124 dəfə oxunub

Uzun və Macəralı Meksika

Uzun və macəralı Meksika səyahətim bitdi. Və ölkə haqqında öyrəndiklərimi sizinlə də bölüşmək istəyirəm:
Meksikanın rəngli küçələrini; hər küncündə yüksək səsdə musiqi sədaları altında rəqs edən insanlarını; milli mətbəxindən takos, quesadilla, guacamole-nin dadını; salsa, bachata rəqslərini; əfsanəvi (əslində bacarıqsız) siyasətçi Antonio Lopezdən (Santa Anna) tutmuş son dərəcə istedadlı,lakin faciəvi rəssam Frida Kahloya qədər personajlarla dolu tarixini; bütün dünyadan səyahətçilərin görmək üçün gəldiyi Chichen İtzasını; Cancunun, Tulumun yosunlu, mavi sahillərini; axşam çağı gitar ilə ifa olunan ispan mahnılarını; polislər ilə dolu olan rayonlarını həmişəlik xatirəmə həkk etdim..
Hə indi isə başdan başlayaq.



Meksikaya səyahət etmək üçün ilk öncə təbii ki vizaya müraciət etməlisiniz. Sənədlər şengen vizası ilə bənzərdir, amma məlumat üçün qeyd edirəm:
1. İş yerindən arayış
2. 3 ay ərzində bank hesabından çıxarış
3. Əgər varsa adınıza olan mülklərin sənədi
4. Pasportun əsli və rəngli sürəti
5. Bir ədəd foto şəkil (3,5x4,5 ağ fonda)
6. Lazımı qaydada doldurulmuş blank
7. Sərmayə və ya digər bank hesablarından çıxarış (dəstəkləyici sənəd olaraq)
8. Viza rüsumu 51$
9. Təyyarə və otel bronları.
Görüş təyin etməli və sənədləri şəxsən təqdim etməlisiz.


Lakin! Vətəndaşlığından asılı olmayaraq, qüvvədə olan çox girişli (mult) Şengen zonası, ABŞ, Kanada, Yaponiya və ya Böyük Britaniya və ya Şimali İrlandiya Birləşmiş Krallığı vizası sahibləri Meksika vizası olmadan da ölkəyə səyahət edə bilər. Elə mənim kimi (mult şengen viza ilə səfər etdim).
Daha geniş məlumat üçün embamex.sre.gov.mx saytına daxil ola və ya +994123103533 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd etmək istəyirəm ki, konsulluğun əməkdaşları çox mülayim, köməyə hazır və səbrlidirlər (3 dəfə zəng vurub müxtəlif suallarımın hamısına çox səbrlə cavab verdilər).


Yol və ölkəyə giriş qaydaları
Səyahətimi Türkiyə üzərindən THY yolları ilə etdim. Gedişdə toplamda 20 saat, qayıdışda isə 25saatlıq bir yolculuq oldu. Yorucudur mu? Təbii ki! Amma buna dəyər!
“Türkiyədə təyyarəyə mindirmirlər”- sözlərini siz də eşitmisiz yəgin ki. Amma bizim gözləmə zalında olan hamını buraxdılar.
Əsas məsələ Mexiko şəhərinin polis yoxlamasında başlayır. Belə ki, gözlərinə ABŞ-a illeqal yolla keçmək istəyən miqrant kimi dəyən kimsənin gözünün yaşına baxmırlar. Yoxlamadan başqa bir otağa aparılır insanlar, day orada nə baş verir, mən də bilmirəm
Xoşbəxtlikdən bizim qrupda olan hamını buraxdılar, lakin kiçik problemlər elə biz də yaşadıq.
Belə ki əsas fikir verdikləri məsələ:
1. Səyahətinizin məqsədi;
2. Meksikaya neçənci dəfədir daxil olursuz;
3. Geri dönüş biletiniz;
4. Qalacağınız otellərin rezervasiyası
(3/4 bəndlərinin çox zaman full ödənilməsini tələb edirlər);
5. Səyahət planınız.
Əgər polisi turist olduğunuza inandıra bilsəz, rahatlıqla ölkəyə daxil olursuz!
Lakin qeyd etməliyəm ki, geri qaytarılan insanların sayı çoxdur(bizim gözümüzün qarşısında elə 8-10 nəfər tutuldu). Diqqətli olmağınızı tövsiyyə edirəm.
Bir müddət burada qalan, və ölkədə 7 şəhər(Mexico,Cancun,Tulum,Coba, Valladolid,Chichen İtza və Playa del Carmen) görən adam kimi deyə bilərəm ki, medianın biraz şişirdilmiş "Meksika təhlükəsi" stereotipi var. Şəhərdə təmami ilə tək gəzdiyim günlər oldu, və turist olduğum çox aşikar idi, amma heç bir şiddətə məruz qalmadım, şükür. Düzdür, daha turistik şəhərlərdə və məkanlarda idim. Və biraz diqqət edirdim ətrafa və getdiyim yerlərə, saata, buqədər.
İndi isə gələk əsas məsələyə, yəni xərclərə.


Mənim xərclərim təxminən aşağıda kimi oldu:
Bilet. Bakı-Mexico-Bakı (THL ilə 4k AZN, biletimi bəzi səbəblərdən çox gec aldım, amma biraz tez alsaz daha ucuza ala bilərsiz)
Otel. Ortalama 4-5 ulduz gecəsi 120$= 204 AZN
Taksi. İctimai nəqliyyatdan heç istifadə etmədim. Gününə 400peso= 40AZN ortalama taksi tuturdu.
Gündəlik yemək. Gündə 2dəfə əsas yemək yesəz- oteldə səhər yeməyi+ 1 dəfə restoran, 1 nəfər üçün ən top restoran belə max 50-60$ başa gələcək (85-100AZN)


Turlar. Turları da haradan sifariş verdiyiniz önəmlidir. Lakin şəhər mərkəzindəki turlar 210(city tour) -1000peso (21-100 AZN) arası dəyişir.
Alış veriş. Qiymətlər demək olar ki Bakı ilə eynidir, bəlkə biraz daha ucuz.
Mexico-Cancun-Mexico biletləri ortalama 200$ (340AZN)
Kiçik xərclər üçün də 500-600 AZN əlavə xərcləyə bilərsiz (market, kofe, dondurma və s.)
Muzeylərə giriş biletləri - 200-400 AZN (az və çox ola bilər, neçə muzeyə girəcəyinizdən asılıdır).
Ümumiliklə ölkəni çox bəyəndim
Hamıya həyatında bir dəfə bu Möhtəşəm ölkəni görməyi arzulayıram.
Başqa sualınız varsa soruşun
Btw səyahət etdiyim ölkələr haqqı uls_valley instagram səhifəsində daha ətraflı yazıram maraqlıdırsa, izləyə bilərsiz.

Paylaşan: Ulkar Gurbanova

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Budapest

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Budapeştə getməzdən əvvəl bura haqqında kiminlə danışsam daima mənfi rəylər eşidirdim. Bu səbəbdən gözləntimi aşağı səviyyədə tutub buraya 2 gün ayıracağımı planlamağıma baxmayaraq şəhərə gəldikən sonra bütün eşitdiklərimin mənasız olduğunu görüb burada 5 gün qalaraq digər ölkələrə səyahətə davam etdim. Təbii ki, şəhərdə qarşılaşdığım bir çox mənfi hallar olmasına baxmayaraq Budapeşt gələcəkdə bir daha səfər edəcəyim şəhərlər arasında qalmaqda davam edir.İlk dəfə gedəcəklər üçün şəhərdə qarşılaşacağınız mənfi və müsbət hallar haqqında yazmaq istərdim. Budapeştə gəlmək üçün Romadan çox ucuz qiymətə wizzair bileti tapıb gecə saatlarında aeroportda düşdüm. Burada gecə saatlarında ictimai nəqliyyatın olmaması, həmçinin aeroportdan birbaşa şəhərə metro xəttinin olmaması qarşılaşdığım ilk mənfi hal oldu. (editor: Budapestdə Aeroportdan şəhər mərkəzinə 24 saatlıq avtobus var 100 E 3avro) Məcbur qalıb 12 avro ödəyib aeroportdan otelə shuttle busla getdim. (Dostum gündüz saatlarında gələndə aeroportdan 200E nömrəli avtobusla metro xəttinə, oradan isə metro ilə otelə gəlib cəmi 350+350 forint, yəni təxminən 2 avro ödəmişdi, taksilər isə şəhər mərkəzinə təxminən 20-25 avroya aparırlar.)Budapeştdə qaldığım otel Danibius Hotel Hungaria City Center oteli idi. Keleti qatar stansiyasının tam qarşısında yerləşən bu otel Avropa səyahətim dövründə super surətli wifi, geniş otaq, gülərüz və daim yardım göstərən otel əməkdaşları, yeməklər və ən əsası sərfəli qiyməti ilə ən məmnun qaldığım otel oldu. Gedəcəklər üçün məsləhət görürəm. Budapeşt nəqliyyat xaricində mənə görə Avropanın ən ucuz ölkələrindən biridir. Burada muzeylərə qalalara giriş üçün az miqdarda xərciniz çıxacaqdır. “Budapeşt kart” almağı heç məsləhət görmürəm. 1 günlük kart 22 avro, 2 günlük kart 33 avro, 3 günlük kartın qitməti isə 43 avrodur. Metroda tək gedişin 1 avro olduğunu nəzərə alıb gündə maksimum 4 dəfə metro istifadə etsəniz 5 günə 20 avro xərciniz çıxar ki, Budapeşt karta bu qədər yüklü məbləğdə pul ödəməyin heç bir mənası yoxdur. Ondansa Budapeşt City Tour (hop on hop off) kartlarını daha sərfəli qiymətə alıb üstü açıq avtobuslarla 6 line üzrə istədiyiniz qədər şəhəri gəzə, axşam saatlarında isə mini kruizlər vasitəsilə Dunay turu edib həmçinin avtobuslarda və gəmidə sizə veriləcək qulaqcıqlar vasitəsilə rus, türk, inqilis və başqa bir çox dildə bütün tarixi və gəzməli yerlər haqqında məlumat ala bilərsiniz. Hop on/off kartlarının qiyməti 48 saatlıq 24 avro, 72 saatlıq isə 28 avrodur. (http://www.citytour.hu/en)Budapeştdə yeməklər digər Avropa ölkələrinə nisbətdə xeyli ucuzdur. Dadlı yeməkləri, super şou proqramları, bahalı olmayan qiyməti ilə Sir Lancelot restoranını tövsiyyə edirəm. Budapeşt gecə həyatına gəldikdə isə burada köhnə tipli binalarda yaradılmış ruin bar və klublar xüsusi yer tutur. Havalar qaraldıqdan sonra əsasən köhnə yəhudi məhəlləsində yerləşən klublar qapılarını dünyaya açırlar. Instant, Doboz, Grandio, Szimpla Kert,Corvinteto əla əyləncə məkanlarıdır. İçki qiymətləri baha deyil, tək giriş mümkündür. Bundan başqa 50 avrosuna heyfi gəlməyən həftədə bir dəfə Szechenyi Termal Hamamında keçirilən sPArty əyləncəsinə qoşula bilər. Youtubda videolarına baxın, kifayət qədər əyləncəli partylər olur. Budapeştdə mütləq gəzib görməyi məsləhət gördüyüm yerlər:Gellert təpəsi, Buda qalası, Szechenyi Termal Hamamı, St. Stephen’s Basilica, Parlament binası, Qəhrəmanlar meydanı, Váci Utca küçəsi, Central Market Hall, Dunay turu, Fisherman’s Bastion + vaxtınız varsa Budapeşt tarix muzeyi, Hospital in the Rock muzeyi, Vajdahunyad Şatosu, Margaret Adası, New York kafesi və başqaları.Onu da deyim ki, Budapşetdə qarşılaşdığım insanlardan bir çoxu uzun müddət şəhərdə yaşayanlar üçün oranın maraqsız olduğunu, qısa müddət üçün gələnlərin isə şəhərdə məmnun getdiklərini deyirlər. Budapeştin termal sularının həzzini çıxarmaq, gəzərkən istid olmaması üçün sentyabr ayından sonra oraya getməyinizi məsləhət görərdim. Budapeşt səyahətinin sonunda mütləq oraya yaxınlıqda yerləşən Vyana, xüsusilə isə Praqaya səyahət etməyinizi məsləhət görərdim. Praqaya gedirəm, yolda Bratislavada düşüm oranı da görüm fikirləşənlər üçün deyim ki, Bratislava çox sıxıcı şəhərdir. Xoş səyahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1283 dəfə oxunub

Möhtəşəm "Bamboo dənizi" - Çin bələdçisi

Axşamınız xeyir, gəzəyənlər????İstədim sizlərə “Bamboo sea“ haqqında məlumat paylaşım. Bildiyiniz kimi dünyada bir çox bambuk meşələri vardır. Bunlardan biri də Çinin Sichuan vilayətində yerləşir. Bu meşə Sichuana səyahət edənlər üçün maraqlı yerlərdən biridir. Deməli bambuk meşəsi Sichuanın paytaxtı Chengdu şəhərindən təxminən 300 km cənubda, Yibin şəhərindən isə 60 km uzaqlıqda yerləşir. Yerli Çinlilər buranı Şanan Bamboo sea ( 蜀南竹海 ), Bamboo meşəsi, Bamboo dənizi, bəzən də Shunan Zhuhai Milli Parkı olaraq adlandırırlar. Ərazisi 4600 hektardan çox olan bambuk 27 dağ və 500-dən çox zirvə ilə əhatə olunmuşdur. Burada yaşayan insanlar bambuku oksigen çubuğu adlandırırlar.Bura gəlmək üçün ən rahat yol Yibin şəhərindəndir. Hər gün səhər saat 8, 9, 10-da şəhər mərkəzindən bir nəfər üçün 12 yuan (təxminən 3 manat) məbləğində avtobuslar yola düşür. Nəzərinizə çatdırım ki 12 yuan’ə gediş gəliş birlikdə hesablanır ???? saat 6 üçün artıq geri dönüş üçün avtobuslar sizi gözləyəcək. Qayıtmaq istəmirsinizsə əlverişli qiymətə gecəsi 120 yuan (təxminən 30 manata) ucuz otellər tapa bilərsiniz. Taksi ilə getmək istəsəniz bir nəfər üçün 30 yuan (təxminən 7 manat 50 qəpik) ödəməli olacaqsınız.Qoruğa giriş bileti xarici vətəndaşlar üçün 40 yuan’dir (təxminən 10 manat). Kanatdan istifadə edəcəksinizsə əlavə 40 yuan ödəməlisiniz.Girişdə ilk ziyarət etməli olduğunuz yer Emerald Gallery olacağdır. Təxminən 1 kilometr uzunluğundadır. Hər yer Bambuklarla sıx örtülmüşdür. Gəzərkən sanki qırmızı xalça ilə bəzədilmiş yaşıllığa daxil olduğunuzu hiss edəcəksiniz. Burada çoxlu kiçik şəlalələr də vardır. İnsanın həqiqətən zövqünə oxşayır ????Daha sonra kanatdan istifadə etsəniz 23 dəqiqə ərzində 2728 metr yüksəkliyə qalxacaqsınız. Bu zaman keçirdiyim möhtəşəm hissləri sizə sözlə anlada bilmirəm. Sanki bütün həyat durmuş , və sən yer üzərində fırlanırsan ????Dağın yuxarısında Buddist, Taoist məbədlərinə rast gəldik. Divarlar üzərində yüzlərlə tısbağa rəsmləri də vardır. Daha sonra nəhəng bir sarı göbələk daşını görə bilərsiniz. Deyilənə görə bu Taoist Tianyu’nun çətiridir. Bundan əlavə müxtəlif maraqlı freskalar da mövcuddur.Burada həm də yerli insanlar müxtəlif əşyalar, qab-qacaqlar düzəldib satırlar. Bambuk tumurcuqlarından xüsusi yeməklər də hazırlayırlar, amma bir az bahadır (50-100 manat arası) .Ən çox çətinlik çəkəcəyiniz mövzu dil problemi olardı deyə düşünürəm. Çünki yerli əhali ingilis dilində heç bir söz bilmir, Mandarin’i bilməyənlər də az deyil (əsasən öz provinsiyaları olan Sichuan dialektində danışırlar). Ən azından başqa şəhərlərdə heç olmasa “ quddııııı (good) ” deyə bilirlər ????????Amma səmimiyyətimlə söyləyirəm ki bəlkə də dünyanın ən yaxşı insanları Sichuanda yaşayırlar ???? İnandırım sizi o qədər mehriban, qonaqpərvərdirlər ki, insanı bir dəqiqə belə qayğısız qoymazlar. Xüsusən xariciləri çox sevirlər????Ümid edirəm sizə maraqlı məlumat verə bildim. Sichuana kiminsə yolu düşdü hər zaman qonağım ola bilər. Hörmətlər ! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Tural Alikhan #turalalikhan   

1405 dəfə oxunub

Dumanlı Albion - London bələdçisi

Londondakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.#London- Adamların nəqliyyatda qidalanmaya qarşı aksiya keçirərək hər kəsə pulsuz yemək payladığı şəhər ????Bir müddət öncə Londonda haraları gəzmək barədə post paylaşmışdım. Çox sağ olsun dəyərli dostumuz qrup üzvü Ceyhun. Recommendationları mənə çox kömək oldu.Tarix: 10-14 OctHostel: Smart Russel SquarePlan: Camden Town-Trafalgar square- Piccadilly circus- St James Park-Buckingham Palace- Hyde park-National History Museum-Science Museum-Victoria and Albert Museum- Imperial War Museum-National Gallery-Imperial College-London Eye-Westminster Abbey-Harry Potter Platform-Covent Garden-Oxford street.Tanrı bu şəhəri xüsusi dəyərləndirib sanki. Hər divarından tarix yağır. Şəhərdə bütün tarixi binalar abidələr hamısı həddən artıq geniş, vahiməli və cəlbedicidir. Heç vaxt ölkə xaricində olmayan insan məsləhət deyil ki, ilk Londondan başlasın. Şəhərdə heç kim demək olar ac qalmır. Biraz bacarığı olan hər kəs nədənsə pul qazana bilər. Hətta plastik borudan belə səs çıxararaq gündəlik ərzaq təminatını qarşılaya biləcək pul qazana bilər. Şəhər o qədər böyükdür ki, məncə boşluğu doldurmaq xatirinə M&M-ə belə çox böyük bir mağaza açılıb ????Adamların hər zaman nəyəsə qarşı protesto edəcək mövzuları olur ???? Həmişə BBC-də baxdığım xəbərlərin baş verdiyi yerləri canlı görmək çox qəribə hissdir. Hətta mən orada olduğum vaxt bütün avropa ölkərəinin səfirləri Queen Elizabeth II Centre-ə yığışıb Brexiti müzakirə edirdilər. Bütün diplomatlar ordaydılar. ????Şəkillərdə qısa müddətlik London virtual tur edə bilərsiniz ümid edirəm ???? Şəhərdə dəhşətli dərəcədə əcnəbilər üstünlük təşkil edir. Hətta ərəblər ora da gedib çıxıb. Siz mən etdiyim səhvi qəti etməyin! Şəkil çəkdirmək istəsəniz nə badə Yaponlara verəsiniz ki, sizin şəklinizi çəksinlər. Çünki, özünüzü o şəkildə tapmayacaqsınız sizdən başqa bütün object-lər olacaq ???? Orada olduğum müddətdə heç bir public transportdan istifadə etmədim ki, daha çox yerləri görə bilim. Gün ərzində 13-14 saat çöldə gəzərək şəhərdən zövq almağa çalışırdım.London barədə çox danışmaq olar. Çatdıra bilmədiyimə görə hələ bəzi yerlərdə olmadım, amma, ümumi olaraq onu deyə bilərəm ki, avropalılar oranı bəyənməsə də, mən deyərdim ki, hər bir insan mütləq 1 dəfə də olsa orada olmalıdır.P.S. My Old Dutch bu yerdə crepes yemədən qayıtmayın. Classic crepes varlarıdır ki, dəhşət dadlı və böyükdür ən gözəli də burada yeyə bilərsiz. ????Hamınıza xoş istirahət və tətillər arzu edirəm.Forever solo traveler ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valikhanov Emin

2267 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!