6065 dəfə oxunub

Nağılla gerçək arasında: Şri-Lanka

ŞRİ LANKA 

Bu Novruz bayramında biz Şri Lankaya səfər etmişdik və bu səfərlə bağlı məlumatları sizinlə paylaşmaq istərdim. Ümid edirəm ki, səfər etmək istəyənlərə yardımçı olar.
İlk öncə qeyd edim ki, Şri Lanka səfərindən öncə ağlımda müəyyən stereotiplər var idi, gəlin ilk öncə onlarla başlayaq.

ŞRİ LANKA KASIB ÖLKƏDİR

Ən sadə müqayisəni öz ölkəmizlə edə bilərik; Şri Lankanın ÜDM həcmi Azərbaycandan 2 dəfə çoxdur (~90 mlrd. $), adambaşına düşən ÜDM isə Azərbaycan göstəricisi ilə, demək olar ki, eynidir (~$4.000). Nəzərə alsaq ki, əhali sayına görə Şri Lanka Azərbaycandan 2 dəfə böyükdür (~20 mln.), əslində, bu o qədər də pis göstərici deyildir. Daha ədalətli olmaq üçün onu demək lazımdır ki, adada orta sinif azlıq təşkil edir, siz daha çox daha aşağı sinif insanları görəcəksiniz. Müqayisəli dünyada biz necə qərb ölkələri üçün kasıb görsəniriksə, Şri Lanka əhalisi də bizim insanlar üçün kasıb görsənə bilər.

ŞRİ LANKA GERİDƏ QALMIŞ ÖLKƏDİR 

Keçmiş Britaniya imperiyasının müstəmləkəsi olaraq Şri Lanka 1948-1972-ci illərdə Seylon Dominionu, 1972-ci ildən isə Şri Lanka Respublikası kimi tanınmağa başlamışdır. Təxminən 150 il Britaniya imperiyasının bir hissəsi olması adada dərin iz buraxmışdır. Məsələn, Şri Lankada ingilis dili əsas etniklərarası dildir, ona görə də çoxluq ingilis dilində danışır. Britaniya müstəmləkiçiliyinin ən müsbət cəhətləri ən yaxşı mənada burada özünü göstərir. Siz geridə qalmış və inkişaf etməmiş keçmiş Britaniya müstəmləkəsi tanıyırsınızmı?
Baxmayaraq ki, Şri Lankada 25 illik vətəndaş müharibəsi cəmi 10 il əvvəl bitib, turist olaraq siz onun fəsadlarını görə bilməyəcəksiniz. Hər halda ən çox ziyarət olunan qərb, mərkəzi və cənub regionlarda bu tamamilə hiss olunmur.
Həmçinin qeyd etmək lazımdır ki, Şri Lanka mənim indiyə qədər getdiyim ən təhlükəsiz ölkədir.

ŞRİ LANKADA XƏSTƏLİKLƏR GENİŞ YAYILIB, KRAN SUYU İÇMƏK TƏHLÜKƏLİDİR, ÖLKƏ ÇOX ÇİRKLİDİR 

Maraqlıdır ki, bir çox bloqlarda biz buna tez-tez rast gəlirdik və bizə müəyyən qədər təəccüblü gəlirdi ki, niyə içməli su ilə bağlı məlumatlar belə geniş yazılıb. Halbuki bir azərbaycanlı kimi biz özümüz krandan su içməyə ürək etmirik, ona görə buna görə heç narahat olmaya bilərsiniz. Suyu ancaq butulkada alacaqsınız və onun necə doldurulması ilə bağlı sizdə şübhə olmayacaq, çünki, demək olar ki, bütün butulkaların qapağı xüsusi plastiklə örtülü olur.
Şri Lanka təmizliyini görə bizi geridə qoyur. Nə şəhərdə, nə də şəhərətrafı yerlərdə ictimai tualetə girsəniz, nə qoxu hiss edəcəksiniz, nə də çirkli tualet görəcəksiniz. Bütün tualetlər isə duşla təmin olunub. Maraqlısı odur ki, siz küçələrdə də bizim öyrəşdiyimiz zibillikləri və siqaret tullantıları görə bilməyəcəksiniz. Ümumiyyətlə, siqaret ayrıca mövzudur, onunla bağlı yazacam, 9 günlük səfər zamanı mən yalnız barmaqla sayılası qədər siqaret çəkən yerli adam gördüm.
Şri Lankaya səfər üçün məcburi vaksinasiya yoxdur, xəstəliyi isə sadə gigiyenik qaydalara əməl etmədikdə hər yerdə tapmaq olar. Yenə də çox narahat olursunuzsa, özünüzlə 1-2 dənə “sanitizer” alıb apara bilərsiniz. Həmçinin orada böyük supermarketlərdə rahatlıqla tapmaq olar.

ŞRİ LANKA OKEANDA KİÇİK ADADIR 

Əslində, mən də elə düşünürdüm, ancaq Şri Lanka ərazisinə görə Azərbaycandan cəmi 20% kiçikdir. Yeganə fərq isə ondadır ki, ada Hindistandan bir az aralıqda, cənubda və su damcısı formasında olaraq yerləşib. Şri Lanka əhalisinə görə Azərbaycandan 2 dəfə böyükdür, paytaxt Kolomboda isə 6 mln. insan yaşayır.

ŞRİ LANKADA ASFALT YOL YOXDUR, NƏQLİYYAT QƏNAƏTBƏXŞ DEYİL 

Qeyd etmək lazımdır ki, yol infrastrukturu Şri Lankada yüksək inkişaf etmişdir. Burada həm adi yollar, həm də pullu avtobanlar var. Pullu yollar 250-300 LKR (Şri Lanka rupisi) arası dəyişir, bu təxminən 2.5-3 AZN-dir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, şəhərlərarası yollar asfaltlı olmasına baxmayaraq, çox dar və 1 zolaqlıdır. Ona görə də 180-200 km məsafəni maşınla 4-5 saata getməli olacaqsınız. Bəzi şəhərlər arasında qatarlar fəaliyyət göstərir, həmişə I və II class alın, bizim pullar adambaşı 2-10 manat arası dəyişir. Həmçinin, nəzərə alın ki, keçmiş Britaniya müstəmləkəsi kimi burada da nəqliyyat istiqaməti fərqlidir. Sadə dildə desək, yolu keçəndə birinci sağa, sonra sola baxmaq lazımdır ????

36972092396_312b70283e_k

ŞRİ LANKA BUDDİST ÖLKƏSİDİR 

Bunda həqiqət var, çünki çoxluq həqiqətən də buddistdir, amma Şri Lankda 4 böyük icma var: buddistlər, müsəlmanlar, hinduistlər, xristianlar. Maraqlı fakt ondandır ki, siz kimin hansı dinə aid olduğunu bilməyəcəksiniz. Maksimum taksidə hər hansısa bir əlamətə görə insanın hansı dinə sitayiş etdiyini görə bilərsiniz (kiçik Budda heykəli, Krişna posteri, Xaç və s.) və bu sizin üçün tamamilə lazımsız məlumat olacaq. İnsanlar çox tolerant olaraq birlikdə rahat yaşayırlar. Yeganə diqqət etməli bir şey odur ki, heç bir Budda heykəli qarşısında durub şəkil çəkdirmək olmaz (ona qarşı arxanızı çevirə bilməzsiniz), bu yerli insanlara və Buddaya qarşı hörmətsizlikdir.

???? ŞRİ LANKAYA SƏFƏRDƏN ÖNCƏ
- Vizanı rahat ya online sifariş edə bilərsiniz ($35) və ya hava limanında ala bilərsiniz ($40).
- Bütün hotelləri booking.com vasitəsilə rahat rezervasiya edə bilərsiniz. Bizim 2 nəfərlik 9 gün üçün toplam hotel xərcimiz $520 olmuşdur. Halbuki onun da ən bahalısı məhz 2 gün Kolombo-da qaldığımız 5 ulduzlu Marino Beach hoteli olmuşdur. Digər şəhərlərdə qaldığımız bütün hotelləri də məsləhət görürəm: Sigiriyada “Palmyra Nature Resort” (meşədə kotec), Nuwara Eliyada “The Tea Garden” (çay plantasiyasında böyük villada 2 nəfərlik geniş otaq), Hikkaduwada “Neela’s Guest house” (okean sahilində butik hotel), Kandy-də SW Eco Lodge (şəhər mərkəzində Urban stilində hotel).
- Əgər siqaret çəkənsinizsə, mütləq öz ehtiyacınızı nəzərə alıb özünüzlə siqaret aparın. Çünki ən keyfiyyətsiz, ağır və tövsiyə edilməyən siqaret qutusu orada 6 AZN-ə satılır. Ən keyfiyyətli “Gold Leaf” və “Dunhill” (British American Tobacco istehsalı) qutusu isə 14 AZN-dir. Yeganə sevindirici hal odur ki, bizdə olduğu kimi onlarda da siqareti dənə ilə satmaq adəti var.
- Kredit kartınızda 200-250 dollar pul saxlayın (nə üçün lazım olduğunu yazacam), qalanları isə USD və ya EUR olaraq özünüzlə cash aparın. Mübadilə ilə bağlı narahat olmaya bilərsiniz, valyuta kursu, demək olar ki, bütün adada eynidir (hətta rahatlıqla hava limanında dəyişə bilərsiniz). Ümumiyyətlə, ölkədə valyuta qəbul olunur, ona görə restoran-kafe və ya hotellərdə rahat USD və EUR ödəyə bilərsiniz. Amma yerli pulla ödəniş daha sərfəli olacaq. Daha rahat hesablama üçün: 100 LKR (Şri Lanka rupisi) = 1 AZN (daha dəqiq, 0.97 AZN), 1000 LKR = 6 USD (daha dəqiq, $5.7 USD).
- Şri Lanka ada olduğu üçün xaricdən flora və fauna üçün təhlükə yaradacaq hər bir şey ilə bağlı kifayət qədər sərt siyasətləri var. Ona görə də özünüzlə meyvə, ərzaq, bitki və ya toxum aparmayın. Hava limanında onları sizdən alacaqlar.
- Əgər çay plantasiyalarına gedəcəksinizsə, özünüzlə mütləq isti bi şey götürün. Nuwara Eliya və Ella şəhərləri günorta mülayim isti, gecələr isə soyuq olur. Kolombo (sahil), Sigiriya və Kandy (mərkəz), Hikkaduwa, Mirissa, Galle (sahil) çox isti (>30 °C) və rütubətli (~90%) olur. Özünüzlə papaq, günəş eynəyi və gündən qoruma üçün kremlər götürməyiniz məsləhətdir. Həmçinin yaxşı olardı ki, şəxsi gigiyena məhsullarını özünüzlə aparasınız (travel pack – Head & Shoulders, Pantene, Always, Discreet, Blendamed və s.).
- Şri Lankanın qərb, mərkəz və cənub regionlarına gedəcəksinizsə, musson yağışları sezonuna düşməmək üçün ən ideal sezon Dekabr – Mart ayları arasıdır, May – Sentyabr aylarında güclü musson yağışlarına düşəcəksiniz. Yox əgər şərq və şimal regionlara getməyi planlayırsınızsa, o zaman ən ideal sezon əksinə May – Sentyabr aylarıdır.
- Hər ehtimala qarşı Travel Insurance almağı unutmayın. Onu 1 saata cəmi 15 manata ala bilərsiniz.

???? ŞRİ LANKA HAVA LİMANINDAN
- Təyyarədə sizə xüsusi miqrasiya sənədi verəcəklər (ABŞ-a səfər edənlər bilər), orada ilk qaldığınız hotelin ünvanını və passport detallarını qeyd edəcəksiniz. Passport Control-da bir problem olmayacaq və demək olar ki, heç bir sual vermədən sizi ölkəyə buraxacaqlar.
- Mütləq yerli mobil operatorundan nömrə alın, internet paketlə birlikdə (11GB = $12) nömrə sizə pulsuz veriləcək. Biz Mobiteldən almışdıq, ona görə də həmişə 3G internetlə online olurduq, mən 3G-ni heç söndürmürdüm, gecələr bəzən kinoya baxmağımıza baxmayaraq, 9 gündən sonra məndə hələ də balansda pul qalmışdı. İnternet sürətlidir.
- Nömrə aldıqdan sonra Pickme application-nı yükləyin. Bu yerli taksi tətbiqidir, baxmayaraq ki, ölkədə həm də Uber var, yerli olmasına baxmayaraq PickMe daha funksionaldır, Taxify (Bolt) və Uberdən daha geniş imkanları var. Məsələn, əvvəlcədən (bir neçə gün əvvəl dəqiq tarix və saata taksi sifariş edə bilərsiniz). Baxmayaraq ki, PickMe ancaq böyük şəhərlərdə işləyir (digər şəhərlərdə də bəxtiniz gətirsə, tətbiqlə taksi tapa bilərsiniz), onun ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, sizə A və B ünvanları arasında məsafəyə görə 90% dəqiqliyi ilə qiyməti göstərir. Tətbiqlə taksi tapmasanız, küçədəki taksi ilə hansı qiymətlə danışıq aparmağı biləcəksiniz. Qısa məsafələrdə Tuk-Tuk və ya Nano car götürməyiniz məsləhətdir, şəhərlərarası rahatlıq üçün minimum Mini götürün. Avtomobilin növünə görə qiymət dəyişəcək. Hava limanından şəhər mərkəzinə Nano ilə xərciniz 1300-1400 LKR (13-14 AZN) və avtobana görə əlavə 250 LKR (2.5 AZN) tutacaq. Qeyd etmək lazımdır ki, uzun məsafələrdə Mini götürəndə kifayət qədər xərciniz çıxa bilər, amma digər tərəfdən bu daha rahatdır. Bəzi qiymətlər; Colombo – Sigiriya (90 AZN), Sigiriya – Kandy (50 AZN), Kandy – Nuwara Eliya (mütləq qatar götürün = 2.5 AZN), Nuwara Eliya – Hikkaduwa (120 AZN), Hikkaduwa – Colombo (qatar daha uyğundur = 2 AZN). Şəhəriçi taksi xərciniz 1-5 AZN arası dəyişəcək.

????COLOMBO
• Tipik paytaxt şəhəri və meqapolisdir. Şri Lankanın bütün şəhərləri arasında ən az bəyəndiyimiz şəhər oldu. Ancaq yenə də sizə maraqlı ola biləcək köhnə Britaniya dövründən qalmış abidələri ziyarət edə bilərsiniz.
• İsti və rütubətlidir.
• Burada insanlar daha merkantildir. Ona görə də parkda kimsə sizə yaxınlaşıb, ağacları göstərsə, güllər barəsində danışsa və ya nədəsə yardımçı olsa, dini abidənin yanında sizə onun tarixi barəsində danışmağa başlasa, və ya sizə nəsə göstərmək istəsə, əmin ola bilərsiniz ki, sizdən sonda 500-1000 LKR istəyəcək. Ona görə qabaqcadan özünüzü hazırlayın: “Are you going to ask money for that?”, “Shall I pay anything to you?”.
• Bəzi restoranlarda menyuda qeyd edilməsə də, sonda sonda ümumi qiymətlərdən başqa cəm üzərinə 15% ƏDV və 10% service fee əlavə edilə bilər. Ona görə bunu əvvəlcədən dəqiqləşdirin. Ümumiyyətlə isə, restoranlarda qiymət çox münasibdir, ancaq spirtli içkilər bizdən daha bahadır. Yerli istehsal Lion Lager pivəsi belə 400 LKR-dən ucuz verilmir restoranda. Bu arada içmək məsləhətdir (Carlsberg istehsalı), məsləhətli pivədir ????
• Mütləq T-Lounge by Dilmah kafesinə gedin. Orada hər növ və formada çay və desert tapa bilərsiniz.
• Shopping üçün ucuz mallar almaq istəyirsinizsə, Train Station yanındakı bazara gedin və həmişə qiymət öldürün. Əgər yaxşı danışıq aparmaq qabiliyyətiniz varsa, 15 manata satılan bir şeyi 8 manata ala bilərsiniz (halbuki yerli bunu rahat 5 manata alır ).
• Şri Lankanın super yerli paltar brendi var – Odel. Onun mağazasını siz City Centre mall-da tapa bilərsiniz. Qiymətləri bizim Zara, Pull & Bear və Bershka kimidir, amma keyfiyyətinə görə onlardan daha üstündür.

????SİGİRİYA
• Səfər etdiyimiz ən isti region idi.
• Mütləq Pidurangala və ya Lion Rock-da çıxın. Amma istiliyi nəzərə alsaq, bunu ən geci səhər saat 6:30-da açılışda qalxın. Nəzərə alın ki, turist olduğunuz üçün siz adambaşına 50 LKR deyil, 5000 LKR ödəməli olacaqsınız. ???? Ümumiyyətlə, bütün ödənişli muzeylərdə turist kimi 5-10 qat daha bahalı olan bileti almalı olacaqsınız.
• Burada mütləq safariyə çıxın, azadlıqda yaşayan xoşbəxt filləri görmək məsləhətdir. Safari üçün ən yaxşı vaxt axşam 4-dən sonra və ya günorta 12-2 arasıdır. Bu vaxtı fillər su içmək və özlərini yumaq üçün gölə yığışırlar. Safari avtomobili sizə bir tur üçün 4500 LKR-ə, Milli Parka giriş isə bir avtomobilə görə 8000 LKR olacaq.
• Fillərə minməyin, ölçülərinə baxmayaraq bu gözəl heyvanlar ağrıdan əziyyət çəkirlər, onları əhliləşdirmək üçün onlara əzab verir və zəncirlə döyürlər, ona görə də onları safari zamanı kənardan izləmək daha yaxşıdır.

55547099_2351514354872969_4466599059641073664_n

????KANDY
• Şri Lankanın ən fərqli şəhərlərindən biri, burada çoxlu sayda park, abidə, şəhər mərkəzində isə göl var. Burada məşhur Budda müqəddəs evi var, sübhdə (7 am) və ya axşam (6:30 pm) dini mərasimlərdə getmək daha məsləhətlidir.
• Gecə istirahət üçün mərkəzdə yerləşən Sky Lounge-a getmək olar.
• Təəssüf ki, biz Kandy-də yalnız gecələyib və oradan qatarla Nuwara Eliya-ya getmək üçün gəlmişdik, ona görə də bu şəhər haqqında geniş məlumat verə bilməyəcəm.

????NUWARA ELIYA
• Şri Lankanın ən soyuq şəhərlərindən biri, gecə temperatur 12-13 °C qədər düşə bilər.
• Mütləq çay plantasiyalarını ziyarət edin, ekskursiya istəyirsinizsə, Pedro, Damro (keçmiş Mackwood) və ya Blue Field tea factory-ni ziyarət edə bilərsiniz. Biz Blue Field zavodunu seçdik və çox razı qaldıq. Burada siz həmçinin birbaşa plantasiya çayı ala bilərsiniz, bu çay eksport edilmir və Lipton, Dilmah, Ahmad tea kimi brendlərə satılır, onlar öz əlavələri və dəyişikliklərini edərək bazara çıxarırlar. Ona görə də 100-200qr çayın burada niyə 15-20 AZN olmasına təəccüblənməyin.
• Təəssüf ki, çay plantasiyalarında işləyən insanlar bizə reklamlarda göstərildiyi kimi o qədər də xoşbəxt deyil, gündəlik 20kq hədəflə səhər saat 7-dən 5-ə qədər çalışmaqla insanların aylıq maaşı cəmi 150.000 LKR-dir (150 AZN). Ona görə də onlarla şəkil çəkdirmək istəsəniz, mütləq icazə alın və şəkil çəkdirəndən sonra onlara 200-500 LKR hədiyyə edin. Belə onları sevindirə bilərsiniz.

Bluefieldtea
• Mütləq Ramboda Falls şəlaləsini ziyarət edin.
• Ümumiyyətlə, Nuwara Eliya Kiçik İngiltərə sayılır, belə ki, həm iqliminə görə, həm də burada çoxlu sayda plantator evləri və qədimi binalarına görə. Mütləq Grand Hotel-gedin və orada Magnolia restoranında şam edin və hoteli gəzin. Grand Hotel-də super bar var, orada da gedə bilərsiniz. Magnolia-da gecə bufeti də olur, amma adambaşı 3500 LKR ödəməyə dəyməz. A la carte menu daha münasibdir.
• Burada həmçinin The Hill Gentlemen Club var, ora da gedə bilərsiniz, amma nəzərə alın ki, burada adambaşı 200 LKR giriş pulu verəcəksiniz, sonda isə toplam məbləğin üzərindən 25% ƏDV və service fee ödəməli olacaqsınız. Bizim Şri Lankada ən bahalı şam yeməyimiz məhz bu restoranda olmuşdu (5900 LKR = 59 AZN). Həmçinin, burada ciddi dress-code və face control var. Rəsmi geyimdə gəlsəniz, sizin Gentlemen Room-a alacaqlar, əgər pencək və qalstuk olmasa, təəssüf ki, Casual Room-a getməli olacaqsınız. Şortla sizi içəri almayacaqlar.
• Bu şəhər bütün Şri Lankada çay plantasiyalarından başqa həm də çiyələk fermaları ilə məşhurdur. Mütləq Adma Agro Strawberry Shop-a gedin.

????HİKKADUWA
• Hind okeanı sahili. İsti, günəşli, təmiz, hamı üçün açıq.
• Mütləq yaxınlıqda yerləşən Mirissa beach və Galle şəhərinə səfər edin.
• Galle-də siz hollandların hələ əsrlər əvvəl tikdikləri və indiyə kimi dəyişməyən şəhərini və mayakı görə bilərsiniz.
• Həmçinin Unawatuna (Dalawella beach)-da məşhur palma ağacı var. İnsanlar adı ağacdan belə pul edirlər – swing-dən tullanıb xatirə fotosu üçün 500 LKR verməli olacaqsınız. ????
• Sahildə kef edin ????

????Total Spending for 2 persons for 9 days:
- Air ticket: $1000 (Dubai transit)
- Hotels: $520
- Entertainment, transport & food: $700
- Shopping: $300

Bütün bu yazdıqlarımı öncədən bilən, planlayan, təşkil edən və büdcələyən həyat yoldaşıma kudos! ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aliyar Huseynov

DİGƏR BLOQLAR

Hindistan bələdçisi - Goa

Goadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hindistan ???????? 22.01.2013-18.04.2014 10.10.2014-03.03.2015 Deməli, gənclər, təsəvvür edin ki, oturmusuz evinizdə çay içirsiniz, heç kimlə işiniz yoxdu, telefonunuza gələn bir mail ilə qısa bir zamanda Hindistana getməli olacağınızı və təqribi 3 ay orda yaşayacağınızı öyrənirsiniz. Hər kəsə salam bu arada. Vizanı Moskvada aldım, 10 iş günü deməklərinə baxmayaraq 7 iş günü sonrası visa hazır olmuşdu. Visanın dediklərindən tez hazır olmasına sevinməmişdim :)) Hindistana ilk səfərim Moskva - Doha (Qətər) Doha - Dobalim (Goa İndian) baş tutmuşdu. Təyyarə hava limanına enərkən tam ciddi deyirəm, öz-özümə təyyarədən enməyəcəm, bu təyyarə ilə də geri dönəcəm deyə fikirləşirdim. Mənzərə sadəcə qorxunc idi. Təyyarə endi, ön sırada oturmağıma baxmayaraq təyyarədən enən axırıncı mən oldum. Yaşayacağım evə doğru yol aldım. "Luis quest House" adı keçən qonaq evinin sahibi Mr.Luis məni qarşıladı. Evin açarlarını verdikdən sonra bunları dedi: "Hindistana xoş gəldin. İlk baxışdan xoşa gəlməsə də əslində çox gözəl yerdir Goa. Və insanı iki dəfə ağladır Hindistan, bir gələndə bir də gedəndə." Bir çoxumuz kimi Hindistan adı çəkiləndə ağlıma ilk gələn, Taj Mahal, Fillər mənim dostumdur, Bob Morley, yaşayış səviyyəsi çox aşağı olan bir ölkə , biraz dərin fikirləşsək, Mohandas Gandhi, yoga, büstlər, büdlər və s. gəlirdi. Əlbətdə ki, bütün bu sadaladığım hər şey var və olub bu ölkədə amma sadəcə bunlar yox. Hindistan haqqında nə qədər yazsam azdır, sadəcə 9 ay yaşadığım Goa Ştatı haqqında yazım. Hindistanın 29 ştatı var və Goa bunların içərisində ən varlısıdır. Orta əmək haqqı Goada 5400 rupi yəni (94$) Goada əsas dillər konkani və ingilis dilidir. Əhalisi 1,8 milyondur. Bu arada Hindistanda 22 qəbul olunmuş dil var. Əsas nəqliyyat vasitəsi motordur. Paytaxt Ponjim. Goada içkili və yaxud sürücülük vəsiqəniz olmadan motordan istifadə edirsinizsə bunun cəzası 100 rupi ilə 500 rupi arası dəyişir. Orta təbəqə yaşayan çox azdır, bu demək olar ki, bütün Hindistanda eynidir. Çox varlı təbəqə var və çox kasıb. Goa yay istirahəti üçün əslində çox gözəl bir seçimdir. Yay yəni bizim qış. Dəniz sezonu Goada oktyabr ayında başlayır və aprelin ortalarına kimi davam edir sonra isə musson yağışları başlayır. Dənizə (Hind okeanına axan Ərəb Dənizi) 150-200 metr məsafədə 4 nəfərlik bir ev kiralamaq təxmini 250$-300$. Ümumilikdə götürsək ucuzluqdu. Hindlilər gedən kafelərdə yemək yesəniz 1$-1,5$ biraz bahalı restoran və ya kafelər 5$-7$ pulunuz çıxacaq. Bu arada Hindlilər yeməklərini əllə yeyir, oturduğunuz kafedə iki gənc sevgili bir-birlərinə əlləri ilə aş yedizdirsələr təəccüblənməyin) "Old Mong". Goaya məxsus romdur 40 dərəcə spirt qiyməti 1,5 $, amma çox dadlıdır. Hindistan mətbəxi şəxsən mənim çox xoşuma gəldi. Masala, chicken tikka masala, Lamp biryani və s. Bu arada Bakıda olanda hind restoranları görmüşdüm, yolunuz düşsə məncə bir dadına baxın. Çox acı bir mətbəxtdi və çox baharatdan istifadə edirlər. Hindistanda əsas din Hindiuzimdir, əhalinin 80%-i bu dinə inanır, 13% İslam, digər faizləri isə büdpərəstlər və xristianlardır. Goada 30% xristianlar yaşayır. Goa keçmişdə Portugaliyanın əsarəti altında olduğu üçün ştatda çoxlu kotolik kilsələrinə rast gəlmək mümkündür. Hindistanın tarixi doğurdan çox zəngin və maraqlıdır, əgər yolunuz düşsə, Xampi, Karnataka, Murdeşvar bu şəhərlərdə yerləşən tarixi abidələri kilsələri ziyarət edin. Təbiəti çox gözəldir. Goada həyatınızda görə biləcəyiniz ən gözəl gün batımını izləyə bilərsiniz. Goanı bəlkə də başqa bir dünya adlandırmaq olar, insanların yaşam və davranış tərzi çox fərqlidir. Bir anlıq keçmişə qayıtmış kimi olur insan. 100-150 il əvvələ. Hindistanın ucqar bir şəhərinə getsəniz telefon və televizorun icadından xəbəri olmayan insanları görə bilərsiniz. İnək, siçan, ilan və başqa bir çox heyvanlar Hinduizm dinində müqəddəs sayılır. Avtobusda gedərkən 1,5 saat yoldan ilanın keçməsini gözlədiğim olub, yoldan qovmaq günahdır çünki gərək özü keçsin. Evə siçan girəndə həmin gün o evdə bayram kimi qeyd olunur, çünki ən mehriban tanrılarından olan "Ganeş" siçanın üstündə hərəkət edib. Heyvanlara qarşı olan bu sevgi və hörmət səbəbi reankarnasyondur. Ölümdən sonra təkrar dünyaya gələndə, həyatlarını həmin hörmətsizlik etdikləri heyvan olaraq davam etdirməsi qorxusu. Qadınların alınlarında olan Xal "Bindi" 3-cü gözdür. Qadınları pis əməllərdən, pis düşüncələrdən qoruyasan nöqtə. Bekar qadınlarda qara, evli qadınlarda qırmızı olur. Eyni zamanda evli və subay qadınların geyimləri "sara" da fərqlidir. Hindistandan gedəndə mr.Luis dediyi kimi heç də ağlamadım, əksinə çox sevinirdim. Amma tam 7 ay sonra öz istəyimlə 5 ay qalmaq şərti ilə bir daha qayıtdım... 26 fevral 2018. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Cavid Bayramov

2105 dəfə oxunub

3 Ölkə Sərhəddi Keçilən Beynəlxalq Marafon

Bu dəfəki səfərimizin əsas məqsədi xüsusi marşrut xətti ilə seçilən, qaçaraq 3 ölkə sərhəddi keçilən beynəlxalq marafon idi. 12 oktyabrda baş tutan bu marafon Almaniyada başlayıb, İsveçrədə (42 km) və Avstriyada (21 km) sonlandırdı. Beynəlxalq Atletika Federasiyası reytinqində bu marafon xətti "bronze label" kateqoriyasındadır. 42 km (F) və 21 km-lik (H) marafon üzrə üzrə 10K-dan çox, hər yaş kateqoriyasından iştirakçı vardı. Almaniyanın Lindau şəhərində başlayıb, Avstriyanın Bregenzindən keçən və əsasən İsveçrənin St.Margreten şəhərciyində sonlanan bu tədbir yüksək səviyyədə təşkil olunmuşdu. İştirakçıların bir-birinə olan hörməti, göstərdiyi mədəniyyət və ünsiyyət təqdirəlaiq idi. Sıra ilə verilmiş keçid bloklarında insanların o qaydaya əməl etməsi ürəkaçandır biz tərəfdən baxdığımız zaman. Marşrut xətti boyu dəstək olan insanların üzündəki pozitivlik, onların bu tədbirə zaman ayırmaları, əlində "tap button" () pankartlar hazırlayanlar və ümumilikdə, əhalinin verdiyi bu motivasiya çox sevindirici və güclü motivasiya idi. Müəyyən məsafələrdən bir ənənəvi olaraq verilən qida (banan, enerji barları, gellər) və maye (su, iso, enerji içkiləri) ehtiyacı çox yaxşı təşkil olunmuşdu. Marafon öncəsi 2 dəfə hazırlıq qaçışı etdik Münxendə, xüsusilə İngilis bağı parkında. Təbiətlə zəngin bu parkın ucu bucağı yoxdur, sanki Nyu Yorkdakı Central Parkı idi. Aktiviti üçün o qədər ideal yerdir. Qaçmaq üçün analoqu olmayan bir atmosfer var. Amma bütün bunlardan əlavə bir sport mağazakı var, onu xüsusilə vurğulamaq və qətiyyətlə tövsiyyə edərdim - Top4running, nə zamansa yolunuz düşsə, düşünmədən baş çəkin, qəşəng endirim də edirlər, elə bir elit qaçış ayaqqabısı qalmadı ki, biz onu yoxlamayaq. Mağaza sahibi sağolsun bizə bu zövqü daddırdı ki, üst seqment nəqədər ayaqqabı varsa, hamısını try edək Əlbəttəki, Münxenə gəlibdə əvəzsiz bavariya pivəsindən dadmasaqda olmazdı. Əsl enerji barı elə HB (Hofbrauhaus) pivəsi və grilled pork Xərclər (5 gün üçün):Marafon bileti: 120 aznTəyyarə xərcləri (gediş-gəliş): 170-200 azn Qonaqlama: 400 azn (burada ev, hostel, hotel qarışıq, Lindaudakı evi xüsusilə vurğulamaq istəyirəm, möhtəşəm)Daxili nəqliyyat: 150-200 aznQaçış ayaqqabısı: ? Növbəti marafonda görüşənədək - Stockholm yoxsa Amsterdam marafonu? Bəs siz hansı beynəlxalq marafonda iştirak etmisiz?Strava account: https://strava.app.link/HPntrZIaDXbPaylaşan: Royal Aliye

214 dəfə oxunub

Barselona bələdçisi

Barcelonadakı otel qiymətlərinə bu linkdən book (bron) edə bilərsiz. Barcelonada mütləq Sagrada Familiaya gedin. Əgər bileti internetdən alsanız, hər hansı towerlərdən birinə çıxmağa haqq qazandıran biletdən alın. Mən Nativity towerə almışdım. Çox gözəldir. Bələ bilet alsanız audio guide sizə pulsuz olacaq. Bilet ortalama 26€-dur.Bir də Sagrada Familiada axşam saat 6-da Gaudinin chamberinə pulsuz girib baxmaq olar. Cathedral de Barcelonaya gedin. İçinə girəndə sanki 1200-cü illərin o qaranlıq tarixinə qayıdırsınız kimi hiss edəcəksiniz. İçində o qədər incə işlənmiş nüans var ki, rahat bir saat içini gəzə bilərsiniz. Həmçinin də bu Cathedralda da 3€ ödəyərək ən yüksək dama (dam? ) çıxın. Liftlə çıxılır. Mənzərə sadəcə möhtəşəmdir! Əlavə information: Gaudi öldüyündə Barcelona Cathedralından Sagrada Familiaya çiyin üstündə aparılıb. Montjuïcə gədin. Ora teleferiklə getmək maraqlı idi. Mən teleferiklə getdim, ayaqla qayıtdım. Castle-a giriş 5€ olmalıdır teleferic isə bir tərəfə 8€. İçini mütləq gəzin.Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov [youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]Parc Güelle giriş pulsuzdur ama Gaudinin memarlığını etdiyi binalar var. Ora isə 7€ olmalıdır. Bu parka girəndə damı qırmızı göbələyə oxşayan bina görəcəksiniz. Orda gördüyünüz ağ nöqtələr Gaudinin kofe stəkanlarıdır. Həkim ona kofeni qətiyyən qadağan etdiyinde görüb ki evində çoxlu kofe stəkanı var və ilk olaraq ağlına Park Güelldə olan o evin damına istifadə etmək gəlib :) Las Ramblası gecə gəzmək maraqlı olur. Sadəcə çox diqqətli olun çünki qarşınıza bir anda birisi çıxıb sizə marijuana satmaq istəyə bilər. Və ya anidən cibinizdən kaşelokunuzu, telefonuvuzu çəkə bilər. Mən sizin yerinizə olsam Placa də Catalunyadan başlayıb Las Ramblası axıra gəzə-gəzə gedərdim və axırda plaja girərdim. Çox yaxındırlar birbirlərinə. Barri Gothicdə gəziləsi, gothic dövründən qalma memarisi ilə maraqlı yerdir. Barri Gothicə yaxın Parc de Ciutadella var. Eyni gündə bu iki yeri gəzə bilərsiniz. Parc de Ciutadellanın yaxınında Arc de Triomfda görülməli tikililərdən biridir. Tips: əsla Las Ramblasda və ətrafında yemək yeməyin. Həm çox çirklidir həm də dondurulmuş yəməklərdir. Restoranlar saat 15.30-19.30 arası bağlı olur. Bu aralıqda açıq olan yerlər çox vaxtı həm xidməti, həm yeməyin keyfiyyəti baxımından, həm də qiyməti baxımından aşağı olur. Mümkün olduğu qədər local insanların çox olduğu yerlərdə yemək yeyin. Yolda gəzərkən qarşıdan gələn hər hansı kimsə üstünüzə nə isə töküb sonra silməyə, təmizləməyə kömək etmək istəyə bilər. Bu anda sumkanızı, telefonunuzu, hər hansı ziynət əşyanızı qapdığı kimi qaçır. Əgər belə halla qarşılaşsanız yolunuza heç nə olmamış kimi davam edin. Uzaqlaşdıqdan sonra özünüz baxın təmizləmək işinə. Mərkəzi yerlərdən heç nə almayın, biraz kənarda qiymətlər daha ucuzdur. Outletə getmək istəyirsinizsə La Roca Village-a gedin. Orda outletə gedən mallar Bakıya hələ təzə gəlir və üç qat daha ucuza ala bilərsiniz. (For example Burberry çanta 450€ ) Əgər işdir nəyinizsə oğurlansa, Placa De Catalunyada polis bölməsi var. Apple-la qarşı qarşıyadır. Orda şikayətinizi edə bilərsiniz. Bir də ki, Park Güell high sezon vaxtı axşam 8-dən sonra pulsuzdur. Mid-seasonda isə 18.30-dan sonra pulsuzdur. La Boqueria Mercat isə ən çox gəziləsi bazarlardan biridir. Nə dəsəniz var!  Məndən bu qədər. Görülməli tikililər: Casa Batllo, Casa Mila Gəzilməli muzeylər: Museu Picasso, Museu Nacional d'Art de Catalunya

1308 dəfə oxunub

Bali- Tanrıların adası-Part 2

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birinci yazıdan sonra gələn çoxsaylı suallardan sonra ikinci yazının yazılması qaçınılmaz oldu. Qatar Airvvays ilə Baliyə 13-14 saata getmək mümkündür, lakin Baliyə ucuz bilet axtaranlar AirAsia vasitəsilə istənilən ayda 650 dollardan başlayan qiymətlərlə Baliyə gediş-dönüş bileti tapa bilərlər.Bu zaman aeroportlardakı gözləmə saatını nəzərə alaraq təxminən 1 sutkaya adaya çata bilərsiniz ama sizin üçün sərfəli olar. Həmçinin THY ilə İstanbul-Jakarta və Airasia ilə Jakarta-Bali reysindən istifadə edə bilərsiniz. (kiwi.com-dan bilet qiymətləri ilə maraqlanıb sizə ucuz olanı seçin)Bali haqqında ümumi məlumatı keçən dəfə yazmışdım. Bu dəfə isə ada haqqında ətraflı məlumat, gedə biləcəyiniz yerlər, adanın hansı səbəbdən dünyanın ən gözəl yerlərindən biri sayılması barədə danışmaq istərdim. Deməli adaya getməmişdən əvvəl Elizabeth Gilbertin “Eat, Love, Pray” kitabını oxumağınızı və J.Robertsin baş rolda olduğu həmin adlı filmi izləməyinizi məsləhət görərdim. Həm kitab, həm də ki, film sizin Baliyə olan baxışınızı daha da müsbət mənada dəyişəcəkdir. Bu adada bir sehir var və oraya getdikdən sonra bunu hiss edəcəksiniz. Baliyə gedərkən 1 həftəlik getməyin mənası yoxdur. Çalışın 10 gündən çox edin müddəti, adada qiymətlər onsuz çox ucuzdur. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.Bu bölgələrin hər birinin yüzlərlə gözəl və gəzməli yerləri vardır. Lakin bunlardan birində qalıb digərlərinə taksi ilə gedib-gəlsəz bu nisbətən baha olar. Ən yaxşısı 4 gün Nusa Dua, 5 gün Kuta və Seminyak, 4 gün Ubud, 1 gün isə daha sonra ətraflı məlumat verəcəyim Gili adalarında qalın. Beləcə yolxərcləriniz xeyli azalacaqdır. Məsləhət görə biləcəyim oteller: Nusa Dua bölgəsində Santika Siligitai oteli(Okeana 5 dəqiqəlik məsafədədir, gecəsi 2 nəfər üçün 50 manat civarındadır. Ubud bölgəsində isə gecəsi 25 dollar olar linkini atacağım bu villanı tutmağı məsləhət görərdim. (https://www.youtube.com/watch…) Əvvəlcə deyim ki, Bali dünyanın ən gözəl sörf edilə biləcək yerlərindən biri, bəlkə də birincisidir. Bütün Avstraliya və dünyanın bir çox ölkələrindən insanlar sırf sörf üçün bu adaya gəlirlər. Sörf eşidib gözünüz qorxmasın, çünki 10-20 manat ödəyib təxminən 2-3 saatlıq hazırlıq keçməklə rahatca sörf etməyi öyrənmək mümkündür. (Kuta plyajında yeni başlayanlar rahat öyrənə bilərlər). Sörfdən alınacaq həzzi isə sözlərlə ifadə etmək istəməzdim, yaşamaq lazımdır. Ada 4 bir tərəfdən hind okeanı ilə əhatə edilibdir və bütün hissələr sörf üçün yararlıdır. Balidə getməyinizi məsləhət bildiyim yerlər: Sahillər- 1)Padang-padang beach- Mavi suyu, qızılı qumları ilə üzmək və istirahət üçün ideal sahildir. “Eat, Love, Pray” filminde Julia Roberts’ın oğlanla tanış olduğu sahildir.2) Dreamland beach- Sahilə Nusa Dua bölgəsindən taksi ilə 10 dəqiqəyə getmək mümkündür. Narın qumları və çox az adamın olduğu bu sahili mütləq görmək lazımdır. 3) Jimbaran Beach- Günəş çıxması və batımını izləmək üçün ideal məkandır. Minlərlə turist səhər gün çıxmamış sahildə öz yerini tutur. 4) Green Bowl Beach- Buranı az adam tanıdığından sahil çox sakitlikdir. Bu sahilin ən fərqli cəhəti sahilin kənarında mağaraların olmasıdır. Bu da sahilə ayrına bir gözəllik verir. (Balidə olan digər məhşur sahillər- Balian Beach, Bias Tugal, Karma Beach, Kuta Beach, Nyang Nyang, Sanur Beach, Geger Beach- Maraqlısı odur ki, heç bir sahil digərinə bənzəmir və hər birinin özünəməxsusluğu var. Netdə maraqlanıb sizə maraqlı olanlara gedə bilərsiniz).Mərkəzi Kuta və Seminyak şəhərlərində yerləşən eyni adlı kilometrlərlə məsafədə olan qumsallarda hər tərəfdə səslənən canlı musiqilərə qulaq asaraq günboyu Balinin məhşur pivəsi Bintang və muxtəlif meyvə shakelərdən (banana və cocos shake mütləq için) içib, okeanın və günəşin dadını almaqdan gözəl nə ola bilər. Bu arada içkilərin qiyməti çox ucuzdur.Məbədlər- Tanah Lot Temple- Sahildən 800 metr məsafədə, okeanın içində olan qayalıq üzərində yerləşən bu məbədə girmək üçün bəzi vaxtlar okean suyu səviyyəsinin aşağı enməsini gözləmək lazım olur. Möhtəşəm görünüşü vardır. Yaxşı fotolar çəkmək istəyirsinizsə buraya gün batımından 1 saat əvvəl getməyiniz məsləhətdir. Kuta şəhərindən 20 km məsafədə yerləşir.Tirta Ganga Temple- Möhtəşəm heykəlləri, hovuzları, yaşıllığı olan bir yerdir. Burada yerdən çıxan suyun yerli xalq tərəfindən Hindistanda olan Gaj çayından gəldiyinə inanılır və suyu müqəddəs sayılır.(http://www.bali-indonesia.com/attractions/temples.htm) -Bu adres vasitəsilə Balidə yerləşən 30 möhtəşəm məbədin fotolarına baxa, giriş saatlarını və günlərini öyrənə bilərsiniz.Secret Canyon Bali- Təsəvvür edin ipdən körpülər, kanyonlar və kanyonların arasında olan tərtəmiz su ilə gedərək kanyonlar arasında olan şəlaləyə çatırsınız. Şəlalənin arxasına keçdikdə isə sonu görünməyən mağara var. Buranı az adam tanıdığından və kanyonda az adam olduğundan mağaranın dərinliklərinə çox adam getməyə cəhd etmir.)))Tegallang Rice Terrace Bali- Baliyə olan hər turistin gəldiyi yerlərdən biridir. Möhtəşəm düyü terrasları ilə gəzib terrasın üzərində açıq havada yerləşən mini restoranda kokonut içib bu möhtəşəm mənzərəni izləyə bilərsiniz. Giriş haqqı 2-3 manatdır.Bali Safari and Marine Park- Fillərin üzərində gəzib, zebra, meymun, gərgədan və marallara yemək yedirtmək, aslanlarla fotolar çəkmək, dünyada çox az sayıda qalan ağ aslan görmək, eyni zamanda möhtəşəm adrenalinli aquapark istifadə etmək istəyirsinizsə buraya gələ bilərsiniz. Digər yerlərlə müqaisədə buranın paket qiymətləri nisbətən bahadır. (Muxtəlif paketlər var, təxminən 50 manatdan qiymətlər başlayır)Bundan başqa fəaliyyətdə olan vulkan olan Batur dağı, dağın aşağı hissəsində yerləşən Batur gölü və Rinjani dağına vaxtınız olarsa qalxmağınız məsləhətdir. Batur dağı və düyü terrasları arasında yerləşən kofe plantassiyalarına da mütləq gedin. Orada sizə 12 ayrı kofe və çay növlərini pulsuz içmək üçün təqdim edirlər. Xoşunuz gəldiyi olarsa mağazaya girib ala bilərsiniz, ölkəyə gətirmək üçün. Dadları möhtəşəmdir)).Balidə 20-dən çox möhtəşəm şəlalələr yerləşir. Tegenungan Waterfall, Gingin waterfall, aling-aling waterfall, Blahmantung waterfall, Singsing waterfall, Munduk Waterfall öz möhtəşəmliyi ilə seçilir.Baliyə gedənlər üçün Maldivlərdən heç də fərqlənməyən, hətta daha əyləncəli yer olan Gili adalarına getməyi yadddan çıxarmasınlar. Bu haqda da gələcəkdə ətraflı yazaram. Bali haqqında bu yazdıqlarım fikrimdəkilərin heç 10 faizi də deyil. Ama vaxtım az olduğu üçün bu qədərini çatdıra bildim. Gələcəkdə Gili adalarına getmə qaydaları və həmin adalar barəsində ətrafllı məlumat verərəm. Ümid edirəm kiçik də sizi məlumatlandıra bildim. Bu arada birinci hissəni oxumayanlar bu linkdən istifadə edərək həmin yazımı da oxuya bilərlər. (https://web.facebook.com/groups/gezeyenler/permalink/383096612085561/)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе 

4580 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!