3083 dəfə oxunub

Qırmızı damlı evlər şəhəri – Praqa + Kutna Hora

Praqadkı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Təxmini bir ay idi yeni yazı yazmırdım, iş-güc, dəsrlər imkan vermirdi. Nəhayət bu yazını yazmaq üçün vaxt tapdım. Yəqin ki, “Nağıllar aləminə” bənzər şəhər klişe ifadəsini deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. Oranı səyahət edən, etməyən, şəkillərdən, videodan görən hər kəs üçün, Praqa – nağıllar aləmidir.

Deyir söz vaxtına çəkər, elə keçən il bu vaxtlar idi Praqaya gedəndə, daha doğrusu may ayının 4-ü. Səhər saat 6-da Budapeştin Nepliget avtobus stansiyasından holland qrup yoldaşım ilə yola düşdük Praqaya. “Səni bildik, biz necə gedə bilərik ora?” sualını verdiyinizi eşidirəm ???? Bakıdan Praqaya ən az xərclə və rahat yollardan biri, WizzAirlə Budapeştə uçub buradan da qatar və ya avtobusla Praqaya getməkdir. Budapeştdən Praqaya qatar da, avtobus da hardasa 7 saata gedib-çatır. Həm qatar, həm də avtobuslar çox rahatdır. Qatarların için restoran kupesi var, istədiyiniz hər şeyi  ala bilərsiniz. Avtobus isə, Slovakiyanın paytaxtı Bratislavada və səhv etmirəmsə Çexiyanın Brno şəhərində 2 dəfə dayanır. Və yaxud da öncədən sendviçinizi, suyunuzu alıb çantanıza qoya bilərsiniz.

Ya da Praqada harada qalmalı sualına gəldikdə? Praqanın mərkəzi və gəziləcək görüləcək yerlər bir-birinə yaxın olduğundan mərkəzə 10-15 dəqiqəlik piyada məsafəsində yerləşən ucuz hostellər tapa bilərsiniz. Və yaxudda AirBnbdən istədiyiniz xüsusiyyətlərə malik evlərdən birini seçə bilərsiniz. Biz mərkəzdən 10 dəqiqə piyada məsafəsində yerləşən Chili hosteldə qalmışdıq. 2 nəfərlik otaqda, 2 gecə üçün 52 avro ödəmişdik, 1 adam üçün bir gecəsi 13 avro. Hostel sosyallaşmaq imkanının bu dəfə də bizdən gizlətməmişdi, bu şəkildə gördüyünüz qəribə geyimli, 20-ci əsrin əvvəllərinə aid film aktrisalarına bəzəyən alman əsilli Avstraliya vətəndaşı Noradır, hosteldə tanış olmuşduq və Praqanı demək olar bir yerdə kəşf etmişdik.dancing house

Praqada nə yeməli? Sualının cavabını açığı özüm də dəqiq bilirəm, çünki mərkəzi yerlərdə, turistik məkanlar olduğundan dünya mətbəxindən yeməklər daha çox olur, çex yeməkləri isə donuz əti çox istifadə olunduğundan həddən artıq yağlı olur. Nə içməli? sualına gəldikdə, yəqin ki, şübhəsiz ilk ağla gələn məşhur çex pivəsi olur. Pilsner Urquell ən məşhur və yaxşı çex pivələrindən hesab olunur. Bundan başqa hər bir restoranın özünün hazırladığı xüsusi pivələr var ki, onların da dadına baxmaq olar. Məsələn, biz 6 rəngdə müxtəlif dadda olan əlişi pivələrin dadına baxdıq. Praqa dedikdə yada düşən 2-ci içki isə təbii ki, Absinthedir. Bu Praqaya gəlmişəm, azı yarım litr Absinthe içəcəm deməmişdən qabaq bir daha fikirləşin məncə, alkoqol miqdarı, çox olduğundan (45-75 dərəcə arası dəyişir), çalışın özünüzdən muğayat olasınız :).

 

Gəldik ən çətin sual olan “Praqada haraları gəzmək sualına?”. Ona görə çətin ki, Praqada hər bir bina, hər bir heykəl, hətta küçədəki hər bir daş tarix qoxur. Gəzəndə bilmirsən Praqanın ətrini duymaq üçün aşağı baxasan ya yuxarı?! Yenə də gəzib gördüyüm, baş çəkdiyim yerlərdən çalışacam sizlərə də məsləhət olan əsas yerləri bu yazıda göstərim. Di sayyah səyahətdə gərək ????

İlk dayancağımız, daha doğrusu turumuzun başladığı nöqtə Municipal House (Bələdiyyə və ya hökümət evi) oldu. Burada 1918-ci ildə o vaxtkı Çexoslavakiya Resbuplikası elan olunub. Küçə ilə irəlilədikçə sağda Powder Tower görsənir. 1475-ci ildə tikilən bu qara rəngli qotik bina şəhəri giriş qapılarından biri olub. Bu yolla irəliləyib gələcəksiniz, Qədim şəhər meydanına. Bütün şəhərlərdə olduğu kimi Praqada da ən turistik məkan məhz Old Town Square və ya Qədim şəhər meydanıdır.

Şəhər meydanının 4 bir tərəfi gözməli, arxitektur binalarla əhatələnib.  Yaz-yay aylarında meydanda tez-tez canlı musiqi konsertləri təşkil olunur, bəxtiniz gətirərsə, sizə də rast gələ bilər. Meydanda durarkən 2 hündür qülləsi olan tamamilə Disney qəsrlərinə oxşayan Tyn və ya Məryəm Ana kilsəsini görəcəksiniz. Kilsə çox hündür olduğundan demək olar şəhərin hər yerindən görsənir, əgər yolunuzu azsanız ki, bu yaxşı şeydir yeni şəhəri kəşf etmək üçün ???? kompas kimi Tyn kilsəsindən istifadə edə bilərsiniz. Kilsəni görmək üçün ən yaxşı vaxt günortadan sonra hava tam qaralmamışdır, el dili ilə desək qaş qaralanda. Hava qaralmağa başlamış, kilsənin işıqları yandırılır və budur qarşınızsa əsrarəngiz bir mənzərə. Qədim şəhər meydanında mütləq baş çəkilməli olan yer isə Astronomik saatdır. Dünyada işlək vəziyyətdə olan yeganə astronomik saatdır bu. Saat hər saatın tamamında zəng çalır və divardan çıxan müxtəlif fiqurlar oynaya-oynaya yenidən divardakı digər qapıdan içəri daxil olurlar. Saatın tamamına 15 dəqiqə qalmışdan artıq turistlər məkanın qabağına yığışırlar.Prague-Astronomical-Clock-Tower

Astronomik saatı gördükdən sonra, meydandakı House at the Minute binasına baş çəkmək olar. Bina başdan ayağa qədim Yunan əsatirlərindən olan hekayələrin qrafitiləri ilə bəzənib. Burdan sonra isə yolumuzu salırıq Praqanın göz-bəbəyi, simvolu olan Çarlz körpüsünə. Körpü Vltava çayı üzərindən keçir və üzərində 30a yaxın heykəl var. Heykəllər xristianlıqdakı müqəddəsləri təmsil edir. Bəzi heykəllərin üzərində qızılı yerlər görəcəksiniz. Diqqətlə baxsanız qızılı yerin kənarlarının qapqara olduğuna şahid olacaqsınız. Bu yerlər dəydikcə sürtünərək qızılı rəngə boyanıb. Bu yerlərə toxunan zaman arzuladığın arzuya çatacağına inanılır, hər ehtimala yoxlamaq olar yəqin ki ????

Körpüdə müxtəlif küçə musiqiçiləri ifalar edir, rəssamlar şəkil çəkir və suvenir satanlar maqnitlərini satırlar. Körpünü keçəndən sonra sağda Franz Kafkanın Muzeyi yerləşir. Praqada bir neçə Franz Kafka Muzeyi adında muzey olsa da əsl olanı məhz budur. Çarlz körpüsündən sağa dönəndə. Yox əgər körpüdən 1-2 küçə sola irəliləsəniz əfsanəvi the Beatles qrupunun üzvü John Lennonun adını daşıyan divara rast gələcəksiniz. John Lennon divarı başdan ayağa  qrafitilərlə bəzədilib və demək olar ki, hər gün köhnə qrafitilərin üzərinə yeniləri çəkilir. Hərdən çex gənclər bu divarın önündə durub John Lennonun mahnılarını oxuyaraq küçə musiqiçiliyi edirlər. Bəxtiniz gətirsə bax bu videodakı kimi, siz də John Lennondan bir şey dinləyə bilərsiniz.

Təpənin üzərindəki parka çıxan pilləkənlardən birində Komunizm qurbanlarının ruhuna ithaf olunmuş heykəlləri görə bilərsiniz. Təpənin üzərinə çatdıqda isə Parisdəki Eyfel qülləsinin oxşarı olan Petrin qülləsini görə bilərsiniz. Qüllədən 10 dəqiqəlik piyada məsafəsində Praqa Qəsri yerləşir. Qəsr qədim qəsrlər arasında ən böyüyüdür. Qəsrdə Prezident sarayı yerləşdiyindən, qəsr yerindən 1sm belə tərpənməyən və gözlərini qırmayan, Koroğluya bənzər bələdçilər tərəfindən qorunur. Hər saatın tamamında bələdçilərin təntənəli yer dəyişimi olur, turistlər tərəfindən kifayət qədər maraqla qarşılanan hadisələrdən biri də məhz bu növbə dəyişimidir. Qəsrin yaxınlığında digər maraqlı arxitektur bina Müqəddəs Vitus Katedralı yerləşir.

Katedraldan keçib, Rampart bağlarına baş çəkə bilərsiniz. Yolüstü Wallenstein saray bağlarına da baş çəkmək məsləhətdir. Saray bağında müxtəlif quşlara, xüsusilə də tovuzquşlarına rast gəlmək olar. Oradan isə Letna park və yaBeer Garden deyilən yerə gedə bilərsiniz. Bura Praqanın ən hündür yerlərindən hesab olunur və şəhərə gözəl mənzərə açılır. Eyni zamanda burada acmısınızsa buradakı kiçik kafelərdə kəmərin altını bərkidə bilərsiniz.

Bundan başqa rəqs edən binalar (Dancing buildings) kimi tanınan binaları görmək istəsəniz, Vltava çayının Old Town olan hissəsində çayın sahili ilə irəliləməlisiniz. Demək olar bütün şərqi Avropa ölkələrində olduğu kimi, Praqada da yəhudi məhəlləsi var. Məhəllədə maraq çəkəcək şeylər, Sinaqoq və qədim qəbirstanlıqdır. Sinaqoq və qəbirstanlıq nə qədər ciddi, kədərli yerlər olsalar da hər ikisinə girişin pullu olması adama bir o qədər gülməli gəlir.kilse

Praqa turumuzun 2-ci günü, Praqadan 1 saatlıq məsafədə yerləşən Kutna Hora qəsəbəsinə getməyi qərarlaşdırdıq. Mərkəzi dəmir yolu vağzalından biletlərimizi alıb, köhnə qatarlara minib yola düşürük. Kutna Horanı məşhur edən orada yerləşən Sedlec Ossuary kilsəsidir. Kilsəyə kənardan baxanda adi normal kilsədir, amma içəri girdiyinizdə hər şey dəyişir. Kilsənin içərisi 40 000 insan sümüyündən dekor edilib. Kilsənin yerləşdiyi Sedlec monastrının həyətinə 13cü əsrdə baş rahiblərdən biri Qüdsdən torpaq gətirərək səpir. O zamandan sonra kilsə müqəddəs ərazi hesab olunur, bütün mərkəzi Avropanın camaatı burada dəfn olunmaq istəyir. 14cü əsrdə vəba xəstəliyindən, 15ci əsrdə isə müharibə nəticəsində bir xeyli adam həlak olur və ölələrin çoxusu burada basdırılır. Məzarlığın ərazisi xeyli böyüdüyündən, ərazini kiçiltmək üçün qəbirlərin bir xeylisi qazılır və sümüklər çıxardılaraq piramida kimi kilsənin içərisinə yığılır. 19cü əsrdə şahzadə Schwarzenberg monastırı alır və saxsı ustası Rinkə buranı dekor etməyi tapşırır. Usta da əlindən gələnin ən yaxşısını edib, belə bir möhtəşəm iş çıxardır ortalığa. Kilsənin içində insan sümüklərindən Schwarzenberglərin gerbi, bakal, çilçıraq və s. düzəldilib.

Kilsəni qeyri-adi hisslərlə tərk edib axşam tərəfi yenidən qayıdırıq Praqaya. Qayıdırıq ki, səhərisi gün yenidən özümüzü ataq tarix qoxan küçələrə və özümüzü verək çex pivəsinə.

Son olaraq Praqada gəzməli yerlər barəsində verəcəyim son məsləhət isə Praqanın bütün küçələridir. Özünüzü hosteldən, evdən atın Praqanın küçələrinə, dar, enli, küçələri, dalanlar gəzin, binaların üzərinə baxın. Hər yerdə yeni bir arxitektura nümunəsi, yeni bir tarix görəcəksiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Yunanıstana Olan Sevgim

Mənim Yunanıstana olan sevgim 1998-ci ildə başladı.Uşaqlıqda anam tez-tez yunan mahnılarını dinləyirdi.O, həmişə deyirdi ki, yunan musiqisi həm rəqs etdirmək, həm xəyal etdirmək, həm də kədər vermək qabiliyyətinə malikdir.Anamın köhnə vinil plastinkaları və kasetlərdən ibarət yunan musiqi kolleksiyası var idi və o, onları səsləndirəndə, bütün ev bu möcüzəvi melodiyalarla dolurdu.Mənim ürəyimdə əbədi olaraq yer tutan bir müğənninin kasetini qardaşım evə gətirəndə 10 yaşım vardı.Müğənninin adı Giannis Ploutarchos idi.Hər dəfə onun səsini eşidəndə, izah etmək çətin olan bir istilik və sevinc hiss edirdim. Onun mahnıları duyğularla və hekayələrlə dolu idi və mən mahnının bir sözünü belə başa düşmədiyim halda,onlar yenədə məni heyran edirdi.Evimizi tez-tez hip-hop və R&B musiqisindən başqa, böyük dinamiklərdən gələn yunan melodiyaları doldururdu.Yunan melodiyalarında bütün ailəni dayandırıb dinləməyə vadar edən bir şey var idi. Yəqin ki, uşaqlıq xatirələri və evdəki xoş atmosfer mənim Yunanıstana olan sevgimi yaratdı. Bu yalnız musiqi deyildi; anamın danışdığı Yunanıstanın tarixi və mədəniyyəti haqqında hekayələr də var idi.Böyüdükcə, Yunanıstanı ziyarət etmək arzum daha da gücləndi.Anamın həmişə təsvir etdiyi dostcanlı atmosferi hiss etmək, dənizin qoxusunu duymaq və dar küçələrdə gəzmək arzusunda idim.Beləliklə, Yunanıstana olan sevgim musiqi, xəyallar və hekayələrlə dolu bir evdə başladı.Bu, həyatım boyunca mənimlə bərabər gedəcək bir sevgi idi. #Thessaloniki Paylaşan: Nigar Balashzadeh

133 dəfə oxunub

Gəzəyən məsləhəti - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası

Son zamanlar ən çox imtina alınan və şikayət edilən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vizasını alınması proseduru və diqqət ediləcək məqamlar.???????????????????????????????????? ???????????????????????????? ????????????????????????????Əvvəlcə qeyd edim ki, Azərbaycanda Birləşmiş Krallığın səfirliyi olsa da viza məsələlərinə baxmır. Viza müraciətlərinə TLS Contact şirkəti vasitəsilə krallığın Türkiyədəki səfirliyində baxılır.Əslində deyildiyi qədər çətin olmasa da müraciət formasını doldurduqda diqqətli olmaq lazımdır.Əsas məsələ “EMPLOYMENT AND INCOME” və “INCOME AND EXPENDITURE” hissələri arasındakı balanslaşdırmanın düzgün aparılmasıdır.Misal üçün sizin əməkhaqqınız 2500 manatdır, evlisiniz, bir uşağınız var və hesabınızda 6000 funt-sterlinq varsa bu pulun mənbəyi şübhəlidir.İkinci, sizin əməkhaqqınız 2500 manatdır, iki uşağınız var və bir həftəlik səyahət üçün (tək səyahət etdiyiniz halda) 4000 manat ayırmısınız. Birbaşa imtina səbəbidir.Üçüncü, sizin əməkhaqqınız 1500 manatdır, ancaq bir gecəsi 80-100 funt-sterlinq qiyməti olan otel bron edirsiniz. Ucuz otel ya da hostel bron etmək daha məqsədəuyğundur.Dördüncü, siz nazirlikdə yaxşı vəzifədə işləyirsiniz, əməkhaqqınız 3000 manatdır, ancaq maliyyə mənbəyi olaraq əmək haqqı kartından son 6 aylıq çıxarışı göstərmək yerinə hansısa bankda hesab açıb, sonra oradan arayış alırsınız.Aşağıda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası üçün vacib sənədlər və müracət formasını doldurmaq qaydası göstərilib.Vacib sənədlər aşağıdakılardır.1. UK vizası üçün online doldurulmuş müraciətin çap versiyası.2. Xarici pasportun əsli və şəkil olan hissəsinin surəti.3. Şəxsiyyət vəsiqəsinin surəti.4. Aviabiletin bronu.5. Köhnə pasportun və vizaların surəti.6. İş yerindən arayış, (əmək haqqı göstərilməklə)7. Əmək haqqı kartından son 6 aylıq çıxarış.11. Qalınacaq yerin bronu .12. Nigah haqqında şəhadətnamənin ingilis dilində tərcüməsi və notarial təsdiqi.13. Uşaqların doğum haqqında şəhadətnaməsinin ingilis dilində tərcüməsi və notarial təsdiqi.14. 127 USD viza rüsumunun ödənilməsini təsdiq edən sənəd (GWF.).Böyük Britaniya vizasına müracət etmək üçün əvvəlcə :1. visa4uk (https://www.gov.uk/apply-to-come-to-the-uk) səhifəsinə girmək lazımdır.Start now-a basın və başlayın. Register an Account yəni yeni hesab yaradın və qeydiyyatdan keçin. Hesabınızın aktiv olması üçün sizə email gələcək.2. Hesabınız aktivləşdikdən sonra create sözünü seçərək vizanızın növünü (turistik, təhsil vəs.) təyin edin. Buradakı suallara cavab verdikdən sonra Go to Application vasitəsilə müraciətə başlayın.3. Səhifənin sol hissəsi siz suallara cavab yazdıqca yaşıl rəngdə olacaq. Cavab vermədiyiniz suallar narıncı rəngdə qalacaq.4. Sonda Confirm Application vasitəsilə müraciətiniz təsdiq edə bilərsiniz.5. Dəyişiklik etmək istəsəniz Return to Application vasitəsilə edə bilərsiniz.6. Əgər hər şeyin düzgün olduğuna əminsinizsə Submit Application ilə müraciətinizi göndərə bilərsiniz.7. Sign Declaration vasitəsilə müraciəti oxuduğunuzu təsdiqləyin və imza yerinə ad, soyadınızı yazın.8. Görüş təyin etmək üçün Book Appoitment-i seçin, Appotment Location (görüş yeri) və Visa Appointment Type (görüş növü) seçin. Daha sonra next düyməsini seçin.9. Condition of Payment. Burada viza rüsumunu ödəyirsiniz. Ödənişdən sonra sizə ödəniş və görüş haqqında təsdiq emaili gəlir.10. Müraciətinizi başa vurduqdan sonra TLS (Teleperformance) səhifəsində hesab yaratmalısınız. Bu hesab vasitəsilə müraciətinizi online izləyə bilərsiniz.Bunun üçün əvvəlcə Country of Residence (vətəndaşı olduğunuz ölkə) seçin, Submit düyməsi ilə göndərin və Create an account-hesabınızı yaradın.Müraciət formasını doldurarkən standart suallardan başqa qarşınıza bir çox qəribə suallar çıxacaq.1. PERSONAL DETAILS. Hansı ünvanda yaşayırsınız və neçə vaxtdır ki, bu ünvandasınız?2. TRAVEL AND CRIMINAL HISTORY. Son 10 il ərzində hansısa ölkədən viza müraciəti ilə bağlı rədd cavabı almısınızmı ?1. Son 10 il ərzində hansısa ölkədən deportasiya olunmusunuzmu ?2. Son 10 ildə getdiyiniz ölkələr, məqsədiniz və giriş tarixi.3. B.Britaniyada və ya başqa yerdə kriminal cinayətlə bağlı tutulmusunuzmu?4. B.Britaniyada və ya başqa yerdə davam edən məhkəməniz varmı?5. B.Britaniyada və ya başqa yerdə terrorist qruplaşmalara cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?6. B.Britaniyada və ya başqa yerdə insan haqlarının pozulması və ya soyqırım kimi işlərə cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?3. FAMILY DETAILS.1. Əriniz/arvadınız sizinlə səyahət edəcəkmi ?2. Uşaqlarınız sizinlə səyahət edəcəkmi ?4. INCOME AND EXPENDITURE.1. Aylıq yaşam xərciniz nə qədərdir ?2. Ailəniz üçün ayırdığınız aylıq xərciniz nə qədərdir ?3. Səyahətiniz üçün vacib olan maliyyənin məbləği (mütləq funt-sterlinqlə göstərilməlidir).4. Səyahətiniz üçün ayırdığınız məbləğ.5. Nəqliyyat xərcləriniz.6. Qalacağınız yerlərin xərci.7. Səyahətiniz zamanı yemək və s. (living expences) xərcləri.8. Bütün vergilər çıxıldıqdan sonrakı aylıq qazancınız.5. VISA CONFIRMATION QUESTIONS.1. B.Britaniyada işləmək istəyərdinizmi ?2. B.Britaniyada təhsil almaq istəyərdinizmi ?Sonda onu da deyim ki, özüm alanda üç yerdə kritik səhvlər etsəm də viza aldım. Hamınıza uğurlar!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elshan Ismayilov

4726 dəfə oxunub

Tiflisə / Kutaisiyə necə gedək?

“Tiflisə / Kutaisiyə necə gedək?” sualına cavab vermək üçün dedim bir gəşəng detallı bloq tipli status yazım Sizlər üçün: 1) Bakı – Qırmızı Körpü + Qırmızı Körpü – TiflisBakı – Qırmızı KörpüBu yolu taksi, minivan (8 nəfərlik nəqliyyat) və ya avtobus ilə gedə bilərsiniz. Hər 3 nəqliyyat növü Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür.Taksi: 20-25 AZN (adam başı)Minivan: 15 AZN (adam başı)Avtobus: 12 AZN (adam başı)Taksi və minivanların xüsusi cədvəli yoxdur, maşınlar dolan kimi yola düşürlər. Yolda olma müddəti: 6-8 saat arasında dəyişir.Avtobuslar isə 08:15dən 17:30dək hər gün 30-60 dəqiqəndən bir yola düşürlər. Biletləri online şəkildə almaq mümkündür. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.phpsaytına daxil ola bilərsiniz. Yolda olma müddəti: 7-9 saatQırmızı Körpüdən sərhədi özünüz keçirsinizsə, bu proses üçün (sərhəddə olan avtobusların, maşınların və sərnişinlərin sayından asılı olaraq) minimum 1 saat, maksimum 3-4 saat ayırmağınız məsləhətdir.Qırmızı Körpü – TiflisBu yolu taksi və minivanlarla getmək olar. Taksi ilə gediş 30-45 GEL arası təşkil edəcək (Tiflisin hansı nöqtəsinə getməyinizdən asılı olaraq). Məs, mən Tiflisin Azadlıq Meydanına gedirdim (22:00da) və bu gediş üçün 30 GEL pul vermişdim. İstədiyiniz zaman sərhəddə taksi tapmaq mümkündür, demək olar ki.Minivanlar, əsasən gündüz saatlarında olur və gediş haqqı adam başına 5-6 GEL təşkil edir. İstiqamət: Tiflis, Mərkəzi Dəmir Yol Stansiyası.2) Bakı – Tiflis (birbaşa)Bu yolu siz həmçinin birbaşa avtobus, birbaşa qatar və ya birbaşa təyyarə ilə gedə bilərsiniz.Avtobuslar hər gün (gündə 4 dəfə olmaqla, 21:00dan 00:30-dək) avtovağzaldan yola düşürlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.php saytına daxil ola bilərsiniz.Bakı – Tiflis istiqaməti üzrə yalnız bir qatar hərəkət edir, 20:40da Bakı Mərkəzi Dəmiryol Vağzalından yola düşür və növbəti gün 08:55-də (Tbilisi vaxtı ilə) son məntəqəyə çatır. Qiyməti: 35 AZN (kupe). Qatarın hərəkət cədvəli, biletin qiyməti (plaskard, kupe və SV) və online bilet alışı üçün https://ady.az/az saytına daxil ola bilərsiniz.Bakı – Tiflis istiqaməti üzrə uçuşları Azərbaycan Hava Yolları (AZAL) və ilk və yeganə milli loukost Buta Airways aviaşirkətləri həyata keçirirlər. Uçuş cədvəli, biletin qiyməti və online bilet alışı üçün aviaşirkətlərin saytlarına daxil ola bilərsiniz:Azərbaycan Hava Yolları (AZAL): https://www.azal.az/Buta Airways: https://www.butaairways.az/az/3) Tiflis – Kutaisi hava limanıBu yolu siz taksi ilə və ya avtobus (xüsusi ayrılmış express bus-lar) ilə gedə bilərsiniz. Taksi ilə onu deyim ki, baha başa gələcək. Xüsusi express avtobuslara isə cəmi 20 GEL-ə bilet əldə etmək olar. Avtobuslar Tiflisin Azadlıq Meydanından yola düşürlər. Bileti online almaq mümkündür. Avtobuslar Kutaisi hava limanından Wizzair aviaşirkətin uçuşlarına uyğun olaraq xüsusi cədvələ əsasən hərəkət edirlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün https://georgianbus.com/new/?lng=eng saytına daxil ola bilərsiniz.Ümid edirəm, bütün suallarınıza bu postda cavab tapacaqsınız ????Suallarınızı kommentlərə yaza bilərsiniz. Bildiyim suallara cavab verməyə çalışacam.Faydalı olmaq diləyi ilə! ????✌️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

1692 dəfə oxunub

Budapeşt-Vyana-Praqa turu

Hörmətli qrup üzvləri!Sizlərə tur şirkətlərin çoxunun təklif və təşkil etdiyi 6 gecəlik Budapeşt-Vyana-Praqa turu haqqında qısa məlumat vermək istəyirəm, ümid edirəm, maraqlananlar üçün faydalı olacaq.1. İlk öncə şenqen viza üçün Dəmirçi Plazada yerləşən Çexiya viza mərkəzinə müraciəti etdik. Müraciət edərkən, aşağıdakı sənədlərin olması lazımdır.Passpot ( ən azı 2 boş səhifəsi olmalıdır, son istifadə vaxtına ən azı 4 ay vaxt qalmalıdır.Şəxsiyyət vəsiqəsiEvlisinizsə, nigah şəhadətnamənizin notarial qaydada ingilis dilində tərcüməsi.Visa müraciət blankıBiometrik şəkilİş yerindən arayışBank hesabınızdan son 6 ayın çıxarışı və bankdan səfirliyə arayışVisa və ya master cardınızın sürətiBilet bronuHər 3 şəhər üçün hotel voucheriTibbi sığorta.Viza rüsumu 70 azn, xidmət haqqı isə 55 azn civarındadır.Budapeşt-Vyana-Praga.Bakıda köhnə hava limanından Wizzairlə ilk Budapeştə gedirsiniz, biletə özünüzlə 10 kg əl bagajı daxildir, əlavə 20 kg yük bagajı ehtiyacınız varsa, 40-50 avro arası online ala bilərsiniz, təyyarədə yemək və su vermirlər, pulla almaq olar. Uçuş hal-hazırda Bakıdan səhər saat 6 radələrindədir, səhər 8-9 arası Budapeştdə olursunuz.BudapeştBudapeşt hava limanından şəhər mərkəzinə getməyin ən yaxşı yolu E100 nömrəli avtobusdur, 900 forentə ( təxminən 2.9 avro) düz şəhərin mərkəzinə getmək olur, oradan da qaldığınız yerə ictimai nəqliyyatla gedə bilərsiniz, şəhərin ictimai nəqliyyatı çox rahatdır, 10 gedişli bilet 10 avro civarındadır, bu biletlə şəhər daxili metro, avtobus, tramvay və trolleybusdan istifadə edə bilərsiniz. Gedəcəyiniz yerə nə ilə getməyinizi öyrənmək üçün, Google Maps çox köməkçidir, gedəcəyiniz adresi qeyd etməklə həm piyada, həm də nəqliyyat vasitələriylə gediş yollarını sizə göstərir. Budapeşt şəhərində cəmi 1 gün qaldığım üçün şəhər haqqında çox məlumat verə bilmirəm, ümumi olaraq bunları deyim, ölkənin pul vahidi forentdir, hal-hazırda 100 avro 32000 forentə bərabərdir, yaxşı olar ki, pulunuzu forentə çevirəsiniz və ya kartla ödəniş edəsiniz, avroyla ödəniş etsəniz, kursda uduza bilərsiniz. Şəhəri Dunay çayı 2 hissəyə bölür, Buda və Peşt. Mütləq Parlament binasına, Bazilika qalası ətrafı və Buda Qalasına gedin. Şəhərin mərkəzində bir çox restoranda kondisioner yoxdur, qiymətlər ortalama normaldır, şəhər çox təmiz olmasa da, qəşəngdir, getməyə dəyər, peşman olmazsınız.P.S. Marketdən su alarkən diqqətli olun, çəhrayı rəngli qazsız, göy rəngli qazlıdır ????VyanaBudapeştdən Vyanaya Regiojet şirkətinin avtobusuyla getdim, avtobus çox rahatdır, içində wi-fi mövcuddur, bundan əlavə qarşında monitor, qulaqcıq, telefonu şarj etmək üçün usb yeri, çay və ya kofe, tualet də var, bilet təxminən 20 avroyadır, yol 2 saat 50 dəq.Vyana şəhəri çox gözəl təsir bağışlayır, çox təmiz və tarixi şəhərdir. Şəhərin mərkəzində, sightseeing bus turuna qoşulsanız peşman olmazsınız, 24 saatlıq bilet 25 avroyadır, avtobus turunda qulaqcıqla rus, ingilis və ya türk dillərində gedəcəyiniz yerlərin adı və tarixiylə tanış ola bilərsiniz. Tur səhər saat 9dan axşam saat 20.00a kimi işləyir, tur vasitəsiylə Belvedere sarayı, Opera Binası, Parlament, Mozart və Bethovenin ev muzeyləri, İncəsənət muzeyi və bir çox digər tarixi yerlərdə düşüb, orayla tanış ola, şəkillər çəkə bilərsiniz. Hər 10-15 dəqiqədən bir olduğunuz yerdən avtobuslar gəlib sizi digər yerə apara bilir.Vyanada ictimai nəqliyyat da çox rahatdır, tək gedişli bilet 2.8 avroyadır, ancaq gün ərzində çox yerə gedəcəksinizsə, 24 saatlıq 8 avroya olan bileti almağınız məsləhətdir, bu biletlə 24 saat ərzində, şəhərdaxili avtobus, metro və tramvaydan istifadə edə bilərsiniz.Şəhər ümumilikdə bahalıdır, ancaq uyğun qiymətlərə də çox şey tapmaq olar.Naschmakt adlı bazar çox maraqlıdır, həm də orada yerləşən restoranlarda istədiyiniz yeməyi tapa bilərsiniz, qiymətlər ucuz olmasa da, baha da deyil.Vyanada Belvedere sarayına yaxın Enzianna hoteli məsləhət görərdim, həm yerləşdiyi ərazi yaxşıdır, otağı genişdir, səhər yəməyi yaxşıdır, düz qabağında tramvay xətti var, mərkəzə piyada da getmək olar, qiyməti də Vyanaya görə uyğundur. Tarix, mədəniyyət və incəsənətlə maraqlananlar, muzey gəzintisi sevənlər üçün ideal şəhərdir Vyana.PragaVyanadan Pragaha Regiojet avtobusuyla gediş, yol 4 saat 30 dəqiqə.Pragaya-Vyanayla Budapeştin qarışığı demək olar bəlkə də, şəhər çox tarixi, eyni zamanda da çirklidir. Ölkənin pul vahidi kroundur, 1 avro 25 çex kroununa bərabərdir. Şəhərdə gəzməli-görməli, mərkəz yer çoxdur. İctimai nəqliyyat burda da rahatdır, 24 saatlıq bilet 4.5 avro civarındadır. Ümumi qiymətlər vyanayla müqayisədə uyğundur, Budapeştlə bir-birinə yaxındır.Köhnə Qala, Karl Körpüsü, Starometska, Namesti Republik , Rəqs edən bina və bir çox digər yerləri görmək məsləhətdir.Restoranlar çoxdur, hər qiymətə, hər mətbəxə uyğun tapmaq olar, donuz əti yeməyənlər diqqətli olsunlar, toyuqlu sezar salatından belə donuz əti dilimləri çıxa bilər, pivə həvəskarları üçün əla şəhərdir, həm pivələri dadlıdır, həm də su qiymətinədir.Yoldakı taksilər çox bahacıldır, yoldakı taksiçinin 15 avroya deyinə-deyinə apardığı yola, Taxifydan sifariş etdiyin taxi 4 avroya aparır, çox rahatdır taxify xidməti burada.Pragada da Budapeşt kimi kondisioner problemdir, çox yerdə olmaya bilər, hotel rezerv edərkən, dəqiqləşdirin.Ümid edirəm ki, faydalı oldu.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Refiq Alili

3667 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!