4024 dəfə oxunub

"Buta Airways" və "AZAL" Koronavirusla əlaqəli ləğv olunan biletlər haqqında suallara aydınlıq gətirdi.

COVID-19 koronavirus infeksiyası pandemiyası ilə əlaqədar, demək olar ki, bütün ölkələrdə sərhədlər bağlanmış və uçuşlar dayandırılmışdır. Dünyanın bütün aviaşirkətləri mürəkkəb vəziyyətlə üzləşərək, aviabiletlərin dəyişdirilməsi və qaytarılması qaydalarında düzəlişlər etmək məcburiyyətində qalmışdır. “Azərbaycan Hava Yolları”nın üzv olduğu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), öz növbəsində, aviaşirkətlərə müvafiq tövsiyələr vermişdir.

Məlum olduğu kimi, COVID-19 ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Qərargahın qərarına əsasən 20 aprel tarixinədək Azərbaycanda bütün daxili və beynəlxalq hava əlaqələri dayandırılmışdır. Bununla yanaşı, “Azərbaycan Hava Yolları” QSC 2020-ci ilin 1 iyun tarixinədək beynəlxalq reyslərə satışı dayandırmışdır. Hadisələrin gedişatından asılı olaraq bu tarix uzadıla və ya qısaldıla bilər.

Reysləri ləğv edilən sərnişinlərin bir qisminə pul vəsaitlərinin qaytarılması artıq həyata keçirilmişdir. Lakin, IATA-nın sonrakı tövsiyələrinə əsasən, “Azərbaycan Hava Yolları” ləğv edilmiş reysə biletin əvəzinə səyahət tarixinin dəyişdirilməsini və ya aviabiletin dəyərinə bərabər olan vauçer təqdim olunmasını təklif etməyə başlamışdır. Bu vauçeri ləğv edilmiş reysə biletin alındığı tarixdən 12 ay ərzində istifadə etmək mümkündür. Yaranmış vəziyyəti nəzərə alaraq aviaşirkət bəzi sərnişinlər üçün bu tarixi fərdi qaydada yenidən nəzərdən keçirməyə hazırdır.

Vauçer, çarter reysləri istisna olmaqla, “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reyslərinə aviabiletin alınması zamanı etibarlıdır. Yeni aviabiletin dəyəri vauçerin məbləğindən yüksək olduğu təqdirdə, sərnişinin fərqi ödəməsi kifayətdir. Vauçerlər sərnişinin adına verilir və üçüncü şəxslərə ötürülə bilməz. Bundan əlavə, aviabiletlər “AZAL” QSC-nin marşrutlar şəbəkəsinin istənilən istiqamətinə dəyişdirilə bilər. Bu, həm viza rejiminin qüvvədə olduğu istiqamətlər, həm də vizasız rejimin tətbiq edildiyi istiqamətlər ola bilər.

“Azərbaycan Hava Yolları” anlayır ki, öncədən vəsaitlərin tam həcmdə qaytarılacağı elan edilmişdi və sərnişinlər aviadaşıyıcıdan müvafiq məlumat almışlar. Lakin sonrakı bütün tədbirlər və düzəlişlər IATA-nın qlobal təlimatlarına və tövsiyələrinə uyğun olaraq həyata keçirilmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, əgər sərnişin aviaşirkətin ləğv etmədiyi reysinə aldığı aviabiletin qaytarılması ilə əlaqədar müraciət edirsə, həmin aviabiletin tarifinə əsasən nəzərdə tutulduğu təqdirdə pul vəsaitinin qaytarılması rəsmiləşdirilə bilər. Məsələn, “Buta Airways” aviaşirkətinin yay mövsümündəki reyslərinə (hazırda qüvvədədir) “Standart” və ya “Super” tarifi ilə aviabilet əldə edən sərnişinlər aviabiletin dəyərinin 50%-i məbləğində pul vəsaitini geri ala biləcəklər.

Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi ilə bağlı bütün prosedurlar onların alındığı yerdə həyata keçirilir. Aviabilet rəsmi internet saytında alındığı halda aviaşirkətin çağırış mərkəzinə yazılı müraciət etmək lazımdır. Beynəlxalq hava limanlarında AZAL kassaları 2 aprel tarixinədək işləyirdi, lakin Operativ Qərargahın qərarına əsasən kassalar 20 aprel tarixinədək bağlanmışdır. Qeyd etməliyik ki, bir sıra turizm agentlikləri müştərilərə telefon vasitəsilə xidmət göstərməyə davam edirlər.

“AZAL” və “Buta Airways” aviaşirkətlərinin çağırış mərkəzləri ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlamaq mümkündür:

callcenter@azal.az | callcenter@butaairways.az

Bundan əlavə, aviaşirkətlərin saytında onlayn forma vasitəsilə də müraciət etmək olar:

https://help.azal.az/hc/az/requests/new

https://help.butaairways.az/hc/az/requests/new

 

 

 

DİGƏR BLOQLAR

Aşağı büdcəli səyahət bələdçisi - I hissə

Salam, dostlar! Sizə təcrübələrimdən, səyahət zamanı etdiyim səhvlərdən və düzlərdən yola çıxaraq, Avropa, Amerika və Cənubi Amerikada başa gələ biləcək mümkün olan ən ucuz büdcə səyahəti barədə yazacam. Çox geniş olduğu üçün bir neçə hissəyə böləcəm. Bu postlar əsasən ilk dəfə səyahətə çıxanlar üçün məlumat kitabçası kimi olacaq Birinci yazımda çox texniki tərəfləri yazdım ki, digər postlarda bu adları istifadə edəndə məlumatlı olasınız və sizə rahat olsun. Post uzundur, amma bunu oxumağa təmbəllik etsəniz, neçə min km yolu necə gedəcəksiniz?! Bilet almaq üçün istifadə edəcəyiniz sərfəli saytlar: Skyscanner.com, Kayak.comdan bütün dünya üzrə ucuz və sərfəli biletləri tapa, ala bilərsiniz. Bunlar mənim istifadə etdiklərimdir, eyni zamanda edreams.com, kiwi.com, momondo.com və s. saytlarına daxil olmaqla da biletlərin qiymətlərini müqayisə edə bilərsiniz. Nə qədər (neçə ay qabaq) tez biletləri alsanız, bu sizə bir o qədər ucuza başa gələcək. Skyscanner həmçinin sizə hansı aylarda, hansı ölkələrə ucuz biletlər olduğunu da təklif edir. Bilet alarkən ölkələrlə bağlı diqqət etməli olduğunuz məqamlar da var ki, onları da gələcək postlarda qeyd edəcəm. Tutaq ki, istirahət və dəniz üçün Taylanda getmək istəyirsiniz, qiymətlər ucuz göstərir amma sezon deyil, həmin vaxt artıq musson yağışları gəlir. Avropada istifadə edəcəyiniz ucuz nəqliyyat: Avtobus: Flixbus, MegabusFlixbus dünyanın bir çox ölkələrində, eləcə də Avropa daxilində ən rahat avtobus şirkətlərindən biridir. Xüsusi bayramlarda bəzən endirimləri olur, bəzən isə qiymətlər çox pik həddə qalxır. Voucherlər vasitəsilə endirimlər əldə etmək mümkündür. Biletlərin vaxtını dəyişə və ləğv də edə bilərsiniz. Flixbus mənə o qədər rahat gəlir ki, 2 saatlıq belə yolu getməkdən zəhləsi gedən mən 15-20 saatı çox rahat getmişəm. Xüsusilə gecə səyahətini seçsəniz, yolun necə keçdiyindən xəbəriniz olmayacaq, əlavə vaxt itirməyəcəksiniz, və avtobus boş olduğu üçün rahat uzanıb arxa oturacaqlarda yatmaq imkanınız olacaq. Amma çalışın avtobuslarda heç nəyinizi itirməyin və ya yaddan çıxarmayın, baxmayın ki, Avropadır, geri ala bilməyəcəksiniz, daha doğrusu araşdırmayacaqlar və əşyanızı tapıb sizə geri də verməyəcəklər. Megabus da çox rahat və güvənilir avtobus şirkətlərindən biridir. Aşağıbüdcəli aviaşirkətləri: Ryanair, WizzairWizzair və Ryanair Avropa daxilində aşağıbüdcəli hava yolu şirkətləridir. Budapeştdən Norveçə belə 4-5 euroya biletlər tapa bilərsiniz. Biletlər həmişə çox ucuz və sərfəli olur. Amma bəzən bu uçuşları həyata keçirən hava şirkətləri çox kənar aeroprtlarda yerləşirlər deyə, ora getmək və getdiyiniz ölkənin aeroportundan mərkəzinə getmək ondan neçə qat bahasına başa gəlir. Tutaq ki, 5 euroya Osloya uçursunuz, amma aeroportdan şəhərin mərkəzinə getmək isə 20 eurodur. Maşın:Blablacar.com (shared driving)- elə bir platformadır ki, sadə dillə desək, bir nəfər öz maşını ilə digər ölkəyə və şəhərə gedir, və gedəcəyi saatı, günü, çıxacağı yeri saytda elan edir. Müsbət tərəfi odur ki, tez çatırsan, bəzən avtobusdan qat-qat ucuz, bəzən isə baha ola bilir. Amma təhlükəli tərəfi də odur ki, sürücü hər cür tip adam ola bilər. Ona görə saytda həmin sürücü haqqında qiymətləndirməni görmək və digərlərinin yazdığı rəyləri oxumaq çox vacibdir. Son anda getməkdən imtina edib də sizi yarıyolda qoymaq kimi hadisələr də baş verə bilər. Mən iki dəfə istifadə etmişəm. Eyni zamanda sizi də qəbul etməmişdən qabaq, sürücü sizin haqqınızda digər sürücülərin verdiyi rəyləri də oxuyur ki, əmin olsun ki, siz də təhlükəsiz tipsiniz, yaxşı adamsınız. Avtostop barədə isə yəqin ki, hamınız məlumatlısınız. Təhlükəsizliyə görə heç vaxt istifadə etməmişəm. Rent a car- 3-4 nəfərdən çoxsunuzsa, qiymətləri, məsafəni, benzinin qiymətini də hesablayıb maşın rent edə bilərsiniz. Harda qalmalı?: Xaricə gedəndə dstlarımın evi mənim üçün ən yaxşı və sərfəli qalınacaq yerlərdir, qalmağa həmişə yerim olur deyə, burdan səyahət xərclərindən kəsirəm. Çalışın dost çevrənizi həmişə geniş tutun, indi ölkədə dostlaşdığınız adamların çoxunu iki ildən sonra burda görməyəcəksinizVə eyni zamanda dost tərəfdən bəxtiniz gətirməyibsə, yaxşı adamısınızsa, Azərbaycanda səyahətçilərin olduğu ən böyük səyahət qrupu “Gəzəyənlər” qrupunda da bəlkə xaricdə yaşayan soydaşlarımızdan kimsə sizi dolma qarşılığında qonaq edər və ya bəlkə minimal məbləğ qarşılığında da sizi qonaqlaya bilərlər. Azərbaycanlılar yaxşı və qonaqpərvər adamlardır, əgər bəxtiniz gətirsə Hostel, qonaq evləri, 3 ulduzlu hotellər- booking.com (əsas istifadə etdiyim), hostelworld və. s. Bəzi şəhərlərdə və ölkələrdə 2-3 ulduzlu hotellər də çox ucuz başa gəlir. Airbnb.com. - mənzil, boş və ya bölüşmə otaqAirbnb evlərin qiyməti bəzən hosteldən bir az daha çox, hoteldən isə ucuz olur. Üstəlik 4-5 nəfər olacaqsınızsa, xüsusilə sərf edir.Airbnb və hostel seçərkən çox diqqət etməli olduğunuz məqamlar var. Qiymətləndirməyə mütləq və mütləq nəzər yetirin və insanların həmin məkanlar barəsində yazdığı rəyləri oxuyun. Təhlükəsizlik, təmizlik, qiymətin uyğunluğu, işçi heyyətinin köməkcil olması, qatar-avtobus dayanacaqlarına yaxınlığı, həmin ərazinin təhlükəsizliyi barədə müştərilərin rəylərinə əsasən qiymətləndirmə olur. Məsələn, mən Barcelonada hostelimə getməmişdən qabaq bilirdim ki, hamamda isti su kranı yaxşı işləmir, qalan hər şey isə normaldır. Şəhər kənarında olan hostellər və evlər daha ucuz olur, amma bu sərfəli deyil, getmək-gəlmək, bəzən qatar və avtobuslar çox gec işləmir. Mən həm bu səbəblərdən dolayı, həm də təhlükəsizlik üçün mərkəzə yaxın seçirəm hər zaman. Və həmişə əvvəlcədən əlavə bir seçiminiz olsun ki, getidyiniz məkanda nəyisə bəyənməsəniz, hansısa problem çıxsa, getməyə başqa bir yeriniz olsun, panik olmayasınız. Couchsurfing (ödənişsiz)- bu gedəcəyiniz ölkədən olan insanların yeni tanışlıqlar qurmaq, mədəniyyətlər tanımaq üçün evlərini pulsuz olaraq, digər insanlara açmasıdır. Sizi qəbul edərkən əsas şərtlərdən biri, sizin də öz ölkənizdə öz evinizi digər turistlərə açmağınız və haqqınızda insanların yazdığı müsbət qiymətləndirmədir. Əgər belə səxavətlilik etməmisinizsə, sizi qəbul etməkləri şans məsələsidir. Mən təhlükəsizliyə görə heç vaxt couchsurfingdən istifadə etməmişəm, amma siz etmək istəsəniz, şans nəticəsində sizi qəbul etsə, çox diqqətli olun, evində qalacağınız adam barədə digərlərinin rəylərini oxuyun. Son anda imtina da edər deyə, mən buna çox risk etmirəm. Amerikada nəqliyyat: Ucuz hava yolu şirkətləri: Spirit, Jet blue və s. Sayları çox olsa da, mən bu ikisindən istifadə etmişəm. Spiritin oturacaqları çox narahatdır, açılmır, uzun yol zamanı adamın beli ağrıya bilər, amma qiymət digərləri ilə müqayisədə ucuzdur. Jet blue ilə qiymətləri təxminən eyni olur, amma Jet Bluenin oturacaqları daha rahatdır, yumşaqdır. 8 kqlıq bel çantasına və ya əl baqajına icazə var. Amma mən bəlkə 20 kq şey keçirmişəm. Skyscanner. comda qiymətləri müqayisə edə bilərsiniz. İncognitodan istifadə etməyi unutmayın. Avtobus: Greyhound, Megabus, Peter Pan və s.Busbud, wanderu, gotobuse.com saytlarına da daxil olmaqla, ən ucuz, müqayisəli avobus və qatar qiymətlərini görə bilərsiniz. Amma təəssüf ki, avtobus şirkətləri Avropadakı qədər mükəmməl deyil, və avtobuslar uzun yol üçün narahatdılar. Yenə də Rent a carHəm Amerika daxilində, həm də Avropada qatarları bu siyahılara daxil etməməyimin səbəbi çox rahat və surətli olsalar da, həddindən artıq baha olmalarıdır. Amma yenə də yoxlayın, bəzən ucuz biletlərə rast gəlmək olur. Almaniyada qruplar üçün endirimli həftəsonu paketləri olurdu ki, bu çox sərfəli idi. Gəziləcək yerlərin siyahısı: Google’da “must see places in filan ölkədə” yazsanız, gedəcəyiniz ölkədə gəzməli olduğunuz bütün məşhur yerlərin siyahısı çıxacaq. Tripadvisordan da istifadə edə bilərsiniz.Çox əla olardı ki, gedəcəyiniz yerləri əvvəlcədən müəyyənləşdirəsiniz, bir-birinə yaxın və uzaq yerlərin siyahısını çıxarasanız, dayanacaq, avtobus, qatar nömrələrini qarşısına yazasınız ki, vaxtınız səhv yerə getməsin. Və əvvəlcədən mütləq offline maplar yükləyin. Mən bunu heç vaxt etmirəm, amma səhvdir etməmək. Harda yeməli? Tripadvisordan və Yelpdən məşhur, dadlı yeməkləri olan və eləcə də ucuz kafe və restoranları tapa bilərsiniz. Səyahət zamanı ən önəmli şeylərdən biri də getdiyiniz ölkənin mətbəxini yoxlamaqdır. Məşhur yeməklərini, içkilərini, şirniyyatlarını və s. Bir dəfə yaxşı restoranda yeməkdən özünüzü məhrum etməyin. Amma gündə 3 dəfə restoranda yesəniz, bu sizin səyahət büdcənizi aşacaq. Local kafelərdə də ucuz qiymətlərə rast gələ bilərsiniz. Hostellərin mətbəxləri açıq olur, mağazadan ərzaqları alıb orada özünüz hazır edə bilərsiniz.Digər postda isə səyahəti necə planlamalı olduğunuz barədə yazacam. Telefonunuzda Avropanın, Amerikanın xəritələrini hazır saxlayın:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Kamilsoy

1721 dəfə oxunub

Ölkədaxili səyahət marşrutları

Heellou, dear Gəzəyənlər! Bu aralar çoxumuzu maraqlandıran bir mövzu üçün, həm də əlidolu gəlmişəm Deməliii, qarşıdan 1 həftəlik bayram tətili gəldiyini nəzərə alaraq, ölkə daxilinə üz tutacaq şəxslər üçün kiçik bir məlumat postu, siyahı hazırlamaq fikrinə gəldim.(Gördüm siz yazmaqda tənbəllik edirsiniz)Sizin üçün indiyə kimi qrupda yazılan pütüüün fikirlərdən və öz qeydlərimdən ibarət bir must see" listi ortaya çıxarmışam. Təki hamı gəzsin Bunu qardaş qardaşa eləməz (Onnnly for #hele_ki_olkeni_kesf_eden_Gəzəyənlər )Aktiv və ya passiv istirahət sevənləri nəzərə alıb, istirahət mərkəzi və ya hiking istiqamətləri də qeyd etmişəm.Quba/QusarNüğədi kəndində Çənlibel gölü (payız mənzərəsi də əla olur)Məşhuuur Qəçreş meşələriQırmızı qəsəbəTəngəaltı ( burada Afurca şəlaləsini, Qonaqkəndi və bir çox maraqlı təbit mənzərəsi görə bilərsiniz. Restoranlar da var)Xınalıq ən məşhur marşurutdur bu istiqamətdə gəzməli, görməli nə azru edilirsə hamısı var.Küpçal, Alpan tarixi məkanlarıQudyalçay və ətrafı mənzərəli dağ kəndləri Alpan Yuxarı XanəgahGirdah kəndləriQrızdəhnə və qurqur şəlaləsiQubanin Tengealti kendinde Afruca selalesi de var.Hazır marşrut: Xınalığa doğru getmək üçün (Qəçreş meçəliyindən də keçirsiniz) Rixos hoteldə kanatdan istifadə etmək olar >>>5 dəq yolla Amsar kəndində balbulaq (cennetbagi istr merkezi) >>> ordan 5 dəq yolla 2-ci Nügədidə Çənlibel gölü>>>o yolla bir az aralıda(yarım saat olmaz) Təngalti,Afurca şəlaləsi Edited: hazırda kanat işləmir təəssüf ki.Girdah kəndində ki şəlalə üçünBakı>>>Quba rayonu ərazisi>>>Çağacuqçayın körpüsünü keçdikdən sonra təxminən 3-4 km-dən sonra sola Pirvahid kəndinə yol dönür>>>O yolla (asfaltdır) düz davam edirsiz->>> 7 km-dən sonra "T" yola çatdığınızda sola dönün>>>Təngəaltı istiqamətində davam edin>>>yenə Çağacuqçayın körpüsünü keçdikdən sonra "Rustov kəndi" yazısından sağa dönün>>> Başxanagah kəndinə doğru davam edin.Bakıdan Başxanagaha çatmağınız təxminən 3 saata mümkündür.Restoran və ya istirahət mərkəziQuba Mestergah Aynur otel Oscar Hotel Şahdağ HotelQərənfil istirahət mərkəzi varPark QusarXıdır və ya Xutorok Macara lake Alpin QusarHikinqYüksəklikdə yerləşən və şəlalələrlə zəngin kəndlər:Qrız, Qrız dəhnə, Küsnət, Qalaxudat kəndi(Şəlalələri hər fəsildə ayrı gözəldir) Kuzun-Laza şəlalələriCek kəndiBəybəyim dağı İsmayıllı İvanovka,Lahıc, Talıstan, Cavanşir qalası , Buynuz kəndi Basqal kəndi (kənddə yerləşən kəlağayı emalatxanası)Aşıq Bayramlı gölü, Cülyan, Qalacıq, Sumagalli kənd Herem qalası Xənəyi kəndi İ.MGreen house, Talıstan forestƏmrəki istirahət mərkəziQizil qaya (hoteli de var, koteci de)Xanagah kəndində - Qiz Qalası oteli Şəlalə- meşənin içində koteclər şəklində HikinqTalıstan kəndi- Qaranohur gölüFit dağıLahıc-Niyaldağ zirvəsi (2053 m) Ucqar kəndləriMücü kəndi KÖHNƏDAXAR kəndi DƏRƏ kəndi MÜŞKƏMİR kəndiZərnava kəndiŞamaxıPirquluda yerləşən-Rəsədxana.- Axşamlar saat 9dan sonra hava açıq olarsa kiçik teleskopdan baxa bilərsiz, aya və digər planetlərə. Böyük teleskop turistlər üçün açıq deyil, yalnız elmi tədqiqatlar üçündür.. Böyüklər 5 azn, məktəblilər 2 azn.Pirqulu meşələri, Çuxuryurd gölüBeyqurd qalası, Dəli çayQaladərəsi kəndində yerləşən şəlalə Qaleybuğurd kəndi. Dəmirçi kəndi.Sakit gölAvaxil,Qəleybuğurd kəndiYeddi gözəl Türbəsi, Xalçaçılıq sexi və M.Ə Sabirin ev muzeyiKələxana türbələriHazır marşrut: Pirquludan Dəmirçi kəndindən keçməklə Lahıca asvalt yol salınıb və gözəl mənzərələr ilə dağlarla (bəzi hissələrdə lalələr də görmək olar) gedib çıxır Lahıcaİstirahət mərkəzi"Abqora" Yeddi kümbəz kompleksichuxuryurd, demirchi, avaxil, qaladeresi, sis, qizmeydan kendleriPirquluda - Montana Göyqurşağı Safari parkHikinq Qaladərəsi kəndindəki Xalıt şəlaləsi, Ülgüc yaylağı Təxmini 10 km- 3 saat davam edən bir marşrutdurQala dərəsində Yaşıl gölHələ ki bu qədərƏyər faydalı olarsa, digər zonalar üçün davam edəcəm bunu. Hamısını eyni anda edə bilmədim, bir az vaxt tələb edir çünki hazırlamaq Vacib qeyd : Digər Gəzəyənlərə faydalı olmaq üçün: Postu oxuduqdan sonra “mütləq qeyd olunmalıdır” düşündüyünüz yerlər varsa, onları bildirə bilərsiniz ki, posta əlavə edim.: Qeyd edilən istirahət mərkəzlərində yalnız üzvlərin gedib istifadə etdiyi və feedback yazdığı yerlərdi. Başqa çox yerlər ola bilər təbii ki. İstifadə edib razı qaldığınız yerlər varsa, onları da bildirə bilərsiniz İstirahət mərkəzləri və ya digər yerlərlə bağlı məlumatlar update olunmamış ola bilər. Sadəcə yeri bilib, getməmişdən araşdırma edə biləsiniz deyə lazım olar Hər birinizə booool səyahətlər #gezeyenlerazerbaijan#part1#olkedaxili_seyahet

2437 dəfə oxunub

Niyə təyyarələr əsasən ağ rəngdədir?

Təyyarələrin ağ rəngdə olmasının 5 səbəbi:Belə bir test edək. Portağılın rəngi nə rəngdir? Narıncı. Bəs Təyyarənin? Çoxunuz ağ rəng deyəcək. Bilirəm bəziləri də deyəcək ki, ağ rəngdən də başqa rəngdə olur. Məs S7-nin əsas hissəsi yaşıl və WizzAir- in isə bənövşəyi rəngdədir. Bəs niyə görə bu qədər hava yolları ağ rəngə üstünlük verir. Gəlin səbəblərinə baxaq:1)İnsanların ağ rəngə yay aylarında üstünlük verməsinin səbəbi günəş işığını özündən əks etdirməsidir. Təyyarə istehsalçıları da bu prinsipi əsas tutaraq təyyarəni sərin saxlamaq üçün bu rəngə üstünlük verirlər. Bundan əlavə ağ rəng günəş şüaları radiasiyasını minimuma endirir. Təyyarələrin bütün hissəsi metaldan ibarət deyildir. Bəzi hissələri plastik, karbon-fiber və fiber-glass-dan istifadə olunur. Günəş şüalarına ən çox məruz qalan hissə də elə bu hissələrdir. Ona görə də qızğın günəşdən ən çox qorunması lazım olan yerlər. təyyarənin burun və kontrol hissələri daxil olmaqla ağ rəngdə olmalıdır.2)Henri Ford dövrünün məşhur biznesmenlərindən olub belə bir söz demişdir. İstənilən müştəri qara rəngdə olduğu müddətdə istədiyi rəngə boyanmış bir maşına sahib ola bilər. OK, bildim bir az qarışıq oldu. Qısaca demək istəyir ki, ən dəbli maşınlar qaradır. Bu sözü ilə maşın industriyasında inqilaba səbəb oldu və bugün ən çox sürülən maşınlar qara rəngdir. Amma bunu deməkdə əsas məqsəd qara rəngli maşınların istehsalının daha ucuz başa gəlməsidir. Təyyarələrdə isə ağ rəng daha ucuz başa gəlir. Əlavə rənglərdən istifadə ekstra 50,000$-dan 200,000$-a qədər xərcə başa gələ bilər.3)Digər rənglərdən istifadə təyyarənin ağırlığına 450 KG-dan əlavə çəki əlavə edir və təyyarə ağırlaşır. Daha çox ağırlıq daha çox yanacaq sərfiyyatı deməkdir.4)Əlavə rəngin gətirdiyi ağırlıq ,yanacaq sərfiyyatı və bahalı olması onu gələcəkdə satmaq üçün ciddi problem yaradır. Çünki siz daha ucuza daha az yanacaq sərfiyyatı istifadə edən eyni keyfiyyətdə məhsulu ala bilərsiniz. Niyə əlavə pul ödəyəsiniz ki. Əgər gələcəkdə bir müddətdən sonra satılmağı düşünülürsə bu məqamlar düşünülməlidir.5) Təyyarənin üzərində olan cızıq və ya xəsarət ağ rəngdə daha tez nəzərə çarpır. Hətta təyyarə qəza uğrayıb dənizə və ya okeana düşsə xilasedicilər yerini tez aşkar edib kömək edə bilirlər.Bu məlumatlarım sizə uçuş zamanı necə kömək edəcəyi barəsində bir fikrim yoxdur. Amma əminliklə deyə bilərəm ki, siz bu məlumatları bilən tək-tük sərnişinlərdən biri olacaqsınız????P.S. Şəkildəki dünyanın ən böyük sərnişin təyyarəsi Emirates-in "Airbus A380plus" modelidir. 2 mərtəbəli olub maksimum 853 nəfər sərnişin daşıya bilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlan Jabrayilov

2400 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!