1162 dəfə oxunub

Yeni başlayanlar üçün gəzəyən məsləhəti

Hərkəsə salam,
Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün #tövsiyyə
Vacib bir məsələyə toxunmaq istəyirəm.
Lakin bu adamına görə dəyişir. Mən özümə borc bilirəm ki, bir səyahətpərəst və ya gəzib - kəşf etmək aşiqi olan biri kimi bəzi vacib nüansları səyahətə yeni başlayanların və ya səyahətdən zövq almağı həqiqətən istəyən insanlarla paylaşım.
- Baxın, əvvəla səfirlik, viza və s. bürokratik məsələlərdən çəkinməyin. Sizin şəxsi həyatınıza qarışacaq və ya sizi imtahandan kəsəcək bir qurum və ya orqan deyil, heç kim sizə hər hansı bir mənfi obraz tətbiq etmir. Sənədləriniz qaydasında olacaq və maddi vəziyyətiniz imkan verəcək, ona uyğunda nəticə olacaq. Bu barədə daha geniş yazı yazmışam 2 il əvcəl (pin olunub). Yəni kimlərinsə sizin gözünüzdə viza prosedurunu şişirtməyə yol verməyin!
- Əgər həqiqətən gəzmək istəyirsizsə, "1001 gecə 1000 ölkə" anlayışından uzaqlaşın. Həqiqətən gəzib, zövq almaq istəyirsizsə, əvvəla götür-qoy edin ki, sizin gedəcəyiniz yerdən gözləntiləriniz nələrdir. Əgər ilk dəfə üçün gedirsizsə belə, yenə də araşdırıb özünüzü tapmalısız orada. İnternet üzərindən araşıdırın baxın nələr var, nəyə gedirəm mən bu ölkəyə, mənə nələr bəxş edəcək. Yalandan ad olsun deyə gəzənlər gözümün düşmənidir.
- Çalışın bir ölkəni əhatə edəcək bir plan qurun, demirəm şimaldan cənuba fəth edin, lakin ən azından həmin ölkənin minimum 2-3 şəhərinə baş çəkin ki, vizyonunuz genişlənsin, fərq yaransın ki, o ölkəni bir şəhərinə qiymətləndirməyəsiz. Ən azından bir şəlalə, göl və ya təbiətcil yerlərinə baş çəkin. Paytaxt gəzməklə ölkəni səciyyələndirə bilməzsiniz. Bunu unutmayın. Paytaxtdan daha gözəl, mədəni və elit şəhərlər var. Muzey sevməyə bilərsiz amma incəsənət fenomenləri bir cəmiyyəti təmsil edir. Teatr və konsert də çox önəmlidir, bunlar hamısı simvolizə edir olduğunuz yeri.
- Çalışın hansısa bir şəhərdə piyada çox gəzin. Onda şəhərin ruhunu mənimsəyirsiz, mərkəzdə, insanların izdiham olduğu yerdə təxminən 1 saat oturub, insanları seyr edin, bu sizə olduğunuz mühitlə olan çox fərqi göstərmiş olacaq. Hər fərqli təcrübə sizə yenilik qazandıracaq, üfüqüzünü genişləndirəcək.
- Çalışın plan qurarkən, ya yaxın ölkələri (qonşu) seçin, ki, gediş - gəliş rahat olsun, gününüz yolda keçməsin, maksimum zövq ala biləsiz. Keçən dəfə mənə sual ünvanlanıb, adam ilk dəfə ölkə xaricinə çıxacaq və bunu hansısa tur agentlik hazırlayıb. Həqiqətən təcrübə çox önəmlidir. 1-2 ölkəni 2 gündə gəzməklə konsultant olunmur. Deməli reysə fikir verin. Budapest - Barcelona - Paris - Milan - Praqa - Budapest. Bu nə reysdir ? Özüdə hərəsində 2 gün. Paris kimi dəbdəbəli incəsənət şəhərinə 2 gün ? Biyabırçılıqdır vallah. Düzdü muzey gəzmək zövq məsələsidir amma Paris üçün yenə azdır. Hələ Barcelonanı demirəm. Özünüz başa düşdünüz.
Sözümün canı odur ki, rasional düşünün səyahət barədə, kimlərinsə deyil, öz istəklərinizə əsasən zövqlərinizi yaşayın.
Qısa bir yaşanılmışlıq:
Finlandiyanın paytaxtı Helsinki şəhərində mərkəzdən biraz aralıda bir hosteldə qalırdım. Deməli, hardasa 60 yaşlarinda 2 nəfər kişi idi. Hər səhər duranda onları ümumi zalda görürdüm, günorta gəlirdim orda idilər, axşam gəlirdim orda idilər. Bir neçə gün belə davam elədilər. Qəribə gəldi ki, hostelin bəlkə sahibidirlər. Yaxınlaşıb soruşanda belə cavab verdilər:
- Biz Helsinkidən kənarda qalırıq, sosial həyatımız çox zəifdir. Hostelə gəlib müxtəlif insanlar görürük, onlarla söhbət edirik və beləcə dinamik hiss edirik özümüzü. Yəni ki, çalışın arada tək səyahət edin və başqa millətlərlə sosiallaşın, onların düşüncələrinə diqqət yetirin, bəlkə biz hardasa səhv edirik və bu bizə kömək ola bilər. Tək səyahət tamam fərqli zövqdür, MÜTLƏQ dadın.
Foto: Ankara Esenboğa hava limanı

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Royal Aliyev

DİGƏR BLOQLAR

Mil kartları. Hansı yaxşıdır?

Son zamanlar Azərbaycan bankları arasında sanki mil kartlarının rəqabəti yaşanır. Demək olar ki, bütün kartlar ingiliscə “miles” olaraq adlandırılır. İndiyə kimi Premium Bankın (eks SW Bank) AZAL ilə müştərək “AZAL Miles” kartı var idisə, indi PAŞA Bankın Türk Hava Yolları ilə birlikdə “Miles&Smiles” kartı, Unibankın “Unimiles”, Kapital Bankın “Birkart Miles” və Beynəlxalq Bankın “IBAMiles” kartı da bu sektorda bazara təqdim olunub. Hər bir kartın isə öz fərqli xüsusiyyəti var. Gəlin, lap əvvəldən başlayım.PAŞA BANK MILES&SMILESPAŞA Bank-ın Türk Hava Yolları ilə birgə təqdim etdiyi mil kartı Miles&Smiles-dır. Miles&miles Türk Hava Yollarının loyallıq proqramıdır və kifayət qədər inkişaf edib. Kart premium seqment üçün nəzərdə tutulub. Burda da AZAL Miles-da olduğu kimi millər kartdan edilən ödənişlər əsasında hesablanır və THY Miles&Smiles hesabına əlavə olunur. Qiymət cədvəli aşağıdadır.Yuxarıda göstərilən qiymət birdəfəlik ödənişlə təqdim olunan qiymətdir. Təzəlikcə isə PAŞA Bank Platinum kartı üç illik, ildə 40 AZN, Black kartı isə üç illik, ildə 90 AZN ödəməklə səyahət həvəskarlarına təqdim etdi. Daha bir yenilik də ondan ibarətdir ki, indi həm ölkədaxili, həm ölkəxarici, həm də onlayn ödənişlərdə vahid tarif tətbiq olunur. Elite kartda 1 AZN = 1 mil, Black-da 2 AZN = 1 mil, Platinum-da isə 3 AZN=1 mil. Bu yenilik həm hesablamanı sadələşdirir, həm də ödəniş yerindən asılı olmayaraq daha çox mil qazandırır.Kartın növündən asılı olaraq biznes zallara pulsuz və güzəştli giriş, pulsuz səyahət sığortası, avans millər və s. üstünlüklər verilir.Kartdan asılı olaraq aylıq 500-2000 AZN məbləğini dünya üzrə bütün ATM-lərdə nağdlaşdırmaq pulsuzdur. Bu limiti keçdikdə ölkə üzrə bütün ATM-lərdə nağdlaşdırma 1%-dir. Bu digər kartlarla müqayisədə ciddi üstünlükdür.Həm Türk Hava Yolları ilə etdiyiniz uçuşlarda, həm də THY-nin də daxil olduğu Star Alliance birliyində (Lufthansa, Austrian, United və s.) olan bütün aviaşirkətlərlə uçuş zamanı M&S hesabına millər gəlir.Millərin hesaba yüklənməsi avtomatik icra olunur və Miles&Smiles hesabından bilet almaq thy.com saytında tamamilə elektron formada təqdim olunur.Miles&Smiles loyallıq proqramından artıq 7 ildir istifadə edirəm. Artıq bir neçə dəfə milləri xərcləyərək aviabilet almışam. Misal üçün, 2018-ci ildə 5600 mil və 77 avro xərcləməklə Tiranadan İstanbula biznes klasda uçmuşam. 2016-cı ildə isə 7500 mil və 123 TL ödəyərək iki nəfərlik Trabzon-Antaliya bileti almışam. Əlavə olaraq, qazanılmış millərə aviabilet deyil, https://shopandmiles.com/ saytından geyimdən tutmuş, elektronika məhsullarına kimi ala bilərsiniz. Miles&Smiles haqqında yazının sonundakı linkdən oxuya bilərsiniz.Qeyd etməliyəm ki, yuxarıda sadaladığım xüsusiyyətlərlə PAŞA Bankın mil kartları favoritlərim arasındadırlar.Ətraflı məlumat: www.miles.pashabank.az/az/mehsullarPREMIUM BANK AZAL MILESPremium Bank-ın (eks SW Bank) Classic/Standart, Gold, Platinium və Black Edition Miles kartları var. Aşağıdakı cədvəldə kartlar haqqında məlumat var.Premium Bank-ın proqramı AZAL Miles loyallıq proqramına bağlı olduğu üçün, qazanılmış millər AZAL Miles hesabınıza yüklənir. Yüklənmə intervalı hər 100 milə görədir. Yəni kartla 100 millik əməliyyat edəndən sonra millər hesaba yüklənir. Siz millərlə bilet almaq üçün Premium Bank-a yox, AZAL-a müraciət edəcəksiniz. Amma millərlə bileti tam yox, aviaşirkətin qoyduğu qiyməti əvəzləyə bilirsiniz, aeroport yığımı və vergi rüsumları ödəməlisiniz. Misal üçün, Bakı-Ankara-Bakı biletinin cəmi qiyməti 484 manatdırsa, onun 310 manatı AZAL-ın biletə qoyduğu qiymət, 174 AZN isə aeroport yığımı və vergi rüsumudur. Siz 1500 mil + 174 AZN ödəyərək Bakı-Ankara-Bakı biletini ala bilərdiniz. 1500 mili qazanmaq üçün Visa/Mastercard Gold kartınızla ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 10500 AZN-lik əməliyyat etməlisiniz. AZAL-da ən çox mil tələb olunan uçuş isə Bakı-Nyu York-Bakı reysidir. Bu reys üçün 7100 mil + 250 AZN (aeroport yığımı və vergi rüsumu) tələb olunur. Qazanılmış millər hesabda 3 il qalır.Premium Bank-ın mənə görə zəif tərəfi filialların və cash in aparatlarının az olmasıdır.AZAL Miles kartlarının əlavə üstünlükləri:Platinium Kart istifadəçiləri şengen zonasına pulsuz sığorta və Bakı aeroportunda “Salam Lounge” zalından bir dəfəlik pulsuz istifadə qazanır.Master Card Black Edition kartı istifadəçiləri isə, pulsuz “Priority Pass”, səyahət sığortası və Master Cardin xüsusi dəstək xidmətlərini əldə edir.AZAL ilə hər uçuş da mil qazandırır.Premium Bank ATM-lərində nağdlaşdırma: 0.7% Min. 1 USD, AZN, EUR, GBP“AZAL Miles” haqqında bu linkdən ətraflı öyrənə bilərsiniz: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/UNIBANK UNIMILESUnibankin unimiles kartinin 3 illik istifadə qiyməti 100 manatdir və kart alan kimi 1000 “salamlama” bonusu verilir. Azal miles kartindan fərqli olaraq burda prinsip bir az fərqlidir. Unibankin partnyor mağaza, dükan, kafe/restoran və s. Iaşə obyektlərində unimiles karti ilə ödəniş edəndə daha çox bonus qazanirsiniz, misal üçün partnyordan asili olaraq 100 manatliq ödənişə 1650 milə (bonusa) kimi qazana bilərsiniz, ortalama isə 250-500 mildir, amma qeyri partnyor ödənişlərində hər 100 azn ödəniş üçün 10-50 mil verilir. Beləliklə, 500 manatliq aviabileti almaq üçün hesabinizda 25000 mil olmalidir. Amma bu 25000 mili qazanmaq üçün nə qədər pul xərclənilməsi lazim olduğunu dəqiq hesablamaq mümkün deyil. Aviabileti kartinizdaki olan pulunuzla alirsiniz, sonra bank sizin pulu karta qaytarib mil hesabinizdan çixir. Əlavə üstünlük kimi kartin pul qaliğina illik 3%-dək əlavə olunur, aeroporta pulsuz taksi, səyahət siğortasi, pulsuz hesabdan çixariş və bankdan məktub xidmətləri təqdim olunur. Nağdlaşdirma, pul köçürmələri, komunal, mobil ödənişlər, stasionar telefonlar, internet/tv xidmət ödənişləri, birja – forex əməliyyatlari, kredit üçün kartdan ödəniş olanda millər hesablanmir. Unibank atm-lərində nağdlaşdirma faizsizdir. Unimiles haqqida ətrafli: https://www.unibank.az/az/cards/view/41KAPITAL BANK BIRKART MILESKartın üç illik qiyməti 80 manatdır, MasterCard verilir. Bu kartda mil qazanma prosesi təxmini AZAL Miles kimidir. Yəni ödənişlərə müvafiq millər verilir. Millər aşağıdakı qaydada hesablanır.Kartın əlavə üstünlüyü hər üç valyutada hesab təqdim olunması, hesab qalığına millərin hesablanmasıdır (illik 2%). “Birkart Miles” kartı ilə 500 manatlıq aviabilet almaq üçün hesabınızda 32500 mil olmalıdır. O milləri qazanmaq üçün ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 21666 AZN pul xərcləməlisiniz. Əvvəlcə aviabileti kartınızdakı vəsait hesabına alırsınız, sonra isə həmin məbləği müvafiq olaraq millərlə əvəz edirsiniz.Kapital Bank debit kartdan başqa “Birkart Miles” kredit kartını da təqdim edib. Burda illik xidmət haqqı 35 manatdır, üç illik verilir. Karta 10000 AZN-ə kimi limit, 40 günə kimi güzəşt müddəti verilir.Əlavə olaraq onu da qeyd edim ki, Birkart millərini Türk Hava Yollarının Miles&Smiles millərinə də çevirmək mümkündür. Belə olan halda 2 Birkart mili = 1 THY mili kimi hesablanır.Kapital Bankın ATM-lərində nağdlaşdırma: 1,5% (min 2,00 AZN/USD/EUR)Debet kart haqqında ətraflı: https://kapitalbank.az/cards/birkart-miles-debetKredit kartı: https://kapitalbank.az/cards/birkart-milesBEYNƏLXALQ BANK IBAMILESƏn yeni təqdim olunan mil karti isə beynəlxalq bank-in “ibamiles” kartidir. Təqdimati pandemiya dövrünə düşdüyü üçün çox səsküy salmadi, hətta yeni məhsulun “landing page”i də sanki “ürəksiz” hazirlanib. Kartin iki növü var: “iba miles” və “iba miles premium”. Digər kartlardan fərqli olaraq burda millər ilə həm aviabilet, həm də otel rezervasiyasi almaq olar. Ölkədaxili və ya ölkəxarici fərq etmir. Millərin xərclənmə qaydasi: 65 mil = 1 azn. Qiymət cədvəli aşağidadir:Beynəlxalq bankin atm-lərində 15000 azn-dək nağdlaşdirma pulsuzdur.Kartlar haqqinda ətrafli məlumat: https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-world/https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-black-edition/Uzun zamandir səyahət etməyimə baxmayaraq heç vaxt mil kartlarindan istifadə etməmişdim. Aprel ayinda turizm sərgisində azal-in stendində latoreya qalibi oldum və sw bankin gold kartini aldim. Abş və kanada səfərim öncəsi bu mənə yaxşi hədiyyə oldu, daha sonraki xarici səfərlərdəki ödənişlər və azal ilə üç uçuş hesabima yaxşi mil verdi, gələn yay 164 azn ödəyib pekinə gediş-gəliş bileti alacam. Ümumiyyətlə düşünürəm ki, mil karti mütləq hansisa aviaşirkətlə əlaqəli, aviaşirkətin sadiqlik (loyalty) proqraminin bir hissəsi olmalidir. Əks halda bu sadə bonus kartindan başqa bir şey deyil. Əlavə olaraq mil karti debet yox, kredit karti olmalidir ki, daha çox istifadə olunsun. Əks halda məhsulun uğur tapmasi çətindir.Ps. Türk hava yollarinin miles&smiles proqrami haqqinda burdan oxuyun.pss. Yazını bəyəndinizsə paylaşın ^)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayılov

11088 dəfə oxunub

Uçuşlarda yaranan problemlərin ODR platformasında həlli

Salamlar, istəyirəm Sizinlə təcrübəmi bölüşüm, bu günlərdə müxtəlif turizm vasitələri üçün bilet pullarını geri istəyənlər üçün faydalı ola bilər:2019-cu ilin mart ayında dekabr üçün Budapeşt-Lissabon və Porto-Budapeşt biletlərini almışdım, iki reysdən birinin vaxtında azca saat dəyişməsi olduğuna görə mənə bu saat dəyişməsi ilə razılaşmaq və ya ödənişi geri istəmək təklif olundu;Mən həmin saat dəyişməsinə görə olan bileti geri qaytarıb 120% Wizz Credit geri istədim, razılaşdılar. Amma digər biletə görə ödənişi də geri istədiyim halda onu geri ödəmək istəmədilər. Mənim məntiqim bu idi ki, WizzAir-in uçuş saatını dəyişməsi səbəbindən Portuqaliyaya gedə bilmirəmsə, qayıtmaq üçün artıq bilet nəyimə lazımdır?WizzAir şikayətimi təmin etmədi, açıq olaraq səbəbini də yazmadı, sadəcə şablon cümlələr idi və tam da başa düşmədilər (və ya başa düşmək istəmədilər) ki, mənim üçün bu 2 ayrılıqda alınmış bilet əslində Budapeştdən Portuqaliyaya gediş-gəliş biletidir, sadəcə orada istifadə edəcəyim şəhərlər və hava limanları fərqlidir. Belə başa düşdüm ki, hər 2 bilet ayrılıqda alındığı üçün onları sistem ayrı biletlər kimi görürdü və birinin ləğv olunmasını digərinin ləğv olunması kimi qəbul etmirdi;Aşağıdakı linkdə şəkildə işarələdiyim bölməyə keçib Avropa Birliyi qanunvericiliyinə əsasən şikayətimi göndərdim, ondan sonra WizzAir ikinci raund mənim şikayətimə baxdı və dünən email yazdı ki, geri ödəyə bilərlər, şikayətim geri təmin olundu. Bilet pulumu geri qaytaranda hələ əlavə olaraq bileti alarkən aldığım 1 illik WizzDiscount pulunu da geri ödədilər (ikisini birdən almışdım), baxmayaraq ki, 1 il ərzində bu WizzDiscount-dan bir neçə dəfə başqa uçuşlar üçün də istifadə etmişdim.Uzun sözün qısası, təkcə WizzAir deyil, Avropa Birliyinə bağlı istənilən uçuşlarınızı və problemlərinizi ODR platformasında online formada pulsuz həll edə bilərsiniz. Əgər tələsmirsinizsə, səbr etməklə pulunuzu geri alacaqsınız və pullu nömrələrə zəng edib biletin öz pulundan daha çox məbləği probleminizi həll etməyə xərcləməyin. Məndə bütün bu proses bir neçə ay çəkdi, amma nəticəsi uğurlu oldu!Mənbə: https://wizzair.com/en-gb/information-and-services/contact/contact-usƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

1905 dəfə oxunub

Qırmızı damlı evlər şəhəri – Praqa + Kutna Hora

Praqadkı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Təxmini bir ay idi yeni yazı yazmırdım, iş-güc, dəsrlər imkan vermirdi. Nəhayət bu yazını yazmaq üçün vaxt tapdım. Yəqin ki, “Nağıllar aləminə” bənzər şəhər klişe ifadəsini deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. Oranı səyahət edən, etməyən, şəkillərdən, videodan görən hər kəs üçün, Praqa – nağıllar aləmidir.Deyir söz vaxtına çəkər, elə keçən il bu vaxtlar idi Praqaya gedəndə, daha doğrusu may ayının 4-ü. Səhər saat 6-da Budapeştin Nepliget avtobus stansiyasından holland qrup yoldaşım ilə yola düşdük Praqaya. “Səni bildik, biz necə gedə bilərik ora?” sualını verdiyinizi eşidirəm ???? Bakıdan Praqaya ən az xərclə və rahat yollardan biri, WizzAirlə Budapeştə uçub buradan da qatar və ya avtobusla Praqaya getməkdir. Budapeştdən Praqaya qatar da, avtobus da hardasa 7 saata gedib-çatır. Həm qatar, həm də avtobuslar çox rahatdır. Qatarların için restoran kupesi var, istədiyiniz hər şeyi  ala bilərsiniz. Avtobus isə, Slovakiyanın paytaxtı Bratislavada və səhv etmirəmsə Çexiyanın Brno şəhərində 2 dəfə dayanır. Və yaxud da öncədən sendviçinizi, suyunuzu alıb çantanıza qoya bilərsiniz.Ya da Praqada harada qalmalı sualına gəldikdə? Praqanın mərkəzi və gəziləcək görüləcək yerlər bir-birinə yaxın olduğundan mərkəzə 10-15 dəqiqəlik piyada məsafəsində yerləşən ucuz hostellər tapa bilərsiniz. Və yaxudda AirBnbdən istədiyiniz xüsusiyyətlərə malik evlərdən birini seçə bilərsiniz. Biz mərkəzdən 10 dəqiqə piyada məsafəsində yerləşən Chili hosteldə qalmışdıq. 2 nəfərlik otaqda, 2 gecə üçün 52 avro ödəmişdik, 1 adam üçün bir gecəsi 13 avro. Hostel sosyallaşmaq imkanının bu dəfə də bizdən gizlətməmişdi, bu şəkildə gördüyünüz qəribə geyimli, 20-ci əsrin əvvəllərinə aid film aktrisalarına bəzəyən alman əsilli Avstraliya vətəndaşı Noradır, hosteldə tanış olmuşduq və Praqanı demək olar bir yerdə kəşf etmişdik.Praqada nə yeməli? Sualının cavabını açığı özüm də dəqiq bilirəm, çünki mərkəzi yerlərdə, turistik məkanlar olduğundan dünya mətbəxindən yeməklər daha çox olur, çex yeməkləri isə donuz əti çox istifadə olunduğundan həddən artıq yağlı olur. Nə içməli? sualına gəldikdə, yəqin ki, şübhəsiz ilk ağla gələn məşhur çex pivəsi olur. Pilsner Urquell ən məşhur və yaxşı çex pivələrindən hesab olunur. Bundan başqa hər bir restoranın özünün hazırladığı xüsusi pivələr var ki, onların da dadına baxmaq olar. Məsələn, biz 6 rəngdə müxtəlif dadda olan əlişi pivələrin dadına baxdıq. Praqa dedikdə yada düşən 2-ci içki isə təbii ki, Absinthedir. Bu Praqaya gəlmişəm, azı yarım litr Absinthe içəcəm deməmişdən qabaq bir daha fikirləşin məncə, alkoqol miqdarı, çox olduğundan (45-75 dərəcə arası dəyişir), çalışın özünüzdən muğayat olasınız :). Gəldik ən çətin sual olan “Praqada haraları gəzmək sualına?”. Ona görə çətin ki, Praqada hər bir bina, hər bir heykəl, hətta küçədəki hər bir daş tarix qoxur. Gəzəndə bilmirsən Praqanın ətrini duymaq üçün aşağı baxasan ya yuxarı?! Yenə də gəzib gördüyüm, baş çəkdiyim yerlərdən çalışacam sizlərə də məsləhət olan əsas yerləri bu yazıda göstərim. Di sayyah səyahətdə gərək ????İlk dayancağımız, daha doğrusu turumuzun başladığı nöqtə Municipal House (Bələdiyyə və ya hökümət evi) oldu. Burada 1918-ci ildə o vaxtkı Çexoslavakiya Resbuplikası elan olunub. Küçə ilə irəlilədikçə sağda Powder Tower görsənir. 1475-ci ildə tikilən bu qara rəngli qotik bina şəhəri giriş qapılarından biri olub. Bu yolla irəliləyib gələcəksiniz, Qədim şəhər meydanına. Bütün şəhərlərdə olduğu kimi Praqada da ən turistik məkan məhz Old Town Square və ya Qədim şəhər meydanıdır.Şəhər meydanının 4 bir tərəfi gözməli, arxitektur binalarla əhatələnib.  Yaz-yay aylarında meydanda tez-tez canlı musiqi konsertləri təşkil olunur, bəxtiniz gətirərsə, sizə də rast gələ bilər. Meydanda durarkən 2 hündür qülləsi olan tamamilə Disney qəsrlərinə oxşayan Tyn və ya Məryəm Ana kilsəsini görəcəksiniz. Kilsə çox hündür olduğundan demək olar şəhərin hər yerindən görsənir, əgər yolunuzu azsanız ki, bu yaxşı şeydir yeni şəhəri kəşf etmək üçün ???? kompas kimi Tyn kilsəsindən istifadə edə bilərsiniz. Kilsəni görmək üçün ən yaxşı vaxt günortadan sonra hava tam qaralmamışdır, el dili ilə desək qaş qaralanda. Hava qaralmağa başlamış, kilsənin işıqları yandırılır və budur qarşınızsa əsrarəngiz bir mənzərə. Qədim şəhər meydanında mütləq baş çəkilməli olan yer isə Astronomik saatdır. Dünyada işlək vəziyyətdə olan yeganə astronomik saatdır bu. Saat hər saatın tamamında zəng çalır və divardan çıxan müxtəlif fiqurlar oynaya-oynaya yenidən divardakı digər qapıdan içəri daxil olurlar. Saatın tamamına 15 dəqiqə qalmışdan artıq turistlər məkanın qabağına yığışırlar.Astronomik saatı gördükdən sonra, meydandakı House at the Minute binasına baş çəkmək olar. Bina başdan ayağa qədim Yunan əsatirlərindən olan hekayələrin qrafitiləri ilə bəzənib. Burdan sonra isə yolumuzu salırıq Praqanın göz-bəbəyi, simvolu olan Çarlz körpüsünə. Körpü Vltava çayı üzərindən keçir və üzərində 30a yaxın heykəl var. Heykəllər xristianlıqdakı müqəddəsləri təmsil edir. Bəzi heykəllərin üzərində qızılı yerlər görəcəksiniz. Diqqətlə baxsanız qızılı yerin kənarlarının qapqara olduğuna şahid olacaqsınız. Bu yerlər dəydikcə sürtünərək qızılı rəngə boyanıb. Bu yerlərə toxunan zaman arzuladığın arzuya çatacağına inanılır, hər ehtimala yoxlamaq olar yəqin ki ????Körpüdə müxtəlif küçə musiqiçiləri ifalar edir, rəssamlar şəkil çəkir və suvenir satanlar maqnitlərini satırlar. Körpünü keçəndən sonra sağda Franz Kafkanın Muzeyi yerləşir. Praqada bir neçə Franz Kafka Muzeyi adında muzey olsa da əsl olanı məhz budur. Çarlz körpüsündən sağa dönəndə. Yox əgər körpüdən 1-2 küçə sola irəliləsəniz əfsanəvi the Beatles qrupunun üzvü John Lennonun adını daşıyan divara rast gələcəksiniz. John Lennon divarı başdan ayağa  qrafitilərlə bəzədilib və demək olar ki, hər gün köhnə qrafitilərin üzərinə yeniləri çəkilir. Hərdən çex gənclər bu divarın önündə durub John Lennonun mahnılarını oxuyaraq küçə musiqiçiliyi edirlər. Bəxtiniz gətirsə bax bu videodakı kimi, siz də John Lennondan bir şey dinləyə bilərsiniz.Təpənin üzərindəki parka çıxan pilləkənlardən birində Komunizm qurbanlarının ruhuna ithaf olunmuş heykəlləri görə bilərsiniz. Təpənin üzərinə çatdıqda isə Parisdəki Eyfel qülləsinin oxşarı olan Petrin qülləsini görə bilərsiniz. Qüllədən 10 dəqiqəlik piyada məsafəsində Praqa Qəsri yerləşir. Qəsr qədim qəsrlər arasında ən böyüyüdür. Qəsrdə Prezident sarayı yerləşdiyindən, qəsr yerindən 1sm belə tərpənməyən və gözlərini qırmayan, Koroğluya bənzər bələdçilər tərəfindən qorunur. Hər saatın tamamında bələdçilərin təntənəli yer dəyişimi olur, turistlər tərəfindən kifayət qədər maraqla qarşılanan hadisələrdən biri də məhz bu növbə dəyişimidir. Qəsrin yaxınlığında digər maraqlı arxitektur bina Müqəddəs Vitus Katedralı yerləşir.Katedraldan keçib, Rampart bağlarına baş çəkə bilərsiniz. Yolüstü Wallenstein saray bağlarına da baş çəkmək məsləhətdir. Saray bağında müxtəlif quşlara, xüsusilə də tovuzquşlarına rast gəlmək olar. Oradan isə Letna park və yaBeer Garden deyilən yerə gedə bilərsiniz. Bura Praqanın ən hündür yerlərindən hesab olunur və şəhərə gözəl mənzərə açılır. Eyni zamanda burada acmısınızsa buradakı kiçik kafelərdə kəmərin altını bərkidə bilərsiniz.Bundan başqa rəqs edən binalar (Dancing buildings) kimi tanınan binaları görmək istəsəniz, Vltava çayının Old Town olan hissəsində çayın sahili ilə irəliləməlisiniz. Demək olar bütün şərqi Avropa ölkələrində olduğu kimi, Praqada da yəhudi məhəlləsi var. Məhəllədə maraq çəkəcək şeylər, Sinaqoq və qədim qəbirstanlıqdır. Sinaqoq və qəbirstanlıq nə qədər ciddi, kədərli yerlər olsalar da hər ikisinə girişin pullu olması adama bir o qədər gülməli gəlir.Praqa turumuzun 2-ci günü, Praqadan 1 saatlıq məsafədə yerləşən Kutna Hora qəsəbəsinə getməyi qərarlaşdırdıq. Mərkəzi dəmir yolu vağzalından biletlərimizi alıb, köhnə qatarlara minib yola düşürük. Kutna Horanı məşhur edən orada yerləşən Sedlec Ossuary kilsəsidir. Kilsəyə kənardan baxanda adi normal kilsədir, amma içəri girdiyinizdə hər şey dəyişir. Kilsənin içərisi 40 000 insan sümüyündən dekor edilib. Kilsənin yerləşdiyi Sedlec monastrının həyətinə 13cü əsrdə baş rahiblərdən biri Qüdsdən torpaq gətirərək səpir. O zamandan sonra kilsə müqəddəs ərazi hesab olunur, bütün mərkəzi Avropanın camaatı burada dəfn olunmaq istəyir. 14cü əsrdə vəba xəstəliyindən, 15ci əsrdə isə müharibə nəticəsində bir xeyli adam həlak olur və ölələrin çoxusu burada basdırılır. Məzarlığın ərazisi xeyli böyüdüyündən, ərazini kiçiltmək üçün qəbirlərin bir xeylisi qazılır və sümüklər çıxardılaraq piramida kimi kilsənin içərisinə yığılır. 19cü əsrdə şahzadə Schwarzenberg monastırı alır və saxsı ustası Rinkə buranı dekor etməyi tapşırır. Usta da əlindən gələnin ən yaxşısını edib, belə bir möhtəşəm iş çıxardır ortalığa. Kilsənin içində insan sümüklərindən Schwarzenberglərin gerbi, bakal, çilçıraq və s. düzəldilib.Kilsəni qeyri-adi hisslərlə tərk edib axşam tərəfi yenidən qayıdırıq Praqaya. Qayıdırıq ki, səhərisi gün yenidən özümüzü ataq tarix qoxan küçələrə və özümüzü verək çex pivəsinə.Son olaraq Praqada gəzməli yerlər barəsində verəcəyim son məsləhət isə Praqanın bütün küçələridir. Özünüzü hosteldən, evdən atın Praqanın küçələrinə, dar, enli, küçələri, dalanlar gəzin, binaların üzərinə baxın. Hər yerdə yeni bir arxitektura nümunəsi, yeni bir tarix görəcəksiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

3083 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!