2048 dəfə oxunub

Bolqarıstan bələdçisi - Sofiya

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Salam olsun gəzəyənlərə də, gəzməyənlərə də)
Bolqarıstan-Sofiya haqqında qısa şəkildə təəssüratlarımı bölüşüm, getməyi planlaşdıranlar üçün maraqlı olar düşünürəm.
Qrupda Sofiya haqqında kifayət qədər postlar paylaşıldığı üçün detallara girmirəm) Bildiyimiz kimi, Buta ilə birbaşa reys var, uçuş müddəti təxmini 3 saat 25 dəqiqə olur. Ölkəyə giriş üçün isə ya Bolqar vizası, ya da multi-şengen vizamız olmalıdır.
Sofiya aeroportundan şəhərə gəliş çox rahatdır. Cəmisi 1.60 levə ( = 1 man. 60 qəpik) metro bileti alıb, aeroportdan çıxan kimi qatara minirsiz və yarımca saata olursuz şəhər mərkəzində (Serdiko m/st.) Metroları çox təmiz, geniş və səliqəlidir, adətən kondisionerlə təchiz olunub və bürküdən söhbət gedə bilməz)

70496429_2456061944474273_8521653764568907776_n
Milli valyutası “lev”( şir) adlanır. Təxmini manatla eynidir: 1 azn=1.03 lev.
Şir bir növ Sofiya şəhərini symbolize edir, bu səbəbdən şəhərdə Şir heykəli və adında lev sözü olan bir sıra nəsnələrə rast gəlinir.
Şəhər vaxtilə uzun müddət Roma imperiyası, sonra isə Osmanlı imperiyasının əsarətində olmuş, ən son isə Sovet Rusiyası tərəfindən işğal edilmişdir. Buna görə də şəhərdə 3 fərqli mədəniyyətin nümunələrinə (məscidlər, kilsələr və digər tikili qalıqları) rast gəlinir.
Ümumilikdə şəhərdə sanki Sovet aurası var.

Şəhərdə public transportda 1 gedişin qiyməti 1.60 levdir. Bir gün ərzində istənilən ictimai nəqliyyatdan (metro, tram, bus) limitsiz sayda istifadə etmək imkanı verən biletlər də satılır ki, bu da çox sərfəlidir. Qiyməti də cəmi 4 lev.

69653904_2456062054474262_2270607569963712512_n

Elə bu qrupdakı yoldaşlardan birinin məsləhətiylə H2O adlı hosteldə qaldım, gecəsi cəmisi 12 azn-ə. Qiymətinə görə əla yerdir. Məkəzə ve Serdiko metro st. çox yaxındır. Təmiz və səliqəlidir, personal da yardımsevərdir. Yeganə mənfi cəhəti gecə yatanda xoruldayanların çox olması idi.
Hostelin yaxın ətrafında gəzməli yerlər, restoranlar, parklar və s., bir sözlə, hər şey var.
Restoranlarda qiymətlər bizdəkindən çox yox, cüzi bahadır. Mərkəzdən kənar yerlərdə ucuz yeməkxanalar tapa bilərsiz.

Hər gün pulsuz turlar təşkil olunur. Ətraflı məlumatı “free sofia tour” səhifəsini axtarış edib ordan əldə edə bilərsiniz. Mükəmməl tur bələdçiləri olur. Martin adli guide var, çox məsləhət görürəm) adam işini o qədər entuziazmla görür ki, 2 saatlıq turdan zövq alacağınız qarantidir)

69778044_2456062281140906_661045065136734208_n

Sofiyada parklar çoxdur və ərazicə böyükdürlər, gəz-gəz bitməz.. Ən məşhurlarından biri South Parkdır. Çox sakit və səliqəlidir, əsl istirahət etməli yerdir)
Popular touristic destination olmasa da, Sofiya məndə gözəl, sakit və hüzurlu şəhər təəssüratı yaratdı.

P.S. İmkanınız olarsa (məndə olmadı təəssüf ki), şəhərdən təxmini 1 saat məsafədə yerləşən Vitoşa dağına da mütləq baş çəkin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elvin Mammadli

DİGƏR BLOQLAR

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

5859 dəfə oxunub

Rusiya - Gürcüstan səfəri

Salam gəzəyənlərr, gəzməyi planlayanlarr və ümumən gəzməyb gəzənləri izləyənlərrrr Gəlin sizə biraz Rusiya - Gürcüstan səfərimdən danışım. Gediş planım Azərbaycan - Rusiya(Rostov - Moskva - Veliky Novqord - Sank Peterburg) + quru yol ilə Gürcüstan (Tiflis - Kutaisi - Batumi)ni əhatə edirdi. İlk öncə Rusiyaya gedərkən diqqət edilməli mövzulara toxunum… Mövcud müharibə səbəbiylə əlaqədar Rusiyada bir çox sanksiyalar hələdə qüvvədədir. Məsələn VPN istifadə etmədən bir çox proqramlar işləmir. Onun üçün ilk Vpn-i hazır edin telefonunuzda.Bu sanksiyalar həm sosial şəbəkə həmdə bir sıra səyahət proqramlarına təsir edib.Booking-işləmir amma onu əvəz edəcək “Ostrovok” tədbiqini istifadə edə bilərsiniz. Qalacağınız Otel/Hostelləri buradan rahatlıqla rezerv edə bilərsiz. Google maps - işləmir. Amma onun əvəzinə Yandex maps istifadə edə bilərsiz. Onuda deyim ki, Yandex maps Rusiya üçün Google-dən daha yaxşı işləyir. Gedəcəyiniz yerə hansı marşurut gedir, harada minib-harada düşəcəyinizə buradan baxa bilərsiz.(Note) Şəhər mərkəzlərində Gps yaxşı işləmir. Yerinizi səhv göstərə bilər. Ona görədə yerinizi ətrafınızda olan məkanlara görə daha dəqiq təyin edin. Heç bir beynəlxalq kart işləmir. Yalnız “Сбербанк” işləyir. Onuda ordan əldə edə bilərsiniz.Taksi üçün Yandex taksi - istifadə edə bilərsiniz. Şəhərlər arası nəqliyyat üçün tutu.ru(və ya proqramından) istifadə edə bilərsiniz. İstər avtobus, istərsədə qatar biletlərin burdan əldə edə bilərsiz. Əlavədə xidmətləridə mövcuddur.İndi keçək səyahətmizə İlk gəzdiyim şəhər Rostov na Donu oldu. Don çayının ətrafında olan bu şəhər başdan sona yaşıllıqla əhatə olunmaqdadır. Həmçinin siz burada kiçik gəmi turlarıda götürə bilərsiniz. Mövcud müharibə şəraiti olmasa idi burada Paraşutdan tullanmada mövcuddur və Moskvadan daha ucuzdur Amma təəssüflər olsun ki, Rostovda hal hazırda yalnız hərbi aviasiya işləməkdədir… Buna görədə paraşutu dayandırıblar… Ordan sonrakı dayanacağım Moskva oldu. Rostov - Moskva (Avtobus).Moskva sadəcə ömürdə bir dəfə görüləsi şəhərdir məncə. Yəni çoxda vauu deyiləcək kimi gəlmədi mənə. Bir səfər gedilərsə ikinci səfər arzulamaram şəxsən. Bir Qırmızı meydanı, Kremli-si var. Hə birdə tıxaclı şəhəri, qarışıq metrosu ilə yadda qaldı. 2-3 gün Moskvaya bəs edər məncə. Hə birdə turduğum hostel kapsul - tipli hostel idi. İlk səfər üçün maraqlı gəldi Otaqda kapsul tipli yataqlar idi. (gecəsi 17-Azn). Sonraki dayanacaq Veliky Novgorod oldu (Qatarla). Moskva və Sankt-Peterburg yolunun üzərində olan bu şəhər Rusiyanın qədim şəhərlərindən biridir. Çoxda böyük olmayan bu şəhərdə çay kənarında gəzib, İlmen gölünə gedə bilərsiz. Birdə kilsələri gəzə bilərsiz. Veliky Novgorod Piterə yaxın olduğu üçün növbəti dayanacağım təbiki Sankt-Peterburg oldu (avtomobil ilə).Baxın Piteri gəzməyə həqiqətən dəyər Göz oxşayan bu şəhərin hər yerində demək olarki turistlərə rastlamaq olur. Əgər muzeyləri sevirsizsə Ermetaja mütləq baş çəkin. Ümumən şəhərin abu-havası çox əladır. Qayıqla gəzinti götürərək şəhər hakqında ümumi məlumat toplay bilərsiz. Kilsələrin isə memarlıq üslubu çox gözəldir. Açılıb bağlanan körpü və s. (körpünün açılma saatına internetdən baxa bilərsiniz)Hələ bura yayda səfər edərsəniz buranın bəyaz gecələrini demirəm Piterdən sonra geri qaytmağa başladım. Yenidən Rostova gəlib səhəri gün qatarla Beslana(Vladiqafqazdanda maşınlar gedir) yola düşdüm. Ordan isə 3000rubl(təxmini 50-Azn) ödəyərək Gürcüstana(Tiflis) yol aldım. (İstəsəz sürücünün nömrəsini verə bilərəm sizədə. Tiflis - Vladiqafqaz arası sürücü işləyir). Gürcüstan girər girməz özünü, doğmalıqnı hiss etdirdi. Gömrükdən problemsiz, sorğu sualsız keçib Kazbek dağlarının mənzərəsi ilə yol aldıq Tiflisə. Oradada isti münasibət görərək düşdüm Tiflisin canına Aşağı-yuxarı gəzib, xəngəldən yeyib Kutaisinin planlarını qurdum. Əgər Gürcüstana gəlmisizsə mütləq surətdə Martvili kanyonu və Prometheus mağarasına baş çəkinn məncə (Bunun hakqında ayrıca post edəcəm inşəAllah). Nə isə Tiflisdən Kutaisi(Martvili kanyonu və Prometheus mağarası) turu alıb çıxdım yola. Qırığ-qırığ ingiliscəmnən Kanyonun möhtəşəmliyindən zövq alaraq, Mağaranın zövqün çıxarıb turla geri dönərkən mən Kutaisidə düşdüm. Oradanda avtobus ilə yol aldım Batumiyə. Batuminidə aşağı-yuxarı gəzib, dənizə girib, xaçapuridən yeyib dadın çıxardım. Sonra isə yenidən Tiflis - Bakı reysi ilə geri döndüm Bakıya (Mənə görə Gürcülər çox istiqanlı və bizi sevən millətdir. Məsələn Ruslarda o soyuqluq az çox var. Amma Gürcülərr Özüm çox detallı anlatmadım ki, oxuyanda yorulmayasız. Nə sualnız olsa yazın cavablaym)Paylaşan: Rutidu Elvin

209 dəfə oxunub

Təbriz və Ərdəbil bələdçisi

Cənub Torpaqlarımıza səfər haqda..Həvəsiniz olsa oxuyarsız????Səhər 6-da Bakıdan çıxdıq 2 saat sonra Biləsuvar sərhəd keçid məntəqəsində idik (şəxsi maşınlarla). Sərhəddə Azərbaycan tərəfdən rahat İran tərəfdən isə sıra sistemi qurulmadığı növbəsiz sistemsiz (kim qabağa düşdü sistemi ilə) keçməli olduq. Ona görə bir az gözləməli olduq.Sərhəddi keçdikdən sonra taksi ilə Təbrizə yola düşdük (taksi adam başına 12 ₼ (Bakıdan bir başa avtobus 30₼, ona görə Biləsuvara gedib ordan taksi ilə getmək daha sərfəlidir)). Yolları yaxşı olmasa da pis də deyildi. 2 taksi ilə gedirdik (qardaş idilər), yolda çox adrenalin yaşadıq, riskli sürürdülər. Bir yerdə dərəyə gedirdik az qalsın, bir təhər yığışdırdı. Yolüstü Mişgen Şəhərində durduq, yemək üçün günorta yeməyini buraxıb təbii qaymaq və bal yedik, çox dadlıdır oraların qaymağı.Xülasə, 15:00-da çatdıq Təbrizə. Otel 3 ulduzlu idi, adı Fərid otel. Şəhərin mərkəzində yerləşirdi. Günlük səhər yeməyi daxil, adam sayına görə dəyişməklə gecəsi 15-17 ₼ idi (günlük 5-10 ₼ olan hostellər də var).Təbrizdə gedilməli yerlərə gəkdikdə isə, ən tanınan yerlər Eynalı dağı, Şah gölü, Təbriz bazarı, Şairlər məqbərəsi və bir neçə muzeydir (Azərbaycan muzeyi, Şəhər muzeyi və Şəhriyarın ev muzeyi).Şəhər içi taksilər çox ucuzdu (1-1.6 ₼), ona görə şəhər içində ancaq taksilərdən istifadə etdik.İlk olaraq Eynalı dağına getdik, şəhər bu dağın ətəyində yerləşir. Maşın gedə bilən yerdən sonra kanat başlayır, kanat həm uzun həm də yüksək idi, ordan Təbriz tamamilə görünür, gözəl mənzərəsi var. Dağın hündürlüyü 2378 m-dir. Kanatla qalxanda sıldırımlı yamaclarda dağa qalxan alpinistlərə də rast gəldik (Kanatın qiyməti 1₼ civarında).Dağ gəzintisindən sonra, Şah gölünə getdik, çox qələbəlik idi, ətrafında gözəl restoranlar var idi, birində axşam yeməyi yedik, kababları çox dadlı idi, restoranda ancaq bardaş oturub yemək üçün taxtlar var idi. Yerdən oturub yemək də bir başqa oldu.Təbrizin havası isti olsa da, quruluğu səbəbilə adamı tərlətmir demək olar. Ən əsası bədən yapışqan olmur, saç yağlanmır tez bir zamanda, duş ehtiyacı hiss etmir insan.Səfərin ikinci günü Təbrizin 58 kilometrliyində yerləşən, tarixi və Mağara evləri ilə məşhur olan Kənduvan kəndinə getdik (Taksi təxminən 12₼-ə aparıb gətirir, gedib qayıtmaq və gözləmək və orda bələdçi vermək daxil). Oranın da çox sərin havası var idi. Mağara evləri ilə məşhur olan Kənduvan Şərqi Azərbaycan ostanında tarixi və tanınmış kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Kəndin evləri qayalar içində tikilib. Yayda sərin, qışda isti olur, 5-6 mərtəbəyə qədər evlər var üst-üstə qayalar üzərində, Kənduvanda da qalmaq istəsəz o mağara evləri otel kimi istifadəyə verən sakinlər var, hər bir şəraiti var (hamamda duş şəraiti falan da), günlük bizim pulla 20-25 ₼. Kənduvanın bənzər kəndi yalnız Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalisi Türk mənşəli və dili Türk dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır. Balın qiyməti 7 ₼ ????Günorta Təbrizə çatıb, muzeylərə baş çəkdik, Şəhər Muzeyi, Azərbaycan Muzeyi (Muzeyin adı oralar Azərbaycan adlanır deyə elədir, şimalla bir əlaqəsi yoxdur) və Şairlər məqbərəsində olduq (giriş pulludur, 1₼ civarında). Sonra Təbriz bazarına baş çəkdik və axşam oldu.3-cü gün səhər Ərdəbilə yola düşdük, yol boyu yaylalarda duranda çox külək və soyuq var idi, iyul ayında rəsmən üşüyürdük, Ərdəbil də soyuq idi. Ərdəbildə mərkəzi hissədə olduq, Şeyx Səfi məqbərsinə baş çəkdik, giriş baha idi ( 5₼ təxmini). Sonra mağazalara baş çəkdik, dəri çantalar çox ucuz olur bizimlə müqayisədə, çox bəyəndiyim bir çanta aldım, bizim pulla 30 ₼.Sonra nahar edib (qiymətlər münasib idi) Ərdəbil bazarına baş çəkdik. Çox gözəl tarixi abidədir eyni zamanda, Ərdəbil bazarı. Alış veriş edib Biləsuvara yola düşdük.Xülasə daha qənaətçil olmaqla Ortalama 100-150₼-lə 3-4 günlük cənubda tur atmaq olar.Ümumi təəssüratlar:Cənubluların bir çoxu bizə sevgi ilə yanaşdı, evinə dəvət edən də oldu. Hərdən maraqlı yanlış anlamalı dialoqlarımız da oldu, aşağıdakı kimi:Can Təbrizimizdə taksidə dialoq:Taksi şoferi: -Siz ordan rədd olduz da indi..Biz: Nə???Taksi şoferi: -Yəni ordan keçdiz dəə..Biz: -Həə..Taksi şoferi: -Biz sizi söyürük..Biz: Nə???Taksi şoferi: -Yəni sevirik dəə..Biz: -Həə, biz də, biz də...????Təəssüf doğuran əsas şey təhsilin farsca olma səbəbilə dillərinə çoxlu fars sözlərinin daxil olması və assimilyasiyaya məruz qalmalarıdır bu səbəblə..Bahalı, xarici və yeni avtomobil çox az gözə dəyir, əsasən köhnə marka pejo markalı avtomobil istifadə edirlər. Ona görə orda olanda adam özünü 90-larda hiss edir. Benzin sudan 2 dəfə ucuzdu, 20 qəpik bizim pulla  Özləri də deyir benzin bizdə müftədir, ona görə çörək almağa da maşınla gedirik.İranda olduğumuz 3 gündə, İslam respublikası olsa da əzan səsi eşitmədik (Verilmir demirəm). Nə Təbrizdə nə də Ərdəbildə (Günorta namazı vaxtı Ərdəbildə idik və şəhərin mərkəzində).İnsanlar İslama görə yaşamağa məcbur edilsə də İslama görə yaşayan çox azdı. Qadınlar açıq geyinməsə də, hicablı da sayılmazlar.Məsçid sayı da çox sayılmaz, çox az gözə dəyirdi.Bir çox yerli ilə ünsiyyətdə belə məlum oldu ki, şah dövründə İslam daha səmimi və çox yaşanıb nəinki Molla rejimində. Və dedikləri bu oldu ki, İslamı siyasətə qatıb o qədər yalan danışdılar ki, insanları dindən imandan soyutdular.Önəmli olan dövlətin adına deyil, İnsanların qəlbinə İslam yerləşdirməkdir..Vəfadar Babayevİyul 2019Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vafadar Babayev

2761 dəfə oxunub

Atlantik okeanının incisi - Kanar adaları

Hər kəsə yenidən salamlar! Kiribati ada ölkəsinə gedə bilməsəm də 1 həftəlik dünyanın bu biri başına, Atlantik okeanındakı KANAR adalarına getmək şansım oldu. Təcrübələrimi bölüşüm bəlkə getmək istəyənlərə faydalı məlumat olar.Əvvəlcə bilməyənlər üçün deyimki Kanar adaları İspaniyaya məxsus Afrikanın qərbində, Atlantik okeanında yerləşən 7 adadan ibarətdir. Dünya üçün okeanın ortasında sadəcə kiçik nöqtələrdən ibarət olsa da, yaxın tarixə qədər yetərincə müharibə görmüş yerdir.Biz sadəcə "low cost" gediş gəlişin rahat olduğu, ən böyük ada olan Tenerifeyə gedə bildik. Adada ortalama 1 milyon adam yaşayır. Məncə az deyil. Bakıdan uçuşlarla bağlı məlumatım yoxdur ama qiymət bir qırağa 1-2 stopla 10 saatdan çox vaxt tələb edir.Uçuş biletləri və otel rezervasiyasını 6 ay öncədən etdiyimiz üçün xərcləri aşağı tuta bildik.Çox yerə olduğu kimi Kanar adalarına da Ryanairin "low cost" uçuşları var:Frankfurt-Tenerife-Frankfurt - 2 nəfər 262 Euro - 6 euro əlavə 10KG handbagage.    Plan bütün adanı gəzmək idi və kirayə maşın götürdüyümüz üçün oteli mərkəzdən, Los Americasdan 25km kənardan, Okeanın sahilindən tutmuşduq. İki nəfər üçün 3 ulduzlu otel səhər yeməyi daxil, okean mənzərəli 7 gün üçün 356 euro.   Los Americasda isə demək olar hər şey bir aradadır. Sudan çıxıb elə qurumamış bir başa brand mağazalara ya daki restoranlara girə bilirsiniz. Sadəcə bir həftə ordakı çimərliklərdə vaxt keçirməyə də dəyər.Maşın kirayəsi də ucuz idi. 7 gün üçün 70 euro və əlavə 30-35 euro benzin (təxmini 450 km sürdük). Bir də yerli, milli "Bar-Baku" gördük. Adada rus turistlər çox olduğu üçün Bar biraz onlara uyğun xidmət göstərir, hansı ki, məncə doğrudur, ama yenə də azərbaycanca menu var idi və gözəl milli yeməklər. Bir şey varki, "google map"də bar haqqında çoxluq "gözəl kiçik rus barı" kimi rəy yazır.    Ümumi desək iki nəfər üçün uçuş+otel+maşın kirayəsi birgə təxmini 730 Euro. Əlavə gözə çarpası xərcləriniz okeanda tur və Aquaparklaradı. Siam Park və Lora Park dünyanın ən böyük Aquaparklarındandır. Hər birində azı 6-7 saat keçirirsən və yenədə tam gəzib bitirə bilmirsən.   Görməli yerlər adanın müxtəlif yerlərində olduğu üçün yaxşıdır ki, maşın götürəsiniz.Yeni bahalı otel reserv etməyə dəyməz, çünki onsuz gününüz çimərliklərdə və parklarda keçir. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Rashad Bakirov          

2151 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!