2391 dəfə oxunub

CAR-ın rəngarəng paytaxtı - Keyptaun

Salam, Əziz Gəzəyənlər.

Sizə Keyptaun (Cape town), Cənubi Afrika Respublikasındakı təəssüratlarımı bölüşmək istəyirəm. Bəlkə gələcəkdə kimin üçünsə yararlı olar. İlk öncə onu qeyd edim ki, Bakıdan Keyptauna birbaşa reys yoxdur və ən uyğun yollar Bakı-Doha-KeyptaunBakı-İstanbul-Keyptaundur. Daha ucuz başa gəlməsi üçün isə Bakı-İstanbul-Yohannesburq-Keyptaun və bir sıra başqa yollar mövcuddur. Mən Bakı-Doha-Keyptaun ilə gedib eyni yolla da qayıtdım.

65733033_2553937784659032_3340605140259307520_n

Ölkədə pul vahidinin dəyəri dollara nisbətən çox aşağıdı və qiymətlər demək olar ki, bizim ölkə ilə eynidir. Təbii ki, bəzi istisnalar var misal üçün benzin çox bahadı və bununla əlaqədar olaraq ictimai nəqliyyat və taksilər də bahadı. Bakıda uberlə 4 manata getdiyim yolu orda uberlə 20 manata getdim ) Daha bir mənfi cəhəti su krizis zonası olmasıdır. Getdiyiniz kafe, restoran, otel və s yerlərdə su tapmaya bilərsiniz və bunun üçün sizə əvəzedici vasitələr verəcəklər. Hətta demək olar ki, hər yerdə suyun onlar üçün nə qədər önəmli olduğu yazılıb. Otellərdə açıq qalmış suyun bir dəqiqədə neçə litr işləndiyi qeyd olunub və "dişlərinizi fırçalayan zaman suyu bağlamaqla bizə kömək etmiş olarsınız" kimi elanlarla rastlaşa bilərsiniz.

Bütün bunlara rəğmən şəhəri çox bəyəndim. Möhtəşəm təbiəti olan bu şəhəri gəzmək üçün isə mən deyərdim ki, ən azı bir həftə lazımdır. Gəziləsi yerləri çoxdur. Orta məktəb kitablarından öyrəndiyimiz cənub-şərqin və cənub-qərbin ən ucqar nöqtələri olan Ümid burnuİynə burnu da bu şəhərdə yerləşir.

66035246_2553937554659055_1086460940150374400_n

Ən çox bəyəndiyim yer isə şəkillər arasında rəngarəng evlər olan Bo-Kaap küçəsi oldu. Küçənin maraqlı tarixçəsi var onun haqqında da qısa yazım. Demәli Cәnubi Afrikaya gәtirilәn müsәlman qullar, müstәqillik qazanıldıqdan sonra Afrikaya gәlmәmişdәn öncә sahib olduqları peşәlәri ilә pul qazanmaq qәrarına gәlirlәr. Onlar şəkildə gördüyünüz küçәdә özlәri üçün kiçik şәhәrcik salıb burada mәskunlaşıblar. Daha sonra hәr peşәnin sahibi evini bir rәngә boyayıb. Misal üçün hәkimlәr qırmızı, tәmirçilәr sarı vә s. Bununla da onların ünvanı artıq asanlıqla tapılırdı. Hәkimә getmәk istәyәn artıq birbaşa qırmızı evә, təmirçi istəyən birbaşa sarı evə və s. Burada yaşayanların demәk olar ki, hamısı müsәlmanlardı vә özlәrini keyp-malaylı (cape-malay) adlandırırlar. Hәtta küçәnin girişindә kiçik bir mәscid dә yerlәşir.
Yazılası çox şey var əslində bezib yarımçıq saxlamayasız deyə çox yazmıram  Sualınız olsa commentdə cavablayaram ????

65529451_2553937731325704_2981592169766191104_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Eldar Əzimov

DİGƏR BLOQLAR

Almaniya - Obersee

Avstriya sərhədindəki mənzərəli yer haqda dünənki yazı ilə verilən bir çox sualları nəzərə alaraq, daha ətraflı bir məlumat təqdim etməyi gərara aldım.Videoda gördüyünüz mənzərəli yer Obersee adlanır. Alp dağlarında olan bir çox göllər kimi burada da su inanılmaz dərəcədə təmiz olduğuna görə gölün dibi görsənir. Üstəlik göl valehedici rənglərə bürünür sanki.Obersee gölü Almaniyada olsa da, Avstriyanın Zaltsburq şəhərindən təxminən 15, Münhendən isə 150 km aralı yerləşir. Məhz ona görə Avstriyada yaşayan və ya həmin ölkəyə turist kimi gələn insanlar üçün Obersee-yə səfər etmək qat qat rahat olar. Əgər siz ora Münhendən və ya mənim kimi Nürnberqdən getmək istəsəniz, o zaman gərək maşınla gedəsiz. Əks təqdirdə Münhendən ora çatmaq üçün 3, Nürnberqdən isə 6 saat qatarla yol getməli olacaqsız. Alternativ olaraq yaxınlıqda yerləşən hotel və ya pansionatda gecələmək olar.Bura gəlmək üçün ilk növbədə Königsee gölünə çatmalısız. Naviqator nədənsə tam başqa ərazidə yerləşən eyniadlı gölü göstərir. Ona görə diqqətli olun və Bavariyadakı Königsee-ni seçin.Königsee-yə çatandan sonra gərək mütləq “kater”-ə (yani tutumu təxminən 30-40 nəfər olan qayıq) minəsiz. Çünki Obersee gölünə başqa, yani necə deyərlər alternativ yol yoxdu. Gediş dönüş biletin qiyməti 18.50 eurodur. Gediş dönüş cəm şəkildə 1 saat 50 dəqiqə davam edir. Yani 55 dəqiqə gediş və 55 dəqiqə dönüş. Obersee istiqamətində 25 dəqiqə qayıqla hərəkət etdikdən sonra ilk dayanacaq Bartolomeu olacaq. Burada Almaniyanın 2-ci ən yüksək dağını rahat görmək olar (qeyd videoların birində əks olunur). Həmçinin buradakı restoranda yerli forel dadmaq olar. Qiymət təxminən 12 eurodan başlayır. Növbəti dayanacaq Salet - sonuncudur. Oberseeni görmək üçün gərək burada düşəsiz və təxminən 15 dəqiqə piyada gəzdikdən sonra nəhayət arzuolunan yerə çatacaqsınız.Öncədən deyim ki Königsee-yə nə gədər tez gəlsəniz o gədər yaxşıdır. Məsələn səhər saat 9-10-dan gec gəlsəniz, gəzintiyə elə də çox vaxtınız qalmayacaq. Belə ki, 2 saat ancaq qayıqla gəzintiyə sərf olunur, saat 18-00-dan sonra artıq qayıqlar işini bitirir və insanlar dağlışır.Burada həmçinin dağın başına qalxan kanat var. Gediş dönüş təxminən 14 eurodur. Ona da kifayət gədər vaxt lazımdı. Amma həm pul, həm də vaxt baxımından bunu etməyə dəyər, çünki ordan gölə möhtəşəm mənzərə açılır.Düzdü bundan da möhtəşəm mənzərələri görmək mümkündür, amma bunun üçün gərək 12 km məsafəni dağlı ərazidə piyada qət edəsiz. Buna adətən 5 saat vaxt tələb olunur. Nəticədə Archenkanzel adlı bir yerə çatırsız. Şəkillərin birində bu nöqtədən açılan mənzərə əks olunur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emin Guliyev

2065 dəfə oxunub

Almaniya - Düsseldorf bələdçisi

Düsseldorf - Amsterdam. Part 1.İlk öncə ondan başlayım ki, Ryanairin qurbanı oldum. 1 həftə boş vaxtım var idi, qərara gəldim ki daha sərin, havası daha xoş olan bir yerə gedim. Biletləre Romadan baxanda Düsseldorf Weezeye 9 avroya bilet tapdım, amma sən demə bu Weeze, Hollandiya ilə sərhəddə yerləşən, cəmi 2 terminalı olan kiçik bir kənd Airportu imiş. Avtobus və tren bir saatdan bir gəlir.Yani anlayacağınız, Airportdan şəhər mərkəzinə busla, sonra isə qatarla 2 saatlıq yol gəldim ????????Qalmaq yerini məsləhət görərdim ki Airbnbden götürəsiniz, çünki host, yerli olur sizə kömək edir, ikincisi isə şəhərdə baş tutan party-lər, festivallardan xəbəri olur. Mənim bu cəhətdən bəxtim çox gətirdi (bilet baxımından gətirməsə də)) host çox mehriban idi, və demək olar ki bütün night partylər, festivallara bərabər getdik.5 gün ərzində demək olar ki, Düsseldorfun hər qarışını tələsmədən, həzz alaraq gəzdim.Əvvəlcədən qurduğum marşrut üzrə 5 günümü elə böldüm ki, nə çox yorulum, həm də ki şəhəri bütün günü gəzməyə, axşam da dincəlməyə vaxtım olsun.Deməli, əgər Düsseldorfe-a yolunuz düşsə, və 4-5 gününüz olsa, çox məsləhət görərdim ki, siradakı yerlərə baş çəkəsiniz.-Volksgarten-Pebbles terrace. Bura mənim ən sevdiyim terassalardan biri oldu. Şəkillərdə də görəcəksiniz, çox möhtəşəm mənzərə açılır şəhərə.-Gehry bauten-Rhine Tower, şəhərin əfsanəvi qülləsi-Landtag- Kunst im Tunnel - tonhalle düsseldorf-City museum və Johannes Church və Marittime museum - museum kunstpalast - glasmuseum xüsusən getməyə dəyər.-Stahlhof - rathaus-Tritonenbrunen-Archeopoint-Märchenbrunnen-Ratinger torVə Rhein terrasse.Ümumiyyətlə şəhərdə sevdiyim çox məqamlar oldu. İlk öncə insanları, çünki daha öncəki Almaniya visitim Berlində məni tamamilə məyus etmişdi. İnsanları tünd, itsifət və həyatdan bezmiş, tam bir depressiya şəhəri.Düsseldorf isə tam əksi, insanları həmişə gülərüz, həmişə sənə kömək eləməyə hazır və şəhərə gələn qonaqların razı qalmaqları çox vacibdir onlar üçün. Həmin 5 gündə tanış olduğum bəlkə 15-20 nəfərin hamısı şəhər haqqında fikrimi soruşandan sonra, şəhərə böyük bir tərif yağdırırdılar ????Həqiqətən də Düsseldorfda yaşayanlar bu şəhəri çox sevirmiş, və ən əsası da hamının razı qalmağı imiş.Parklar Romadakı parklara təbii ki oxşayır, ancaq Romada bu böyüklükdə cəmi 2-3 park var. Görünür Düsseldorf şəhər administrasiyası parklara çox böyük fikir verir, küçələri artıq demirəm. Çox səliqəli, çox təmiz, çox mədəni bir şəhər və şəhərdə yaşayan insanlarla rastlaşdım. Hələ bir qrup dost gecə saat 4də məni və hostumu night bus gözlədiyini görüb, uberlə evimizə qədər ötürdü. Bunu Avropada mən bu 6 il ərzində görməmişdim. Hələ almanlardan heç gözləmirdim.Şansıma səyahətimin 4cü günü Japonese Culture Festival var imiş. Anlayacağınız iki gün dalbadal şəhərdə japoniya folk music mi deyim, cosplayerler mi deyim, anime qəhrəmanları mı deyim hər şey var idi. Bütün 700 k əhali mərkəzdə idi, bildiyiniz tərpənməyə yer yox idi ????. Hər iki günün sonunda isə 50 dəq durmadan fire works.Almanların dediyinə görə, Yaponiya diasporasının ən böyük filialı məhz Düsseldorfda imiş, və onların finansal durumu, dəstəyi o qədər böyükdür ki, demək olar şəhərdə olan bütün şirkətlərdə pay sahibidirlər. Təbii ki, 2 gün boyunca 50 dəq non-stop fireworks onlar üçün heçnədir.Bir sözlə, Almaniyaya aid negativ stereotipimi aradan qaldırmağa kömək elədi Düsseldorf. Başı işə, problemlərə, dərdə və qəmə dolaşan insansınızsa, Düsseldorf əla bir optiondur, bütün problemləri unutmağa yardım edər... Amma Ryan Airden uzaq durun ????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nazir Abishov

1458 dəfə oxunub

Şəhər bələdçisi - Budapest

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Budapeştə getməzdən əvvəl bura haqqında kiminlə danışsam daima mənfi rəylər eşidirdim. Bu səbəbdən gözləntimi aşağı səviyyədə tutub buraya 2 gün ayıracağımı planlamağıma baxmayaraq şəhərə gəldikən sonra bütün eşitdiklərimin mənasız olduğunu görüb burada 5 gün qalaraq digər ölkələrə səyahətə davam etdim. Təbii ki, şəhərdə qarşılaşdığım bir çox mənfi hallar olmasına baxmayaraq Budapeşt gələcəkdə bir daha səfər edəcəyim şəhərlər arasında qalmaqda davam edir.İlk dəfə gedəcəklər üçün şəhərdə qarşılaşacağınız mənfi və müsbət hallar haqqında yazmaq istərdim. Budapeştə gəlmək üçün Romadan çox ucuz qiymətə wizzair bileti tapıb gecə saatlarında aeroportda düşdüm. Burada gecə saatlarında ictimai nəqliyyatın olmaması, həmçinin aeroportdan birbaşa şəhərə metro xəttinin olmaması qarşılaşdığım ilk mənfi hal oldu. (editor: Budapestdə Aeroportdan şəhər mərkəzinə 24 saatlıq avtobus var 100 E 3avro) Məcbur qalıb 12 avro ödəyib aeroportdan otelə shuttle busla getdim. (Dostum gündüz saatlarında gələndə aeroportdan 200E nömrəli avtobusla metro xəttinə, oradan isə metro ilə otelə gəlib cəmi 350+350 forint, yəni təxminən 2 avro ödəmişdi, taksilər isə şəhər mərkəzinə təxminən 20-25 avroya aparırlar.)Budapeştdə qaldığım otel Danibius Hotel Hungaria City Center oteli idi. Keleti qatar stansiyasının tam qarşısında yerləşən bu otel Avropa səyahətim dövründə super surətli wifi, geniş otaq, gülərüz və daim yardım göstərən otel əməkdaşları, yeməklər və ən əsası sərfəli qiyməti ilə ən məmnun qaldığım otel oldu. Gedəcəklər üçün məsləhət görürəm. Budapeşt nəqliyyat xaricində mənə görə Avropanın ən ucuz ölkələrindən biridir. Burada muzeylərə qalalara giriş üçün az miqdarda xərciniz çıxacaqdır. “Budapeşt kart” almağı heç məsləhət görmürəm. 1 günlük kart 22 avro, 2 günlük kart 33 avro, 3 günlük kartın qitməti isə 43 avrodur. Metroda tək gedişin 1 avro olduğunu nəzərə alıb gündə maksimum 4 dəfə metro istifadə etsəniz 5 günə 20 avro xərciniz çıxar ki, Budapeşt karta bu qədər yüklü məbləğdə pul ödəməyin heç bir mənası yoxdur. Ondansa Budapeşt City Tour (hop on hop off) kartlarını daha sərfəli qiymətə alıb üstü açıq avtobuslarla 6 line üzrə istədiyiniz qədər şəhəri gəzə, axşam saatlarında isə mini kruizlər vasitəsilə Dunay turu edib həmçinin avtobuslarda və gəmidə sizə veriləcək qulaqcıqlar vasitəsilə rus, türk, inqilis və başqa bir çox dildə bütün tarixi və gəzməli yerlər haqqında məlumat ala bilərsiniz. Hop on/off kartlarının qiyməti 48 saatlıq 24 avro, 72 saatlıq isə 28 avrodur. (http://www.citytour.hu/en)Budapeştdə yeməklər digər Avropa ölkələrinə nisbətdə xeyli ucuzdur. Dadlı yeməkləri, super şou proqramları, bahalı olmayan qiyməti ilə Sir Lancelot restoranını tövsiyyə edirəm. Budapeşt gecə həyatına gəldikdə isə burada köhnə tipli binalarda yaradılmış ruin bar və klublar xüsusi yer tutur. Havalar qaraldıqdan sonra əsasən köhnə yəhudi məhəlləsində yerləşən klublar qapılarını dünyaya açırlar. Instant, Doboz, Grandio, Szimpla Kert,Corvinteto əla əyləncə məkanlarıdır. İçki qiymətləri baha deyil, tək giriş mümkündür. Bundan başqa 50 avrosuna heyfi gəlməyən həftədə bir dəfə Szechenyi Termal Hamamında keçirilən sPArty əyləncəsinə qoşula bilər. Youtubda videolarına baxın, kifayət qədər əyləncəli partylər olur. Budapeştdə mütləq gəzib görməyi məsləhət gördüyüm yerlər:Gellert təpəsi, Buda qalası, Szechenyi Termal Hamamı, St. Stephen’s Basilica, Parlament binası, Qəhrəmanlar meydanı, Váci Utca küçəsi, Central Market Hall, Dunay turu, Fisherman’s Bastion + vaxtınız varsa Budapeşt tarix muzeyi, Hospital in the Rock muzeyi, Vajdahunyad Şatosu, Margaret Adası, New York kafesi və başqaları.Onu da deyim ki, Budapşetdə qarşılaşdığım insanlardan bir çoxu uzun müddət şəhərdə yaşayanlar üçün oranın maraqsız olduğunu, qısa müddət üçün gələnlərin isə şəhərdə məmnun getdiklərini deyirlər. Budapeştin termal sularının həzzini çıxarmaq, gəzərkən istid olmaması üçün sentyabr ayından sonra oraya getməyinizi məsləhət görərdim. Budapeşt səyahətinin sonunda mütləq oraya yaxınlıqda yerləşən Vyana, xüsusilə isə Praqaya səyahət etməyinizi məsləhət görərdim. Praqaya gedirəm, yolda Bratislavada düşüm oranı da görüm fikirləşənlər üçün deyim ki, Bratislava çox sıxıcı şəhərdir. Xoş səyahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1032 dəfə oxunub

17 günlük 9 ölkə, 12 şəhər gəzintisi

9 ölkə 12 şəhər 17 günBakı Tiblisi Kutaisi Wroclaw Berlin Postdam Amsterdam Brüssel Luxemburg Zurich Milan Bologna Praqa Wroclaw Kutaisi Tbilisi BakıHardan başlasam yazmağa bilmirəm, "low cost" ilə səyahət həqiqətən mümkündü özdə nə istədim etdim. Öz axmaqlığım ucbatından taxiyə xərclədiyim pullar daxil: 10:30 da yuxudan durub 11:00 uçuşuna çatmaq kimi (reysə çatdığım anda sanki dünya kubokunu əldə etmişəm kimi sevinirdim.Gürcüstandan heçnə yazmıram hamı orda olubİlk dəfə Polşada olmaq o qədər də maraqsız deyilki taa ki Wroclaw-u kəşf edib bitirənə qədər.  Berlin və Potsdam nə qədər yazsam az olar, bilmirəm niyəsə o şəhəri çox sevdim, insanları çox ürəyiaçıqdı, günlük metro biletini və səhər yeməyini pulsuz verdilər, post terminalları işləmədiyinə görə (günün sonunda cash olaraq restorana pulun ödədim), dürüst olduğuma görə Kurasan da hədiyyə verdilər))) Postdama mütləq gedin krallığın yaşadığı sarayları görmək lazımdı Mütləq ki, gedilməsi lazım olan ölkələrdən biri də Amsterdamdi, Edwin Van Der Sari görmək mümkündü ki, otağında otursa əgər ama mən də görə bilmədim. Növbəti günə konfrans təşkil edəcəklərini və görüşə biləcəyimi dedilər ama bilet aldığım üçün əvvəlcədən imtina etdim Ajax-dan 29 euro tur götürə bilərsiz kanal turu daxil Getməyə Görməyə dey Hətta Amsterdamda da 1 bakal Pivə hədiyyə etdi restoran. Fries with joppisouse and honeywaffle dadına mütləqqq baxın) Məncə Brüsseldən danışmağıma ehtiyac yoxdu Şokolad və Pivənin vətənidir. Xüsusilə "Şokoladlı pivə" içməmisinizsə çox möhtəşəm bir daddan məhrum olmusuz deyə bilərəm. Brüsseldə özünüzü Parisdəki kimi hiss edə bilərsiz, əksəriyyət fransızca danisir Luxemburg ən çox sevdiyim birce polisləri oldu, nəqliyyat kartı almağıma imkan vermədilər (gözəl xanımlara cərimə yazmırlarmiş) kartsız full istifadə elədim ictimai nəqliyyatdan. Ölkəyə gəlincə gözəl balaca şirin bir şəhərdi, ucuz deyil ama. Zuriche gedib FİFA futbol muzeyinə getməmək olmaz təbii ki, giriş bileti elə 25 eur nəsə almaq istəsəz 100 eur yaxın xərciniz çıxacaq (əliniz cibinizdə olsun), şəhərin özünə gəlincə gedilməli yerlər çoxdu, sakitliyi və gözəl təbiəti ilə seçilir, bəzən qaydalari pozdum bilmədən ama məndən üzr istədilər Bahalığına gəlincə çox bahadı desəm az olar(( ama dəyər gedib görməyə. İtalya Milan getməyimə peşiman olduğum və birdaha heçvaxt getməyəcəyim şəhərdi. Bologno Milandan daha maraqlı balaca bir şəhərdi, peşiman deyiləm orda keçirdiyim 2 günə  Çox hündür bir qalasından bütün şəhəri izləyə bilərsiz, 5 eur giriş biletidi. Pasta pizza və dondurma mütleqki dadına baxmalısız. Pragaya gəlincə içkilərinə söz ola bilməz. Yerli içkilərdən isti çaxır və pivənin dadına mütləq baxın. Görməli yerləri az deyil ama vauu deyəcəyim şəhər də deyil. HEÇVAXT küçədə kiçik yerlərdə pul dəyişməyin. 28 faiz komissiya tuturlar sənədə imza atandan sonra heçnə dəyişə bilməzsiz (( 0% komissiya və dəqiq əlavə şərtləri olmayan yerlərdə pul dəyişin. Və yenidən Polşadayam edə biləcəyim heçnə qalmayıb deyə istirahət edirem həftə sonu qayıdıram(((Xərclərə gəlincə 1120 eur bütün biletlər hostel yemək daxil. Təxminən 300 eur planladigim kimi hədiyyə və plandan kənar xərclərə getdi.175 eur uçuş bileti Kutaisi-Wroclaw-Kutaisi36 eur baqaj174. 61 eur ölkələr arası biletlər şengen zonada8 lari Tbilisi Kutaisi Tbilisi qatarı54 azn Bakı Tbilisi Bakı qatarı və avtobus xərci. Cəmi 3 dəfə Mc Donalds, Burger King, Subway də yemək yemişəm o da ürəyim dəhşət çox istəmişdi. Qalan yeməklər isə restoranlarda oldu. Mərkəz küçədə restoranlar chox baha olduğunu üçün 10deq aralıqda piyada gedilə biləcək olan restoranlar normal qiymətə yemək təklif edirlər. Milli yeməklərin dadına 1 dəfə baxın azından. Məncə yetərlidir  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Айнур Гасымова

1178 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!