2801 dəfə oxunub

Balkanlar - Serbiya, Bosniya və Hersoqavina, Montenegro və Şimali Makedoniya

Axşamınız xeyir ???? uzun post olacaq amma o qədər sualımın qarşılığında hər şeyi bölüşmək istədim bəlkə kiməsə faydası olar. 10 günlük, 4 nəfər planlaşdırdığımız Balkan turumuza 1 nəfəri sərhəddən o tərəfdə qoyub çox məyus şəkildə başlasaq da şükür davamı çox yaxşı keçdi. 1həftəlik bir araşdırmadan sonra trayektoriyamızı çəkib Tiflisdən Pegasusla bilet aldıq və ilk istiqamət Belgrad oldu. "Kimdi bizi tanıyan" ana sloganlı səyahətimiz də elə Tiflis aeroportundan başladı ???? (P.S Balkanlara gedərkən mütləq çətir götürün çünki hava anidən dəyişə bilir hətta həyatımda ilk dolunu da Belgradda gördüm)

64924197_1105995759591399_7725460067335536640_n
1. Hava limanından şəhərin mərkəzinə getməkçün 150 dinar ödəməlisiniz (qətiyyən çeki çaşıb da atmayın) ilk başda şəhər olduğuna şübhənizin yaranacağı bu şəhər üçün gözləntinizi çox yüksək tutmasanız yaxşıdı. 1günə gəzib bitirilə bilinəcək bir şəhərdi. Heç bir əlavə transportdan istifadə etmədən bütün yerlərə getsək də nə hikmətdirsə bu şəhərdə saat donmuşdu sanki. Ən bəyəndiyimiz cəhəti Kalemagdandan Dunay mənzərəsi, Skardarlija küçəsi və möhtəşəm grafitilər. Qaldığımız yer mərkəzə yaxın idi və ev sahibləri çox mehriban və yardımsevər idilər. Check out time 11də olmasına baxmayaraq biletimizin axsama olduğunu öyrəndiklərində əlavə qala biləcəyimizi dedilər.???? Dinarın dəyəri çox aşağı olduğu üçün nə isə alarkən çətinlik çəkə bilərsiz hesablamaqda.

65173137_1105996159591359_624091858011684864_n
2. Növbəti ölkə olaraq Bosniya&Hersoqavinanı şəhər olaraq isə Mostarı seçmişdik. Hec bir ölkəyə biletləri online almasanız yaxşıdı. Çünki avtobus stansiyasında hetta 10avro ucuza bilet tapa bilərsiz. Mostar kiçik də olsa çox çox gözəl şəhərdi. Mərkəzdən 20-30 dəqlik məsafədə olan Blagaj "cənnət" kimi yerdir 10, 11, 12 nömrəli avtobuslarla 1 avroya gedilir. Qalmaq üçün Mirror hostel seçmişdik (bus stationdan 5 dəqlik məsafədə idi). Sahibəsi Lətifə adlı çox şirin qadın idi. Onu da deyim ki, Hostel heç də düşünüldüyü kimi 20 nəfərin bir otaqda qaldığı yer deyil. Book edərkən "private bedroom and bathroom" seçsəniz tam təhlükəsiz gecələyə bilərsiz. 1günlük yer kimi düşünsək də görmədiyimiz yerlər oldu. Balkan ların ən məşhur yeməyi Cevapi bizim mini lülə kababa bənzəyir, yağlı çörək və garnirlərlə servis olunur. Pul vahidləri mark manatla eyni dəyərdədir, qiymətlər də demək olar ki, eynidir.

65180426_1105996056258036_1041156907852627968_n
3. Next station - Montenegro ???????? qalmaq üçün seçdiyimiz ən luks yer burda olsa da ən ilgisiz sahibləri də burda idi. Hətta ödəniş etmədən çıxıb getsəydik bəlkə də xəbərləri olmazdı. Kotora getmisinizsə mütləq qalaya qalxın 2000+ pilləkən olsa da. Yaxşı olar ki saat 8dən öncə qalxasız hava həm sərin olur qalxmaqda çətinlik çəkməzsiz həm də 8 avro ödəməyəcəkdiz???? (8den sonra görəvli orda olur 8avro alır) Qalxarkən yaxşı olar ki, su və ya yeməyə nəsə götürün əks halda təzyiqiniz düşərsə heç kəs də olmazsa çətin vəziyyətdə qala bilərsiz ???? (rəfiqəmin halı pisləşərkən özümü necə çarəsiz hiss etdiyimi ifadə edə bilmirəm☹️ yaxşı ki, tez panikaya düşən deyiləm durumu toparlaya bilməzdim). Budva Kotora nisbətən çimərliyi ilə daha məşhur olsa da məncə Kotor daha gözəldi və tam passiv istirahət yeridi. Budvada gəmi turu götürsəniz peşman olmazsız. Sveti Stefan adası və Perast da görülməyə dəyərdir. Avro istifadə olunduğu üçün bahalı ölkədir nisbətən. Kotorda sahil kənarında Tanjga adlı restoran var yeməkləri dadlı və böyük pors olur, digərlərinə nisbətdə də qiymətlər də normaldır.

65657552_1105995812924727_4317570648021925888_n
4. Last station - Makedoniya. Gözləntimizi ən aşağı tutduğumuz bu ölkəni necə bəyəndiksə heç getmək istəmirik. Kotorda Ohridə avtobuslar yalnız günaşırı olur gedərkən bunu nəzərə alın. Ohrid isti abu havaya malik, şirin bir yerdir. İngiliscə bilən az olsa da türkçə əksəriyyəti bilir. Paytaxt şəhər Skopjedə (Üsküp) də həmçinin ingiliscə bilən çox azdır. Slavyan dil qrupu olduğu üçün rusca bilirsizsə dərdinizi deyə bilərsiz. Kanyon Matkaya getmədən qayıtmayın. Avtobus çox gec gəlir yaxşı olar ki, taksi istifadə edəsiz. 3-4nəfərsizsə qiyməti də elə böyük fərq etmir (18-20avro yazır taksimetr) Yenə də avtobusla getmək İstəsəniz 60 nömrə gedir 150 Dinara (gediş-dönüş) Amma kart almalısız səhv etmirəmsə 50dinar idi o da. Skopjenin mərkəzi heykəllərlə və muzeylərlə doludur. Tarixi sevənlər üçün maraqlı seçim olar ????

65820490_1105996212924687_7252721143142940672_n
Ümid edirəm ki, yorulmadınız oxuyarkən????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gunel Yashar

DİGƏR BLOQLAR

İndoneziyanın Flores adaları

Bali adası haqqında postlar çoxdur amma mən sizə İndoneziyanın Flores adalarından ve oraya bağlı olan Komodo əjdarhalarının yaşadığı Komodo adasından söz açacağam. Balinin dini hinduizm , burası isə müsəlman nüfusun yaşadığı bir adadır. Balinin xaotikliyindən bezənlər, fərqli bir ortam huzur arayanların mütləq getməsi gərəkən bir yerdir. Və ən əsası, insan həyatında neçə dəfə əjdarha görəbilər ki? 2 həftəlik İndoneziya tətilinin çox hissəsini Balidə keçirdikdən sonra təyyarə ilə Labuan Bajo’ya uçduq. Yol 1 saat sürür. Buraya gəlmənin alternativ yolları var, ən məsləhətlisi havayoludur. Gəmi ilə Lombokdan da keçmək mümkün. Getmədən öncə Labuan Bajodan təknə turu almışdıq. Günübirlik turlarda vardı amma ki getmək istədəyimiz bəzi yerləri pas keçirdi. Ona görə də 1 gecə qonağlamalı təknə turu almalı olduq. Turun uğradığı yerləri maddə maddə yazacağam:1. Kelor adası: tərtəmiz suları ilə bəyaz qumlu plajı olan , köpək balığı balalarının sürüsü ilə üzə biləcəyiniz bir yerdi. Toxunmurlar hətta insanlardan qorxub qaçırdılar2. Kalong adası: günbatımında demək olar ki bütün təknələr buraya doğru yol alır. Səbəbi isə o saatda yarasa sürülərinin uçuşu. Günbatımıyla bu mənzərə birləşincə müthiş görüntülər ortaya çıxmışdı. Yaşadığımız ən gözəl anlardan birisiydi3. Padar adası: Gecəyi təknədə keçirdikdən sonra sabah saat 4də oyanıb Padar adasına doğru yola çıxdıq. Məqsəd gündoğumunu adanın təpəsində qarşılamaqdı. Yanlış xatırlamırsam 287 pillə qalxmaq lazım idi. Yolun çox hissəsi rahat idi amma yenədə yorurdu. Təpəyə çıxdığımız zaman isə gördüyümüz mənzərə nəyə desən dəyərdi. Gündoğumu ilə birləşincə mənzərinin dadından doyulmurdu. Göyüzü sarının tonlarına bürünmüşdü. Yürüyüş yolunda marallar desən var, nikah fotosesiyası üçün gələn desən o da var4. Pink beach: Çəhrayı rəngli qumlu plajı ilə məşhur olan yer. Bu rəngi qumlara qarışan mərcan resiflərindən alır. Şəklini paylaşacam. Günəş sahilə vurunca rəngi daha da bəlirginləşir. Üzmək üçün su tərtəmiz idi , gördüyüm ən təmiz plajlardan birisidir. Burayı görməyi çox istəyirdim5. Komodo adası: Səbəbi ziyarətimizin əsas nədəni. Turun sonunda buraya gətirirlər. Komodo National park olaraq keçir rəsmi adı. İçəridə yerli əhalinin yaşam alanı var. Maddi olaraq rəfah səviyələri ürəkaçan deyildi. Dünyada bir yerlərin bolluq içində üzüb, bir yerlərin səfalət çəkməsini sorğulayır insan. Komodo əjdarhalarını görmək üçün az biraz yol qət edirsiniz və nəhayət qarşısınızdadır. Yaxınına getməyə qəti şəkildə icazə verilmir, ac zamanında insanı belə udabilər. Yetərli miqdarda bəslənmişsə ayda 1 dəfə bəslənməsi bəs edir. Normalda yeməsi üçün qoyun, quzu çoxaldırlar. Bu əjdarhalar zəhərlidir, nadirdə olsa turistlərə saldırmış olduğları zamanlar olmuş amma kimsə böyük bir xəsarət almayıbMəncə Baliyə qədər getmişkən bir neçə gününüzü buralara ayırabilərsiniz . Balidən çox daha gözəldir buralar

141 dəfə oxunub

New York - Miami Səyahətim

Sizə bu yaxınlarda New Yorkun məşhur Central Park-ından başlayıb, Miami-nin Ocean Drive sahillərində tamamlanan səyahətimdən danışımBütün New York səyahətim boyu, bəlkə də ən yadda qalan xatirə, helikopterlə gün batımı zamanı Central Parkın üzərindən uçaraq şəhəri seyr etməyim, digəri isə şəhərin səs-küyündən uzaqlaşmaq istədiyim anda Central Parka bir addım atmaqla sanki şəhərdən tədric olunma hissini yaşamağım idiGələk ən vacib nüaslara 1. Viza: Ən vacib məqamlardan biri viza idi. Amerika vizası ilk dəfən hamıya 1 illik verilir. Əsas məsələ isə sizi ölkəyə bağlıyan əsaslı faktorların olmasıdı. Misal üçün siz bir şirkətdə uzun müddətli işləyirsizsə, evlisizsə və bunun kimi ölkənizə loyallıqınızı sübut edəcək faktorların olmalıdır. Son zamanlar vizaya müraciət edənlərin əksəriyyəti müsbət cavab alır, əlbətdə ki bütün lazımı sənədlər və ölkəyə bağlılıqı sübüt edən faktorlar qaydasındadırsa 2. Təyyarə biletləri: New Yorka təyyarə biletləri əsasən gediş-dönüş 1200-1500 ₼ arasında dəyişir. Amerika daxilində isə uçuşlar daha münasibdir. Məsələn, New York-Miami-New York marşrutu üzrə bileti 340 ₼-ə əldə etmişdim 3. Qidalanma və restoranlar: Qidalanma çox zəngin və müxtəlif idi. Gözləntilərimin əksinə olaraq, yeməklərin dadı çox dadlı idi. Ən bəyəndiyim yerlərdən biri, Spiderman filmində Peter Parkerin kuryer kimi çalışdığı Joe’s Pizza və 1888-ci ildən fəaliyyət göstərən, pastrami sendviçi ilə tanınan Katz’s Delicatessen idi. Qiymətlər isə misal üçün böyük boy Pizza 18-20$, sandwich 25-30 $ arası dəyişirdi 4. Nəqliyyat: Şəhərdaxili nəqliyyatda metro ən ideal seçim idi. Bir gediş haqqı təxminən 5 ₼ (2.75 $) idi. Demək olar ki, istənilən nöqtəyə metro ilə rahat çatmaq olurdu. Amma doğrudan da deyilən kimiymiş. New York metrosunun öz atmosferi var... 5. Səfər tarixi: New York üçün yaşıllıq və günəşli havanı yaşamaq istəyənlər üçün May-Sentyabr ayları idealdır. Miami üçün isə okeandan zövq almaq istəyənlər Noyabr-Aprel ayları daha uyğundur. Digər aylarda tropik yağışlar səyahəti çətinləşdirə bilər 6. Büdcə: Ortalama olaraq 1 nəfər üçün təyyarə, viza, qidalanma, fəaliyyətlər və otel daxil olmaqla 4000-5000 ₼ arası büdcə kifayət edir. Əlbəttə, bu rəqəm hər kəsin səyahət formasından və komfort seçimlərindən asılı olaraq dəyişə bilərBir söznən hər kəsə xoş və yadda qalan səyat arzulayıramhttps://www.instagram.com/asad_zeynalov...Paylaşan:Zeynalov Asad

150 dəfə oxunub

Yerlisindən Amsterdam bələdçisi - İsa Yusibovun gözüylə

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Amsterdamda "uçmağın" başqa versiyası barədə qısaca yazmaq istəyərdim Şəhərin ən tanınmış yerlərindən biri Amsterdam Toren adlanır və Hollandiyanın ən hündür panoraması olan Lookout (hardasa 100 metr). Əvvəllər 20 mərtəbəli bu bina Shell-in ofisi olub, indi isə turistik yer kimi fəaliyyət göstərir. Binanın aşağı mərtəbələrində hotel, ofislər və s. var. Maraqlı yerlər 19cu mərtəbədən başlayır. 19-da Moon adlı restoran var, elə quraşdırılıb ki, masalar 360 dərəcə fırlanır, oturduğunuz yerdən gördüyünüz şəhər dəyişmiş olur. Məsləhət: o restoranda sevgilinizlə nahar eləmək istəsəz birinci menuda qiymətlərə baxın sonra asta-asta ordan uzaqlaşın :)))20-ci mərtəbədə şüşə pəncərə ilə əhatəli kafe var. Aldığınız biletlə orda 2 içki pulsuzdu, qiymətləri ümumilikdə yaxşıdı. Normalda bilet 12,50-di. Amma çox adam Premium ticket alır 20 euroya və bu biletə 2 içki, suvenir və binada çəkdirdiyiniz şəkil daxildir. Bu bileti alsaz kassa, növbə gözləmədən qalxa bilərsiz.21-ci mərtəbədə Amsterdam Lookout var və burda şəhəri ən hündür yerdən izləmək olur. Hava yaxşı olanda Utrecht falan da görünür lap uzaqdan.Və ən əsas, 22-ci mərtəbədəki yelləncəkdir. Axşam saat 9a kimi açıqdır bura, yəni bəzən qaranlıqda da şəhəri izləmək olur. Acrophobia-sı olanlara məsləhət deyil bu arada:) Qeyd edim ki, bu swing üçün əlavə 5 euro ödəniş istənilir. Bizim qızların/oğlanların boyunun balaca olmasını nəzərə alaraq onu da deyim ki, 1.10 m-dən balaca olanlar ora buraxılmır, indi özünüz baxın da :DEnjoy your stay in Amsterdam!Gəzənfərd 3. Amsterdam: Pərvin Cəbiyeva və İsa Yusibov[youtube https://www.youtube.com/watch?v=H-NZEP4lknU&w=560&h=315]MUZEYLƏRBu qrupda və inboxda Amsterdamdakı muzeylərlə bağlı tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq muzeyləri ziyarət etməyin ən sərfəli yolunu deyim.Ümumilikdə bura gələn turistlər ya Red Light-a görə gəlir, ya da ki incəsənətə görə. Turizmin ən ciddi gəlir mənbələrinin bəlkə də birincisi elə muzeylərdi. Məsələn Van Gogh muzeyinə giriş 18 eurodu. Adam o qədər çox olur ki, artıq Amsterdamdakı turistik yerlərin bir çoxuna bilet bir-iki ay öncədən tükənmiş olur.Şəhərdə turistlərlə bağlı bir neçə discount card-lar var, onlar haqqında imkan olsa müsbət və mənfi tərəflərini ayrıca postda yazacam gələcəkdə. Qısa müddətdə ən çox muzey gəzmək istəyənlər üçün verəcəyim ən önəmli məsləhət "Museumkaart" sifariş etməkdir. Normalda burda uzunmüddətli yaşayanlar, Holland vətəndaşları və s. üçün bu kart 1 illik etibarlıdı, amma turistlər üçün bu 1 aydı. Aldığınız bu kartla siz 1 ay ərzində təkcə Amsterdamın yox, Hollandiyanın 300-dən çox muzeyini pulsuz gəzə bilərsiz. Eyni zamanda bu kartla məsələn Rijksmueum-a, Van Gogh muzeyinə bir ay ərinzdə istədiyiniz qədər gedə bilərsiz. Amsterdam eyni zamanda İkinci Dünya müharibəsində önəmli rol oynadığı üçün mövzu ilə bağlı burda maraqlı yerlər də var.Kartın qiyməti 60 eurodu, 3-4 euro da servis xidməti əlavə edilir. Kartı online alanda istəsəniz mənim ev adresimə göndərtdirə bilərsiz, 2-3 günə gəlir. Görüşəndə gətirib verərəm özünüzə.Bir də unutmadan bir muzeyi də nəzərinizə çatdırım. Haaqa şəhərində hamımızın əsərlərini ən azı bir dəfə gördüyü Escher-in muzeyi var, ora getməyinizi şiddətlə tövsiyyə edirəm. Paylaşdığım şəkillər onun əsərlərindəndi. Amma Museumkaart orda işləmir, giriş 9.50 eurodu.Digər turistik kartlardan fərqli olaraq bu kart Amsterdamda nəqliyyat üçün, və ya başqa məqsədlər üçün discount ya free entrance vermir.NƏQLİYYATBura gələn turistlərin çaş-baş qalıb lazımsız yerə əlavə pul xərclədiyi sahələrdən biri də ictimai nəqliyyatdı. İctimai nəqliyyatın qiymətləri tez-tez dəyişir (bahalaşır) deyə internetdəki məlumatlar elə də səhih deyil. Məsələn son on ildə burda 1 saatlıq kartlar 1 eurodan çox bahalaşıb. Hal hazırda saatlıq kartlar 2.90-a satılır.İlk öncə Amsterdamda nəqliyyatdan necə ucuz istifadə etməyi yazım. Əvvəla, burdakı nəqliyyat artıq chip sisteminə keçib deyə minəndə və düşəndə (qatar, tramvay, metro, avtobus) check-in və check-out etmək lazımdı. Normalda kartda hesabınızda pul olmalıdır ki nəqliyyatdan istifadə edə biləsiz. Avropanın başqa ölkələrində olduğu kimi burda biletsiz getmək kimi bir lüks yoxdur ona görə də.Qısa müddətli qalanlar üçün ən optimal variant Amsterdam Travel Ticketdir. Bu bileti siz 1-2-3 (qiymətləri 16-21-26 euro) günlük ala bilərsiz. Bu biletlə Amsterdam daxilində 3 gün ərzində gəzə bilərsiz (qırmızı avtobuslar xaric, onlar başqa şirkətindi). Eyni zamanda bu biletlə disko-disko partylərdən sonra gecə avtobuslarına da minə bilirsiz (gecə avtobusunun qiyməti 4.50 eurodu normalda, məni çox zibilə salıb :D )Amsterdam Travel Ticket bütün başqa biletlərdən daha sərfəlidi. Amsterdam Schiphol hava limanından Amsterdamın istənilən vağzalına dəfələrlə gedib gələ-bilərsiz bu 1-2-3 gün ərzində məsələn. Amma yenə də check-in check-out etməyi unutmayın! (zatən qapıları aça bilmək üçün bunu etməlisiz)Amsterdamda tramvaylar gecə 1-in yarsına qədər işləyir. Avtobuslar 24 saat, amma onlar da 1-in yarısından sonra dəyişib olur nachtbus (night bus) və nömrələri də dəyişir. Buna diqqət edin. Səhər saat 6-7də yenə normal iş rejiminə keçilir.Əgər Amsterdamın ətrafında olan turistik bölgələrə (Zaanse Schans, Edam, Volendam kimi) getmək istəsəz ən sərfəlisi Amsterdam & Region Travel Ticket-di. Bu bilet eyni zamanda bu regiondaki avtobuslarda da etibarlıdı. Amsterdam Travel Ticket-dən fərqli olaraq. Qiyməti 18.50-26.00-33.50 (1-2-3 günlük)Və bir gün boyu bütün Hollandiyanı unlimited gəzmək istəsəniz dagkaart (günlük kart) ala bilərsiz, 55 euro qiyməti var. Bu biletlə Hollandiyadakı bütün ictimai nəqliyyatdan istədiyinz marşrut üzrə istifadə edə bilərsiz.Bura gələnlər çox qalmır deyə bizim burda işlətdiymiz personal ov-chipkaartlar barədə yazmağa ehtiyac yoxdu. Zatən sərfəli də deyil sizə.Yuxarıda qeyd etdiyim biletləri Amsterdam Hava limanında (kitab mağazasında, vağzalın özündə və s), bəzi vağzallarda və online (discoverholland.com) vasitəsilə ala bilərsiniz.GECƏLƏMƏ - OTEL/HOSTELBu dəfəki mövzumuz Amsterdama təşrif buyuranların yaralı yeri olan hotel/hostel məsələsidi.Amsterdamdakı bütün otel və hostellərlə burdan tanış ola bilərsiz.İlk öncə onu deyim ki, Avropanın bir çox şəhərindəki kimi nə bilim bir gecəsi 10-15 euroluq hostel axtarsaz onu Amsterdamda tapa bilməyəcəksiz. Ümumiyyətlə burdakı hostellərin elə adı hosteldi, qiymətləri hotel qiymətidi hardasa. Fərq odur ki, 8-10 nəfər turist bir yerdə qalırsız. 90% hallı olur deyə normal şəkildə yatmaq olur amma) Sözümün canı odur ki, Amsterdama gəlmək planınız varsa ucuz qalmaq yeri üçün ən azı 5-10 il öncədən otaq booking etməniz məsləhətdi.Müxtəlif araşdırmaların nəticələrinə görə Amsterdamda hotel qiymətləri Avropanın ən bahalıları sırasında birinci yerdədi, sezonuna görə Parislə dəyişir. Eyni zamanda Amsterdam Avropada yeganə şəhərdi ki, AirBnb qiymətləri hotel qiymətlərindən daha bahadı. Ona görə başqa bir məsləhətim odur ki, ümumiyyətlə AirBnb-ləri yoxlamayın bura gələndə. Couchsurfing heç yazmıram çünki inanmıram orda da boş yer ola. Atalar demiş, "armudun yaxşısını meşədə ayı qapır"Şəhərdə nisbətən ucuz yerlər StayOkay hostel şəbəkəsinindi. Eyni zamanda Wow, Orfeo, Princess Hostel, Youth hostel, Cosmos Hostel, New West INn, Citiez və s. kimi ucuz yerlər olur. Boş yer tapılsa təbii ki. Əgər Amsterdama gəlirsizsə "Gedib orda yer taparam" fikrindən uzaq olun. Tapa bilməyəcəksiz. Qalmaq yerini həll etmədən Amsterdama gəlməyiniz heç məsləhət deyil.Son illərdə şəhərin müxtəlif bölgələrində ancaq xanımlar üçün hostel konseptləri də artıb, onlar da nisbətən ucuz olur. Onu da çox vaxt lesbianlar istifadə edir. Gecənin bir vaxtı zərif cinsin iki nümayəndəsinin sonsuz məhəbbət duyğuları ilə silkələnən çarpayının üst mərtəbəsində oyanmaq sizin üçün problem deyilsə onu seçə bilərsiz məsələn :)))Eyni zamanda bəzən Amsterdamdakı kanallarda olan gəmi-evləri də sahibləri hotel kimi günlük icarəyə verir, ucuz olan vaxtları olur.Son vaxtlar Amsterdamda uzunmüddətli qalan Amerikan "turistlər"lə də tanış olmuşam. Bir ay üçün mətbəxi ictimai olmaqla hotel otaqları olur, 700-800 euroya (hotel Jansen məsələn). Amma bu daha çox young professionals, expatlar falan üçündü, sadə turistlər üçün yox. 6 aya kimi qalmaq imkanı olur orda.Başqa mümkün variant da Amsterdamın özündə yox, ətraf şəhərlərdə hotel tutmaqdı çünki oralar Amsterdamdan ucuz olur. Məsələn Haarlem, Leiden, lap elə Haaqanın özü. İctimai nəqliyyat burda mükəmməl olduğu üçün gedib gəlmək problem olmur.Və sonda: şəkildə gördüyünüz 5 ulduzlu hoteli ərəb sahibi satışa çıxarıb. Deyirəm bu qrupda hərəmiz bir az atışsaq bəlkə onu alıb işlədə bilərik, bura gələnlər də yer problemi yaşamaz :DKanallarQrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir. Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram :DTuristlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə :) (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: İsa Yusibov

1492 dəfə oxunub

Soyuq İsveçrə "sınağı"

Budəfəki səyahətimin şüarı:"Tanrı məni cəzalandırmaq üçün İsveçrəyə göndərdi" ????20 saatlıq aclıq, BlaBlaCar'ın sifarişi ləğv etməyi, buna görədə Bern şəhərinə gedə bilməməyim və əvəzinə Zurixə yola düşməyim, orada isə Couchsurfing'in anidən evə qəbul etməməyi və Zurixdə bir gecə 0-2 dərəcə soyuqda çöldə qalmaq, Lokau'da bir skamya tapmışdım ki oturum yemək yeyim, elə bir qısmat ???? yemişdim ki, mənimlə üzbəüz evdən bir qadının çıxaraq şəklimi çəkib "İ am calling police" deməyi ilə işıq sürəti yığıb dağın başına tərəf bir əlimdə ağır çanta bir əlimdə canım norveç balığı dağıla-dağıla necə qaçmışamsa, sonda balığın özünün yox ədviyyatlarının qalmağı, Lindau şəhərində mastercard/visa ilə ödəniş qəbul olunmadığı üçün "bir balaca" da aclığın dibinə düşməyim, Lindau - Munxen qatarında polisin 40 dəfə pasport / bilet kontrol etməyi nəticəsində yata bilməməyim və heçnə anlamadım bu çoxsaylı yoxlanışdan...370 AZN / 4 şəhər 3 ölkə / 7 gün / Noyabr 2019Deməli bu səyahətimdə ilk dəfə idi ki, yalnız təyyarə biletlərini əvvəlcədən almışdım vəssalam gediş-gəliş cəmi 40 AZN (Kutaisi - Basel / Munich-Kutaisi)Qalan hərşeyi yerində aldım və ilk dəfə planı pozaraq Münxendən olan geri dönüşü təxirə salıb yol aldım doğma "last station" Budapeştə ???? Bura getməkdə ən əsas məqsəd dostuma sürpriz etmək idi ????1. İSVEÇRƏ: Zurix2. AVSTRİYA: Bregenz, Lokau3. ALMANİYA: Lindau, MunichNəqliyyat vasitələri və xərcləri: 230 AZN✈ WIZZAIR: Kutaisi - Basel 17 AZN✈ WIZZAIR: Budapeşt - Baku, 66 AZN✈ WIZZAIR: Munich - Kutaisi, 23 AZN???? FLİXBUS: Basel - Zurix, 14 AZN???? FLİXBUS: Zurix - Bregenz, 20 AZN???? FLİXBUS+Regiojet: Munich - Budapest, 40 AZN???? Qatar (OBB): Lochau - Lindau, 4 AZN???? Qatar (DBB): Lindau - Munich, 48 AZN (Bayern ticket - bu biletlə Bayern ərazisində - Ulm, Lindau, Memmingen, Munxen və s. şəhərlərdə metro və qatardan 9am-3am arası limitsiz istifadə etmək olar)Yerləşmə: Hostellər və xərcləri: 141 AZN- Isveçrə???? Backpack hostel, 65 AZN / 1gecə, Zurix- Almaniya???? Euro youth hostel, 46 AZN / 2 gecə, Munxen- Macarıstan???? Unity hostel , 30 AZN / 2 gecə, BudapeştDeməli çatdım Isveçrənin BASEL şəhərinə, yazdım ki BlaBlaCar şoferinə hardasan qadan alım bəs nə vaxt gəlirsən ???? Dediki qaqa sən 1 nəfərsən sərf eləmirsən (elə bil Maştağa, Bilgəhə gedən manatlıq taksi zaddı ????) Pahoooo qaldıq pis vəziyyətdə, Bernə gedən qatarın qiyməti 36 $ olduğunu görüb dedim flixbus hara mən ora ???? Berndəki ev sahibinə dedim ki bəs mən gələmmiyəcəm bu şofer mənə atdı, dedi no problem. Nəysə o şoferi yad edə edə aldım flixbus bileti və Zurixə yola düşdüm, acından da can verirəm???? Zurixə çatıb ev sahibinə yazıram ki, gəldime gəldim adresi atın görüm, mənə nə yazsalar yaxşıdır ? Biz evdən indi çıxası olduq çox üzr istəyirik, mən də dedim ayıb söhbətdir, sözü belə olmaz ???? Bunlar nə danışır a kişi, çöldə neyniyəcəm bu norveç soyuğunda mən (baxmayaraqki soyuğu sevirəm)?! Aclıqdan soyuğu vapşe hiss edirəm özüdə nəyi var ????Üz tutdum qatar stansiyasına 2 saat orda qaldıqdan sonra polis gəldiki stansiya bağlanır çölə çıxmalısız. İlahi bu nə temadı???? Nəysə çıxdım bayıra Zurixin mərkəzində 2-3 kruq vurmuşam artıq, barmaqlarımın ucu buz bağlayıb əlimi hiss eləmirəm, getdim biraz gəzəndən sonra gördümki bir ATM bölməsi var, içərisində də bir qız yatıb dedim əla bir isti yer tapdım nəhayət, ordada 2 saat falan keçirəndən sonra səhər ilk açılan restorana daxil oldum, ac adam təəssüf ki qiymətləri yox yeməyi gördüyü üçün məğlubiyyətə uğradı ???? 2 keks və 1 çay cəmi 21 AZN ???? heçnə, çoxda şey eləmirəm ???? Zurixi gecə o qədər gəzmişdim ki, səhər gəzəndə artıq ürəyim bulanırdı, o çətin "vaxtlarım" yadıma düşürdü.Avstriyada hər şey əla keçdi, Lokau və Bregenzə mütləq baş çəkin, Hər ikisini 1 günə sığdırmaq mümkündür.Almaniya barədə isə, Lindau kiçik və əhalisi az ola bir şəhərdir, Konstanz (Almanca, Bodennsse) gölünün sahilində yerləşir. Bu şəhərə gəlsəniz mütləq surətdə üzərinizdə nəğd pul götürün. Kart çox məhduddur burda. Munxeni heç sevmədim, böyük, əhalisi çox bir şəhər, tipik avropa şəhəri, eynən Paris.Deməli mən Munxendən artıq geri qayıtmalı idim, səhər yuxudan durub tez getməli idim Memmingen aeroportuna. Həmin vaxt dostum da orda idi, dedim gedim ona bir jest edim ???? Dedim vapşe getmirəm, nəsə heç getmək qayıtmaq istəmirdim ümumiyyətlə, girdim flixbus saytına baxdım Budapeşt reysinə aldım ilk bileti getdime ver əlini Budapest, hələ hələ Bakıya ucuz bilet tapmisdim????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck

1076 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!