913 dəfə oxunub

Sərfəli London

Londondakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.

WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.

KUTAİSİYƏ QƏDƏR

Uçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).

AVİABİLET VƏ UÇUŞ

Gediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))

Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.imag4371

LUTONDAN LONDONA

Luton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.

GECƏLƏMƏK

Gecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .

VİZA

Britaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.

QİDALANMA

London dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur ????

SONDA

Bu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Azər İsmayıl 

 

DİGƏR BLOQLAR

F-1 Təhsil vizası - Gəzəyən məsləhəti

F-1 Təhsil vizası F-1 vizası ABŞ-da təhsil almaq istəyənlər üçün ən populyar tələbə vizasıdır. F-1 vizası kolleclərdən özəl ibtidai məktəblərə qədər müxtəlif təhsil müəssisələrinə aiddir.F-1 vizası üçün müraciət etməzdən əvvəl ABŞ təhsil müəssisəsinə yazılmalısınız. Viza müraciəti zamanı bu qəbul məktubuna ehtiyacınız olacaq.Bu i-20 sənədidir.Ümumiyyətlə, ibtidai məktəbdən aspiranturaya qədər bütün təhsil proqramları üçün beynəlxalq tələbələrdən F-1 vizası tələb olunur. Yalnız istisna kredit olmayan kurslardır. Məsələn, yemək kurslarına gedirsinizsə və dərəcənizi daxil etmirsinizsə, F-1 vizası üçün müraciət etməyinizə ehtiyac qalmayacaq. F-1 vizası üçün heç bir məhdudiyyət yoxdur. Amerika Birləşmiş Ştatları hər il verdiyi F-1 vizalarının sayını məhdudlaşdırmır. Ümumiyyətlə tələblərə cavab verən hər hansı bir tələbə F-1 vizasını ala biləcəkdir.F-1 vizası aşağıdakı kurslara gedənlər üçündür: Xüsusi İbtidai məktəblər (ABŞ vətəndaşı olmayanların F-1 vizası ilə ABŞ dövlət ibtidai məktəblərinə getməsi qadağandır) Ali məktəb Seminariya Konservatoriya Universitet və kollec Dil təhsili proqramları daxil olmaqla digər təhsil müəssisələri və təlim proqramlarıF-1 vizasına müravciət etmək üçün tələblər :Akreditə olunmuş təhsil müəssəsindən müvafiq sənəd( i-20)Öz ölkənizlə bağınızı sübut edəcək sənədlər toplusu (adınıza mülk, iş yerinizdən arayış, ailə bağlarınızın sübutu və s)Yetərli maaliyə vəsaitinin mövcudluğunu göstərən sənəd (bank arayışı, hesabdan çıxarışlar, iş yerindən arayış vəs)İngilis dili bacarığı ( bu müəyyən hallarda əsas sayıla bilər)ABŞ-da təhsil almağı planlaşdırırsınızsa, əvvəlcə F-1 viza müraciəti müddətini keçməlisiniz. F-1 viza müraciəti üçün viza almaq üçün tələb olunan standart sənədlər toplusu (məsələn, etibarlı pasport) tələb olunur. Bununla yanaşı, aşağıdakı sənədləri təqdim etməyiniz də tələb oluna bilər: Aşağıdakılar da daxil olmaqla əvvəlki təhsilinizi və hazırkı ixtisasınızı təsdiqləyən sənədlər: Əvvəlki təhsil müəssisələrindən alınan qiymətlərin əsli çıxarışları Standart test balları (GRE, GMAT, TOEFL, IELTS və digər standart testlər) SEVP siyahısında olan bir təhsil müəssisəsindən qəbul məktubu Əvvəlki təhsil müəssisələrinin diplomları Tədqiqat müddəti üçün tələb olunan vəsaitləri göstərən və bu vəsaitlərə sahib olduğunuzu təsdiqləyən I-20 forması; bu dəlil aşağıdakı sənədlərdən birini əhatə edə bilər: Son üç ildə bank hesabatları Son üç ildə vergi hesabatları Paystubs və digər ödəmə sənədləri daxil olmaqla son iş qeydləri Bu təqaüd miqdarı da daxil olmaqla təqaüd mövcudluğunun təsdiqlənməsi Daha əvvəl təhsil haqqınızı tam və ya qismən ödədiyinizə dair sübut (isteğe bağlı) Təsdiqlənmiş kreditin mövcudluğunun təsdiqlənməsi (təlimin maliyyələşdirilməsi kredit fondları hesabına həyata keçirilirsə)F1 ilə nə qədər qala bilərəm? F-1 tələbə vizası ABŞ-a daxil olarkən aldığınız I-20 və I-94 formalarında göstərilən müddətə qədər davam edir. F1 ilə işləmək olarmı? F-1 vizası tələbələr üçündür və ABŞ hökuməti bəzi tələbələrin təhsil alarkən özlərini maddi cəhətdən təmin etmək üçün çalışmaları lazım olduğunu qəbul edir. Bu faktı nəzərə alaraq, F-1 viza sahibi olaraq işləməyinizə icazə verilir. Lakin işinizdə müəyyən məhdudiyyətlər var. Akademik müddət ərzində, məsələn, məzuniyyət zamanı əyani iş yerində işləmək üçün icazə verilir.OPT nədir və niyə lazımdır? Dərəcəniz üçün OPT tələb olunmur, ancaq təhsil proqramınıza yaxın olan ABŞ-da təcrübə qazanmağa kömək etmək üçün hazırlanmışdır. Məzuniyyətdən əvvəl və ya sonra OPT-ə başlaya bilərsiniz. Əsas məhdudiyyət işin ixtisasınızla əlaqəli olmasıdır.Ailə üzvlərimiZi F1 vizasi ilə gətirə bilərikmi? Ailənizin üzvləri F-2 vizası üçün tələbləri yerinə yetirirsə, müraciəti doldurarkən problem yaşamamalıdırlar. F-2 vizası üçün tələblərə aşağıdakılar daxildir: Təsdiq edilmiş F-1 viza sahibinin həyat yoldaşı olmaq 21 yaşına çatmamış F-1 viza sahibinin evlənməmiş övladı olmaq F-2 vizası üçün müraciət etmiş abituriyentlər ABŞ-da təhsil alarkən ailələrini təmin etmək üçün kifayət qədər maliyyə mənbələrinə malik olduqlarını sübut etməlidirlər. Alternativ olaraq, F-1 vizası üçün müraciət edənlər özlərini təmin etmək üçün kifayət qədər maliyyə mənbələrinə malik olduqlarını nümayiş etdirə bilərlər.#elmankarimov #elmanlaamerika #f1visa #amerikayanecəgəlim #greencardaz #gcazerbaijanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Karimov

1589 dəfə oxunub

Dadlı Vyana səyahəti

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Mənim üçün yeni il səyahəti son illərdə yemək səyahətidi. Çünki böyük şəhərlərə turist axını səbəbi ilə, yeni il ərəfəsi gəzib görmək üçün ideal bir zaman deyil. Bu il hara gedəcəyimə qərar verənə kimi 8 dəfə fikir 4 dəfə otel dəyişib nəhayətində Vyanaya qərar qıldım. Öncədən nəzərinizə çatdırmaq istəyirəm ki, fərqi yoxdu ilin hansı vaxtı gedirsiz, öncədən muzeylərdən tutmuş restoranlara qədər gedəcəyiniz hər yeri rezerv edin. Çox böyük vaxt qazanmış olarsız, yoxsa çox uzun növbələr sizi gözləyir.Nəysə sözümün canı onda deyil, muzeylərdən, görməli yerlərdən trAvel bloggerlər danışar bizim işimiz yemək????Başlayaq Vyananın rəmzinə çevrilmiş Sacher tortundan. Şəhərin hər yerində bu desertə rast gələ bilərsiz amma mən əsl qarınqulu olaraq təbii əvvəldən harda nə yemək lazımdı araşdırmışdım. Sacher tortu üçün iki ünvan var. Birincisi Cafe Sacherdi, hansı ki digər məşhur sacher tortu verən kafe Demel ilə illər sürən məhkəmə sonrası müəllif hüququnu qazanıb. Hər iki cafenin qabağında saatlarla növbədə gözləməli ola bilərsiz. Gözləməyə dəysə bari ???? mən hər iki cafedə sacher tortunun dadına baxdım, müqayisədə Demel daha dadlı gəldi mənə, ümumillikdə Bakıda çox daha dadlı şokoladlı tortlar yemişliyim var. Bəyənmədim.İkinci ünvan oldu Şnitzel, təbii Vyanaya gəlib Şnitzel yeməmək günahdı. Bunun üçün Figlmueller adlanan dünyaca məşhur bir restorana getməlisiz ama orda ya 2-3 saat növbə gözləməlisiz sonunda çıxıb mətbəxin bağlandığını deyə bilərlər, ya da ağıllı tərpənib əvvəldən rezerv etməlisiz. Əvvəldən dediyim bir neçə saat ya da bir neçə gün yox baya baya bir neçə həftə əvvəldəndi ???? şnitzel ümumulikdə dadlıdı mənim favorim isə Corden Bleudi. Donuz yeməklə probleminiz varsa Orginal Wiener Şnitzel mal ətindən hazırlanır, rahat rahat yeyə bilərsiz ????Gələk öncədən planlamadığımız, təsadüfən olan tanışlıqlara. 3 saat çəkən uzun və çarəsiz axtarışdan sonra təsadüfən girdiyim bir burger restoranın məni bu qədər xoşbəxt edəcəyini düşünə bilməzdim. le burger - çox tez tez burger yeyən və ağız dadına güvənən biri kimi, 2018 də hətta bəlkə həyatımda yediyim ən dadlı burgeri yedim deyə bilərəm. təkcə burgerləri yox məkan, personal tami tamına 10/10 bir restorandı. Hələ bütün bunlar az imiş kimi qiymət də çox münasibdi. 6-8 euroya ürəyiniz istəyən basis burgeri seçib, extra olaraq heç bir əlavə pul ödəmədən istədiyiniz əlavələri edə bilirsiz burgerə. Məsələn mən 7 euroya cheesburger götürüb, duzlu xiyar, qızardılmış göbələk, qızardılmış soğan, jalepenos, müxtəlif və limitsiz souslar və yenə daha nə istəsəz var idi əlavələrdə. Birinci gün çox ac getdiyim üçün dedim bəlkə ona görə belə çox bəyəndim, ikinci gün bir də gedib yedim və yenə eyni hissləri yaşadım. Çox möhtəşəmdi. Vyanaya gediləndə mütləq dadılmalı olan yerlər siyahısındadı. Sırf o burgerə görə belə bir daha Vyanaya getmək olar.İkincisi isə Lale adlı bir türk restorani oldu. Ora bir tanışımın məsləhəti ilə getmişdim və həqiqətən avropada bələ gözəl və zövqlü bir türk restoranı ilk dəfə görürdüm. Yeməklərin dadına isə söz ola bilməz. O qədər çox tərifləmişdilər və getdiyimiz zaman dilimi həm səhər həm də günorta yeməyi yeməyə imkan verdiyi üçün Serpme kahvaltı və qarışıq kabab sifariş etdik. Meneməni yeyəndə az qala barmaqlarımı da yeyəcəkdim. Hər şey çox dadlı idi. Ətlər, kababların yumşaqlığı, bugünə kimi yediklərimin top5 nə girər rahatlıqla. Sonda qusmağı gözə alıb üstünə öz hazırladıqları paxlavanın da dadına baxdım, o da möhtəşəm idi. Gedilməli olan yerlərdəndi.Sonda Vyanadakı kafelər haqqında onu demək istəyirım ki, yediyimiz demək olar ki hər şey dadlı idi və diqqətimi çəkən şey məhsulların keyfiyyətli və təzə olması oldu. Deyəcəksiz bunu necə anladın, həm dadından həm də burgerdə məsələn duzlu xiyarı dişləyəndə gələn o xırçıltı səsindən və buna bənzər çox şeydən. Nəysə sonunda hamınıza dadlı səyahətlərlə bol bir yeni il arzulayıram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Khalida Mahmudova

932 dəfə oxunub

Gəzəyən məsləhəti - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası

Son zamanlar ən çox imtina alınan və şikayət edilən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vizasını alınması proseduru və diqqət ediləcək məqamlar.???????????????????????????????????? ???????????????????????????? ????????????????????????????Əvvəlcə qeyd edim ki, Azərbaycanda Birləşmiş Krallığın səfirliyi olsa da viza məsələlərinə baxmır. Viza müraciətlərinə TLS Contact şirkəti vasitəsilə krallığın Türkiyədəki səfirliyində baxılır.Əslində deyildiyi qədər çətin olmasa da müraciət formasını doldurduqda diqqətli olmaq lazımdır.Əsas məsələ “EMPLOYMENT AND INCOME” və “INCOME AND EXPENDITURE” hissələri arasındakı balanslaşdırmanın düzgün aparılmasıdır.Misal üçün sizin əməkhaqqınız 2500 manatdır, evlisiniz, bir uşağınız var və hesabınızda 6000 funt-sterlinq varsa bu pulun mənbəyi şübhəlidir.İkinci, sizin əməkhaqqınız 2500 manatdır, iki uşağınız var və bir həftəlik səyahət üçün (tək səyahət etdiyiniz halda) 4000 manat ayırmısınız. Birbaşa imtina səbəbidir.Üçüncü, sizin əməkhaqqınız 1500 manatdır, ancaq bir gecəsi 80-100 funt-sterlinq qiyməti olan otel bron edirsiniz. Ucuz otel ya da hostel bron etmək daha məqsədəuyğundur.Dördüncü, siz nazirlikdə yaxşı vəzifədə işləyirsiniz, əməkhaqqınız 3000 manatdır, ancaq maliyyə mənbəyi olaraq əmək haqqı kartından son 6 aylıq çıxarışı göstərmək yerinə hansısa bankda hesab açıb, sonra oradan arayış alırsınız.Aşağıda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası üçün vacib sənədlər və müracət formasını doldurmaq qaydası göstərilib.Vacib sənədlər aşağıdakılardır.1. UK vizası üçün online doldurulmuş müraciətin çap versiyası.2. Xarici pasportun əsli və şəkil olan hissəsinin surəti.3. Şəxsiyyət vəsiqəsinin surəti.4. Aviabiletin bronu.5. Köhnə pasportun və vizaların surəti.6. İş yerindən arayış, (əmək haqqı göstərilməklə)7. Əmək haqqı kartından son 6 aylıq çıxarış.11. Qalınacaq yerin bronu .12. Nigah haqqında şəhadətnamənin ingilis dilində tərcüməsi və notarial təsdiqi.13. Uşaqların doğum haqqında şəhadətnaməsinin ingilis dilində tərcüməsi və notarial təsdiqi.14. 127 USD viza rüsumunun ödənilməsini təsdiq edən sənəd (GWF.).Böyük Britaniya vizasına müracət etmək üçün əvvəlcə :1. visa4uk (https://www.gov.uk/apply-to-come-to-the-uk) səhifəsinə girmək lazımdır.Start now-a basın və başlayın. Register an Account yəni yeni hesab yaradın və qeydiyyatdan keçin. Hesabınızın aktiv olması üçün sizə email gələcək.2. Hesabınız aktivləşdikdən sonra create sözünü seçərək vizanızın növünü (turistik, təhsil vəs.) təyin edin. Buradakı suallara cavab verdikdən sonra Go to Application vasitəsilə müraciətə başlayın.3. Səhifənin sol hissəsi siz suallara cavab yazdıqca yaşıl rəngdə olacaq. Cavab vermədiyiniz suallar narıncı rəngdə qalacaq.4. Sonda Confirm Application vasitəsilə müraciətiniz təsdiq edə bilərsiniz.5. Dəyişiklik etmək istəsəniz Return to Application vasitəsilə edə bilərsiniz.6. Əgər hər şeyin düzgün olduğuna əminsinizsə Submit Application ilə müraciətinizi göndərə bilərsiniz.7. Sign Declaration vasitəsilə müraciəti oxuduğunuzu təsdiqləyin və imza yerinə ad, soyadınızı yazın.8. Görüş təyin etmək üçün Book Appoitment-i seçin, Appotment Location (görüş yeri) və Visa Appointment Type (görüş növü) seçin. Daha sonra next düyməsini seçin.9. Condition of Payment. Burada viza rüsumunu ödəyirsiniz. Ödənişdən sonra sizə ödəniş və görüş haqqında təsdiq emaili gəlir.10. Müraciətinizi başa vurduqdan sonra TLS (Teleperformance) səhifəsində hesab yaratmalısınız. Bu hesab vasitəsilə müraciətinizi online izləyə bilərsiniz.Bunun üçün əvvəlcə Country of Residence (vətəndaşı olduğunuz ölkə) seçin, Submit düyməsi ilə göndərin və Create an account-hesabınızı yaradın.Müraciət formasını doldurarkən standart suallardan başqa qarşınıza bir çox qəribə suallar çıxacaq.1. PERSONAL DETAILS. Hansı ünvanda yaşayırsınız və neçə vaxtdır ki, bu ünvandasınız?2. TRAVEL AND CRIMINAL HISTORY. Son 10 il ərzində hansısa ölkədən viza müraciəti ilə bağlı rədd cavabı almısınızmı ?1. Son 10 il ərzində hansısa ölkədən deportasiya olunmusunuzmu ?2. Son 10 ildə getdiyiniz ölkələr, məqsədiniz və giriş tarixi.3. B.Britaniyada və ya başqa yerdə kriminal cinayətlə bağlı tutulmusunuzmu?4. B.Britaniyada və ya başqa yerdə davam edən məhkəməniz varmı?5. B.Britaniyada və ya başqa yerdə terrorist qruplaşmalara cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?6. B.Britaniyada və ya başqa yerdə insan haqlarının pozulması və ya soyqırım kimi işlərə cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?3. FAMILY DETAILS.1. Əriniz/arvadınız sizinlə səyahət edəcəkmi ?2. Uşaqlarınız sizinlə səyahət edəcəkmi ?4. INCOME AND EXPENDITURE.1. Aylıq yaşam xərciniz nə qədərdir ?2. Ailəniz üçün ayırdığınız aylıq xərciniz nə qədərdir ?3. Səyahətiniz üçün vacib olan maliyyənin məbləği (mütləq funt-sterlinqlə göstərilməlidir).4. Səyahətiniz üçün ayırdığınız məbləğ.5. Nəqliyyat xərcləriniz.6. Qalacağınız yerlərin xərci.7. Səyahətiniz zamanı yemək və s. (living expences) xərcləri.8. Bütün vergilər çıxıldıqdan sonrakı aylıq qazancınız.5. VISA CONFIRMATION QUESTIONS.1. B.Britaniyada işləmək istəyərdinizmi ?2. B.Britaniyada təhsil almaq istəyərdinizmi ?Sonda onu da deyim ki, özüm alanda üç yerdə kritik səhvlər etsəm də viza aldım. Hamınıza uğurlar!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elshan Ismayilov

4572 dəfə oxunub

Səyahət üçün lazımlı saytlar

Səyahət üçün köməyinizə çatacaq saytlar.HopperBu proqram uçuş qiymətlərini izləyir və indi satın almaq və ya gözləməyin sərfəli olub olmadığına dair məsləhətləri verir. Eyni zamanda qiymətin nə zaman artacağı ilə bağlı da təxmini tarixləri verir.Hotel TonightDeyək ki, siz bir yerə səyahət edərkən tutduğunuz otellə bağlı problem yarandı və çöldə qaldınız. Bu sayt vasitəsi ilə həmin gün üçün çox sərfəli endirimlə rezervasiya edə bilərsiniz. Təbii ki, ən yaxşı endirimləri həmin gün edilən rezervasiyalar üçün edirlər.Lonely PlanetSəyahət edərkən getdiyiniz yerdə nəyi görəcəyinizi və nə edəcəyinizi bilmək üçün istifadə edə bilərsiniz. Eyni zamanda üçüncü tərəflərin səyahət təcrübələrini və tövsiyələrini təqdim edir.Roomer TravelOtel rezervasiya etdiniz və hər hansı bir səbəbdən gedə bilmirsiniz və rezervasiyanı da artıq ləğv edə bilmirsinizsə, bu saytın köməyi ilə onu digər müştərilərə satıb pulunuzu xilas edə bilərsiniz.FLIOFLIO ilə uzun bir tranzit gözləmə və ya uçuş gecikməsi zamanı faydalanın. Hava limanında təklif olunan xidmətlər, Wi-Fi şəbəkələri, mövcud zallar, ictimai nəqliyyat vasitələri və yeyib- içmək üçün uyğun restoranlarla bağlı məlumatlar toplanır.GasBuddyBu proqram maşınla səyahət edənlərin yol boyu harada və hansı qiymətə yanacaq doldura biləcəkləri ilə bağlı məlumatları verir. Proqram Amerika, Kanada və Avstraliyada keçərlidir.TripItBu sayt emailinizə gələn səyahət məlumatlarını avtomatik olaraq tərtib edir. TripIt uçuş, otel, kirayə avtomobil rezervasyonları və hətta restoran rezervasyonları üçün vacib detalları tapır, sonra isə onları tez əldə edəsiniz deyə bir yerə toplayır.ViatorBu sayt sizə gündəlik turlardan, gəzintilərdən həftəlik səyahətlərə qədər təşkil olunan eventlər barədə məlumatlar verir. Üstəlik transport da bura daxildir.WanderuƏsasən avtobus və qatar səyahətlərini axtarmaq üçün bu sayt yaxşı seçimdir.XE CurrencyGetdiyiniz hər yerdə offline olaraq valyuta konvertasiyası üçün istifadə edə biləcəyiniz ən yaxşı saytlardan başlıcasıdır.IExitBu proqram sizə maşınla səyahət zamanı yolunuzun üstündəki vacib restoran, yanacaq doldurma yeri, bankomat və s. kimi yerlərin olub olmadığını göstərir. Müəyyən bir restoran zənciri və ya istədiyiniz digər xidmətlər varsa, onu qeyd edə bilərsiniz və iExit marşrutunuzda olub olmadığını sizə xəbər verəcəkdir.Bunlardan əlavə bildiyiniz kimi, otel, hostel, ev və s. tipli yerlər rezervasiya etmək üçün ən yaxşı saytlar Booking, Tripadvisor və Airbnb – dir.Uçuş biletlərini qiymətlərə uyğun axtarmaq üçün Skyscanner əla tövsiyədir.Blablacar maşınla səyahət edənlərin sizi də münasib qiymətlərə getdikləri istiqamətə aparmağı təklif etdikləri saytdır.Eyni zamanda pulsuz olaraq gecələmək üçün Couchsurfing-dən istifadə edə bilərsiniz.Və getdiyiniz yerlərdə yerli taksilərdən aldadılmaqdan çəkinib güvənli taksi xidməti istəsəniz Uber köməyinizə çatacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Heydarli‎ 

2250 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!