2719 dəfə oxunub

Azərbaycanlıların ən sevdiyi viza - ŞENGEN - (1)

Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (BelçikaNiderlandLüksemburqFransaAFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.

Əlavə məlumat üçün yazıya daxil olun

Ümumilikdə 26 ölkənin də bu müqaviləyə qoşulması ilə tək bir bölgə halına gəlmiş Şengen Ərazisini, əldə etdiyiniz viza müddətində istədiyiniz ölkəni rahat bir şəkildə gəzə bilərsiniz. Bu ölkələr hansılardır:

  • Belçika
  • Avstriya
  • Çexiya
  • Danimarka
  • Estoniya
  • Finlandiya
  • Fransa
  • Almaniya
  • Yunanıstan
  • Macarıstan
  • İslandiya
  • İtaliya
  • Latviya
  • Litva
  • Lüksemburq
  • Malta
  • Hollandiya
  • Norveç
  • Polşa
  • Portuqaliya
  • Slovakiya
  • Sloveniya
  • İspaniya
  • İsveç
  • İsveçrə
  • Lixtenşteyn

     Azərbaycan vətəndaşları  bu ölkələrə turist vizasına müraciət etmək üçün aşağıda qeyd edilən siyahı üzrə ölkələrin səfirlik, konsulluq və ya viza mərkəzlərinə müraciət edə bilərlər:

 
       1.  Fransa, İspaniya,  Lüxemburq, Belçika, Portuqaliya və Hollandiya turistik vizasını Fransanın ölkəmizdəki səfirliyi verir. Müraciət etmək üçün link
 
       2.  Çexiya turistik vizasını həmin ölkənin, ölkəmizdəki səfirliyinə müraciət edə bilərsiniz. Həmçinin VSF GLOBAL viza mərkəzi nə müraciət etməklə
 
      3. Latviya, Litva, Sloveniya, Slovakiya və Estoniya turistik vizasını Latviyanın ölkəmizdəki sefirliyi verir. Viza müraciəti üçün yalnız linkə daxil olaraq edə bilərsiniz.
 
      4. İtaliya və Malta üçün turistik vizanı İTALİYA səfirliyi verir. Müraciət etmək  linkə daxil ola bilərsiniz.
 
     5. İsveçrə vizası üçün qeyd edilən linkə ə daxil olmaqla müraciət edə bilərsiniz.
 
     6. Almaniya və Lixtenşteyn öklələrinə səyahət etmək istəyirsinizsə, o zaman qeyd edilən linkə daxil olmaqla ətraflı məlumat alıb, müraciət edə bilərsiniz.
 
     7. Skandinaviya ölkələri olan Norveç, Danimarka, Islandiya və Finlandiyanı görmək istəyənlər də həmçinin VSF GLOBAL AZERBAIJAN viza  mərkəzinə müraciət etməlidirlər. Qeyd edim ki, bir müddət əvvəl Norveçin ölkəmizdəki səfirliyi fəaliyyətini dayandırdığı üçün viza sənədləri Ankara, Türkiyəyə göndərilir və viza cavabı 1 ay müddətində məlum olur. Müraciət zamanı bütün bunları nəzərə almaq lazımdır.
 
     8. Polşa vizası üçün linkə daxil olmaqla müraciət edə bilərsiniz.
 
     9. Yunanıstan vizası üçün bütün ətraflı məlumatı qeyd edilən linkə daxil olmaqla, əldə edə bilərsiniz
 
    10.   Avstriya vizası üçün görüş almaq, aplication form doldurmaq, həmçinin ətraflı məlumat əldə etmək istəyirsinizsə, qeyd edilən linkə daxil ola bilərsiniz.
 
    11. Macarıstan vizasını ölkənin Azərbaycandakı konsulluğu verir. Və bu ölkəyə viza əldə etmək üçün qeyd edilən linkə daxil olmaqla rahatlıqla bütün məlumatı əldə edə bilərsiniz
 

    12. Daha bir Skandinaviya ölkəsi olan İsveç  vizası üçün qeyd edilən linkə daxil olmaqla, müraciət edə bilərsiniz

Viza müraciəti zamanı diqqət etməli olduğumuz bir çox nüanslar var. Yazılan və ya yazılmadığı halda çox vacib olan qaydalar haqqında onu deyə bilərəm ki ...

ARDI VAR .....

 
 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: tourexpert 

DİGƏR BLOQLAR

Ev heyvanları ilə səyahət

Salam, əziz Gəzəyənlər!Qrupda bir neçə dəfə pişiklə səyahət etməklə əlaqəli sual gördüyüm üçün istəyirəm əliuşaqlılar üçün bir post paylaşım. Qeyd edim ki, biz AZAL istifadə etməli olduq, ancaq tələblər THY-də də eynidir. Fərqləri budur ki, AZAL-ın ödəniş əsaslı çəki və ölçü alternativi daha çoxdur. Başladıq!???? Azərbaycana pişiyinizi gətirmək istəyirsinizsə, məsləhət görərdim ki, iki ay əvvəldən yavaş-yavaş hazırlıqlara başlayasınız ki, son günlərdə nə özünüzü, nə də uşağı stressə salmayasınız. Həmin iki ay sizə çox rahat şəkildə uşağın lazımlı bütün peyvəndlərini tamamlamağa çatacaq - hətta nəzərə alsaq ki, elə peyvəndlər var ki, onların arasında bir həftə vaxt olmalıdır.???? Azərbaycan Avropadan fərqli olaraq titration nəticəsi istəmir, ancaq quduz nəticəsi istəyir. Titrationun nəticəsi 3 aya gəlir, quduz isə 5 dəqiqəyə vurulur.???? Veterinara ölkə dəyişəcəyinizi deyin ki, o, sizi uşağın ümumi sağlamlıq vəziyətinə görə yönləndirsin. Həm də axırda sizə ölkədən çıxış üçün, "səyahət üçün uyğundur" təsdiqi verməlidir.???? Totalda lazım olan sənədlər° Uşağın passportu - içində bütün sağlamlıq keçmişi olur - peyvəndlər. Bütün medikal arxivi.° Sağlamlıq sertifikatı° Ölkədən çıxışı üçün təsdiqlənmiş və veterinar tərəfindən verilən sənəd???? Bileti almadan əvvəl səyahət etmək istədiyiniz reys haqqında zəng edib havayolu şirkətindən soruşun ki, həmin reys pişiklər üçün uyğundur ya necə. Kabində ancaq eyni növdən iki heyvan gedə bilər. Ola bilər həmin reysdə sizdən əvvəl kimsə qeydiyyat aparıb uşağı üçün. Bu kimi riskə görə zəng edərək əvvəldən öyrənin. Sonra bileti alın. Bileti aldıqdan sonra təkrar zəng edib pişiyinizi qeydiyyatdan mütləq keçirin.???? AZAL box/qəfəslə birlikdə 8 kq-a qədər olan bir pişiyin kabinə keçməyinə icazə verir. 8 kq-dan artıq olan pişikləri isə heyvanlar üçün xüsusi bölməyə göndərir. Əgər pişiyiniz xüsusi bölməyə getsə, onun vəziyəti haqqında soruşub maraqlanmaq haqqınız var və bunu edin.???? Boxla birlikdə 8 kq-a qədər olan pişik üçün havalimanında, check in zamanı 60$ ödəməlisiniz. Check in zamanı özləri sizi ödəməni etməli olduğunuz yerə, AZAL-ın ofisinə yönləndirir. Oradan aldığınız qəbzi yenidən check in-dəki işçilərə verib, qeydiyyatı tamamlayırsınız.???? Pişiyin cinsinin ölkədən çıxmağa uyğun olub olmadığını əvvəlcədən kontrol edin.???? Quduz ( şərtdir), daxili və xarici parazit, karma ( Azərbaycan dilində qarşılığını bilmirəm, Türkiyədə karma desəniz onsuz da veterinarınız onu edəcək) və lösemi etdirməyiniz məsləhətdir. Parazit peyvəndlərinin arasında 3-4 gün olur. Bir həftə sonra karma, bir həftə sonra isə lösemi etdirə bilərsiniz.???? Uşağa bitki tərkibli sakitləşdirici verə bilərsiniz ki, yolda çox qorxmasın. Veterinarınızla birlikdə dozasını müəyənləşdirə bilərsiniz. Biz 2 saat əvvəldən verdik, ancaq kaş 3-4 saat əvvəldən verərdik. Yola çıxmadan 6-7 saat əvvəl yemək verməyi dayandırın ki, yolda qusma riski azalsın.???? Əgər boxdan nifrət edən pişiyiniz varsa yola çıxmadan bir-iki ay əvvəl səyahət edəcəyi qəfəsi açın evə qoyun ki, içinə girib çıxmaqla ona öyrəşsin.???? Veterinardan səyahətə çıxacağınız gün qəfəsin içinə sərməyə bez götürün.???? Yanınıza ödül çubuğu deyilən o dadlı, yeməli çubuqdan götürün ki, arada pişiyinizə verəsiniz ( çox olmamaq şərtiylə).???? Havalimanında check in-i nə qədər tez etsəniz o qədər xeyrinizədir. Hətta yerinizi ən öndən və ya dəhliz tərəfdən seçin ki, səyahətiniz rahat keçsin. Biz check-ini çox gec etmişdik deyə ən arxa və orta sırada oturmalı olmuşduq. Pişiklə orta və pəncərə tərəf qəti rahat deyil. Çünki qəfəsi qucağınıza almalı olsanız, bu yerlərdə ala bilməyəcəksiz, daha geniş yer lazımdır. Xahiş edərək dəhliz tərəfdə oturan şəxslə yerimi dəyişmişdim və qəfəsi qucağıma alıb yol boyu uşaqla kontakt halında qaldım ki, stressi azalsın.???? Qəfəsiniz plastik olsa mütləq qəfəsin qapısının açılıb açılmadığını kontrol edin. Bizdə qəfəslərdən biri təzyiqdən açılmışdı, qəfəs qucağımda olmasa və xəbərim olmasa uşaq rahatlıqla çölə çıxa bilərdi. Təyyarə endikdən sonra qəfəs normal ölçülərinə qayıtdı. Ümumiyətlə, məsləhət görərdim ki, uçuş zamanı uşaqla max. kontaktda qalın. Bu, ona yaxşı təsir edir.???? Bakıda heç kim pişiklərlə bağlı nəsə tələb etmədi.???? Bizim box təyyarədə oturacağın altına sığmadı, baxmayaraq ki, ölçülər eyni idi. Amma sığsa da rahat olmazdım uşağı yerdə aparmağa:))???? Havalimanında X Raydə deyirlər ki, pişikləri çıxarın. Ancaq siz desəniz ki, çıxartmaq olmaz, qaçar, qorxur və s. Polisi çağırırlar, ona vəziyəti izah etsəniz insiyatif alıb qəfəsdən çıxartmadan normal keçirirlər. Şansınızı sınayın. ???? Bir də gözəl dostluqlar qurun və onların dəyərini bilin. Könül Məmmədova olmasaydı nə iki balamı özümlə bu qədər rahat gətirə bilərdim, nə də bu səyahət bu qədər rahat keçərdi. Yolda əlindən gələn bütün dəstəyi verdi ki, səyahət həm yavrularım, həm mənim üçün rahat keçsin. Gözəl Könül, bir daha çox sağ ol! Allah uşağının quru, yaş mamasını, oyuncaqlarını, ödül manalarını heç vaxt əksik etməsin! ❤️???? Bu qrupdan da mənə kömək təklif edən dostlar, hətta bir neçə prosedura haqqında kömək edən dostlar oldu. Hamınız çox sağolun! ❤️#pişikləsəyahətƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Leyla Hasanova

3978 dəfə oxunub

İspaniya üçün səyahət büdcəsi

Gəzməli-görməli yerlərdən şəkillər paylaşır, bəh-bəhlə təəssüratlar yazırıq. Amma gəlin etiraf edək ki, insanları ən çox büdcə maraqlandırır, səfər barədə ilk olmasa da, mütləq ikinci sual o olur ki, nə qədər pulun çıxdı? ????Təbii ki, hər hansı bir ölkəyə, şəhərə səyahət büdcəsi sizin orada harada qalmağınızdan, nə qədər qalmağınızdan, hansı nəqliyyat növünü seçməyinizdən, nə yeyib, nə içməyinizdən asılı olaraq dəyişəcək. Mən öz təcrübəmdən, 1 həftəlik İspaniya səyahətimdən yazım, kimdəsə bu məbləğ qat-qat ucuz ola bilər, kimdəsə əksinə baha ????‍♀️????İlk olaraq İspaniyaya necə getməli? İspaniyaya ən ucuz uçuş Kutaisidən Barselonayadır. Wizzair hava yolundan təxminən 150 Euroya gediş-dönüş uçuş biletini əldə edə bilərsiniz. ✈️????İspaniya daxilində isə şəhərlərarası qatar və avtobus biletlərini də öncədən almaqda fayda var. Bunun üçün omio.com saytından istifadə edə bilərsiniz. Barselona-Valensiya qatar biletim 29 Euro, Valensiya-Madrid qatar biletim 34 Euro, Madrid-Granada avtobus biletim 20 Euro, Granada-Cordoba avtobus biletim 16 Euro, Cordoba-Sevilya qatar biletim 14 Euro. İspaniyanın özünün Renfe qatarlarından və Alsa avtobuslarından istifadə etdim.????????Gəldik otellərə... İlk olaraq, onu deyim ki, Madrid və Barselonada qiymətlər Əndəlüs bölgəsinin şəhərlərinə görə az qala ikiqat bahadır. 8-12 nəfərlik ümumi otaqlarda qalıb, ümumi hamam-tualetdən istifadə etmək sizin üçün problem deyilsə, 10-15 Euroya hostellərdə qalıb səyahətinizi ucuz edə bilərsiniz. Amma mən hostellərdə qala bilmədiyim üçün 4 ulduzlu otellər seçdim ki, onların da qiyməti təbii ki, nisbətən bahadır. Bunun üçün də müxtəlif saytlar var. Ancaq mən adətən booking.com saytından istifadə edirəm. Oteli neçə ay öncədən tutmağınızın, neçə nəfər olmağınızın, şəhər mərkəzinə yaxınlığın da qiymətlərə təsiri var. Ən yaxşısı, ən azı 2 ay qalmışdan otellərinizi book edib rahat oturmaqdır. Barselona otelimin bir gecəsi 150 Euro (3 nəfərlik otaq) idisə, Madrid otelimin gecəsi 135 Euro, Valensiya otelimin gecəsi 90 Euro, Əndəlüs şəhərlərində isə gecəsi 60-70 Euro (yenə də 3 nəfərlik otaq) idi.O ki qaldı nə yeyib-içməyə, bu da fərdidir, nə istədiyinizə, necə yerdə yediyinizə bağlıdır. Şəhərdaxili nəqliyyat və yemək-içmək kimi xərclər üçün bir günə maksimum 50 Euro kifayət edir. Məsələn, bir dəfə kafedə oturub yemək 15 Euro civarındadır. Günə 3 dəfə kafedə yemək əvəzinə, heç olmasa bir dəfəsini marketlərdən alış-veriş edib öz sendviçnizi özünüz düzəltsəniz, həmin məbləğə muzey və saray qiymətlərini də daxil edə bilərsiniz.Nəzərə alsaq ki, muzeylərin, sarayların giriş qiyməti də ortalama 10-15 Euro təşkil edir. Xülasə, normal yeyib-içib, normal büdcəli otellərdə qalmaqla 1 həftəlik İspaniya səyahətini bir nəfər üçün təxminən 1500 manata başa gətirə bilərsiniz. (Bütün bilet və otelleri aylar öncə almaq şərti ilə!!!) Hostellərdə qalıb, restoranlar əvəzinə marketlərdən yesəniz, maksimum 1000 manata da səyahət edə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rena Karimova

1851 dəfə oxunub

Yaponiya haqqında 29 fakt

Ən maraqlısı 29-uncudur.1. Yaponlar öz ölkələrinə Yaponiya demir. “Nihon” və ya “Nippon” deyirlər. Bunun mənası “günəşin yüksəldiyi yer” deməkdir.2. Yaponiya adalar ölkəsidir. 6852 adadan ibarət olsada, bunların sadəcə 430-unda toplam 127 milyon insan yaşayır. Əhali baxımından dünyanın 10-cu ölkəsidir.3. Dünyadakı robotların yarısı Yaponiyadadır. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi robotlar mövzusunda da birincidirlər və ASIMO kimi insana bənzəyən robotlar hazırlamaq üçün gərgin çalışırlar.4. Yaponiya, dünyanın ən böyük avtomobil istehsalçısıdır. İçindən şose keçən binaları belə vardır. Küçələrinin isə çoxunun adı yoxdur.5. Köhnə Yapon döyüşçülərinə “Samuray” deyilərdi və bunlar Katana adında bir qılıncla vuruşardılar. Yaponlarda Karate, Judo, Sumo, Ninjutsu, Kendo, Jujutsu və Aykido kimi döyüşlər bu mədəniyyətin əhəmiyyətli bir parçasıdır.6. 400 ildən bəri “Ağlayan Sumo” adında bir yarışma keçirilir. Bu yarışmada Sumo güləşçiləri qucaqlarındakı körpələri ağlatmağa çalışır.7. Evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğum nisbəti o qədər aşağıdır ki, yetkin bezlərinin sayı körpə bezindən daha çoxdur.8. Dünyada uzun həyat dedikdə ilk ağla gələn ölkə Yaponiyadır. Burada 100-dən çox yaşı olan 50000’dən çox insan yaşayır.9. Dünyanın ilk romanı 1007-ci ildə bir qadın yazar tərəfindən Yaponiyada yazılmışdır.10. Ölkənin 70% -i dağlarla örtülüdür. 200-ə yaxın vulkan vardır. Yaponiyanın ən yüksək dağı olan Fuji dağı da aktiv bir vulkandır.11. Yaponiyada hər il 1500-ə yaxın zəlzələ olur. 2011-ci ildə olan zəlzələnin dünyanın dönüş sürətini 1.8 mikrosansasıya qısaltdığı deyilir. Hətta bu zəlzələ nəticəsində ortaya çıxan bəzi antik daş lövhələrin üzərində “bu nöqtədən sonra ev tikməyin” yazıldığı aydın olmuşdur.12. Dünyanın ən köhnə şirkəti Konqo Gumi e.ə. 578-ci ildə qurulmuşdur.13. Maqnit üzərində hərəkət edən qatarların sürəri saatda 500km-ə çata bilir. Ümumi olaraq qatarlar dəqiqlikləri ilə tanınır. Orta gecikmə müddətləri yalnız 18 saniyədir. Bu qatarlarda bəzən o qədər sıxlıq olur ki stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.14. Yaponiyadakı Maharo vulkanının kraterinin ətrafına səlahiyyətlilər bir hasar çəkmək məcburiyyətində qalmışlar. Çünki bu günə qədər 2000-dən çox insan vulkana atılaraq intihar etməyə çalışmışdır.15. 20-44 yaş aralığındakı kişilərin əsas ölüm səbəbi intihardır.16. Statistikaya görə Yaponiyada 1 milyondan çox insan otağından heç çıxmır. Hikikomori deyilən bu fenomen fərdlərin ictimai həyatdan çəkilmələri və tez-tez həddindən artıq özlərini insanlardan təcrid etmələri deməkdir.17. Fermerlər daha asan paketlənə bilməsi üçün kub şəklində qarpız yetişdirir.18. Titanik faciəsindən xilas olan Yaponlar, digər sərnişinlərlə birlikdə ölmədikləri üçün “qorxaq” olaraq adlandırılır.19. Yapon dilində üzr istəmək üçün ən az 20 fərqli söz vardır. Əvvəllər kişilərin başlarını təraş etməsi də üzr istəmək üsullarından biri imiş…20. Cib telefonlarının 90%-i su keçirməz olaraq hazırlanır. Çünki xüsusilə gənclər duşda belə cib telefonlarından istifadə edirlər.21. İş yerində mürgüləmək çox normal qəbul edilir. Çünki bu çox işləməyin göstəricisi kimi qiymətləndirilir.22. Şagirdlər və müəllimlər siniflərini özləri təmizləyirlər.23. 1997-ci ildə yayımlanan Pokemon cizgi filminin bir seriyasını seyr edən 685 uşaq, baş gicəllənməsi və qusma kimi səbəblərlə xəstəxanaya aparılmışdı.24. Yeməklərdə istifadə etdikləri “Chopstick” yəni yemək çubuqlarından ildə 24 milyard cüt istehlak edirlər.25. Qərb mədəniyyətinin tam tərsi olaraq qara pişiyin şans gətirdiyinə inanırlar.26. İsti su qaynaqlarının içinə döyməli insanların girməsinə icazə verilmir.27. Cizgiromanlar üçün istifadə olunan kağız miqdarı tualet kağızları üçün istifadə olunandan daha çoxdur.28. ABŞ, Çin və Yaponiya istisna olmaqla dünyada 103 ölkə ölüm cəzasını tətbiq etməkdən imtina etmişdir.29. Godzilla rəsmi olaraq bir Yapon vətəndaşı olaraq qəbul edilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

1473 dəfə oxunub

Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.OV-Chipkaartdan istifadə qaydalarıHollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!QATARHollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.AVTOBUS/METRO/TRAMVAYAvtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.ENDİRİMLƏR (Yalnız qatarlar üçün)Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram :) Xoş səyahətlər!P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shamil Mustafayev

1212 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!