333 dəfə oxunub

Vietnam Bələdçisi

Salam dostlar,
Size Vietnam yolculugumdan danisim biraz,
Ilk once biletler , biz Baki-Abu Dhabi - Delhi - Hanoi almisdiq etihad airlines ile ancaq bizi Abu dhabiden Hindistana buraxmadilar ki tranzit vizamiz yoxdu , biz dusunduk ki eyni airportdan gedirikse problem olmaz, her neyse netice olaraq yeni bilet aldiq Cinden ucduq (transit visa lazim deyil) buda risk idi cunki gov seyfelerde melumat yox idi, amma siz rahat alin bilet.




Hanoi coxxx beyendim, ve umumi olaraq vietnam safe yerdi, men podruqam ile getdim bir qram narahat olmadiq.
yemekler - biz random gedib hardasa oturub yeyirdik, Pho onlarda her yerde yaxsidir, sadece biraz pintilik hiss olunur olkede umumi hazir olun


En beyendiyim yemek Bun cha oldu sekili de paylaştım, mohtesem idi.




transport olaraq sleeping busla gedirdik olke icinde , oldugunuz her seherin tur agencyne yaxinlasib ala bilersiz , online risk elemirdik cunki yalanci doludu olke, exotic meyveler alanda bele local adamdan xahis edin komek elesin, qiymet ferqi unreal di. Nese alanda voopwe mutleq bazarliq edin.



Ha Long bay adalarina mutleqqq gedin, biz yene random tur aldiq sehv etmiremse 40$ idi , ve cox gozel gun kecirtmish olduq.
Ba na Hills en meshur Golden Bridge olan yer, Da nangda yerlesir , nezere alin ki boyuk eylence merkezidi , tek eller deyil yani gunun yarsi rahat gedecek ora, giriş 35$ idi. Amma deyer.




Hoi an cox sirin bir yer idi, bu arada her seherin oz pivesi var, biz hanoi icirdik
Bamboo suyu zektun dadir meslehet gormurem,
yumurtadan olan kofeni men beyenmedim podruqam beyendi.
Ho chi min city hec beyenmedik, bilseydik cixis seheri de Hanoi gorsederdik visada, ho chi mine baxin diqqetle ki waste of time olmayasiz.




Hanoide o qatar kecen yer gesengdir amma stresslidi, yer tapmaq cetindi, seher tezden meslehet gormurem cunki hami o vaxti gedir , biz 11den sonra getdik yer taptiq.
Ta van Village gede bilmedik cunki tsunami olmusdu dagilmisdi oralar, ancaq cox isteyirdik.



Podruqamla olan sekildeki yer Dang Thi Hoa , cooox dexilisiz yerdi, o yere gore butun bizim travel bloggerleri sildim ozumde Cunki yer men dusundum ki maraqli yerdi, cunki instagramda bizimkilerde ele gordum, ancaq bildiyiniz qaraj, icini doldurublar ki insanlar sekil ceksin. heyif bizim vaxtimiza , gunun yarsi yola getdi. Neyse instagramda geseng sekil isteyirsizse gedin. Ancaq orani isleden dayidan biraz melumat almaq istedik dedi tarixi falan yoxdu sekil ucun yerdi
Umumi olaraq yemekleri gozeldi, insanlari sirin amma yalanci , orda uzun muddet qalan xaricilerle calisin tanis olun geseng meslehet verirler.



Hotelleri ucuzdu, biz onceden book etmirdik hec bir yerde , gedib yerinde merkezde baxirdiq, ancaq siz ele etmek mecbur deyilsiz.
Cox geseng experience idi ve minimum 2 hefte ayirin Vietnama:) cox detallara girmedim ancaq suallariniz olsa commentde cavablayaram.
sevgiler

DİGƏR BLOQLAR

İnsanları özündən gözəl şəhər - Kutaisi bələdçisi

Bu dəfə sizə getdiyim şəhərdən yox, həmin şəhərin insanlarından danışmaq istəyirəm. Təbii şəhərdən, gəzməli-görməli yerlərindən də yazacam, amma sonra...Həftə sonu Kutaisiyə getdik. Şəhəri, ətrafını gəzdik, çox bəyəndik. Bu 2 gündə yolumuz xeyli insanla kəsişdi, gözəl insanlarla. Getmədən 2 gün öncə şəhərin qatar vağzalı yaxınlığında bir günlük ev kirayələmişdik. Səfərdən bir gün əvvəl axşam saat 9-da ev sahibindən mail aldım. “Mümkünsə, mənə zəng edin”, - deyirdi. Zəng etdik, bildirdi ki, onu sabah işə çağırıblar, bizi qarşılaya bilməyəcək. Buna görə dönə-dönə üzr istədi. Açarı qapının önündəki dibçəyin altına qoya və ya üzbəüz qonşuya verə biləcəyini dedi. Qonşu variantının daha təhlükəsiz olacağını dedik. Evi təmiz, səliqəli idi. Masanın üstündə bizim üçün çay süfrəsi hazırlamışdı. Bağından üzüm dərib qoymuşdu. Gününə 20 lari (10 manat) verəcəkdik, çox böyük məbləğ də deyildi. Deməyim odur ki, bu qonaqpərvərliyin maddiyyatla əlaqəsi yox idi. Elə həmin günü şəhərə 30-40 dəqiqəlik məsafədəki Tskhaltubodakı Prometheus mağarasına yollandıq. Marşurt sürücüsündən mağaraya necə gedə biləcəyimizi soruşduq, taksi məsləhət gördü. Arxada oturan yaşlı qadın sakitcə qulağımıza taksilərin baha apardığını, 42 nömrəli marşurtla daha ucuz gedə biləcəyimizi pıçıldadı. Mağaranın möhtəşəmliyindən danışmıram, 5 milyon yaşı olduğu qənaətindədirlər. Siz daha öncə 5 milyon yaşlı nəsə görmüsüz? Günortadan sonrakı plan Kutaisiyə dönüb, oradan Gelati Mosantrına getmək idi. Burada saxlanan Gəncə qapısının tayını görəcəkdik. Marşurtda bir sərnişindən ora haradan gedə biləcəyimizi soruşduq. Bizi avtobusların çıxdığı yerədək apardı. Avtobus yenicə çıxmışdı, növbətisi 1 saata gələcəkdi. Qadın bizim üçün taksi danışdı. “Xariciləri görüb, baha qiymət deyə bilərlər, ən yaxşısı mənim danışmağımdı”, - dedi. Getdik ki, monastr son 3 gündə yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşüb. Baxış üçün Tbilisidən ekspert qrupu gəlib, bir sözlə, bağlıdır. Taksi də çoxdan gedib. Qaldıqmı dağın başında? Baxdıq ki, yolun kənarında kiçik maşın dayanıb. İçindəki xanımdan buradan marşurt keçib-keçmədiyini soruşduq. “Bu vaxt çətin keçə. Yenə Monastr işləsəydi, taksi olardı ətrafda. Mən də dua etmək üçün gəlmişdim, burada bildim qapalı olduğunu”, - dedi. Sonra yaxınlıqdakı Motsamet Monastrına getdiyini dedi və ona qoşula biləcəyimizi təklif etdi. Razılaşdıq. Dağların başında idi bu monastr, mənzərəsi, abu-havası möhtəşəm idi. Qız (Mari) içəridən mənə hədiyyə də almışdı. Gül ətirli yağ idi. İnanca görə bir yerin ağrıyanda dua edib, həmin yerə sürtürsən, ağrını götürür. Növbəti dayanacaq Kutaisi oldu. Mari burada bizə dadlı yeməklər yeyə biləcəyimiz restoran da göstərdi. “Yaxşı bir iş görəndə gərək sonacan edəsən. Mən duzunu da səpim dedim. Dadlı yemək səyahətin duzudur”, - dedi Ondan ayrılandan sonra şəhəri xeyli gəzdik, axşam evə taksi ilə qayıtdıq. Kutaisi Hava Limanından əvvəllər çox istifadə etmişik. Şəhər o qədər xoşuma gəlmişdi ki, fikirləşdim yenə buradan harasa uçası olsaq, bir-iki gün əvvəldən gələ bilərik. Hava limanı da şəhərdən xeyli uzaqdadır. Taksi sürücüsündən hava limanına taksilərin neçəyə apardığını soruşdum. “Buradan hava limanına marşurtlar gedir, 1 ya 2 lariyə. Taksiyə niyə pul verəsiniz?” Marşurtların haradan çıxdığını izah etdi. Hə, bu mənim üçün əsl şok idi Ev sahibəsi də çox içdən, canayaxın biri idi. Gec saatlara qədər bizi gözləmişdi, xeyli söhbət edib, çay içdik. Bir dəfə Bakıda olub, çox bəyənib, xüsusən də şəhərin işıqlandırılmasını. Səhəri gün tezdən durub kanyonlara getdik. Birinci Martvili, sonra Okatseyə. Martvilidən çıxışda marşurta mindik, bizi Okatseyə gedən yol ayrıcınadək gətirdi. Burada dedilər ki, sonuncu marşurt yeni gedib, bazar günü olduğundan növbətisi gec gələ bilər. Yol da 14 kilometrdir. Nə isə vaxt itirməmək üçün düzəldik yola, avtostop (bunu ilk dəfəydi edirdik) edib gedərik dedik. Əl etdiyimiz 2-ci maşın saxladı. 40-45 yaşlarında bir abi idi. Dedi ki, evi kanyonun 1 kilometrliyindədir. Ordan o tərəfə yaxındır. Söhbət zamanı balçı olduğunu öyrəndik. Həm də həyətində böyük kivi bağı salmışdı. Çatanda dəvət etdi ki, keçib baxa bilərik. Bağa da baxdıq, kividən hazırladığı konyakın dadına da Xeyli söhbətdən sonra yola düzəldik. Kanyon möhtəşəm idi, o öz yerində. Təkcə orada 7 kilometrdən çox addım atmışdıq. Qayıdanda yorğunçuluq idi və yenə marşurt tapmadıq. Bu dəfə bizi yoldan betonqarışdıran maşın götürdü. Ömrümdə ilk dəfə idi bu maşına minirdim. Döngələrdə nə hala qaldığımı demirəm Sürücü çox zarafatcıl dayı idi. Saxlayanda soruşdu ki, uşaqlar, daha öncə belə maşında getmisiz? Bizi Kutaisiyədək gətirdi. Arada xəbərdalıq etdi ki, polis görəndə biriniz gizlənin, öndə 2 nəfər otura bilməz Hə, səyahət zamanı Rusiyadan gələn bir xanımla da tanış olduq. Moskvada yaşayırdı, bizi evinə dəvət etdi. Nə zaman Moskvaya yolumuz düşsə, onun evində qala biləcəyimizi söylədi Kutaisi gözəl şəhər idi, çox bəyəndik, yenə getmək haqqında planlar qururuq. Ancaq insanları özündən də gözəl idi, çox sevdik Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Guler Mehdizade

1848 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Egey sahilləri

Egey bölgəsindəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, amma qorxmayın, bu dəfə Qara dəniz deyil :))Bu dəfə sizi Egey dənizinə aparıram. Zamanınız azdırsa sadəcə Bozcaadada vaxt keçirər, çoxdursa, Bozcaada-Babakale-Behramkale-Adatepe marşrutu ilə Ayvalığa qovuşa bilərsiniz.Bozcaada Egey dənizinin Gökçəadadan sonra ikinci böyük adasıdı və xüsusilə son illərdə çox populyardı. Vaxt azdırsa iki günə gəzə biləcəyiniz, çoxdursa, bir həftə qafa dinləyəcəyiniz yerlərdəndi. Alaçatı, Çeşmə kimi gərəksiz qiymətlərin olmadığı, Cunda kimi ayaqaltı olmayan, daha təvazökar, daha sadə, daha şirin bir yerdi.- Gəzmək üçün ən gözəl mövsümü sentyabr ayıdı - məktəblər açılandan sonra daha da sakitləşir, gözəlləşir. Üstəlik, sentyabrın ortasında getsəniz, üzüm toplama mərasimlərinə də rast gələ bilərsiniz.Amma dəniz sevənləri bir az üzəcəm - Bozcaada Türkiyənin ən soyuq sulu sahillərinə sahibdi, sentyabrın ortalarından sonra dənizə hər kəs girə bilmir. Dəniz də olsun deyirsinizsə, avqustda gedin, amma çox qələbəlik olacağını nəzərə alın.Sentyabrda getməyin bir üstünlüyü də qiymətlərin ucuz olmasıdı. Məsələn, sezonda gecəsi 1500-1600 liraya olan 7-8 nəfərlik bağ evləri sentyabrda 600 liraya düşür. Pansiyonlarda da eyni vəziyyətdi.Bağ evlərini mərkəzdən 10-15 dəqiqə uzaqlıqda da tapmaq mümkündü. Mərkəz olsun deyirsinizsə, qalaya yaxın yerlərdə pansiyonlar çoxdu. Qiymətləri digər tətil yerlərinə görə daha uyğundu.- Bozcaadaya getmək üçün əvvəlcə Çanaqqala Geyikliyə getməlisiz. Geyiklidən bəzi saatlar istisna olmaqla hər saatda bir Bozcaadaya gəmi gedir. Adambaşı 11 lira. Maşınla gedirsizsə, maşın bileti 115 lira +içindəki hər sərnişinə 3 lira. Maşına dönüş bileti almaq lazım deyil. Bozcaadaya enər enməz qalanın dibində açıq park yeri var, mərkəzdə qalacaqsızsa, maşınınızı oraya qoya bilərsiniz.- Bozcaadada ən məşhur plyajlar Ayazma və Habbele-di. İkisinə də maşınla 10-15 dəqiqəyə getmək olur.- Madam Niça-da səhər yeməyi, Ada meyhanədə sarımsaqlı kartof, Vahitin Yerində midyə tava və kalamar tava, Koreli restoranda kağızda sardalya, Yakamozda balıq üstünə tahin-bəkməzli profiterol yeyin. Məzələr, şərablar, gəlincik (lalə) və pomidor mürəbbəsi, damla saqqızlı türk qəhvəsi adanın olmazsa olmazlarıdı. Əgər bağ evlərində qalacaqsızsa, yeməyinizi özünüz də bişirə bilərsiz. Sahildə bazar qurulur və marketlər var.Başqa sualınız olsa, yazın :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1599 dəfə oxunub

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1397 dəfə oxunub

Korsika - Bonifasio bələdçisi

Səyahətə baxışınızı dəyişəcək yer, Korsika adası və çoxlarına görə adanın ən gözəl şəhəri olan ecazkar Bonifasio (Bonifacio). 3500 nəfərə yaxın əhalisi olan bu balaca şəhərciyin əsası rəsmi mənbələrə görə 830-cu ildə qoyulub. Olduğumuz digər iki aralıq dənizi adaları Sardiniya və Siciliya kimi Korsikalılar da özlərini kontinental avropadan ayırırlar və Fransız deyil, məhz Korsikalı olduqlarını ürəklə vurğulayırlar.Müxtəlif illərdə müxtəlif krallıqlar və imperiyalar tərəfindən işğal olunan Korsika son olaraq 1769-cu ildə Fransa tərəfindən işğal olunub və o zamandan Fransanın tərkibindədir. Bayraqlarında və gerblərində bandanalı və qara dərili insan başı əks olunub, bir rəvayətə görə həmin dövrlərdə aralıq dənizindəki adalara tez-tez hücumlar edən berber və ərəblərin (avropalı olmayan və qaradərililəri “Moor” (Mavr) adlandırırdılar) gözünü qorxutmaq üçün Korsikalılar (Sardiniya bayrağı da buna bayrağın üzərinə gözü bağlı və kəlləsi vurulmuş Mavr başı çəkiblər. Digər rəvayətə görə isə Aragon krallığının Mavrlar üzərindəki qələbəsini təcəssüm etdirir. Sonradan gözdəki bağ başa qaldırılır.Sardiniyanın Santa Teresa Gallura şəhərindən Bonifasioya gəmi vasitəsilə getmək olar. Bu marşrutda iki şirkət fəaliyyət göstərir Moby və Blu Navy. Bilet adam başına 24-28 avro arası dəyişir və yol hardasa 50 dəqiqə vaxt alır. Mövsümdə Bonifasioda otellərdə yer tapmaq demək olarkı qeyri-mümkündür, yer olsa da qiymətlər kosmik olacaq, ona görə də turistlərin əksəriyyəti burda gecələmirlər.Ümumiyyətlə Korsikada ictimai nəqliyyat məsələsi problemdir, məsələn biz Bonifasio şəhərindən şimalda yerləşən Bastia şəhərinə getmək üçün ilk öncə Porto Vecchio şəhərinə taksi ilə (70 avro) ordan isə adam başına 25 avro ödəməklə avtobusla səyahət etdik, halbuki səyahət etməmişdən öncə internetdə bu iki şəhər arasında müntəzəm avtobus xəttinin fəaliyyət göstərdiyini yazmışdılar. Bu marşrutla hərəkət etməyi planlaşdırırsınızsa qeyd etdiyim məsələ barədə diqqətli olun.Səyahət üçün lazım ola biləcək saytları aşağıda qeyd edirəm:www.mobylines.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 28 avrowww.blunavytraghetti.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 24 avrowww.corsica-ferries.co.ukGəmi: Bastia (Korsika) – Tulon (Fransa) 4 nəfərə 4 nəfərlik otaqla 200 avro.www.rapides-bleus.comAvtobus: Porto Vecchio(Korsika) – Bastia(Korsika) adama 25 avro, əlavə baqaja 1 avrowww.gettransfer.comTaksi: Bonifasio(Korsika) – Porto Vecchio(Korsika) 70 avro (Viano)Gettransfer çox maraqlı saytdır (həm də app var) siz gedəcəyiniz yeri yazırsınız və sürücülərdən sizə qiymətlər gəlir (quotations) və gələn qiymətə özünüz əks təklif göndərə də bilərsiniz.Bonifasio kiçik şəhərcik olduğuna görə bir günə tam gəzib görə bilərsiniz, amma vaxtınız azdırsa mütləq Aragon pilləkənlərinə (demək olarki 45 dərəcə bucaq altında qayada çapılmış 187 pilləkən) və Marin(e) qəbirstanlığına mütləq baş çəkin.P.S. Şəkillər hamısı Bonifaciodandır.P.S.S. Sualı olan olsa çəkinməsin  hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

1443 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!