2558 dəfə oxunub

Hollandiya bələdçisi - Amsterdam və Haarlem

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Amsterdam Hollandiya mənim 14-cü ölkəm oldu. Bu şəhərə düşdükdən sonra başa düşdüm ki, həyat burada qaynayır  hər axşam mərkəzdə çoxlu eventlər keçirilir. Bizi Amsterdamda qarşıladıqları üçün Fuad və Yasinə dərin təşəkkürümü bildirirəm! Bizi gözəl yerlərlə tanış etdilər və birlikdə gözəl vaxt keçirdik. Ümumilikdə 4 gün keçirdik Amsterdamda və qalmağa yer üçün Couchsurfingdə Haarlemdə qaldıq.

Haarlem kiçik şəhər olmasına baxmayaraq mütləq gediləsi görüləsi şəhərdir. Qaldığımız ev isə sadəcə möhtəşəm idi. Tarixin bir parçası olan evlərdə qalırdıq yerli pendirləri və digər şeyləri birlikdə yoxladıq. Hollandiyada olan ən böyük çətinliklərdən biri də gecə 2-dən sonra heçkəs çöldə alkohol içərək restoranların qarşısında otura bilməz. Hər yeri yığışdırırlar. 24 saat işləyən yerlər demək olar ki, yoxdur. Evimiz Haarlemdə olduğu üçün ilk gecə qatarı buraxdıq düşündük səhərə qəədər oyaq qalaq. Saat 4-5-ə qədər işləyən barlar tapdıq mərkəzdən bir xeyli uzaqlıqda Couchsurferlər ilə gecə yazışdıq 20-25 arası adam toparlaya bildim və getdik. Nə halda getdik, necə getdik o 25 adamla bilmədik  Çalışın ayıq qalın bu şəhərdə  Səhər 7də Haarlemə çatdıq və onda başa düşdük ki, günəş çıxır insanlar hələ çox azdır şəhərdə və sən demə transport mərkəz küçələrdə icazə verilmirmiş sadəcə ayaqla gəzə bilərsən ya da velosiped. O şəhər məni gözəlliyi ilə valeh etdi.

Amsterdamın Legendi Isa da o müddətdə orda olacaqdı əvvəldən danışmışdıq görüşəcik təsadüfən o da həmin günü Haarlemdə idi və biz birlikə hamımız görüşdük. Oturduğumuz restoran Jopenkerk Haarlem yalan olmasın 50 tip pivə təqdim edir sizə menyuda  Pivə qiymətləri çox bahadır Hollandiyada amma siz bunu tətil bitəndən sonra hiss edəcəksiniz narahat olmayın

Və sonda isə bizim eXclusive görüşümüz dostumuz canımız Azərbaycanı gözəl təmsil edən Milli Dəstənin gözü ürəyi Shamil ilə görüşdük  Bizi çox gözəl yerlərə apardı  Gözəl experience olan bir şəxslə həm də həmvətənlərimlə başqa ölkələrdə görüşmək mənə çox xoşdur. Gələcəkdə sizin də şəhərlərə gəlsəm adamyeyən deyiləm çoxlu gözəl memories ola bilər  Bu yaxınlarda Amsterdamlılar şikayət etdikləri üçün demək olar ki Amsterdamda Deturizm gedir. Deyəsən turistləşdirmə onlara baha başa gəlir deyə artıq əsas I  Amsterdam yazısını da bildiyiniz kimi götürüblər və bu yaxınlarda artıq Red Light Streeti də sökməyə hazırlaşırlar. Şəhərdə polis heroin və digər maddələrin təsirində olan insanların leşini daşımaqla məşğuldur  Hərə bir tərəfdə uzanıb təsirindən ayılacağı saatı gözləyir gecə saatlarında  Gecə səhərə qədər qalacaqsınızsa 1-ə qədər öz yemək ehtiyyatınızı tutun yoxsa səhərə qədər ac qala bilərsiniz. Bu cəhətdən gec saatlara qədər işləməyən restoranlar tərəfdən Amsterdamı bəyənmədim. Bir klub tapıb 2ci gecəmizi səhərə qədər küçədə yox ən azı orda keçirə bildik. Həyatımda ilk dəfə Tesla elektrocarını taksi kimi xidmət göstərən gördüm Amsterdamda  Qatar Transport sistemi bərbad vəziyyətdə deyərdim Amsterdam barədə. Ən azı isə Haarlem və Amsterdamdaxili gedişləri nəzərdə tuturam. Hər addımbaşı azərbaycanlılara rast gəlib 2dəqiqə ayaqüstü xoş mehriban söhbətlərimiz oldu hamınızı tanımasam da hamınıza səmimiliyiniz üçün təşəkkür edirəm. #səyyaholmagəzəyənol #gezeyenler #gəzəyənlər

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Chicharito Huseynow

DİGƏR BLOQLAR

Veqasda olan Veqasda qalır!

Salam gəzəyənlər.Bu dəfə sizə az adı çəkilən bir neçə məkan haqqında paylaşım və təsüratlarımı bölüşəcəm.Kalifornia ştatının mərkəzi və cənubi şərq tərəfində yerləşən məkanlar və sərhəddində olan Nevada ştatının günahlar şəhəri Las Vegas və həndəvərindəki yerlər barədə yazacam.Vegas barədə daha əvvəldə paylaşım olub bu səhifədə, bu səbəbdən çox yazmağa gərək duymuram.Deməli səfər bir ay öncədən hazırlaşmışdım, hava durumu, gedəcəyim məkanlar xəritədə qeyd edib çıxdım yola.Öncə Calico Ghost city -ni ziyarət elədim. Ruhlar şəhəri adı olan balaca şəhər əvvəllər gümüş və digər dəyərli materiallar axtarışında olanların yeri olub. Burda indi kiçik restaranlar, süvenirlər satılan məkandır. Əsas hindular yaşayır, həftə sonları show göstərirlər, hətta bəzi cow boy geyimli insanları görmək olar, revolver-dən (həqiqi güllə olmayan) atışlar və hərəkətlər göstərirlər. Bir çox Cow boy (western) filmlər çəkilib (iki film Clint Eastwood-un baş rol aldığı filmlər burda çəkilib).Sonra turistlərin çox sevdiyi, dünya da ən yüksək temperatur qeyd edilən məkanı yol üstü ziyarət edə bilərsiniz. Burda temperatur 134 fahrenayt (56.6 selsi) qeydə alınıb. Bəli, bəli, səhv görmədiz! Afrikadadkı sahara deyil, məhs burda. Balaca heykəl və lövhə əks edilib, tavada yumurta bişib istidən ????Burdan avtomobil ilə bir saat (təxmini) getdikdə artıq Nevada ştatına daxil olursuz.Bu isə o deməkdir ki, hər yerdə Casino görə bilərsiz. Hətta Las Vegas aeroportunun içində, hər iki addımdan bir avtomatlar görə bilərsiz. Vegasda Casino kimi marixuana da bir çox ştatlardan fərqli olaraq leqaldır. Addım başı reklamkarını görə bilərsiz. Birdə şəhər yatmır, 24 saat işləyən Casino-lar, işıqlar və küçə artistləri şəhərin nəbzini hər zaman yüksək tutur ????Əsas məsələ, şəhərin təxminən 1 km radiusu bu cürdür, qalan yerləri demək olar maraqsızdır. Əgər Strotosfer binasını və 30-40 dəqiqə məsafəsə yerləşən və Vegası işıqla təmir edən Arizona sərhədində olan Hoover Dam (su ambarı - elektrik stanaiyası). Bir çox məşhur filmlər çəkilib, məsələn Tranaformer.Las Vegasdan təxminən 2 saat şimal və qərba getsəz Kalifornia ştatındakı Ölü Vadisi (Death Valley) gəlmiş olursuz.Bu məkanda hədsiz sayda görülməli yerlər var! Diqqət. Bir çox qoruqlardakı kimi (National park - bizdə analoqu qoruq doğru olar) nə mobil operatorların siqanlı, hətta GPS belə doğru çalışmır və bəzən 100 mile məsafədə heç bir service olmur. (Yanacaq doldurma məntəqəsi, restoran, kafe, bir sözlə heç bir şey). Özünüzlə fanar, qalın geyim, konserv qidalar, xəritə, zajiqalka götürmənizdə fayda var. Bilmək olmaz hansı surpriz sizi gözləyir ????Statistikaya görə hər il bir neçə turist burda ölür. Səbəblər fərqlidir. Susuzluq və s ən çoxda şəkil çəkdirəndə. Məşhur Uşaqlığın son gecəsi filmində Davudun dediyi kimi yıxılıb ölürlər.Bunun əsas səbəbi ya tilipaşlıq ya da yekabaşlıqdır ????Məkan fərqli landşafa malikdir, gün doğuşu və batımını izləmək başqa aləmdir!Ən gözəl isə gecə səmanı izləməkdir! Ümumiyyətlə bura gecə vaxtı qaranlıq olduğundan (ətrafda heç bir iaşə obyekti olmadığından) aydın şəkildə səmanı və göy cismlərini izləmək üçün ideal məkan sayılır. Hətta açıq gözlə siz mövsümdən aslı olaraq Süd Yolu qalaktikasından başqa Andromeda qalaktikasını, Mars, Saturn, Yupiteri və səhərə yaxın bəzi aylarda Merkuni seyr edə bilərsiz.Qoruqda bəzi vəhşi pişikləri də görmək mümkündür, düzdür onlar dağlarda olur, amma hike etmək istəyənlər bunu bilməlidirlər. Əsas tövsiyyə qida, su ehiyyatında olmaq, qalın paltar, adyal, fanar çantada əksik olmamalıdır ????Və əsas məsələ avtomonilin saz olmasını səfərə çıxmadan öncə double check etmək! Çünki bəzən məkandan və saatdan aslı olaraq qarşınıza ins-çins çıxmaya bilər, özü də əgər bu qızmar yay ayıdırsa işiniz müşkülə çevrilə bilər ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulfat Tanriverdi

1214 dəfə oxunub

"Perspektivlər vətəni" - Danimarka

Bilirəm ki, səyahət sevərlərin çoxu Skandinaviyanı xəyallarının bir küncünə həmişə yerləşdirir. Ona görə dedim mən də möhtəşəm Danimarkadan qısaca yazım. Ümumiyyətlə, mən buranı "perspektivlər vətəni" adlandırardım. Baxdığınız hər yerdə ucsuz-bucaqsız sonsuz mənzərələr görürsünüz. O dərəcə ki, çoxlarının gözü bu ölkələrə səyahətdən sonra daha yaxşı görməyə başlayır. Paytaxt Kopenhagen çox sakitdir, digər paytaxtlardakı basabası burda görə bilməzsiniz. Dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox spesifik zövqə malikdirlər. Burda yenilənmə çox az-az olur. Mən 7 il fərqlə iki dəfə burda olmuşam, ikinci dəfə gedəndə heç bir dəyişiklik hiss edə bilmirdim, hətta əksər kafelər olduğu kimi yerində dururdu :) Memarlıq inanılmaz gözəldir, hər yerdən tarix qoxusu gəlir.Şəhərdən azca kənara çıxanda isə nağıllardakı kimi buranın qnomlar ölkəsi olduğuna inanmaq olar, hər şey çox miniatürdü :) İnsanları sizi həmişə çox gözəl qarşılayır, çox gülərüzdülər, amma bir az dərinə gedəndə, çox özlərini düşünəndilər, sizə ancaq öz rahatlıqları çərçivəsində yardım edə bilərlər. Qaydalara çox düşkündülər, yalvarsanız da, ən kiçik qaydadan kənara çıxa bilməzlər, ümumiyyətlə ölkədə inanılmaz bir sistem var, isveçrə saatı kimi, başda da nəqliyyat olmaqla.Ən çox maraqlandıran maddi məsələdən isə necə danışım bilmirəm. Düşünürsünüz ki, bir ölkə nə dərəcə baha ola bilər axı? O düşündüyünüzün iki qatı çıxır :D Danimarkada evdən addımınızı atan kimi büdcəniz çat verir. Nəqliyyat dəhşətli dərəcədə bahadır və əvvəlcədən çox vaxt hesablamaq olmur. Məsələn, hansısa istiqamətə gedirsiniz, bir də görürsünüz ikiqat pul çıxılıb, səbəbi yeni tikilən körpü ola bilər, hansısa ərazidən keçmiş olmaq ola bilər, nəticədə nəqliyyata gündə ən yaxşı halda 60-70 avronuz çıxa bilər. Aylıq kartlar isə 300 avrodan başlayır.Restoranların əksəriyyəti çox sadədir, minimalist üslubda, menyuları çox sadə, əksəriyyətində cəmi 5-6 cür yemək olur, hamısı müəyyən bir şeydə ixtisaslaşmış olur. Bizimki kimi interyerdən restoranın qiymətlərini təxmin etmək mümkün olmur :)) Amma restoranda yemək yemək çox lüks hesab olunur. Küçələrdə isə möhtəşəm şirin bulkada sosiskalar dada bilərsiniz, mən dadını hələ də unuda bilmirəm!Onu da qeyd edim ki, həyatımdakı ən ləzzətli süd məhsullarını burda yemişəm, kərə yağının, smetanın, qaymağın dadı dəhşətli bir şeydir. Hətta camaat özüylə suvenir, maqnit gətirəndə, mən kərə yağı gətirmişdim :)))Ən gözəl yerlər də royal ailənin iqamətgahlarının bağlarıdır. Xalqa açıqdır, hətta ilin bəzi günlərində içəriyə daxil olmaq günləri də olur. Rahatca gəzdiyiniz yerdə bir anda şəhzadə evdən çıxıb, velosipedinə minib, qabağınızdan keçə bilər :)Həmin bağlardakı möhtəşəm bağbanlığı görüb maraqlandım, burada bitkiləri dizayn etmək üçün peşə məktəbi belə var, insanlar 3 il bağbanlıq öyrənirlər.Iki kəlmə də iqlim barədə yazmaq istəyərdim, amma üşüməyə başladım. İyul ayında dolu gördüm, mart ayında isə iki kurtkanı üst-üstə geyinirdim. Telefon soyuğa görə yarım gündən artıq "zaryadka" saxlamırdı :DEstetikadan, oksigendən və bütün dünyəvi gözəlliklərdən başım fırlanmış halda gəzərkən, məni yeganə yoran şey ölkədəki sistemə alışmaq oldu, ciddiyət bir az mənim kimi şərq insanına çox gəldi :) Orda yaşamadan da buna alışmaq çox asan deyil.Bir gün bu gözəllikləri hamınızın görməyi ümidilə,Sevgilər <3Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Ayuk Utopik

987 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti – 2-ci hissə

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əvvəlki postda qeyd etdiyim kimi, Albaniyaya bileti İstanbul üzərindən almışdıq: İstanbul-Tirana-İstanbul 240 AZN. Bu səyahət planımızda Albaniyanı sadəcə tranzit kimi keçməyi nəzərdə tutmuşduq. Məqsədimiz Montenegro-Bosniya Herzeg-Serbiya turu etmək idi. Ancaq Albaniyada bizə gəlmişkən Adriatik sahillərində Saranda, Vlore, Ksamil kimi gözəl yerlərə də baş çəkməyimizi məsləhət gördülər və planlarımız dəyişdi. Tiranaya çatar-çatmaz ilk öncə yollandıq beynəlxalq avtovağzala 23 Euroya Tirana-Budva biletimizi aldıq, çıxdıq 5 saatlıq bir yola, gecə saat 11-də Budvaya çatdıq. 100 Euroya 3 gecə 4 günlük apart kirayələmişdik booking.com-dan, həm dənizə yaxın, həm mərkəzə. Montenegroda aktiv istirahətə üstünlük verdik.İlk günümüzü Budvada keçirdik. Budva plajında sanki Odessadasan, şəhər ancaq ruslardan ibarətdir sanki. Budva Old Townu gəzdik. Həm tarix, həm təbiət, həm dəniz - üçü bir arada hər kəsin istirahət zövqünə uyğun bir yerdir. Qiymətlər digər Avropa ölkələriylə nisbətdə çox ucuzdur. İnsanları çox yardımsevərdir. Bir də yeməklərinin porsiyası hədsiz çoxdur, 1 porsiya 2 nəfərə kifayət edir, büdcənizə qənaət etmiş olursunuz. Restoranlarda yeməklər 8-15 euro civarındadır, amma daha ucuz yeməkləri dənizkənarı fastfood cafelərdə tapa bilərsiniz, məsələn, böyük pizza dilimi 1,5-2,5 euro arası, giros (bildiyimiz toyuq dönəri) 2-3 euro və.s. Budvada edilməsi mütləq olan Cruis turudur-18-20 Eurodur, tam bir gününüzü alır, Blue Cavede üzmək çox maraqlıdır. Saat 9-dan sonra isə gənclər üçün gecə həyatı başlayır, dənizkənarı boyunca gündüz yemək xidməti göstərən restoranlar gecə cluba çevrilirlər. Amma qiymətləri barədə məlumatım yoxdur.  Əlavə olaraq Budvaya avtobusla 15 dəqiqə məsafədə Sveti Stefano adası yerləşir. Ada 1 oteldən ibarətdir və içəri giriş otel sakinlərindən başqa hər kəsə qadağadır. Amma adanın ətrafında dənizin suyu mükəmməldir. Mütləq baş çəkin və hətta biz dənizə girəndə axşam saat 8-9 idi, mükəmməl bir hissdir. Tərtəmiz su və tək-tük insanlar var.  İkinci günümüzü Kotor Bay turu etdik, amma turla yox, özümüz. Beləliklə büdcəmizə qənaət etdik. Şəhərlərarası avtobus xərcləri bir istiqamətdə 2-5 euro arası dəyişir məsafədən asılı olaraq. İlk dayanacağımız Kotor oldu. Kotor Budvadan daha kiçik, daha sakit və də daha şirin yerdir. Şəhəri tam gəzmək üçün 3 saat kifayətdir. Demək olar ki, bütün restoranlarda ən azı 1 ofisiant türkcə bilir, ingilis dili səviyəniz yoxdursa, türkcə danışa bilərsiniz. Kotorda mütləq edilməli olan: Kotor qalasının ən yüksək nöqtəsinə çıxıb şəhəri bir nöqtə kimi seyr etməkdir. Qalanın ən hündür zirvəsi 2 km-dir, ancaq hava isti olduğu üçün səhər günəş çıxmadan getmək məsləhətdir.Biz cəhd etmədik ona görə də. 3-4 saatlıq Kotor gəzintisindən sonra yollandıq Perast qəsəbəsinə. Perast kiçik balıqçı qəsəbəsidir, hətta o qədər kiçikdir ki, qəsəbə sadəcə sahilboyunca bir küçədən ibarətdir. 1 saat Perast üçün kifayətdir. Perastdan Our Lady of the Rocks adasına bot taxi ilə 5 euroya getdik və döndük. Ada sadəcə 1 kilsədən ibarətdir, ama Perasta gözəl mənzərə açılır. Gedib görməlisiniz. 2-ci gün üçün sonuncu dayanacağımız Herzeg-Novi oldu amma başımıza gələcəklərdən xəbərsiz idik. Herzeg-Noviyə çatar-çatmaz Budvaya geri dönüş üçün bilet almaq istədik, amma tapana hədiyyə düşür dedilər. Burda birşeyi anladıq: Balkanlarda nəqliyyat sistemi çox aşağıdır: Bir-birindən 2 saatlıq məsafədə yerləşən şəhərlər arasında ən sonuncu avtobus axşam saat 5-6 arası yola düşür. Biz isə Herzeg-Noviyə elə saat 6-da çatmışdıq. O saatdan sonra evinə qayıtmağa bir avtobus tapsan cənnətə düşmüsən deməkdir.???? Taxi isə azı 60-70 euro qiymət oxuyur insana. Artıq gəlmişik, onsuz ya burda gecələyəcik ya başqa bir çarəsinə baxarıq, kefimizi pozmayaq, gedək şəhəri gəzək deyərək düşdük Herzeg-Novinin küçələrinə.Burada digərləri kimi dar küçeleri ile xoş gelen Old Town, sahili canlı həyatı ilə ürəyimizi oxşadı. Restoranda qiymətlər elə Budva, Kotor kimidir, hər büdcəyə uyğun yemək tapa bilərsiniz. Sıra gəldi Budvaya geri dönməyə, həyatımızda ilk dəfə gecə saat 11-də biraz qorxuyla biraz tərəddüdlə avtostopdan istifadə etdik. Əslində gedəcəyi yer Kotor olan, orada yaşayan bir rus qardaş “gecədir, yollarda qalmayın” deyərək bizi təmənnasız Budvaya qaldığımız ünvana qədər gətirdi, çox çox minnətdar olduq.Səhərisi gün artıq aktiv istirahətdən yorulmuşduq deyə Bosniya-Herzeg və Serbiyanın əvəzinə çox təriflənən Sarandaya (Albaniya) getmək qərarı aldıq. Bunun üçün ilk öncə Budva-Ulcinj avtobusu ilə Ulcinjə getdik, ordan da avtobusla Tiranaya getməli idik. Amma rəfiqəm avtobusda əşyasını unutdu və o avtobus bir də 4 saat sonra Ulcinjə gələcəkdi, 4 saat gözləməli olduq, nə yaxşı da ki, bu hal başımıza gəldi deyirik hər dəfə yadımıza düşəndə. 4 saatı avtovağzalda oturmaq əvəzinə gəlmişkən buranı da görək dedik və Ulcinj Olt Towna getdik, Ulcinj qalası hər halda Adriatic dənizinə açılan ən gözəl mənzərədir deyə düşünürəm, bir də günəş batımı vaxtına düşsəniz. Elə möhtəşəm mənzərə hələ görməmişdim. Qalanın ən yüksək zirvəsində balıqçı restoranı var. Oranın ən bahalı restoranıymış amma, 1 porsiya kefal, 1 porsiya Pasta, 2 qədəh ağ şəraba 30 euro hesab ödədik. Oradan da xoşbəxt ayrıldıq yola düşdük Albaniyaya.Ulcinj-Tirana-Saranda istiqamətində gecə yola düşüb səhər 12-də Sarandaya çatdıq. Ulcinj-Tirana 15 Euro, Tirana-Saranda 12 Euro. Saranda paytaxt Tiranadan 5 saatlıq məsafədə bir sahil şəhəridir. Kiçikdir, gəziləcək yerləri varmı? Yoxdur, əsl passiv istirahəti sevənlər üçün ise möhtəşəmdir, sadəcə masmavi sulu dənizi, təmiz plyajı, bir də restoranlarla dolu bir dənizkənarı bulvarı var. Plajı qumlu deyil, xırda daşlıdır. Bir də Bakıdan fərqli olaraq, plajda istədiyin çətirdən istədiyin lejankadan istifadə edə bilərsən, heç kəs səndən 3 manat-5 manat ödəmə tələb etmir. Yeməklər çox ucuz, və porsiya Montenegroda oldugu kimi çoxdur. İnsanları çox gülərüzdür. Yenə booking.com-da tapdığımız bir apartda 3 gecəyə 60 euro ödəyərək gecələdik. Bir də Sarandadan avtobusla 15 dəqiqə məsafədə yerləşən Ksamil adası var, kiçik Maldiv adaları adlandırırlar, bəmbəyaz qumlu masmavi suyu ile göz oxşayır. Albaniyaya getməyi düşünənlər başqa yerlərinə vaxt və pul sərf etməsinlər. Saranda və Ksamilə getmək kifayətdir. 7 günlük Montenegro-Albaniya səyahətimizə 1 nəfərə 400 euro pul xərclədik, aldığımız hədiyyələr, yol xərcləri və.s. daxil.P.s. Post çox uzun olsa da bütün məlumatları paylaşmaq istədim, bəlkə yararlanan olar deyə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova 

2650 dəfə oxunub

Təbriz və Ərdəbil bələdçisi

Cənub Torpaqlarımıza səfər haqda..Həvəsiniz olsa oxuyarsız????Səhər 6-da Bakıdan çıxdıq 2 saat sonra Biləsuvar sərhəd keçid məntəqəsində idik (şəxsi maşınlarla). Sərhəddə Azərbaycan tərəfdən rahat İran tərəfdən isə sıra sistemi qurulmadığı növbəsiz sistemsiz (kim qabağa düşdü sistemi ilə) keçməli olduq. Ona görə bir az gözləməli olduq.Sərhəddi keçdikdən sonra taksi ilə Təbrizə yola düşdük (taksi adam başına 12 ₼ (Bakıdan bir başa avtobus 30₼, ona görə Biləsuvara gedib ordan taksi ilə getmək daha sərfəlidir)). Yolları yaxşı olmasa da pis də deyildi. 2 taksi ilə gedirdik (qardaş idilər), yolda çox adrenalin yaşadıq, riskli sürürdülər. Bir yerdə dərəyə gedirdik az qalsın, bir təhər yığışdırdı. Yolüstü Mişgen Şəhərində durduq, yemək üçün günorta yeməyini buraxıb təbii qaymaq və bal yedik, çox dadlıdır oraların qaymağı.Xülasə, 15:00-da çatdıq Təbrizə. Otel 3 ulduzlu idi, adı Fərid otel. Şəhərin mərkəzində yerləşirdi. Günlük səhər yeməyi daxil, adam sayına görə dəyişməklə gecəsi 15-17 ₼ idi (günlük 5-10 ₼ olan hostellər də var).Təbrizdə gedilməli yerlərə gəkdikdə isə, ən tanınan yerlər Eynalı dağı, Şah gölü, Təbriz bazarı, Şairlər məqbərəsi və bir neçə muzeydir (Azərbaycan muzeyi, Şəhər muzeyi və Şəhriyarın ev muzeyi).Şəhər içi taksilər çox ucuzdu (1-1.6 ₼), ona görə şəhər içində ancaq taksilərdən istifadə etdik.İlk olaraq Eynalı dağına getdik, şəhər bu dağın ətəyində yerləşir. Maşın gedə bilən yerdən sonra kanat başlayır, kanat həm uzun həm də yüksək idi, ordan Təbriz tamamilə görünür, gözəl mənzərəsi var. Dağın hündürlüyü 2378 m-dir. Kanatla qalxanda sıldırımlı yamaclarda dağa qalxan alpinistlərə də rast gəldik (Kanatın qiyməti 1₼ civarında).Dağ gəzintisindən sonra, Şah gölünə getdik, çox qələbəlik idi, ətrafında gözəl restoranlar var idi, birində axşam yeməyi yedik, kababları çox dadlı idi, restoranda ancaq bardaş oturub yemək üçün taxtlar var idi. Yerdən oturub yemək də bir başqa oldu.Təbrizin havası isti olsa da, quruluğu səbəbilə adamı tərlətmir demək olar. Ən əsası bədən yapışqan olmur, saç yağlanmır tez bir zamanda, duş ehtiyacı hiss etmir insan.Səfərin ikinci günü Təbrizin 58 kilometrliyində yerləşən, tarixi və Mağara evləri ilə məşhur olan Kənduvan kəndinə getdik (Taksi təxminən 12₼-ə aparıb gətirir, gedib qayıtmaq və gözləmək və orda bələdçi vermək daxil). Oranın da çox sərin havası var idi. Mağara evləri ilə məşhur olan Kənduvan Şərqi Azərbaycan ostanında tarixi və tanınmış kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Kəndin evləri qayalar içində tikilib. Yayda sərin, qışda isti olur, 5-6 mərtəbəyə qədər evlər var üst-üstə qayalar üzərində, Kənduvanda da qalmaq istəsəz o mağara evləri otel kimi istifadəyə verən sakinlər var, hər bir şəraiti var (hamamda duş şəraiti falan da), günlük bizim pulla 20-25 ₼. Kənduvanın bənzər kəndi yalnız Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalisi Türk mənşəli və dili Türk dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır. Balın qiyməti 7 ₼ ????Günorta Təbrizə çatıb, muzeylərə baş çəkdik, Şəhər Muzeyi, Azərbaycan Muzeyi (Muzeyin adı oralar Azərbaycan adlanır deyə elədir, şimalla bir əlaqəsi yoxdur) və Şairlər məqbərəsində olduq (giriş pulludur, 1₼ civarında). Sonra Təbriz bazarına baş çəkdik və axşam oldu.3-cü gün səhər Ərdəbilə yola düşdük, yol boyu yaylalarda duranda çox külək və soyuq var idi, iyul ayında rəsmən üşüyürdük, Ərdəbil də soyuq idi. Ərdəbildə mərkəzi hissədə olduq, Şeyx Səfi məqbərsinə baş çəkdik, giriş baha idi ( 5₼ təxmini). Sonra mağazalara baş çəkdik, dəri çantalar çox ucuz olur bizimlə müqayisədə, çox bəyəndiyim bir çanta aldım, bizim pulla 30 ₼.Sonra nahar edib (qiymətlər münasib idi) Ərdəbil bazarına baş çəkdik. Çox gözəl tarixi abidədir eyni zamanda, Ərdəbil bazarı. Alış veriş edib Biləsuvara yola düşdük.Xülasə daha qənaətçil olmaqla Ortalama 100-150₼-lə 3-4 günlük cənubda tur atmaq olar.Ümumi təəssüratlar:Cənubluların bir çoxu bizə sevgi ilə yanaşdı, evinə dəvət edən də oldu. Hərdən maraqlı yanlış anlamalı dialoqlarımız da oldu, aşağıdakı kimi:Can Təbrizimizdə taksidə dialoq:Taksi şoferi: -Siz ordan rədd olduz da indi..Biz: Nə???Taksi şoferi: -Yəni ordan keçdiz dəə..Biz: -Həə..Taksi şoferi: -Biz sizi söyürük..Biz: Nə???Taksi şoferi: -Yəni sevirik dəə..Biz: -Həə, biz də, biz də...????Təəssüf doğuran əsas şey təhsilin farsca olma səbəbilə dillərinə çoxlu fars sözlərinin daxil olması və assimilyasiyaya məruz qalmalarıdır bu səbəblə..Bahalı, xarici və yeni avtomobil çox az gözə dəyir, əsasən köhnə marka pejo markalı avtomobil istifadə edirlər. Ona görə orda olanda adam özünü 90-larda hiss edir. Benzin sudan 2 dəfə ucuzdu, 20 qəpik bizim pulla  Özləri də deyir benzin bizdə müftədir, ona görə çörək almağa da maşınla gedirik.İranda olduğumuz 3 gündə, İslam respublikası olsa da əzan səsi eşitmədik (Verilmir demirəm). Nə Təbrizdə nə də Ərdəbildə (Günorta namazı vaxtı Ərdəbildə idik və şəhərin mərkəzində).İnsanlar İslama görə yaşamağa məcbur edilsə də İslama görə yaşayan çox azdı. Qadınlar açıq geyinməsə də, hicablı da sayılmazlar.Məsçid sayı da çox sayılmaz, çox az gözə dəyirdi.Bir çox yerli ilə ünsiyyətdə belə məlum oldu ki, şah dövründə İslam daha səmimi və çox yaşanıb nəinki Molla rejimində. Və dedikləri bu oldu ki, İslamı siyasətə qatıb o qədər yalan danışdılar ki, insanları dindən imandan soyutdular.Önəmli olan dövlətin adına deyil, İnsanların qəlbinə İslam yerləşdirməkdir..Vəfadar Babayevİyul 2019Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vafadar Babayev

2746 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!