2252 dəfə oxunub

Aşağı büdcəli səyahət bələdçisi - I hissə

Salam, dostlar!

Sizə təcrübələrimdən, səyahət zamanı etdiyim səhvlərdən və düzlərdən yola çıxaraq, Avropa, Amerika və Cənubi Amerikada başa gələ biləcək mümkün olan ən ucuz büdcə səyahəti barədə yazacam. Çox geniş olduğu üçün bir neçə hissəyə böləcəm. Bu postlar əsasən ilk dəfə səyahətə çıxanlar üçün məlumat kitabçası kimi olacaq ????

Birinci yazımda çox texniki tərəfləri yazdım ki, digər postlarda bu adları istifadə edəndə məlumatlı olasınız və sizə rahat olsun. Post uzundur, amma bunu oxumağa təmbəllik etsəniz, neçə min km yolu necə gedəcəksiniz?!

✅ Bilet almaq üçün istifadə edəcəyiniz sərfəli saytlar:

???? Skyscanner.com, Kayak.comdan bütün dünya üzrə ucuz və sərfəli biletləri tapa, ala bilərsiniz. Bunlar mənim istifadə etdiklərimdir, eyni zamanda edreams.com, kiwi.com, momondo.com və s. saytlarına daxil olmaqla da biletlərin qiymətlərini müqayisə edə bilərsiniz.
Nə qədər (neçə ay qabaq) tez biletləri alsanız, bu sizə bir o qədər ucuza başa gələcək. Skyscanner həmçinin sizə hansı aylarda, hansı ölkələrə ucuz biletlər olduğunu da təklif edir. Bilet alarkən ölkələrlə bağlı diqqət etməli olduğunuz məqamlar da var ki, onları da gələcək postlarda qeyd edəcəm. Tutaq ki, istirahət və dəniz üçün Taylanda getmək istəyirsiniz, qiymətlər ucuz göstərir amma sezon deyil, həmin vaxt artıq musson yağışları gəlir.

✅ Avropada istifadə edəcəyiniz ucuz nəqliyyat:

???? Avtobus: Flixbus, Megabus
Flixbus dünyanın bir çox ölkələrində, eləcə də Avropa daxilində ən rahat avtobus şirkətlərindən biridir. Xüsusi bayramlarda bəzən endirimləri olur, bəzən isə qiymətlər çox pik həddə qalxır. Voucherlər vasitəsilə endirimlər əldə etmək mümkündür. Biletlərin vaxtını dəyişə və ləğv də edə bilərsiniz. Flixbus mənə o qədər rahat gəlir ki, 2 saatlıq belə yolu getməkdən zəhləsi gedən mən 15-20 saatı çox rahat getmişəm. Xüsusilə gecə səyahətini seçsəniz, yolun necə keçdiyindən xəbəriniz olmayacaq, əlavə vaxt itirməyəcəksiniz, və avtobus boş olduğu üçün rahat uzanıb arxa oturacaqlarda yatmaq imkanınız olacaq.
Amma çalışın avtobuslarda heç nəyinizi itirməyin və ya yaddan çıxarmayın, baxmayın ki, Avropadır, geri ala bilməyəcəksiniz, daha doğrusu araşdırmayacaqlar və əşyanızı tapıb sizə geri də verməyəcəklər.

Megabus da çox rahat və güvənilir avtobus şirkətlərindən biridir.

???? Aşağıbüdcəli aviaşirkətləri: Ryanair, Wizzair
Wizzair və Ryanair Avropa daxilində aşağıbüdcəli hava yolu şirkətləridir. Budapeştdən Norveçə belə 4-5 euroya biletlər tapa bilərsiniz. Biletlər həmişə çox ucuz və sərfəli olur. Amma bəzən bu uçuşları həyata keçirən hava şirkətləri çox kənar aeroprtlarda yerləşirlər deyə, ora getmək və getdiyiniz ölkənin aeroportundan mərkəzinə getmək ondan neçə qat bahasına başa gəlir. Tutaq ki, 5 euroya Osloya uçursunuz, amma aeroportdan şəhərin mərkəzinə getmək isə 20 eurodur.

???? Maşın:
Blablacar.com (shared driving)- elə bir platformadır ki, sadə dillə desək, bir nəfər öz maşını ilə digər ölkəyə və şəhərə gedir, və gedəcəyi saatı, günü, çıxacağı yeri saytda elan edir. Müsbət tərəfi odur ki, tez çatırsan, bəzən avtobusdan qat-qat ucuz, bəzən isə baha ola bilir. Amma təhlükəli tərəfi də odur ki, sürücü hər cür tip adam ola bilər. Ona görə saytda həmin sürücü haqqında qiymətləndirməni görmək və digərlərinin yazdığı rəyləri oxumaq çox vacibdir. Son anda getməkdən imtina edib də sizi yarıyolda qoymaq kimi hadisələr də baş verə bilər. Mən iki dəfə istifadə etmişəm. Eyni zamanda sizi də qəbul etməmişdən qabaq, sürücü sizin haqqınızda digər sürücülərin verdiyi rəyləri də oxuyur ki, əmin olsun ki, siz də təhlükəsiz tipsiniz, yaxşı adamsınız.

???? Avtostop barədə isə yəqin ki, hamınız məlumatlısınız. Təhlükəsizliyə görə heç vaxt istifadə etməmişəm.

???? Rent a car- 3-4 nəfərdən çoxsunuzsa, qiymətləri, məsafəni, benzinin qiymətini də hesablayıb maşın rent edə bilərsiniz.

✅ Harda qalmalı?:

???? Xaricə gedəndə dstlarımın evi mənim üçün ən yaxşı və sərfəli qalınacaq yerlərdir, qalmağa həmişə yerim olur deyə, burdan səyahət xərclərindən kəsirəm. Çalışın dost çevrənizi həmişə geniş tutun, indi ölkədə dostlaşdığınız adamların çoxunu iki ildən sonra burda görməyəcəksiniz????
Və eyni zamanda dost tərəfdən bəxtiniz gətirməyibsə, yaxşı adamısınızsa, Azərbaycanda səyahətçilərin olduğu ən böyük səyahət qrupu “Gəzəyənlər” qrupunda da bəlkə xaricdə yaşayan soydaşlarımızdan kimsə sizi dolma qarşılığında qonaq edər və ya bəlkə minimal məbləğ qarşılığında da sizi qonaqlaya bilərlər.
Azərbaycanlılar yaxşı və qonaqpərvər adamlardır, əgər bəxtiniz gətirsə????

???? Hostel, qonaq evləri, 3 ulduzlu hotellər- booking.com (əsas istifadə etdiyim), hostelworld və. s. Bəzi şəhərlərdə və ölkələrdə 2-3 ulduzlu hotellər də çox ucuz başa gəlir.
???? Airbnb.com. - mənzil, boş və ya bölüşmə otaq
Airbnb evlərin qiyməti bəzən hosteldən bir az daha çox, hoteldən isə ucuz olur. Üstəlik 4-5 nəfər olacaqsınızsa, xüsusilə sərf edir.
Airbnb və hostel seçərkən çox diqqət etməli olduğunuz məqamlar var. Qiymətləndirməyə mütləq və mütləq nəzər yetirin və insanların həmin məkanlar barəsində yazdığı rəyləri oxuyun. Təhlükəsizlik, təmizlik, qiymətin uyğunluğu, işçi heyyətinin köməkcil olması, qatar-avtobus dayanacaqlarına yaxınlığı, həmin ərazinin təhlükəsizliyi barədə müştərilərin rəylərinə əsasən qiymətləndirmə olur. Məsələn, mən Barcelonada hostelimə getməmişdən qabaq bilirdim ki, hamamda isti su kranı yaxşı işləmir, qalan hər şey isə normaldır. Şəhər kənarında olan hostellər və evlər daha ucuz olur, amma bu sərfəli deyil, getmək-gəlmək, bəzən qatar və avtobuslar çox gec işləmir. Mən həm bu səbəblərdən dolayı, həm də təhlükəsizlik üçün mərkəzə yaxın seçirəm hər zaman.
Və həmişə əvvəlcədən əlavə bir seçiminiz olsun ki, getidyiniz məkanda nəyisə bəyənməsəniz, hansısa problem çıxsa, getməyə başqa bir yeriniz olsun, panik olmayasınız.

???? Couchsurfing (ödənişsiz)- bu gedəcəyiniz ölkədən olan insanların yeni tanışlıqlar qurmaq, mədəniyyətlər tanımaq üçün evlərini pulsuz olaraq, digər insanlara açmasıdır. Sizi qəbul edərkən əsas şərtlərdən biri, sizin də öz ölkənizdə öz evinizi digər turistlərə açmağınız və haqqınızda insanların yazdığı müsbət qiymətləndirmədir. Əgər belə səxavətlilik etməmisinizsə, sizi qəbul etməkləri şans məsələsidir. Mən təhlükəsizliyə görə heç vaxt couchsurfingdən istifadə etməmişəm, amma siz etmək istəsəniz, şans nəticəsində sizi qəbul etsə, çox diqqətli olun, evində qalacağınız adam barədə digərlərinin rəylərini oxuyun. Son anda imtina da edər deyə, mən buna çox risk etmirəm.

✅ Amerikada nəqliyyat:

???? Ucuz hava yolu şirkətləri: Spirit, Jet blue və s. Sayları çox olsa da, mən bu ikisindən istifadə etmişəm. Spiritin oturacaqları çox narahatdır, açılmır, uzun yol zamanı adamın beli ağrıya bilər, amma qiymət digərləri ilə müqayisədə ucuzdur. Jet blue ilə qiymətləri təxminən eyni olur, amma Jet Bluenin oturacaqları daha rahatdır, yumşaqdır. 8 kqlıq bel çantasına və ya əl baqajına icazə var. Amma mən bəlkə 20 kq şey keçirmişəm. Skyscanner. comda qiymətləri müqayisə edə bilərsiniz. İncognitodan istifadə etməyi unutmayın.

???? Avtobus: Greyhound, Megabus, Peter Pan və s.
Busbud, wanderu, gotobuse.com saytlarına da daxil olmaqla, ən ucuz, müqayisəli avobus və qatar qiymətlərini görə bilərsiniz. Amma təəssüf ki, avtobus şirkətləri Avropadakı qədər mükəmməl deyil, və avtobuslar uzun yol üçün narahatdılar.

???? Yenə də Rent a car

Həm Amerika daxilində, həm də Avropada qatarları bu siyahılara daxil etməməyimin səbəbi çox rahat və surətli olsalar da, həddindən artıq baha olmalarıdır. Amma yenə də yoxlayın, bəzən ucuz biletlərə rast gəlmək olur. Almaniyada qruplar üçün endirimli həftəsonu paketləri olurdu ki, bu çox sərfəli idi.

✅ Gəziləcək yerlərin siyahısı:

???? Google’da “must see places in filan ölkədə” yazsanız, gedəcəyiniz ölkədə gəzməli olduğunuz bütün məşhur yerlərin siyahısı çıxacaq.

???? Tripadvisordan da istifadə edə bilərsiniz.

Çox əla olardı ki, gedəcəyiniz yerləri əvvəlcədən müəyyənləşdirəsiniz, bir-birinə yaxın və uzaq yerlərin siyahısını çıxarasanız, dayanacaq, avtobus, qatar nömrələrini qarşısına yazasınız ki, vaxtınız səhv yerə getməsin. Və əvvəlcədən mütləq offline maplar yükləyin. Mən bunu heç vaxt etmirəm, amma səhvdir etməmək.

✅ Harda yeməli?

???? Tripadvisordan və Yelpdən məşhur, dadlı yeməkləri olan və eləcə də ucuz kafe və restoranları tapa bilərsiniz. Səyahət zamanı ən önəmli şeylərdən biri də getdiyiniz ölkənin mətbəxini yoxlamaqdır. Məşhur yeməklərini, içkilərini, şirniyyatlarını və s. Bir dəfə yaxşı restoranda yeməkdən özünüzü məhrum etməyin. Amma gündə 3 dəfə restoranda yesəniz, bu sizin səyahət büdcənizi aşacaq.

???? Local kafelərdə də ucuz qiymətlərə rast gələ bilərsiniz.

???? Hostellərin mətbəxləri açıq olur, mağazadan ərzaqları alıb orada özünüz hazır edə bilərsiniz.

Digər postda isə səyahəti necə planlamalı olduğunuz barədə yazacam. Telefonunuzda Avropanın, Amerikanın xəritələrini hazır saxlayın:)


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Narmin Kamilsoy


DİGƏR BLOQLAR

Avropanın möhtəşəm üçlüsünə gəzəyən turu

Salam, əziz səyahətçilər. 6 günlük Praqa-Vyana-Karlovı Varı səyahətindən sonra bəzi əsas məqamları yazmaq qərarına gəldim. Son günki axşam yeməyinə və bizi Praqanın "дальний" küçələri ilə tanış etdiyinə görə Farid Amiraliyevə xüsusi təşəkkürlər.Karlovı Varı : Əgər Praqaya getmisiz və heç olmasa yarım gün belə vaxtınız varsa, mütləq Karlovı Varını görməyə gedin. Bunu sizə təkidlə tövsiyyə edirəm. Biz Florensiyadan (bus station) 6 euroya tələbə avtobusu ilə 2 saata ora çatdıq.Mütləq gediləsi yerlər1.Dianaya qalxın- şəhər ovucunuzun içində görünəcək (giriş qiyməti 90 KR) və  ağciyərlərinizi Karlovı Varının təmiz havası ilə sevindirin...2.Mary Magdalena kilsəsini ziyarət edin. Kilsədə canlı musiqi olmasa da orqan musiqi alətində ifa olur və bu kilsəyə xüsusi gözəllik verir.3.Mütləq Paul & Peter kilsəsini də ziyarət edin. Ümumiyyətlə, insan özünü Karlovı Varıdə nağıldakı kimi hiss edir. Bir-birindən gözəl arxitekturalı villalar və s..4. Wax house da maraqlıdır. (giriş addambaşı 6 euro) Ən bəyəndiklərimiz Kennedi və Rasputin oldu, onları çox canlı yaratmışdılar. Təəssüf ki, şəkil çəkməyə icazə yoxdur.Praqa haqqında bir-iki sözQeyd edim ki, səyahət boyu nəqliyyatdan qaydalara uyğun şəkildə istifadə etdik. (pulsuz girişlər etmədik) Praqada 24 saatliq metro biletinə 110 KR verib, qatar və metrodan bolluca istifadə etdik.Praqanın məşhur "Goulash" deyilən yerli xörəyinin dadına baxdıq və deyim ki, mən heç bəyənmədim. Məşhur Praqa qalasına piyada qalxıb-endik, yaxınlıqdakı Strahov monastrından şəhərə gözəl mənzərə açılır, mütləq gedərkən oraya qalxın. Çarls körpüsünə sevgimi sadəcə belə ifadə edə bilərəm❤Mənim üçün Praqadakı rəqs evini ziyarət isə sadəcə vaxt itkisi idi.Gözəl VyanaPraqadan Vyanaya yenə tələbə avtobusu ilə getdik və xidməti çox bəyəndik. Wifi və isti içkilər pulsuz idi. Vyanada nəqliyyatdan 24 saatlıq istifadə üçün biletə 7.60 euro ödədik;Gəzintiyə Stefan kilsəsi ilə başladıq və ona vurulduq. Kilsədə şam yandırmaq istəsəniz 0.70 euro xərcləməli olacaqsınız. Biz oraya gecə də getdik, hava qaralanda kilsə daha mistik olur. Xüsusi qoxusu, səsi bir də  süni yaradılmış duman insanı heyran edir;Daha sonra Albetina galeriyasında olduq. Giriş qiyməti 13 euro idi.Məşhur rəssam Pikassonun əsərləri olan otağı ziyarət etməyə dəyər;Hofburg kitabxanasına giriş 7 eurodur.Tək bir sözlə ifadə edə bilərəm, MÖHTƏŞƏM!!!Central cafe & Aida cafe-nin birində mütləq Ştrutel və Saçertortenin dadına baxın. 2-ci qeyd etdiyim şirniyyatın dadı adi olsa da Ştrutelin dadı mmmmm;Şokolad üçün Xocolat magazasını ziyarət etdik. Bir sözlə, barmaqlarınızı yalayacaqsız, qiymətlər baha olsa da buna dəyər;Hotdog üçün küçə kafesindən yararlandıq, qiyməti 5.50 euro idi. Dadına baxmaq istəsəniz pendirli olanını seçin, çox dadlı və doyumludur;Velosiped götürmək istəsəniz şəhər velosipedindən icarəyə götürə bilərsiniz.Birinci saat pulsuz olsa da 2-ci saat bir eurodur. Yəni bizim şəhərdəki velosipedlərdən daha ucuz :-) Hətta Vyanalı xanım bizə pulsuz sürə biləcəyimizi dedi. Yəni bir saatdan bir velosipedi istənilən stansiyada dəyişib yenisini götürməklə. Düşünürəm ki, xanımın çoxlu azərbaycanlı dostları var:-) Dunay çayının sahilində mütləq gəzin, maraqlı graffitlərin şahidi olacaqsız;Vyanadakı Downtown Franz otelini tövsiyyə edirəm. Bu otel barədə məlumatı Orel və reşka verilişindən götürmüşdüm. Otelin bir gecəsi 21 AZN idi. Təmizlik və otağın təravətinə söz ola bilməz. Elə oteldə 6.9 euroya səhər yeməyi yeyə bilərsiz. Mən çox bəyəndim. Oteldən Dunay çayına 5 dəq-lik piyada yoldur;Ilk dəfədir bu qədər uzun yazı yazdım, ümid edirəm cansıxıcı yox, yararlı oldu.P.S. Hər iki ölkəni səyahət etməzdən əvvəl Orel və Reşkanın 4 buraxılışını (travel & shopping) və digər bloggerləri izləmişdik. Deyirdilər Avropa acından ölür :-) gedib gördük ki, həqiqətən "ajından ölürlər".Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Xurremi Xurremi

2073 dəfə oxunub

UCUZ-UCUZ SƏYAHƏT EDƏK?

1. TURŞİRKƏTDƏN VAZ KEÇİN, ÖZÜNÜZ SƏYAHƏT EDİN Turşirkətlərin xidmətlərindən imtina edib, özünüz səyahət etsəz, bir xeylaq pula qənaət etmənizdən əlavə, həm də daha maraqlı səfər yaşaya bilərsiz.  Düzdür, bu halda səyahətdə hər hansı problemlə qarşılaşsaz, onu da özünüz həll etməli olacaqsız, amma turşirkət də bir çox hallarda yaranmış problemli situasiyadan aradan çıxmağa cəhd göstərir və ya problemin həll olunmasında gücsüz olur. Məsələn, turşirkətlə getdiyim son səyahətdə əlimdə Keniyaya giriş üçün onlayn vizam olduğu halda, sərhəddə Azərbaycan vətəndaşları üçün onlaynla alınmış deyil, yalnız səfirlikdən alınmış vizanın gərəkli olduğunu deyib deport etdilər. Üzdülüyümə salıb 2 saatlıq yol gedərək o biri səmtdəki girişdə də cəhd göstərdim. Orda 1-cidən də betər deport etdilər. Turşirkətin nümayəndəsi də, sərhəddə bir az dil tökdü oranın əməkdaşlarıyla, sonda da dedi ki: «Biz tay gedək». Dəstəni də yığdı getdi. Mənciyəz də qaldım yalqız. Və ya Yaponiya səfərində dostum qeybə çəkilmişdi, zənglərə cavab vermirdi, artıq yola düşmək zamanı idi, turşirkətin rəhbəri yenə çiyinlərini çəkdi. Yaxşı ki, sonda, nəhayət, tapıldı (hansısa oteldə yıxılıb yatmışdı).  Tanzaniyaya da turşirkətin xətti ilə getmişdim. O ki, bir çox səhifələrdə yazırlar e – Tanzaniyada vətəndaşlarımıza vizanı sərhəddə verilirlər, cibimizə də 5-10 dollar basırlar təşəkkür əvəzi ki «Çox sağ olun ki, bizim ölkəyə gəldiz» – o da boş söhbətdi. Tanzaniya gömrükçüləri sərhəddə o qədər halıma acıdılar ki, ürəyim ağrıdı lap onlara. Amma yenə deport elədilər ki, «vətəndaşlarınız dəvət ya vizayla gəlməlidirlər». Yəni sözüm ondadır ki, turşirkətlə də gedəsi olsaz, çox vaxt yaranmış problemlə elə özünüz baş-başa qalacaqsız. Özünüzün etdiyiniz səyahətdə xəyallarınızın marşrutunu da özünüz cızırsız, uçuş üçün də pul kisənizə uyğun bilet, otel seçirsiz və s. Tələsdirən yox, vaxtı güdən də yox. Ən önəmlisi də, səyahətə xərclədiyiniz pul qat-qat ucuz başa gəlir. © Ukrayna 2. PLANLAŞDIRIN Səyahətinizi nə qədər qabaqcadan planlaşdırsaz – maliyyə baxımından bir o qədər çox qabaq düşəcəksiz. Təyyarə uçuşları, dəmiryolu qatarına bilet, otel rezervasiyası, müxtəlif tədbirlərə bilet, konsert, festivallar… Məndə bu hazırlıq 5-6 ay öncə start verir.  Avropada qatar biletlərinə satış bir neçə ay öncə başlanır. Satışın ilk günlərində də standart qiymətlərdən 2-3 dəfə daha ucuz bilet almaq olur. Həm də növbələrdə dayanmaqdan qurtula bilərsiz. 3. YOL XƏRCLƏRİNƏ QƏNAƏT EDİN Yollarda xərclədiyiniz pullar səyahətin ən çox pul aparan hissəsidir. YANDROUKI.BY saytında təyyarə, dəmiryolu, avtobus biletlərinə, avtomobil icarəsi və qalmaq üçün yerlə bağlı olan çoxsaylı endirimlər olur. Sayt özlüyündə heç bir turist xidməti təşkil etmir, yalnız endirimlər barədə məlumat verərək, xidməti təqdim edən şirkətlərin saytlarına birbaşa keçidləri verir. 4. UCUZ BİLET AXTARIŞI İLƏ GOOGLE-Nİ DARMADAĞIN EDİN Əslində, bunun üçün çox vaxt 1-2 səhifə də bəs edir. Məsələn, gül kimi KIWI. O ki, sual verirsiz e «Filan yerdən filan yerədək ucuz bileti necə ala bilərəm?» – cavabı elə bu səhifədədir. Ən mümkün istiqamətlərdə ən ucuz aviabiletləri sizin üçün hazır edəcək. © Serengeti, Tanzaniya 5. AEROPORTDAN OTELİNİZƏDƏK MƏSAFƏDƏ QƏNAƏT EDİN Demək olar ki, bütün aeroportlardan mərkəz hissəyə taksi ilə deyil, avtobusla da getmək olar. İnternetdə əvvəlcədən axtarıb tapın görün hansı şirkətlərin avtobusları bu və ya digər aeroportdan mərkəzə hərəkət edir. Yox, dirəşib taksi ilə getmək istəsəz, taksini aeroportda axtarmayın, çünki oradakılar sizi, adətən, daha baha qiymətə aparmaq həsrətində olacaqlar.  Aeroportdan otelinizə beynəlxalq transfer şirkətlərinin təqdim etdiyi xidmətlərdən yararlanaraq da çata bilərsiz. Məsələn, KIWITAXI, HolidayTaxi. Aeroportda həmin şirkətlərin əməkdaşları üzərində adınız yazılmış lövhəylə sizi qarşılayacaq. Ödənişi bank kartı ilə də edə biləcəksiz. 6. GÜL KİMİ HOSTELLƏR Hostel həm ucuzdur, həm yeni insanlarla rahat tanış olmağınız üçün gözəl məkandır. Mən, məsələn, Barselonanın düz mərkəzində, yaxşı şəraitli, səhər yeməkli hosteldə qalırdım. Minimal məbləğə. Ailə ilə səyahət edirsizsə, bu halda apartamentlərə üstünlük verin. Makedoniyada icarəyə götürdüyüm apartamentə otelə verəcəyim məbləğdən ikiqat ucuzunu verdim. Gül kimi də ev idi. Belə olan halda, lap supermarketdən ərzaq alıb özünüz evdə yemək də hazırlaya bilərsiz. Restoran filana da getmək olar 1-2 dəfə, amma gündəlik restoranları zəbt etsəz, əlbəttə, bir xeylaq xərcləməli olacaqsız.  7. QALMAQ ÜÇÜN ALTERNATİV ŞƏRAİTDƏN BƏHRƏLƏNİN Aqroturizm deyilən bir şey var. Havayı qalmaq üçün yer, yemək, əvəzində də ev yiyəsinə gün ərzində bir neçə saat kömək etmək.  Məsələn: HELP EXCHANGE resursunda dünyanın müxtəlif yerlərindən olan adamlar fermada filanda bir neçə saat işin müqabilində turistlərə qalmağa yer və qida təklif edirlər. WWOOF 70-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatdır ki, turistlərə orqanik ferma, bağçalarda işin müqabilində qalmağa yer və yemək-içmək təklif edir. COUCHSURFİNG-i çoxlarınız eşitmisiz. Səhifədə qeydiyyatdan keçirsiz, gələn qonaqları evinizdə qəbul edə və ya özünüz səyahət zamanı həmin qəbuldan faydalana bilərsiniz. HOUSECARERS isə uzun müddətə harasa getmiş ev yiyəsinin evinə nəzarət etmək imkanı verən səhifədir. Həm də qalmağa yeriniz olur. © Tarangire, Tanzaniya 8. DƏYİŞ-DÜYÜŞLÜ MƏZUNİYYƏT Çox adam səyahətə çıxma ərəfəsində AİRBNB saytı vasitəsilə öz evini icarəyə verir, özünüz gəzib-dolanırsız, evinizdə qalanın ödənişi də kartınıza oturur. Və ya evinizi pulsuz-parasız müvəqqəti dəyiş-düyüş edirsiz: məsələn, Almaniyadan filankəs gəlib sizin evdə qalır, Siz isə filankəsin Almaniyadakı evində. Bu cür xidmətlər təklif edənləri aşağıdakı saytlarda tapmaq olar: HOMEEXCHANGE HOMELINK Rusdilli OBMENDOMAMI resursu keçmiş SSRİ üzrə bu cür təklifləri yerləşdirir. 9. PULSUZ-PARASIZ ƏYLƏNCƏLƏR Yola düşməzdən əvvəl gedəcəyiniz yerdə hansı pulsuz əyləncə tədbirlərinin keçiriləcəyi ilə maraqlanın. Festivallar, konsert proqramları, açıq qapı günləri, ekskursiyalar… Bütün bunları çox vaxt böyüklü-kiçikli şəhərlərdə tapmaq mümkündür. Məsələn, elə Bakının özündə də tursitlərə pulsuz ekskursiya təklif edən qruplar var. FREETOUR saytında pulsuz piyada turlar barədə məlumat almaq olar. 10. BİR AZ ÇEVİK OLUN Eksperimentlərdən, qəfil marşrutu dəyişməkdən çəkinməyin. Əvvəlki yazımda qeyd etmişdim, imkan varsa tam tur mövsümündə səyahətə çıxmayın, mövsümün sonuna və ya mövsümün başlanmasına 1-2 həftə qalmış həm turist axını az olur, həm də qiymətlər çox ucuzlaşır. Bu minvalla pula 50%-dək qənaət etmiş olarsız. BƏS SİZ SƏYAHƏT ZAMANI HANSI QƏNAƏT ÜSULLARINDAN YARARLANIRSIZ? © Zənzibar, Tanzaniya   Paylaşdı: Ali Akbar (travelstory.az)

1664 dəfə oxunub

Yürüyüş - Santiaqo Yolu

Salut! Yaxınlarda etdiyim 715 km-lik solo hiking-lə bağlı təcrübəmi sizlərlə bölüşmək istədim  Hiking məşhur El Camino de Santiago adlanır. Başlanğıc nöqtə Fransa ilə İspaniyanın sərhədindən başlayır və onun sonunadək davam edir. Qızlar da heç çəkinməsin, deyərdim ki, solo səyahət edən qızlar üçün ən təhlükəsiz yoldur! O qədər təhlükəsiz ki, sübh saat 5-6da belə mənim tək telefonumun fənəri ilə yola düşdüyüm, meşənin içindən keçdiyim vaxtlar da olub. Qaranlıq qorxum olduğuna görə, onu bu yolla aşmaq istəyim güclü idi, duxumu güclü saxladım ( ) və bacardım.Belə baxanda, ümumilikdə yolda tək olmursunuz, yol boyu dünyanın hər yerindən gələn səyahətçilərlə tanış olmaq, dostlaşmaq imkanınız olur. İstədiyiniz zaman da özünüz üçün tək yolunuza davam edə bilərsiniz. Yolda heçkimin beynini aparan, yoran da olmur. Çünki bura əsasən hamıdan, hər şeydən dincəlmək istəyən adamlar, öz düşüncələrində gəzmək istəyən adamlar axışıb gəlir. Hikinq bütün il boyu davam edir, lakin hər mərhələdə dağa-təpəyə aparan yollar, oradan enişlər də olduğuna görə, qışda bu yollar bir az təhlükəli olur. Bir ay davam edən yolda çantanı daşımaq da var təbii ki. O səbəbdən ağır olmasın deyə mən avqust ayını tərcih etdim. Ümumilikdə, işdi gedəsi olsanız, çalışın backpack-iniz bədən çəkinizin ancaq 10%-ni təşkil etsin, artıq olmasın. Çünki gəzdikcə, günlər keçdikcə belinizdəki yük sizə daha ağır gəlməyə başlayır. Belə olanda yolda qarşıma çıxanlardan bəziləri əşyalarını, pal-paltarlarının müəyyən hissəsini poçtla evə göndərir, bəziləri isə albergue-lərdə (hostel tipli gecələmək üçün yerlər) donative olaraq bağışlayırdılar.Fiziki gücünüz və iradəniz də möhkəm olmalıdır. Mən həm də bunu yoxlamaqdan ötrü ən uzun yolu seçdim - 799 km Camino Frances yolu adlanır. Lakin 3 dəfə avtobusdan istifadə etməli oldum. Çünki ayaqlarım dad edirdi və addım ata bilmirdim. Bu isə hiking təcrübəsizliyimdən və bir az fiziki hazırlığımın zəif olduğundan irəli gəldi. Belə olan halda da iradənin güclü olması deyərdim ki, böyük rol oynayır. Gün ərzində ən az getdiyim məsafə 17 km (bir dəfə), ən çox getdiyim məsafə isə 37 km (2 dəfə) olub. Özünüzə görə günlük neçə km qət edə biləcəyinizi özünüz müəyyən edə bilirsiniz, yolunuzun üstündə qalmağa kəndlər və şəhərciklər var. Albergue-lərdə isə bir gecəlik qiymət 5-13 avro arası dəyişir. Bəzilərinə səhər yeməyi də daxil olur, bəzilərində isə mətbəx olur. Mağazadan alış-veriş edib özünüz yemək bişirə bilərsiniz. Ümumilikdə sərf edilən məbləği təxmini olaraq günə 20-30 avrodan hesablayıb bu səyahəti planlaşdıra bilərsiniz. Mən ötən ilin noyabr ayından bunu planlamağa başladım Xəritəsiz də ötüşmək olur. Yol boyu xəritədən istiqaməti tapmaq üçün yox, ancaq neçə km gedəcəyimi müəyyən etmək üçün istifadə etmişəm. Xəritəyə ehtiyac olmur, sizi lap başdan sonacan sarı ox işarələri və balıqqulağılar (Camino-nun simvollarından biri) müşaiyət edir.Uzun yol olduğuna görə, bütün məlumatları və təcrübəmi sığışdıra da bilmirəm əslində  bir bloq yazısı yazmağı fikrimdə tutmuşam. Adminlər buraya link yerləşdirməyə icazə verirlərsə, yazı çıxdıqdan sonra linkini qrupa ata bilərəm.Fotolarda isə yol boyu yaşanılan gözəl anlardır. Bunlar ancaq telefonla çəkilənlərdir.  Suallarınız olarsa, buyurun Gəzin, keyf eliyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

1349 dəfə oxunub

700 dollara Avropaya 21 günlük səfər

Dostlar, söz verdiyim 21 gün Avropa səfərimin detallarını yazmağa çalışacam. Əvvəla qeyd edim ki, ümumilikdə 700 dollar xərcim çıxıb. Buna bütün biletlər, sənədləşmə, qalacaq yerlər və yemək daxildir.  Çexiya, Polşa, Slovakiya, Avstriya, Macaristandan və gediş-gəliş yeri Gürcüstandakı şəhərlər də daxil olmaqla 12 şəhərdə oldum. Bu barədə deyiləcək sözlər çox olacağına görə  hissə-hissə paylaşmağı düşünürəm. Gəlin başlayaq. Necə oldu ki, bu səfəri etmək qərarına gəldim?Avropaya getmək həmişəki arzum olub, əvvəllər bir neçə dəfə Gürcüstan, Türkiyə, Belorusiya və UK də olmuşam amma bunların hamısına qrup şəklində ən az 5 nəfər ilə və hər şey planlaşdırılmış şəkildə getmişəm. Müxtəlif təlimlər, seminarlar və s hər zaman təşkilatçılar tərəfindən hər bir detalına qədər planlaşdırılıb. Amma bu dəfə elə olmadı.Polşanın Poznan şəhərində yerləşən Adam Mickieviç universiteti və Amerikanın Stonybrook universitetinin ortaq layihəsi olan  ‘News Literacy’ yəni Media savadlılığı təlimində iştirak haqqı qazandım. (Layihə haqqında ətraflı məlumat yaxud necə seçilməyimi bilmək istəyirsizsə, şərh böməsində qeyd edərsiniz, əlavə post paylaşaram)  Layihə 8-12 iyul 2018 ci il tarixlərində Poznan şəhərində keçirilirdi. Və mən təşkilatçılardan xahiş etdim ki, dəvət məktubumdakı günləri bir az daha uzun göstərsinlər ki, mən başqa ölkələri də gəzə bilim. Visa üçün müraciət edən zaman bir çöx sənədlər tələb olunur ki, bunlardan başlıcası qalacağın yer ilə bağlı yerdi. (Burdan Visa ilə bağlı mövzulara girsəm yenidən mövzu uzanacaq deyə maraqlıdısa sizə əgər visa proseduru şərhlərdə qeyd edərsiz, əlavə bir post da o barədə paylaşaram)Uzun sözün qısası, vizamı 21 günlük aldım və səfərimə hazırlaşmağa başladım. Mən seçilmək xəbərimi eşidən kimi ilk etdiyim iş bilet almalq idi ki, bu da səhvdir, diqqətinizdə olsun belə etməyin. Xüsusilə Wizzair kimi loW cost uçuşları çox ucuz olduğuna görə bileti aldıqdan sonra qaytarmaq mümkün deyil. Bakıdan Polşaya birbaşa uçuş baha olduğuna görə mən Gürcüstanın Kutaisi şəhərindən getməyi seçdim. Kutaisi- Praqa biletini 80$ a 3 iyul tarixinə aldım. Ona görə dəvət məktubu və visa məsələlərini bu tarixə uyğunlaşdırmaq üçün bir balaca çətinlik çəkmişdim, amma xoşbəxtlikdən  bütün problemlərhəll oldu. ^_^3 iyul- 21 iyul tarixlərində Şengen zonasında aşağıdakı şəhərlərdə oldumPraqaBrnoPoznanGdanskSopotWroclawBratislavaVyanaBudapeşt+Tbilisi, Kutaisi, BatumiMənə görə səfərin ən çətin tərəfi planlaşdırma hissəsidir. Hər bir sənədin düşünülməsi, vaxtın düzgün bölünməsi, transportlar arası vaxtın əlaqələndirilməsi, qalacaq yerlərin tapılması və s. Qısaca belə ucuz səhayətimin altında yatan əsas tipsləri qeyd edim.Yalnız uzun məsafədəki səhayəti təyyarə ilə etdim. Gürcüstan- Çexiya ( 80$), Macarıstan- Gürcüstan( 70$) olmaqla 150 $Çoox nadir hallarda restoranda yemək yedim. Əsasən fast food, yolüstü atışdırmalıq qidalar, və mağazadan alıb evdə bişirməklə yemək yeyirdim.Qaldığım yerlərin əksəriyyəti şəhərlərdəki dost-tanış, bəzi hallarda isə Couchsurfing saytından tapdığım hostların evində qaldım. Cəmi iki gün hosteldə qaldım. Birinci Tiflisdə, ikinci isə Praqadakı couchsurfingdəki hostum hosteldə işdə oluğu üçün bir gecəsinə 15 avro verdim. O 15 avronu hələ də unuda bilmirəm ))Alış-veriş həvəskarı olduğum üçün bəzən çox çətinlik çəksəm də, lazım olmayan geyim və s. uzaq dursanız, əmin olun daha az xərciniz çıxacaq.Bilet aldıqda diqqətli olun. Avtobusa geciksəniz əlavə xərc çıxır, Wizzair üçün əvvəlcədən özünüz check-in etməlisiz. Səyahət boyunca etdiyim ən böyük səhvlərdən biri də bunu unutmağımdır. Macaristan- Kutaisi təyyarısinə qaça-qaça çatdıqca məlum oldu ki, bir gün öncədən online check in etməyi unutmuşam və əlavə 45 avro ödəməliyəm buna görə. Gedəcəyim son nöqtə olduğuna görə cibimdə cəmi 10 dollar qalmışdı və dostum orda olmasa yəgin ki, ödəyə bilməyəcəkdim uçuşu itirəcəkdim və növbəti gün visa-dan əlavə bir gün qaldığım üçün deportasiya olacaqdım. Bunları orda işləyən operatora nə qədər izah etdimsə də, dinləmədi və tam Kərəmi ağlamaq tutmuşdu ki, Budapeştdəki dostum xilas etdi. Sözümün canı odur ki, online check-in etməyi unutmayın, imkan varsa üstünüzdə əlavə pul saxlayın, və yaxşı dostlarınız yanınızda olsun hər zaman ))Hələ ki, deyəcəklərim bu qədər. Növbəti postda, səfərin Bakı -Tiflis hissəsindən başlayacam yazmağa ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulker Eldarqizi 

1146 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!