçün problem deyilsə, 10-15 Euroya hostellərdə qalıb səyahətinizi ucuz edə bilərsiniz. Amma mən hostellərdə qala bilmədiyim üçün 4 ulduzlu otellər seçdim ki, onların da qiyməti təbii ki, nisbətən bahadır. Bunun üçün də müxtəlif saytlar var. Ancaq mən adətən booking.com saytından istifadə edirəm. Oteli neçə ay öncədən tutmağınızın, neçə nəfər olmağınızın, şəhər mərkəzinə yaxınlığın da qiymətlərə təsiri var. Ən yaxşısı, ən azı 2 ay qalmışdan otellərinizi book edib rahat oturmaqdır. Barselona otelimin bir gecəsi 150 Euro (3 nəfərlik otaq) idisə, Madrid otelimin gecəsi 135 Euro, Valensiya otelimin gecəsi 90 Euro, Əndəlüs şəhərlərində isə gecəsi 60-70 Euro (yenə də 3 nəfərlik otaq) idi.

ag sheher

O ki qaldı nə yeyib-içməyə, bu da fərdidir, nə istədiyinizə, necə yerdə yediyinizə bağlıdır. Şəhərdaxili nəqliyyat və yemək-içmək kimi xərclər üçün bir günə maksimum 50 Euro kifayət edir. Məsələn, bir dəfə kafedə oturub yemək 15 Euro civarındadır. Günə 3 dəfə kafedə yemək əvəzinə, heç olmasa bir dəfəsini marketlərdən alış-veriş edib öz sendviçnizi özünüz düzəltsəniz, həmin məbləğə muzey və saray qiymətlərini də daxil edə bilərsiniz.

66476692_901680503527004_1947521558520004608_n

Nəzərə alsaq ki, muzeylərin, sarayların giriş qiyməti də ortalama 10-15 Euro təşkil edir. Xülasə, normal yeyib-içib, normal büdcəli otellərdə qalmaqla 1 həftəlik İspaniya səyahətini bir nəfər üçün təxminən 1500 manata başa gətirə bilərsiniz. (Bütün bilet və otelleri aylar öncə almaq şərti ilə!!!) Hostellərdə qalıb, restoranlar əvəzinə marketlərdən yesəniz, maksimum 1000 manata da səyahət edə bilərsiniz.

66088771_901680350193686_7072496593051582464_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rena Karimova

DİGƏR BLOQLAR

Polşanın xizək mərkəzi - Zakopane

Zakopanedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Krakova gələndə videolardan görüb nağıllar aləminə bənzətdiyim Zakopane şəhərinə mütləq baş çəkməyi özümə söz vermişdim. Dünyanın demək olar hər qitəsindən, Braziliyalıdan tutmuş Şri-lankaya qədər 10 nəfərlik bir mehriban komandayla yola çıxdıq.Zakopane Krakovdan avtobusla 2-3 saatlıq məsafədə yerləşir. Hər gün transport var, Krakow Glowny stansiyasına gedib kassaya yaxınlaşıb bilet almaq kifayətdir, biletin qiyməti 18 zloty-dur. Biz şəhər mərkəzinə yaxın üzü dağlara gözəl mənzərəsi olan bir villa kirayələmişdik. Bir günlük bu evdən zövq almanın dəyəri ümumi 123 dollara başa gəldi (qrupda isə hər kəs 46 zloty ödədi). Villanın linkini paylaşıram (https://www.booking.com/hotel/pl/willa-u-teresy.tr.html). Təbii olaraq bu şəhərə gəlib xizək sürmədən də olmazdı  Deməli, Zakopane stansiyasından yuxarıda, şəhərə gedən avtobuslar dayanacağına yaxın turist informasiya mərkəzi var. Sən demə, elə oradan ləvazimatları kirayə edir, behini verir, ölçülərini götürürlər, sənin üçün hər şeyi bir gün qabaqcadan hazır edirlər, profesional instruktor da verir və hələ gəlib evdən götürüb səni dağa da aparırlar, sonra şəhər mərkəzinə də gətirib qoyurlar  Və bütün bunların qiyməti bizim Şahdağ rezortu ilə müqayisə edilməyəcək qədər ucuzdu. Həm xizək geyimi, həm ləvazimatları, instruktor və ski pass ilə birlikdə cəmi 200-cə zloty xərcim çıxdı  Necə öyrədirlər? Olduqca dəqiq, praktika ilə, hər kəsə individual yanaşaraq. Mehriban, zarafatcıl və səmimi instruktorumuz Jane sayəsində isə nəhayət bu xizək məsələsini də öyrəndim. Gələk görüləsi gözəl mənzərələrə.Bizə çox yardımcıl, xizəkləri verən turist informasiya mərkəzində dedilər ki, Gubalowka dağına qalxıb oradan sunset, yəni gözəl gün batışı mənzərəsini seyr edə bilərsiniz. Gubalowka dağına qalxmaq üçün şəhər mərkəzində funklyora 22 zloty-a gediş-gəliş bilet alırsınız və möhtəşəm, rənglərə bürünən səmanı seyr etmək fürsətiniz olur. Sadəcə funklyorla dağa qalxdıqdan sonra 20-cə dəqiqəlik biraz yol qət etməyiniz lazım gələcək. Səhəri gün isə Kasprowy Wierch dağına gedib bir tərəfi meşə, digər tərəfi qarlı dağlar olan zirvəyə qalxdıq. Burada kofenizi alıb, yellənən oturacaqlarda oturub relax edə, ruhunuzu dincəldə bilərsiniz. Restoranda kofe üçün 6 zloty, piroq üçün isə 8 zloty pul ödədim. Sonra yadıma bir dönərin 8 manata olduğu Zirvə rezortunun restoranları yadıma düşdü. Bura qalxmaq üçün 40 dəqiqəlik hiking etdik ki, kanat üçün 65 zloty gediş-gəliş məsələsində qənaət edək. Bizim artıq səhər gün skipassımız yox idi. Burada tək baha olan şey kanatların qiymətidir. Amma həmin gün üçün ski pass-ınız varsa, pul ödəmənizə ehtiyac olmur. Sonra şəhərə enib gecə gəzintisinə çıxdıq. Şəhər yolları boyunca bəzəkli yeriyən atlar, işıqlar və arxitektura sayəsində özünü nağılda hiss edə bilirsən. Axşam yeməyini isə “Owczarnia” adlanan bir restoranda yeməyi qərara aldıq. Maraqlı mühiti, canlı milli Polyak musiqi, dadlı ət yeməkləri, möhtəşəm heyəti olan bu restoranda 10 nəfərlik 380 zloty-ə ət seti sifariş etdik və hələ artıq da qaldı  Ümumilikdə şəhər necə deyərlər, huzur dolu, insanları mehriban, yardımsevər və gəzib-görməyə mütləq dəyər bir şəhərdir. Xizək və snoubord həvəskarları üçün xüsusilə highly recommended! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Maryam Nuruzade 

1153 dəfə oxunub

Səyahət üçün lazımlı saytlar

Səyahət üçün köməyinizə çatacaq saytlar.HopperBu proqram uçuş qiymətlərini izləyir və indi satın almaq və ya gözləməyin sərfəli olub olmadığına dair məsləhətləri verir. Eyni zamanda qiymətin nə zaman artacağı ilə bağlı da təxmini tarixləri verir.Hotel TonightDeyək ki, siz bir yerə səyahət edərkən tutduğunuz otellə bağlı problem yarandı və çöldə qaldınız. Bu sayt vasitəsi ilə həmin gün üçün çox sərfəli endirimlə rezervasiya edə bilərsiniz. Təbii ki, ən yaxşı endirimləri həmin gün edilən rezervasiyalar üçün edirlər.Lonely PlanetSəyahət edərkən getdiyiniz yerdə nəyi görəcəyinizi və nə edəcəyinizi bilmək üçün istifadə edə bilərsiniz. Eyni zamanda üçüncü tərəflərin səyahət təcrübələrini və tövsiyələrini təqdim edir.Roomer TravelOtel rezervasiya etdiniz və hər hansı bir səbəbdən gedə bilmirsiniz və rezervasiyanı da artıq ləğv edə bilmirsinizsə, bu saytın köməyi ilə onu digər müştərilərə satıb pulunuzu xilas edə bilərsiniz.FLIOFLIO ilə uzun bir tranzit gözləmə və ya uçuş gecikməsi zamanı faydalanın. Hava limanında təklif olunan xidmətlər, Wi-Fi şəbəkələri, mövcud zallar, ictimai nəqliyyat vasitələri və yeyib- içmək üçün uyğun restoranlarla bağlı məlumatlar toplanır.GasBuddyBu proqram maşınla səyahət edənlərin yol boyu harada və hansı qiymətə yanacaq doldura biləcəkləri ilə bağlı məlumatları verir. Proqram Amerika, Kanada və Avstraliyada keçərlidir.TripItBu sayt emailinizə gələn səyahət məlumatlarını avtomatik olaraq tərtib edir. TripIt uçuş, otel, kirayə avtomobil rezervasyonları və hətta restoran rezervasyonları üçün vacib detalları tapır, sonra isə onları tez əldə edəsiniz deyə bir yerə toplayır.ViatorBu sayt sizə gündəlik turlardan, gəzintilərdən həftəlik səyahətlərə qədər təşkil olunan eventlər barədə məlumatlar verir. Üstəlik transport da bura daxildir.WanderuƏsasən avtobus və qatar səyahətlərini axtarmaq üçün bu sayt yaxşı seçimdir.XE CurrencyGetdiyiniz hər yerdə offline olaraq valyuta konvertasiyası üçün istifadə edə biləcəyiniz ən yaxşı saytlardan başlıcasıdır.IExitBu proqram sizə maşınla səyahət zamanı yolunuzun üstündəki vacib restoran, yanacaq doldurma yeri, bankomat və s. kimi yerlərin olub olmadığını göstərir. Müəyyən bir restoran zənciri və ya istədiyiniz digər xidmətlər varsa, onu qeyd edə bilərsiniz və iExit marşrutunuzda olub olmadığını sizə xəbər verəcəkdir.Bunlardan əlavə bildiyiniz kimi, otel, hostel, ev və s. tipli yerlər rezervasiya etmək üçün ən yaxşı saytlar Booking, Tripadvisor və Airbnb – dir.Uçuş biletlərini qiymətlərə uyğun axtarmaq üçün Skyscanner əla tövsiyədir.Blablacar maşınla səyahət edənlərin sizi də münasib qiymətlərə getdikləri istiqamətə aparmağı təklif etdikləri saytdır.Eyni zamanda pulsuz olaraq gecələmək üçün Couchsurfing-dən istifadə edə bilərsiniz.Və getdiyiniz yerlərdə yerli taksilərdən aldadılmaqdan çəkinib güvənli taksi xidməti istəsəniz Uber köməyinizə çatacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Heydarli‎ 

1991 dəfə oxunub

Gəzəyən məsləhəti - ABŞ vizası

Salam.İstəyirəm öz üzərimdə yoxladığım bir formulanı Sizlərlə paylaşım. Əminəm ki, çoxlarınız bundan agahsınız.Belə ki, uzuuuuuun upppp uzuuun stresli, həyəcanlı günlərdən sonra nəhayət ki, dünən ABŞ Səfirliyindən 1 illik B1&B2 növlü vizamı aldım.Sistemdə applicationu doldurarkən çoooox diqqətli olun (hətta orda bəzi bizə mənasız görünən əslində çooox önəmli olan suallar var, maksimum diqqətli olun). Onu da qeyd edim ki, application xeyli uzundu və bir neçə dəfə ugursuz cəhdləriniz ola bilər (və bu normaldi) çünki sistem Sizi heç bir aktivlik göstərmədiyiniz halda sistemdən atacaq amma daxil etdiyiniz hər bir informasiyadan sonra "save" düyməsini sıxmağınız məsləhətdir.İntervyuya getməmişdən əməlli başlı hazırlaşın (bura aiddir, rəsmi səhifədə qeyd olunan bütün sənədlərin toplanmasından taaa ki, səyahət planına kimi)Səyahət planı olaraq "typical" cavablar hazırlamayın. Kreativ olmağa çalışın. Məsələn Manhattanı görməyə gedirəm əvəzinə Gothic Town i görmək istəyirəm ki, göydələnlər olan bir şəhərdə bu kontrastı görmək arzumdur falan filan. Bu mənim cavabım deyildi yəni rahatlıqla bunu versiya olaraq istifadə edə bilərsiniz ????????)Intervyuda olarkən qətiyyən yalan danışmayın (bəlkə də bunu çooox eşitmişik amma həqiqətdə nəqədər önəmli olduğunu bilmirik amma necə deyerlər "it really works")Intervyuda Sizi intervyu edən şəsxin gözünün içinə baxın.Applicationda qeyd etdiyiniz bütün informasiya yadınızda olsun, çünki sualların çoxunu ordan verirlər.Və sonda mənə verilən sulları list edəcəm (isti-isti????????). Bəlkə bu yaxınlarda kimlərsə müraciət edəcək.Necəsiniz?Nə zamandan burdasınız?(çünki mən Romada ABŞ Səfirliyindən müraciət etmişdim)Haralarda olmusunuz?Niyə Çində getmişdiniz? (Bu sual xüsusi sual idi sonuncu məlum məsələlərdən sonra Çin məsələsinə az-çox ilişirlər). Amma bu Sizi qorxutmasın gizlədiləcək nəsə yoxdur.İşlədiyiniz yerdəki kolleqalarınızla hələ də əlaqəniz varmı (bu hissədə max dürüst olun)?Burdan məzun olduqdan sonra nə edəcəksiniz? Valideynləriniz nə işlə məşğul olurlar?ABŞ da hara getməyi planlaşdırırsınız? (Mən bu suala Kanyonu görməyə gedirəm dediyimdə çox təəccübləndi çooox ehtimal ən böyük pointi burdan qazanmişdım). Və niyə getmək istədiyimə çox yaxşı arqument gətirmişdim.Və sonda 2gün sonra gəlib vizanı götürərsən dedi.P.S. 1 ay üzərində əziyyət çəkdiyim və pullar tökdüyüm heç bir sənədə baxmadı necə aparmışdımsa elə də geri qaytardım.Ümid edirəm oxumağa sərf etdiyiniz vaxta dəymiş oldu.Bütün mümkün suallara cavablar hazırlayın ki, suallara cavab verərkən düşünməklə pause lar yaratmayasınız.Max positive olmağa çalışın. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Xurremi Xurremi

811 dəfə oxunub

Yeni başlayanlara gəzəyən məsləhəti

19Bu dəfəki postda da gəzməyə həvəsi olub, büdcəsi və ya məlumatı az olan, xarici dil biliyi zəif olan, bir sözlə yeni başlayan gəzəyənlər üçün faydalı ola biləcək fikirlərimi, köməkçi proqramları və s. paylaşıram. Əvvəla onu deyim ki, sonuncu səfərim zamanı 09-21 noyabr tarixində viza və digər xərclər (biletlər, yemək, qalmaq və s.) daxil 450 euro büdcə ilə Avropanın 4 ölkəsinin, 7 şəhərini (Vyana, Barselona, Valensiya, Pisa, Florensiya, Roma, Budapeşt) gəzdim. Qrupda bundan da az büdcə ilə səyahət edən yoldaşların postlarını tapa bilərdsiniz. Az büdcə ilə səyahət heç də parklarda yatmaq və ya ac qalmaq demək deyil, düzgün araşdırma və planlaşdırmanın nəticəsidir. Misal üçün onu deyim ki, son səfərimdən artıq çəki ilə qayıtmışam ???? Baxmayaraq ki, getdiyim şəhərlərdə aeroport – şəhər mərkəzi nəqliyyatlarından başqa heç bir şəhərdaxili nəqliyyatdan (metro, tramvat, avtobus və s.) istifadə etmədim. Şəhərin ruhunu hiss etmək üçün onu piyada gəzmək şərtdir)Digər xərclər isə (şəhərdaxili turlar, ödənişli istarahət obyekləri, konsertlər və s.) subyektiv olaraq dəyişir.Əvvəldə dediyim kimi, bu postda yeni başlayanlar üçün faydalı hesab etdiyim məlumatlar (mobil tətbiqlar, saytlar, əlavə avadanlıqlar) paylaşacam. Gəzdiyim şəhərlərin görməli yerləri barədə isə qrupda xeyli məlumat var ???? Əgər aşağıda qeyd etdiyim şərtlərə əməl etsəniz, göstərdiyim app ları yükləyib, məşq etsəniz rahat şəkildə səyahətinizi planlaşdırıb gedib gəzə bilərsiniz.Ehtiyat tədbirlər.Mütləq xarici pasportunuzun və vizanızın şəklini çəkib google drive a əlavə edin, ən asandı isə facebookda bir dostunuza göndərin. Əlavə surətini də çıxarıb çantanıza atın.Mümkün qədər az paltar götürməyə çalışın, inanın, apardığınız paltarlardan heç istifadə etmədikləriniz çox olacaq. Özünüzlə mütləq çəkələk götürün.Mütləq powerbank aparın. Mən istifadə etdiyim 20000 mAh la Xiaomi Power Bank 2C Bakıda saytında 45-50 manata tapa bilərsiniz. (http://prntscr.com/q62mbe)Müəyyən miqdarda nəğd pul götürün, ancaq çalışın ki, ödənişlərinizi plastik kartla edəsiniz, yoxunuzdursa mütləq alın (Mən Unibankın albalı plus debet kartından istifadə edirəm). Bu zaman həm pul itirmək qorxusu az olur, həm də başınız qəpiklərə qarışmır. Ehtiyyat kimi kartın arxasındakı 3 rəqəmi əzbərləyib, silin. Yaxşı olar ki, app ı yazıb kartı itirdiyiniz təqdirdə deaktiv edəsiniz. Həmçinin, səfirliyə sənəd təqdim edəndə artıq kartınızın son aylardakı çıxarışını da göstərə bilirsiniz. ( http://prntscr.com/q63k3w )Özünüzlə əlavə kiçik həcmli çanta götürün, hosteldə yerləşdikdən sonra su, powerbank, fotoaparat kimi əşyalarınızı içərisinə qoyub şəhəri gəzə bilərsiniz.Təyyarə biletiAvropaya təyyarə ilə ucuz qiymətə bilet almaq üçün 3 variantınız var. 1) Bakı – Budapeşt - Bakı reysi həftədə 2 dəfə, 2) Tiflis-Milan reysi həftədə 4 dəfə, 3) Kutaisi – Avropanın Almaniya, Fransa, İtalya daxil olmaqla 19 ölkəsinə reyslər mövcuddur. Avropadaxili uçuşlarda isə bu və ya digər low costların xidmətindən yararlana bilərsiniz. Bu reysləri Macarısatanın WizzAir və İrlandiyanın Ryanair şirkətləri həyata keçirir. Kutaisiyə və Tiflisə necə getmək barədə qrupda xeyli məlumat var.Otel, Hostel, qonaq evləriYeni başlayan gəzəyən kimi sizə məsləhət görərəm airbnb, couchsurfing kimi saytlardan uzaq olub fikrinizi booking.com da cəmləyəsiniz. Bu halda sizin qapıda qalmaq, qarışıq ünvan axtarmaq kimi problemləriniz olmayacaq. ( http://prntscr.com/q63f1t ) Hostel bron edərkən mətbəxdan istifadə imkanın olub olmadığına fikir verin. Reytinqsiz və ya reytinqi aşağı olan yerləri bron etməyin. Qeyd edim ki, hostellər otellərdən daha maraqlı olur, müxtəlif yerlərdən olan insanlarla maraqlı söhbətlər edə bilirsən. Hosteldə qalmaqdan çəkinən xanımlar üçün onu deyim ki, yalnız xanımların xidmətində olan otaqlar da mövcuddur. ( http://prntscr.com/q63g8g )YeməkAvropada restoran xidməti çox bahadır, lakin siz ərzağı marketdən alıb özünüz hazırlasanız sizə normal qiymətə başa gələr. Bir şey də var ki, getdiyin ölkənin milli yeməklərindən dadmasan olmur. Ona görə dəməsləhət görərəm 2 gün qalacağınız bir şəhərdə 1 və 2 dəfə milli yeməklər üzrə tanınmış bir restoranında nahar edin. Bunun üçün tripadvisor proqramı sizə kömək olacaq. Özünüz üçün buterbrod hazırlayıb çantanıza atın ki, şəhəri gəzəndə acsanız bir də hostelə qayıtmalı olmayasınız.Şəhərlərarası nəqliyyatAvropada şəhərlərarası nəqliyyat üçün bir neçə seçim var (qatar, avtobus, gəmi). Biletləri bir neçə gün əvvəl online şəkildə şirkətlərin app dan istifadə etməklə və ya web üzərindən ala bilərsniz (Flixbus, Regiojet və s.)Şəhərdaxili nəqliyyatŞəhərdaxili nəqliyyat üçün bir neçə gedişlik və ya 24, 48, 72 və s. saatlıq güzəştli və bir çox nəqliyyat növlərində keçərli olan biletlər mövcuddur. Mən yalnız piyada gəzdiyim üçün onların heç birindən istifadə etmirəm. Əldə etmək istəsəniz biletləri terminallardan ala bilərsiniz. Marşurut xəttlərini isə Google map ilə dəqiqləşdirə bilərsiniz. ( http://prntscr.com/q63qjq )Application və saytlarlarÇalışıb mümkün qədər az, ancaq kifayət edəcək app lar qeyd edəcəm. Çalışın, yüklədiyiniz bütün app larda bir gmail ilə qeydiyatdan keçəsiniz.1) Google search – bir gəzəyənin səyahət planlaşdırmasının yarısı mütləq axtarış aparmaqla keçməlidir, gedəcəyiniz yerlər, marşurutlar, hava proqnozları və s. bütün informasiyanı google da axtarıb tapa bilərsiniz.2) Google maps və Maps.me Bu iki proqram sizə tanımadığınız şəhərlərdə istədiyiniz yerlərə getməkdə kömeklik edəcək. Hər iki xəritə offline şəkildə işləyə bilir. Yalnız telefonun gps ni açmaq kifayətdir. Otelinizin yerini, gedəcəyiniz məkanları əvvəlvədən xəritədə qeyd edin.(http://prntscr.com/q636j9 )3) Skyscanner.com – bu axtarış sistemi çoxlarına məlumdur. Bir daha qeyd etmək istəyirəm ki, bu sayt bilet satmır, bilet satan kompaniyaları müqaisə üçün bir yerdə cəmləşdirir. Seçim etdikdən sonra əsas sayta yönəldir. Yaxşı olar ki, bu saytı web üzərindən istifadə edəsiniz. App versiyası çox da xoşuma gəlmir. Dəqiq qiyməti əsas sayta keçid edəndən sonra alacaqsınız. ( http://prntscr.com/q62ua4 )4) Omio – Bu app vasitəsilə siz Avropada şəhərlarası nəqliyyat vasitələrinin qiymətinə baxa və seçim edə bilərsiniz. Eynilə skyscanner kimi bu app da nəqliyyat xidmətlərini yerinə yetirən şirkətlərin xidmətləri haqqında məlumatları özündə cəmləşdirir. (http://prntscr.com/q62xm6)5) Rome2rio – Ola bilər ki, hər hansı məkana çatmaq üçün bir necə nəqliyyat vasitəsi dəyişmək lazım olacaq. O halda bu app sizə kömək edəcək və qatar, metro, avtobus kimi nəqliyyat vasitələrindən istifadə etməklə bir neçə variant təklif edəcək. Bu funksiya Google mapda da var. ( http://prntscr.com/q63089)6) Blablacar – Avropada şəhərlərarası transfer üçün geniş istifadə olunur. Əgər siz bir neçə gün əvvəldən avtobus bileti almamısınızsa və sabaha olan bilet qiymətləri büdcənizə uyğun deyilsə onda bu proqramdan istifadə edib, eyni yolu daha tez və nisbətən ucuz qiymətə gedə bilərsniz.7) TripAdviser – Bu proqram vasitəsilə səyahətlə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiniz. Gəzməli yerlər, dadlı yeməklər verilən kafe və restoranlar, qarşılaşdığınız çətinliklər və digər sizi düşündürən suallarla bağlı digər gəzəyənlərin yazılarına baxıb, nəticə çıxara bilərsiniz. ( http://prntscr.com/q632fg )8) Gəzəyənlər – hazırda 43 min istifadəcisi olan Gəzəyənlər qrupu özü böyük bir informasiya deposudur. Axtardığınız məlumatı axtarış yerinə yazmaqla daha yaxşı başa düşəcəyiniz həmvətənləriminiz mövzu ilə bağlı post və şərhlərindən görə bilərsiniz. ( http://prntscr.com/q62t4v )9) Facebook – Getdiyiniz şəhərdə olan eventlərdən (canlı musiqi, konsert, tədbir, trainig və s.) xəbərdar olmaq üçün facebook un event bölməsindanistifadə edə bilərsiniz. (http://prntscr.com/q62s9y )Postun əvvəlində çox məlumat yerləşdirmək istəsəm də, yazdıqca həcminin çox olduğunu görüb qısatmaq qərarına gəldim. Əgər istifadəçilər tərəfindən faydalı post kimi qarşılanarsa, göstərdiyim məlumatları və app ları daha geniş, istifadə qaydalarını izah edən post yazaram. Ancaq belə düşünürəm ki, bu məlumatlardan istiqamət götürüb özünüz araşdırma etsəniz daha çox və faydalı informasiya əldə etmiş olarsınız.Edit: Sona qədər oxudunuzsa və nəsə bir sual yarandısa şərh yerinə yazıb soruşa bilərsiniz. Mən və ya başqa məlumatı olan yoldaşlar köməklik edərik :-) Uğurlar hamınıza...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Azer Hasanov

1146 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!