1042 dəfə oxunub

Mərkəzi Avropanın incisi Budapeşt – 2 ci hissə Peşt

Keçən dəfəki yazımda Budapeştin Buda hissəsi haqqında yazmışdım, söz verdiyim kimi bu dəfə də Budanın “sevgilisi” Peştdən yazacam. Peşt Dunay çayının şərq hissəsində yerləşir. Şəhərin bir çox görməli yerləri, Parlament binası, Sent İştvan bazilikası və şəhər mərkəzi Peştdə yerləşir. İlk yazımızda Budapeştə necə getməli, hava limanından şəhərə necə çatmalı haqqında yazdığımdan bu dəfə bir başa keçirəm mətləbə – Peştin görməli yerlərinə. Ilyarımdır Budapeştdə yaşadığımdan düşündüm ki, Budapeşt üçün ayrıca əyləncə məkanları yazısı yazım ona görə, əyləncə, gecə həyatı, bar və restoranlardan bu hissədə də bəhs etməyəcəm. Başlayaq (Buda)Peştin gəzməli görməli yerlərindən.

Budapeşt deyəndə yəqin ki, ağıla gələn ilk şeylərdən biri şəhərin simvolu olan Macar Parlament binasıdır. 691 otaqlı bu bina 143 il bundan qabaq tikilib və dünyada ən böyük 3 Parlament siyahısındadır. Bina Dunayın sahilində yerləşir və böyük olduğundan Buda tərəfdən daha ecazkar görsənir. Parlamentdən Aslanlı körpüyə 200-300 metr gedəndə yerdə kiçik dəmir ayaqqabılar memorial abidəsi var. Abidə 2-ci dünya müharibəsi illərində faşistlər tərəfindən öldürülən yəhudilərin şərəfinə qoyulub.

Abidədən 900 metr məsafədə Budapeştin digər məşhur arxitektur binası Szent İstvan (Sent İştvan) bazilikası yerləşir. Bazilika roman-katolik kilsəsi kimi 100 il bundan öncə istifadəyə verilib. Burada marağınızı cəlb edəcək şey binanın interyeri və içərisində macar kralı Sent İştvanın sağ əli ola bilər. Bəli, sağ əlin yerini sol əl bilməməlidir deyiminə inanan macarlar kralın sağ əlinin mumyasını burada saxlayılar ????IMG_8495-1024x683

Bazilikanın tam önündə, Budapeştdə şəkli ən çox çəkilən olmasa da, qarnına ən çox toxunulan dəmir heykəli görə bilərsiniz ???? Heykəl 1900-cü illərdə hazırlanıb və o dövrün qarınlı polislərini əks etdirir. Normal polislərdən fərqli olaraq bu qarınlı heykəl polis çox gülərüz polisdir. İnanca görə polisin qarnını sığallasanız, gələcəkdə siz də məmur ola bilərsiniz, yox deyəsən belə deyildi… ???? hə inanca görə polisin qarnını sığallasanız bu sizə sevgidə uğur gətirəcək, yox əgər polisin bığlarını eşsəniz, bu sizə ümumiyyətlə uğur gətirəcək. Bunu yoxlamamışam amma Budapeştə səfər etsəniz yoxlamağa dəyər yəqin ki ????

Bazilikanın arxasında  sağa doğru irəliləsəniz, Erzsebet ter(Erjebet meydanına) çıxacaqsınız. Meydanın mərkəzində hovuz var və ətraf yaşıl otlarla örtülüb, ilin isti vaxtlarında burada adam əlindən tərpənmək olmur, axşam saat 8-9dan sonra gənclər içkilərini və musiqi alətlərini götürüb burda səhərə kimi əylənirlər. Hovuzun altında isə Akvarium klub-barı yerləşir həftə sonu istirahəti üçün yaxşı seçimlərdən biri ola bilər.

Erzsebet terdən keçib bir az daha irəli getsəniz Deak Ferencmeydanına çıxacaqsınız. Bura Budadpeştin ən mərkəzi hissələrindən biridir. 1, 2 və 3-cü metro xəttləri burada kəsişir, buradan rahatlıqla Budapeştin istənilən yerinə gedə bilərsiniz. Meydandan bir azca sağa dönüb düz getsəniz Vörösmarty meydanına çıxacaqsınız. Buranı Budapeştin tam mərkəzi adalandırmaq olar, çünki məşhur Vaci Utca (Vaçi utka yox Vaçi Utça ???? ) məhz buradan başlayır. Vaçini Budapeştin “tarqovu”su adlandırmaq olar. Uzun küçə boyunca sağda-solda brend maqazinlər və kafe-restoranları görmək olar.

Vaci utcadan Deak Ferenc meydanına qayıdıb yolu keçib köhnə Yəhudi məhəlləsini gəzmək olar. Buradakı kiçik və arxitektur evlər, dar məhəllələr marağınıza səbəb ola bilər. Bundan başqa bu ərazi street art sevənlərin Budapeştdəki cənnətidir desək yalan demiş olmarıq.

Budapeste-Terror-Haza

Yəhudi məhəlləsini gəzəndən sonra piyada Oktogon meydanına getmək olar. Nəyimə lazım binalar, street art deyənlər isə Vörösmarty terdən 1 nömrəli metro xəttinə minərək də Oktogona gedə bilərlər. Budapeştin 1 nömrəli (sarı) metro xətti deyilənə görə qitə Avropasındakı ilk metro xəttidir. Turistlərin Budapeştə ən çox baş çəkdiyi məkanların başında gəlir bu qədimi xətt. Oktogon adından da bilindiyi kimi 8 güşəli meydandır. Ölkəmizin səfirliyi bu meydanın yanında yerləşir. Oktogondakı digər baş çəkilməli məkan isə Andrassy (Andraşşi) küçəsində yerləşən Terror Haza (Terror evidir) muzeyidir. Muzey 20-ci əsrin faşist və komunist diktator rejimlərinə həsr olunub. Muzey faşizm və komunizm dövründə represiyaya məruz qalan insanlara ithaf olunub. Muzeyin zirzəmisində AHV-nın (komunizm dövründə macar KGBsi) dustaqların iradəsini qırmaq üçün istfiadə etdiyi hücrələr var. Budapeştdə xüsusilə də komunizm və faşizm dövrləri ilə maraqlananlar üçün ən maraqlı muzeylərdən biridir bura.

Andrassy küçəsi, bir çox səfirliklərin, qədimi bina, ev və villaların yerləşdiyi enli küçədir. Arxitektura ilə maraqlananlara bu küçəni ta sona qədər piyada gəzmək tövsiyyə olunur. Andrassy küçəsinin sonunda Hösök tere (Höşök tere) – Qəhrəmanlar meydanı yerləşir. Meydanın tam ortasında hündür sütun ucaldılıb, sütunun üzərində isə mələk Cəbrayılın heykəli. Sütunun ətrafında şahzadə Arpadın başçılığı ilə bu ərazilərə gəlmiş 7 Macar-hun əyanının at üstündə heykəli var. Sütunun arxasında isə 2 ədəd 7 sütundan ibarət tağ var. Bu tağlarda Macarsıtan tarixinin tanınmış simalarının heykəlləri qoyulub. Meydan və tağlar Avstriya-Macarıstan imperiyası vaxtı hazırlandığından tağların 5-i Habsburq sülaləsinin nümayəndələri üçün nəzərdə tutulubmuş. 2-ci dünya müharibəsində meydan dağıdıldığından bərpa olunarkən Habsburqların heykəlləri indikilərlə əvəz olunur.

vajdahunyad-castle-budapest-all-year

Qəhrəmanlar meydanının sol tərəfində İncəsənət muzeyi, sağ tərəfində isə İncəsənət salonu yerləşir. İncəsənətlə maraqlananlar üçün bura gəlmək əsl bayrama çevrilə bilər. Meydanın arxasında sol tərəfdə Varosliget – Şəhər parkı yerləşir burada ilin isti vaxtları piknik edənləri, uzanıb günəşlənənləri görmək olar. Sağ tərəfdə isə Vajdahunyad qəsri yerləşir. Qəsr şəhər parkının içində, süni gölün sahilində yerləşir. Göl qışda dondurularaq xizək meydançasına çevrilir, yayda isə kiçik qayıq sürmək istəyənlərin ixtiyarına verilir. Qəsrin içərisində Avropanın ən böyük Kənd Təsərrüfatı muzeyi yerləşir.

Şəhər parkının içərisində Budapeştin dünyada ad çıxarmış termal hamamlarından biri olan Szechenyi termal hamamı yerləşir. Turistlər arasında çox məşhur olduğundan hamamda demək olar ki, ancaq ingilis dilində danışılır ???? . Hamamın 1 açıq termal hovuzu bir də iri üzgüçülük hovuzu var. İstər yay olsun istər qış Budapeştə gəlmisinizsə mütləq şortlarınızı, bikinilərinizi özünüzlə götürün, bu hamama baş çəkmədən Budapeştdə olmuşam demək olmaz ????tour_img-460256-148

Budapeştin digər 2 görməli yeri isə dəmir yol vağzallarıdır. Şərq vağzalı adlandırılan Keleti Palyaudvardır. Vağzal Budapeştin əsas daxili və beynəlxalq vağzalıdır, binanın özü isə çox gözəl memarlıq üslubunda tikilib, qabağında 100% bir selfi edəcəksiniz ???? Digər vağzal isə Nyugati Palyaudvardır (Qərb vağzalı). Vağzalı önəmli edən əsas xüsusiyyətlərdən biri vağzalın binasının Parisdəki məşhur Eyfel qülləsini tikən Qustav Eyfelin şirkəti tərəfindən tikilməsidir. Keleti vağzalıdan düz Blaha Lujza meydanı istiqamətində irəliləsəniz meydanda Budapeştin ən məşhur, ən turistik və ən qlamurrr kafesi ilə qarşılaşacaqsınız – New York Café Budapest ilə. Bina 1894-cü ildə ildə New York Sığorta şirkətinin baş regional ofisi kimi tikilib. Birinci mərtəbəsindəki kafe isə sığorta şirkətinin adıyla New York Café adlandırılıb. Kafe açıldığı ilk gündən ta 2001-ci ilə kimi macar ədəbiyyat və peoziyaçılarının yığışdığı məkan olub. Bina 2001-ci ildə təmirə bağlanır və bir də 2006-cı ildə istifadəyə verilir. Sığorta şirkətinin binası otel kimi istifadəyə verilsə də birinci mərtəbədəki kafe elə kafe olaraq da qalır. Kafenin içərisindəki abu-havanı sözlə ifadə etmək çətindir, ən yaxşısı özünüz gedib baxasınız ???? amma turistlərin baş çəkdiyi top 5 məkandan biri olması az-çox məkan haqqında fikir yaradır adamda ????

Buda və Peşt haqqında bu qədər. Yazının əvvəlin buradan oxuya bilərsiz: "Mərkəzi avropanın incisi Budapeşt-I hissə Buda"

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Fironlar diyarı - Misir bələdçisi (II hissə)

Misirlə bağlı birinci hissədə getdiyim yerlər haqqında yazmışdım. Bu yazıda isə Misirin məndə oyatdığı təəssurat, insaları və yeməkləri haqqında yazacam.Məndən əvvəl Misirə bir dostum getmişdi və gəlib danışdıqları isə o qədər də yaxşı şeylər deyildi. Kasıb ölkədir, dəlixanadar, iyrənc gündədir və s. Düzdü bu bir az əhvalımı pozsa da, getmək fikrində qəti idim.Birinci yazıda da qeyd etdiyim kimi, ilk mədəniyyət şoku - yolda heç bir qaydalar işləmir və siqnal səsindən ilk gün başım ağrıdı. Orada Azərbaycan sürücülərinin nə qədər mədəni olduğunun fərqinə vardım.Misir insanlarının çoxu fürsətçildi. Bu bəlkə də ölkənin kasıb durumundan irəli gəlir. Məsələn siz küçədə yeriyən zaman birdə hiss edirsiniz ki, arxanızca kimsə düşüb. İlk dəfə bu insanda qorxu yaradır ki, görəsən niyə arxamca düşüb? Nə edəcək mənə?Burda qormağa ehtiyac yoxdur :) Adamlar sizə diqqətlə qulaq asır və görəndə ki, xarici dildə danışırsan sizə kömək təklif edir. Bu kömək isə sizi hər hansı tur agentliyinə aparmaqdan ibarətdir. Çünki həmin bu şəxslər tur agentliyi ilə faizə işləyirlər.İkinçi şok – hamı sizdən Tips (çaypulu gözləyir)Tualetə gedən qapıda bir qadın bir kişi dayanır əllərində rulon salfetka. Siz içəri girəndə salfetka cırıb verir az qalır sənlə kabnetə qədər girsin unitacın qapağını qaldırsın. Təbii ki, sizin qara gözünüzə, qara qaşınıza aşıq olub etmirlər. Tualetdən çıxanda tips istəyirlər. Kuçədən kimdənsə söz soruşursan və həmin dəqiqə sənə kömək edirlər canlabaşla. Amma sonda deyirlər kömək etdim tips ver)) Yəni bunu bilin ki, hər yerdə tips istəyirlər. Həm də sırtıq formada.Amma bunlara baxmayaraq ölmədən öncə görüləcək yerlərdən biridir Misir. Bütün mənfilikləri ilə birlikdə belə bu torpaqlar tarixdir. Orda tarixi görəndə hər şeyi unudursan. Min illər öncə yaradılan şeyləri görəndə insan heyrətə gəlir. İnsan beyni qəbul etmək istəmir ki, bütün bunlar minilliklər öncə necə yaradılıb? Hansı beyinin məhsulu olub? Həmin o tarixə toxunduqca insan özünü o dövürdə hiss edir. Bir sözlə bütün mənfiliklərə rəğmən Misirə getməyimə heç də peşman deyil, yenə də olsaydı təkrar gedərdim:)Keçək əsas məsələrdən biri Yeməyə!Yeməklərdən sizə 1-ci olaraq Koşarı (Koshary) məsləhət görərdim. Demək tərkibi noxud, yaşıl mərcimək, makaron, qızardılmış soğan və xüsusi pomidor sousu. Zövqə görə acı da əlavə edə bilərsiniz. Səhər mərkəzində küçədə bunu iki nəfər və cola daxil 32 pounda (2$) yeyə bilərsiniz.Alexandria şəhərinə getsəniz mütləq dəniz yeməklərini dadın. Burda da düyü ilə şifariş verə bilərsiz. Dəniz məhsulları isə çox dadlıdır.Hamam Mashi – Ən çox məsləhət görülən yeməklərdəndir. Bu yemək içi düyü ilə doldurulmuş çöl quşu, və yanında tərəvəz və düyü ilə təqdim olunur. Dadını soruşsanız o qədər də əla bir şey deyil. Məsələn Gərəf ləvəngisinin əlinə su tökməz :)Fəttah (Fattah) bu yemək də təbii ki düyü ilə təqdim olunur ???? Bildiyiniz düyü və mal əti ilə təqdim olunur. Mal ətinin suda az qaynadılmış versiyası. Ət bərk olur və qədər də dadlı deyil. Sevmədim yəni. Bir adam üçün qiymət 5$-dir.Misir simiti – bir sözlə ifadə edim Türk simiti ürəkdir :)Şakaşuka (Shakshuka) bizim pomidoryumurtanın ərəb versiyası. Məndən məsləhət səhər yeməyin yoxsa mədəniz şakşuk qaynayacaq. Çox acılı olur, ona görə də səhər yeməyin.Humuz (Hummus) – atışdırmalıq. Pis deyildi.Künəfə (Konafa) – Türk künəfəsi ürəkdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asim Celilov

1661 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

1382 dəfə oxunub

Arazın o tayı- İran macəraları 2

Poldəşt Azərbaycandır ya İran?– anlamadım! Bakcell orada tuturdu və 3G istifadə edirdim ???? Qonaq olduğum evdə dadlı sübhanə (səhər yeməyi) yedim. Doşablı və cevizli qayğanaq səhər yeməyi üçün əla fikirdi məncə. Demək olar ki, yeməkləri bizim yeməklərlə eynidir. Ancaq, həyatımda yediyim ən dadlı çiyələk mürəbbəsi Poldəştdə oldu. Sapları üzərində qalmışdı və çox şirin deyildi. Onlar da qoz mürəbbəmizi sevdiklərini dedilər.Sonra Maku şəhərinə getdik. Bu nə gözəllik? Bu nə əzəmət? Bir az Kapadokyaya bənzəyir. Orada bizim (insanların) nə qədər balaca olduğumuzu daha asan anlayırıq. Bu böyük dağlar nə çox şeylərə şahid olmuşdu… Deyilənə görə Çaldıran döyüşü də məhz burada baş vermişdi.Sərdar şahın sarayına da getdik. Bu əslində xüsusi bir şah olmayıb, elə insanları talayırmış. Ancaq sarayı gözəl idi. Orada bərpa işləri getdiyi üçün daha çox piknik yeri kimi istifadə olunurdu. Biz də azca gəzib, çıxdıq. Çoxlu gilas yedik ????Gəzintidən sonra şəhərə qayıtdıq. Ancaq bayram olduğu üçün çox restoran açıq deyildi. Burada bayram bir gün qeyd edilir. Yaxşı ki, bizdə çox bayramlar var ???? Novruz bayramı İranda da sevilən bayramdır və uzun günlər qeyd edilir. Onlarda sadəcə Od çərşənbəsi var. Həftənin 6 günü işləyib, cümə günləri istirahət edirlər. Bunu eşitmək üzdü məni. 6 gün işləmək məncə çoxdurHəmin gün İran futbolda qalib gəldi. Çox sevincli idilər. Şəhərdə hamı bayraqlarla şənlik keçirirdilər. Ayağım düşərli olmuşdu ????Çox gözəl təəssüratlarla buradan ayrıldıq. Bu qədər gözəl insanları bir arada görmək çox xoş oldu! İranlılar demiş: Xeyli məmnun qaldım ????İkinci günümüzdə Araza getdik. Arazı burada xüsusi sevirlər. Ətrafında piknik üçün yerlər düzəldilib. Balıq tutmağa icazə verilir. Ümumiyyətlə insanlar bərabər gəzməyə çox çıxır. Arazın ətrafı insanlarla dolu idi.Arazdan sonra tarixi bir kilsəyə getdik. Burada ermənilər çoxdur və çox uzun zamandır yaşayırlar. Həmin kilsə də erməni kilsəsi idi, UNESCO tərəfindən qorunur. Turistlər çox idi. O qədər çox idi ki, insanlar parking üçün yer tapmaqda çətinlik yaranırdı.Monastery of Saint Stepanosİnsanlar həvəslidirlər gəzməyə, birlikdə əylənməyə. Bu çox xoş təsir bağışlayır. Həmən bu kilsədə xoş bir dialoq eşitdim:Bir qadın rəfiqəsinə deyir:Ərimə demişəm, azadlıq gəlsin İrana. Şortik geyinib, şəhərə çıxacam. O isə bu məsələyə yaman hirslənir ????Siz o azadlığa layiqsiniz. Gəlsin!Kilsənin qarşısında piknik üçün xüsusi yer var idi. Hər yer dolu idi. Bir stolda ana və qızı oturmuşdu. Xahiş etdik və onlarla oturduq. Bir az söhbət etdik və biz stoldan qalxanda bizə (əsasən də mənə- qonağa) dərin ehtiramını bildirmək üçün ana və qızı ayağa qalxdılar. Çox utandırdı bu hərəkət məni. Ancaq insanların bu qədər hörmətli olması çox gözəldir. Bu hörmət yaşa görə deyil, insanların bir birinə qarşı olan xoş davranışıdır.Yolda yenə kilsə gördük. Çox gözəl mənzərəsi olan yerdə tikiliblər. Daha sonra yol üstü mağazalara da girdik. Hər şey tapmaq mümkündür. Zara, Mango da var idi. Ancaq bura gələndən sonra mənə daha da aydın oldu ki, brendlər hər ölkənin tələblərinə uyğun paltarlar hazırlayırlar. (çox zərli-zürlü idi)Böyük market gözümə sataşmadı. Çoxu balaca baqqallar idi. Başqa ölkələrdən olan məhsullar da var satışda. Amma çoxu İran istehsalıdır. Hər şey satırlar. Hətta laaaaap hər şey ????Yenə yollardayıq- Xoya gedirik. Günəbaxan tumlarının əsas vətənidir bura. İranda kənd təsərrüfatına, əkinçiliyə xüsusi qayğı ilə yanaşılır. Bütün yol boyu sünbüllər, günəbaxanlar, meyvə ağacları səni salamlayır. Bunları hasara almırlar. İnsanlar da gedib qoparmır. Ancaq könlü istəyən qopara da bilər azca.Qohumlarımızı ziyarət etdikdən sonra, Puriyayi Vəlinin məqbərəsinə getdik. Keçmiş zamanlar da həm şair, həm də pəhləvan olub. Ürəyi çox təmiz insan olub, mərdliyi ilə seçilirmiş. Haqqında bəzi rəvayətlər də var:Bir gün Puriyayi Vəli bir pəhləvanla yarışa çıxacaqmış. Həmin Pəhləvanın anası da onu izləməyə gəlib. Bunu bilən Vəli, bilərəkdən pəhləvana uduzub. Çünki ananın oğlu ilə fəxr etməsi onun qalibiyyətindən daha önəmli idi…Sonra, Şəmsi Təbrizi məqbərəsinə getdik. O, Mevlana ilə çox yaxın dost olub. Hətta Mevlananın fikirlərinin tam formalaşmasında Şəmsin ona güzgü rolunu oynadığını da qeyd etmək istərdim. Deyilənə görə, Şəmsin məqbərəsinə Mevlananın nəvəsi dərin ehtiramını göstərmək üçün ayaqqabılarını çıxarıb, gedib.Ey aşk! Seni senelerce yaban ellerde, hoyrat dillerde aradım. Oysa bendeymişin bilememişim. Oyalanmışım. Kalakalmışım. Şemsi TebriziŞəmsi Təbrizinin məqbərəsində bir şey də diqqətimi çəkdi. Uzun binanın üzərində heyvan buynuzları vardı. Bu buynuzların nə anlama gəldiyini soruşdum.Səfəvilər zamanında, Şah İsmayıl Xətai buraya gəlib və 40 gün burada qalıb, şikar edib. Daha sonra həmin şikarların buynuzlarını buraya asıb ki, hamı onun qüdrətindən xəbardar olsun.Daha sonra yavaş-yavaş əsas mənzil Urmiyəyə yola çıxdıq. Orada nələr oldu? Bunu bilmək üçün azca da səbr edin ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

699 dəfə oxunub

Miçoakan bələdçisi

Ölülər gününü qəbristanlıqda keçirdim…☺️Unudulmaz səyahət təcrübəsi oldu mənim üçün. Bəlkə çoxlarınız Coco cizgi filminə baxmısınız. Bax elə o cizgi filmini canlı canlı görmək və yaşamaq. Həqiqətən çox möhtəşəm idi. Sizə səyahətidən ətraflı danışım. Əgər vaxtiniz və maraqınız olarsa daha ətraflı mənim Blog yazdığım səhifəyə daxil olub oxuya bilərsiniz. http://evdenuzaqlarda.com/michoacan/ℹ️ Michoacán, Miçoakan kimi oxunur və əyalətdir, Meksikanın qərb mərkəzindədir. Cənub-qərbdən Sakit Okean və qərbdən Colima və Jalisco, şimaldan Guanajuato, şimal-şərqdən Keretaro, şərqdən Meksika və cənubdan Guerrero ilə həmsərhəddir. Paytaxtı isə Morelia şəhəridir.????Michoacan da Jorullo vulkanı 1759-cu ildə püskürmə zamanı yarandı və 1943-cü ildə Paricutín Uruapan şəhərinin şimal-qərbindəki bir sahədə qəflətən inkişaf etməyə başladı; püskürmələri 1952-ci ilə qədər davam etdi. Kənd sakinləri hərkəs kəndi vaxtında tərk etdi və daha sonra San Juan kəndi yerlə bir oldu.????Morelia, Michoacan’ın paytaxtı və əyalətdəki ən böyük şəhərdir, şəhərdə 600.000 nəfərdən çox əhali var. 1991-ci ildə YUNESKO-nun Dünya İrsi saytı listəsində yer alıb. Şəhər tamamı ilə möhtəşəmdir. Hələ siz bura noyabr ayının 1 və 2 si gəlsəz çox maraqlı şeylər görə bilərsiz. Çünki bu günlərdə ölülər günü qeyd edilir və inanılmaz dərəcədə maraqlıdır.????Michoacanda görə biləcəyiniz çox möhtəşəm olan Monarch kəpənəkləridir. ABŞ-ın şimal-şərqindən və Kanadadan 4820 km uzaqlıqdan gəlirlər. Günlərinin geri qalanını Meksika’da yaşayırlar. Uşaqları bütün həyatını Meksika’da yaşayır və yazda, Şimali Amerikanın şimal-şərqinə köç edən nəvələri olur. Sonrakı qış bu kəpənəklərin nəvələri dədə babalarının etdiyi kimi qışda Michoacana geri dönürlər. Həqiqətəndə bir möcüzədire. Ziyarət etmək istəsəz Michoacanda monarx kəpənəklərini görmək üçün ən yaxşı vaxt yanvar-mart aylarıdır. Səhər saat 9, 10 arası getməyinizi məsləhət görürəm. Santuario de la Mariposa Monarca Giriş 50 Peso – 4.50 Azn✈️Michoacan vaxtı ilə Meksikanın təhlükəli bir əyaləti olub. Lakin hal hazırda təhlükəsiz və daha çox turistin olduğu bir əyalətdir. Michoacana gəlmək fikriniz olsa Meksikanın paytaxtına uçub daha sonra bura uça bilərsiniz. Qiymətlər hardasa 75-100 manat arası olur adətən.????????“Ölülər günü” Latın Amerikasında, əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaqla bağlı olan bayramdır. İspanca “Día de Muertos” adlanır. Adətə görə bu bayramın keçirildiyi günlərində rəngarəng karnaval təşkil edilir. Müasir dövrdə bu bayram hər il noyabrın 1 və 2-də qeyd olunur. Bu bayramın tarixi Latın Amerikasının ispanlara qədərki tarixinə kimi gedib çıxır. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bu bayramda baş fiqur “Miktlantekuli” adlı “Cənab Ölü” hesab olunurdu. Həmin dövrlərdə bu bayram adətən iyul-avqust aylarında keçirilərdi. Lakin ispanların bu ərazilərdə məskunlaşmasından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib.Hellouindən fərqli olaraq,☠️“Ölülər günü” qorxutmaq məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz, ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. İnsanlar ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar. Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedənlər bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur. Qeyd edim ki, bu ənənəvi bayram 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə “Reprezentativ siyahısı”na daxil edilmişdir.Maraq göstərib oxuduğunuz üçün təşəkkür edirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

863 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!