719 dəfə oxunub

Yunan adası - Rodos

Rodosdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Heç bir plan olmadan, tələm-tələsik baş tutan çox maraqlı bir səfərim haqda danışmaq istəyirəm. Türkiyədə hazırda gönüllü qaldığım yerdə oturum izni almadığım üçün Azərbaycanlılara uygulanan 1 aylıq vizasız yaşam zamanım doldu. Ölkəni tərk etməli idim, bu da sevə-sevə işlədiyim yerdən ayrılmalı olduğum anlamına gəlirdi. Burda olan dostların axtarışı nəticəsində çarəni 1 günlük Yunan adalarından birinə gedərək yenidən 1 aylıq qala bilmə izni yaradaraq, həm də yeni bir yer kəşf etməkdə tapdıq. Beləliklə problem həll olundu, mən də səbrsizliklə çantamı hazırlamağa başladım.

Günübirlik turun qiyməti 42 avrodur. Səhər saat 9da yola düşürsüz və 1saat içində Rodosa çatırsız. Feribot nə çox kiçik bir qayıq tipli bir şey deyil, nə də İstanbulda boğazı keçərkən istifadə olunan o böyük gəmi deyil. Heç ölkələr arası kruizdə deyil ???? Yəni xəyal qurmağa dəyməz bu mövzuda, çox sürətli hərəkət edir və bir də Rodos tərəfində daha çox yırğalanır. Ege dənizinin maviliyi göz oxşayır desəm yanılmaram. Günübirlik olduğu üçün biletim saat 5də də yenidən geri qayıdış zamanım idi. Bir-iki saat içində gəzə bildiyim yerlərdən bəhs edim. İlk zatən feribotdan endikdən sonra şəhərə doğru irəliləyib “Old town” adlı qədim hissəsini doyunca gəzdim.

13709808_559712170864354_3635989616945817773_n

Sonrasında isə özümə dəniz məhsullarından dadmaq üçün zaman ayırdım. Beləki burda balıq yemədən, dəniz yeməklərinin dadına baxmadan və məhşur ouzo içkisini sınamasan olmaz. Mən də bu olmazsa olmazı dənədim. Beləki çox ləziz olan menyudan ahtapot grili və qızardılmış kalamar qarışığı bir boşqab sifariş verdim. Əlbətdə məşhur tarixi yunan içkisi ilə birlikdə bu 12 avroya başa gəldi. Hesabı ödədikdən sonra isə onlar məni qarpıza qonaq etdilər, niyəsin soruşduqda isə onların adətlərinin belə olduğunu bildirdilər.

Artıq geri dönmək üçün yalnız 2-3 saatım qalmışdı. şəhəri heç gəzmədən getmək isə könlümə yatmadığı üçün turistik avtobusla şəhər turuna qatıldım. Prinsipcə zamanınız varsa piyada gəzmək, azmaq, yerli əhali ilə söhbət etmək tərəfdarıyam. Amma zaman… Səhər aldığınızda 12.50 avro olan bilet, saat 12.00dan sonra 9 avro olur. İstədiyiniz yerdə minib-enmə imkanı və hər tarixi yerdə olan şeylər haqda seçdiyiniz dildə geniş bir məlumat verir. Rodos özündə antik Yunan mədəniyyətini, Pers işğallarını, Roma imperatorluğunun gücünü, Osmanlı islam tarixini birləşdirir. Eləcə də bir çox avropa ölkələri müstəmləkəsi olduğundan hər mədəniyyətin bir parçasını hələ də özündə qoruyub saxlayır.

Dünyanın 7 möcüzəsindən biri olan Kolossos heykəlinin vətəni Rodos haqda bu qədər yetərlidir, növbəti yazımda oranın digər populyarı olan Lindos kəndi haqda yazacam.

Rodosda çəkdiyim digər şəkillərə facebookda “Bilməzin macəraları” səhifəsində baxa bilərsiz.

P.S.: Bura getmək üçün şengen vizası lazımdır. Türk vətandaşlarından Kıbrısda olmuş olanlara və ya Kıbrıs vətandaşlarına sərhəddən buraxılış verilmir. Əgər sizin də pasportunuzda Kıbrıs cümhuriyyətinin möhürü varsa öncədən ora zəng vurub soruşun, sonra sərhəddə qalmayasız.

P.S.: Mənim kimi uzaq bir yerdən gedəcəksənizsə bir gün öncədən gedib Marmarisdə qalmaqda fayda var. Çünki böyük bir növbə olur sərhəddə və saat 9da yola düşdüyü üçün feribot gecikmə ehtimali var.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər...

 

Paylaşdı: Nilufər Əzim

 

DİGƏR BLOQLAR

Polşanın xizək mərkəzi - Zakopane

Zakopanedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Krakova gələndə videolardan görüb nağıllar aləminə bənzətdiyim Zakopane şəhərinə mütləq baş çəkməyi özümə söz vermişdim. Dünyanın demək olar hər qitəsindən, Braziliyalıdan tutmuş Şri-lankaya qədər 10 nəfərlik bir mehriban komandayla yola çıxdıq.Zakopane Krakovdan avtobusla 2-3 saatlıq məsafədə yerləşir. Hər gün transport var, Krakow Glowny stansiyasına gedib kassaya yaxınlaşıb bilet almaq kifayətdir, biletin qiyməti 18 zloty-dur. Biz şəhər mərkəzinə yaxın üzü dağlara gözəl mənzərəsi olan bir villa kirayələmişdik. Bir günlük bu evdən zövq almanın dəyəri ümumi 123 dollara başa gəldi (qrupda isə hər kəs 46 zloty ödədi). Villanın linkini paylaşıram (https://www.booking.com/hotel/pl/willa-u-teresy.tr.html). Təbii olaraq bu şəhərə gəlib xizək sürmədən də olmazdı  Deməli, Zakopane stansiyasından yuxarıda, şəhərə gedən avtobuslar dayanacağına yaxın turist informasiya mərkəzi var. Sən demə, elə oradan ləvazimatları kirayə edir, behini verir, ölçülərini götürürlər, sənin üçün hər şeyi bir gün qabaqcadan hazır edirlər, profesional instruktor da verir və hələ gəlib evdən götürüb səni dağa da aparırlar, sonra şəhər mərkəzinə də gətirib qoyurlar  Və bütün bunların qiyməti bizim Şahdağ rezortu ilə müqayisə edilməyəcək qədər ucuzdu. Həm xizək geyimi, həm ləvazimatları, instruktor və ski pass ilə birlikdə cəmi 200-cə zloty xərcim çıxdı  Necə öyrədirlər? Olduqca dəqiq, praktika ilə, hər kəsə individual yanaşaraq. Mehriban, zarafatcıl və səmimi instruktorumuz Jane sayəsində isə nəhayət bu xizək məsələsini də öyrəndim. Gələk görüləsi gözəl mənzərələrə.Bizə çox yardımcıl, xizəkləri verən turist informasiya mərkəzində dedilər ki, Gubalowka dağına qalxıb oradan sunset, yəni gözəl gün batışı mənzərəsini seyr edə bilərsiniz. Gubalowka dağına qalxmaq üçün şəhər mərkəzində funklyora 22 zloty-a gediş-gəliş bilet alırsınız və möhtəşəm, rənglərə bürünən səmanı seyr etmək fürsətiniz olur. Sadəcə funklyorla dağa qalxdıqdan sonra 20-cə dəqiqəlik biraz yol qət etməyiniz lazım gələcək. Səhəri gün isə Kasprowy Wierch dağına gedib bir tərəfi meşə, digər tərəfi qarlı dağlar olan zirvəyə qalxdıq. Burada kofenizi alıb, yellənən oturacaqlarda oturub relax edə, ruhunuzu dincəldə bilərsiniz. Restoranda kofe üçün 6 zloty, piroq üçün isə 8 zloty pul ödədim. Sonra yadıma bir dönərin 8 manata olduğu Zirvə rezortunun restoranları yadıma düşdü. Bura qalxmaq üçün 40 dəqiqəlik hiking etdik ki, kanat üçün 65 zloty gediş-gəliş məsələsində qənaət edək. Bizim artıq səhər gün skipassımız yox idi. Burada tək baha olan şey kanatların qiymətidir. Amma həmin gün üçün ski pass-ınız varsa, pul ödəmənizə ehtiyac olmur. Sonra şəhərə enib gecə gəzintisinə çıxdıq. Şəhər yolları boyunca bəzəkli yeriyən atlar, işıqlar və arxitektura sayəsində özünü nağılda hiss edə bilirsən. Axşam yeməyini isə “Owczarnia” adlanan bir restoranda yeməyi qərara aldıq. Maraqlı mühiti, canlı milli Polyak musiqi, dadlı ət yeməkləri, möhtəşəm heyəti olan bu restoranda 10 nəfərlik 380 zloty-ə ət seti sifariş etdik və hələ artıq da qaldı  Ümumilikdə şəhər necə deyərlər, huzur dolu, insanları mehriban, yardımsevər və gəzib-görməyə mütləq dəyər bir şəhərdir. Xizək və snoubord həvəskarları üçün xüsusilə highly recommended! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Maryam Nuruzade 

934 dəfə oxunub

Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə, təhlükəsizliklə bağlı suallar da gətirdi. Ucuz ətin şorbası misalını əsas tutaraq hamının başında bir sual meydana çıxdı, loukosterlər nə dərəcədə təhlükəsizdir?!Çox rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm amma dünyada loukost hava yolları bazarı haqqında bir az məlumat vermək üçün, bəzi rəqəmləri paylaşacam. 2015-cı ildə dünyada olan bütün uçuşları 28, Şimali Amerikada 30, Avropada 26,  Cənub-Şərqi Asiyada isə 54 faizini loukost hava yolları şirkətləri yerinə yetirib. Rəqəmlərin hər il daha da artacağı təxmin edilir. Rəqəmlərə baxdıqda loukoster bazarının kifayət qədər iri olduğunu görmək olar.Ümumiyyətlə aviyasiya mütəxəssisləri deyir ki, loukosterlərin belə ucuz olmasının səbəbi qətiyyən təhlükəsizlik tədbirlərindən qənaət etməsi ilə bağlı deyil. Xüsusilə də Avropa və Amerikada, uçuşlara nəzarət təşkilatları heç bir halda hava yolları şirkətlərinə standartlardan kənar çıxmağa icazə vermirlər. Bəs onda loukosterlərin ucuz olmasının səbəbi nədir?! Qiymətin belə ucuz olmasının səbəbi şirkətlərin müştəri xidmətləri və təyyarədə verilən xidmətlərə qənaət etməsi, otutacaqların sayını bir az artıraraq, çox sərnişin daşıması kimi faktorlardır.Loukoster hava yolların ilə bağlı bəzi önəmli məqamları sizinlə bölüşmək istəyirəm:Loukosterlərə təyyarənin bir yerdə dayanması sərf etmədiyindən (çünki parking üçün ödənniş edilir), şirkətlər çalışırlar ki, təyyarələri bir yerdə dayanmasın, daimi hərəkətdə olsun. Ona görə də loukosterlər, xüsusilə də Avropa və Amerikada hər zaman çalışırlar ki, “qarajları” cavan qalsın. Təyyarələr yeni olduqda, onun baxımı üçün çox pul tələb olunmur və tez-tez xarab olub, şirkəti yarı yolda qoymur. Məsələn, planespotters.net saytına görə Avropadakı loukosterlərdən WizzAirin təyyarələrinin orta yaşı 4.5, RyanAirin 6.5, Easyjetin isə 6.9 ildir. Full xidmət verən, Türk hava yollarının təyyarələrinin orta yaşı 6.5, Almaniyanın Lufthansa hava yollarının 10.5, Air Francen təyyarələrinin orta yaşı isə 12.5 ildir. Yəni bu statistikadan da göründüyü kimi, loukosterlər heç də işlənmiş, köhnə təyyarələri istifadə etmirlər.Avropa və Amerikada baş verən ən dəhşətli 20 təyyarə qəzasından sadəcə 2i (Avropada və Amerikada, hər birində 1 qəza) loukoster hava yollarının adıyla bağlıdır. Asiyada qaydalar bir az yumşaq olduğundan, Asiyanın çox qəza edən şirkətlərindən bəzilərinə (İndoneziyanın Lion Air şirkəti kimi) Avropa Birliyi ərazisinə uçuş etmək qadağan olunub.Təyyarənin qəza etməsi səbəbi, onun loukoster və ya full service olmağından çox, haradan-haraya uçmasındadır. Məsələn Amerikada hər milyon uçuşdan 0.2, Avropada 0.24, MDB-də (keçmiş sovetlər) 2.74 və Afrikada isə 6.83-ü qəza edir. Xüsusilə Avropada loukoster və full service hava yolları üçün təhlükəsizlik qaydaları birə-bir eynidir.Bunu demək bir az, gülməli səsələnə bilər amma loukosterlər qəza olmaması üçün full service şirkətlərdən daha çox çalışırlar. Hər zaman təhlükəsizliyə standartlardan da çox əməl etməyə çalışırlar. Çünki, hər hansısa bir qəza olsa, loukosterlərin məhv olan imiclərini bərpa etmək üçün elə də çox pulları yoxdur. Bu qədər faktdan sonra inanıram ki, loukosterlə uçmaq təhlükəlidir, ordan-burdan ucuz, yaşı keçmiş təyyarələr söhbətləri olmayacaq. Mən şəxsən artıq 3cü ildir, sevə-sevə loukosterlərin xidmətindən istifadə edirəm, sizə də məsləhət görürəm ????.

582 dəfə oxunub

Avropanın ən məşhur gənclik festivalı - Tomorrowland

Tomorrowland FAQ ????Location - Belgium, BoomDates - Twice a year. İyul ayının 3 və 4 həftəsi..Duration - 4 days (1 day for camping and pre-party + 3 full days)Time - 12:00 p.m. till 01:00 a.m.Attendance - 250 000 per weekNiyə məhz Tomorrowland (TML)?Qısa məlumat: Çünki Tomorrow unikaldır və next- level festivaldır, və oraya düşəndə sən elə bil nağıla qatılırsan hər il yeni mövzü və sujet və buna görədə Dünyada #1 EDM genre üzrə musiqi festivalıdır, 15 stage + 1 Main stage və 400-ə yaxın DJ-lər. Hər stage hər musiqi genre üçün nəzərdə tutulub (techno, drum, trance, psy, hardstyle, hardstyle, dubstep, house and etc.). Hər gün festivalda ayrı ayrı genre olan mahnılar hər stagelərdə olur və ya umumiyyətlə cəmi 1 gün olur. Stagelər əsasən Labellər üçün nəzərdə tutulub. Məsələn elə stagelər "Atmosphere, Core ve Freedom, Garden of Madness" kimi burada 3 gün "Techno" amma ayrı labellər (Drumcode, Spectrum, Afterlife) və əlbəttəki Dj-lər olur, Freedom-da ise "Trance, psy" olur, Garden-da - "tek, "melodic" ve s.Camping: Festivadan 2km aralıqda Camping yerləşir, xüsusi bilet olanlar orada öz palatkanı qoyub və 4 gün orada qala bilər (biz elə edirik) festivalın tam atmosferinə qatılmaq üçün. Camping-də bütün şərait var - "Showers", "Beauty Salons", powerbanklar uchun doldurma menteqeleri ve s.Biletlər haqqında ətraflı aşağıda:İndi əsas məsələ qiymətlər və s. aşağıda qeyd olunan qiymətlər oficcial-dir.Festivalda hər tipli biletlər var, qiyməti 100 avrodan - 5000€ və yuxarı məbləğındə olar.Ən ucuz bilet 1 günlük bilet (Daily pass) - 100€ + feeFull Madness 3 günlük - 380€+feeMagnificent Greens 4 gün Camping ile birlikde - 450€ + feeEasy tents - 2 nəfər üçün 1300€ hazır palatkalar və ayrı zona, festivaldan palatkanı özünüzlə apara bilərsiniz.Comfort pass (vip) - 650€ bezi stagelerin yabinda VIP zonalara kechid.Biletləri necə əldə etmək olar?:Hər ilin Fevral ayında World-Wide Sale açılır və 30-40 dəq ərzində bütün biletlər satılır (elə olurki növbədə durursan və sold out olur. Əgər ww-den bilet ala bilməsinizsə siz bileti unoficcial mənbədən qiyməti 700+€ bashlayan Viagogo ve ya TML resmi distribyutoru tur şəklində alırsan (hal hazirda Russia reklam etməmək üçün inboxa) alırsan.Festivalda xərclər: festivalda bütün ödənişlər nağdsız olur yani cash ve ya card ile odemeler yoxdur. Oz valyutalari var "Pearl" adlanir ve sizə poçtla gələn bracelletde chip olur ve paymenti bracellet ile edirsiz. Braccelet-lere pulu yuklemek üçün festival ərazisində xüdudi yerdə edirsiz və ya online.1 pearl ~1.7€Qiymətlər: meal - ən ucuz 7 pearls ( ən azı gündə 3 dəfə çünki festivalda çoxlu yemək lazımdır enerji sərfiyyətinə görə), still water - 2-3p, red bull - 3p ve s. Hesablamanı özünüz 3 günə götürürsünüz. Qeyd etmək istəyirəm ki, festival ərazisində "İçməli-Drinkable" su olur hətta WC-də.Summary :Tml ticket - 700€ (camping olan), campingsiz bəlkə - 550€ tapmaq olarCamping üçün tent və yataq dəsti - 100€ + və yaHotelda qalmaq istəyirsinizsə - 500€ hotel + 30-50€ Taxi per dayFlight - 500€ (Baku - Istanbul - Amsterdam 2 tərəfli) - bizim belimizi qıran elə bahalı uçuşlardı)Gündəlik xərc - 150€ + (özünüzdən asıllı, azda ola bilər)Fors major hallar üçün - 700€ minimum mütləq kartda olmalı (elə olur ki flight təxris olunur və ya nəsə baş verir)Bu minimal xərclərdirBiz adətən festivaldan qabağ Amsterdama gedirik 3 gün orada gəzirik və sonra Belçikaya gedirik. Əlbəttəki buraya əlavə 700 avro tələb olunacaq hotel + gündəlik xərc + qatar iki tərəfli 70 avro.Alternativ və ucuz festivallar: "Ultra Music Festival" və "Untold"a hər zaman bilet ala bilərsiniz, bu festivalların bilet qiyməti heçvaxt qiymətdə qalxmır çünki spros az olur.p.s. bəzilərinə bu festival çox bahalı gələ bilər, amma bu pul ona dəyər. Və əlbəttəki bizim kimi musiqi sevənlər üçündür, heç kim normal bir halda bu qədər pul musiqiyə və ya atmosfera xərcləməz) bu il şəkillər az idi sorry =)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Khayal Hajiyev

802 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!