2336 dəfə oxunub

Ev heyvanları ilə səyahət

Salam, əziz Gəzəyənlər!

Qrupda bir neçə dəfə pişiklə səyahət etməklə əlaqəli sual gördüyüm üçün istəyirəm əliuşaqlılar üçün bir post paylaşım. Qeyd edim ki, biz AZAL istifadə etməli olduq, ancaq tələblər THY-də də eynidir. Fərqləri budur ki, AZAL-ın ödəniş əsaslı çəki və ölçü alternativi daha çoxdur. Başladıq!

69295326_2381342052131671_6472008114362122240_o

???? Azərbaycana pişiyinizi gətirmək istəyirsinizsə, məsləhət görərdim ki, iki ay əvvəldən yavaş-yavaş hazırlıqlara başlayasınız ki, son günlərdə nə özünüzü, nə də uşağı stressə salmayasınız. Həmin iki ay sizə çox rahat şəkildə uşağın lazımlı bütün peyvəndlərini tamamlamağa çatacaq - hətta nəzərə alsaq ki, elə peyvəndlər var ki, onların arasında bir həftə vaxt olmalıdır.
???? Azərbaycan Avropadan fərqli olaraq titration nəticəsi istəmir, ancaq quduz nəticəsi istəyir. Titrationun nəticəsi 3 aya gəlir, quduz isə 5 dəqiqəyə vurulur.
???? Veterinara ölkə dəyişəcəyinizi deyin ki, o, sizi uşağın ümumi sağlamlıq vəziyətinə görə yönləndirsin. Həm də axırda sizə ölkədən çıxış üçün, "səyahət üçün uyğundur" təsdiqi verməlidir.
???? Totalda lazım olan sənədlər
° Uşağın passportu - içində bütün sağlamlıq keçmişi olur - peyvəndlər. Bütün medikal arxivi.
° Sağlamlıq sertifikatı
° Ölkədən çıxışı üçün təsdiqlənmiş və veterinar tərəfindən verilən sənəd

???? Bileti almadan əvvəl səyahət etmək istədiyiniz reys haqqında zəng edib havayolu şirkətindən soruşun ki, həmin reys pişiklər üçün uyğundur ya necə. Kabində ancaq eyni növdən iki heyvan gedə bilər. Ola bilər həmin reysdə sizdən əvvəl kimsə qeydiyyat aparıb uşağı üçün. Bu kimi riskə görə zəng edərək əvvəldən öyrənin. Sonra bileti alın. Bileti aldıqdan sonra təkrar zəng edib pişiyinizi qeydiyyatdan mütləq keçirin.
???? AZAL box/qəfəslə birlikdə 8 kq-a qədər olan bir pişiyin kabinə keçməyinə icazə verir. 8 kq-dan artıq olan pişikləri isə heyvanlar üçün xüsusi bölməyə göndərir. Əgər pişiyiniz xüsusi bölməyə getsə, onun vəziyəti haqqında soruşub maraqlanmaq haqqınız var və bunu edin.
???? Boxla birlikdə 8 kq-a qədər olan pişik üçün havalimanında, check in zamanı 60$ ödəməlisiniz. Check in zamanı özləri sizi ödəməni etməli olduğunuz yerə, AZAL-ın ofisinə yönləndirir. Oradan aldığınız qəbzi yenidən check in-dəki işçilərə verib, qeydiyyatı tamamlayırsınız.
???? Pişiyin cinsinin ölkədən çıxmağa uyğun olub olmadığını əvvəlcədən kontrol edin.
???? Quduz ( şərtdir), daxili və xarici parazit, karma ( Azərbaycan dilində qarşılığını bilmirəm, Türkiyədə karma desəniz onsuz da veterinarınız onu edəcək) və lösemi etdirməyiniz məsləhətdir. Parazit peyvəndlərinin arasında 3-4 gün olur. Bir həftə sonra karma, bir həftə sonra isə lösemi etdirə bilərsiniz.
???? Uşağa bitki tərkibli sakitləşdirici verə bilərsiniz ki, yolda çox qorxmasın. Veterinarınızla birlikdə dozasını müəyənləşdirə bilərsiniz. Biz 2 saat əvvəldən verdik, ancaq kaş 3-4 saat əvvəldən verərdik. Yola çıxmadan 6-7 saat əvvəl yemək verməyi dayandırın ki, yolda qusma riski azalsın.
???? Əgər boxdan nifrət edən pişiyiniz varsa yola çıxmadan bir-iki ay əvvəl səyahət edəcəyi qəfəsi açın evə qoyun ki, içinə girib çıxmaqla ona öyrəşsin.
???? Veterinardan səyahətə çıxacağınız gün qəfəsin içinə sərməyə bez götürün.
???? Yanınıza ödül çubuğu deyilən o dadlı, yeməli çubuqdan götürün ki, arada pişiyinizə verəsiniz ( çox olmamaq şərtiylə).
???? Havalimanında check in-i nə qədər tez etsəniz o qədər xeyrinizədir. Hətta yerinizi ən öndən və ya dəhliz tərəfdən seçin ki, səyahətiniz rahat keçsin. Biz check-ini çox gec etmişdik deyə ən arxa və orta sırada oturmalı olmuşduq. Pişiklə orta və pəncərə tərəf qəti rahat deyil. Çünki qəfəsi qucağınıza almalı olsanız, bu yerlərdə ala bilməyəcəksiz, daha geniş yer lazımdır. Xahiş edərək dəhliz tərəfdə oturan şəxslə yerimi dəyişmişdim və qəfəsi qucağıma alıb yol boyu uşaqla kontakt halında qaldım ki, stressi azalsın.
???? Qəfəsiniz plastik olsa mütləq qəfəsin qapısının açılıb açılmadığını kontrol edin. Bizdə qəfəslərdən biri təzyiqdən açılmışdı, qəfəs qucağımda olmasa və xəbərim olmasa uşaq rahatlıqla çölə çıxa bilərdi. Təyyarə endikdən sonra qəfəs normal ölçülərinə qayıtdı. Ümumiyətlə, məsləhət görərdim ki, uçuş zamanı uşaqla max. kontaktda qalın. Bu, ona yaxşı təsir edir.
???? Bakıda heç kim pişiklərlə bağlı nəsə tələb etmədi.
???? Bizim box təyyarədə oturacağın altına sığmadı, baxmayaraq ki, ölçülər eyni idi. Amma sığsa da rahat olmazdım uşağı yerdə aparmağa:))
???? Havalimanında X Raydə deyirlər ki, pişikləri çıxarın. Ancaq siz desəniz ki, çıxartmaq olmaz, qaçar, qorxur və s. Polisi çağırırlar, ona vəziyəti izah etsəniz insiyatif alıb qəfəsdən çıxartmadan normal keçirirlər. Şansınızı sınayın. 
???? Bir də gözəl dostluqlar qurun və onların dəyərini bilin. Könül Məmmədova olmasaydı nə iki balamı özümlə bu qədər rahat gətirə bilərdim, nə də bu səyahət bu qədər rahat keçərdi. Yolda əlindən gələn bütün dəstəyi verdi ki, səyahət həm yavrularım, həm mənim üçün rahat keçsin. Gözəl Könül, bir daha çox sağ ol! Allah uşağının quru, yaş mamasını, oyuncaqlarını, ödül manalarını heç vaxt əksik etməsin! ❤️

???? Bu qrupdan da mənə kömək təklif edən dostlar, hətta bir neçə prosedura haqqında kömək edən dostlar oldu. Hamınız çox sağolun! ❤️
#pişikləsəyahət

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Leyla Hasanova

DİGƏR BLOQLAR

Wachau Valley - Avstriya

Çaxır sevərlər xüsusi yaxın əyləşin!Bugün sizlərlə əslində hər bir azərbaycanlının gedib gəzmədiyi, lakin Avstriyaya, xüsusən də Vyanaya getdiyi zaman düşünürəm ki, "must visit" siyahısına düşəcək bir məkan haqqında yazacam: "Wachau Valley - Kulturlandschaft Wachau (alman dilində)".Vaxau dərəsi Krems və Melk şəhərləri arasında yerləşir. Dərə paytaxt Vyanadan 90 dəqiqə məsafədədir.Krems şəhərində təhsilim müddətində universitet nəzdində bizi bu dərəyə səyahətə aparmışdılar. Vaxau dərəsi tarixi kəndləri, üzüm bağları (127-dən çox) və çaxır məkanı olaraq məşhurdur. Vaxau dərəsi üçün ideal səyahət zamanı Mart-May aylarıdır. Çünki bu dönəmdə Spitz və Dürşteyn kimi kəndlərdə müxtəlif çaxır dequstasiyaları və festivalları keçirilir.Vaxau dərəsi UNESCO-nun mədəni və irsi siyahısına düşmüş növbəti Avstriya tarixi məkanlarından biridir. Bu dərənin ən vacib məkanlarından biri isə min illərdir Benedikt keşişləri tərəfindən qorunan və idarə olunan Melk Monastrıdır. Bu monastr hər il müxtəlif musiqi festivalları və mədəniyyət tədbirlərinə ev sahibliyi edir.NECƏ GƏLMƏK OLAR:1. Vyana şəhərindən - ÖBB qatarları ilə 45 dəqiqəlik məsafədə yerləşən Krems şəhərinə gəlirsiniz, oradan isə avtobusla Vaxau dərəsinə gedirsiniz. Qatar biletinin qiyməti bir istiqamətə 14 eur.2. Salzburg şəhərindən - ÖBB qatarları ilə St. Pölten qəsəbəsinə (yeri gəlmişkən qəsəbədə türklər çoxluq təşkil etdiyinə görə Türklər şəhərciyi də adlanır) qədər gəlirsiniz, qatarınızı Krems şəhərinə gələn qatara dəyişirsiniz.NƏLƏR ETMƏK OLAR:- Ən vacib nüanslardan biri qızıla qərq olmuş Melk Monastrını gəzməkdir;- Dürşteyn Qalasının qalıqları və tarixi ilə tanış ola bilərsiniz;- Üzüm bağları və çaxır dequstasiyaları edə bilərsiniz;- Dunay sahili boyu Gəmi gəzintisi götürə bilərsiniz (20 eur ilə 100 eur arası dəyişir qiymət);- Velosiped yürüşü edə bilərsinizGECƏLƏMƏK ÜÇÜN XƏRCLƏR:Bildiyiniz kimi, ümumilikdə Avstriya digər Avropa ölkələri ilə müqayisədə baha ölkə olduğu üçün qiymətlər biraz yüksəkdir. Vaxau dərəsindəki otel qiymətləri təxminən 80 eur-dan başlayır.VİZA?Avstriya da Şengen ölkələri siyahısında olduğu üçün Şengen vizası mütləqdir. Viza rüsumu 35 eur, 7-10 iş günü ərzində viza verilir. Vizanı Avstriyanın Azərbaycandakı səfirliyi təqdim edir. Səfirlik Landmark Otelinin biznes mərkəzində yerləşir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eva Safarova 

532 dəfə oxunub

25 günlük Avropa gəzintisinin "ƏN"-ləri

Sonuncu Avropa turumu necə planlaşdırdığım və nə qədər xərc çıxması barədə çoxsaylı suallar gəldiyindən ümumiləşdirib post yazmaq qərarına gəldim. Otel xərcləri müxtəlif olduğu üçün onları yazmayacam. Amma istəyənlər üçün məsləhət görəcəyim otellər var.1) Bakı-Tbilisi - 35 avro - 1 saat (buta)2)Tbilisi-Kutaisi - 7 avro - 4 saat (Georgianbus)3)Kutaisi-Roma - 70 avro(wizzair baqajla) - 4 saat, Romada 4 gün4)Roma-Venesiya-40 avro (Qatar-Trenitalia- 8 saat) gecə qatarında 4 yataqlı kupedə getdik. Gecə saat 12-də Roma Terminidən çıxır və səhər 8-də Venesiyaya çatır. Beləcə şəhərlər arası səyahət xərcinə 1 günlük otel xərci aradan çıxır və rahatca yatıb yuxunuzu ala bilərsiz), Venesiyada 2 gün5)Venesiya-Milan-15 avro-2 saat (Qatar Trenitalia)-Milanda 1 gün6)Milan-Lisbon-40 avro-(Ryanair)-3,5 saat , oturacaq seçimi ilə birlikdə, gecə uçuşu olduğundan 1 gecəlik otel xərci yenə də cibimizdə qaldı.7)Lisbon-Sintra-Roka burnu-Cascais-Lisbon (Qatarla-15 avro) Lisbon 3 gün, digərləri üçün 1 gecə 2 gün8)Lisbon-Azor adaları-40 avro-2,5 saat (Ryanair) -Azor adalarında 7 gün-Uçuş saatları otellerin check in-out saatları arasında olduğu üçün çox rahatdır.9)Azor-Porto-30 avro(Ryanair)-2,5 saat, Porto-1 gün-1 günə burdan doymadıq, ən az 2-3 gün keçirmək lazımdır.10)Porto-Barcelona - 10 avro-1 saat (Ryanair)-Barcelona 4 gün11)Barcelona-Palma de Mallorca-9 avro-50 dəqiqə (Ryanair) Mallorcada-2 gün12)Palma de Mallorca-İbiza-30 avro-(AirEuropa)-30 dəqiqə-İbiza 1 gecə 2 gün-doymadıq.13)İbiza-Barselona-15 avro(Ryanair)-50 dəqiqə14)Barselona-Kutaisi-90 avro-uçuş--5 saat (wizz air)-baqajla birlikdə15) Kutaisi-Tbilisi- 7 avro (Georgianbus)-4 saat16)Tbilisi-Baku-30 avro(Buta)-1 saatBeləliklə təxminən 25 gün ərzində bütüb nəqliyyata çəkilən ümumi xərc- 480 avro. (2 uçuş və 1 qatarla səyahət gecə olduğu üçün 3 gecə otellərə pulumuz çıxmadı.)-Eyni tarixlərdə Bakıdan İtalyaya tək gediş-dönüş biletinin qiyməti 600 avroya yaxın edirdi.-Bütün uçuşlarda 10kq-a qədər çiyin sumkasını pulsuz içəri keçirdik. Bundan əlavə dostumla xərcləri yarı yarı bölüşüb 1 dənə də əlavə baqaj aldıq.-Ryanair ən sevdiyim low cost oldu. 10-a yaxın uçuşun heç birində çiyin sumkasını yoxlamadılar. Ryanairdə bütün uçuşlarda oturacaqı da özümüz seçdik və yuxarıda yazılan qiymətə daxildir.-Ryanairdə camaat 2 çiyin sumkasını belinə asıb (hər çiyin sumkasının 1 qulpunu) rahatca içəri keçirirdi.-Bütün uçuşları, gediləcək şəhəri səyahətdən 1 ay əvvəl özüm planlaşdırdım, Avropa daxili uçuşlar üçün skyscanner və ryanai applardan istifadə etdim. Otellərin hamısını booking.com-dan bron etdim və oteldə ödəmə varinatını seçdim.Mənim fikrimcə:-Ən tarixi şəhər-Roma-ən sevdiyim şəhər-Lisbon-Səyahətin ən möhtəşəm yerləri-Azor adaları, Sintra, Cascais və nisbətən Venesiya (Portuqaliya ümumiyyətlə candır)))-Ən böyük xəyal qırıqlığı-Barselona-Ən əyləncəli-İbiza və Mallorcada Magaluf şəhəri-Ən dadlı çaxırlar-Roma və Porto-Ən dadlə yeməklər-Lisbon və Azor adaları-Ən möhtəşəm mənzərə-Sete Citades və Lagoa de Fogo gölləri-Ən möhtəşəm abidə-Sagrada Familia-Ən ucuz yer-Lisbon, Magaluf və Azor adaları-Ən bahalı-Barselona[gallery ids="1987,1986,1985,1984,1983,1982" type="rectangular"]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

678 dəfə oxunub

Sərfəli London

Londondakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.KUTAİSİYƏ QƏDƏRUçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).AVİABİLET VƏ UÇUŞGediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.LUTONDAN LONDONALuton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.GECƏLƏMƏKGecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .VİZABritaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.QİDALANMALondon dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur ????SONDABu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl  

616 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!