1459 dəfə oxunub

Budapeşt gəzintisi

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salamlar hər kəsə yenidən. O Vyanada metroda 115 euro cərimələnən qızam???? dedim mən də öz səyahətimdən maraqlı rəngli momentləri sizinlə paylaşım????
Deməli səyahəti 10 günlük planlaşdırdım sentyabr ayında, məlum məsələ kasıb malı #wizzairle uçdum. Wizzair də sağ olsun oturacaqları adamı səyahətə başlamamış yorur uje???? ucuzluğuna görə amma əla variantdı hər zaman. Ümumilikdə 3 gün #Budapeshtde, 4 gün Praqada, 3 gün Vyanada oldum.

43655184_1967199429990459_6301699887842983936_o

İlk Budapeştdən başlayım ki, şəhəri belə çox sevəcəyimi və qısa zamanda doğma gələcəyini düşünməmişdim. Səyahətə getməzdən öncə gəziləsi yerlərin hətta kafelərin belə listini tutmuşdum. Budapeştin Buda tərəfi əsasən tarixiliyi ilə Peşta tərəfi isə aktiv həyatı ilə seçilir. Tarixi yerləri özünüz də tapa bilərsiz onsuz, ən maraqlılardan danışım. Şəhərin içində yerləşən "Marqarita adası" məsələn, hansı ki mərkəz hissədən 2 nömrəli tramvayla asanlıqla gedə bilərsiz. Bura sanki cənnətdən bir parçadır, hər yer yaşıllıq, gül-çiçək, sakitlik, insanların istirahəti üçün nəzərdə tutulmuş bir ərazidir, içində bir neçə kafe və baseyn də var. Yaz -yay aylarında getsəz Budapeştə mütləq gedin bura.

43734012_1967188883324847_1318707590124797952_o

Daha sonra Budapeşt ruin barlaru ilə meşhurdur, ( yeni köhnə atılmış obyektlərdən kafe düzəldiblər ve maraqlı məkanlar ortaya çıxıb) Orel i Reshka"dan gördüyüm bu tip bir kafe "For sale pub"a getdim. Kafedə uzun növbə olur, güclə yer tapırsan. İçəridə hər stolun üstündə bir vedrə fıstıq olur, hansı ki pulsuzdu bu fıstıq və ən maraqlı məqam fıstıqları yeyib qabıqlarını yerə tökə bilərsən, ( imenno bu ləzzət elədi????) şəkildə gürünən əndrəbadi yemək həmin kafedəndir, qiymətlər baha lakin porsiya gigantdır, demək olar ki hər kəsin qabından yeməyin yarısı qayıdırdı).

43662648_1967199536657115_5829825424602955776_o

Budapeştin ən məşhur kafesi "new york" kafedir. Reserve etmədən getsəz çətin yer tapasız, amma biz tapdıq???? Kafe bütün klassik stildə dizayn olunub, saat 5-ə kimi klassik orkeste ifa edir, daha sonra isə fortepiano davam edir. Qiymətlər əl yandırır, bizim pulla 17 manata birtəhər bir multivitamin fresh sok tapıb içdik???????? bura bir növ simvolik bir yerdi, Budapeştə gəlmisənsə bura da girməlisən kimi) Amma içəridə oturmayıb sadəcə şəkil və video da çəkə bilərsiz, tamamilə icazə verirlər.

43879735_1967148283328907_2810435012896227328_o

Budapeştin insanları mehribandır, gecə 12-də otelə qayıdırsan dəyib-dolaşan yoxdur. Hə bir də insanlar əsasən qızları mənə görə kifayət qədər kökdülər və 0 kompekslə qat-qat sellulitle qısa şortiklər geyinirlər rahat ( heyf deyilik biz, o nə deyər bu nə deyər fikri ilə həyatımızın içinə eləyirik????) Belə görürəm 3 şəhəri də bir posta sığdıra bilməyəcəm. Ona görə o biri şəhərləri də ayrıca yazaram) Hələlik bu qədər????

P.S. Səyahətimin əsas orqanizatoru, gözəl və diqqətcil insan Abas Sayilov -a da buradan təşəkkür edirəm. (bu qrupdan Əfsanə adlı xanım sağ olsun calaşdırdı bizi) Hələ belə xırdalıqlara qədər fikir verən, müştərinin hər istəyini nəzərə alan insan görməmişəm. İşində peşəkar insanlarla işləmək başqa şeydi həqiqətən. Reklam deyil bu inanın, sadəcə razı qaldığım bir şeyi sizinlə də bölüşmək istədim.????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Laman Faraczade

DİGƏR BLOQLAR

Fethiyeyə Tək Səyahətim

Hər kəsə salam. Dünyanın ən detallı Fethiyeyə tək başına səyahət postu ilə qarşınızdayam 1) Nə qədər qaldım? 17-18 gün və əsla bəs etmədi. 2 gün isə Rodosda qaldım. 2)Harda qalmalı: Mən Fethiye universitetində müəllimə olan bir orta yaşlı tək yaşayan xanımın evində qaldım özüylə birgə. Evi çox genişdir, duplex, özü isə həm çox savadlı, həm də əyləncəli qadındır. Tək gedən, ya da 2 nəfər gedənlər üçün idealdır, oteldən 3 dəfə az ödədim, kontaktını istəyən mənə desin. Tək getmiş kimi olmadım, çünki evdə birgə çay içdiyim, səhər yeməyi yediyim möhtəşəm biri vardı Ev tam mərkəzdə, bulvarda, Paspatura 10 dəq ayaqla məsafə. Özü dedi ki, airbnb çox etmir, hər il gələn fixed sosiallaşdığı 1-2 xarici və artıq hər il gedəcək mən varam Bu tərz qarşılıqlı söhbət edəcəyi, sonra da hərənin öz işiylə məşğul olduğu qonaqlara açıqdır, çünki özü də çox işləyir. Bütün şəhər tələbələri olduğu üçün, hər şeydə də kömək etdi. 3) Hardan uçdum? Gediş: Varşava-Rodos Wizzair lə, Rodosda 2 gün qalıb, Fethiyeyə gəmiylə getdim və 1 saat yarım sürdü (gəmi vergiylə birgə 45 avro) Dönüş: Charter uçuşla Dalaman-Varşava 340 zloty 4) Qoşulduğum turlar: 1) Ölüdeniz, kelebekler vadisi turu (tur sirketi: V-go) 2) Dalaman nehrində Rafting turu (şirkət: V-go) 3) 12 adalar turu (şirkət: Kardeşler, Namık kutoglu) hamsı üçün pazarlık edə bilərsiz fərqli yerlərdən, qiyməti müqayisə edib seçdim. Başqa fərqli turlar da çoxdu, mən sadəcə zövqümə uyğunları seçib, qalan günləri azad gəzdim tursuz. Bu 3 turun 3 ü də əla idi, bol-bol dəniz və üzmək. Ama ən adrenalinlisi Dalaman rafting idi, işçilər, yeməklər əla, ən çox onda güldüm və əyləndim. 5) Ən sevdiyim private beach lər: 1) “Sea me” 2) “So beach” 3) “Rups” . Sea me nin düz yanına dolmuş gedir, dj musiqisi və parti olan ən məşhuru odur. İnstagramını izləyin musiqi günləri üçün. Qayıdanda taxi özləri çağırır. Rups uzaqdı, Faralya tərəfdə ama dolmuş gedir. So beachə ancaq taxi gedir ama mütləq gedin, əla beachdir. Aralarında təkcə So beachin öz mətbəxində yemək yeyin, çünki hər şey çox uyğun olmasa da çox təbii və çox dadlıdır. Rupsa getsəniz mütləq ona yaxın olan Sea View hoteldə, Mambo restoranda gün batımında yemək yeyin, o qədər yol getmişkən 1 daşla 2 quş olsun. Mambo da çox on budget deyil. On budgetləri aşağıda yazacam. 6) Getdiyim digər beachlər: Ölü dənizdə Bilcekız, dolmuş gedir. Yenə ora çox yaxın olan Paradise və Sugar beach, bu iksini bəyənmədim çünki su isti və dalğasız idi, ama uşaqlı ailələrə uyar bəlkə. Public beach ölü deniz kıyısında da, boncuklu koyunda da, başqa koylarda da doludur. Bələdiyyənin Çalış plajı var, dolmuş gedir, Çalışın plajından çox bulvarı, kafeləri, gün batımı, axşam ortamı əladır. Çalışa gedin, yaxındır. 7) Mambodan başqa gün batımı izləyəcəyiniz Fethiyenin öz mərkəzində cocktail bar: Citrus. On budget deyil. Aşıklar tepesi tərəflər. 8. Fethiye içində sevdiyim ucuz restoranlar: Adıyaman çiğ köftecisi nr 2 ( həm kababı, həm ətli çiğ köftesi), Yeşil sarma lokantası Çarşının içində, Sahil lokantaları 1 və 2. Ən sevdiyim şirniyyat: Ramado, Çalış qəsəbəsində (maşını olanlar üçün) Sevimli daha Avropa tərz kafem: Trio 9. Kitapçılar: 1) Safah çünki çoxu 2 ci əldir deyə daha ucuzdur kitablar. Sifarişlə 1 günə də gətirir sahibi. Safahın sahibi bir de Kitaphane adlı yer açıb, orda kitab kulubunun müzakirələrinə də qoşuldum. 3) Ayrıntı kitab evi, tapılmayan təzə kitablar üçün.10) Qayıdanda tam Fethiyeyə özəl nə alaq : 1) Servet lokum: şəkərsiz ve xurmadan duzeldilen, 2) Likya kadin kooperatifinin tikdiyi pambiq libaslar (Paspaturda balaca, Calisda esas dukani) çox gözəldirlər.11) Bazar: Salı ya da Cuma pazarı mərkəzə çox uzaq deyil. Ya Salı, ya Cümə səhər gedin, qutab yeyin isti isti və meyvələr alın. 12)Musiqili mekan en favorim: 1) jazz sevenlere Turkish jazz üçün: Le populaire (Cümə və Şənbə) və 2) beach kənarında isə: Sea me 3)Hayal kahvesi, ama xidmət bərbad, sadəcə yaxşı müğənnilər gəlir deyə getdim13)Rodosda otelim: “Evdokia”. Tam old towndadır. çox razı qaldım, ailə hoteli və kənd üsulu təbii ailənin bişirdiyi səhər yeməyi. Rodosda isə Symi adası üçün “get your guide” saytından Cruise to Symi Island and Saint George's Bay turuna qatıldım14)Fethiyede extra activity: Bulvarın Hayal kahvesinə yaxın hissəsində, insanlarla hər axşam piknik etmək, çox məşhurdur.15) Babadaga teleferike getdim Çalışdan dolmuşla, yuxarıda izlədim gün batımını. Paraşütlər ordandır. 16)Extra bilgi: Fethiye belediyye instagram səhifəsi çox aktivdir, eventlər üçün baxın.17) Dırnağınız qırılsa, saçınız yansa on budget saç manikür: muzaffer dontlu cd 59 Ümumi olaraq, insanlar mehriban idi deyə tək getməyimi hiss etmədim Paylaşan: Ulker Mehdiyeva

200 dəfə oxunub

2 yaşlı oğlumuz ilə İspaniya səyahəti

Salamlar hər kəsə Sizə 2 yaşlı oğlumuz ilə birlikdə getdiyimiz İspaniya səyahətindən danışmaq istəyirəm. Bu dəfə əlavə ölkə qatmaq istəmədik çünki sadəcə İspaniyanın şəhərlərini gəzmək istədik. Gəzdiyimiz şəhərlər1. Barcelona2.Madrid3.Sevilya4. MarbellaBirbaşa reys ilə Barselona şəhərinə enəndən sonra avtobus ilə mərkəzə yəni otelə getdik. Uşaq ilə səyahət etdiyimiz üçün otelləri adətən mərkəzdə seçirik. Hava limanından qalxan avtobuslar var biz 1 nəfərə 7,55 eur ödədik.İlk gün Passeig de Gracia küçəsini gəzdik və Gaudinin əsərləri olan Casa Mila və Cassa Battlo a getdik. El Nacional restoranında paella yedik. Amma İtaliyan yeməklərinə çatan olmaz deyərdim Gəzdiyimiz digər yerlər- Sagrada Familia- daxil olmaq üçün bileti 1 ay əvvəldən almışdıq. Təxmini 35 eur ağlımda qalıb- Cituadella Park- bura çox gözəı parkdı. Göldə 7 eura qayıq ilə üzmək də olur. Oğlumun təkidi ilə o qayığa mindik-Gothic Quarter- Barcelona Cathedral- Park Guell ( bura da bileti 1 ay əvvəldən almışdıq) bəzən pik mövsümlərdə bilet olmaya bilər. 18 eur 1 nəfər- Barcelonetta Beach - mən bu çimərliyi çox bəyəndim. İspaniyada çimərliklərdə harda istəsəniz dəsmal atıb uzana bilərsiz Barcelonadan Madridə qatarla getdik. 1 nəfər 54 eur. Və mən Madridi çox bəyəndim, arxitektura, binalar və xüsusilə də Retiro parkı. Gəzdiyimiz yerlər1. Plaza Mayor2. Mercado de san Migel - fərqli məhsulların satıldığı bazar. Fərqli ət məhsulları və dadlı meyvələr var idi3.Puerta del sol4. Retiro Park - Madiridin istisində çox gözəl və ağaclar ilə örtülü sərin parkdır. Burada da göl var və qayıq kirayələmək olur.5. Royal PaLace of MadridVə San gines-də dadlı churros yeyə bilərsizMadriddən Sevilyaya yenə də qatar ilə getdik. 56 eur .Sevilya ən çox istilik dərəcəsi yüksək olan yer idi deyərdim Amma küçələrini çox bəyəndim. Barcelona nisbətdə qiymətlər ucuz idi. Şəhər narıncı qırmızı rənglər ilə bəzənib. Hər yerdə portağal ağacları var. Və Ərəblərin memarlıq tərzi də çox yerdə hiss olunur. Mərkəzi küçələrdə günün qarşısını almaq üçün örtüklər asılıb.Gəzdiyimiz yerlər1. Plaza de espana2. Real Alcazar - bilet qiyməti 15 eur. 3. Guadalquivr çayı ətrafında gün batımı çox hözəl görünür.4. Plaza de espana-da maraqli flamenco şoular olur. Və çalışın xırda qəpikləriniz olsun. Çünki hər yerdə aktivite və şoular olur. Pul vermədikdə pis baxırlarSevılyadan 1 avtobusla Malagaya 2-ci avtobusla Marbellaya və 1 taksi ilə də Marbelladakı otelə çatdıq. Təxmini 4-5 saatlıq yolla Marbellaya çatdıq ilk dəfə idi bu qədər nəqliyyat istifadə etdik. Marbellada otelimiz Puerto Banus-da ıdı. Marbellada qiymətlər digər şəhərlərdən baha idi. Marbellanı biz daha çox dincəlmək və dəniz üçün seçmişdik. Sadəcə Old town hissəni və marinanı gəzdik. Fərqli çimərliklərə getdik. Çimərliklər barədə ümumi deyim, özəl anlayışı yoxdur sizə heç kim mütləq şezlong çətir almalısan deyə məhdudiyyət qoymur. Amma şezlong və çətir qiymətləri də dəyişir. Puerto Banus çımərliyində 50 eur idi. Ümumi bu qədər Əlavə suallar olsa cavablandıraram.https://www.instagram.com/mini.toorist...Paylaşan: Aydan Hamidova

197 dəfə oxunub

Təbiət möcüzəsi - Filippin adaları

Filippinlər – 8 minə yaxın adadan ibarət olan bir ölkədi. İlk öncə onu qeyd edim ki bu ölkəyə getmək üçün Viza prosesi sadə olsa da yani Vizani problemsiz versələr də prosesin özü uzun çəkir. Bunun da əsas səbəbi Bakıda Filippin səfirliyinin olmamasıdı. Viza Türkiyədə vurulub göndərilir. Viza almaq üçün təxminən 1 ay əvvəldən müraciət etmək lazımdı.Filippində 9 gün qaldım. Qaldığım müddətdə gəzdiyim yerlər haqqında qısa məlumat verəcəm.Başlayaq paytaxt Maniladan – Manilada 1 gün belə keçirməyə dəyməz. Şəhərdə demək olar görüləcək heç birşey yoxdu. Çox sıx və tıxaclarla dolu bir şəhərdi. Konfransım olduğu üçün mən də yalnız 1 gün yarım qaldım (o belə çox gəldi mənə).Filippinlərin ən gözəl turizm bölgələri adalarıdı. Bu adalar və digər görülməsi dəyər yerlər haqqında:1) Coron, Palawan adası – Bura gələn turistlərin demək olar 90%-i məhz bu adaya gəlir. Havasının, suyunun, sualtı aləminin və təbiətinin gözəlliyini sözlə ifadə eləmək olmur.2) Kayangan lake – Coron, Palawanda yerləşir. Dağlar arasında dənizdən ayırılmış kiçik bir göldü. Yalnız bi ada-dağda insanlar məskunlaşıb və bura gələn turistləri qarşılayan turizmlə məşğul olan təxmini 100-ə yaxın yerli əhalidi.3) Twin Lagoon - Coron, Palawanda yerləşən və iki dağ arasında olan bu yer turkuaz rəngli suyu ilə məşhurdu. Dərinliyi 3-4 metrə qədər çatsa da suyun dibi və balıqlar aydın görünür.4) Seven commando beach - Saysız hesabsız çimərikləri olsa da ən məşhur və gözəl çimərlik5) Puerto princessa underground river – Palawan adasında yerləşən dağların altından axan kiçik çayla boat turu. Sakitlik, dağ və qayaların gözəlliyi və bir daha heyranedici təmizlikdə olan su.6) El nido – bu ada Coron, Palawannan gəmi ilə təxminən 3 saatlıq yoldu. Ən azı 1 gün keçirə biləcəyiniz meşəsi və çimərlikləri ilə tanınan kiçik bir ada şəhərciyi.7) Calauit safari park – şəxsən mənə görə bu səyahət boyu ən yadda qalan yer oldu bura. Zebra və zürafələrdən ən çoxu 1 metr məsafədə gəzmək,  zürafələri yemləmək və onlara toxunmaq inanılmaz tecrübə oldu mənim üçün.8) Chocolote Hills – Maniladan 650 km uzaqlıqda olan Bahol adasında yerləşən 50 kvadrat km sahədə yerlələşən yüzlərlə şokolada bənzər təpələr. Necə əmələ gəlmələri haqqında bir neçə versiya olsa da hələ də dəqiq yaranma tarixçəsi heçkimə məlum deyil. Ama həddinnən artıq gözəl yerdi.9) Banaue rice terraces – Bu yer haqqında ayrıca paylaşım etdiyim üçün çox şey yazmayacam. Sadəcə Filippinə gedib Maniladan uzaq da olsa burda azı 2 gün keçirsəniz peşman olmarsız. Ciyərləriniz təmiz hava və oksigenlə dolacaq.Sonda onu deyim ki Filippinin pul vahidi peso-du. Bir zamanlar İspaniyanın koloniyasi olduğu üçün dillərində də İspan sözləri çoxluq təşkil edir və pul vahidi də İspaniyanın avrodan öncəki pul vahididi.Bir də ən əsas məqamı söyləyim. Filippinə yay və payız ayları gedəsi olsaz özünüzlə mütləq çətir götürün. Burda gündə ən azı 2 dəfə yağış yağır. Yağış dediyim bizdə olan yağışdan deyil. Burdakı yağış 30 dəqiqə Bakıya yağsa Bakı batar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vugar Guliyev

4737 dəfə oxunub

Birləşmiş Ərəb Əmirlikləri - Dubay

Dubaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birləşmiş Ərəb Əmirlikləri - DubaySalam ) çoxlarınız Dubayda olub, mən ilk dəfə idi ???????? Uçuşa 2 gün qalmiş artıq peşman olmuşdum)) qorxudan???? birdən itərəm) İstanbul o qədər qarışıq şəhər gelmişdi ki, qorxmuşdum)) ????Amma hərşey planlı idi ))✈️ Azal tapılmadı artıq 3 ay əvvəldən ... məcbur 1 ay qalmış uçuşa Flydubai ilə hər iki istiqamət aldıq. Heç də peşman olmadıq , sadəcə hindistanlı-pakistanlı çox olur . Azərbaycanlı 1-2 olar ya yox . Yemək verilmir. ( Əlavə ödənişlə) 2.30 dəq uçuşdu. Kabin 7kq, baqaj o biri 20 di ( bizim işçilər o barədə hörmət edirlər keçirirlər kabinə 1-2 kq söhbəti etmirlər (orda isə onsuz çəki daha çox idi baqaja aldılar).İlk dəfədirsə mütləq transferdə götürün (mən transfer şirkətindən çox razı qaldım 34 group, 88 dollar fərdi olsa da elə bizi fərdi aparıb gətirdilər qrup adına almışdım ama) getməyə 1 gün qalmış da oteldə nömrəyə məktub qoyurlar ki sabah neçədə burda olacayıq.Demək olar bütün əsas yerlərin gördüm)Burj Xalifa əvvəl də bronla 2 nəfərə 70 dollar (dostum etmişdi)Safari turu (mütləq məsləhətdir) 80 dollar 2 nəfərə (dostum idi deyə tur rəhbəri ucuz başa gəldi) amma çox-çox xoşuma gəldi )) sonra ərəb geyimləri xına )) çox maraqlı gəldi mənəBurj-al-Arab , birdə Marina beach getmişəm (su öyrəşdiyimizdən daha duzlu amma təmiz) ???? su və qum gətirmişəm Bakıya ????????????Otel - Marinada seçmişdim, yerləşməsi, mənzərəsi, yeməkləri möhtəşəm idi. Özünün bir neçə mola, metroya və beachlara pulsuz transferləri işi olduqca asanlaşdırır. Hər smendə 1 rus dili bilən reception işçisi olur . Ama mənə ingiliscə rahat idi, yaxinlıqda hərşey var market, restoranlar .. plyaja özləri dəsmallar və zontik verirlər pulsuz, geri qaytarırsız təbii ki..Butterfly ve Miracle Garden (55 -45 dirhəm idilər uyğun olaraq) Butterfly 18-30 da tam bağlanır deyə birinci ora gedin yan-yanadırlar onsuz, Miracle gec bağlanır həm də sərin düşəndə biraz gəzmək rahatdı, istidə olmur gəzmək.Saat ferqimiz yoxdur (çox rahatdı bu).Bizə gələn ərəblər ərəb deyil dəqiqdi çox başqadı orda hərşey, ən mədəni, ən sevimli, can yandıran insanlardır ???? kömək etməyi çox sevirlər və çox mədənidirlər)Dubai, Marina, Emirates mallda oldum ın xoşuma gələn Emirates mall oldu) Məncə ordan daha çox şey almaq olurki nəinki Dubay mallda)4-5 kanfetə 300 dirhəm vermişik Dubai mallda )Dubai mallun içindən girib, arxasından çıxışda musiqili fontan və Burj xalifa gecə görüntüsü isə ayrı gözəldir ????Yeməkləri mənə çox normal gəldi, fərqlilik yoxdu, iy falan gəlir deyirdilər xoşuma gəldi amma elə birşey hiss etmədim. Meyvələri isə xüsusən dadlıdı , şaftalı qarpız yemiş ..Taksilər - hamsı eynidir və malların belə ayrı taksi girişləri var, ingilis dili bilirlər əsasən hind pakistan bangladeş vətəndaşları olur şoferlər. Taksimetrə üstündə oturanda elə gündüz 5 dirhəm olur, axşama doğru artır 8-9-12 dirhəm də olur (axşam təlabat artır deyə hərhalda)Bizi aldadan olmadı bir yerə 3 dəfə getdim eyni qiymətə, mənə çox mehriban və səmimi geldilər))Duty freesi mənə ucuz gəldi)) Normal qiymətlərdə hərşey tapa bilərsiz.İlk dəfe gedəcək olanlar üçün ümid edirəm faydalı olar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alide Qasimova

2790 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!