1114 dəfə oxunub

Vizasız Niaqara səfəri

2 gün əvvəl Niaqara şəlaləsinə gedəndə olmazın bir hadisə yaşadım. Niaqara şəlaləsinin Kanada - ABŞ sərhədini əmələ gətirən körpüdən çəkiliş etmək istəyirdim və bu səbəbdən 50 sent atıb, turniketdən keçdim. Tək deyildim, yanımda alman bir xanım vardı (tədbirdən tanış olmuşuq). Mən də, kişi-kişi çəkirəm, danışıram ???? Nəsə, bu xanım keçdi ABŞ tərəfə ki, işim var, biz filan vaxtı Kanada tərəfdə olan Hard Rock kafenin qabağında görüşək. Həmin gün də dayanmadan yağış yağırdı və passportu, pulu maşına qoymuşdum ki, zədələnməsin. Kanada tərəfə gələndə məlum oldu ki, passport yoxlaması var. Təsəvvür edin ki, Gürcüstan-Azərbaycan sərhədini Gürcüstan tərəfdən keçirsiz (yoxlamasız) və bilirsiz ki, Azərbaycan tərəfə vizanız yoxdur, amma geri qayıtmağa passport lazımdır. Yağış yağır, məni də babat “lomka” basıb. Öz-özümə deyirəm ki, bu şəlaləni gördün, vacib idi körpüdən çəkmən? İçim-içimi yeyir ki, 45 gün viza cavabı gözlə, sonra da gəl sərhəddən deport olun. Növbə mənə çatanda gömrük əməkdaşı ilə aramızda belə bir dialoq baş tutdu:

- Salam
- Salam
- Mən Azərbaycan vətəndaşıyam. Kanada tərəfdən heç bir yoxlamağa olmadığı üçün elə zənn etdim ki, körpünün üstünə çıxmağa sənəd tələb olunmur. Passportum Kanada tərəfdə maşında qalıb.
- Ölkəyə hardan girmisiz? (elə sifət aldı ki, dedim vəssalam)
- Bakı-Franfurt-Montreal ilə gəlmişəm
- Amerika vizanız var?
- Yoxdur.
- Kanada ərazisini niyə tərk etdiniz bəs?niagara-falls-canadian-side

Bu sözü deyəndə cin necə vurdusa quracağım cümlə yadımdan çıxdı ????

Bu sözü demişdi ki, qaqa telefonu götürüb zəng elədi. 2 dəqiqə sonra hündür bir gömrük məmuru dalımca gəldi və məni apardı. Kanada tərəfdə sənədlərində problem olanların saxlanıldığı yerə. Sizə yer deyirəm, ərəb, afrikalı və başqa millətdən olan adamları yığıblar bir otağa. Baxan kimi bilinir ki, bu adamların sənədlərində ciddi problem var. Dərdimi kimə izah etdimsə yaxın duran olmadı. Axırda bir təhər internet tapdım və dostlara SOS siqnalı göndərdim.

1 saata passport gəlib çıxdı və məni buraxdılar. İşin gözəl tərəfi isə adım sistemə salınmadı və gömrük məmuru passportda olan vizanı görəndən sonra mənimlə bağlı ilkin yazmış olduğu sarı vərəqi gözümün önündə cırdı. Heç adam vizada olan məlumatları kompüterlə dəqiqləşdirmədi belə. Həmin an qorxudan çox böyük bir təəssüf hissi vardı ki, günün sonunda o da yoxa çıxdı. Vəziyyət barədə xəbər tutan kimi Torontodan Niqaraya gəlməyə hazır olduğunu bildirən Alı qardaşıma da buradan hər şey üçün təşəkkür edirəm. :) )

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nihat Valizada

DİGƏR BLOQLAR

Səyahət əhvalatları - "Hər şeyə rəğmən"

Salam, dostlar. Başıma gələn maraqlı hadisəni paylaşmaq istədim. Bu yazı biraz uzun olacaq. Ümid edirəm sıxılmazsınız. Hadisələri olduğu kimi danışacam. İndiyədək xaricdə olmamışam və Mingəçevirdə yaşayıram. Bakıya belə az-az, bayramdan bayrama gəlirdim. Daim Avropa həvəsi ilə yaşayan biri olmuşam və hələ də eləyəm. Mən keçən il İspaniyada "ERASMUS +" mübadilə proqramı ilə oxumuşam. Pasxa zamanı digər şəhərləri, ölkələri gəzmək istədik. Səyahəti planlamağım tam 1 həftəmi almışdı. Hostellər, biletlər və s. Başlayanda bilirdim ki, başıma nələrsə gələcək ????????????‍♀️ İlk planımız Venesiya oldu. Madrid -Lyon-Venesiya və səhər 32 saatdan sonra, saat 06:00-da Venesiyaya çatdıb, hostelə yollandıq. Heç ağlımızdan da keçməzdi ki, hostel bağlı olar. 3 saat binanın qarşısında oturub gözləyəndən sonra bir müştərinin yazığı gəlib pəncərədən açar atdı. Biz daxil olduq foyede hostel işçisini gözlədik və nəhayət gəldi. 2 gecə 3 gün orda olduq çox da maraqlı oldu  bizim üçün. Sonra yollandıq Kölnə (gəzdiyim yerlərin içəridində ən rahat və təhlükəsizi). Orada Hard Rockda qaldıq. Ucuz və tam mərkəzdə idi deyə tutmuşduq oranı. Təsadüfən sahibinin azərbaycanlılar olduğunu öyrəndik. Nəisə çox uzatmayım, oradan yollandıq Brüsselə. Çox gözəl şəhər idi, lakin axşamüstü gərək tək şəhərə çıxmayasan (homelesslər, oğrular dəhşət çox idi). Hətta qaldığımız oteldə bizə iranlı oğlan bildirdi ki, Şimal stansiyasından gedəcəksizsə ehtiyatlı olun. Bizim də bəxtdən biletimiz orda idi və ehtiyatlı şəkildə ora yollandıq. Yolda görmədiyimiz hadisə olmadı. Sağ-salamat ora çatdıq. İçəridə gözləməyə başladıq. Avtobusumuza tam 2 saat var idi, birdən yaxınlıqdakı qızların passportlarının oğurlandığını gördük. Security tərəfdə gözləməyə başladıq və buranı da sağ salamat atlatdık )) Sonra isə Parisə yollandıq, 2 gün yol getdik. Ən qorxduğumuz bu şəhər idi amma rahat yola verdik. 3 gecə də burda qaldıq.Və son məntəqə - kaş getməz olaydım dediyim yer, bu postun kuliminiyasiya nöqtesi - Marsel (Le petit Marseillais markasını da görəndə qorxuram????????????‍♀️) Google'deki dəniz limanı görüntüsünə aldandım????             Nəisə əslində peşman deyiləm, düşünürdüm ki, heç vaxt tək başına nəyisə həll edə bilmərəm amma yola verdik. Onu deyim ki, gedəcəyim yerə hər çatdığımızda anama xəbər verirdim. Marselə də çatanda yazdım və anamın cavabı bu oldu "İnternetdə baxmışam, qızım, ora biraz təhlükəlidir, ehtiyatlı ol." Necə də hiss edib canım anam❤️ Biz yarım günlük yoldan sonra stansiyaya çatdıq. Fikirləşdik ki, çox gəzmişik. Dua edirəm ki, sağ-salamat, xatasız-balasız yola verdik və İspaniyaya - evə qayıdırıq. Dedik bu şəhəri gəzməyə tələsməyək, biraz dincələk, stansiyada oturaq. Stansiyada uzandıq növbə ilə yanımdaki qız ilə. Mən fikirləşdim ki, gedib su, yemək alım və mübahisə elədik. O dedi mən gedəcəm, mən dedim mən. Mən getdim sonda.Uzaqlaşalı 15 dəqiqə olmuşdu ki, qız zəng etdi: "Rasta, de ki, sumkanı özünlə aparmısan". Elə o andaca fsoo dedim getdi sumka, pul, pasport, hər şey????????‍♀️ (mənim də yekə qəhvəyi rəngdə rukzakım var idi. Dedim gedib yemək alıb gələcəm qızın yanında qoyum, gedib- gələrəm. Halbuki yanımdan ayırmırdım) Ağlıyaraq gəldim qışqır-bağır sumka, içərisindəkilər hər şey gedib təkcə telefonum qalıb. Deməli iki oğlan yaxınlaşıb qıza biri saat soruşib, sonra da qorxudub sumkamı götürüb gediblər. Mən ağlaya-ağlaya çatdım ki, qız hələ şokdadır. Əsəbləşdim, incidim amma anladım ki, əldən nə gələr olan olub. Bir yandam deyirdim ki, məşhur deyimdə olduğu kimi - Kişinin başına iş gələr. Bu an orda dərdimizi başa salmağa çalışdıq amma heç kəs ingiliscə bilmirdi, Sonda fransız oğlan bizə yaxınlaşdı başa saldı ki, gedin polisə itkiyə aid rapor alın , sağolsun bizi polis idarəsinə apardı gözledi bizlə. Elə bu anda 20 nəfərin passport çantası itdiyini də öyrəndik (tək mən deyilmişəm deyə özümə təsəlli verirəm????) Tam 5 saat gözlədik və bizə rapor verdilər sonda. Qaça-qaça gəldik ki, Madridə gedən avtobusuma çataq, Flixbus idi adı amma Öiubus adı ilə tərpənib artıq avtobus. Bizim kimi neçə adam da gözləyib bilməyib. 100 € da belə batdı. Sumka itib (İspaniyadakı ev açarları, kartlarım, passport Az kartları və s), avtobus gedib, biz o lanetli stansiyadayıq yenə.????????‍♀️ Artıq itirməyə də heç nəyimiz qalmıyıb, qorxuruq.  Bu anda türk qızlar yaxınlaşdı və "birlikde beklesek olur mu" dedilər. Təbii ki yaxınlaşdıq və ünsiyyət qurduq. -Avtobusun belə etməyi, passport itməyi, əsəblər gərgin anama atama da heç nə deyə bilmirəm (Təzyiq və ürəkləri narahatdı. Onları da tələşlandırmaq istəmədim????). Ancaq zəng edib bacıma dedim. O da 1-2 dəqiqə danladı sonra çıxış yolları dedi .Sonra türk qızlar ilə gözlədik. Gecə düşürdü. Türk qızlar mənim passport məsələmdən sonra lap qorxdu. Səfirliklərinə zəng etdilər və gəlib götürdülər bizi. Gecəni səfirlikdə qaldıq. Sürücü səhər-səhər bizi yenidən stansiyaya gətirdi. Yanımdakı qızın kartı ilə bilet aldıq, Madridə yollanırdıq. Tam sevinmişdim ki, artıq vso rahatam, evə çatıram. Çünki, avtobusda indiyədək gəldiyim yerlərdə sərhəddə passport yoxlamırdılar. Bu cəhətdən rahat idim, Elə Marselin çıxşında polis saxladı və o ürkütücü cümlə "Passport Control". Əlim-ayağım keyidi. Həll yolu axtarırdım. Fransada yolda məni düşürtsələr nə edəcəm? Ağlayıram, heçnə fikirləşə bilmirəm polis yaxınlaşdı passport istədi . Başa sala bilmirəm. "Lost lost" deyirəm. Fransızlar da ingiliscə bilmir, başa düşmür. Ömrümdə hələ elə çarəsiz hiss etməmişdim. Yanımdakı qıza çöndüm dedim ki "nəsə edək izah et, bir şey elə". Bu anda Polisin biri əlini çiynimə qoydu ki, "Korkma, anlat bakıyım noldu?" Bu hissi izah edə bilmərəm həqiqətən - Polisin birinin türk olması????????dərdimizi dedim. Dedi "rapor filan bir şey varsa keç sən, sorun yok" Biz sənədi təqdim edib keçdik. Madridə çatdıq Səfirlikdən gün aldım. Azərbaycana getməmişdən 3 öncə gedib sənədəri götürməli idim. İnternetdə hər şeyi qaydasına salıb getdim Madridə 3 saat gözlədim. İyun ayı idi və bildim ki, qeyri-iş günü imiş???? off Rasta, yenə bəxtin gətirmədi deyirdim ki, Səfirlik nümayəndəsinin (Adil Şükürov, burdan bir daha öz təşəkkürümü bildirirəm) əlaqə nömrəsini tapıb ona zəng etdim. Sağolsun axşam gəldi və sənədləri həll etdi???????? Nəyahət evimə - Mingəçevirimə gəldim çıxdım.Xülasə mənim kimi heç vaxt evdən qırağa çıxmamısızsa çıxın, komfort zonanızı tərk edin. Desəydilər ki, getmə itirəcəksən passportu yenə gedərdim. Hər gördüyümüz, yaşadığımız bir təcrübədi. Nəyi yaşamamışıqsa onu mütləq yaşayırıq. Yeni ölkələr, şəhərlər, yeni macəralar diləyi ilə#gəzəyənlər #aviasalesazƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Rasta Pashayeva

2043 dəfə oxunub

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samira Gasimova

999 dəfə oxunub

Səyahət əhvalatı - Vilnüs

Vilnüsdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Gəlin sizə təxminən 2 il əvvəl getdiyim Vilnius səfərimdən danışım. Bir az uzun çəkə bilər, üzrlü hesab edin.Avropada oxuyanlar bilər universitetləri olan hər şəhərdə Erasmus Student Network (ESN) adlı təşkilat olur ki,xarici tələbələr üçün tədbirlər, səfərlər təşkil edirlər. Rigada oxuduğum vaxtlar idi, dostlarım xəbər verdilər ki, bəs noyabrda iki günlük Litva səfəri təşkil edirlər, yolpulu hostel, səhər yeməyi daxil 60 euro. Sevinə-sevinə razılaşdıq Rigada tanıdığımız, tanımadığımız Erasmuslu tələbələr hardasa 50 nəfər birlikdə gedəcəyik, əyləncəli olacaq, razılaşmaz olaydıq Səfərin ilk hissəsi pis keçmədi, avtobusda uşaqlarla deyə-gülə 4 saat filan yol getdik, Trakai adası deyilən yer var, Vilniusa çatmamış, gölün ortasında xudmani adadır ortasında da orta əsrlərə aid qala. Getdik qalanı gəzdik, şəkil zad çəkdirdik, yola düşdük Vilniusa. Şimal ölkələrində hava tez qaralır deyə saat hardasa 5 idi artıq qaranlıq idi biz Vilniusa çatanda, hava da buz kimi, buna baxmayaraq başladıq şəhərin qədim hissəsini gəzməyə, Uzupis adlı maraqlı bir yer var (şəkildəki yer) bizim içəri şəhər kimi yerdir, şəhərin içində süni balaca respublika qurublar guya, divarda 40 maddədən ibarət konstitusiya. Hər kəsin isti suyla çimmək haqqı var zad Müsibət bundan sonra başladı. Məlum oldu ki, ESN xərcləri ucuz gəlsin deyə şəhərdəki ən ucuz hostellərdən birini tutub, "5 Euro" hostel-adı üstündə  hostel də dəmir yol vağzalının yanındadı, hansı ki, alkaş ruslar zad doludur oralarda, ən pisi də odur ki, biz şəhərin mərkəzindən ora kimi ayaqla getməliyik, avtobus yoxdur. 50 nəfərin 50-si də yorğun, soyuq adamı kəsir, təxminən 1 saat yolu piyada getdik. Bütün yolu da xəyal edirik ki, hostelə çatanda rahatlayacağıq. Hostelə çatdıq...hostel nə hostel... it iyi verir, içi də dolu hər cürə əndrəbadi adamlar, alkaşlar zad, hamısı da bizim 50 nəfərlik qrupa mənalı-mənalı baxır. Hosteli işlədən özü də elə bil Pablo Eskobarın əmisi oğludur Qalacağımız otağa gətirdilər, ilahi, elə bil Somali qaçqınlarının müvəqqəti saxlanım məntəqəsi, böyük bir zalda matrasları atıblar yerə, kim harda yatdı-yatdı, nə qapı var nə locker zad. Mən, türk, fransız, alman qızlar da daxil olmaqla 5-6 qız özümüzü öldürdük ki, belə yerdə yatammarıq, dedilər yaxşı sizi aşağı mərtəbədə 6 nəfərlik otağa göndərərik. Razılaşdıq, daha bilmirdik ki, bizi orda nə gözləyir, səssiz bir koridor, 4-5 otaq, biz koridora girən kimi üzündən əyyaşlıq yağan, bomjdan bir az fərqli rus kişilər çıxıb bizə "Ooo devoçki krasivıe" zad deməyə başlamadılarmı, qorxudan ölürük, gecəylə burda təcavüzə uğrasaq yuxarıdakıların ruhu da duymaz  Gecəni necə yatmışıqsa,qorxudan qapının dalına şkafı zadı çəkib qoymuşuq, çünki gecə ara-sıra "Devoçki,otkroyte" deyib qapımızı tıqqıldadırdılar. Getsin o gecə gəlməsin. Natəmizlik bir yandan, pis bir mühit bir yandan...çətinlik insanları yaxınlaşdırır deyirlər, alman, fransız qlzlarla əziz bacı olmuşuq uje, ağlayıb qucaqlaşmaq zad Yuxarıdakı zalda yatan uşaqlar da deyirdi ki, səhərə kimi telefonumuzu, kaşloyukumuzu əlimizdə tutub yatmışıq ki, soyulmayaq Nəysə, səhəri gün it sifəti ilə yola düşdük ordan Kaunasa. Elə bir az gəzmişdik ki, bir leysan yağış başladı, kəsmək də bilmir, bizi geriyə aparacaq avtobus da şəhərin o biri ucunda, məcburən piyada getməliyik, təpədən-dırnağa su içində, buz kimi havada 3-4 kilometr yol getdik avtobusa qədər.Rigaya çatanda artıq ikinci dünya müharibəsindən sağ çıxan yəhudi əsirlərə oxşayırdıq... Məşəqqətli iki gündən sonra bir həftə xəstə yatdım... Bu da mənim Litva səfərim.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Ayten Aliyeva

1807 dəfə oxunub

Alkatras Adası və Həbsxanası

Öncəliklə hamıya salamlar. Uzun zamandır bu qrupda heçnə paylaşmırdım, baxmayaraq ki indi daha çox səyahət edirəm . Bu dəfə sizə Alkatras (Alcatraz) adası və həbsxanası haqqında paylaşım edirəm. Bir çoxunuz bəlkə də eşitmisiniz, maraqlı olar bəlkə bilməyənlər üçün də. Alkatras əvvəlcə dəniz müdafiə qalası kimi nəzərdə tutulmuşdu, ancaq 1861-ci ildə hərbi cinayətkarlar üçün yaşayış yeri kimi təyin olundu və ilk illərində müxtəlif məhbuslara ev sahibliyi etdi. 1934–1963-cü illər arasında Alkatras ABŞ-ın ən təhlükəli məhkumları üçün federal həbsxana kimi fəaliyyət göstərirdi. Bəzi məşhur məhkumları arasında Al Capone, George (“Machine Gun”) Kelly, Robert Stroud, the “Birdman of Alcatraz,” James (“Whitey”) Bulger, və Mickey Cohen də var idi. San Fransisco’nun gedib mütləq görülməli yerlərindən biridir. Bileti mən internetdən 48 aldım, bu qiymətə gediş dönüş, həbsxanaya giriş və səsli hekayəli anlatım da daxildir. Turlar həm axşam həm də gündüz olur. Pier 33’dən qalxır bərə (ferry boat), bileti yerində də ala bilərsiniz amma pik sezondursa tapmaya da bilərsiniz. Gedəndə üstünüzə mutləq isti bir şeylər geyinin, külək məni birtəhər etdi orda Mən çox bəyəndim, filmlərdəki səhnələr hamısı gəldi keçdi gözümün önündən . Film demişkən Escape from Alcatraz’ı Netflixdən də izləyə bilərsiniz. Ümid edirəm ki sizə də maraqlı və faydalı olar bu post. Aşağıda saytın linkini sizin üçün əlavə edirəm Cityexperiences.comPaylaşan Afshan Babazade

165 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!