1388 dəfə oxunub

Səyahət üçün lazımlı saytlar

Səyahət üçün köməyinizə çatacaq saytlar.

Hopper
Bu proqram uçuş qiymətlərini izləyir və indi satın almaq və ya gözləməyin sərfəli olub olmadığına dair məsləhətləri verir. Eyni zamanda qiymətin nə zaman artacağı ilə bağlı da təxmini tarixləri verir.

Hotel Tonight
Deyək ki, siz bir yerə səyahət edərkən tutduğunuz otellə bağlı problem yarandı və çöldə qaldınız. Bu sayt vasitəsi ilə həmin gün üçün çox sərfəli endirimlə rezervasiya edə bilərsiniz. Təbii ki, ən yaxşı endirimləri həmin gün edilən rezervasiyalar üçün edirlər.

Lonely Planet
Səyahət edərkən getdiyiniz yerdə nəyi görəcəyinizi və nə edəcəyinizi bilmək üçün istifadə edə bilərsiniz. Eyni zamanda üçüncü tərəflərin səyahət təcrübələrini və tövsiyələrini təqdim edir.

Roomer Travel
Otel rezervasiya etdiniz və hər hansı bir səbəbdən gedə bilmirsiniz və rezervasiyanı da artıq ləğv edə bilmirsinizsə, bu saytın köməyi ilə onu digər müştərilərə satıb pulunuzu xilas edə bilərsiniz.

FLIO
FLIO ilə uzun bir tranzit gözləmə və ya uçuş gecikməsi zamanı faydalanın. Hava limanında təklif olunan xidmətlər, Wi-Fi şəbəkələri, mövcud zallar, ictimai nəqliyyat vasitələri və yeyib- içmək üçün uyğun restoranlarla bağlı məlumatlar toplanır.

GasBuddy
Bu proqram maşınla səyahət edənlərin yol boyu harada və hansı qiymətə yanacaq doldura biləcəkləri ilə bağlı məlumatları verir. Proqram Amerika, Kanada və Avstraliyada keçərlidir.

gezeyenler

TripIt
Bu sayt emailinizə gələn səyahət məlumatlarını avtomatik olaraq tərtib edir. TripIt uçuş, otel, kirayə avtomobil rezervasyonları və hətta restoran rezervasyonları üçün vacib detalları tapır, sonra isə onları tez əldə edəsiniz deyə bir yerə toplayır.

Viator
Bu sayt sizə gündəlik turlardan, gəzintilərdən həftəlik səyahətlərə qədər təşkil olunan eventlər barədə məlumatlar verir. Üstəlik transport da bura daxildir.

Wanderu
Əsasən avtobus və qatar səyahətlərini axtarmaq üçün bu sayt yaxşı seçimdir.

XE Currency
Getdiyiniz hər yerdə offline olaraq valyuta konvertasiyası üçün istifadə edə biləcəyiniz ən yaxşı saytlardan başlıcasıdır.

IExit
Bu proqram sizə maşınla səyahət zamanı yolunuzun üstündəki vacib restoran, yanacaq doldurma yeri, bankomat və s. kimi yerlərin olub olmadığını göstərir. Müəyyən bir restoran zənciri və ya istədiyiniz digər xidmətlər varsa, onu qeyd edə bilərsiniz və iExit marşrutunuzda olub olmadığını sizə xəbər verəcəkdir.

Bunlardan əlavə bildiyiniz kimi, otel, hostel, ev və s. tipli yerlər rezervasiya etmək üçün ən yaxşı saytlar Booking, Tripadvisor və Airbnb – dir.

Uçuş biletlərini qiymətlərə uyğun axtarmaq üçün Skyscanner əla tövsiyədir.

Blablacar maşınla səyahət edənlərin sizi də münasib qiymətlərə getdikləri istiqamətə aparmağı təklif etdikləri saytdır.

Eyni zamanda pulsuz olaraq gecələmək üçün Couchsurfing-dən istifadə edə bilərsiniz.

Və getdiyiniz yerlərdə yerli taksilərdən aldadılmaqdan çəkinib güvənli taksi xidməti istəsəniz Uber köməyinizə çatacaqdır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elman Heydarli‎ 

DİGƏR BLOQLAR

Yeyilmək istəyənlər üçün hannibal xəritəsi

Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşdığımı düşünür. Nə yalan deyim, Yer üzündə hanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o hannibal iqamətgahları?1. Cənub-Şərqi Papua-Yeni QvineyaKorovai qəbiləsindən olanlar hal-hazırda yaşayan hannibalların ən ləyaxlısıdırlar. Vaxtaşırı kimisə tutub yeyirlər. Çay boyunca məskən salan korovailar arabir yolun azmış, ya hər yerə burnunu soxan turisti də tutub desert menyularına əlavə edə bilirlər. İsti insan beyni isə onlar üçün əsil delikates sayılır.Niyə insan əti yeyirlər? Ağacdan yıxıldı, vəhşi heyvan parçaladı, başına fil düşdü öldü - bu kimi səbəblər korovailar üçün anlaşılandı. Amma vay o gündən ki, kimsə hər hansı xəstəlikdən ölə!.. Belə olanda dərd götürür onları ki - bu adam niyə durduğu yerdə ölsün ki? Həmən bir səbəb gəlir ağıllarına: qara magiyanın əməli! Bu cür ölən insanı da, əlbəttə ki, sağ qalanlardan qorumaq üçün ne etmək lazımdır? Düzdür, basıb yemək.Maraqlı fakt: 1961-ci ildə Nyu-Yorkun qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller qəbiləyə məxsus artefaktları yığarkən qəfil yoxa çıxıb. Hələ də meyiti tapılmayıb. Ehtimal ki, korovaiların bayram süfrəsinin bəzəyinə çevrilib.2. HindistanHindistanın şimalındakı aqhori sektasının üzvləri, sağ olsunlar, heç kimi məcbur tutub yemirlər. Öz xoşlarıyla daxili orqanlarını vəsiyyət etmiş könüllülərin könüllərini qırmayıb ədəb-ərkanla yeyirlər. 2005-ci ildə Hindistan jurnalistləri xəbər tutublar ki, aqhorilər hətta Qanq çayındakı çürüməkdə olan meyitləri və krematoriylərdəki insan orqanlarını də yeyirlərmiş.Niyə insan əti yeyirlər? Aqhorilərin fikrincə, bu, insan orqanizminin qocalmasının qarşısını alır.Maraqlı fakt: insan sümükləri və kəlləsindən çox gözəl bəzək əşyaları düzəldirlər. Subaylara qismət.3. Fici adasıLap əvvəllər adı elə, belə pis çıxmasın, Hannibal adası idi. İndinin özünədək yerli əhali arasında dədə-baba adət-ənənəsini davam etdirənlər olur. Amma kimi gəldi yemirlər. Ancaq düşmən qəbiləsindən olanları.Niyə insan əti yeyirlər? Qisas ritualıdır.Maraqlı fakt: Ficidəki hanniballar elit hanniballardır. Adamı da adam kimi çəngəl-bıçaqla yeyirlər. Yediklərindən qalan əşyaları da kolleksiya kimi saxlayırlar. Pensilvaniyadakı Arxeologiya və Antropologiya muzeyində bu cür kolleksiya nümunələrinə rast gəlmək olar.4. BraziliyaBraziliya sizdə karnaval, bikini, çimərliklərlə assosiasiya olunur, amma, görürsüz ki, tutub yeyilmə ehtimalınız da var. Vari qəbiləsi 1960-cı ilədək eksklüziv olaraq ancaq möminlərin meyitlərini yeyirdilər. 1960-cı ildən sonra hansısa missionerlər qəbiləni, demək olar ki, tamamilə qırıblar. Amma buna baxmayaraq indinin özündə də Brazilyadakı yoxsulluq ucbatından hələ də hannibalizm faktları qeydə alınır.Niyə insan əti yeyirlər? Yoxsulluq və aclıq ucbatından.Maraqlı fakt: 2012-ci ildə aparılan sorğunun nəticələrinə görə, bir çox insanlar «filankəsi öldür və ye» kimi səslər eşidirlər. Ona görə də Braziliyada tanış olanda əvvəl bir soruşun görün 2012 sorğusunda iştirak ediblər ya yox.5. Qərbi AfrikaAktiv hanniballar cəmiyyəti var, adı da «Leopard» (bəbir). Keçən əsrdən adam yemək havasına düşüblər. 80-cı illərədək Syerra-Leone, Liberiya, Kot-d’İvuar həndəvərlərində hannibalların yeyib-içmək yadıgarları olan insan qalıqları tapılırdı. Qəbilə üzvləri bəbir dərisindən geyimdə olur.Niyə insan əti yeyirlər? İnsan ətinin onları daha güclü və cəld etdiklərinə inanırlar.Maraqlı fakt: aktiv davamçıları da var. «Human Alligator» cəmiyyəti.6. KambocaJurnalist Nil Devis xəbər vermişdi ki, Kambocada hanniballıq 1960-1970-ci illərdə Cənub-Şərqi Asiyadakı müharibələr zamanı əl-ayaq açıb. Hal-hazırda çox nadir hallarda rast gəlinir.Niyə insan əti yeyirlər və ya yeyirdilər? Kamboca ordusunda düşmən ciyərini yemək kimi ritual vardır.Maraqlı fakt: «Qırmızı Kxmerlər» ölkədə bütün qida ilə bağlı məqamları nəzarət altında saxlayaraq bilərəkdən kütləvi aclıq halı yaratmışdırlar.7. KonqoKonqoda hanniballıqla bağlı sonuncu fakt 2012-ci ildə qeydə alınıb. O vaxtdan yəqin tövbəlidirlər. Amma hanniballığın ən moda düşdüyü dövr 1998-2002-ci illər olub.Niyə insan əti yeyirlər və ya, tərgidiblərsə, yeyirdilər? Səbəbi çox sadədir. Müharibə vaxtı üsyançılar hesab edirdilər ki, düşmənləri tutub yemək lazımdır. Əsasən də xüsusi ədvalarla hazırladıqları ürəklərini.Maraqlı fakt: konqolular indi də əmindirlər ki, insan ürəyi orqanizmə xüsusi qüvvət verir və onu yeyəndən düşmənləri it kimi qorxur.Sizə xoş səyahətlər! :)P.S. Fotodakı massailər adam yemirlər a. Onlar - qardaşdı!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Ali Akbar

1366 dəfə oxunub

SƏYAHƏTİNİZƏ RƏNG QATA BİLƏCƏK MOBİL TƏTBİQLƏR (applications)

İndi kasada-masada, suda-muda, kartda-martda fala baxmırlar! Application! Səfərinizi planlaşdırmağa, vaxta, pula qənaət etməyə yardımçınız ola bilər bu cubbulu tətbiqlər (applicationlar).1️⃣ PackPointSaatlarla səfər üçün çamadan yığmısız və sonra da bəlli olur ki, nəsə yaddan çıxıb? Onda qoy bunu sizin üçün PackPoint etsin. Gedəcəyiniz şəhəri, tarixi, yola sərf edəcəyiniz vaxtı, səyahətdə nəylə məşğul olacağınızı qeyd edin və o sizin əvəzinizə yol üçün lazım olan nə varsa - hamısının siyahısını özü tərtib edəcək. Sonradan lazım olmayanları siyahıdan çıxara bilərsiz. Əsas odur ki, yaddan çıxan heç nə olmayacaq və yadınızda belə olmayan, amma səfərdə karınıza gələ biləcək nəyisə tətbiqin hesabına əlavə etmiş olacaqsız.iOS üçün - https://itunes.apple.com/…/packpoint-travel-pac…/id896337401Android üçün - https://play.google.com/store/apps/details…2️⃣ Flightradar24100-dən çox ölkədə səyahət üçün ən yaxşı tətbiq kimi seçilən Flightradar24 sizi maraqlandıran təyyarənin tipi, aviaşirkəti, marşrutu, sürəti, hündürlüyü, uçuş və enmə vaxtı barədə məlumatı 3D effektlərlə sizə peşkəş edəcək. Lap heç özünüz olmayın, dost-tanışdan kimsə harasa təyyarəylə səfər edirsə, siz də narahat qalmayasız deyə, həmin reysin nömrəsini tətbiqə əlavə etməklə uçuş barədə sadaladığım məlumatlarla tanış ola bilərsiz.iOS üçün - https://itunes.apple.com/…/flightradar24-flight…/id382233851Android üçün - https://play.google.com/store/apps/details…3️⃣ SkyGuruBu tətbiq təyyarəylə uçuşlardan hürkənlər üçündür, aerofobiyadan əziyyət çəkənlər üçün sanki bir psixoloqdur adamla bərabər təyyarədə uçur. Uça-uça da təyyarədə baş verən cüzi bir məqamla bağlı belə açıqlama verir, məsələn, təyyarə qəfil enəndə deyir ki: "Sən canı panikaya düşmə, bu, normal haldır, filan şeydən ötrüdür". Aerofob da özünə gəlib həşirə düşmür.iOS üçün - https://itunes.apple.com/app/id1382240614Android üçün - https://play.google.com/store/apps/details…4️⃣ Rome2RioAvtomobillə və ya qatarla səyahət edənlər hərdən A-dan B-yə çatmaq üçün C və D-dən keçməli olurlar. Bu halda tətbiq bir neçə ölkə arasında belə marşrutunuzu cızıb verir sizə. Hətta, məsələn, Antalyadan Tbilisiyə çatmaq üçün hansı avtobuslardan istifadə etməlisiz, Moskvadan Ulan-Batora çatmaq üçün neçə qatar dəyişməlisiz. Hər seqment üzrə təqribi qiymət və bilet ala biləcəyiniz saytı da göstərilir.iOS üçün - https://itunes.apple.com/…/rome2rio-find-out-ho…/id569793256Android üçün - https://play.google.com/store/apps/details…5️⃣ RailPlannerQatarların gediş-gəlişi filanı ilə bağlı adam hərdən öz ölkəsində də çaş-baş qalır, o ki qalmışdı xaricdə. Avropa üzrə bu problemin həllində RailPlanner tətbiqi qulunuz ola bilər. Offline rejimdə bütün stansiyalar üzrə cədvəlləri göstərə, birbaşa hərəkətdir ya yox barədə böyük məmuniyyətlə xəbərçilik edə bilər.iOS üçün - https://itunes.apple.com/…/rail-planner-offline…/id579547877Android üçün - https://play.google.com/store/apps/details…6️⃣ MobikeBu tətbiq vasitəsilə icarə üçün nəzərdə tutulan velosiped seçirsiz, dayanacaqda onu blokdan çıxarıb istifadə edirsiz, bezəndə də onu ya xüsusi dayanacaqda, ya da elə küçənin ortasında (əgər şərtlər buna icazə verirsə) qoyub gedirsiz.iOS üçün - https://itunes.apple.com/app/id1044535426Android üçün - https://play.google.com/store/apps/details…7️⃣ StravaVelosipedlə bağlı daha bir tətbiq. Bu tətbiqdən hətta təkcə səyahət zamanı yox, elə fitnes məqsədi ilə də istifadə edə bilərsiz. Tətbiq sizin velosipeddə və ya adi qaçışda qazandığınız uğurları digər istifadəçilərlə paylaşır. Başqalarıyla ən yüksək göstərici uğrunda yarışa da bilər, yeni cığırları birgə kəşf edə də bilərsiz.iOS üçün - https://itunes.apple.com/app/strava-cycling/id426826309Android üçün - https://play.google.com/store/apps/details?id=com.strava8️⃣ OruxMapsCığırlardan kənarda trekinqə və ya velosipedlə səyahətə hazırlaşırsızsa, Maps.me tətbiqi bəs etməyə bilər. OruxMaps vasitəsilə çadırı harda qurmaq, su mənbəyini necə tapmaq olar və sair kimi məlumatları tapmaq olar.Android üçün - https://www.oruxmaps.com/cs/en/9️⃣ Citymapperİctimai nəqliyyatla bağlı sizə olmazın köməkliyi göstərməyə hazır olan tətbiq. Marşrutunuzun ilkin və sonuncu məntəqələrini qeyd edirsiz və tətbiq sizə həmin yerə necə çatmaq barədə ətraflı məlumat verəcək (o cümlədən tranzitlə, piyada və ya velosipedlə). Hər nəqliyyat növü üzrə tətbiq qiymətləri də göstərir və, məsələn, avtobusun nə vaxt gələcəyini də diqqətinizə çatdırır. Bir əmması var, o da tətbiqin yalnız böyük şəhərlərdə işləməsidir. Citymapper-də tapmadığınız şəhəri digər tətbiqdə - Moovit-də axtarın.iOS üçün - https://itunes.apple.com/…/citymapper-transit-n…/id469463298Android üçün - https://play.google.com/store/apps/details…???? BudgyDost-tanışla səyahət etdikdə xərclərlə bağlı qanqaraçılıq yarana bilər. Restoranda kim pulu ödədi, avtomobilə görə icarə pulu kimin cibindən çıxdı, parkdakı piknik kimin hesabına başa gəldi - bütün bu kimi məqamlarda qardaş qırğınına çıxmamaq üçün Budgy-də ümumi büdcə tərtib edə bilərsiz. Bütün ödənişləri bura əlavə edin və səfərin sonunda o, hesablayıb deyəcək ki, kimin kimə nə qədər borcu var.iOS üçün - https://itunes.apple.com/ru/app/budgy-2/id1156229427Android istifadəçiləri, vəziyyəti özünüz birtəhər yola verin.1️⃣1️⃣ Google Arts & CultureYaxınlığdakı muzeylərin koordinatları, iş qrafiki, muzeydə nələrə baxa bilərsiz və sair barədə məlumat ala biləcəyiniz tətbiq də budur.iOS üçün - https://itunes.apple.com/…/app/google-arts-cul…/id1050970557Android üçün - https://play.google.com/store/apps/details…1️⃣2️⃣ YugglerƏliuşağlısızsa, səyahət zamanı arada uşağın da marağlı vaxt keçirməsi barədə düşünməlisiz. Amma siz düşünməyin. Qoy bunu Yugger düşünsün. Uşağlar üçün əyləncə meydançaları, hovuzlar, zooparklar, muzeylər və s. barədə məlumatı tezbazar tapıb sizə təhvil verəcək.iOS üçün - https://itunes.apple.com/us/app/yuggler/id741597223Android istifadəçiləri, səfərə uşaqsız çıxın :)1️⃣3️⃣ izi.TRAVELİntrovertlər üçün bələdçidir. Tətbiqdə görməli yerlər barədə audio-bələdçi xidmətindən istifadə etmək olar. Yəni canlı bələdçinin arxasıyca düşüb gəzmək istəmirsizsə, bu tətbiq vasitəsilə istədyiniz tempdə, istədiyiniz vaxt gəzə-gəzə istədiyiniz yer barədə audio məlumat ala bilərsiz. Səfər vaxtı internetə pul xərcləməmək üçün wifi olan yerdə sizə lazım olan turu telefona yükləyin. Tətbiqi işə salanda o, GPS-ə görə təyin edəcək olduğunuz yeri və əvvəlcədən yüklədiyiniz məlumatlar hesabına başlayacaq həmin yer barədə əngə verməyə.iOS üçün - https://itunes.apple.com/app/opas/id554726752Android üçün - https://play.google.com/store/apps/details…1️⃣4️⃣ FoursquareYeyib-içməyi də yaddan çıxarmadıq. Qarşınızdakı restoranın ləyaxlı olub-olmadığı barədə və ya hər hansı suşi-bar axtarışındasızsa özünüz ərazini qeyd edib həmin barın orada olub-olmadığı barədə məlumatı rahatlıqla bu tətbiqdən öyrənmək olar. Həm də başqalarının bu və ya digər iaşə obyektində çəkdikləri fotolarla da tanış olmaq olar. Amma diqqət edin ki, rəylər 100 ilin rəyi olmasın. Çünki qısa müddət ərzində də hansısa kafe imicini dəyişib əvvəlki vaxtlardan fərqli olaraq dovğaya noxud qatmaya bilər. Siz də peşman olassız.iOS üçün - https://itunes.apple.com/…/foursquare-city-guide/id306934924Android üçün - https://play.google.com/store/apps/details…1️⃣5️⃣ HappyCowAdından da bəlli olduğu kimi, vegetarian ve veqanlar üçün yaradılmış tətbiqdir. Ürəyləri istəyən ətə xor baxan restoran-kafeləri burada tapa bilərlər. Həm də tətbiqdə müxtəlif fermer bazarları, sağlam qida mağazaları haqqında da məlumat boldur.iOS üçün - https://itunes.apple.com/…/happycow-find-vegan-…/id435871950Android üçün - https://play.google.com/store/apps/details…1️⃣6️⃣ VivinoŞərab manyakları, sizi də unutmadıq! Kaxetiyada hansı şərabı almaq məsləhətdi? Burqundiyada, Toskanada hansı şərabdan dadmasaz ömrünüzün axırınacan bunu özünüzə bağışlamaya bilərsiz? Dünyanın istənilən nöqtəsində adınıza layiq şərab barədə məlumatı bu tətbiqdən ala bilərsiz. Tətbiqi qoyun qarşınıza və açın sinənizi: məsələn, 50 AVRO-ya ağ italyan şərabı və ya 3,5 ulduzdan yuxarı Gürcüstan şərabı… Tətbiq o dəqiqə axtarışınıza uyğun bütün şərab çeşidlərini reytinq və rəyləri ilə birgə tapıb sizə göstərəcək.Mağazada hər hansı şərabı seçməkdə çətinlik çəksəz, bu tətbiqlə onun etiketkasını skan edin və ən son rəy, reytinqi barədə məlumat alın.iOS üçün - https://itunes.apple.com/app/id414461255Android üçün - https://play.google.com/store/apps/details?id=vivino.web.appP.S. SkyScanner, Uber, Google Maps, Maps.me, BlaBlaCar, Couchsurfing filan barədə də day özünüz bilirsiz. Bir də yazmayım.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

602 dəfə oxunub

Uçuşlarda yaranan problemlərin ODR platformasında həlli

Salamlar, istəyirəm Sizinlə təcrübəmi bölüşüm, bu günlərdə müxtəlif turizm vasitələri üçün bilet pullarını geri istəyənlər üçün faydalı ola bilər:2019-cu ilin mart ayında dekabr üçün Budapeşt-Lissabon və Porto-Budapeşt biletlərini almışdım, iki reysdən birinin vaxtında azca saat dəyişməsi olduğuna görə mənə bu saat dəyişməsi ilə razılaşmaq və ya ödənişi geri istəmək təklif olundu;Mən həmin saat dəyişməsinə görə olan bileti geri qaytarıb 120% Wizz Credit geri istədim, razılaşdılar. Amma digər biletə görə ödənişi də geri istədiyim halda onu geri ödəmək istəmədilər. Mənim məntiqim bu idi ki, WizzAir-in uçuş saatını dəyişməsi səbəbindən Portuqaliyaya gedə bilmirəmsə, qayıtmaq üçün artıq bilet nəyimə lazımdır?WizzAir şikayətimi təmin etmədi, açıq olaraq səbəbini də yazmadı, sadəcə şablon cümlələr idi və tam da başa düşmədilər (və ya başa düşmək istəmədilər) ki, mənim üçün bu 2 ayrılıqda alınmış bilet əslində Budapeştdən Portuqaliyaya gediş-gəliş biletidir, sadəcə orada istifadə edəcəyim şəhərlər və hava limanları fərqlidir. Belə başa düşdüm ki, hər 2 bilet ayrılıqda alındığı üçün onları sistem ayrı biletlər kimi görürdü və birinin ləğv olunmasını digərinin ləğv olunması kimi qəbul etmirdi;Aşağıdakı linkdə şəkildə işarələdiyim bölməyə keçib Avropa Birliyi qanunvericiliyinə əsasən şikayətimi göndərdim, ondan sonra WizzAir ikinci raund mənim şikayətimə baxdı və dünən email yazdı ki, geri ödəyə bilərlər, şikayətim geri təmin olundu. Bilet pulumu geri qaytaranda hələ əlavə olaraq bileti alarkən aldığım 1 illik WizzDiscount pulunu da geri ödədilər (ikisini birdən almışdım), baxmayaraq ki, 1 il ərzində bu WizzDiscount-dan bir neçə dəfə başqa uçuşlar üçün də istifadə etmişdim.Uzun sözün qısası, təkcə WizzAir deyil, Avropa Birliyinə bağlı istənilən uçuşlarınızı və problemlərinizi ODR platformasında online formada pulsuz həll edə bilərsiniz. Əgər tələsmirsinizsə, səbr etməklə pulunuzu geri alacaqsınız və pullu nömrələrə zəng edib biletin öz pulundan daha çox məbləği probleminizi həll etməyə xərcləməyin. Məndə bütün bu proses bir neçə ay çəkdi, amma nəticəsi uğurlu oldu!Mənbə: https://wizzair.com/en-gb/information-and-services/contact/contact-usƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

1286 dəfə oxunub

Gəzəyən məsləhəti - Baltikyanı ölkələr

Salam gözəl insanlar, karantinə görə artıq iki Avropa səyahət planım pozulub deyə, acığa mən də bahalı Amerika,Asiya planları qurmağa başlamışam????Karantindən əvvəlki həyatımda bir lowcost səyahətçi olaraq ən ucuuuuz başa gələn Pribaltika səyahətimi bölüşmək istəyirəm????Soxaya qalmış 2020-ci ili qarşılamağa getmişdik ????????‍♀️Nəqliyyat????Kutaisi-Varşava(29.12.19)-19€(wizzair)????Varşava-Praqa (30.12.19)-24€(flixbus)????Praqa-Riga(01.01.20)-16€(ryair)????Riga-Tallin(03.01.20)-21€(ecolines)????Tallin-Vilnius(03.01.20)-19€(ecolines)????Vilnius-Varşava(04.01.20)16€(ecoline)????Varşava-Kutaisi(05.01.20)28€(wizzair)Gecələmə????Varşava-Airbnb 16€ "Old Town Bed&Breakfast Miodowa 12”(2 gecəsi)????Praqa-Booking 35 € (1 gecə)????Riga-Airbnb 34 € “New Modern Cosy Room in City Center” (2 gecəsi)????Ümumi xərclər- 143€+85€=228€????Varşava-günəş olsa, hava günorta saat 2də qaralmasa, möhtəşəm parkları yaşıllıq olsa əslində gözəldi???? Bir sözlə yayda yenə gedəcəm????????Praqa-ən sevdiyim şəhərlərdəndi, ona görə "möhtəşəm" yeni ilimizi qarşılamaq üçün ikinci dəfə yenə getdim və Charles körpüsündəki atəşfəşanlıqdan salamat çıxdığımıza görə şükür edirdik,sən demə o günlər yaxşı günlərimiz imiş????Hər şeyə rəğmən Praqanın özünəməxsus ruhunu sevirəm????????Riga-balaca,şirin,dadlı yeməkləri, içkiləri olan "köç gəl burdaca yaşa" deyən bir şəhər oldu???? çox xırda (oxu:böyük) bir problemimiz var-çox soyuq olur və günəş yoxdu???? Razılığa gələ bilsək hava şəraiti ilə bağlı qovuşacağıq????????Tallin- Helsinkidən iki gözəl rəfiqəm Ylkär və Ulfat gəldiyi üçün şəhəri bir yerdə "kəşf etdik". Başımız möhtəşəm söhbətə qarışdığı üçün hər yeri gəzdik amma mənim yadımda şəhər yox, ancaq Eston mətbəxinin gözəl maral əti steyki və Salmon balığı supu yadımda qalıb???????Vilnius-şəhərin bütün arxitekturası, memarlıq abidələri ən sevdiyim açıq rənglərdə (mavi, çəhrayı, boz) olduğu üçün mən sevdim???? Amma məncə bir günlük şəhərdi, dadını çıxara çıxara gəzmək istəsəm maximum 2 gün ola bilər. Pribaltika üzrə ən ucuz şəhər Vilnius idi,məncə.Pribaltika gözəldi, amma yayda daha gözəl ola bilərdi???? Günəş sevənlərin nəzərinə sərhədlər açılsa gələn il yayda gedin????, az büdcə ilə çox əntiqə gəzmək olar.Ümid edirəm az da olsa nəsə paylaşıb motivasiya verə bildim????Mexico, Kuba, Havana postlarında görüşənədək, sevgi ilə qalınƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hilal Abdullayeva‎

2619 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!