2240 dəfə oxunub

Yeyilmək istəyənlər üçün hannibal xəritəsi

Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşdığımı düşünür. Nə yalan deyim, Yer üzündə hanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o hannibal iqamətgahları?

1. Cənub-Şərqi Papua-Yeni Qvineya

Korovai qəbiləsindən olanlar hal-hazırda yaşayan hannibalların ən ləyaxlısıdırlar. Vaxtaşırı kimisə tutub yeyirlər. Çay boyunca məskən salan korovailar arabir yolun azmış, ya hər yerə burnunu soxan turisti də tutub desert menyularına əlavə edə bilirlər. İsti insan beyni isə onlar üçün əsil delikates sayılır.
Niyə insan əti yeyirlər? Ağacdan yıxıldı, vəhşi heyvan parçaladı, başına fil düşdü öldü - bu kimi səbəblər korovailar üçün anlaşılandı. Amma vay o gündən ki, kimsə hər hansı xəstəlikdən ölə!.. Belə olanda dərd götürür onları ki - bu adam niyə durduğu yerdə ölsün ki? Həmən bir səbəb gəlir ağıllarına: qara magiyanın əməli! Bu cür ölən insanı da, əlbəttə ki, sağ qalanlardan qorumaq üçün ne etmək lazımdır? Düzdür, basıb yemək.
Maraqlı fakt: 1961-ci ildə Nyu-Yorkun qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller qəbiləyə məxsus artefaktları yığarkən qəfil yoxa çıxıb. Hələ də meyiti tapılmayıb. Ehtimal ki, korovaiların bayram süfrəsinin bəzəyinə çevrilib.

2. Hindistan

Hindistanın şimalındakı aqhori sektasının üzvləri, sağ olsunlar, heç kimi məcbur tutub yemirlər. Öz xoşlarıyla daxili orqanlarını vəsiyyət etmiş könüllülərin könüllərini qırmayıb ədəb-ərkanla yeyirlər. 2005-ci ildə Hindistan jurnalistləri xəbər tutublar ki, aqhorilər hətta Qanq çayındakı çürüməkdə olan meyitləri və krematoriylərdəki insan orqanlarını də yeyirlərmiş.
Niyə insan əti yeyirlər? Aqhorilərin fikrincə, bu, insan orqanizminin qocalmasının qarşısını alır.
Maraqlı fakt: insan sümükləri və kəlləsindən çox gözəl bəzək əşyaları düzəldirlər. Subaylara qismət.

33248942_10215502619746189_5530306714756186112_o

3. Fici adası

Lap əvvəllər adı elə, belə pis çıxmasın, Hannibal adası idi. İndinin özünədək yerli əhali arasında dədə-baba adət-ənənəsini davam etdirənlər olur. Amma kimi gəldi yemirlər. Ancaq düşmən qəbiləsindən olanları.
Niyə insan əti yeyirlər? Qisas ritualıdır.
Maraqlı fakt: Ficidəki hanniballar elit hanniballardır. Adamı da adam kimi çəngəl-bıçaqla yeyirlər. Yediklərindən qalan əşyaları da kolleksiya kimi saxlayırlar. Pensilvaniyadakı Arxeologiya və Antropologiya muzeyində bu cür kolleksiya nümunələrinə rast gəlmək olar.

4. Braziliya

Braziliya sizdə karnaval, bikini, çimərliklərlə assosiasiya olunur, amma, görürsüz ki, tutub yeyilmə ehtimalınız da var. Vari qəbiləsi 1960-cı ilədək eksklüziv olaraq ancaq möminlərin meyitlərini yeyirdilər. 1960-cı ildən sonra hansısa missionerlər qəbiləni, demək olar ki, tamamilə qırıblar. Amma buna baxmayaraq indinin özündə də Brazilyadakı yoxsulluq ucbatından hələ də hannibalizm faktları qeydə alınır.
Niyə insan əti yeyirlər? Yoxsulluq və aclıq ucbatından.
Maraqlı fakt: 2012-ci ildə aparılan sorğunun nəticələrinə görə, bir çox insanlar «filankəsi öldür və ye» kimi səslər eşidirlər. Ona görə də Braziliyada tanış olanda əvvəl bir soruşun görün 2012 sorğusunda iştirak ediblər ya yox.

5. Qərbi Afrika

Aktiv hanniballar cəmiyyəti var, adı da «Leopard» (bəbir). Keçən əsrdən adam yemək havasına düşüblər. 80-cı illərədək Syerra-Leone, Liberiya, Kot-d’İvuar həndəvərlərində hannibalların yeyib-içmək yadıgarları olan insan qalıqları tapılırdı. Qəbilə üzvləri bəbir dərisindən geyimdə olur.
Niyə insan əti yeyirlər? İnsan ətinin onları daha güclü və cəld etdiklərinə inanırlar.
Maraqlı fakt: aktiv davamçıları da var. «Human Alligator» cəmiyyəti.

33317273_10215502622346254_7958077944218255360_o

6. Kamboca

Jurnalist Nil Devis xəbər vermişdi ki, Kambocada hanniballıq 1960-1970-ci illərdə Cənub-Şərqi Asiyadakı müharibələr zamanı əl-ayaq açıb. Hal-hazırda çox nadir hallarda rast gəlinir.
Niyə insan əti yeyirlər və ya yeyirdilər? Kamboca ordusunda düşmən ciyərini yemək kimi ritual vardır.
Maraqlı fakt: «Qırmızı Kxmerlər» ölkədə bütün qida ilə bağlı məqamları nəzarət altında saxlayaraq bilərəkdən kütləvi aclıq halı yaratmışdırlar.

7. Konqo

Konqoda hanniballıqla bağlı sonuncu fakt 2012-ci ildə qeydə alınıb. O vaxtdan yəqin tövbəlidirlər. Amma hanniballığın ən moda düşdüyü dövr 1998-2002-ci illər olub.
Niyə insan əti yeyirlər və ya, tərgidiblərsə, yeyirdilər? Səbəbi çox sadədir. Müharibə vaxtı üsyançılar hesab edirdilər ki, düşmənləri tutub yemək lazımdır. Əsasən də xüsusi ədvalarla hazırladıqları ürəklərini.
Maraqlı fakt: konqolular indi də əmindirlər ki, insan ürəyi orqanizmə xüsusi qüvvət verir və onu yeyəndən düşmənləri it kimi qorxur.

Sizə xoş səyahətlər! :)

P.S. Fotodakı massailər adam yemirlər a. Onlar - qardaşdı!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Ali Akbar

DİGƏR BLOQLAR

Avtostopla gəzinti üçün şengen vizası

Mən vizanı alman səfirliyindən rahat aldım. Viza ilə bağlı adi standart sənədlərdən (pasport, vəsiqə, şəkil, ərizə forması, sığorta, rüsum) başqa bir neçə vacib nüans var. Bu nüansları həll etmək hər fərdə görə dəyişə bilər, amma ümumi məğzi eynidir.1. Qalmaq yeri barədə sübut. Gedib küçədə ya meşədə çadır qurub qalacam deyə bilməzsiz, çünki Avropada wild camping çox yerde illeqaldır. Amma hər yerdə hostel və ya campsite var. Mən velosipedlə səyahət edəcəm demişdim, 62 günlük marşrutumu və marşrut boyu hər axşam hansı hosteldə/hoteldə və ya campsiteda qalacağıq, tam itinerary, hansına booking mümkün idise (booking.com və ya campsite'ların öz saytları ilə) booking confirmation (hardasa 35-40 arası bookingi 1 günə etmişdim). 2. Bilet rezervasiya (hansısa turizm şirkətinə 5-10 manat verib gediş dönüş rezervasiya alıb sonra leğv elətdirmək mümkündür, mən tanışlıqla pulsuz almışdım). Avtostopla girəcəm dəyə bilməzsiz.3. Səyahət ücün kifayət qədər pul: Bank hesabı, hesabda kifayət qədər pul (gündəlik 50 eurodan hesablamışdım mən) və son 3 ay üçün çıxarış (mən viza üçün müraciət etməmişdən cəmi 1 neçə gün əvvəl hesabıma pul qoymuşdum, problem etmədilər.4. Ölkəyə qayıdacağına dair sübutlar. Iş yerindən arayış, adınıza mülk kimi şeylərdən biri və ya bir neçəsi. Hətta nigahda olmağınıza dair sənəd də kömək edə bilər burda.5. Bonus :) Men alman velosipedçini evimizdə qonaq saxlamışdım, o da alman səfirliyinə ünvanlanmış bir məktub yazmışdı ki, guya biz bir yerdə velosəyahət edəcəyik, filan marşrut üzrə. Mən də bütün bookingləri həmin marşrut üzrə qurdum. Sonra da ağlıma gələn kimi gəzdim.Gəzənfərd 2. Avtostop: Nəriman Niftəliyev və Tofik Eynullayev[youtube https://www.youtube.com/watch?v=4SCBWHs_Fu8&w=560&h=315]Paylaşdı: Nariman Niftaliyev 

877 dəfə oxunub

Şengen ölkələrinə viza alarkən nələrə diqqət etməli

Əziz dostlar ????,✏ Eynitipli sualların çoxsaylı sorğusu nəticəsində mühüm bir məsələyə toxunmaq istəyirəm ✈(Mövzu Şenqen ölkələrinə şamil olunur????)#asansəfirlik #viza- Hansı ölkə asan viza verir ?- Hansı səfirlikdən viza almağı məsləhət görürsüz ?- A ölkəsindən viza alıb, orda qalmayıb B ölkəsinə gedə bilərəm mi ?- İlk girişi başqa ölkədən etsəm problem olar mı?Əvvəla hansı ölkəyə (və ya bir neçə ölkə) getməyi və ya harda daha çox qalmağı planlaşdırırsızsa, həmin ölkənin səfirliyindən viza almalısız. Vizanın giriş çıxışını tam dəqiq və aydın şəkildə qeyd edirsiz. Məsələn, Çexiyaya vəya Danimarkaya getmək istəyirsiz, siz giriş kimi Budapeşt və ya İtaliyanı göstərə bilərsiz lakin o ölkədə viza aldığınız ölkədə çox qalmamaq şərtilə. Ancaq məqsədə uyğun olardı ki, girişi viza aldığınız ölkədən edəsiz (çıxışı başqa ölkədən etsəz də olar).Digər mühüm məsələ isə çalışın səfirliyə turist olduğunuzu sübut edin. Normal qaydada sənədlərinizi hazırlayın. İlk növbədə, marşrutunuzu dəqiqləşdirin, məsələn, siz Macarıstan səfirliyindən viza almısız və Budapeştə (və ya hər hansı bir şəhərində) gedib orada 4 gün qalmağı planlayırsız, ordan isə hər hansı bir ölkəyə keçə bilərsiz (Macarıstandakı gün sayından az olmaq şərtilə və şenqen sazişinə daxil olan istənilən ölkəyə). Lakin bəzi dostlar bunu bildirmək istəmir. Niyə? Nəyə görə? Burda qorxulu heç nə yoxdu inanın mənə. Mən tərəfdarıyam ki, səfirliyə qarşı hər zaman dürüst olun. 5-6 ədəd A4 verməyin, əgər bir neçə ölkəyə səfər edirsizsə. Onlar sevir ki, detallı informasiya verəsiz onlara. Fikrimcə çətin və ya kaprizni səfirlik yoxdur, onları qane etməyən turistik namizəd vardır deyə düşünürəm. Bəlkə də yanılıram amma şəxsi təcrübəmdən nəticə çıxarıram hələki. Yəni bir ölkə niyə turistin önünü kəsib ölkə büdcəsinə zərər vursun.Getdiyiniz ölkədə qalacağınız yerin Hotel və ya hostel olması fərq etməz, əsas odur sənədli-sübutlu olsun. Booking.com, Hostelsworld.com kimi saytlar etibarlıdır.Bank hesabı məsələsinə gəldikdə isə, əvvəla onu deyimki aldığınız maaşa uyğun bir rəqəm göstərməyiniz daha məqbuldur və arzuolunandır. Yəni şərt deyil, 700 AZN maaş alıbda 1 həftə üçün 3000 AZN göstərəsiz, 1000-1500 AZN (ölkədən asılı olaraq) göstərsəz kifayətdir.- Əgər siz otel/hostel, avtobus/qatar biletlərini, təyyarə biletlərini ödəniş etmisizsə, bank hesabında qalacağınız gün sayına görə 40-80 euro/1 gün vəsait yerləşdirməlisiz, yox əgər bunları almamısız bron etmisizsə, o zaman həmin xərcləridə günlük xərcinizin üzərinə əlavə etməlisiz.Məsələn,70-80 euro / 1 gün Skandinaviya, Qərbi və mərkəzi avropa ölkələri - Fransa, Belçika, Hollandiya, Ispaniya, Avstriya, İsveçrə və s.40-60 euro / 1 gün daha çox Şərqi Avropa və Baltikyanı ölkələr - Macarıstan, Polşa, Çexiya və s. üçün keçərlidir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck

915 dəfə oxunub

Niyə təyyarələr əsasən ağ rəngdədir?

Təyyarələrin ağ rəngdə olmasının 5 səbəbi:Belə bir test edək. Portağılın rəngi nə rəngdir? Narıncı. Bəs Təyyarənin? Çoxunuz ağ rəng deyəcək. Bilirəm bəziləri də deyəcək ki, ağ rəngdən də başqa rəngdə olur. Məs S7-nin əsas hissəsi yaşıl və WizzAir- in isə bənövşəyi rəngdədir. Bəs niyə görə bu qədər hava yolları ağ rəngə üstünlük verir. Gəlin səbəblərinə baxaq:1)İnsanların ağ rəngə yay aylarında üstünlük verməsinin səbəbi günəş işığını özündən əks etdirməsidir. Təyyarə istehsalçıları da bu prinsipi əsas tutaraq təyyarəni sərin saxlamaq üçün bu rəngə üstünlük verirlər. Bundan əlavə ağ rəng günəş şüaları radiasiyasını minimuma endirir. Təyyarələrin bütün hissəsi metaldan ibarət deyildir. Bəzi hissələri plastik, karbon-fiber və fiber-glass-dan istifadə olunur. Günəş şüalarına ən çox məruz qalan hissə də elə bu hissələrdir. Ona görə də qızğın günəşdən ən çox qorunması lazım olan yerlər. təyyarənin burun və kontrol hissələri daxil olmaqla ağ rəngdə olmalıdır.2)Henri Ford dövrünün məşhur biznesmenlərindən olub belə bir söz demişdir. İstənilən müştəri qara rəngdə olduğu müddətdə istədiyi rəngə boyanmış bir maşına sahib ola bilər. OK, bildim bir az qarışıq oldu. Qısaca demək istəyir ki, ən dəbli maşınlar qaradır. Bu sözü ilə maşın industriyasında inqilaba səbəb oldu və bugün ən çox sürülən maşınlar qara rəngdir. Amma bunu deməkdə əsas məqsəd qara rəngli maşınların istehsalının daha ucuz başa gəlməsidir. Təyyarələrdə isə ağ rəng daha ucuz başa gəlir. Əlavə rənglərdən istifadə ekstra 50,000$-dan 200,000$-a qədər xərcə başa gələ bilər.3)Digər rənglərdən istifadə təyyarənin ağırlığına 450 KG-dan əlavə çəki əlavə edir və təyyarə ağırlaşır. Daha çox ağırlıq daha çox yanacaq sərfiyyatı deməkdir.4)Əlavə rəngin gətirdiyi ağırlıq ,yanacaq sərfiyyatı və bahalı olması onu gələcəkdə satmaq üçün ciddi problem yaradır. Çünki siz daha ucuza daha az yanacaq sərfiyyatı istifadə edən eyni keyfiyyətdə məhsulu ala bilərsiniz. Niyə əlavə pul ödəyəsiniz ki. Əgər gələcəkdə bir müddətdən sonra satılmağı düşünülürsə bu məqamlar düşünülməlidir.5) Təyyarənin üzərində olan cızıq və ya xəsarət ağ rəngdə daha tez nəzərə çarpır. Hətta təyyarə qəza uğrayıb dənizə və ya okeana düşsə xilasedicilər yerini tez aşkar edib kömək edə bilirlər.Bu məlumatlarım sizə uçuş zamanı necə kömək edəcəyi barəsində bir fikrim yoxdur. Amma əminliklə deyə bilərəm ki, siz bu məlumatları bilən tək-tük sərnişinlərdən biri olacaqsınız????P.S. Şəkildəki dünyanın ən böyük sərnişin təyyarəsi Emirates-in "Airbus A380plus" modelidir. 2 mərtəbəli olub maksimum 853 nəfər sərnişin daşıya bilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlan Jabrayilov

3140 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!