1324 dəfə oxunub

Alış-veriş cənnəti - Andorra

Andorradakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hola Chicas y Chicos . Postumun əvvəlində onu bildirmək istəyirəm ki, çalışacam ki "Ağıllı" sözlər və cümlələrdən az istifadə edim ki səmimi bir yazı olsun. 24.11.2017 Andorraya gəldim. Barcelona (El Prat) hava limanına endikdən 3,5 saatlıq uzun bir yoldan sonra. Ad günümdən iki sonra ) Bir tərəfdən vətən həsrəti bir tərəfdən yerləşim, təzə iş ortamına uyğunlaşmaq həyəcanı və tədirginliyi və ən esası da uzun müddətli bir səfər olduğundan ilk günlər elə də xoş təəssürat bağışlamadı.
Andorra ???????? əhalisi təxminən 80000 olan bu balaca ölkə (knyazlıq) İspaniya və Fransa'nın ortasında dağların arasında yerləşir . ( Şengen vizası olan hər kəs Andorranı ziyarət edə bilər.

1. Andorra Avropanın ən münasib ( € ) dağ -xizək kurortu sayıla bilər başqa bir üstünlüyü Avropanın ən günəşli xizək kurortu olmasıdır. Sürüşmə yolları ( mavi , qırmızı ve qara ) yeni başlamaq istəyənlər üçün və təcrübəli xizək sürənlər üçün ayrıdır . Xizək üzrə 2018 Avropa çempionatı, 2019 isə Dünya Çempionatı məhz Andorrada keçiriləcək .

28280053_1574467986000036_9111058782972092813_n

2. Shopping - Çox vaxtı Andorranı kiçik "Duty free" adlandırlar. Ərazisinin və əhalisinin o qədər də böyük olmamağına baxmayaraq Andorrada demək olar ki yox yoxdur. Shopping barəsində mən hər şey çox ucuzdu deməzdim. Əsasən də geyim- keçim. ayyaqabı demək olar ki İspaniya və Avropanın digər ölkələri ilə qiymətdə elə də fərqlənmir . Əsasən ətir, kosmetika və spirtli içkilər çox ucuzdu. ( 1 litrlik jack Daniels və ya Red Label endirim vaxtı 10-12 € almaq mümkündür və əlbəttə ki məşhur İspan və Fransız çaxırları 2-3 €-dan başlayan qiymətlər ilə) Həmçinin ətir və kosmetika da hətta duty free ilə müqayisədə daha ucuzdu. Ticarət mərkəzlərinin çoxu Andorra La Vellada yerləşir ( paytaxt , Avropanın ən yüksəklikdə yerləşən paytaxtı ). Alış verişdən söhbət düşmüşkən ərzaq və restoran qiymətləri haqqında da yazım. Ərzaq qiymətləri baha sayılmaz. Restoranlarda günün menyusu 10-12 € arasıdır .

28467734_1574473745999460_8058346985795391534_n

3. Tarixi yerlər Andorrada demək olar olar ki yoxdur ( Qədim Ordino şəhəri var, orda da diqqət çəkən elə bir bişey görmədim ). 200 km uzaqlıqda Fransa'nın Karkason şəhəri yerləşir ( qalalar şəhəridir, Robin Hood filmi bu şəhərdə çəkilib) Centre Termolúdic Caldea ( Masallıdakı isti suyumuzun yerin verməz ama bele pis deyil ???? )

28378315_1574472252666276_8974398872424230405_n

4. Andorranın öz ordusu yoxdur, Avropa birliyinə daxil deyil . Bəzi qanunları ciddi bir şəkildə Avropanın digər ölkələrindən fərqlənir . İçkili maşın sürmək olar 0,50 qədər ( yeni yarım şüşə çaxır içib sükan arxasına otura bilərsiz . Çox oldu cəza kəsirlər ( 150€ Çox təəssüf ki özümnən bilirəm). 0.85 çox olsa həbsxanaya düşürsən , Həbsxanadan söhbət düşmüşkən hal-hazırda 25 nəfər var içərdə . Ölkədə ağır cinayət hadisəsi demək olar ki yox səviyyəsindədir. Oğurluq, narkotik vasitələrindən istifadə və s. səbəblərdən içərdədirlər. Həbsxana demək olar ki hansısa bir 3 ulduzlu oteldən fərqlənmir. İdman kompleksi , hovuz , televizor var . Telefon və internetdən istifadə edə bilmirsən. Yeməkləri bəyənmirsənsə çöldən özünə yemək sifariş edə bilirsən. Andorrada vətəndaşlıq almaq mümkünsüz kimi bir şeydi 20 il bu ölkədə yaşamalısan. İnsanları çox mehribandı , ana dil Katalan dilidir İspan və Fransız dillərində başa düşən və danışanda çoxdur. Və ən əsas Andorranın ən gözəl yerlərindən sayılan bir yer daha var ki onu yazmıyacam . Mart ayının sonuna qədər Andorraya yolu düşən olsa şəxsən özüm göstərərəm ))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Bayramov

DİGƏR BLOQLAR

Fransanın festivallar şəhəri - Kann

Kanndakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İstidi bilirəm, heç kəsin uzun statuslar oxumağa səbri çatmır.Ama şəkillərdən göründüyü kimi "elə də sıxıcı post olmaz yəqin" deyə düşünüb, buz kimi sularınızı yanınızda hazır edin,  oxumağa başlayın. Mən də yazacağım müddətdə su içib istirahət edəcəm????Deməli yay tətili üçün unikal istirahət təbii ki, dəniz,  çimərlik sayılır.22 yaşımda aeraporta gedib tək-tənha ilk dəfə təyyarəyə minib,yollandım deyilənə görə dünyanın ən böyük aeraportu sayılan Frankfurt Main stansiyasına. Ordan da Fransaya keçdim.(həyat elə gətirdi)Bəlkə bir gün orda-aeraportda başıma gələnləri paylaşaram. Ama hələlik ilk Avropa turumu Fransa ilə başlamağım haqqında QISA yazmaq istəyirəm.????Fransanın bir neçə şəhərlərində oldum,ama indi Kann haqqında yazacam.Çox-çox baha şəhərdi????Bəlkə də tələbəyəm deyə mənə elə gəldi. Bilmirəm. Sən de görüm, adicə yarım litrlik su 2 EURO baha deyilmi? Yəni içmə, öl deyirdilər də ????Şəhərdə gəzəndə yol boyu motosikletlər maşınlardan çox idi. Müxtəlif kabrioletlər, mağazalar, xüsusən də hər növ palmalar, çimərliklə üzbəüz sıralama otellər şəhəri çox bahalı və möhtəşəm göstərirdi. Kann demək olar ki iki yerə ayrılırdı.Sağ tərəf-glamurların alış-veriş etdiyi mağazalar????, sol tərəf-glamurların istirhət zonası olan çimərlik???? Xüsusən günbatımı və yaxtalar Aralıq dənizini çox möhtəşəm göstərirdi. Çimərlik zonası son dərəcə təmiz idi. Ödənişsiz xüsusi bir zona var idi ki, ordan rahat şəkildə istifadə etmək mümkündür. Lakin ödənişli yerləri də baha idi. Heç bir xüsusi özəlliyi yoxdur. Ondansa özün hər şey aparıb istədiyin kimi düz-qoş etsən daha sərfəli olur. Günbatımındakı möhtəşəm mənzərələri heç nəyə dəyişmək olmaz. Eyforiya yaşamaq istəyənlər üçün əsl yerdi. (buz kimi suyun isinməyibsə içə bilərsən)Davam edək..Şəhər boyu velosipedlər, motosikletlər üçün ayrılmış xüsusi yerlər, ev heyvanları saxlayan insanlar üçün zibil qabıları kimi nüanslar da şəhəri səliqəli və təmiz göstərirdi. Ki, insanlar onlardan düzgün istifadə edir.İnsanlarına qaldıqda mehriban və çox patriotdur.Yerli xalq öz dillərindən başqa dildə danışmırdılar və cavab vermirdilər. Yalnız turist gördükdə ingilis və ya rusca nəsə soruşsan cavab alarsan. Əslində çox sevdim elə olmaqlarını.Yeganə sevmədiyim nüansı deyim. Baha olması ???? o heç...Yol mədəniyyətləri demək olar inkişaf etməyib. Piyada keçidlərinə, işıqfora baxan ümumiyyətlə yoxdu. Əgər yolu keçdinsə, sənə halaldı. Hər kəs yığılırdı işıqforun yanına, kimsə cürət edirdisə birinci keçirdi və cürətlənib hamımız da onun arxasıyca))) Hər yol keçəndə hər kəs alqış gözləyirmiş kimi hiss edirdim ????(Mətbəxlərini də sevmədim ama o zövqə görə, ağız tamına görə dəyişir deyə, o haqda danışmaq istəmədim)Belə. Bir sözlə Kanna getmək üçün glamur olmalısan və ac qalmamaq, susundan ölməmək üçün pulun olmalıdı. Mən susum bir az da şəkillər danışsın. Gələcək postlarda görüşərik. Sevilirsən! ❤️#xəyaletmətəsəvvüret #NayPinƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Наиба Новрузова

1408 dəfə oxunub

Pisaya getməlimi, getməməlimi?!

Demək hələ bilmirəm necə yazacam necə qruplaşdıracam sırf test kimi yazıram, əgər hansısa ideanız, əlavəniz, “bu artıqdı” dediyiniz bir şey varsa mənə mütləq yazın. Çox çox sevinərəm.  Ehmm.. ???? Başlayıram.Professor imtahana kitab seçimini bizə buraxanda baxıram ən az səhifəli kitab hansıdırsa onu seçirəm. Bu şəhəri seçməyim də bir az ona oxşadı.Pisa!Bu əyri binanı məncə çox-çox adam tanısa da “mütləq getməlisiz!” dediyim bir şəhər deyil. Düzü heç şəhər deyil ora mənə görə. Mikrorayon kimi bir yerdi.Və bu məşhur binadan başqa heeeeç nəyi yoxdu desəm inanarsız?Bina haqqında sizin wikipediadan da tapa biləcəyiniz məlumatları yazmaq istəmirəm.Bina tikiləndə sadəcə kilsə zəngi üçün nəzərdə tutulub, torpaq əyri olduğundan sürüşməyə başlayıb. Ən maraqlısı isə son 800 ildə bina hər il 2 millimetr sürüşməyə davam edir. Burdakı gəzintimizlə bağlı isə onu deyim ki, getməyimizə peşman deyiləm amma getməsək də olardı. Bir şeydə özümə molodec deyirəm ki, 1 gün heç ayırmamışdım bura 8-9 saat ayırmışdım amma siz getsəniz 3-4 saat edin bu vaxtı.Qatarla Romadan çıxdıq üzü şimala doğru və ilk dayanacağımız bura oldu. Qatardan düşdüyümüz andan avtobusa mindiyimiz ana qədər yağış kəsmədi (arada 1-2 saat kəsdi). Biz də gəldik, qülləni gördük, bir-iki dənə əlimizi elə tutduq ki, guya biz əyirik, guya əyilməyini qoymuruq kimi şit-şit şəkillər çəkəndən sonra gördük ki, elənəcək başqa heçnə yoxdu, yağışın da heç azalma kimi bir niyyəti yoxdu, yaxınlıqdakı otellərə üz tutduq. Bir otağa 5-6 saatlığına 150 Euro deyəni kim, 100 Euro deyəni kim, axır 2 otağın hərəsini 40 Euroya danışdım (2 fərqli ailə idik) girdik otağımıza. Sumkalardakı bütün paltarlar yaş olmuşdu, onları sərdik qızdırıcıların üstünə. Mamam və qardaşım otağa girəndən çıxana qədər yatdılar. Mamamın rəfiqəsi ilə mən gördük yağış kəsib biraz dedik çıxaq gəzək bəlkə görüləsi başqa yerləri var.Gəlməmişdən çox araşdırma eləmişdim hər şəhər haqqında, (həmişə araşdırma eləməyi xoşlayıram), hamı yazmışdı ki, orda Pisa qülləsini görməkdən daha vacibi Panini yeməkdi. Paninin də şəkillərinə baxıb “pff kolbasa çörəyi bizə başqa adnan sırıyırlar” dedim hələ. Nəysə, üz tutduq bekarçılıqdan həmin bu Paninisi məşhur yerə. Oh My God! O necə dad idi elə. Yəni mamam oxusa yüz faiz deyəcək artırıram, mənim amma yediyim ən dadlı kolbasa çörək idi (yenə də kolbasa çörək statusundan çıxmır o :D) . Qiyməti hardasa 5-6 euro idi səhf eləmirəmsə, içərisinə neçə cür pendir, neçə çür ət (mal əti, donuz əti və s.), göbələklər və başqa tərəvəz növləri + müxtəlif souslar əlavə edirlər. Çörəyi biraz bərk olur, amma dadını çox bəyənmişdim.Lokal mağazaları elə çox yoxdu, elə daha çox suvenirlər restoranlar idi. Bir də yarmarka tipdə bazarı olurmuş amma biz gedən vaxt havaya görə qurulmamışdı o.Axşam otelimizdən çıxdıq getdik avtobusumuza, Florensiyaya doğru.. ..Panini aldığımız məkanın adı L'OstellinoRomadan Pisaya gedən qatara 17 Euro vermişdik adambaşı. 2 saat 20 deqlik məsafədə idi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nigar Sani

1479 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 2)

Tanzaniya II Bu statusda mart ayında Tanzaniyaya etdiyimiz yarım aylıq səyahətin bəzi detalları, xüsusilə xərclər haqqında informasiya olacaq. Aviabilet. Qatar Airways. Bakı-Doha, Doha-Zənzibar və Zənzibar-Doha, Doha-Bakı uçuşlarının ümumi qiyməti bir neçə ay əvvəl alındıqda 1300$ civarında olur. Biletləri Xalq Bank-ın "Gold kartı" ilə aldıqda 12% endirim təbiq olunur ki, biz də bu fürsətdən faydalandıq. Çox böyük və olduqca rahat olan "Dreamliner" təyyarələri ilə uçmaq insana xüsusi zövq verir. Tanzaniya daxili uçuşları isə Air Tanzania-nın pərli təyyarələri ilə həyata keçirdik. Zənzibar-Aruşa və Aruşa-Zənzibar uçuşlarının ümumi qiyməti 200$ oldu. AIR Tanzania-dan bileti onlayn qaydada alsanız da sizə pulun hesaba keçmədiyini və pulun keçməyini gözləməyinizi məsləhət görə bilərlər. Bu problemin yaşanmaması üçün ödənişin sonunda “Pay at office” hissəsini seçib, pulu ofisdə ödəmək lazımdır. Transfer xərcləri.Zənzibar havalimanından Stonetown-a taksilər 20000 şillinqə(8$), gözəl çimərliklərin yerləşdiyi Nungwi, Kendwa, Paje, Jambiani və Kizimkazi kurotlarına isə 7 nəfərlik taksi 30$-a gedir. Avtobus və “boda boda” ilə eyni istiqamətlərə 1$-a getmək mümkündür, ancaq bunu “adrenalin olsun” deyib yoxlamayın, nəzərə alın ki, Afrikadasınız. Ən yaxşısı əvvəlcədən qalacağınız hotellə danışıb, transferi onlara həvalə etməkdir. Adınız yazılı lövhə ilə sizi gözləyəcəklər. Aruşa havalimanıdan hotelə taksilər əvvəlcədən danışmamısınızsa 20-30$ təklif edəcəklər. Yenə də ən yaxşısı əvvəlcədən qalacağınız hotellə danışıb, transferi onlara həvalə etməkdir, bu halda qiymət 5-10$ olacaq. Hotellər. Tanzaniyada ev və hosteldə qalmaq müzakirə olunmayacaq mövzu olduğuna görə birbaşa keçək hotellərə. Həm də minimum 3* və reytinqi 8-dən yuxarı olan hotellər. Mütləq şəkildə Booking.com-dan rezerv edilməli və rəylər (review) səbrlə oxunmalıdır. Zənzibarda hotellərdə iki nəfərlik otaqda bir nəfər üçün bir gecəlik qiymət səhər yeməyi də daxil 30-100$ civarındadır. Qiymətlər yağışlı mövsümdə ucuz, turistlərin axın etdiyi vaxtda isə baha olur. Aruşa, Moşi, Mwanza, Kigoma və digər turistik mərkəzlərdə də eyni qiymətlərdir. Zənzibarda maraqlı turlar.Zənzibarda istəmədiyiniz qədər maraqlı turlar olacaq. Qiymətləri aşağıda qeyd edirəm.Delfin turu, Jozani meşəsi, Jambiani Kuza mağarası, Paje çimərliyi və The Rock restoranı 130$Mnemba adası rifində delfin turu və snorkeling 85$Zənzibardan Mikumiyə 2 günlük safari 600$Zənzibar və ya Dar əs-Səlamdan Selous Milli Parkına bir günlük səyahət 600$Zənzibardan Stone Town və Prison Island 42$Zənzibar Kulinariya və Ədviyyat Turu 55$Stone Town gəzinti turu 34$Zənzibar tısbağaları ilə üzmək 35$Nakupenda adası çimərlik günü turu 60$Jozani meşəsi turu 60$Tam gün Safari Blue Zanzibar 65$Hind oceanında balıq tutmaq turu 300$ Siyahını uzatmaq olar. Keçək ölkənin materik hissəsinə. Milli Parklar.Tanzaniyanı dünyada tanıdan ən vacib məsələ ölkənin Milli Parkları və qorunan əraziləridir (conservation areas).Milli parklara giriş yalnız Safari turları həyata keçirən şirkətlərlə mümkündür. Bu qiymətlər isə Milli Park-ın əhəmiyyətinə görə, mövsümə görə, Aruşaya və digər başlanğıc məntəqəsinə olan məsafəyə görə müxtəlif olur. Qiymətlər ən yaxşı halda 400$-dan başlayır, 2000-3000$ və daha da çox ola bilər.Qəbilələr, kəndlər, kofe və banan plantasiyalarına, Klimancaro və Meru dağlarının ətrafındakı şəlalələrə və təbii gözəllikləri ifadə edilməsi çox çətin olan yerlərə (məsələn: Materuni kəndi) olan turlar isə 250-300$-dan başlayır.Yemək-içmək. Çox ucuzdur. Gündəlik bir neçə dollarla ən gözəl yeməklərin dadına baxmaq mümkündür. Bunlar bizim etdiklərimiz idi. Ölkəni tam gəzmək üçün isə ən az iki ay lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

1483 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Bu dəfə Artvin

Artvindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, yenə Qara dəniz:) Bu dəfə Artvin...Əslində əvvəlcə Rizənin gəzməli yerlərini bitirib Artvin tərəfinə keçəcəkdim, amma sevgili gəzəyənlərin bir hissəsi Şavşatla bağlı yazmaqda israr edincə bu tərəfə keçdim.Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bölgədi. Qiymətləri Rizə tərəfinə görə daha uyğundu. Amma xidmət Rizə yaylaları qədər deyil, təbii ki istisnalar var. Görməli yeri desəniz, saymaqla bitməz. Neçə gün ayıraq desəniz, məncə, bir həftə...- Artvində maşınsız gəzmək Rizəyə göre daha çətindi. Düzdü, yolları ən azından bir çox yerdə asfaltdı, amma daha uzaq məsafələrdi və virajlı olduğu üçün daha yorucudu. Maşını olmayanlar turla getsə yaxşıdı.- Hələlik maşınla gedəcəklər üçün marşrutu yazıram. Məncə, ən uzaqdan başlamaq hər zaman daha yaxşıdı. Onun üçün də tövsiyəm əvvəlcə cittaslow Şavşata getməkdi. Sarp sərhəd qapısından Şavşata təxminən 3 saatlıq yoldu. Yola Hopadan girəcəksiz. Tamamilə asfalt, amma baş döndürəcək qədər çox dolanbaclı, eyni zamanda Çoruh çayının sahili boyu çox gözəl mənzərəli bir yoldu. Şavşatda Laşet Pansiyonun bungalowlarında qalmağınızı tövsiyə edirəm. Bu il bilmirəm, keçen il 175 lirəydi (sabah yemeyi daxil). Getmədən zeng vurub yer ayırın, çünki dolu olur çox vaxt.- Şavşatda ilk görməli olduğunuz yer Karagöl milli parkıdı. Yolu düzgündü. Sabah saat 10-a qədər gedin, daha sakit olur. Kənarında çadır da qura bilərsiz - yer var bunun üçün. Qiyməti 25 lira. Qayıqla gəzə bilərsiz - 20 dəqiqəlik tur 20 lira.Kənarında bir tesis var, çay içə, yemək yeyə bilərsiz. 12 yataqlıq yerləri də var - boş olsa qala da bilərsiz.- Karagöldən sonra Balıklı gölə (Pınarlı) gedə bilərsiz. Göl deyib gözünüzdə böyütməyin, kiçicik bir göldü, amma ondan bir az yuxarıya çıxınca windows mənzərələri var:) 4 km yürüsəniz Şrata göllərinə çıxacaqsız. Balıklı göldən sonra maşın yolu yoxdu - piyada getməlisiz.- Bu gölləri də görüb qayıdandan sonra xüsusilə payızda və qışda inci kimi görünən Yavuzköyü görmənizi tövsiyə edirəm. Klassik Şavşat evlərini görəcəksiniz - bu evlər Qara dənizdə başqa heç yerdə yoxdu. Yavuzköydə Şavşat Evində pendir əritməsi və silori yeyin:)- Şavşatdan sonra istəsəniz Yusufelinə keçə bilərsiz - amma ilk dəfədirsə çox risq eləməyin, yolları çox çətindi.- Artvinin o tərəflərini bitirib geri qayıtdıqdan sonra yolunuzu mərkəzə salın. Artvin mərkəzdə bir şey yoxdu, amma şəhərin içindən keçib yuxarılara doğru çıxdıqca mənzərə deyişir. Kafkasör Yaylasında qala bilərsiz.- Amma vaxtınız azdırsa bu istiqamətə girməyə də bilərsiz. Şavşatdan geri Borçkaya keçin. 3 saatlıq asfalt yoldu - yenə dolanbaclı təbii ki:) Bir Karagöl də Borçkada var - qalacaq yer yoxdu, amma gəzə bilərsiz. Borçka yaxınlarında, Klaskurda qalacaq pansiyonlar var - internetdən baxa bilərsiz.- Borçkada qalmaq istəməsəz - ki məncə qalmağa ehtiyac da yoxdu - Maçahelə gedin. Maçahel məncə Artvinin ən gözəl yeridi. Borçka Karagöldən davam eləyən asfalt yol sizi Camili kəndinə qədər aparacaq. Bu yolda ən riskli yer Canqurtaran keçididi, riski də çox zaman qatı dumanlı olmasıdı. Ən çox qəzalar burada olur, diqqətli gedin. Men 5 km sürətlə və sürekli siqnalla getdiyimi bilirəm:)- Maçaheldə görməli olduğunuz yerlər Maral şəlaləsi, Efeler, Kayalar və Camili kəndləridi. Camili tam Gürcüstan sərhədindədi - jandarma postunu görəcəksiz. Məscidləri, evləri maraqlıdı. Kayalar və Efeler kəndlərinin isə mənzərələri öldürücü dərəcədə gözəldi - təbii, yollarına girməyə cəsarət eləsəz:) Camiliyə qədər asfalt olan yollar kəndlərdə torpaq və bir tərəfi uçurum olan dar yollara çevrilir - xəbəriniz olsun. 4x4, ən azı 4x2 olmadan girməyin.- Maral şəlaləsinə Camilidən gedilir, bir yerdən sonra yol yoxdu, park edib, aşağıya doğru ən az 15-20 dəqiqə pilləkanlarla enirsiz. Pilləkanların ortasında çay içə biləcəyiniz kiçik bir kafe var. Enmək bir az yaxşıdı, çıxmaq yorucudu, nəzərə alın:)- Efeler- Kayalar köyü arasında Maçahel Baraka deyə bir yer var, bölgənin ən gözəl çayını için, ən gözəl balını alın. Maçahel balı Türkiyənin en yaxşı ballarından sayılır, unutmayın.- Maçaheldə harda qalmaq məsələsinə gəlincə, biz İremit Pansiyonda qalmışdıq. Keçən il adam başı 100 lira ödəmişdik( səhər və axşam yeməyi daxil). Bu il necədi, bilmirəm. Pansiyon köhnə bir kənd evidi və çox zaman dolu olur, hamı da Sevdanın yeməkləri üçün oraya gedir, siz də gedin:) Olmasa, Efeler ve Kayalarda başqa maraqlı pansiyonlar da var.- Maçaheldə əksəriyyət gürcü olduğu üçün gürcü mədəniyyəti, gürcü yemekleri hakimdi, klassik Qara dəniz mətbəxi gözləməyin.- Maçaheldən sonra istəsəniz Fındıklı, Gorgit yaylalarına gedə bilərsiz, amma rəhbərsiz yola çıxmayın. O kəndlərdə rəhbər tapa bilərsiz. Tapmasaz mənə yazın, mən taparam:)- Ən son aşağı enib Hopaya dönmədən Arhaviyə gedib Mençuna şəlaləsini də görə bilərsiz, istəsəniz. Amma yayda suyunun az olduğunu nəzərə alın.- Başqa sual qalmaz ümid eləyirəm ki:) Qaldısa, yaza bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1752 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!