2068 dəfə oxunub

Avropanın romantik şəhəri - Porto

Portodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Sizə danışım Portuqaliyanın ikinci ən böyük şəhəri Portodan! Oktyabrda Lissabonu gəzdikdən sonra üz tutduq Portoya.Lissabondan Portoya getmək üçün bir neçə yol var idi. Ryan air ilə 9 avroya biletdən tutmuş, 18 avroya buslar və 22 avroya trainlər. Lissabondan 2,5-3 saat uzaqlığda yerləşən Portonu gəzmək üçün 2-3 gün bəs edəcəkdir. Sahil boyunca ətrafı da müşahidə etmək, görmək istəyirdik. Həm mənə 'Oriente station'ın arxitekturası və ümumiyyətlə oradan qatarla getmək maraqlı olduğu üçün traini seçdik. Lisbon gözəldir, xüsusilə qədim tramvayları və çoxlu bilet ehtiyac olmadan görə biləcəyiniz 'miradouro'ları (viewpoint) ilə.

Porto daha turistikdi və turistlərin gəzməyi və rahatlığı üçün maksimum imkanları var. Havadan (helikopter, kanat), sudan, qurudan turlar, rahat icitimai nəqliyyat-metro, tramvay, nostljik train və nisbətən ucuz hop onoffları. Portuqaliyanın,ümumilikdə isə avropanın ən qədim şəhərlərindən olan Portonun adı əvvəlcə Portus Cale adlanırmış. Portuqaliya adının etonomiyası da buna söykənir. Porto ve Caleni Douro çayı ayırır və bu çay da atlantik okeanına tökülür. Bu çayın üzərində bir neçə körpü yerləşir ki, onlardan da ən möhtəşəmi və görə biləcəiyiniz ən gözəl mənzərə olanı Dom Luis I körpüsüdür.

55901812_2160496917361242_8107505839335538688_o

Körpü Gustave Eiffel tərəfindən Eyfel qülləsini inşa etməzdən öncə tikilmişdir. 172 metr hündürlüyü olan körpünün aşağısı avtomobillər yuxarısı isə tramvaylar üçündür. Hər iksində piyadalar üçün keçid vardır. Sadəcə körpünü piyada keçməklə Portoya açılan möhtəşəm mənzərəni izləyərək bu şəhərin nece gözəl olduğunu və ona aşiq olmamağın mümkün olmadığını başa düşəcəksiz. Şəhər olduqca qədimd ivə möhtəşəmdir. Bu qədimliyi rənglər, ornamentlər və şəhərin qeyri adi qədimlik və müassirlik kombinasiyası daha da cəlbedici və təkrarolunmaz edir.

Qədim kolorit qorunub saxlanmaqla yanaşı müassir arxitektura nümunələri də Portonu özünəməxsus edir. Fundachao de Serralves, Casa de Musica isə getmezdən öncə mənim listimdə ön sıralarda idi. İnsanları çox mehribandır və istiqanlıdır. Uzun-uzadı həmsöhbət olmağa hazırdılar. Küçədə yaşlı insanlara çox rast gəlmək olar. Bunu digər şəhərlərdə çox müşahidə etməmişdim. Atlantik okeanı sahili boyunca gezmek və az qala mayaklara çatacaq qədər nəhəng dalğaları görmək də xüsusilə zövqvericidir. Çalışın hər yeri müşahidə etmək üçün piyada gəzin amma ehtiyatlı olun Porto enişli və yoxuşludu və bu sizi bir az yora bilər )) Yerli market-bazarlarını gəzib əsl portuqal mühütünü müşahidə edə bilərsiniz,qiymətlər digər avropa şəhərləri ilə müqayisədə nisbətən uzudu. Meyvə və tərəvəzlər bizdəki qiymətlərlə müqayisədə qat qat ucuzdu.

Portuqaliyaya gəldikdə nə yeyilməlidir dedikdə ağıla ilk Francesinha gəlir. Francesinha əslində sandwichdir və Kartof qızartması,xüsusi sousla, yumurta ilə birgə servis edilir. Olduqca doyumludur və yaglılığı çoxdur. Qiyməti isə 6 avro. Portodan başqa yerdə bu yeməyi tapmaq mümkün deyil, tapsanız da mütləq qayıdıb yenidən Portoda yeyecəksiniz.

56190041_2160500344027566_183808940818038784_n

Portuqalliyanın milli balığı sayılan Bachalau yəni Cod fish demək olar getdiyiniz hər restoranın menyusunda qarşınıza çıxacaq. Bu balığdan müxtəlif növdə yeməklər hazırlanır və mütləq bir-iki dəfə bu yeməklərin dadına baxın. Cod fish-dın hazırlanan yeməklərin qiyməti isə 12-22 avro arası 'sea food' suplari da çox dadlıdır və müxtəlif növ dəniz məhsullarının qarşığından hazırlanan bir supdur. (12 avro)

Pastel de Nata da öz yerində)) Portoya gedib Porto şərabının dadına baxmağı qaçırmağ olmaz. Mağaralarda yerləşən şərab turları var və qiymətləri 7-15 avro dəyişir. Porto şərabları şirindi və istehsal olunan ən yüksək alkaqollu şərabdır. Sahil boyunca şərab mağaraları düzülmüşdür.

56236070_2160498284027772_8579714360836882432_o
Portoda diqqətimi çəkən bir məqam bəzi gənc oğlan və qızların xüsusi qara manto yaxud rahib geyiminə bənzər qara palto ilə gəzməkləri idi. Bəzən onların yanında özlərindən yaşca böyüklər də eyni geyimdə olurdu. Fikrləşdim yəqin kilsə təhsili ilə bağlı ola bilər.Sonra isə bir yerli izzah etdi ki, Porto universitetinə tələbələr məhz belə geyimdə gedirlər. Hətta isti sentyabr ayında belə bu qara manto onların üzərində olur.Eyni ilə Harry Potterdəki kimi.

55837878_2160497424027858_4144411263297912832_o

Harry Potter demişkən, J.K.Rowling əsərindəki geyimləri də məhz elə Porto universitetinin qara manto geyimli tələbələrindən ilhamlanaraq yazmışdır. 1991-ci ildə Portoya köçən J.K.Rowling Harry Potterin ilk kitabını 'Fəlsəfə daşı'nı yazmağa başlamışdır. O vaxtının çoxunu Portoda qədim bookstore olan Livraria Lelloda keçirmiş və 'Fəlsəfə daş'ını məhz bu bookstorda və Portonun hazırda ən məşhur kafesi 'Cafe Majistic'də yazmışdır.Bu qədim bookstoru gəzməyi unutmayın. Giriş 4 avrodur.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elay Mikayil

DİGƏR BLOQLAR

Sicilianın ikinci ən böyük şəhəri - Kataniya bələdçisi

Sicilyanın ən böyük ikinci şəhəri, möhtəşəm çimərlikləri olan, dəfələrlə məhv olsa da yenidən qurulan, başı bəlalardan heş qurtulmayan Kataniyaya xoş gəldiniz. Şəhərin simvolu: Ümumiyyətlə Kataniya haqqında nəyəsə baxanda qarşınıza çıxan ilk şey Katedral meydanındakı fil fəvvarəsi olacaq…Fil deyib keçməyin bu heykəlin Kataniyalılar üçün çox ciddi önəmi var. Filin adı “Liotru”dur və Kataniyanın qoruyucusu hesab olunur və elə nə hikmətdirsə bu başı zülümlərdən açılmayan, vulkanlardan, zəlzələlərdən majal tapmıyan Kataniya 1737-ci ildə bu heykəl bura qoyulandan sonra təbii fəlakətlərdən demək olar ki, canını qurtarıb… Vulkan Şəhəri: Kataniya Etna dağının ətəyində yerləşir və bu aktiv vulkanın yaxınlığında yerləşən yeganə böyük şəhərdir. Etna Kataniyanı dəfələrlə tamamilə məhv etsə də “heç bir yerdə yaşaya bilməz Kataniya adamları “ deyib yenidən burada şəhər inşa ediblər. Ümumiyyətlə Etna Kataniyalılar üçün müqəddəsdir. Nə qədər bəla gətirsə də yenə də “bir dərdim var min dərmana dəyişməm” deyib Etnanı sevməyə davam edirlər. Etnaya gündəlik turlarla gedə bilərsiniz. Gördünüz ki, vulkan püskürür qorxub qaçmayın. Dərhal lavalarının içinə atlayın. Deyilənə görə vulkan lavası insan dərisinə xeyirdir… Möhtəşəm pizzalar: İtaliyanın neçə şəhərində pizza yesəm də burdakı qədər dadlı pizza bəlkə biraz Napolidə görmüşdüm. Özəlliklə arxa küçələrində çox ucuza (5-6 avro) çox dadlı pizzalar tapmağınız mümkündür. Narıncı şəhər: Şəhər portağal ağaclarının bolluğu ilə məşhurdur. Küçələrdə gəzərkən bir çox yerdə rast gələcəyiniz portağal ağacları Kataniyadakı geniş bağların sadəcə “cıqqılı” hissəsidir. İsti qumlar: Kataniya çimərlikləri qara vulkanik qumları ilə məşhurdur. Bu qumlar günəşdə çox isindiyindən ayağınız “cızza” olmasın deyə çimərlik ayaqqabısı götürsəniz çox işinizə yarayar. Barokko İrsi: Şəhərdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm barokko memarlığında binaları var. Ümumiyyətlə şəhər başdan başa barokko tərzində inşa olunub. Düşünə bilərsiniz ki, Palermoda ərəbindən normanına, yunanından italyanına 100 dənə memarlıq üslubu var bu yetimlərdə niyə təkcə barokkodu? Çünki, Etna gözünə döndüyümün beyni çönəndə hamısın məhv eliyibdi. Bu da yetməzmiş kimi baş vermiş zəlzələlər də olan qalanı yoxa çıxarıb… Dəniz məhsulları ilə zəngindir: Kataniya mətbəxi təzə dəniz məhsulları və balıqları ilə məşhurdur. Balıq bazarları şəhərin rəngarəng və canlı yerləridir. Qatarla səyahət: Kataniyadan dəniz kənarı boyunca səyahət edərək Sicilyanın 3-cü böyük şəhəri olan Messinaya da gedə bilərsiniz. Səyahət boyunca dənizə doğru çox gözəl bir mənzərə yaranır. Siciliya Günəşi: Yay aylarında Sicilyadasınıza, hələki Kataniyadasınızsa o zaman işiniz işdir. Çünki, Kataniya yay aylarında çox amma çox isti olur. Norman qalası: Kataniya tarixi Norman qalası ilə məşhurdur. Düzdür bu qala “cıqqılıcana” Kataniyadan kənarda qalır amma “Aci castello” adlanan bu əraziyə gedib çox qəşəng mənzərələr görə bilərsiniz. Bu qala şəhərin mərkəzinə baxan bir təpədə yerləşir. Teatr və İncəsənət: Kataniyada çoxlu teatr və incəsənət tədbirləri var. Mədəniyyət həvəskarları üçün əla yerdir.“Bə nətər gedəh ay qa?” Çox sadə…Romadan təyyarə ilə...Romaya da Bakıdan birbaşa ucuz reyslər var…Amma deyirsinizsə ki, “əşşi nə qədər təyyar olar? Biraz da maraxlı nəsə eliyəh” o zaman… Romadan (Bakıdan Romaya birbaşa reys var) Kataniyaya ancaq qatarla da gəlməyiniz mümkündür. Belə olan halda Romadan (Roma Termini stansiyasından) Messinaya (Messina Centrale) qatarla gəlirsiniz. Sonra da Messinadan Kataniya qatarına oturub gəlirsiniz. Qatarı Sicilya adasına keçirmək üçün Villa San Giovanni stansiyasında gəmiyə mindirib Messinaya keçirillər. Kataniyaya gəlirsinizsə yəqin ki, Palermodan gəlirsiniz və ya Palermoya da gedəcəksiniz. Belə olan halda Kataniyadan Palermoya (və ya əksinə) gündəlik avtobuslar fəaliyyət göstərir.Hər birinizə xoş istirahətlərDaha ətraflı şəkildə instagram səhifəmdən tanış ola bilərsiniz:https://www.instagram.com/sadi.goo/Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

1348 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Yazda Qaradəniz turu

Yenə mən, yenə Qaradəniz:)Bu dəfə yazda Qaradəniz bölgəsində gediləcək yerlər tövsiyələriylə buralardayam :)Yayda Qaradənizdə sərinləmək üçün yaylaya getmək lazımdı şübhəsiz, bəs apreldə, mayda nə etməli? Və ya getdiniz, sadəcə 2-3 gün vaxtınız var, bu vaxtı necə keçirə bilərsiniz?Bölgədəki az qala bütün yayla və kəndləri gəzən biri olaraq deyirəm - Çamlıhəmşin kəndlərini mütləq görməlisiniz.Necə gəzmək lazım olduğunu daha əvvəlki postlarda yazmışdım, təkrar edirəm - ən komfortlusu maşınla gəzməkdi. Kondisyonuna güvənən və vaxtı olan üçün isə ən gözəli yürümək :) Kəndləri gəzmək üçün qalacağınız bir neçə yer məsləhət görürəm:- Teleferiklə keçilən Çulina məhəlləsində (Kendini Koruyan Mahalle) daha əvvəl yazdığım iki bunqalovdan əlavə bu il ağacın budaqlarının üstündə tikilən ağac ev də var. Ağac ev iki nəfərlikdi - sabah və axşam yeməyi daxil iki nəfərə 700 lirə, yəni bir nəfərə 350 lirə. Bal ayına getmək istəyənlər varsa, düşünsün:) Bunqalovlar bir nəfərə 250 lirə.- Ortan kəndində Qaradənizin ən, ən, ən gözəl yeməklərini bişirən Platoda Mola pansiyon. Pokut yaylasında da evləri var, qarışdırmayın, kənddəki evi soruşun yazda. Qiymət - sabah və axşam yeməyi daxil 300 lirə.- Aşağı Viçə kəndində The High Tress pansiyon. Bölgənin ən fərqli yerlərindən biridi. Sabah yeməyi daxil 250 lirə.- Aşağı Viçədə Ekodanitap pansiyon. Bungalovlarda 1 nefer sabah ve axşam yeməyi daxil 200 lirə. Bir də ağac evləri var - bir nəfər qala bilir və içində tualeti, hamamı yoxdur. Qiyməti 150 lirə - sabah və axşam yeməyi daxil.- Daha da uyğun və daha da mərkəzi bir yerdə qalmaq istəsəniz, Çamlıhəmşin Taşmektep otel. Qalmadım, amma gəzdim, otaqları çox təmiz, rahat, yeməkləri yaxşıdı. Qiymətlər bayram öncəsi-sonrasına görə dəyişir, amma başqa yerlərə görə daha uyğundu. 3-4 nəfərlik otaqları da var.Qalmağa da yer tapdız, indi gəzməyə keçək :)- Məcmun kəndinə çıx, Zilkaleni izlə. İzləyəcəyin yerdəki evin sahibi bir az əsəbidi, əsəbiləşdiyini hiss etdiyin anda uzaqlaş :)- Çamlıhəmşinin ən gözəl kəndi Küşüvəni mütləq gəz.- Makrevis kəndindən Ortan kəndinə meşə yürüşünü unutma.- Küşüvə, Makrevis və Ortanda bölgənin ən gözəl konakları yerləşir, onları gör.- Çulinada Mətin abidən səni yuxarı məhəlləyə aparmasını xahiş et. Özün gedə bilməzsən, inad etmə :)- Bir sabah Dovor məhəlləsini gəz- Vaxtın olsa Çat düzünə mütləq get. Ən gözəl vaxtı may-iyundu, unutma.- Aşağı Viçədə qalsan Tomaslı və Poginaya uzun yürüyüşə çıx.Başqa sualınız olsa, yazın, pulsuz online rəhbərlik eleyim :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1140 dəfə oxunub

Aralıq dənizinin tətil cənnəti - Antalya bələdçisi

Sizə aşiq olduğum Antalya haqqında danışmaq istəyirəm. Əvvəlcə deyim ki, mən daha əvvəl də Antalyada təxminən 2 həftə olmuşam. Amma bu qədər sevməmişdim. Anladım ki, bir şəhəri 1 həftə gəzməklə kəşf etmək mümkün deyil.Antalya çox böyük şəhərdir. Ona görə də ora getmədən əvvəl necə bir tətil etmək istədiyinizə qərar verməlisiniz. Daha çox sakit, tarixi yerlərə səyahət yoxsa hərarətli klubların olduğu yerə getmək istədiyinizdən əmin olun.Antalyaya gedirəm deyəndə Türkiyə içində şəhər Antalya nəzərdə tutulur. Hətta avtobuslar, tramvaylar sadəcə şəhər Antalya içində hərəkət edir. Mən deyərdim ki, Antalyaya gedirəm adı ilə araşdırma etmədən mərkəzə gedən çox turist var.Antalya mərkəzə getsəniz- Kaleiçi ilk növbədə görməli olduğunuz yerdir. Burada qədim evlər hazırda hoteldir, dənizə açılan mənzərə, turistlər üçün "pazarlanan" bir neçə yer var. Yol Hadrian kapıları deyilən yerdən başlayır, Saat kulesi və uzun yollar sizi Güllük adlana yerə gətirir. Təxminən saat 16:00- da başlayan yol 20:00- da bitəcək. Antalyada Konyaaltı və Lara plyajlarına gedə bilərsiniz. Lara qumlu, Konyaaltı isə daşlıq plyajdır. Amma Antalyanın ilçələrinə (ilçə- rayonlar mənasına gəlir. Şəhərin rayonları) gedəcəksinizsə, burada nə vaxtınızı öldürün nə də pulunuzu xərcləyin. Amma Antalyaya getmişkən dənizə girmədən Konyaaltı mənzərəsini görməyə dəyər. Midye sevirsinizsə, İşıklar caddesində (Bu cadde Kaleiçii kimi birşeydir, Kaleiçinə daxil ola biləcəyiniz məhşur Hadrian qapıları bu caddede yerləşir) 07 Midye adlı restoranda təzə-təzə midyelərdən yeməyinizi məsləhət görürəm. Balık ekmek isə mənim Antalya fovaritimdir. İstanbulda olan balık ekmekden fərqlidir. Əsas fərq odur ki, burada balığın növünü özünüz seçirsiniz. Məsələn mən levrek və ya çupradan balık ekmek yeməyi sevirəm. İçinə isə açıq bufedən turşu və tərəvəzlər götürüb qoya bilərsiniz. Mən sadəcə turşu ilə yeməyi çox sevdim. Siz də getsəniz yoxlayın. (İşıklarda Mc donaldsın yanındakı balık ekmekçi daha qəşəngdi)İşıklar caddesində alış veriş üçün xeyli mağaza var. Amma AVM-ə getmək istəsəniz, çox da uzaqda yerləşməyən MarkAntalyaya, xeyli uzaqda yerləşən (trene minib Sinan stansiyasında edib gedə bilərsiniz) Deepo-a gedə bilərsiniz. Bundan başqa 5M migros deyilən AVM-də var. Amma İstanbula gedəcəksinizsə buradan çox alış veriş etməyə dəyməz. Onu da unutmayın ki, Antalyada daha cəsarətli geyimləri rahatlıqla geyinə bilərsiniz. Antalya qəribə olanlardan biri də o idi ki, şəhərin ilçelerinə getmək üçün otogara getmək lazımdır. Çünki çox uzaqdır. Mənim səfərlərim ən çox Side-Manavgat tərəfə olurdu. Otogardan 23 tl verərək 2-2.5 saata Manavgata çatmaq olur. Manavgatda məhşur şəlaləyə getmədən olmaz deyib ora getdik, ora getmişkən mütləq kamp alanlarında kamp edin- xüsusilə Olimposda. Kamp çox ucuz hesab etməyin 150 tl kimi bir pul çıxır, sadəcə həm hotel çox daha bahadır həm də kampın öz marağı var.Side Antik kentine gedin, burada qədim Romalıların qurduqları şəhərin qalıntılarını kəşf edib, çox gözəl dumduru bir sahilə keçid edəcəksiniz. Təbii ki, Türkiyədə tarixi yerlərə giriş ücretlidir səhv etmirəmsə 60 tl pul aldılar biletə. Amma tələbəsinizsə 30 tl-ə 1 il istifadə edə biləcəyiniz muzekart da ala bilərsiniz. Turistlər isə bu kartı 600 tl-ə ala bilərlər. Antik kent ətrafındakı restoranların çox baha olduğunu unutmayın. Burada ən ucuz yemək gözleme ola bilər. O da yenə xeyli baha qiymətə. Sidede alı. veriş mərkəzləri də var, oradan özünüzə paltar da al bilərsiniz. Belekdə tətil getməyənlər üçün çox gözəl gələ bilər, amma mən getdim gördüm heç qəşəng yer deyil. Mərci supu belə 25 tl-dir ən bərbad lokantada. Dəniz isə eyni dəniz. Sadəcə gözəl hotellər var, orada qalıb hotelin dadını şıxartmaq olar. Amma bu mənim üçün belədir, əgər siz klublar, gecə, "yaz aşkı" axtarırsınızsa Belek sizlikdir. Gecələr bahalı klublarda coşmaq üçün bura ideal yerdir. Bir də Land of Legend adlı bir şəhərcik kimi yer var. Burada böyük ticarət mərkəzi, möhtəşəm Aquapark, axşamlar şoular və s turistləri coşdurur. Amma o qədər bahalıqdır ki, mən kiçik-kiçik divarlar arsənda qalan boşluqlardan Aquaparka baxa bildim sadəcə.Belekə yaxın olan (əslində uzaqdır, Anatlya yaxın sayılır) Tarixi yerləri sevirsinizsə, Aspendosa mütləq gedin. Bu antik tiyatrda çox fərqli bir akustika var və insanı vahiməyə salır. Getmişkən Aspendosun hekayəsini də oxuyun və yaxınlıqdakı körpünü də ziyarət edin. Yox, mən Maldivlərdəki kimi dənizə getmək istəyirəm deyirsinizsə, yenə gedirsiniz otogara və Kaş-Kalkan avtobusuna minib yollanırsınız ora. Üffff, üffff cənnəttttdir Kaş! Kaputaş plyajına getməyi unutmayın. ora getmişkən Pataraya da gedin. Patara Kleopatra üçün salınan səhradır. Hekayəsini oxuduqdan sonra ora getmək istəyəcəyinizə əminəm. Gecə dönmək isə çətin işdir, gecələməli olacağınızı da nəzərə alın. Alanyada da yenə həm gecə dünyasına dala, gündüzlər mavi sualarda üzə biləriniz. Burada gəziləcək yer Alanya qalası və Dim mağaralarıdır. Təbii ki bir birindən xeyli uzaqdı. Antalyada sizi gəzdirəcək biri yoxdursa, yola aşırı çox pul xərcləməli olacaqsınız. Təbii ki, bu avtostopla gəzməyənlərə aiddir. Alanyada da qəşəng kamp yerlərindən birində qaldım mən. 1 gecə kamp edərək qalmaq mənim üçün daha uyğun idi. Siz də google-da kamp alanı yazaraq belə yerləri tapıb gecələyə bilərsiniz. Antalyay getmişkən ən azından Dalış edib, yeraltı dünyanı kəşf edin. Qiymətlət ən ucuzu Kemer de olsa da burada dalış keyfiyyətli deyil. Ən yaxşısı baha da olsa Kaşdır. Amma pulunuz çatmasa 135tl verib Kemerde de dala bilərsiniz. Məhşur KəmərKəmərdə ancaq klub və beachlər var. 3 günlük tətil istəyirsinizsə əsl sizin yerinizdir. Dəniz, klub, əyləncə. Suya da yaxşıdır. Lakin uzun müddət kemerde qalmağa dəyməz. Deyirlər, Adrasan da qəşəngdir, amma gedə bilmədim. Amma sizə məsləhətim əgər nəqliyyat sıxıntınız varsa, günübirlik turlarla gedib gəzin. Düzdür tez-tez göstərib keçəcəklər hər yeri, amma gəzib görmüş olacaqsınız. Hətta köprülü kanyona gedib rafting də edə bilərsiniz bu günübirlik turlarla. Qiymıtləri də aşırı baha deyil. Antalyaya çaşıb İyulda gedərsiniz, o səhvi etməyin. Ən gözəli avqustun 10-dan sonradır. (ən tezi)Əgər Antalyada uzun müddət qalacaqsınızsa siz də mənim kimi tələbə evi kirayələsəniz daha ucuza qala bilərsiniz. Mən 1000 tl-ə Antalyanın mərkəzində otaq kirayələdim. (Bu qiymətə başqa yerdə ev kirayələnir, amma Antalya çox baha şəhərdir)Və getmək istədiyiniz şəhərin Antalya olduğunu bilərək gedin, bu şəhərdə tətil çox bahadır.#Antalya#Alanya#Kemer #Kəmər#Kaş#Side #Manavgat #OlimposƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Əminə Məmmədova

2742 dəfə oxunub

Yeni il bələdçisi - Varşava, Krakov, Vroslav, Qdansk, Kopenhagen, Malmö

Salamlar, Sizlərlə bu yaxınlardakı səyahətimizi və xərcərimizi paylaşmaq istədim.8 gün - 6 şəhər -3 ölkə. 217 euro=413AZN29.12.2019 Baku-Kutaisi airport - 25AZN30.12.2019 WIZZAIR:Kutaisi-Warsaw - 18AZN31.12.2019 ICC Train:Warsaw-Wroclaw - 21AZN03.01.2020 ICC Train :Wroclaw-Gdansk - 23AZN04.01.2020 RYANAIR:Gdank-Copenhag - 17AZN04.01.2020 Oresunds:Copenhag-Malmo - 23AZN06.01.2020 FLIXBUS:Malmo-Copenhairp - 10AZN06.01.2020 WIZZAIR:Copenhag-Kutaisi - 48AZN06.01.2020 Kutaisi airport-Baku. - 25AZN Transport =210AZNYerləşmə: Evlər30.12.2019-31.12.2019 1gecə Warsaw 74AZN31.12.2019-03.01.2020 3gecə Wroclaw 265AZN03.01.2020-04.01.2020 1gecə Gdasnk 92AZN04.01.2020-06.01.2020 2gecə. Malmo 207AZN Evlər = 638AZN/3nəfər = 213AZNƏlavə xərclər:1) Bir illik MULTI viza a) Rüsum 66 AZN + b) Şəkil 3 AZN + c) Hesab arayışı 10 AZN + d) Sığorta. 10 AZN =89AZN2) Kutaisi Airportunda avtomobil üçün dayanacaq ödənişi7GEL X 8gün =56 GEL = 33AZN/3 nəfər =11AZNÜmümilikdə 210+213+89+11=523AZN-lik (əslində 152AZN Airbnb kuponu istifadə etmişəm 523-152= #371AZN ) səfərimiz #Varşava dan başladı. İlk günün yorğunluğu ilə buranı 5-6 saat gəzə bilsəkdə Varşavanı görmək üçün əsas səbəb bizim dildə tam olaraq nə deyildini bilmədiyim Türkiyə Türkcəsində" #StalinKazığı" deyilən PALAC KULTURY İ NAUKİ -dir. Deyilənə görə müharibədən sonra Stalin Polşa xalqı arasında Böyük bir bina yoxsa Metro tikilməsi haqqında sorğu keçirir, Polşalıların əksəriyyəti Metronu seçsədə Stalin sorğunun tam əksini bu binanı Polşa xalqının savaş hədiyyəsi olaraq tikdirir.1952-1955ci illərdə tikilən bu bina 231m hündürlükdə 3288 otaqlı, Polşanın ən hündür 8-ci binasıdır. Stalindən sonra Polşalılar onlara zalımlıq edən birinin hədiyyəsini yıxmaq istəsə də binanın çox möhkəm olması səbəbindən sökə bilməyiblər, sonradan dövlət binanı Mədəniyyət və Elm sarayına çevirib. 31 Dekabr səhəri Varşavadan #Wroslaw-a yola düşdük .Yeni ili Wroclawin Old City si,onların dilində Rynek-ində Azərbaycanlı dostlarımızla qeyd etdik, Keçən il yeni ili Salzburgda qeyd etsəkdə deyərdimki İlk dəfə bu bayramın necə möhtəşəm konsertlə keçirilə biləcəyini bildim Wroclaw deyərdimki Polşanın ən aktiv şəhərdir.Hər küncündə dəmirdən cırtdan heykəlləri olan bu şəhər tarixinin qorunub saxlanması səbəbindən möhtəşəmdir.Növbəti gün Wroclawda yaşayan dostumuz Emin Quliyev öz avtomobili ilə bizi #Krakow-ı gəzdirdi.Krakowda bir neçə saat olduq və deyərdim ki Wroclawa çox bənzəyir. Wroclawi bizə sevdirdiyi, Krakowı bizi tanıtdığı və bütün hər şey üçün dostumuz Emin Quliyevə təşəkkür edərəm.3 Yanvar qatar ilə #Gdansk a gəib çatdıq, gəzdiyimiz bu 4cü və ən gözəl Polşa şəhəri oldu, Baltik dənizinin sahilində yerləşən Gdanskı, mərkəzindən keçən Motlawa çayına və möhtəşəm tarixi binalarına, küçə musiqiçilərinə görə sonradan getdiyimiz Kopenhagenə bənzətdik.Növbəti gün #Kopenhagen dəydik. 12saat dayanmadan əvvəldən navigatorda işarələdiyim şəhərin demək olar bütün nöqtələrini gəzdik. Kopenhagen həqiqətən mütləq gediləsi şəhərdir. Bu gözəl şəhər gördüyüm avropa şəhərlərinin içində ən fərqli olan Valetta və Praqa ilə ilk üçlüyümə daxil oldu.#Öresundkörpüsü Kopenhaegi Malmoya bağlayan bu körpü təxmini 500km yolu 16km-ə endirir. Körpünü ilk olaraq iş yoldaşımın məsləhət bildiyi Bron/Broen serialda gördükdən sonra haqqında maraqlandım. 2000-ci ildə tikilən ,aşağı mərtəbəsi dəmir yolu, üst mərtəbəsi isə avtomobil yolu olan ikimərtəbəli bu körpü 16km uzunluğundadır.İsveç tərəfdən 8km körpü, ayaqları İsveçə baglı olduğu üçün İsveçə aid olan 4km uzunluqlu süni adanın üzərində tikilmiş hissəsi və Danimarka tərəfdən 4km su altı tüneldən ibarətdir.Kopengahen airportu Öresünd boğazına yaxın olduğu və həmçinin boğazdan gəmilər keçdiyi üçün mühəndislər çətinliklə üzləşiblər.Belə ki Körpu hündur olsa gəmilər keçə biləcək amma Təyyarərin airporta düşməsinə mane olacaq, hündülüyü az olsa isə gəmilər keçə bilməyəcəkdi, bu səbəbdən #Öresund İsveç tərəfsən 60m hündürlükdə körpü, Danimarka tərəfdən 11m sualtı tünel kimi tikilib. Sevimli serialımda hər dəfə gördüyüm bu körpünü, Soundtrack-ı Hollow Talk dinləyərək yarım saata Malmöya çatmağın marağı tam ayrı idi.Körpünü keçib axsamı #Malmo da qalıb , Sabahı gün isə Malmonu gəzdik, Malmo haqqında deyə biləcəyim tək şey #Pilldammsparken Malmo parkinin tam ortasından keçən yolda yağışlı havada gecə gəzmək Malmönu sevməyə kifayət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Vusal Ekberov

2138 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!