201 dəfə oxunub

Vyetnam səfəri

Vyetnam səfərim haqqında hesabat post


Vyetnam son 3 ildə gedib görmək istədiyim istiqamət idi. Doğrudur, bunu Laos və Kamboca qarışıq etmək istəsəm də, Vyetnam səfəri üfüqdə göründükdə təyyarə biletləri baha olduğundan bu üçlüyü həyata keçirə bilmədim. O da beynimin məhsuludur deyə başa düşürəm, çünki hər zaman bir səfərə 2-3 ölkə gəzməyin əleyhinə olmuşamNə düşünüb demişəmsə, onu da yaşadım. Bu, ayrı. Gələk Vyetnama

Səfər @melaytravel -in logistik tərəfdaşlığı ilə həyata keçdi. Onlara hədsiz minnətdaram, çünki əks halda səfərin gerçəkləşməsi çətin görünərdi. Səfərin geri qalan hissəsi üzərimə düşdü ki, onun da təşkilatını Hasan Mammadova həvalə etdim. Tur səfərlərinin əleyhinəyəm, amma Həsən uzun zaman Vyetnamda yaşayan və ölkəni dərindən tanıyan biri olduğundan onun müəllif turunun tərkib hissəsi olmağı düşünmədən qəbul etdim və bu gün belə başa düşürəm bu, çox doğru qərar oldu. Həsənə bütün trip adına dərin təşəkkürümü bildirirəm, ələlxüsus o ölkə daxili ucqar kəndlər adına - bunu heç bir tur şirkət etməzdi.

Vyetnamda hər şey var - dağ da, səhra da, çay da, kanyon da, körfəz də, gözəl təmiz turistik şəhərlər də, geniş dənizsahili də, çimərliklər də. Belə də ölkə olar?!Üstünə gəlin geniş inkişaf etməkdə olan turizm xidmətini, gülərüz insanları, rahat kartla ödəmələri, ucuz laundry xidmətləri (ilk dəfədir səfərdən sonra qalaq qalaq paltar yumadım), təmiz kafeləri,tarixi yerləri və s.-ni.


Vyetnama @qatarairways ilə uçdum Bakı-Doha-Hanoy, Hoşimin-Doha-Bakı üzrə səfərlər həyata keçdi. Qatar airways -lə uçmaq üçün çox darıxmışdım və Melay travel sayəsində online check-inlər sayəsində uçuşlarım əlavə rahat keçdi.
Vyetnam viza tələb edir bizdən, lakin bu viza online şəklində bir neçə gün ərzində alınır. Viza işlərimizi də Həsən həll etdi, sağ olsun. Həsən dekabr və yanvarda Vyetnam və Tayland üzrə qarışıq tur elan edib hazırda. Əgər fikrinizdə varsa, heç tərəddüd etmədən qoşulun gedin. Zəmanət verirəm


Vyetnam milli valyutası dongdur və 100 dollar 2500000 dong təşkil etdi. Səfər üçün 70% pulunuzu kartla rahat götürün, 30% dollarla olsun ki, orada taksi üçün xırda pul lazım ola bilər.
Sual olsa buyurun
Turun məbləğindən savayı ölkədə 20 gün ərzində 600 dollara yaxın pul xərclədim ki, bura qidalanma, Hoşimində apartamentdə qalma, əlavə götürdüyüm Mekong turu (90dollar), taksilər və alış-veriş daxil idi.
#vietnamVietnam'da.

Paylaşan: Irada Gadirova

DİGƏR BLOQLAR

Tayland Bələdçisi

Taylanddan bütün gəzəyənlərə eşq olsun. Gəl sizə mən söhbət açım öz viza təcrübələrimdən. Bəlkədə bir çoxunuzunda başına gəlib. Deməli vizaya müraciət eliyəndə səfirlikdə ya vizasız ölkəyə gələndə sərhəddə passportumu görən hərkəs 2 sual soruşur. 1 Bu pasport hansı ölkənindi? 2 Hanı sənin geri dönüş biletin? A kişi, kamboca acından günorta durur yuxudan məndən geri dönüş bileti istəyir. What the funnn?Passport məsələsin birtəhər Türkiyə Rusiya neighbor deyib keçişdiriəm.Geri dönüş biletinin də ucuz varyantını internetdə biraz qurdalanıb birneçə etibarlı sayt tapmışam. Deməli bu saytlardan bilet alanda mənə PNR kod olan bilet verillər. Bu bileti soxuram sərhəddəki polisin gözünə deyir Xoş gəlmisən.Deməli bunu qısa bir list kimi hazırlamışam, qiymətiylə filan.Tiketvisa.com - 9$ oneway | 15$ round trip | avtomatik bookingOnwardticket.com - 16$ oneway | 23$ round trip | avtomatik bookingVerifiabletickets.com - 12$ oneway | 19$ round trip | manual booking (bilet gələnə qədər sinqapura qar yağır)Başqaları da var amma çoxu axırıncı kimi manual bilet rezervasiyası eləyir deyə yavaşdı ya da tamailə saxta bişeylər generate edirlər ona görə məsləhət görmürəm.Qısa bir qeyd: Evdə oturub 'Fotoşop' ilə saxta bilet filan düzəltməyə çalışmayın  çünki bir çox immigrasiya polisi PNR kodu havayollarının sistemindən yoxlayır. Tutsalar cərimə + ölkəyə giriş qadağası və daha çox problemlər...Nəysə gəzməyə davam! Hamıya 2025-də daha çox ölkə, xoşbaxlıx, can sağlığı — WatArun, Bangkok Thailand'da.

İstanbul bələdçisi

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, Gəzəyənlər.  Sizə 6 günlük İstanbul səfərimiz haqqında yazmaq istəyirəm, baxmayaraqki, bu qrupda İstanbul haqqında postlar çoxluq təşkil edir, fikirləşirəm ki yazdığım bu post çoxuna maraqlı olar.Demək belə, avia biletləri 5-6 ay öncə Buta ilə götürdük. Ona görə ucuz oldu. Hələ burda olanda orda gedəcəyimiz yerləri təqribi planlayırdıq deyə, onlayn olaraq Madam Tussuads + Sea life ikisi birlikde (79 TL) və əlavə olaraq onlayn daha ucuz çıxır.İlk əvvəl deyim ki, burdan lirə almağa tələsməyin, dollar götürüb gedib Kapalı Çarşıda dəyişsəniz daha yüksək kursla olacaq. Bizim vaxtımızda 1USD - 5.38 TL oldu. Alış veriş mərkəzlərindən, Cəvahir ( Şişli), İstanbul forum (Kocatepe), Mermere forum ( Bakırköy) olduq. Demək olar ki, əksəriyyətində eyni mağazalar var və eyni qiymətlər. İstanbul forumla üzbəüz olan İKEA girməyi unutmayın.1. Muzeylər üçün düzü əvvəl muzekart almağı fikirləşsək də, sonra vaz keçdik. ☺ Muzekart türk vətəndaşları üçün 70 TL, olmayanlar üçün isə 185 TL-dir. Yəni bu qədər fərq)) Tükcə danışaraq almağa cəhd etməyin)) (mənim kimi) TC kimlik istədilər.-Topkapı sarayı. ( 1 nəfər üçün – 60 TL) Oranı gəzmək üçün 5-6 saatınız gedəcək və həqiqətən də dəyər. Çox maraqlı və çox geniş ərazisi var.- Ayasofiya (1 nəfər üçün 60 TL) Buranı da gəzməyə dəyər.- Yerebatan Sarnici (Türk vətəndaşları üçün -10 TL, Xarici vətəndaşlar üçün – 20 TL, Türkcə danışsanız 10 TL ilə bileti ala biləcəksiniz) İçərisi o qədər maraqlı olmasa da, girişdə sol tərəfdə yerləşən Sultan geyimində fotosessiya edin, yadda qalan fotolar olacaq. 1 foto – 30TL, bütün fotoları vermiyəcəklər))) 200 TL qarşılığında amma verəcəklər.- Sultanahmet Camisi (giriş pulsuzdur) – İçəri girib tanış ola bilərsiniz içərisi ilə2. Madam Tussuads – Çox maraqlı oldu mənim üçün, mumdan heykəlləri son dərəcə dəqiqliklə və professional hazır ediblər.3. Sea life – İstanbul foruma alış verişə getmişkən birinci mərtəbəsində yerləşən akvariumu qaçırmayın. Maraqlı sualtı aləm, akvarium tunel bir sözlə mükəmməl.4. Miniatürk (giriş 10 TL olmalıdı deyəsən, dəqiq bilmirəm ona görə ki bizi türk hesab etdikləri üçün misafir etdilər) Bir qədər şəhərdən uzaqda yeləşdiyindən Eminönündən bir başa avtobusla gedin. Burada Türkiyənin muzey, abidə, stadion bir sözlə görməli yerlərinin kiçildilmiş maketləri var.5. Galata kulesi (Burada da həmçinin türk dilində danışsanız, içəri 15 TL ilə keçəcəksiniz))))) xarici vətəndaşlara 35 TL) – Mənim çox xoşuma gəldi, bütün İstanbulu görə bilərsiniz. Məsələn mən gün batımını timelapse çəkdim.6. Çarşılar haqqında onu deyə bilərəm ki, Misir Çarşısı - ədviyyatlar, lokum, çaylar və s. Kapalı çarşıda isə her şey bahadır.7. İstəsəniz nahar yeməyinizi Kapalı Çarşı yaxınlığında yerləşən NusrEt’de edə bilərsiniz.  Dəyər))Burger – 55 TL, köftə 60 TL8. Böyük Ada – günlərlə qalmaq olar. Gözəl təbiəti, yaşıllığı, dənizin sahili sanki başqa dünyadasan.  Eminönündən Vapurla gedə bilərsiniz. Deyərdim bir gününüzü sərf edin, səhər 9dan gedin Eminönünə, çünki vapurla bir neçə adadan (Kadıköy, Kinaliada, Burgaz, Heybeliada) keçərək sonunda 2 saatdan sonra Böyük adaya çatır. Böyük adanı da faytonla gəzin. Bu da 100TL, 45 dəqiqə sizi bütün böyük adanı gəzdirəcək.9. Boğaz turu gündüz çıxsanız, bir nefer 20-25 TL arası dəyişir. Bu turda İstanbul körpüsünü, Kız kulesini, və dənizkənarı yerləşən bir neçə yeri görə biləcəksiniz. Gecə turları da olur. Gecə turlarında diskoteka, şam yeməyi və müxtəlif rəqslər olur. Gecə turlarını 50 euro ilkin qiymət desələr, qiyməti endirə bilərsiniz, 25-35 euroya.10. Eminönündə dəniz kənarındakı körpü altı restoranlarda balıkekmeyi dadmağınız mütləqdir. Boş vaxtiniz olsa axşamlar Taksime gəzməyə çıxın, ela bilinki tarqovudasız Getmək istəyirdik Dolmabahçeye, Eyüpsultana tərəfə və s.Hamıya xoş istirahətlər və gəzintilər! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Javadov

1849 dəfə oxunub

Günahlar şəhəri - Las Vegas

Las Vegasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyən qrupunun üzvləri Sonuncu dəfə sizə Amerikanın ən gözəl və ailəvi yaşanılası yeri olan California ştatının San Diego şəhəri haqqında məlumat vermişdim, və çoxlarınızın mənim yazımı bəyəndiyiniz, yenidən təzə bir şəhər haqqında yazmağımı xahiş etdiyiniz üçün sizlərdən yenidən ekranlara yaxın və rahat əyləşmənizi xahiş edərdim Bu dəfə sizi Nevada əyalətinin və dünyanın ən məşhur əyləncə və kazinolar şəhəri sayılan Las Vegas haqqında məlumatlandırmaq istərdim...Gəzməyi sevdiyim üçün və Amerikanın 50 əyalətinin yarısına ayaq bastığım üçün, düşündüm ki San Diegodan sonra Las Vegas sizlər üçün maraqlı gələ bilər....Las Vegas mənim üçün ilk öncə nağıllar şəhəri, əyləncə tipli bir şəhər sayılır.. Buranı stresdən və depressiyadan uzaq olmaq üçün yollanmalı ən gözəl yer saymaq olar, əlbəttə ki qumar oynamayacaqsınızsa ????Las Vegasın 650 min sakini var, bu statistika mən oranı tərk edənə kimi olub :) Əsas iqtisadiyyatı kazinolardan gələn gəlirdən ibarətdi... Burada çoxlu sayda konsertlər, yay vaxtlarında açıq səmada binanın başında, baseynin içində olan bar/klub sizin əylənməyinizə və depressiyadan uzaqlaşmağınıza yardımçı olacaq ???? Ordan (açıq səmada klubdan) olan şəkilləri bura qoymayacam, people have mothers and sisters Las Vegasın əsas küçəsində bir dənə Azərbaycanlı soydaşımızı gördüm və çox sevindim, bir təsadüf idi, maşınının nömrəsindən bilinirdi ki bizimkidi... Las Vegasda qalandı....Las Vegasa yolunuz düşsə, maşına ehtiyac olmayacaq, çünki Las Vegasın bir əsas küçəsi var və bütün klublar, barlar, kazinolar, mağazalar o küçədə yerləşir.... Gəzib biraz kalori yandırmaq məncə heç də pis fikir deyil????Las Vegasın havası il boyu isti və yalnız Dekabr ayında havalar çox soyuyur, amma normalda hətta Dekabrda belə ora qar yağmır (qarın sağ əli Bakı Şəhər İcra Hakimiyyətinin başına).Şəxsən mən bələ düşünürəm ki, ümumiyyətlə Las Vegasa əylənməyə gedirsinizsə, maximum 3 gününüzü ora sərf edin, ondan sonra maraqsız olur :) Mən ordan maşın kiralayıb son günümdə, oradan Los Angeles-ə (City of angels) yola düşdüm Las Vegas-da mən və dostum Bellagio otelində 2 gecə, 3 gün complimentary stay (yəni hotel bizə pulsuz olaraq onların xidmətindən yararlanmaq və qiymətləndirməyi təklif edir) Və belə bir təklifi dala qaytarmaq, bağışlanmayan günahlar sinfinə aid olduğuna görə, dərhal biletlərimizi alib Vegasa yollanırıq... Və front desk-ə yaxınlaşaraq otaqlarımızın açarların əlimizə alıb qalxandan sonra, otağa daxil olan kimi pəncərədən olan görüntünü görüb ikimiz də orada da uşaq kimi sevinib və bayılırıqBelə bayılma hamıya qismət olsun, düşməndən başqa Qumara heçvaxt marağım olmadığı üçün, Las Vegas-ı piyada gəzməyə başladım dostumla... Las Vegas-da çoxlu sayda sizdə məni bağışlayın strip clublar olduğu üçün addımbaşı sizi ora gözəl xanımlar başınızı bişirib salmaq istəyəcəklər Gecə həyatı Las Vegas-da inanılmazdi... Bəli, Las Vegas gecə həyatına görə mənim fikrimcə bir nömrədi... What happens in Vegas stays in Vegas (Vegas-da nə baş verirsə, orada da qalır) deyimi ən məşhur deyimlərdəndi :) Mən dostumla qonşu olan Caesars Palace otelində yerləşən gecə klubuna getdim və klubun nə olduğunu orda hiss etdim... Əlbəttə ki gözəl və komplekssiz olan subay xanımlar sizinlə rəqs edəcəklər və bir yerdə içki içib söhbət edəcəklər (Vegas-da içilən içki günah sayılmır onu da biləsiniz )))))Las Vegas-da otellər 20$-dan başlayaraq 400$+ qalxa bilər... Yalnız 20-50$-lıq otelin aşağı səviyyəyə gəlməyinə işarə deyil... Mən qaldığım otaq 400-500$-lıq otaq idi (ümumi 3933 otaqdan ibarətdi) mənzərəsinə görə və sonuncu limited version olduğuna görə qiyməti o sırada idi, normalda 150$-a belə otaq tapmaq olar... Amerikanın ən ucuz otelləri Vegas-dadı.. Nəyə görə? Çünki Vegas-a gələn ,əlbət ki qumar oynamağa gəlir, yəni kazinoda pul xərcləməyə gəlirlər... Məsəl üçün siz Stratosfer və ya Circus otelində 20$ otaq tapdınız (xatırladım ki bu otellər 3 ulduzdu), siz 99% orda qumar oynayacaqsınız və 300-400$ pul uduzacaqsınız) Deməli artıq hotel sizdən 400$+20$ otaq pulu ve 60-80$ yemək yesəniz 500$ qoparda bildi bir günə  ???? Sonra deməyin ki xəbər etməmişdim Mən isə qumar oynamadığım üçün, hotel-ə ziyanverici simalardan sayılıram) Amma hotel buna da etiraz etmir, çünki yenə də mən onların restoranında yemək yeyəcəm və istəyərək pul xərcləyəcəm)))Bir də otellər o qədər böyükdülər ki ,içində az qala gps navigationdan istifadə edəsən exit-i tapmaq üçün :) Bəlkə yalan olmasın 8-9 dəfə içində azmışam, amma kazino personalı sizə həmişə yardımçı olacaq bu məsələlərdə....Las Vegas ən tez evlənmək məkanı sayılır... Hər gün 300+artıq gənc burda sözün əsl mənasında xoşbəxt olur.... Yəni bir günə siz həm qeydiyyatdan keçib həm də evlənə bilərsiniz, normalda qeydiyyatdan keçəndən sonra sizə 1-3 həftə sonraya vaxt təyin olunur və ondan sonra nigaha girə bilərsiniz Amerikada.... Xatırladım ki Las Vegas ən çox evlənmək üçün gəlinən məkan sayılır...Las Vegas ucuz yer sayılır deyə yaşamaq üçün və əlbəttə buna görə çoxlu insanlar Los Angeles-də bahalı həyata davam gətirə bilmədikləri üçün qonşu əyalət Las Vegas-a köçməyə məcbur qalırlar... Hoteldə işləyənlərin çoxsu ispan dillidi ona görə də ...Las Vegas-da əsas iş yeri hoteller sayılır Las Vegas-da küçədə içki içmək leqaldı, bütün Amerikada bu qadağa olunsa da (səhv etmirəmsə Floridada bir adasından başqa). Bir də Vegas-da içki çox bahadı, hətta bəzi aptek sayılan yerlərdə belə tekilla və müxtəlif içkilərin satışına rast gələ bilərsiniz... Los Angeles-də içki buradan ən azı 2 dəfə ucuzdu...(Los Angeles-də artıq günahdı içmək))))Dünyanın ən məşhur UFC döyüşləri də həmişə Las Vegas-da keçirilir, çünki burda otellərin təklif etdiklərini başqa şəhərlərdə olan otellər təşkil edə bilmir.Hamımızın tanıdığı Hangover (Мальчишник в Вегасе) filmi də bu şəhərdə çəkilib :) Baxmayanlara məsləhət görürəm baxmağı )Əgər bu yazımdan sonra hansısa bəy öz xanımı ilə Vegas-a getmək istəyirsə, mən deyərdim ki bu oğlanın son ilişkisi olacaq ) Vegas məncə subayların yeridi :) Sevginizi sınamaq istəyirsinizsə buyurun gedin :) Allah axırın yaxşı eləsin Vegasla və ya başqa əyalətdən suallarınız olsa buyura bilərsiz instagrama bostonian_love səhifəmə yaza bilərsiniz və ya follow edib orda da məni izləyə bilərsiniz... Xahiş edirəm Amerikaya necə gəlmək olar sualını mənə verməyin, özüm bilmirəm necə gəlmişəm:)))))) 8 il bundan əvvəl viza asan alınırdı, 30 saniyəyə :) Gələn qayıtmır deyə viza almaq hal-hazırda itin ağzından yağlı stake qopartmaq kimi bir şeydi :) Amma gəlmək istəyən yolun tapıb gələcək Hamıya həyatda olan bütün arzuların yerinə yetməsini ürəkdən diləyirəm, çalışın pul yığın və gəzin... Çünki gəzmək qalır insana..P.S Qrammatik səhvlərə görə müəllif məsuliyyət daşımır Gələn görüşlərə qədər sizdən ayrılıram Növbəti materialım çox güman ki Hawaii adasında yaşadığım və işlədiyim şirkət və ordakı həyat tərzi haqqında olacaq Diqqətinizə görə təşəkkürlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

2802 dəfə oxunub

Orta Asiya bələdçisi - Qırğızıstan

Qırğızıstan gördüyüm ən özünəməxsus ölkələrdəndir deyə bilərəm.Orta Asiya ölkələrini bəlkə də mən çox sevirəm, bilmirəm. Amma zövq alıram buralara səyahətdən.İlk olaraq deyim ki, artıq Bakı-Bişkek reysi açılıb. Amma mən Bakı-Daşkənd reysi ilə, Özbəkistan hava yolları ilə gəldim. Bilet Azaldan biraz daha ucuzdur, amma get-gəl 400$ etdi. Sonra Daşkənddən maşın götürüb kiçik qrup ilə səyahətə başladıq. (Özbəkistanı artıq 2 il qabaq çox gözəl gəzdiyim üçün bu dəfə az qaldım)Özbəkistanın cənubunda yerləşən Andican şəhərinə getdik, ordan da Qırğızıstanın Oş şəhərinə keçdik. Quru sərhədi keçmək hardasa 3,5 saat çəkdi. Amma rahat, incitmədən keçirtdilər (quru sərhəddə ən çox Özbəkistan saxlayır). Qırğızlar Azərbaycandan olduğumu görüb, elə pasport yoxlamasında çox xoş qarşıladılar məni, 10-15 dəq söhbət elədik, keçdim. Əsas məsələ isə Oş-Bişkek yolunda başladı. Yol möhtəşəmdir. 700km-dən biraz uzun olan yol, bütünlüklə perevaldır demək olar ki, ona görə də biz toplam 14 saata getdik bu yolu. Yolda Chickan kendində bir qonaq evində qaldıq, və səhər möhtəşəm dağ və çay mənzərəsinə oyandıq.Sonra yola düşdük və yolda çoxlu sayda quraşdırılmış yurtalar gördük. Birində dayandıq və yüklədiyim videodaki o şirin nənə və nəvələri ilə tanış olduq. Yurtalar yay ayları üçün nəzərdə tutulub, çünki dağlar yayda belə çox soyuq olur. Burada qoyun/quzu/inək otarırlar. Amma adət-ənənələrini qoyurub saxlayırlar. Çox gözəl hisslər ilə ayrıldım buradan.Ölkənin bir başından digər başına maşın ilə səyahətim bitdi. Qırğızıstanın buqədər gözəl olduğunu düşünməzdim heç. Bişkekdən başlasaq, şəhəri (mərkəzini) bir gün içində gəzib bitirə bilərsiz. Sovietləri xatırladan şəhərdə elə ən təzə olan tarix muzeyidir. Mərkəzdə gəzdiyiniz zaman çoxlu sayda divar rəsmləri ilə qarşılaşacaqsınız ki, sırf Qırğızıstanda olduğunuzu xarıtladır. Bundan əlavə mərkəzdə yerləşdirilən yurtada, at südü ala, milli geyimlərlə şəkil çəkdirə bilərsiz. Şəhərdə çoxlu sayda park salınıb, elə təzəlikcə (10ay əvvəl) Azərbaycan-Qırğızıstan dostluq parkı(Heydər Əliyev parkı)-da bunlara daxildir. Hə, şəhərdə bir gün gəzdikdən sonra gedə bilərsiz Ala-Archa Milli Parkına. Yəgin ki, buralarda ən görüləsi yerdir deyə bilərəm.Tər-təmiz dağ havası, yam-yaşıl meşələri adamı lap valeh edir. Hələ Ak-Say şəlaləsinə çatsaz, başqa bir gözəllik ilə qarşılaşırsız.Şəlaləyə 5-6 km piyada yol getməlisiz və 2665m hündürlüyə qalxmalısız. Yol biraz çətindir, ona görə də xüsusi ayaqqabınız olsa yaxşıdır, amma əziyyətinə dəyir.Bişkekdən çıxıb Qırğızıstanın mirvarisi olan Issık-Kula getdik. Ən turistik tərəfi də Borteri kəndi sayılır. Gölün suyu hər zaman soyuqdur sanki, amma gözəlliyinə söz yoxdur. Maraqlısı budur ki, burada hamı cibinə uyğun qalmağa yer tapa bilər. Yəni gölə sıfır məsafədə otaqların gecəsin 15-20 AZNdə tapa bilərsiz, və ya premium otellərdə gecəsini 250-300 AZNdə götürə bilərsiz. Ətraf şəhərlər/kəndlərdə demək olar ki görüləsi çox yer yoxdur, əsas əyləncə elə gölün özüdür, və təbii ki su üstü və altı müxtəlif atraksionlar.Ən turistik yerində belə fikrimcə nə yemək, nə də atraksionlar baha deyil. Ortalama 4 nəfərlik axşam yeməyi sizə 50-60 AZN başa gələ bilər. Ölkəni maşın ilə səyahət etməyin çox yaxşı fikir olduğunu düşünürəm, çünki əsas gözəlliyi bəzən yolları/dağları/çəmənləridir. Qırğızlar da özbəklər və taciklər kimi çox qonaqpərvərdilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1261 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!