963 dəfə oxunub

Tiflisə / Kutaisiyə necə gedək?

“Tiflisə / Kutaisiyə necə gedək?” sualına cavab vermək üçün dedim bir gəşəng detallı bloq tipli status yazım Sizlər üçün: 1) Bakı – Qırmızı Körpü + Qırmızı Körpü – Tiflis
Bakı – Qırmızı Körpü
Bu yolu taksi, minivan (8 nəfərlik nəqliyyat) və ya avtobus ilə gedə bilərsiniz. Hər 3 nəqliyyat növü Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür.
Taksi: 20-25 AZN (adam başı)
Minivan: 15 AZN (adam başı)
Avtobus: 12 AZN (adam başı)
Taksi və minivanların xüsusi cədvəli yoxdur, maşınlar dolan kimi yola düşürlər. Yolda olma müddəti: 6-8 saat arasında dəyişir.
Avtobuslar isə 08:15dən 17:30dək hər gün 30-60 dəqiqəndən bir yola düşürlər. Biletləri online şəkildə almaq mümkündür. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.phpsaytına daxil ola bilərsiniz. Yolda olma müddəti: 7-9 saat
Qırmızı Körpüdən sərhədi özünüz keçirsinizsə, bu proses üçün (sərhəddə olan avtobusların, maşınların və sərnişinlərin sayından asılı olaraq) minimum 1 saat, maksimum 3-4 saat ayırmağınız məsləhətdir.
Qırmızı Körpü – Tiflis
Bu yolu taksi və minivanlarla getmək olar. Taksi ilə gediş 30-45 GEL arası təşkil edəcək (Tiflisin hansı nöqtəsinə getməyinizdən asılı olaraq). Məs, mən Tiflisin Azadlıq Meydanına gedirdim (22:00da) və bu gediş üçün 30 GEL pul vermişdim. İstədiyiniz zaman sərhəddə taksi tapmaq mümkündür, demək olar ki.
Minivanlar, əsasən gündüz saatlarında olur və gediş haqqı adam başına 5-6 GEL təşkil edir. İstiqamət: Tiflis, Mərkəzi Dəmir Yol Stansiyası.
2) Bakı – Tiflis (birbaşa)
Bu yolu siz həmçinin birbaşa avtobus, birbaşa qatar və ya birbaşa təyyarə ilə gedə bilərsiniz.
Avtobuslar hər gün (gündə 4 dəfə olmaqla, 21:00dan 00:30-dək) avtovağzaldan yola düşürlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.php saytına daxil ola bilərsiniz.
Bakı – Tiflis istiqaməti üzrə yalnız bir qatar hərəkət edir, 20:40da Bakı Mərkəzi Dəmiryol Vağzalından yola düşür və növbəti gün 08:55-də (Tbilisi vaxtı ilə) son məntəqəyə çatır. Qiyməti: 35 AZN (kupe). Qatarın hərəkət cədvəli, biletin qiyməti (plaskard, kupe və SV) və online bilet alışı üçün https://ady.az/az saytına daxil ola bilərsiniz.
Bakı – Tiflis istiqaməti üzrə uçuşları Azərbaycan Hava Yolları (AZAL) və ilk və yeganə milli loukost Buta Airways aviaşirkətləri həyata keçirirlər. Uçuş cədvəli, biletin qiyməti və online bilet alışı üçün aviaşirkətlərin saytlarına daxil ola bilərsiniz:
Azərbaycan Hava Yolları (AZAL): https://www.azal.az/
Buta Airways: https://www.butaairways.az/az/
3) Tiflis – Kutaisi hava limanı
Bu yolu siz taksi ilə və ya avtobus (xüsusi ayrılmış express bus-lar) ilə gedə bilərsiniz. Taksi ilə onu deyim ki, baha başa gələcək. Xüsusi express avtobuslara isə cəmi 20 GEL-ə bilet əldə etmək olar. Avtobuslar Tiflisin Azadlıq Meydanından yola düşürlər. Bileti online almaq mümkündür. Avtobuslar Kutaisi hava limanından Wizzair aviaşirkətin uçuşlarına uyğun olaraq xüsusi cədvələ əsasən hərəkət edirlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün https://georgianbus.com/new/?lng=eng saytına daxil ola bilərsiniz.

Ümid edirəm, bütün suallarınıza bu postda cavab tapacaqsınız ????Suallarınızı kommentlərə yaza bilərsiniz. Bildiyim suallara cavab verməyə çalışacam.

Faydalı olmaq diləyi ilə! ????✌️

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ilgar Afandi

DİGƏR BLOQLAR

Planlanmamış Avtostop turu

Ukrayna-Portuqaliya-Macarıstan avtostopumu elə düşünürdüm ki, artıq bitirdim, çünki Budapeştdən Bakıya uçuşum vardı. Amma avtostopla Bratislavadan Budapeştə vaxtında çata bilmədiyim üçün təyyarəmi qaçırdım. Əvvəl bu mənə pis təsir etdi, çünki çox yorulmuşdum (2 aydan çox avtostop edirəm) amma sonra bunu yeni bir macəra kimi qəbul edib Budapeştdən Bakıya avtostop etmək qərarına gəldim. Bundan əvvəl Praqadan Bakıya avtostop edəndə Rusiya üzərindən gəlmişdim, bu dəfə Turkiyə tərəfdən gəlməyi düşündüm. Ən çətin avtostoplar ölkədən ölkəyə keçəndədir, çünki hamı tanımadığı birini başqa ölkəyə keçirməkdən qorxur, həm də gedəcəyim ölkələrin sərhədlərində passport yoxlaması olur, hansı ki, şengen ölkələrində bu yoxdur.Beləliklə, 4-5 saat gözləmədən sonra, Bir Rumin qaqaşla Serbiyanın Novy Sad şəhərinə getdik. Macarıstan-Serbiya sərhədi digər sərhədlərə nisbətən asan oldu və gözləmə sırası az idi. Novy Sad'dan sonra Niš'ə getməyi planlaşdırırdım, amma məni yoldan götürən Serb dayının təkidi ilə axşamı Belqradda onun evində qaldım. Özünün də dediyi kimi bütün dünya serbləri qəddar millət kimi tanıyır və o, bu stereotipi mənim üçün sındırmaq istəyirdi. Çoox mehriban insan idi, yoldaşı da bizim üçün Serb milli yeməyi hazırladı. Biraz vodka, biraz schnapps, biraz da Serb milli mətbəxi, sonra özümü lap evdəki kimi hiss etdim. Bütün gecəni söhbət etdik, serblərin hansı durumda yaşadıglarından və s. Səhəri gün Sofiyaya avtostopa başladım. Bolqarıstan sərhədinə çatmamış yolda Finlandiyada yaşayan türklər məni aldılar (Ankaraya gedirdilər) və Sofiaya qədər götürdülər. Sərhəddə 3-4 saat gözləmə oldu. Bütün maşını və çantamı yoxladılar çünki əlimdə siqaret bükmək üçün kağızı görmüşdülər və düşündülər ki, yəqin üstümüzdə nəşə falan var. Sofiaya axşam çatdım və açığı Sofianı bu qədər gözəl təsəvvür etməzdim. İnsanlar çox alternative, şəhərdə avropaliq çox hiss olunurdu. Qalmağa yer tapa bilmədiyimdən bir yerdə kamp qurdum. Şəhər Turkiyəyə doğru avtostopa başladım. Gözlədiyimdən biraz çətin oldu amma Svilenqrad tərəfdə bir Iran TIRına mindim (Irana gedirdi) və məni Ərzuruma qədər götürdü. Sərhədi TIRla keçdiyim üçün 7-8 saat gözləməli olduq çünki beynəlxalq TIRlar çoxdur və sərhədlərdə uzun gözləmə olur. 3 gün, 2 axşam (TIRda yatdim) Ərzuruma çatdıq.Sonra ordan Sarpiya avtostop etdim və Gürcüstan sərhədini gəcə 1də keçdim, amma yatmadan Tbilisiyə avtostop etdim çünki Tbilisidə Slovak dostlarım var və məni gozləyirdilər. Gec olmasına baxmayaraq Gürcüstanda avtostop çox asandır və 10 dəqiqədən artıq gözləməməklə 4-5 saata Tbilisiyə çatdım. Hal-hazırda Tbilisidəyəm və 1-2 günlük iş axtarıram ki, biraz yol üçün pulum olsun. 3-4 günə Bakiya avtostop edəcəm və səyahətim bitmiş olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Tofik Eynullayev

687 dəfə oxunub

Ev heyvanları ilə səyahət

Salam, əziz Gəzəyənlər!Qrupda bir neçə dəfə pişiklə səyahət etməklə əlaqəli sual gördüyüm üçün istəyirəm əliuşaqlılar üçün bir post paylaşım. Qeyd edim ki, biz AZAL istifadə etməli olduq, ancaq tələblər THY-də də eynidir. Fərqləri budur ki, AZAL-ın ödəniş əsaslı çəki və ölçü alternativi daha çoxdur. Başladıq!???? Azərbaycana pişiyinizi gətirmək istəyirsinizsə, məsləhət görərdim ki, iki ay əvvəldən yavaş-yavaş hazırlıqlara başlayasınız ki, son günlərdə nə özünüzü, nə də uşağı stressə salmayasınız. Həmin iki ay sizə çox rahat şəkildə uşağın lazımlı bütün peyvəndlərini tamamlamağa çatacaq - hətta nəzərə alsaq ki, elə peyvəndlər var ki, onların arasında bir həftə vaxt olmalıdır.???? Azərbaycan Avropadan fərqli olaraq titration nəticəsi istəmir, ancaq quduz nəticəsi istəyir. Titrationun nəticəsi 3 aya gəlir, quduz isə 5 dəqiqəyə vurulur.???? Veterinara ölkə dəyişəcəyinizi deyin ki, o, sizi uşağın ümumi sağlamlıq vəziyətinə görə yönləndirsin. Həm də axırda sizə ölkədən çıxış üçün, "səyahət üçün uyğundur" təsdiqi verməlidir.???? Totalda lazım olan sənədlər° Uşağın passportu - içində bütün sağlamlıq keçmişi olur - peyvəndlər. Bütün medikal arxivi.° Sağlamlıq sertifikatı° Ölkədən çıxışı üçün təsdiqlənmiş və veterinar tərəfindən verilən sənəd???? Bileti almadan əvvəl səyahət etmək istədiyiniz reys haqqında zəng edib havayolu şirkətindən soruşun ki, həmin reys pişiklər üçün uyğundur ya necə. Kabində ancaq eyni növdən iki heyvan gedə bilər. Ola bilər həmin reysdə sizdən əvvəl kimsə qeydiyyat aparıb uşağı üçün. Bu kimi riskə görə zəng edərək əvvəldən öyrənin. Sonra bileti alın. Bileti aldıqdan sonra təkrar zəng edib pişiyinizi qeydiyyatdan mütləq keçirin.???? AZAL box/qəfəslə birlikdə 8 kq-a qədər olan bir pişiyin kabinə keçməyinə icazə verir. 8 kq-dan artıq olan pişikləri isə heyvanlar üçün xüsusi bölməyə göndərir. Əgər pişiyiniz xüsusi bölməyə getsə, onun vəziyəti haqqında soruşub maraqlanmaq haqqınız var və bunu edin.???? Boxla birlikdə 8 kq-a qədər olan pişik üçün havalimanında, check in zamanı 60$ ödəməlisiniz. Check in zamanı özləri sizi ödəməni etməli olduğunuz yerə, AZAL-ın ofisinə yönləndirir. Oradan aldığınız qəbzi yenidən check in-dəki işçilərə verib, qeydiyyatı tamamlayırsınız.???? Pişiyin cinsinin ölkədən çıxmağa uyğun olub olmadığını əvvəlcədən kontrol edin.???? Quduz ( şərtdir), daxili və xarici parazit, karma ( Azərbaycan dilində qarşılığını bilmirəm, Türkiyədə karma desəniz onsuz da veterinarınız onu edəcək) və lösemi etdirməyiniz məsləhətdir. Parazit peyvəndlərinin arasında 3-4 gün olur. Bir həftə sonra karma, bir həftə sonra isə lösemi etdirə bilərsiniz.???? Uşağa bitki tərkibli sakitləşdirici verə bilərsiniz ki, yolda çox qorxmasın. Veterinarınızla birlikdə dozasını müəyənləşdirə bilərsiniz. Biz 2 saat əvvəldən verdik, ancaq kaş 3-4 saat əvvəldən verərdik. Yola çıxmadan 6-7 saat əvvəl yemək verməyi dayandırın ki, yolda qusma riski azalsın.???? Əgər boxdan nifrət edən pişiyiniz varsa yola çıxmadan bir-iki ay əvvəl səyahət edəcəyi qəfəsi açın evə qoyun ki, içinə girib çıxmaqla ona öyrəşsin.???? Veterinardan səyahətə çıxacağınız gün qəfəsin içinə sərməyə bez götürün.???? Yanınıza ödül çubuğu deyilən o dadlı, yeməli çubuqdan götürün ki, arada pişiyinizə verəsiniz ( çox olmamaq şərtiylə).???? Havalimanında check in-i nə qədər tez etsəniz o qədər xeyrinizədir. Hətta yerinizi ən öndən və ya dəhliz tərəfdən seçin ki, səyahətiniz rahat keçsin. Biz check-ini çox gec etmişdik deyə ən arxa və orta sırada oturmalı olmuşduq. Pişiklə orta və pəncərə tərəf qəti rahat deyil. Çünki qəfəsi qucağınıza almalı olsanız, bu yerlərdə ala bilməyəcəksiz, daha geniş yer lazımdır. Xahiş edərək dəhliz tərəfdə oturan şəxslə yerimi dəyişmişdim və qəfəsi qucağıma alıb yol boyu uşaqla kontakt halında qaldım ki, stressi azalsın.???? Qəfəsiniz plastik olsa mütləq qəfəsin qapısının açılıb açılmadığını kontrol edin. Bizdə qəfəslərdən biri təzyiqdən açılmışdı, qəfəs qucağımda olmasa və xəbərim olmasa uşaq rahatlıqla çölə çıxa bilərdi. Təyyarə endikdən sonra qəfəs normal ölçülərinə qayıtdı. Ümumiyətlə, məsləhət görərdim ki, uçuş zamanı uşaqla max. kontaktda qalın. Bu, ona yaxşı təsir edir.???? Bakıda heç kim pişiklərlə bağlı nəsə tələb etmədi.???? Bizim box təyyarədə oturacağın altına sığmadı, baxmayaraq ki, ölçülər eyni idi. Amma sığsa da rahat olmazdım uşağı yerdə aparmağa:))???? Havalimanında X Raydə deyirlər ki, pişikləri çıxarın. Ancaq siz desəniz ki, çıxartmaq olmaz, qaçar, qorxur və s. Polisi çağırırlar, ona vəziyəti izah etsəniz insiyatif alıb qəfəsdən çıxartmadan normal keçirirlər. Şansınızı sınayın. ???? Bir də gözəl dostluqlar qurun və onların dəyərini bilin. Könül Məmmədova olmasaydı nə iki balamı özümlə bu qədər rahat gətirə bilərdim, nə də bu səyahət bu qədər rahat keçərdi. Yolda əlindən gələn bütün dəstəyi verdi ki, səyahət həm yavrularım, həm mənim üçün rahat keçsin. Gözəl Könül, bir daha çox sağ ol! Allah uşağının quru, yaş mamasını, oyuncaqlarını, ödül manalarını heç vaxt əksik etməsin! ❤️???? Bu qrupdan da mənə kömək təklif edən dostlar, hətta bir neçə prosedura haqqında kömək edən dostlar oldu. Hamınız çox sağolun! ❤️#pişikləsəyahətƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Leyla Hasanova

2333 dəfə oxunub

Sərfəli London

Londondakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.KUTAİSİYƏ QƏDƏRUçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).AVİABİLET VƏ UÇUŞGediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.LUTONDAN LONDONALuton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.GECƏLƏMƏKGecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .VİZABritaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.QİDALANMALondon dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur ????SONDABu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl  

614 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!