1031 dəfə oxunub

Gəzəyən məsləhəti - Budapeşt

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salamlar hərkəsə! Ümid edirəm ki, bu yazım qrupun formatından kənara çıxma kimi nəzərə alınmayacaq. Amma bu yazını çoxdandır ki, yazmaq istəyirdim.

Qısa müddətdir ki, Budapeştdə kiçik bir suvenir mağazasında işləyirəm. Bu müddətdə çox insan gördüm təbii olaraq ???? Gördüklərim, gözləmlədiklərimdən bir nəticə çıxarmışam ki, onu da sizinlə paylaşmağı çox istəyirdim. Çalışdığım müddətdə müştərilərlə ünsiyyət qururam. Yaşlarını, hansı ölkənin vətəndaşı olduqlarını, növbəti səfərlərinin hara olduğunu və s. soruşuram. Bir daha əmin oldum ki, başqa ölkələri, fərqli məkanları, insanları tanımağa heç bir ünsür maneə ola bilməz. Turistlərin arasında cavan nəsil olmaqla yanaşı, yaşlılar, kiçik yaşlılar olur. Bununla yanaşı, fiziki məhdudiyyətli turistlər isə insanın sadəcə yaşama stimulunu artırır. Yanlış anlaşılmasın, ayrıseçkilik etmək ağlımın ucundan keçmir. Sadəcə heçnəyin dünyanı kəşf etməyə, səyahət etməyə, pozitiv düşünməyə maneə olmayacağına toxunmaq istəyirəm. Bu müddət ərzində minlərlə turistin arasından barmaqla sayılacaq qədər azərbaycanlı görmək, onların arasında çoxunun kişi cinsinə mənsub olması, gördüyüm azərbaycanlı xanımlarınsa hamısının ailəli olaraq gəlməsi, çoxunun ingiliscə bilməməsi (ya da çox az "derdimi anlatacak kadar") bilməsi üzücü hallar arasındadı. Ancaq mən bu mövzulara dəymək istəmirəm. Bunları çoxumuz bilirik və həm də yaxın vaxt ərzində düzələcəklərinə ümidim çoxdu. Ancaq başqa bir mövzu var ki, belə görürəm ki, biz( gənc nəsil) bir addım atmasaq düzələsi deyil.

Gəzəyənlər, çox-çox xahiş edirəm, özümüz gəzərkən valideynlərimizi də gəzməyə həvəsləndirək. Bizim millətimiz çox işləməyə, özünü fəda etməyə, özünü unutmağa meyllidir. İllər keçir və artıq sonra nə enerji, nə həvəs nə də bəzən pul qalmır. Deyə bilərsiniz ki, əmək haqqı buna yetmir və s. Amma inanın mənə necə maddi vəziyyəti aşağı ailələr görürəm burda. Təsəvvür belə edə bilməzsiniz. Nə də mən demək istəmirəm. İçəri girən kimi "discount, discount" başlayırlar  Əgər orta statistik ailəni nəzərə alıb, birazca kənara "atmağa" can atsaq, biraz da həvəsli olub mütəmmadi olaraq endirimli uçuş, qatar, bus biletləri (gediləcək yerdən asılı olaraq) axtarsaq məncə eləmək çox da çətin olmamalıdı. Bəzən də artıq xərclərimizi azaltsaq? ????

Bu iş bizə düşür məncə) Valideynlərimizin, ailəmizin, sevdiyimiz insanların da səyahət etməsini istəmərikmi? Məncə çox gözəl olar.
P.S çoxbilmiş, ağılverən biri kimi göründümsə, sorry, məqsəd bu deyildi. Sadəcə gülərüzlü, dünyanı gəzən, görən, marağı olan (gəzdikcə artır, bilirik ????) insanlar, xüsusən yaşlılar görəndə bizim insanları da belə görmək çox istəyirəm. Uzun oldusa, sorry.
Azərbaycanlıları cinsindən, ailə vəziyyətindən, yaşından və maddi imkanından asılı olmayaraq dünyalı olaraq görmək ümidi ilə! ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zulya Abdullayeva

DİGƏR BLOQLAR

Balkanlarda maşınla səyahət edənlərə tövsiyyə

Balkanlarda maşınla səyahət edənlərə bir tövsiyyəm var. Əsla və əsla gecə yola çıxmayın. Bir neçə gün əvvəl Albaniyadan Monteneqroya maşınla gedərkən gecə saat 1-ə doğru SKM-ə gedən yola çıxdım. Yol meşəlik ərazidən keçirdi və məndən başqa demək olar heç kim yox idi yol boyu. Bu anda qarşıdan iki maşın arda arda çox sürətlə, bəlkə də 120-130 sürətlə yanımdan keçdilər, sadəcə yarışdıqlarını düşündüm. Biraz irəliləyəndə qarşıda polis formasında iki şəxs dayanmışdı yolun kənarında, ama polis maşını görünmürdü. Dayandıqları yer yol kənarındakı "P" yazılan qəza vəziyyətləri üçün ayrılmış yer idi, yaxınlaşanda əllərində fənərlə üzümə tutub saxlamaq əmri verdilər. Bu anda birinin saqqallı və şalvarının sadəcə qara cins şalvar olduğunu və ağaclığın içinə doğru bir yerdə gizlədilmiş maşın gördüm. Tam yanlarına çatanda özlərini maşının qarşısına atıb məcburi şəkildə saxlamağımı istədilər, sürəti azaldıb daha diqqətli baxmaq və həqiqətən polis olub olmadıqlarına baxmaq istədim. Qışqıra qışqıra dayanmağımı istədilər, biri maşının sol tərəfinə digəri isə sağ tərəfinə keçdi.Tam saxlayırdım ki, fikrimi dəyişib qaza basdım və sürətlə uzaqlaşdım. Dedim, əgər polisdilərsə arxamdan mütləq gələcəklər, amma gəlmədilər. Uzaqdan qarşıdan gələn bir maşın gördüm, işıq və əllərimlə hərəkət edərək saxlamağını istədim. Çatana yaxın sayrışan işıqları açıb polis olduqlarını bildirdilər. İki polis idi, biri ingiliscə danışa bilirdi. Onun da üzü saqqallı idi. Nəyə görə dayandığımı soruşanda ona təxminən 2 km geridə gördüklərimi, onlardan qaçdığımı və orda polis reydinin olub olmamasını soruşdum. Orda polis yoxlaması olmadığını və hazırda elə bir adamları tapmaq üçün yola çıxdıqlarını dedilər. Danışıqlarında çox şübhələr hiss etsəm də nəticədə polis idilər və heçnə deyə bilməzdim. Mən gözlədim ki, məndən həmin yeri soruşsunlar və göstərməyimi istəsinlər, amma bunun yerinə sadəcə başqa bir istəyimin olub olmadığını və gedə biləcəyimi dedilər. Üstündən biraz sonra yolun sağında bir benzindoldurmada dayandım. Kofe aldım və siqaret çəkmək üçün maşının yanına gələndə bir boz rəngli VW Golf gəldi, iki adam düşdü və adamın birinin dəqiqliklə həmin o feyk saqqallı polis olduğunu gördüm. Formasız idilər və saqqallı olan qara cins şalvarda idi. Diqqətlə mənə baxıb maşına minib tez qaçdılar ordan. Deyəsən o da məni xatırlamışdı. Heç bir yerə tərpənməyib səhərə qədər benzinlikdə maşının içində səhərin açılmasını gözlədim. Təxminən bir saat sonra həmin maşın yenə gəldi, tam saxlayanda yenə məni görüb çıxdı ordan. Səhər açıldı, yoluma sağ-salamat davam edib gəldim. Bolqarıstandan Bosniyaya onsuz da təhlükəsiz deyil, amma xüsusilə Albaniya, Makedoniya və Serbiya ərazilərində çalışın, gecə maşınla səyahət etməyin. Meşəlik ərazilərdən keçən yollardan çəkinin və ödənişli avtobanlarla getməyə çalışın. Bir də, bu "Google Map" illətinə çox güvənməyin.Paylaşan Ali OrujovTüm ifadeler:1 B1 B

177 dəfə oxunub

25 günlük Avropa gəzintisinin "ƏN"-ləri

Sonuncu Avropa turumu necə planlaşdırdığım və nə qədər xərc çıxması barədə çoxsaylı suallar gəldiyindən ümumiləşdirib post yazmaq qərarına gəldim. Otel xərcləri müxtəlif olduğu üçün onları yazmayacam. Amma istəyənlər üçün məsləhət görəcəyim otellər var.1) Bakı-Tbilisi - 35 avro - 1 saat (buta)2)Tbilisi-Kutaisi - 7 avro - 4 saat (Georgianbus)3)Kutaisi-Roma - 70 avro(wizzair baqajla) - 4 saat, Romada 4 gün4)Roma-Venesiya-40 avro (Qatar-Trenitalia- 8 saat) gecə qatarında 4 yataqlı kupedə getdik. Gecə saat 12-də Roma Terminidən çıxır və səhər 8-də Venesiyaya çatır. Beləcə şəhərlər arası səyahət xərcinə 1 günlük otel xərci aradan çıxır və rahatca yatıb yuxunuzu ala bilərsiz), Venesiyada 2 gün5)Venesiya-Milan-15 avro-2 saat (Qatar Trenitalia)-Milanda 1 gün6)Milan-Lisbon-40 avro-(Ryanair)-3,5 saat , oturacaq seçimi ilə birlikdə, gecə uçuşu olduğundan 1 gecəlik otel xərci yenə də cibimizdə qaldı.7)Lisbon-Sintra-Roka burnu-Cascais-Lisbon (Qatarla-15 avro) Lisbon 3 gün, digərləri üçün 1 gecə 2 gün8)Lisbon-Azor adaları-40 avro-2,5 saat (Ryanair) -Azor adalarında 7 gün-Uçuş saatları otellerin check in-out saatları arasında olduğu üçün çox rahatdır.9)Azor-Porto-30 avro(Ryanair)-2,5 saat, Porto-1 gün-1 günə burdan doymadıq, ən az 2-3 gün keçirmək lazımdır.10)Porto-Barcelona - 10 avro-1 saat (Ryanair)-Barcelona 4 gün11)Barcelona-Palma de Mallorca-9 avro-50 dəqiqə (Ryanair) Mallorcada-2 gün12)Palma de Mallorca-İbiza-30 avro-(AirEuropa)-30 dəqiqə-İbiza 1 gecə 2 gün-doymadıq.13)İbiza-Barselona-15 avro(Ryanair)-50 dəqiqə14)Barselona-Kutaisi-90 avro-uçuş--5 saat (wizz air)-baqajla birlikdə15) Kutaisi-Tbilisi- 7 avro (Georgianbus)-4 saat16)Tbilisi-Baku-30 avro(Buta)-1 saatBeləliklə təxminən 25 gün ərzində bütüb nəqliyyata çəkilən ümumi xərc- 480 avro. (2 uçuş və 1 qatarla səyahət gecə olduğu üçün 3 gecə otellərə pulumuz çıxmadı.)-Eyni tarixlərdə Bakıdan İtalyaya tək gediş-dönüş biletinin qiyməti 600 avroya yaxın edirdi.-Bütün uçuşlarda 10kq-a qədər çiyin sumkasını pulsuz içəri keçirdik. Bundan əlavə dostumla xərcləri yarı yarı bölüşüb 1 dənə də əlavə baqaj aldıq.-Ryanair ən sevdiyim low cost oldu. 10-a yaxın uçuşun heç birində çiyin sumkasını yoxlamadılar. Ryanairdə bütün uçuşlarda oturacaqı da özümüz seçdik və yuxarıda yazılan qiymətə daxildir.-Ryanairdə camaat 2 çiyin sumkasını belinə asıb (hər çiyin sumkasının 1 qulpunu) rahatca içəri keçirirdi.-Bütün uçuşları, gediləcək şəhəri səyahətdən 1 ay əvvəl özüm planlaşdırdım, Avropa daxili uçuşlar üçün skyscanner və ryanai applardan istifadə etdim. Otellərin hamısını booking.com-dan bron etdim və oteldə ödəmə varinatını seçdim.Mənim fikrimcə:-Ən tarixi şəhər-Roma-ən sevdiyim şəhər-Lisbon-Səyahətin ən möhtəşəm yerləri-Azor adaları, Sintra, Cascais və nisbətən Venesiya (Portuqaliya ümumiyyətlə candır)))-Ən böyük xəyal qırıqlığı-Barselona-Ən əyləncəli-İbiza və Mallorcada Magaluf şəhəri-Ən dadlı çaxırlar-Roma və Porto-Ən dadlə yeməklər-Lisbon və Azor adaları-Ən möhtəşəm mənzərə-Sete Citades və Lagoa de Fogo gölləri-Ən möhtəşəm abidə-Sagrada Familia-Ən ucuz yer-Lisbon, Magaluf və Azor adaları-Ən bahalı-Barselona[gallery ids="1987,1986,1985,1984,1983,1982" type="rectangular"]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1229 dəfə oxunub

Gəzəyən məsləhəti - Baltikyanı ölkələr

Salam gözəl insanlar, karantinə görə artıq iki Avropa səyahət planım pozulub deyə, acığa mən də bahalı Amerika,Asiya planları qurmağa başlamışam????Karantindən əvvəlki həyatımda bir lowcost səyahətçi olaraq ən ucuuuuz başa gələn Pribaltika səyahətimi bölüşmək istəyirəm????Soxaya qalmış 2020-ci ili qarşılamağa getmişdik ????????‍♀️Nəqliyyat????Kutaisi-Varşava(29.12.19)-19€(wizzair)????Varşava-Praqa (30.12.19)-24€(flixbus)????Praqa-Riga(01.01.20)-16€(ryair)????Riga-Tallin(03.01.20)-21€(ecolines)????Tallin-Vilnius(03.01.20)-19€(ecolines)????Vilnius-Varşava(04.01.20)16€(ecoline)????Varşava-Kutaisi(05.01.20)28€(wizzair)Gecələmə????Varşava-Airbnb 16€ "Old Town Bed&Breakfast Miodowa 12”(2 gecəsi)????Praqa-Booking 35 € (1 gecə)????Riga-Airbnb 34 € “New Modern Cosy Room in City Center” (2 gecəsi)????Ümumi xərclər- 143€+85€=228€????Varşava-günəş olsa, hava günorta saat 2də qaralmasa, möhtəşəm parkları yaşıllıq olsa əslində gözəldi???? Bir sözlə yayda yenə gedəcəm????????Praqa-ən sevdiyim şəhərlərdəndi, ona görə "möhtəşəm" yeni ilimizi qarşılamaq üçün ikinci dəfə yenə getdim və Charles körpüsündəki atəşfəşanlıqdan salamat çıxdığımıza görə şükür edirdik,sən demə o günlər yaxşı günlərimiz imiş????Hər şeyə rəğmən Praqanın özünəməxsus ruhunu sevirəm????????Riga-balaca,şirin,dadlı yeməkləri, içkiləri olan "köç gəl burdaca yaşa" deyən bir şəhər oldu???? çox xırda (oxu:böyük) bir problemimiz var-çox soyuq olur və günəş yoxdu???? Razılığa gələ bilsək hava şəraiti ilə bağlı qovuşacağıq????????Tallin- Helsinkidən iki gözəl rəfiqəm Ylkär və Ulfat gəldiyi üçün şəhəri bir yerdə "kəşf etdik". Başımız möhtəşəm söhbətə qarışdığı üçün hər yeri gəzdik amma mənim yadımda şəhər yox, ancaq Eston mətbəxinin gözəl maral əti steyki və Salmon balığı supu yadımda qalıb???????Vilnius-şəhərin bütün arxitekturası, memarlıq abidələri ən sevdiyim açıq rənglərdə (mavi, çəhrayı, boz) olduğu üçün mən sevdim???? Amma məncə bir günlük şəhərdi, dadını çıxara çıxara gəzmək istəsəm maximum 2 gün ola bilər. Pribaltika üzrə ən ucuz şəhər Vilnius idi,məncə.Pribaltika gözəldi, amma yayda daha gözəl ola bilərdi???? Günəş sevənlərin nəzərinə sərhədlər açılsa gələn il yayda gedin????, az büdcə ilə çox əntiqə gəzmək olar.Ümid edirəm az da olsa nəsə paylaşıb motivasiya verə bildim????Mexico, Kuba, Havana postlarında görüşənədək, sevgi ilə qalınƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hilal Abdullayeva‎

3540 dəfə oxunub

700 dollara Avropaya 21 günlük səfər

Dostlar, söz verdiyim 21 gün Avropa səfərimin detallarını yazmağa çalışacam. Əvvəla qeyd edim ki, ümumilikdə 700 dollar xərcim çıxıb. Buna bütün biletlər, sənədləşmə, qalacaq yerlər və yemək daxildir.  Çexiya, Polşa, Slovakiya, Avstriya, Macaristandan və gediş-gəliş yeri Gürcüstandakı şəhərlər də daxil olmaqla 12 şəhərdə oldum. Bu barədə deyiləcək sözlər çox olacağına görə  hissə-hissə paylaşmağı düşünürəm. Gəlin başlayaq. Necə oldu ki, bu səfəri etmək qərarına gəldim?Avropaya getmək həmişəki arzum olub, əvvəllər bir neçə dəfə Gürcüstan, Türkiyə, Belorusiya və UK də olmuşam amma bunların hamısına qrup şəklində ən az 5 nəfər ilə və hər şey planlaşdırılmış şəkildə getmişəm. Müxtəlif təlimlər, seminarlar və s hər zaman təşkilatçılar tərəfindən hər bir detalına qədər planlaşdırılıb. Amma bu dəfə elə olmadı.Polşanın Poznan şəhərində yerləşən Adam Mickieviç universiteti və Amerikanın Stonybrook universitetinin ortaq layihəsi olan  ‘News Literacy’ yəni Media savadlılığı təlimində iştirak haqqı qazandım. (Layihə haqqında ətraflı məlumat yaxud necə seçilməyimi bilmək istəyirsizsə, şərh böməsində qeyd edərsiniz, əlavə post paylaşaram)  Layihə 8-12 iyul 2018 ci il tarixlərində Poznan şəhərində keçirilirdi. Və mən təşkilatçılardan xahiş etdim ki, dəvət məktubumdakı günləri bir az daha uzun göstərsinlər ki, mən başqa ölkələri də gəzə bilim. Visa üçün müraciət edən zaman bir çöx sənədlər tələb olunur ki, bunlardan başlıcası qalacağın yer ilə bağlı yerdi. (Burdan Visa ilə bağlı mövzulara girsəm yenidən mövzu uzanacaq deyə maraqlıdısa sizə əgər visa proseduru şərhlərdə qeyd edərsiz, əlavə bir post da o barədə paylaşaram)Uzun sözün qısası, vizamı 21 günlük aldım və səfərimə hazırlaşmağa başladım. Mən seçilmək xəbərimi eşidən kimi ilk etdiyim iş bilet almalq idi ki, bu da səhvdir, diqqətinizdə olsun belə etməyin. Xüsusilə Wizzair kimi loW cost uçuşları çox ucuz olduğuna görə bileti aldıqdan sonra qaytarmaq mümkün deyil. Bakıdan Polşaya birbaşa uçuş baha olduğuna görə mən Gürcüstanın Kutaisi şəhərindən getməyi seçdim. Kutaisi- Praqa biletini 80$ a 3 iyul tarixinə aldım. Ona görə dəvət məktubu və visa məsələlərini bu tarixə uyğunlaşdırmaq üçün bir balaca çətinlik çəkmişdim, amma xoşbəxtlikdən  bütün problemlərhəll oldu. ^_^3 iyul- 21 iyul tarixlərində Şengen zonasında aşağıdakı şəhərlərdə oldumPraqaBrnoPoznanGdanskSopotWroclawBratislavaVyanaBudapeşt+Tbilisi, Kutaisi, BatumiMənə görə səfərin ən çətin tərəfi planlaşdırma hissəsidir. Hər bir sənədin düşünülməsi, vaxtın düzgün bölünməsi, transportlar arası vaxtın əlaqələndirilməsi, qalacaq yerlərin tapılması və s. Qısaca belə ucuz səhayətimin altında yatan əsas tipsləri qeyd edim.Yalnız uzun məsafədəki səhayəti təyyarə ilə etdim. Gürcüstan- Çexiya ( 80$), Macarıstan- Gürcüstan( 70$) olmaqla 150 $Çoox nadir hallarda restoranda yemək yedim. Əsasən fast food, yolüstü atışdırmalıq qidalar, və mağazadan alıb evdə bişirməklə yemək yeyirdim.Qaldığım yerlərin əksəriyyəti şəhərlərdəki dost-tanış, bəzi hallarda isə Couchsurfing saytından tapdığım hostların evində qaldım. Cəmi iki gün hosteldə qaldım. Birinci Tiflisdə, ikinci isə Praqadakı couchsurfingdəki hostum hosteldə işdə oluğu üçün bir gecəsinə 15 avro verdim. O 15 avronu hələ də unuda bilmirəm ))Alış-veriş həvəskarı olduğum üçün bəzən çox çətinlik çəksəm də, lazım olmayan geyim və s. uzaq dursanız, əmin olun daha az xərciniz çıxacaq.Bilet aldıqda diqqətli olun. Avtobusa geciksəniz əlavə xərc çıxır, Wizzair üçün əvvəlcədən özünüz check-in etməlisiz. Səyahət boyunca etdiyim ən böyük səhvlərdən biri də bunu unutmağımdır. Macaristan- Kutaisi təyyarısinə qaça-qaça çatdıqca məlum oldu ki, bir gün öncədən online check in etməyi unutmuşam və əlavə 45 avro ödəməliyəm buna görə. Gedəcəyim son nöqtə olduğuna görə cibimdə cəmi 10 dollar qalmışdı və dostum orda olmasa yəgin ki, ödəyə bilməyəcəkdim uçuşu itirəcəkdim və növbəti gün visa-dan əlavə bir gün qaldığım üçün deportasiya olacaqdım. Bunları orda işləyən operatora nə qədər izah etdimsə də, dinləmədi və tam Kərəmi ağlamaq tutmuşdu ki, Budapeştdəki dostum xilas etdi. Sözümün canı odur ki, online check-in etməyi unutmayın, imkan varsa üstünüzdə əlavə pul saxlayın, və yaxşı dostlarınız yanınızda olsun hər zaman ))Hələ ki, deyəcəklərim bu qədər. Növbəti postda, səfərin Bakı -Tiflis hissəsindən başlayacam yazmağa ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulker Eldarqizi 

1102 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!