925 dəfə oxunub

10 günlük səyahət və 6 şəhər

Salam millət! 
Bu postda dünən başa çatmış 10 günlük Tbilisi-Kutaisi-Barcelona-Paris-Amsterdam-Riga-(Moskva) səyahətimiz haqqında ətraflı yazacağam, bəlkə belə bir səyahət etmək istəyənlərə faydalı olar.
Deməli birinci destination Tbilisi oldu. Həmişəki kimi qatarla. Axırıncı dəfə 2014-də olmuşdum Tbilisidə, o vaxtdan xeyli dəyişib, turistlər artıb. Əsil turizm cənnətinə çevrilib. Xüsusilə gecə gəzmək üçün şəhərin mərkəzi çox əladı. Qiymətlər də pis deyil. Alexander Chavchavadze küçəsində Polonia hotel deyilən balaca bir oteldə qaldıq gecəni. Otel sahibi qonaqpərvər adam idi amma otelin özü o qədər də xoşuma gəlmədi, biraz çox darısqal idi və internet işləmirdi. Ümumilikdə Tbilisini piyada gəzməyə 1 gün kifayət edir, amma ayaqlarınızın babat ağrıması hesabına  Demək olar hər şey Old town adlanan yerdədi, bircə Sameba kilsəsi biraz aralıdadı amma ora da piyada getmək olar və getməyə dəyər, çox qəşəng abidədi.

tbilisi
Kutaisiyə Tbilisidən maşınla 2 saat yarıma çatdıq, amma gecikirdik deyə taksiyə artıq pul verdik o da bütün yolu 120 ilə sıxdı. Adam özünü Taxi filmindəki Danielin maşınında hiss edirdi. 
Wizzair ilə Kutaisidən uçduq Barcelonaya. Barcelonada Fabrizzio's Terrace adlı hosteldə qaldıq, balaca və çox ela hosteldi. Şəraiti, təmizliyi, yeməkləri falan. Qiyməti də münasibdi. Hər xırda şeyə baxmaq istəmirsinizsə Barcelonanı 1 günə gəzmək olur. Gəzmək üçün ən maraqlı yerlər Gothic Quarter deyilən hissədi. Əsil Barcelona buradadı. Bir gün qaldıqdan sonra Vueling ilə Parisə uçduq. Parisdə qaldığımız otel - 2 ulduzlu Hotel D'Anvers çox əla otel idi. Səhər yeməyi, internet, otaqların şəraiti və staff. O qiymətə məncə bundan daha yaxşı otel tapmaq olmaz. Anvers küçəsi də sakit və ucuz küçədi, mərkəzə yaxındı və Sacre Coeur kilsəsinin düz yanıdı.

Paris haqqında onu deyim ki, Paris sindromu boş söhbətdi, yoxdu elə bir şey. Paris çox gözəl şəhərdi. Fransızlar da çox mehriban və mədəni insanlardılar. Migrantlardan başqa hamısı ingiliscə bilir və nəsə soruşanda məmnuniyyətlə kömək edirlər. Parisdə nə varsa hamısını görmək lazımdı imkan daxilində - Luvr, Eiffel, Les Invalides, Sacre Coeur, Notre Dame ve.s hamısını görməyə dəyər. Eiffelin gündüzü və gecəsi çox fərqlidi və hərəsi ayrı bir gözəl görünür. Yemək almağa ən yaxşı yer Carefour mağazalarıdı, qiymətlər ucuzdu, məsələn başqa yerdə 1 avroluq su burada 20 centdi. Metro sistemi çox rahatdı, hər yerə metro ilə getmək olar. Artıq aeroporta gedəndə otel işçisi bizə aeroporta qatar yolunu başa saldı ki, taksiyə boşuna 40 avro verməyək. Qatar stansiyasında da security əməkdaşı bizə pulsuz 2 qatar bileti verdi. Fransızlardan və Fransadan o qədər xoşum gəldi ki, fransız dilini öyrənməyə qərar verdim. 

louvre-paris.jpg
3 gün qaldıqdan sonra Parisdən Flixbus ilə Amsterdama gəldik. Yol 6.5 saat çəkir, və avtobus çox rahatdı. Amsterdamda Hans Brinker adlı hosteldə qalırdıq. Çox səs küylü və böyük hosteldi, Fabrizzio Terrace kimi səliqəli deyil. Elə də xoşuma gəlmədi. Amma yeri çox yaxşı idi, bir də yaxşı barı var idi pivə zad almağa. Amsterdamda da əksər yerləri piyada gəzmək. Ya da tramvaya minə bilərsiniz. Ən maraqlı şey elə kanalların üzərində yerləşən küçələrdi. Amma Amsterdam Paris qədər maraqlıdı desəm yalan olar. Düzdü, daha sakit şəhərdi və ərəblər yoxdu. Xoşuma gəlməyən bir şey o oldu ki - hər kafenin qabağından keçəndə marixuana iyi adamın ürəyini bulandırır. Onsuz da marixuananın legallaşmasına qarşı idim, bu fikrim biraz da qətiləşdi 
Amsterdamda qiymətlər Parisdən bir qədər yüksəkdi.
Ən maraqlı muzey Van Gogh muzeyidi amma indidən deyim The Starry Night night əsəri orada deyil, Nyu Yorkdadi. 3 gün qaldıqdan sonra AirBaltic ilə Rigaya uçduq oradan da yenə AirBaltic ilə Bakıya gələcəkdik, amma birinci uçuş gecikdi deyə ikinciyə çatmadıq. Şirkət bizə Riga - Moskva ve Moskva - Bakı bileti verdi, növbəti günə. Bir gecə Riga aeroportunda yatmalı olduq. AirBaltic-ə yazıb təzminat da tələb etmişəm.
Barcelona, Paris ve Amsterdam içərsində sözsüz Paris birinci yerə layiqdi. Fotoda gördüyünüz Sacre Coeur kilsəsi də bütün səyahət boyu ən xoşuma gələn obyekt oldu.

39394542_2064144753641807_6417237750805692416_n.jpg

Belə, biraz uzun oldu amma eybi yox, sualı olan komment olaraq yaza bilər 

17 Avqust 2018

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:Nail Mustafazada

DİGƏR BLOQLAR

Mənfi və müsbətləri ilə Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əgər gəncsinizsə və ya yaşınız çox olsa da ruhunuz cavandırsa, səyahət boyunca bol-bol əyləncə, dəniz, qum, günəş, tarix, müasirlik, möhtəşəm memarlıq görmək istəyirsinizsə yaxın durun Barselona tam sizlik şəhərdir. Qrupda daha əvvəllər Barselonanın müsbət cəhətləri haqqında bir çox postlar paylaşılıb. Təəssüf ki, Barselonanın bir çox mənfi cəhətləri də olduğundan bügun hər ikisinə toxunacam.Yazıya başlamazdan öncə dünya memarlığı tarixinin ən xüsusi adlarından biri olan Antoni Gaudi haqqında yazmaq istəyərdim. Gaudi olmasa bu gün Barselona yəqin ki, sıradan Avropa şəhərlərindən biri olardı. Onun yaratdığı möhtəşəm Sagrada Familia, Casa Vicens, Casa Batllo, Park Guell, Casa Milanı görmək üçün bu gün Barselonaya milyonlarca turist gəlir. Bu binaları çıxsaq Barselonada gəzib görməli çox az tarixi yer qalır. Maraqlıdır ki, 1908-ci ildən öldüyü 1926-cı ilə kimi həyatını Sagrada Familiaya ayıran bu insan 1926-da tramvayın altında qalıb yaralananda ona çox gec kömək göstərilmiş və 3 gün sonra xəstəxanada ölmüşdür.  1) Ucuz necə getməli - Kutaisidən Wizzair vasitəsilə Barselonaya ucuz bilet ala bilərsiz. Mən Barselonadan-Kutaisiyə bileti baqajla birlikdə 90 avroya almışdım. Baqajsız səhv etmirəmsə 50-60 avro idi. Yay sezonunda bilet qiymətləri bahalaşdığından bu sezon üçün 1-2 ay əvvəldən almağı məsləhət görürəm. Aeroport çox böyükdür, 2 terminalı var, low-cost təyyarələr terminal 2-yə uçurlar. Aeroportdan şəhərə metro-avtobus-qatar və taksi ilə gedə bilərsiz. Taksi bahadır, Ən rahatı “Aerobus” adlanan avtobuslarla şəhərə getməkdir. Qiyməti birtərəfli 5.90 avrodur. Espanyol və ya Katalunya meydanlarında düşüb otelinizə metro ilə və ya piyada gedə bilərsiniz.2) İctimai nəqliyyat qiymətləri - Avtobus və metrolarda 1 gedişin haqqı 2.20 avrodur. Amma ən rahatı 10 avroya satılan T10 adlanan 10 gedişlik kartları alıb istifadə etməkdir. Beləcə 1 gediş cəmi 1 avroya başa gələcək. Əgər 2-3 nəfərsizsə hərənizə ayrıca 1 dənə T10 kartı almağa ehtiyac yoxdur. 1 kartdan hamı istifadə edə bilir. Əlavə olaraq deyim ki, T10 kartları aeroportdan gedən sarı xəttli metro və aeroport avtobuslarında keçərli deyil. Metro və avtobus sistemi çox rahatdır və öyrənmək çox rahatdır. 3) Müsbət cəhətlər- Şəhər çox əyləncəlidir. İnsanlar deyir-gülür, əylənir, burada bulvar hissəsində gəzdiyiniz zaman anidən qarşınıza sarı qumlu sahillər çıxır. Sahillərdə çimib günəşlənib insalarla qaynayıb qarışıb voleybol, futbol və digər maraqlı oyunlara qatıla bilərsiniz. Axşamlar publar dolub daşır. Şəhərdə gəzərkən məsələn selfi çəkmək istədikdə arxadan gələnlər kadra girir, əl sallayır, tullanır, əcaib formalara düşə bilirlər. Zara, H&M və bu tipli markaların hər yerdə böyük mağazaları var, qiymətlər ölkəmizdəki ilə müqaisədə daha ucuzdur. Bir sözlə əsl gənclik şəhəridir. Barselonadan 1 saatlıq məsafədə olan İbizaya, Mallorcaya Ryanairlə 10-20 avro ödəyib gedə, həmin adalarda əyləncənin pik həddinə çata bilərsiniz. Qatarla şəhərin 1 saatlıq məsafəsində yerləşən PoRT Aventura parkına gedib adrenilin manyakı ola bilərsiniz. 4) Mənfi cəhətlər-Barselonada qarşılaşdığım ən böyük mənfi hal oğurluq, soyğunçuluğun çox yüksək həddə olmasıdır. Hələ otelimizə ilk girişdə dəyərli əşyaları seyfdə saxlamağı, şəhərə çıxarkən üstümüzdə mümkün qədər az dəyərli əşya götürməyimizi məsləhət gördülər. İlk dəfə Katalunya meydanında metrodan düşdükdə insanların çiyin sumkalarını qabaqdan asdığını, qadınların çantalarını ikiəlli tutub gəzdiklərini gördük. Las Ramblas küçəsində yemək yeyərkən yanımızda olan çinli ailə telefonu stolun üzərində qoymuşdu. 1 saniyənin içində telefonu necə götürüb qaçdılarsa Çinlilər heç ayağa durmağa imkan tapa bilmədilər. Ona görə şəhərə çıxarkən üzərinizdə ən yaxşısı telefon və xərcləyə biləcəyiniz qədər pul götürməkdir. Qaranlıq düşdükdən sonra mərkəzi Las Ramblas küçəsində turist olduğu hiss olunan hər kəsə qaralar yaxınlaşıb narkotik almağı təklif edirlər.-Növbəti mənfi cəhət otellərin çox baha olmasıdır. Demək olarki ən səviyyəsi ulduzlu otellərin günlüyü 100 avroya yaxındır. Hostellərin qiymətinə başqa ölkələrdə 3-4 ulduzlu otellərdə qalmaq olur. Yemək-içmək qiymətləri də cib yandırandır).-Növbəti mənfi cəhət muzeylərə girişin çox baha olmasıdır. Əgər ora getmisinizsə Sagrada Familiaya mütləq girin. Amma digər muzeylərə girməsəniz də birşey itirmərsiniz.-Nələri görməli və nə etməli-1) Sagrada Familia - Dünyada bir hissəsinin tikintisi davam edə-edə başqa bir hissəsi remont olunan ikinci bir belə abidə varmı bilmirəm. 1882-ci ildən bəri tikilməyə başlayan, 137 ildir tikintisi davam edən, ağırlığı 200 min tondan ağır olan, bu möhtəşəm yer ölmədən öncə mütləq görülməli yerlərdəndir. 2026-cı ildə, Gaudinin ölümünün 100-cü illiyinə qədər tikintisinin bitməsi planlaşdırılır. Buraya baxanda insanın ağzının açıq qalmamağı mümkün deyil. Giriş qiyməti içərdəki muzeylərlə birlikdə 22-32 avro aralığında dəyişir.2) Casa Milla və Casa Batllo- Hər iki bina Katalunya meydanından 10 dəqiqəlik məsafədə bir-birinin yaxınlığında yerləşir. Dalğalı sonsuzluq (∞) formasında tikilməsi ilə məhşurdur. Büdcənizə qənaət edirsinizsə hər iki binanı çöl tərəfdən görmək yetərlidir. İçəri tərəfdən elə də mütləq görüləsi bir şey yoxdur. Yenə də görmək itəyənlər üçün Casa Milla giriş qiyməti-22 avro, Casa Batllo-25 avro3) Camp Nou turu- Xüsusən Barselona azakeşləri üçün mütləq gediləsi yerlərdəndir. Bir Real tərəfdarı olaraq içəri girməsəm də muzey və stadion turunun qiyməti səhv etmirəmsə 35 avro idi.4)La Rambla küçəsi- Barselonanın mərkəzi küçəsi, Katalunya meydanından başlayıb dəniz sahilinə qədər davam edir. Küçənin hər iki tərəfindən alışveriş edib, restoranlarda günün yorğunluğunu keçirib keçən insanları izləyə bilərsiniz.5)Mercat de la boqueria- La Rambla küçəsində yuxardan aşağı enərkən sağ tərəfdə böyük bir insanlar topluluğu görsəniz bilin ki, bu məhşur bazarın girəcəyidir. Hər cür ekzotik meyvələrin, fast food tipli yeməklərin, şirniyatların satıldığı yerdir. Əsasən ekzotik meyvələri kiçik parçalar halında 1-2 avroya satırlar. Heç Asiya turunda burda yediyim qədər ekzotik meyvə yeməmişdim. Başqa yerdə od qiymətinə olan kəsilmiş Longan, manqo, manqustin, pitaxaya, papaya, karamboladan az-az yeyib heç 10 avro xərcimiz çıxmamışdı.)) 6) Barceloneta sahilləri - La Rambla küçəsindən aşağı enib sahil boyu gəzdikdə Barseloneta sahilləri qarşınıza çıxır. Dəniz, qum, günəşin keyfini çıxarıb, futbol voleybol oynayanlara və digər əyləncələrə qoşula bilərsiz. Sahil kənarında hər cür şərait, duş, soyunub-geyinmə otaqları, saxlanc yerləri var. 7)Park Guell - Düzü bura gözlədiyim kimi woow bir yer olmadı. Giriş qiyməti təxminən 8-10 avro idi deyə getmək olar.8)Espanyol meydanı - Buraya getməklə Las Arenas Avm, Kral sarayı və sehrli hovuzu görə bilərsiniz. Poble Espanyol adlanan ispan kəndinə də mütləq səfər edin.9)Montjuic və Tibidabo təpələri - Hər ikisinə səfər etməklə Barselonanı yuxardan izləyə bilər və gözəl təbiətdən zövq ala, Tibidabo təbəsində olan Müqəddən ürək kilsəsinə girə bilərsiniz.10) Port aventura atraksion parkı - Sants qatar stansiyasından Port Aventuraya təxminən 1 saata gedə bilərsiniz. 1 günlük giriş haqqı 55 avrodur.Bunlardan başqa Barselonada bir çox gəzməli görməli yerlər var. Sənət sevərlər Picasso muzeyinə gedə bilərlər. Şəhərdə bir neçə dənə 18+ muzeylər də var. Barselonaya gedib Tapas yemədən, içki içirsinizsə Cava və Vermut içkilərindən dadmadan gəlməyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

875 dəfə oxunub

Fransa - İsveç səyahəti

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Biraz uzun olacağ amma mütləq oxuyun????Fransa????????& Sweden????????????İlk öncə ????Paris????Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower"????idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şou da ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gedilesi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????.Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış Lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilersiz????.Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil????. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz(1saat 40 dəq)???? "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənə də olsun tualetin olmaması. Səbəb isə Kral ve ziyalı ailesi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər və bunu xadimələr təmizləmədilər. Buna görə də illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki.  Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir . Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu Bağ bir sözlə "Möhtəşəmdir"????. Gecə əyləncələri və diskoteka clublar da öz yerində. ☺Qeyd edim ki mən layihə ilə getmisdim amma reklam xarakterli olmasın deyə adını yazmıram.☺Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ????İngilis dilində anlayışım olsa da danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu  və o dostlarımı hec bir zaman unutmayacağam????.2) Keçək Sweden-Stockholm????Bu ölkədə isə təmtək gəzmişəm ????Gəzintiyə baslamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm????????İsveç ???? ümumilikdə məndə xoş təəssürat yaradan ölkə. Ölkənin 70%-i ağaclardan və 11 adanı birləşdirən ölkə. Milləti havası kimi soyuq olsa da, lazımı anda insana kömək eləməyi bacaran bir xalqdır . İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura Avropanın ən az siqaret çəkilən ölkəsidi.Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirler. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur.Qeyd edimki 1 həftəlik Sel Kart turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbəttə daha çoxdur amma rəng xətti olaraq 10 rəngdi. Hamısında information işləyən işçilər var turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu.Avtobusları gecə də işləyir.Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olar ki.Gəziləsi yerlərdən ən başda gələn Təbii ki Wasa Gəmi Museyidi????1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 Ton ağırlıqında və 70 metr uzunluğunda Gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən daha da çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən Tarixi muzeyidir.????Daha sonra Gamla Stan????Gamla Stan . 13cü əsrdə qurulan bu yer ən köhnə şəhəri. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizimin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki millətə xeyri faydası toxunan hər bir icada görə həmən adama onun adına mükafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya, Fizika və s) verilir. Çox uzun uzadı danışmayım artıq????Ölkədə Təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusən də Konya Kulu-ları.Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ???? Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli 

661 dəfə oxunub

Təbiət möcüzəsi - Filippin adaları

Filippinlər – 8 minə yaxın adadan ibarət olan bir ölkədi. İlk öncə onu qeyd edim ki bu ölkəyə getmək üçün Viza prosesi sadə olsa da yani Vizani problemsiz versələr də prosesin özü uzun çəkir. Bunun da əsas səbəbi Bakıda Filippin səfirliyinin olmamasıdı. Viza Türkiyədə vurulub göndərilir. Viza almaq üçün təxminən 1 ay əvvəldən müraciət etmək lazımdı.Filippində 9 gün qaldım. Qaldığım müddətdə gəzdiyim yerlər haqqında qısa məlumat verəcəm.Başlayaq paytaxt Maniladan – Manilada 1 gün belə keçirməyə dəyməz. Şəhərdə demək olar görüləcək heç birşey yoxdu. Çox sıx və tıxaclarla dolu bir şəhərdi. Konfransım olduğu üçün mən də yalnız 1 gün yarım qaldım (o belə çox gəldi mənə).Filippinlərin ən gözəl turizm bölgələri adalarıdı. Bu adalar və digər görülməsi dəyər yerlər haqqında:1) Coron, Palawan adası – Bura gələn turistlərin demək olar 90%-i məhz bu adaya gəlir. Havasının, suyunun, sualtı aləminin və təbiətinin gözəlliyini sözlə ifadə eləmək olmur.2) Kayangan lake – Coron, Palawanda yerləşir. Dağlar arasında dənizdən ayırılmış kiçik bir göldü. Yalnız bi ada-dağda insanlar məskunlaşıb və bura gələn turistləri qarşılayan turizmlə məşğul olan təxmini 100-ə yaxın yerli əhalidi.3) Twin Lagoon - Coron, Palawanda yerləşən və iki dağ arasında olan bu yer turkuaz rəngli suyu ilə məşhurdu. Dərinliyi 3-4 metrə qədər çatsa da suyun dibi və balıqlar aydın görünür.4) Seven commando beach - Saysız hesabsız çimərikləri olsa da ən məşhur və gözəl çimərlik5) Puerto princessa underground river – Palawan adasında yerləşən dağların altından axan kiçik çayla boat turu. Sakitlik, dağ və qayaların gözəlliyi və bir daha heyranedici təmizlikdə olan su.6) El nido – bu ada Coron, Palawannan gəmi ilə təxminən 3 saatlıq yoldu. Ən azı 1 gün keçirə biləcəyiniz meşəsi və çimərlikləri ilə tanınan kiçik bir ada şəhərciyi.7) Calauit safari park – şəxsən mənə görə bu səyahət boyu ən yadda qalan yer oldu bura. Zebra və zürafələrdən ən çoxu 1 metr məsafədə gəzmək,  zürafələri yemləmək və onlara toxunmaq inanılmaz tecrübə oldu mənim üçün.8) Chocolote Hills – Maniladan 650 km uzaqlıqda olan Bahol adasında yerləşən 50 kvadrat km sahədə yerlələşən yüzlərlə şokolada bənzər təpələr. Necə əmələ gəlmələri haqqında bir neçə versiya olsa da hələ də dəqiq yaranma tarixçəsi heçkimə məlum deyil. Ama həddinnən artıq gözəl yerdi.9) Banaue rice terraces – Bu yer haqqında ayrıca paylaşım etdiyim üçün çox şey yazmayacam. Sadəcə Filippinə gedib Maniladan uzaq da olsa burda azı 2 gün keçirsəniz peşman olmarsız. Ciyərləriniz təmiz hava və oksigenlə dolacaq.Sonda onu deyim ki Filippinin pul vahidi peso-du. Bir zamanlar İspaniyanın koloniyasi olduğu üçün dillərində də İspan sözləri çoxluq təşkil edir və pul vahidi də İspaniyanın avrodan öncəki pul vahididi.Bir də ən əsas məqamı söyləyim. Filippinə yay və payız ayları gedəsi olsaz özünüzlə mütləq çətir götürün. Burda gündə ən azı 2 dəfə yağış yağır. Yağış dediyim bizdə olan yağışdan deyil. Burdakı yağış 30 dəqiqə Bakıya yağsa Bakı batar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vugar Guliyev

2339 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Romantizmin məkanı Kapadokya

Kapadokiyadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Burada Kapadokya ilə bağlı postlar, suallar, hətta tur təəssüratları da gördüm, amma dərli-toplu, bir çox suala bir arada cavab verən post yazım yenə də dedim:)- Kapadokya Türkiyənin Nevşehir vilayətinə bağlı bir bölgənin adıdı. Kırşehir, Niğde, Kayseri ve Aksarayın bəzi bölgələri də Kapadokya sayılır. Ankaradan 3 saat, İstanbuldan 7-8 saat məsafədə yerləşir, Orta Anadolu bölgəsi sayılır. Ən çox turist çəkən bölgələrdən biridi.- Kapadokya yay xaric (çox isti olur) bütün mövsümlərdə gözəldi. Xüsusile yazın ortaları ve qışda qar yağarkən əfsanədi.- Kapadokya üçün 1-2 gün kifayətdi deyənləri dinləməyin, ən az 3-4 gününüzü ayırın, dadını çıxarın.- Kapadokyanın görülməli bölgələri - Göreme, Uçhisar, Ürgüp, Ortahisar, Çavuşin, Avanos, Mustafapaşa.- Kapadokyanın görülməli yerləri - Göreme Açıq Hava Muzeyi, Çavuşin Atçılıq fermaları (çiftlikler), Aşk Vadisi, Göyərçinlər Vadisi, Zelve Açıq Hava Muzeyi, Qızılçuxur vadisi, Güllüder Vadisi, Göreme Panorama, Cevizli, Tığrak qalası, Devrent vadisi, Paşabağlar, Üç Gözəllər, Çavuşin, Ortahisar qalası, Uçhisar qalası, Ürgüp Yunak mahallesi, Asmalı Konak, Temenni tepesi, Ihlara vadisi, Özkonak yeraltı şəhəri, Sarıhan vadisi, Gomeda vadisi, Derinkuyu, Kaymaklı yeraltı şəhərləri...- Görməli şeyləri - peri bacaları, atları, balonları ve şərabları.- Kapadokyada sakit ve ucuz yerdə qalmaq istəyirsizsə Çavuşində, hər cibə uyğun və hərəkətli yer istəyirsizsə, Göremede, sakit və daha lüks istəyirsizsə Uçhisarda, lüks, sakitlik və romantizm üçün Ürgüpde yer baxın. Hər qiymətə otel, hostel, pansiyon var - xüsusilə Göremede.- Göremeye hər kəslə, Uçhisara pullu dostlarla, Ürgüpə sevgiliylə gedilir:))- Kapadokyanın dadını çıxarmaq istəyirsizsə, cave (mağara) otellərdə qalın - ən azından 1 gecə.- Balonla uçmaqmı, balonları izləməkmi desəniz, məncə, ikinci. Həm ucuz, həm daha gözəl görüntü verir:)- Balonla uçmaq istəyənlər bölgədəki çox sayda şirkətlərlə danışa bilər. Bir çox otel də təşkil eleyir. Sizi oteldən alırlar, otele buraxırlar. Amma qiymətler bahadı - adambaşı təxminen 550-600 lire.- Balon izləmək üçün ən yaxşı nöqtə Göremenin üstündəki seyir terasıdı - kimdən soruşsanız deyəcək. Burada balonların yerdən qalxdığı andan etibarən görəcəksiz. İkinci nöqtə Uçhisardı - amma orada ancaq balonlar havaya qalxınca görə bilərsiz. Qaldığınız bir çox oteldən də izləyə bilərsiz. Bunun üçün səhər tezdən qalxmalısız - günəşin doğuşuyla birlikdə balonlar qalxır. Hava şəraiti uyğun olmayınca balonlar uçmur.- Günbatımı izləmək üçün ən gözəl nöqtə Uçhisardı.- Zelve Açıq Hava Muzeyi Göreme Açıq Hava Muzeyindən daha maraqlıdı - görmədən dönməyin.- Şərabı Ortahisarda deneyin. Qalanın içindəki şərabçıda həm dadına baxa, hem ala bilərsiz.- Avanosda çömləkçilərə gedib, o qabların necə düzeldildiyini izləyə, hətta özünüz düzəldə bilərsiz.- Yemək üçün ən lüks restoranlar Uçhisardadı. Seki restoran bahalıdı, ama mənzərəsi gözəldi. Yeməkləri də.Görəmədə hər cibə münasib yemək tapmaq mümkündü.Kapadokya mətbəxi gözəldi - amma ən gözəl nümunələrini Ürgüpdə Ziggy Cafedə və Avanosda “Bizim Ev”də yeyə bilərsiz. Testi kababını və Avanos kababını mütləq yeyin. Çay-kahve üçün Uçhisarda Peri Cafe Cave Man-a gedin - mağaranın içində çox maraqlı yerdi - daha çox sevgililər gedir:) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1631 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!