1472 dəfə oxunub

Yaponiya haqqında 29 fakt

Ən maraqlısı 29-uncudur.
1. Yaponlar öz ölkələrinə Yaponiya demir. “Nihon” və ya “Nippon” deyirlər. Bunun mənası “günəşin yüksəldiyi yer” deməkdir.

2. Yaponiya adalar ölkəsidir. 6852 adadan ibarət olsada, bunların sadəcə 430-unda toplam 127 milyon insan yaşayır. Əhali baxımından dünyanın 10-cu ölkəsidir.

3. Dünyadakı robotların yarısı Yaponiyadadır. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi robotlar mövzusunda da birincidirlər və ASIMO kimi insana bənzəyən robotlar hazırlamaq üçün gərgin çalışırlar.

4. Yaponiya, dünyanın ən böyük avtomobil istehsalçısıdır. İçindən şose keçən binaları belə vardır. Küçələrinin isə çoxunun adı yoxdur.

5. Köhnə Yapon döyüşçülərinə “Samuray” deyilərdi və bunlar Katana adında bir qılıncla vuruşardılar. Yaponlarda Karate, Judo, Sumo, Ninjutsu, Kendo, Jujutsu və Aykido kimi döyüşlər bu mədəniyyətin əhəmiyyətli bir parçasıdır.

6. 400 ildən bəri “Ağlayan Sumo” adında bir yarışma keçirilir. Bu yarışmada Sumo güləşçiləri qucaqlarındakı körpələri ağlatmağa çalışır.

7. Evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğum nisbəti o qədər aşağıdır ki, yetkin bezlərinin sayı körpə bezindən daha çoxdur.

8. Dünyada uzun həyat dedikdə ilk ağla gələn ölkə Yaponiyadır. Burada 100-dən çox yaşı olan 50000’dən çox insan yaşayır.

9. Dünyanın ilk romanı 1007-ci ildə bir qadın yazar tərəfindən Yaponiyada yazılmışdır.

10. Ölkənin 70% -i dağlarla örtülüdür. 200-ə yaxın vulkan vardır. Yaponiyanın ən yüksək dağı olan Fuji dağı da aktiv bir vulkandır.

11. Yaponiyada hər il 1500-ə yaxın zəlzələ olur. 2011-ci ildə olan zəlzələnin dünyanın dönüş sürətini 1.8 mikrosansasıya qısaltdığı deyilir. Hətta bu zəlzələ nəticəsində ortaya çıxan bəzi antik daş lövhələrin üzərində “bu nöqtədən sonra ev tikməyin” yazıldığı aydın olmuşdur.

12. Dünyanın ən köhnə şirkəti Konqo Gumi e.ə. 578-ci ildə qurulmuşdur.

13. Maqnit üzərində hərəkət edən qatarların sürəri saatda 500km-ə çata bilir. Ümumi olaraq qatarlar dəqiqlikləri ilə tanınır. Orta gecikmə müddətləri yalnız 18 saniyədir. Bu qatarlarda bəzən o qədər sıxlıq olur ki stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.

14. Yaponiyadakı Maharo vulkanının kraterinin ətrafına səlahiyyətlilər bir hasar çəkmək məcburiyyətində qalmışlar. Çünki bu günə qədər 2000-dən çox insan vulkana atılaraq intihar etməyə çalışmışdır.

15. 20-44 yaş aralığındakı kişilərin əsas ölüm səbəbi intihardır.

16. Statistikaya görə Yaponiyada 1 milyondan çox insan otağından heç çıxmır. Hikikomori deyilən bu fenomen fərdlərin ictimai həyatdan çəkilmələri və tez-tez həddindən artıq özlərini insanlardan təcrid etmələri deməkdir.

17. Fermerlər daha asan paketlənə bilməsi üçün kub şəklində qarpız yetişdirir.

18. Titanik faciəsindən xilas olan Yaponlar, digər sərnişinlərlə birlikdə ölmədikləri üçün “qorxaq” olaraq adlandırılır.

19. Yapon dilində üzr istəmək üçün ən az 20 fərqli söz vardır. Əvvəllər kişilərin başlarını təraş etməsi də üzr istəmək üsullarından biri imiş…

20. Cib telefonlarının 90%-i su keçirməz olaraq hazırlanır. Çünki xüsusilə gənclər duşda belə cib telefonlarından istifadə edirlər.

21. İş yerində mürgüləmək çox normal qəbul edilir. Çünki bu çox işləməyin göstəricisi kimi qiymətləndirilir.

22. Şagirdlər və müəllimlər siniflərini özləri təmizləyirlər.

23. 1997-ci ildə yayımlanan Pokemon cizgi filminin bir seriyasını seyr edən 685 uşaq, baş gicəllənməsi və qusma kimi səbəblərlə xəstəxanaya aparılmışdı.

24. Yeməklərdə istifadə etdikləri “Chopstick” yəni yemək çubuqlarından ildə 24 milyard cüt istehlak edirlər.

25. Qərb mədəniyyətinin tam tərsi olaraq qara pişiyin şans gətirdiyinə inanırlar.

26. İsti su qaynaqlarının içinə döyməli insanların girməsinə icazə verilmir.

27. Cizgiromanlar üçün istifadə olunan kağız miqdarı tualet kağızları üçün istifadə olunandan daha çoxdur.

28. ABŞ, Çin və Yaponiya istisna olmaqla dünyada 103 ölkə ölüm cəzasını tətbiq etməkdən imtina etmişdir.

29. Godzilla rəsmi olaraq bir Yapon vətəndaşı olaraq qəbul edilir.

59996059_2270459096374383_5771224620233392128_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nicat Agayev

DİGƏR BLOQLAR

Gəzəyən məsləhəti- Səyahət zamanı qarşılaşa biləcəyiniz sözlər məcmusu (Part 2)

Səyahət zamanı “Resort”, “all inclusive”, “bungalov” kimi sözlərlə tez-tez rastlaşırıq. Bəs bunlar nə deməkdir? 1. Resort Otel Tətil Kəndi mənasını verir. Tətil kəndi ilə əlaqəli bütün xüsusiyyətlər Resort otellər üçün də keçərlidir. Yəni əyləncə dolu böyük bir kompleksdir, əyləncə üçün oteldən çıxmağa ehtiyac duyulmur. 2. Hostel Şəhər mərkəzində və ya şəhərdən kənarda daha ucuz gecələmək yerləri təklif edən, bir yaxud bir neçə nəfərin bir yerdə qaldıqları ümümi yataq yerləri olan kompleksdir. Hostellər kiçik oteller kateqoriyasına aiddir. Bəzi hostellər ayrıca çarpayılara malik olmasına baxmayaraq, adətən 6-10 nəfərlik bir otaqda yerləşmə təklif edirlər. Ümumi vanna otağı da bu xidmətə daxildir. 3. BungalovMüəyyən ərazilərdə dəmir-beton tikililərə icazə verilməməsi səbəbindən taxta konstruksiyalardan inşa edilən otaqlardır. Bəzi hallarda bungalovların bir yerdən başqa yerə daşınması mümkündür. Ekoloji təmiz materiallardan inşa edildiyi üçün bungalovlar təbiətin bir hissəsi kimi görünür və bu otaqların da özünəməxsus müştəriləri olur. 4. Single Room ya da Single Bed Tək otaq və ya tək yataq mənasını bildirən bir nəfərin qala biləcəyi otaqdır. 5. Double Room - Double BedOtel otağında iki nəfərlə qalmağın mümkünlüyünü, yaxud iki nəfərlik bir cüt çarpayının olmasını bildirir. 6. Twin Room - Twin Bed Otel otağında iki nəfərin qala biləcəyi iki ayrı çarpayının olması deməkdir. 7. Triple RoomOtel otağında üç nəfərin qala bilməsini göstərir. Bu otaqda bir cüt çarpayı və bir tək çarpayı ola bilər. Və ya hər kəs üçün 3 ayrı tək çarpayı ola bilər. Bəzi hallarda da bir cüt çarpayı və divan çarpayı təklif edilə bilər. 8. Sofa Bed Otel otağında açılan divan-çarpayının olmasını bildirir. 9. Quadruple Room – Quad Room 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room, 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room,dörd ayrı çarpayı varsa Quad Room otaq deyilir. Bundan başqa, otellərdə otaq qiymətləri təklif edərkən otaq növləri və otaq tipləri üçün fərqli qiymətlər ola bilər. Suite otağı, ailə otağı, kral dairəsi, president suite və s. Adətən belə hallarda qiymətlər bir nəfərin qiymətindən 2-3 dəfə baha olur. 10. BО, RO və BB ekonom-variantƏgər siz qənaət etmək istəyirsinizsə, bu zman sizə RO, BО və BB qidalanma növləri uyğun gələcək. 11. OB – “only bed” – yalnız gecələməyi nəzərdə tutur,RO – “room only” – yalnız yaşayışı nəzərdə tutur,BB – “bed and breakfast” – yaşayışın dəyərinə yalnız səhər yeməyi daxildir. 12. HB, HB+, FB+ pansionHB, HB+, FB+ tipli pansionlar əsasən istirahət zamanı spirtli içkilərdən az istifadə edən və isveç masasına üstünlük verənlər üçündür. Bu üç və dörd ulduzlu otellərdə ən çox yayılmış qidalanma tiplərindəndir. НВ – “half board” – səhər və şam yeməyi, həmçinin ödənişsiz çay, kofe və su təklif edən yarım pansion növüdür, HB+ – “half board+” – səhər və şam yeməyi, həmçinin bütün gün ərzində yerli istehsallı alkoqollu və alkoqolsuz içkilər təklif edən yarım pansion növüdür. FB – “full board” – səhər yeməyi, nahar və şam yeməyi təklif edən tam pansion növüdür. Burada içkiləri əlavə ödənişlə əldə etmək mümkündür. FB+ – “full board+” – səhər yeməyi, nahar, şam yeməyi və pulsuz içkilər təklif olunan tam pansion növüdür. 13. ALL, Al, UAL, UAI hər şey daxilİstirahət zamanı özlərinə heçnədə imtina etməyənlər üçün ideal variant – Al, UAL, UAI, ALL tipli qidalanma növləridir. ALL, Al – səhər, nahar və şam yeməyindən (isveç masası) başqa, gün ərzində sizə yerli istehsal olan spirtli və spirtsiz içkilər, əlavə qidalanma, yüngül qəlyanaltılar, barbekü və s. təklif edilir. UAL, UAI – “ultra all inclusive” – bu halda sizə restoranda 5 dəfəlik tam qidalanma, bundan əlavə gün ərzində yerli və xarici istehsallı içkilər, geniş çeşiddə qəlyanaltı və şirniyyat seçimi təklif edilir.#uçmaqüçündoğulanlar #travelblogger #bookings #bookinghotels #airbnb #hotelsandresorts #hostel #entryhouse #resort #Bungalow #allinclusive #ultraallinclusiveƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

2749 dəfə oxunub

Gəzəyən məsləhəti- Səyahət zamanı qarşılaşa biləcəyiniz sözlər məcmusu (Part 1)

Səyahət zamanı lounge, IATA, boarding kimi sözləri tez-tez eşidirik. Bəs bunlar nə deməkdir?Status “hərşey bilənlər” üçün deyil )) 1. Rezervasiya: Eynilə restoranda yer rezerv etdiyimiz kimi aviabilet, hotel, gəmi, qatar, avtobus biletləri və s. yerlərin rezerv edilməsinə deyilir. 2. Bilet: Səyahət üçün lazımi ödənişin ödənildiyini göstərən, səyahət haqqında məlumat və təfərrüatları ehtiva edən səyahət sənədidir. Hava yolu ilə səyahət etmək üçün alınan sənədə aviabilet də deyilir. Aviabiletdə gediş / gəliş məlumatları, PNR və rezervasyon nömrəsi, oturacaq nömrəsi və uçuş vaxtı kimi məlumatlar olur. Aviabiletləri aviaşirkətlərdən, vasitəçi qurumlardan, veb sayt vasitəsilə və mobil tətbiqetmələrdən istifadə etməklə əldə etmək olar. Aviabiletlər paket şəklində satıla bilər və bu paketlər müxtəlif olur. Ekonom və biznes sinfi sektorda ən çox istifadə olunan iki növdür. 3. Pasport: Xaricə səyahət edərkən istifadə olunan beynəlxalq səviyyədə qəbul edilmiş şəxsiyyəti təsdiq edən sənəddir. 4. Viza: Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, işləmək, təhsil almaq və s. üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə.. Viza müraciətləri konsulluqlar və ya vasitəçi təşkilatlar kimi xarici nümayəndəliklər və ya havalimanları və sərhəd qapılarındakı xüsusi yerlər vasitəsi ilə həyata keçirilir. Elektron viza metodu ilə də müraciət etmək mümkündür.Check-in (Onlayn qeydiyyat): Bu prosesə təyyarədə yer seçmək, hava limanında baqaj vermək və bilet kontroldan keçirmək-yoxlamaq və təsdiqləmək aiddir. Bir sözlə, check-in sərnişinin təyyarəyə minəcəyini bildirməsidir. Qeydiyyatdan keçmədən təyyarəyə minə bilməzsiniz. Qeydiyyat prosesi iki mərhələdən ibarətdir: internet vasitəsilə edə biləcəyiniz onlayn qeydiyyat və havalimanında qeydiyyatdan keçmək. 5. Baqaj: Sərnişinlər tərəfindən daşınan hər şey. İki növü var: Əl ilə götürəbiləcəyimiz (backpack və s.) və qeydiyyat masasında təhvil verilən baqaj.Sərnişinin təyyarəyə daxil ola biləcəyi çantalara əl baqajı (kabin baqajı), qeydiyyat masasında araşdırılaraq yük hissəsinə aparılanlara baqaj deyilir. Aviaşirkətlər sərnişinlərə ödənişli olaraq müəyyən kiloqramlıq qeydiyyatdan keçmiş baqaj ehtiyatı təklif edirlər. Baqajın çəkisi və ölçüsü həddi keçərsə, qeydiyyat masasında əlavə haqq tutula bilər. 6. Gate (qapı): Sərnişinlərin təyyarəyə minəcəkləri ərazinin adıdır. 7. Gate number: Aviabiletdə hərflərdən və rəqəmlərdən ibarət olan kod. Bu kodu istifadə edərək müvafiq əraziyə doğru hərəkət edə və təyyarəyə minmək üçün son əməliyyatları edə bilərsiniz. Bu nömrəni tapmaq üçün uçuş məlumatları ilə terminalın içərisindəki monitorlara da baxa bilərsiniz. Monitorlarda təyyarələrə minmək üçün hansı qapılara getmək lazım olduğu göstərilir. Uçuş vaxtı yaxınlaşdıqca qapı nömrələri ilə bağlı elanlar da verilir. Uçuşdan əvvəl qeydiyyatdan keçmə prosedurlarınızı tamamladıqdan sonra müvafiq qapıya (gate) gedib uçuş vaxtınızı gözləməyə başlaya bilərsiniz. 8. Boarding: (təyyarəyə minmə): təyyarəyə minmədən əvvəl son yoxlamadır. Təyyarənin uçuş vaxtından bir müddət əvvəl sərnişinlər növbə ilə son yoxlama məntəqəsindən keçərək təyyarəyə minirlər. Boarding vaxtı keçdikdən sonra heç kim içəri buraxılmır. 9. Hava limanı: Təyyarələrin qalxdığı və endiyi, yükləri endirdiyi və boşaltdığı və sərnişinlərin təyyarələrini gözlədiyi bütün sahələri əhatə edir.Beynəlxalq havalimanı: Gömrük məntəqələrinin və beynəlxalq terminalın yerləşdiyi hava limanıdır. Beynəlxalq havalimanları beynəlxalq uçuşlarla birgə daxili uçuşlarda da istifadə edilə bilər. Bu iki sahə beynəlxalq terminal və daxili terminal olaraq bir-birindən ayrılır. 10. Duty free: Beynəlxalq terminalda məhsullar vergidən azad olduqları üçün daha əlverişli qiymətlərlə satılır. “Duty free” vergisiz alış-veriş deməkdir. Vergilərdən azad olan bu mağazalarda alış-veriş etmək üçün pasportunuzu göstərməlisiniz. Bu cür mağazalardan ala biləcəyiniz şeylərə qanun çərçivəsində məhdudiyyətlər təyin olunduğundan, aldığınız hər məhsul pasportunuzda işlənir. 11. Lounge (istirahət otağı): Xüsusi şərtlərlə girilə bilən sahələr. Əsasən yaşayış, əyləncə və aviasiya sektorlarında olan xidmətlər, standart gözləmə otaqlarına nisbətən daha rahat yerlərdir. Havalimanlarnda lounge xidmətləri həm beynəlxalq həm də daxili terminallarda olur. Lounge bölməsi daha tənha və sakit hissədə yerləşir. 12. Jet lag: Əsasən uzun uçuşlardan sonra meydana gələn və bədənin bioloji saatı eniş vaxtı ilə uyğun olmadığı üçün yaranan xəstəlikdir. 13. Tranzit uçuş. Birbaşa uçuçun olmadığı üçün təyinat məntəqəsinə iki və ya daha çox uçuşla getmək. 14. Business class/Econom class (Biznes və ekonom sinifləri): Nisbətən ucuz uçuş biletləri ilə hava səyahətini mümkün edən uçuş paketidir. Ekonom sinif aviabiletləri həm daxili, həm də xarici uçuşlar üçün əldə edilə bilər. Xüsusi xidmətlər təklif edən bir neçə aviaşirkət istisna olmaqla, bütün hava yolları ekonom sinifinə malikdir. Ekonom sinif qısa məsafəli uçuşlar üçün idealdır. Daha uzun məsafəli uçuşlarda daha rahat olmaq üçün biznes sinif aviaşirkət biletlərinə üstünlük verilə bilər. İkisi arasındakı fərqlər imtiyazlarla əlaqədardır. Biznes sinifi daha çox baqaj, yemək, istirahət xidmətləri və daha geniş oturacaqlar təklif edir. Ekonom sinifində belə imtiyazlar yoxdur. Bundan əlavə, biznes sinifi və ekonom sinif bölmələri bir qapı və ya panel vasitəsi ilə ayrılır. Bu tip təyyarələrdə xüsusi şərtlər olmadığı təqdirdə digər tərəfə keçə bilməzlər. 15. Low-cost (aşağıbüdcəli aviaşirkətlər): Ekonom sinifindən də əlverişli aviabilet qiymətləri təklif etmək üçün müxtəlif strategiyalar hazırlayan və bunun üçün min oyundan çıxan aviaşirkətlərə “lowcost” deyilir. 16. Pilot: təyyarəni idarə edən şəxs (təyyarə, helikopter, planer, hava gəmisi və s.). 17. Exit / Çıxış qapısı: Təyyarəyə minmək və enmək üçün qapılardır. Xüsusi bir mexanizmə sahib olan bu qapılar uçuş zamanı açılmayacaq və təzyiq itkisinə səbəb olmayacaq şəkildə dizayn edilmişdir. Təyyarələrdə üç növ qapı var: sərnişin qapısı, xidmət qapısı və təcili minmə qapısı. Təyyarəyə giriş təmin edən sərnişin qapıları, xüsusən də böyük sərnişin təyyarələrində gövdənin ön, orta və arxa hissələrində yerləşir. Bu qapılar sayəsində sərnişinlər fərqli qapılardan təyyarəyə minə bilirlər. 18. IATA ( International Air Transport Association) kodu: Hava nəqliyyatında sərnişin və yük daşınmasına nəzarət etmək üçün hava limanlarına iki kod verilir. Bunlardan biri də IATA agentliyinin təyin etdiyi IATA kodudur. IATA tərəfindən hava limanlarına verilən IATA kodu 3 hərfdən ibarətdir. Bu hərflər şəhər və hava limanı tərəfindən təyin olunur. Kod şəhərin adından seçilən hərflərə uyğun olaraq ortaya çıxır. Hava limanlarına ilk dəfə 1930-cu illərdə iki hərfli kod verilmişdir. Daha sonra, üç hərfli kod sistemi qəbul edildikdə, mümkün olan qarışıqlığın qarşısını almaq üçün köhnə kodların sonuna X əlavə edilib. 19. ICAO (International Civil Aviation Organization) kodu: Dünyadakı bütün hava limanlarının identifikasiya kodu var. Bu kod ICAO kodu adlanır və ICAO qurumu tərəfindən müəyyən edilir. ICAO kodu hava limanına verilən 4 hərfdən ibarətdir. Bu kodlar təyin edilərkən ölkələr və bölgələr arasında edilən təsnifatlar istifadə olunur. Birinci hərf hava limanının yerləşdiyi bölgəni, ikinci hərf isə yerləşdiyi ölkəni göstərir. Digər 2 hərf adətən sırayla verilir. 20. Air Hub, Hub Airport: Aviaşirkətlərin qərargahları xaricində istifadə etdiyi havalimanlarına verilən addır. Transfer və ya transfer mərkəzi də demək olar. Bir havalimanı nə qədər çox istiqamətə uçuş həyata keçirərsə və uçuş tezliyi nə qədər yüksək olarsa, bir o qədər də HUB sayılır. 21. HUB: Hub nəqliyyatlararası transfer yerinə deyilir. Yəni sərnişinlər və yüklər mərkəzlər sayəsində təyyarədən metroya, metrodan avtobusa, avtobusdan qatara keçə bilər. Digər tərəfdən hava qovşağı, hava yolu şirkətlərinin mərkəzindən başqa, hava nəqliyyatında ikinci dərəcəli hava limanlarıdır. Məsələn, Pegasusun baza aeroportu Sabiha Gökçen havalimanıdır və Atatürk havalimanını HUB olaraq istifadə edir və ya Pegasus, Berlin istiqamətindəki uçuşlarını Schönefeld havalimanından yerinə yetirir və Berlindən yola düşür. Başqa sözlə, Schönefeld Havalimanı, Pegasus'un Almaniyadakı baza havalimanlarından biridir. Dünyanın ən böyük hava limanları həm də meqa mərkəzlər olaraq xarakterizə olunur. OAG tərəfindən hazırlanan hesabatlara görə, London Heathrow havalimanı siyahıda birincidir. 22. Turbulent. Təyyarənin uçmasına kömək edən elementlərdən biri olan hava axınının pisləşməsi səbəbindən təyyarənin silkələnməsi deməkdir. Təyyarənin birdən-birə yüksəkliyi itirməsinə səbəb olur. Bəzən şiddətli, bəzən isə çox mülayim olur. Pilotlar bu zaman təhlükəsizlik kəmərinizi bağlamağınızı xahiş edirlər. Bu vəziyyətdə təhlükəsizlik kəmərinizi bağlamağınız çox vacibdir. ABŞ-da aparılan bir araşdırmaya görə, 2015-ci ildə səyahət edən 800 milyon sərnişindən yalnız 58-i turbulentdən zərər görüb və bu yaralanan sərnişinlərin əksəriyyətinin təhlükəsizlik kəməri taxmadığı müəyyən edilib. Təyyarələr hər cür təlatümlü vəziyyətə tab gətirmək üçün hazırlanmışdır. Şiddətli təlatüm qorxulu görünə bilər, ancaq pilotlar xüsusi turbulentlik təhsili almış insanlardır. Başqa sözlə, təhlükəsizlik kəmərinizin bağlandığından əmin olmaq və təlatümün bitməsini gözləmək kifayətdir. 23. İldırım vurması: Araşdırmalara görə, hər sərnişin təyyarəsinə ildə orta hesabla bir dəfə ildırım vurur. Təyyarəni havada ildırım vursa yüksək səslə müşayiət olunan parlaq bir işıq görünəcək və sarsıntılar ola bilər. Təyyarələr Faraday konsepsiyasına uyğun dizayn edilmişdir. Başqa sözlə, ildırım sərnişin təyyarəsini vurursa, içərisinə zərər verə bilməz. Bundan əlavə, hava karkasındakı boya da antistatik xüsusiyyətlərə malikdir. Bu, elektrik enerjisinin təyyarəyə keçməsinin qarşısını alır. İldırımlara qarşı xüsusi hazırlanmış avadanlıq sayəsində ildırım vurması təyyarənin vacib hissələri üçün təhlükəli bir vəziyyət yaratmır. Şimşək çaxması və ya təlatüm halında oturacağınız yerdən qalxmayın. Kabin heyəti tərəfindən verilən təlimatları izləyərək sakit olun.Şimşək çaxması kimi vəziyyətlərdə, elektrik yükü boşaldıqda partlayışa bənzər səslər meydana gələ bilər. Bu səslərə görə qorxmaq lazım deyil.ildırım vurmasının sizə təsir etməsi qeyri-mümkündür.İldırım vurması zamanı və ya sonrasında çaxnaşma edən sərnişinlər varsa, onları sakitləşdirə və ya kabin heyətindən dəstək gözləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

2879 dəfə oxunub

Tiflisə / Kutaisiyə necə gedək?

“Tiflisə / Kutaisiyə necə gedək?” sualına cavab vermək üçün dedim bir gəşəng detallı bloq tipli status yazım Sizlər üçün: 1) Bakı – Qırmızı Körpü + Qırmızı Körpü – TiflisBakı – Qırmızı KörpüBu yolu taksi, minivan (8 nəfərlik nəqliyyat) və ya avtobus ilə gedə bilərsiniz. Hər 3 nəqliyyat növü Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür.Taksi: 20-25 AZN (adam başı)Minivan: 15 AZN (adam başı)Avtobus: 12 AZN (adam başı)Taksi və minivanların xüsusi cədvəli yoxdur, maşınlar dolan kimi yola düşürlər. Yolda olma müddəti: 6-8 saat arasında dəyişir.Avtobuslar isə 08:15dən 17:30dək hər gün 30-60 dəqiqəndən bir yola düşürlər. Biletləri online şəkildə almaq mümkündür. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.phpsaytına daxil ola bilərsiniz. Yolda olma müddəti: 7-9 saatQırmızı Körpüdən sərhədi özünüz keçirsinizsə, bu proses üçün (sərhəddə olan avtobusların, maşınların və sərnişinlərin sayından asılı olaraq) minimum 1 saat, maksimum 3-4 saat ayırmağınız məsləhətdir.Qırmızı Körpü – TiflisBu yolu taksi və minivanlarla getmək olar. Taksi ilə gediş 30-45 GEL arası təşkil edəcək (Tiflisin hansı nöqtəsinə getməyinizdən asılı olaraq). Məs, mən Tiflisin Azadlıq Meydanına gedirdim (22:00da) və bu gediş üçün 30 GEL pul vermişdim. İstədiyiniz zaman sərhəddə taksi tapmaq mümkündür, demək olar ki.Minivanlar, əsasən gündüz saatlarında olur və gediş haqqı adam başına 5-6 GEL təşkil edir. İstiqamət: Tiflis, Mərkəzi Dəmir Yol Stansiyası.2) Bakı – Tiflis (birbaşa)Bu yolu siz həmçinin birbaşa avtobus, birbaşa qatar və ya birbaşa təyyarə ilə gedə bilərsiniz.Avtobuslar hər gün (gündə 4 dəfə olmaqla, 21:00dan 00:30-dək) avtovağzaldan yola düşürlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.php saytına daxil ola bilərsiniz.Bakı – Tiflis istiqaməti üzrə yalnız bir qatar hərəkət edir, 20:40da Bakı Mərkəzi Dəmiryol Vağzalından yola düşür və növbəti gün 08:55-də (Tbilisi vaxtı ilə) son məntəqəyə çatır. Qiyməti: 35 AZN (kupe). Qatarın hərəkət cədvəli, biletin qiyməti (plaskard, kupe və SV) və online bilet alışı üçün https://ady.az/az saytına daxil ola bilərsiniz.Bakı – Tiflis istiqaməti üzrə uçuşları Azərbaycan Hava Yolları (AZAL) və ilk və yeganə milli loukost Buta Airways aviaşirkətləri həyata keçirirlər. Uçuş cədvəli, biletin qiyməti və online bilet alışı üçün aviaşirkətlərin saytlarına daxil ola bilərsiniz:Azərbaycan Hava Yolları (AZAL): https://www.azal.az/Buta Airways: https://www.butaairways.az/az/3) Tiflis – Kutaisi hava limanıBu yolu siz taksi ilə və ya avtobus (xüsusi ayrılmış express bus-lar) ilə gedə bilərsiniz. Taksi ilə onu deyim ki, baha başa gələcək. Xüsusi express avtobuslara isə cəmi 20 GEL-ə bilet əldə etmək olar. Avtobuslar Tiflisin Azadlıq Meydanından yola düşürlər. Bileti online almaq mümkündür. Avtobuslar Kutaisi hava limanından Wizzair aviaşirkətin uçuşlarına uyğun olaraq xüsusi cədvələ əsasən hərəkət edirlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün https://georgianbus.com/new/?lng=eng saytına daxil ola bilərsiniz.Ümid edirəm, bütün suallarınıza bu postda cavab tapacaqsınız ????Suallarınızı kommentlərə yaza bilərsiniz. Bildiyim suallara cavab verməyə çalışacam.Faydalı olmaq diləyi ilə! ????✌️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

1774 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!