2232 dəfə oxunub

Vyetnam bələdçisi

Salam, Gəzəyənlər!

Sizlərlə Vyetnam ???????? səfərim barədə təəssüratlarımı bölüşmək istəyirəm. Yenə o qədər də populyar olmayan bir istiqamətdə hərəkət etmək qərarına gəldim. Mənim üçün turistlə qaynamayan yerlərin ayrıca yeri var. Bununla bağlı həttə yeni bloq açmışam və orada maraqlı məlumatlar paylaşacam və səyahət məaləhətləri verəcəm. Səhifənin adı chilly_traveler , maraqlananlar izləyə bilər.

62194287_10215667954240887_2561163520582352896_n

İlk öncə qeyd edim ki, gözləntilərimdən qat qat üstü bir təcrübə yaşadım. Gözlədiyimdən artıq çirkli idi, həddindən artıq xaotik (motosiklet va maped sayı maşın sayından 20 dəfə çoxdur), harada kı, yolu keçərkən heç kim yol vermir və 360 dərəcə ətrafa baxmaq lazımdır, çünki hər yerdən bir motosiklet çıxa bilər, hər tərəfdən siqnal səsi gəlir (Azərbaycandan 10 qat artıq), küçədə gəzmək çətin, turist görənlər dərhal nəsə satmaq istəyir, motosiklet sürücüləri əlindən tutub harasa dartırlar, yemək iyisi bütün ölkəni bürüyüb, ictimai nəqliyyat yoxdur və s. Lakin bütün bunlar hamısı bir yerdə fərqli və çox maraqlı bir atmosfer yaradır. Mən isə bu atmosferə vuruldum. Qısaca Vyetnamda nə etmək olar:
Hanoi (paytaxt):
- Küçə yeməyi turu (street food tour) etmək olar. Bir bələdçi sizi mərkəzdə gəzdirəcək və vaxtaşırı müxtəlif budkaların qabağında dayanıb fərqli yeməklərin dadına baxacaqsınız. Ümumiyyətlə, mətbəxlərini sevirəm. Pho Bo supunu öncədən sevirdim, burda isə demək olar ki, hər gün yeyirdim. Ayrıca qurbağa əti yedim ilk dəfə. İyrənc səslənsə də, toyuq ətinin daha şirin versiyasıdır.

62126940_10215667952480843_7998151097191497728_n
- Yemək bişirmək dərsi (Cooking class). Bu turda Vyetmam mətbəxinin müxtəlif yeməklərini bişirməyi öyrənəcəksiniz. Çox məsləhətdir.
- Alış-veriş. Geyim, aksesuar və əl işləri əsasən yayılıb. Geyimlərin çoxu saxta gucci, armani olsa da, bəzi yerli butiklərdən yaxşı qiymətə yerli istehsal, keyfiyyətli paltar almaq olar. Əl işləri isə almaq məsləhətdir.
- Train Street. Gördüyüm ən qeyri adi küçələrdəndir. Küçənin ortasından gündə bir neçə dəfə qatar keçir. İnsanlar qapısı isə bu küçəyə açılır. Hətta çoxlu coffeeshop var, harda oturub qatarın səndən 10sm aralı keçməyini izləmək olar.

62079060_10215667953240862_8198460061115219968_n

Halong Bay:
- Vyetnamın ən turistik yerlərindəndir. Çox gözəl bir yerdi və məncə həyatda gediləsi yerlərdən biridir.
- Burada çox insan gəmi otellərdə, dənizin ortasında gecələyir. Məndə elə etdim, möhtəşəm idi.
- Mirvari fermalarına gedib baxib, yaxşı qiymətə təmiz mirvari almaq olar

Hoi An:
- Ən autentik şəhər adlandırardım. Xırda şəhərcikdi, evləri eyni tərzdədir və gəzməyi zövq verir.
- Dərzilər. Burada siz bir gün ərzində istədiyiniz parçadan paltar tikdirə bilərsiniz. Hətta istədiyiniz əşyanın şəklini göstərsəniz kifayətdir. Sizin ölçüləri götürəcəklər və səhərə hazır olacaq paltar. Çatdırmasanız götürməyə, evinizə belə göndərəcəklər.

Ho Chi Minh (keçmiş Saigon):
- Məşhur bazarına gedib alış-veriş edə bilərsiniz. Alver isə gülməlidir bəzən, sizə qiyməti deyirlər və siz cavab verməmiş “Okey, discount” deyib özləri qiymət öldürür))
- Mərkəzi əyləncə küçəsi (Pham Ngu Lao) isə insan izdihamıdır. Yemək yeyənlər, karaoke oxuyanlar, nəsə satanlar, ətrafa baxan turistlər, yerli gənclər. Çox fərqli basabasdır. Beləsini görməmişdim (Cümə günü idi).
- Küçələrdə sərin tropik meyvə şirələri ucuz qiymətə içə bilərsiniz.
- Motosiklet ilə şəhər turu (biraz təhlükəli ola bilər, amma dəyər).

Mekonq Delta:
- Nəqliyyat bu rayonda əsasən qayıqlardı. İnsanlar qayıqlar ilə hərəkət edir. Gediləsi yerdir.
- Kokos ağacından isə nələr etmirlər. Kokos şəkəri, yağı, südü, konfeti, qabığından süpürgə, ağacından ev, yarpaqlarından isə dam düzəldirlər. Hamısını izləmək mümkündür.

Çalışdım qısa yazam. Deyiləsi hələ çox şey var. ????????????????????????

61850276_10215667950720799_7313440861038051328_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ucal Agammedov

DİGƏR BLOQLAR

Everest Baza Kampına səyahət

Everest regionundakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#arzularinizindalincagedin Everest baza kampına səyahətimi artıq bir il idi ki, gözləyirdim, planlayırdım, psixoloji və hardasa fiziki də özümü bu səyahətə hazırlayırdım. Aylar keçdi, məqam yetişdi, mən də yola düşdüm. Bu tərəflərə ilk səyahətimdir.Bu trekkinqin hazırkı və məşhur yolu ilə bir dəfəlik təyyarə ilə 2860m yükəkliyə qalxmağı deyil, aşağılardan kəndləri görə-görə yuxarı qalxmaq qərarına gəldim. Bu həm də fiziki cəhətdən bədənimi daha yuxarılara yaxşı öyrəşdircəkdi. Belə də oldu. Ancaq tekkinqimin ilk günündə bel çantamdan və təbii ki, aşağı-yuxarı çıxıb-düşmələrdən bir təhər olmuşdum. Ancaq 2-3 gündən sonra hər şey keçib getdi. Bu tekkinqlə növbəti dəfə özümü, fiziki və psixoloji gücümü yoxlamaq istəyirdim - hara qədər gedə bilərəm, hara qədər dözə bilərəm deyə...Gözlədiyimdən də çox uzun getdim. Namche Bazaar-a gedən yolda (3440m) bir şəxslə tanış oldum. Vladimir Starov, Krasnoyarskdan dostları ilə gəlib, sən demə idman ustası imiş, belə trekkinqləri bir nəfəsə su kimi içir. Mənə trekkinq planlarını göstərdilər, mən də böyük bir səhv edib, razılaşdım. Niyə səhv? Çünki onların The Three Passes (üç pereval) keçib daha sonra Kala Pattar və Everest baza kampına gedib trekkinqi bitirmək istəyirdilər. Bu 3 pereval isə çox çətin gediləsi yoldur. Ən azı mənim üçün, çünki mən buna fiziki hazır deyildim. Özü də qarlı-boranlı bir havada, gidsiz və portersiz (yəni çantamı özüm daşıyırdım) və ayaq barmağımda problem ola-ola...Uzun sözün qısası ilk pereval Renjo La Pass 5360, ikinci Cho La Pass pereval 5420 m, bu ikisinin arasında Gokyo Ri 5357m və Everest baza kampına 5360m gedib çıxdım. Üçüncü perevala yalnız Vladimir özü getdi, qurpda isə mənimlə birgə 6 nəfər idik. Kala Pattara isə qalxmadım, qar yağdığından Everesti və digər pikləri görməyəcəkdim, ona görə ora boşuna qalxmağın mənası yox idi mənimçün və təbii ki, çox yorğun idim.19-20 gün çəkən trekkinqdə 7-8 gün 4000m-dən yuxarıda gecələdik. Amma heç bir yüksəklik və ya dağ xəstəliyi yaşamadım :) Məhz elə buna görə trekkinqin klassik üsulunu seçmişdim. Ancaq bütün yol boyu deyim ki, heç bir lodge-da istilik sistemi yox idi. Bütün gecelər də ən azı 0-a yaxın olur. Sümüklərimə qədər buzladım. Zato aşağı enəndə istinin, duşun qədir-qiyməti daha yaxşı bilinir))Bol-bol səyahət edin, qəşəng şeylər öyrənin özünüz haqda Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

976 dəfə oxunub

Şimali İrlandiya bələdçisi

Belfastdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Belfast havalimanından (George Best ???????? ???????? ) çıxan çıxan kimi şəhərə gedənləri gözləyən ikimərtəbəli qırmızı avtobuslar var. Mən də çıxdım ikinci mərtəbədə ən qabaqda oturub, başladım ölkənin gözəl yam-yaşıl təbiətini seyretməyə.Belfast əhalisi indiyə qədər gördüyüm ən xoşbəxt, gülərüz, mehriban, yardımsevər insanlar idi. Şəhər tər-təmiz, yaşıl, tarixi abidələrlə zəngindir. Axşam olan kimi mərkəzi küçələrdə addımbaşı onlarla adam toplaşıb Ginnes (guinness beer) içə-içə canlı irland musiqiləri oxuyub rəqs edirlər.Belfast digər Böyük Britaniya şəhərlərindən daha varlı, daha təmiz, daha az miqranta sahibdir. Əhalinin əksəriyyəti yerli irlandlar və ingilislərdir. İrland dilini bilən adam tapa bilməzsiniz. Hamı ingilis dilində danışır. Şəhər elə də böyük deyil, hər yerə piyada getmək olur.Titanik gəmisi Belfastda inşa edilib. Gəminin tikildiyi yerdə kiçik gəmi turları olur (qiyməti 10 £). Gəzməli yerləri Belfast City Hall, Belfast Castle, Botanic Gardens, Ulster Museum, Carricfergus Castle, Cavehill, St.Anne’s Cathedral, və ən maraqlısı isə Belfastın zooparkı.Şəhər Game of Thrones serialı ilə daha da məşhurlaşıb. Belfast yaxınlığındakı çəkiliş yerlərinə gündəlik 25-60 £ arası turlar var.Şimali İrlandiyanın ikinci böyük şəhəri isə Londonderridir. Aeroportu bizim Zabrat aeroportundan da kiçikdir. Havalimanından çıxıb qaçdım çölə, avtobus, qatar yoxdur. Hamını qohum-əqrəbası gəlib maşınla aparır. Mən də bir ağsaqqal kişidən soruşdum ki, şəhərə necə gedə bilərəm, dedi ki, ancaq taksi ilə, o da 20 pounda ( 42 manat) gedər, ancaq 10 dəqiqə gözləsən indi arvadım məni götürməyə gələcək. Gözləyib başladıq söhbət eləməyə. Azərbaycanı tanıdı. Burda Azəri-Çıraq-Günəşlidə dostları işləyirmiş. Yoldaşı da gəldi, söhbəti maşında davam etdik. Məni düz şəhərin mərkəzinə gətirdilər. Hər yeri də başa saldılar.Derridə əsl ingilis havasını gördüm. Yaxşıca islandım. Ancaq yağış yağsa da səhər tezdən şəhərdə Foyl çayının (River Foyle) üstündəki Peace Bridge körpüsündə yüzlərlə adam qaçışır. Elə ona görə də şəhərdə kök adama rast gəlmək olmur.Buradan Belfasta gedən qatarlardakı atmosfer bizim rayon mərkəzlərindən kəndlərə gedən avtobusları xatırladır. Qatardakıların əksəriyyəti rayon və kənd əhalisi idi. Deyəsən kəndli elə hər yerdə kəndlidir. Qatarda şəhərdəkilər kimi ağ adamlar yox, dəriləri günün altında işləməkdən yanmış, qara-qırmızı rəngli adamlar var idi.Yaşlı adam içəri girən kimi cavanlar ayağa qalxıb yer verir, hamı biri-biri ilə salamlaşır, siyasətdən danışırlar.Dublindən Londonderriyə gedən yolda da o qədər gözəl kəndlər, qəsəbələr var ki, nağıl ya da cizgi filmindən fərqi yoxdur.Şəhəri ələk-vələk etsəm də maqnet tapa bilmədim. Şəhər kiçik olsa da gəzməli yerləri o qədər çoxdur ki, sözlə demək olmur. Çayın sahilində İrlandların Amerika qitəsinə səyahət etdikləri tarixi anları əks etdirən maraqlı heykəllər var. Bir də Derri son illərə qədər İRA-nın (deyilənə görə terror təşkilatı olub) əsas mərkəzi olub və burda birçox qanlı hadisələr də olub.Əsas görməli yerləri aşağıdakılardır.1. St. Columb’s Park2. The Clock Tower3. St Columba's Church, Long Tower4. Foyle Valley Railway Museum5. Riverwatch Aquarium and Visitor Centre6. Derry City Cemetery7. Victoria Road8. Peace Bridge9. Old TownƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Elshan Ismayilov

2230 dəfə oxunub

İspaniya - Malyorka adası

Tərtəmiz ağ və sarı qumlu sahillər, yandırıcı günəş və mavi dəniz. Bu möhtəşəm üçlük yayın bu istilərində çoxunun ağlından çıxmır ki, çıxmır. Bunun üstünə limitsiz içki, dünyaca məşhur djlərin konserti, köpük party-lər daxil olub.Qiyməti də cibimizə uyğun olsa lap əntiqə olar elə deyilmi? İşdə oturmaqdan dərinizin rəngi bulud kimi ağarıbsa, Afrikalılara həsrətlə baxırsızsa və sürətlə zaqar almaq istəyirsinizsə yaxın oturun))  -Bütün bunları eyni anda yaşaya biləcəyiniz yerlərdən biri Mallorca adasının Magaluf sahilləridir.Mallorca adasına necə getmək olar bunu səhər paylaşdığım postda yazmışdım.* Deməli aeroportdan çıxdıqdan sonra tam qarşıda A11 nömrəli avtobuslara yaxınlaşırsız və cəmi 5 avro ödəyib avtobusla 40 dəqiqəyə Magalufa gedə bilərsiz. (Palmada qalmaq məsləhət deyil, arada gəlib, gəzib, qayıtsaz yetərlidir). Mən Magalufa gedəndə elə ilk sürprizi aeroportda yaşadım. Avtobusu gözləyərkən birdən bizim dilimizdə sözləri eşidib döndükdə 3 ailənin yaxınladığını gördüm. Beləliklə avtobusda olanların 60-70 faizini özümüz təşkil etdik və getdik Magaluf şəhərinə))). İlk dəfə avtobusdan düşdükdə Magalufun deyib gülən ingilis və alman gəncliyi sizi qarşılayacaq. Xüsusən ingilislər elə bil bütün günü içib qışqırmaq üçün adaya gəliblər. Otellər may ayının sonlarında çox sərfəli qiymətə idi. İyun-avqust arası bahalaşırlar, amma airbnb ilə idarə etmək olar və ya Magalufla qonşuluqda yerləşən Palmanova otellərində qalıb piyada Magalufa gəlmək olar.  -Mən tam mərkəzdə 4 ulduz otelə 2 nəfərlik otaq günlük 45 avro ödədim amma indi pik sezon olduğu üçün bahadır, ucuza airbnb və 2 ulduzlu otellərdə pik sezonda qalmaq olar.- Magalufda yerləşən “BCM planet dance”-da məhşurlarla tez-tez qarşılaşa bilərsiz. Yay boyunca Martin Garrix, Skrillex, Calvin Harris, Afrojack (24 iyunda konserti var), The Chainsmokers, Alex Gaudino, DJ Sammy-nin konsertləri olur. Məsələnn Afrojacin 24 iyundakı konsertinə giriş 48 avrodur. Bu pula gecə boyunca limitsiz spirtli və spirtsiz içki və hədiyyə t-shirt daxildir. Məhşur dj olmayanda 35 avro.- Magalufda “BH hotel adults only” otelinin ərazisində dünyada ilk olan 18+ (səhv başa düşməyin, aşağı yaşlılar istifadə edə bilməz yəni) su parkı, gözəl sahilləri vardır. Həmçinin BH hotel sahillərində həftədə iki dəfə sahil kənarında məhşur djlərin iştirakı ilə konsertləri keçirilir və köpük partylər olur. Dj Tiesto tez-tez buraya gəlir. Bu partylərə ayrıca bilet alıb qatılmaq olar. Otelin özündə 3 nəfərlik böyük suite otaqın günü 300 manatdır təxmini. Qrup halında gedənlər üçün otel+su parkı+partylər qiymətə daxil olduğu üçün sərfəli ola bilər. (Nəzərə alın ki, həftəsonu 3 nəfər cəmi 2-3 saatlıq Bakıda Dalğa beachə tək girişi 150 manatdır) Bir də otellərdə taxılan qolbaqlardan hər yerdə satılır. Otaq böyük olduğu üçün 3 nəfər yerinə 5 nəfərdə qalmaq olar))-Şəhərdə həyat hava qaralmağa başladıqdan sonra başlayır və səhər işıqlarına kimi hamı küçələrdə olur, buna görə bahalı otel axtarmayın-Aeroportda 10-15 avroya maşın kirayə götürmək olur amma nəzərə alın tıxacları çox olur.-Restoranlarda yemək və içki qiymətləri Bakıdan ucuzdur.-Ümumiyyətlə Mallorca adası, Palma, Magaluf və bir çox digər şəhərlər ilə çox fərqli və ekzotikdir. Mallorca adasının gəzməli yerləri haqqında gələcəkdə ətraflı post paylaşaram.  *Mallorca-7 gün, Barselona-2 gün.-17.07.2019-Kutaisi-Barselona –vızzzair(16:20-19:20)-53 avro-104 manat-17.07.2019-Barcelona-Palma De Mallorca-Ryanair (22:10-23:05)-23 avro-44 manat-24.07.2019-Palma De Mallorca-Barcelona-Ryanair (14:25-15:20)-11 avro-20 manat-26.07.2019-Barcelona-Kutaisi-Wizzair-(19:55-02:45)-144 euro-278 manat-Toplam-231 avro-446 manat Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1949 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.Salam hər kəsə ☺✋Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər????☺ Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.Keçək digər ölkəmizə????2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək✋????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

2647 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!