920 dəfə oxunub

Uzanan Lvov-Bakı yolu

Lvovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Təyyarə biletimin batması, Ermənistana gedən yol və bir anlıq sükut...

Lvovdan Kiyevə qatarla, oradan isə təyarrə ilə Bakıya uçmalı idim. Hava limanında qeydiyyatdan keçərkən məlum oldu ki, mənim biletimi Buta Airways ləğv edib. Jualianı hava limanında yerləşən Butanın nümayəndəliyindən mənə verilən məlumata görə, geri dönüş biletimin ləğv olunması hansısa beynəlxalq konvensiyaya uyğun olub. Bu konvensiyaya əsasən gediş biletindən istifadə olunmursa, geri dönüş bileti də ləğv olunur. Mən istisna etmirəm ki, belə bir qanun var. Lakin mən (aviasiya sahəsində çalışmayan) bu qanun haqqında haradan məlumatlı ola bilərdim ki?! Özü də aldığım biletdə də bu haqda heçnə yazılmayıb. Biletimin ləğv olunması ilə bağlı Butadan heç bir email və sms almamışam. Baxmayaraq ki, online bilet alarkən mən email və mobil nömrəmi orada qeyd etmişdim. Üstəlik bu problem yarananda onların rəsmi whatsapplarına yazdım, lakin onlardan cavab gəlmədi. Burası belə.

Məcburiyyətdən Kiyevdən Tbilisiyə bilet almalı oldum. Lakin Tbilisi reysi 40 km məsafədə yerləşən Borispol hava limanında və uçmalı olduğum Bakı reysi ilə eyni vaxta idi. Yəni vaxtım çox az idi. Taksi sifaiş verib Borispol hava limanına özümü çatdırdım.

Tbilisiyə çatanda 17:00 olardı. Bayramlar səbəbi ilə Qırmızı Körpüdə yaranaçaq tıxacı nəzərə alaraq qərar verdim ki, Sadıqlı Sərhəd Keçid Məntəqəsinə (gələcəkdə Sadıqlı) gedim. Sadıqlı isə saat 19:00-dək işləyir. Yəni cəmi 2 saat vaxtım var idi. Tbilisi Hava limanından taksi ilə Azərbaycan sərhədinə gedən maşınların toplaşdığı Ortaçala adlanan yerə getdim. Ora çatanda saat 17:30 olardı. Maşınların birinə yaxınlaşanda sürücü özü məndən soruşdu ki, “krasnıy most”? Dedim yox, Sadıqlı. Qiyməti razılaşdıqdan sonra oturdum maşına. Sürüçü yaşlı, nurani bir day-dayı idi. Yorğun olduğumdan maşında yuxuya getdim. Bir müddət sonra gözümü açanda gördüm ki, yol nəsə mənə tanış gəlmir. Gürcüstanda çox olduğumdan oranın yollarını yaxşı tanıyıram. Sürücüdən soruşdum ki, bura haradır? Bir az müzakirədən sonra məlum oldu ki, biz Sadıqlıya yox, Sadaxloya gedirik. Sadaxlo isə Gürcüstanın Ermənistanla olan sərhəd kəndidir. Dayı məni Azərbaycan sərhədinə deyil, Ermənistan sərhədinə doğru aparırmış. O Sadıqlı ilə Sadaxlonu səhv salmışdı. Bu kəndlər isə tam ayrı istiqamətlərdədi. Gəldiyimiz yolu geriyə qayıtmalı idik. Artıq saat 18:10 olardı. Sadıqlının bağlanılmasına cəmi 50 dəqiqə qalırdı. Hava qaralırdı və anidən maşının işıq sistemi (faralar) tamamilə sıradan çıxdı. Qaranlıq yolda işıqlarısız getməyin nə demək olduğunu anlayırsınız. Sadıqlının bağlanaçağından qorxaraq dayını tələsdiridim ki, maşını tez sürsün. Yolda bütün çuxurları bir-bir sayaraq 18:55-də gəlib çıxdıq Sadıqlıya.

Düşünürdüm ki, sərhədi keçən sonra Qırmızı Körpüdə olduğu kimi burada da müştəri üstündə öz aralarında mübahisə edən maşın və avtobus sürücülərini görəcəyəm. Yəni təklif bol olacaq, mən isə ən uyğununu seçəcəyəm. Sərhəd Məntəqəsini keçdikdən sonra bir anlıq duruxdum. Heç bir ins-cins yox idi. Nə bir avtobus, nə də bir taksi, nə də 2-3 kənd sakinində başqa heç kim. Bir anlıq sükut. Hardasa 2-3 dəqiqə ərizində dayanıb boş yola baxdım. Bəlkə kimsə gələr və ya kəçər. Heç kim gəlmədi. Orada öyərdim ki, Sadıqlıdan Bakıya maşın səhər çıxacaq. Kənddən bir maşın taparaq özümü Ağstafa rayon mərkəzinə çartdırdım. Orada Bakıya gedən ilk avtobusa oturdum. Yolda isə yenə yatdım. Oyanada gördüm ki, hava qatı dumanlıdı, sürücü qəza işıqlarını yandıraraq 110-luq yolda 50-60-la gedir. Elə bil Bakıya aparan yol bitmək istəmirdi. Nəhayət 29 saatdan sonra qarlı dağlarar aşaraq, çox ellər dolaşaraq Lvovdan Bakıya çata bildim. Ayaqlarım sapoqların içində şişmiş, özüm yorqun və 400 manat zərərə uğramış... Lakin bunlar hamısı təfərrüatdır. Əsas odur ki, hər şey yaxşı yekunlaşdı. Hətta deyərdim ki, yaşadığım bu stresin də öz ləzzəti var idi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Turan Ali

DİGƏR BLOQLAR

Luvr muzeyi haqqında hər şey (I hissə)

Parisdəki otellərlə bu siyahıdan tanış ola bilərsiz.Təqribən 10 bəlkə də daha çox ziyarətdən sonra Luvr muzeyinin daimi kolleksiyasını gəzib bitirdim. Bu münasibətlə də Luvr haqqında biraz məlumat verib, necə getməli, necə gəzməli, vaxtdan necə istifadə etməli kimi suallara cavab verəcək bir yazı yazacam.Luvr Muzeyi Parisin 1-ci bölgəsində Sena çayının sahilində yerləşir. Muzeyə gəlməyin ən rahat və məsləhətli yolu metrodur. Metronun 1-ci və ya 7-ci xətti üzərindəki Palais Royal – Musée du Louvre stansiyasında düşüb 6. Carroussel du Louvre çıxışını izləyərək Muzeyin turistlər tərəfindən çox da bilinməyən, buna görə də, demək olar ki, növbə olmayan yeraltı girişinə gəlirsiniz. Yox əgər “Mən mütləq o şüşəli piramidadan girəcəm muzeyə” deyirsinizsə, 1 saata qədər növbə gözləməyə hazır olun. Ümumiyyətlə, muzeyin bir neçə girişi var, ən rahatı metrodan girişdir, mən 10+ dəfə getmişəm, növbədə gözləməmişəm.Muzeyin giriş saatları bazar ertəsi, cümə axşamı, şənbə və bazar günləri saat 9:00-18:00 arasıdır; çərşənbə və cümə Nocturne olur və muzey saat 21:45-ə qədər açıq olur. Zalların boşaldılması adi günlərdə 17:30-da, nocturne günlərində isə 21:30-da başlayır. Çərşənbə axşamı, 1 yanvar, 1 may, 8 may və 25 dekabrda bağlı olur.Ziyarət üçün ən ideal saatlar: səhər muzey açılanda və nocturne günləri 18:00dan sonra. Şənbə və Bazar günləri mümkün olduğu qədər gedilməməlidir (diqqət: həftəsonu gəzintisinə gələn turistlər!). Ziyarətin müddəti maraq dairəsindən və görüləcək zallardan asılı olaraq dəyişir, amma minimum 2 saat ayırmaq lazımdır.Standart biletin qiyməti kassada 15€, online satışda 17€-dur (Luvr üçün alınan biletlər həm də Eugène Delacroix muzeyində keçərlidir). Muzeyə giriş 18 yaşa qədər uşaqlar, 26 yaşa qədər Avropa rezidentləri, Nocturne günlərində saat 18:00dan sonra 26 yaşa qədər vətəndaşlığından asılı olmadan bütün gənclər, oktyabr-mart ayları arası hər ayın ilk bazar günü hamı üçün pulsuzdur. Endirimli tariflər və bir çox başqa alternativlər var (Paris Museum Pass və s.). Məsləhətlisi bileti əvvəlcədən almaqdır, yoxsa kassada uzun növbələr gözləməli olacaqsınız. Növbə gözləmədən bilet almağın bir digər üsulu isə Luvrdan çox da uzaq olmayan Eugène Delacroix muzeyindən bilet almaqdır ; beləliklə, həm kiçik və maraqlı Eugène Delacroix muzeyini də görmüş olacaqsınız. Pulsuz girişdən faydalanırsınızsa mütləq şəxsiyyətinizi təsdiq edən bir sənəd göstərməlisiniz, biletsiz kontroldan keçəcəksiniz.Bilet alındı (ehtiyac varsa), information-dan Luvr xəritəsi götürüldü, növbəti istiqamət yükləri yüngülləşdirmək üçün vestiairedir: istifadə pulsuzdur, özünüzlə pasportu götürün, qalan əşyalarınızı əmanət edin vestiaireə.Kiçik detallardan biri də ayaqyolu məsələsidir, giriş mərtəbəsi -2də 3 WC var, əgər növbə varsa və vaxt itirmək istəmirsinizsə sərgi zalları arasında WC var ;)Acmısınızsa -2də Paul-un bir şöbəsi (təbii ki, şəhərdəkilərdən bir az daha bahalı) və yuxarı mərtəbələrdə bir neçə (qlamur) café var.Bu qeyd sadəcə Luvr üçün yox, demək olar ki, bütün muzeylər üçün keçərlidir: özünüzlə parasetamol götürün, sərgi zallarına qalxmamış atın. Eksponatlara və tavana baxmaq üçün başınızı o qədər yuxarı qaldıracaqsınız ki, başağrısı qaçınılmaz olacaq.Muzeyin 3 qanadı var – Richelieu, Sully, Denon. Bu üç qanada uyğun da 3 bilet kontrol postu var, muzeyin içində o baş-bu baş gedərək vaxt itirmək istəmirsinizsə, görmək istədiyiniz kolleksiyaları yaxınlıq sıralamasına və qanadlara görə bölün. Ümumiyyətlə, Luvr o qədər böyükdür ki, bir ziyarətə ancaq bir və ya iki kolleksiyanı tam gəzə bilərsiniz. Ona görə də mütləq görmək istədiyiniz yerləri əvvəlcədən qeyd etməkdə fayda var.Qeyd olunası bir vacib məqam da ziyarət istiqaməti ilə bağlıdır: çalışın kolleksiyanı tam gəzirsinizsə, zalları sıra ilə gəzin, divardakı “Sens de la visite” (ziyarət istiqaməti) oxları ilə hərəkət edin. Əvvəla, beləliklə muzeydə boşuna vaxt itirməmiş olacaqsınız, itməyəcəksiniz, ikincisi, kolleksiyalar xronoloji ardıcıllıq və ya tematik olaraq sərgiləndiyi üçün ortadan başlasanız kolleksiyanın məğzini anlamaq çətin olacaq.Kolleksiya və eksponatlar haqqında məlumatlanmağın bir neçə üsulu var:Zalların girişində məlumatlandırıcı lövhə olur – kolleksiyanın tarixi, məğzi, əsərlər haqqında fransız, ingilis və ispan dillərində informasiya verir. Oxumaq lazımdır ki, nə görəcəyiniz haqqında müəyyən bir fikriniz olsun.Hər bir zalda qapıya və ya oturacaqlara yaxın bir qutu var, bu qutunun içində ingilis, fransız, italyan, ispan, çin, yapon dillərində məlumat lövhələri olur. Oxumaq vaxt aparır, amma zal həqiqətən sizdə maraq oyadıbsa və daha ətraflı məlumat almaq istəyirsinizsə bu lövhələrə göz gəzdirməkdə fayda var.Eksponatların aşağısında, yuxarısında, yan yörəsində kiçik məlumat lövhəciyi olur: eksponatın aid olduğu dövr, müəllifi, ölkə, hazırlandığı material, nə zaman və necə Luvra gəlib çıxdığı haqqında qeydlər və əgər mühüm bir tarixçəsi varsa həmin məlumat yazılır. Bütün eksponatların etiketini oxumağa çalışsanız bir ömür Luvru bitirə bilməzsiniz, amma sizə maraqlı görünən nümunələr haqqında məlumatlanmaq üçün ideal vasitədir. Tək mənfi cəhəti var – bu etiketlərin 90%-i fransızcadır, ən yaxşı halda isə fransız-ingilis.Audioguide – mən heç istifadə etməmişəm, ümumiyyətlə audioguidelərlə aram yaxşı deyil, məlumatı yazılı oxuyarkən oxu sürətini özüm seçirəm, amma audioguidedə lüzumsuz xırdaçılıq edilərək vaxt itirildiyini düşünürəm. Siz audioguide istəsəniz kontrol postların yanında şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə bir nintendo götürə bilərsiniz.Şəxsi bələdçi – tariflər, rezervasiya haqqında tam məlumatım yoxdur, amma şəxsi bələdçi ilə də muzeyi gəzə bilərsiniz. Daha baha başa gələcək, amma daha çox şey öyrənəcəksiniz. Yox əgər “O qədər də aristokrat deyilik” deyirsinizsə növbəti maddəyə baxın ;)Turist qrupları – mənim istifadə etdiyim metodlardan biridir :p Çox məşhur əsərlərin yanında adətən bir neçə turist qrupu olur və bələdçiləri onlara eksponatın tarixçəsi haqqında kifayət qədər ətraflı məlumat verir. Əgər sizə maraqlı olan bir eksponat haqqında danışılırsa özünüzü verirsiniz həmin qrupun yanına ;)Muzey dostluqları – muzeylərdə selfie çubuqlarını gözünüzə soxaraq muzeyin hər daşının şəklini çəkən uzaq şərqli turistlərdən başqa incəsənət və tarix haqqında kifayət qədər məlumatlı olan ziyarətçilər də olur. Təsadüfən eyni tabloya baxırsınızsa və fikrinizi bölüşmək istəyirsinizsə çəkinməyin, müzakirə edin ;)Gözətçilər – muzey gözətçilərindən əksərən ayaqyolu və filan zala necə gedərəm tipli suallar soruşulur. Sizi maraqlandıran bir əsər haqqında beyninizdə fırlanan bir sual varsa, soruşmaqdan çəkinməyin, böyük bir ehtimalla cavab verməyə çalışacaqlar (amma gözətçini yarım saat saxlayıb bütün muzeyin tarixini danışacağını da gözləməyin, camaatın işi gücü var)İnternet – deyək ki, hansısa bir zalda gəzirsiniz və çox maqarlı bir eksponat gördünüz, adını yazırsınız google-a və istədiyiniz qədər məlumatı tapıb rahat bir vaxtınızda oxumaq üçün linki save edib ziyarətinizə davam edirsiniz.Davamı olacaq....  Paylaşdı: Zaur Valizada

4576 dəfə oxunub

Dadlı Vyana səyahəti

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Mənim üçün yeni il səyahəti son illərdə yemək səyahətidi. Çünki böyük şəhərlərə turist axını səbəbi ilə, yeni il ərəfəsi gəzib görmək üçün ideal bir zaman deyil. Bu il hara gedəcəyimə qərar verənə kimi 8 dəfə fikir 4 dəfə otel dəyişib nəhayətində Vyanaya qərar qıldım. Öncədən nəzərinizə çatdırmaq istəyirəm ki, fərqi yoxdu ilin hansı vaxtı gedirsiz, öncədən muzeylərdən tutmuş restoranlara qədər gedəcəyiniz hər yeri rezerv edin. Çox böyük vaxt qazanmış olarsız, yoxsa çox uzun növbələr sizi gözləyir.Nəysə sözümün canı onda deyil, muzeylərdən, görməli yerlərdən trAvel bloggerlər danışar bizim işimiz yemək????Başlayaq Vyananın rəmzinə çevrilmiş Sacher tortundan. Şəhərin hər yerində bu desertə rast gələ bilərsiz amma mən əsl qarınqulu olaraq təbii əvvəldən harda nə yemək lazımdı araşdırmışdım. Sacher tortu üçün iki ünvan var. Birincisi Cafe Sacherdi, hansı ki digər məşhur sacher tortu verən kafe Demel ilə illər sürən məhkəmə sonrası müəllif hüququnu qazanıb. Hər iki cafenin qabağında saatlarla növbədə gözləməli ola bilərsiz. Gözləməyə dəysə bari ???? mən hər iki cafedə sacher tortunun dadına baxdım, müqayisədə Demel daha dadlı gəldi mənə, ümumillikdə Bakıda çox daha dadlı şokoladlı tortlar yemişliyim var. Bəyənmədim.İkinci ünvan oldu Şnitzel, təbii Vyanaya gəlib Şnitzel yeməmək günahdı. Bunun üçün Figlmueller adlanan dünyaca məşhur bir restorana getməlisiz ama orda ya 2-3 saat növbə gözləməlisiz sonunda çıxıb mətbəxin bağlandığını deyə bilərlər, ya da ağıllı tərpənib əvvəldən rezerv etməlisiz. Əvvəldən dediyim bir neçə saat ya da bir neçə gün yox baya baya bir neçə həftə əvvəldəndi ???? şnitzel ümumulikdə dadlıdı mənim favorim isə Corden Bleudi. Donuz yeməklə probleminiz varsa Orginal Wiener Şnitzel mal ətindən hazırlanır, rahat rahat yeyə bilərsiz ????Gələk öncədən planlamadığımız, təsadüfən olan tanışlıqlara. 3 saat çəkən uzun və çarəsiz axtarışdan sonra təsadüfən girdiyim bir burger restoranın məni bu qədər xoşbəxt edəcəyini düşünə bilməzdim. le burger - çox tez tez burger yeyən və ağız dadına güvənən biri kimi, 2018 də hətta bəlkə həyatımda yediyim ən dadlı burgeri yedim deyə bilərəm. təkcə burgerləri yox məkan, personal tami tamına 10/10 bir restorandı. Hələ bütün bunlar az imiş kimi qiymət də çox münasibdi. 6-8 euroya ürəyiniz istəyən basis burgeri seçib, extra olaraq heç bir əlavə pul ödəmədən istədiyiniz əlavələri edə bilirsiz burgerə. Məsələn mən 7 euroya cheesburger götürüb, duzlu xiyar, qızardılmış göbələk, qızardılmış soğan, jalepenos, müxtəlif və limitsiz souslar və yenə daha nə istəsəz var idi əlavələrdə. Birinci gün çox ac getdiyim üçün dedim bəlkə ona görə belə çox bəyəndim, ikinci gün bir də gedib yedim və yenə eyni hissləri yaşadım. Çox möhtəşəmdi. Vyanaya gediləndə mütləq dadılmalı olan yerlər siyahısındadı. Sırf o burgerə görə belə bir daha Vyanaya getmək olar.İkincisi isə Lale adlı bir türk restorani oldu. Ora bir tanışımın məsləhəti ilə getmişdim və həqiqətən avropada bələ gözəl və zövqlü bir türk restoranı ilk dəfə görürdüm. Yeməklərin dadına isə söz ola bilməz. O qədər çox tərifləmişdilər və getdiyimiz zaman dilimi həm səhər həm də günorta yeməyi yeməyə imkan verdiyi üçün Serpme kahvaltı və qarışıq kabab sifariş etdik. Meneməni yeyəndə az qala barmaqlarımı da yeyəcəkdim. Hər şey çox dadlı idi. Ətlər, kababların yumşaqlığı, bugünə kimi yediklərimin top5 nə girər rahatlıqla. Sonda qusmağı gözə alıb üstünə öz hazırladıqları paxlavanın da dadına baxdım, o da möhtəşəm idi. Gedilməli olan yerlərdəndi.Sonda Vyanadakı kafelər haqqında onu demək istəyirım ki, yediyimiz demək olar ki hər şey dadlı idi və diqqətimi çəkən şey məhsulların keyfiyyətli və təzə olması oldu. Deyəcəksiz bunu necə anladın, həm dadından həm də burgerdə məsələn duzlu xiyarı dişləyəndə gələn o xırçıltı səsindən və buna bənzər çox şeydən. Nəysə sonunda hamınıza dadlı səyahətlərlə bol bir yeni il arzulayıram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Khalida Mahmudova

955 dəfə oxunub

Ölkədaxili səyahət marşrutları

Heellou, dear Gəzəyənlər! Bu aralar çoxumuzu maraqlandıran bir mövzu üçün, həm də əlidolu gəlmişəm Deməliii, qarşıdan 1 həftəlik bayram tətili gəldiyini nəzərə alaraq, ölkə daxilinə üz tutacaq şəxslər üçün kiçik bir məlumat postu, siyahı hazırlamaq fikrinə gəldim.(Gördüm siz yazmaqda tənbəllik edirsiniz)Sizin üçün indiyə kimi qrupda yazılan pütüüün fikirlərdən və öz qeydlərimdən ibarət bir must see" listi ortaya çıxarmışam. Təki hamı gəzsin Bunu qardaş qardaşa eləməz (Onnnly for #hele_ki_olkeni_kesf_eden_Gəzəyənlər )Aktiv və ya passiv istirahət sevənləri nəzərə alıb, istirahət mərkəzi və ya hiking istiqamətləri də qeyd etmişəm.Quba/QusarNüğədi kəndində Çənlibel gölü (payız mənzərəsi də əla olur)Məşhuuur Qəçreş meşələriQırmızı qəsəbəTəngəaltı ( burada Afurca şəlaləsini, Qonaqkəndi və bir çox maraqlı təbit mənzərəsi görə bilərsiniz. Restoranlar da var)Xınalıq ən məşhur marşurutdur bu istiqamətdə gəzməli, görməli nə azru edilirsə hamısı var.Küpçal, Alpan tarixi məkanlarıQudyalçay və ətrafı mənzərəli dağ kəndləri Alpan Yuxarı XanəgahGirdah kəndləriQrızdəhnə və qurqur şəlaləsiQubanin Tengealti kendinde Afruca selalesi de var.Hazır marşrut: Xınalığa doğru getmək üçün (Qəçreş meçəliyindən də keçirsiniz) Rixos hoteldə kanatdan istifadə etmək olar >>>5 dəq yolla Amsar kəndində balbulaq (cennetbagi istr merkezi) >>> ordan 5 dəq yolla 2-ci Nügədidə Çənlibel gölü>>>o yolla bir az aralıda(yarım saat olmaz) Təngalti,Afurca şəlaləsi Edited: hazırda kanat işləmir təəssüf ki.Girdah kəndində ki şəlalə üçünBakı>>>Quba rayonu ərazisi>>>Çağacuqçayın körpüsünü keçdikdən sonra təxminən 3-4 km-dən sonra sola Pirvahid kəndinə yol dönür>>>O yolla (asfaltdır) düz davam edirsiz->>> 7 km-dən sonra "T" yola çatdığınızda sola dönün>>>Təngəaltı istiqamətində davam edin>>>yenə Çağacuqçayın körpüsünü keçdikdən sonra "Rustov kəndi" yazısından sağa dönün>>> Başxanagah kəndinə doğru davam edin.Bakıdan Başxanagaha çatmağınız təxminən 3 saata mümkündür.Restoran və ya istirahət mərkəziQuba Mestergah Aynur otel Oscar Hotel Şahdağ HotelQərənfil istirahət mərkəzi varPark QusarXıdır və ya Xutorok Macara lake Alpin QusarHikinqYüksəklikdə yerləşən və şəlalələrlə zəngin kəndlər:Qrız, Qrız dəhnə, Küsnət, Qalaxudat kəndi(Şəlalələri hər fəsildə ayrı gözəldir) Kuzun-Laza şəlalələriCek kəndiBəybəyim dağı İsmayıllı İvanovka,Lahıc, Talıstan, Cavanşir qalası , Buynuz kəndi Basqal kəndi (kənddə yerləşən kəlağayı emalatxanası)Aşıq Bayramlı gölü, Cülyan, Qalacıq, Sumagalli kənd Herem qalası Xənəyi kəndi İ.MGreen house, Talıstan forestƏmrəki istirahət mərkəziQizil qaya (hoteli de var, koteci de)Xanagah kəndində - Qiz Qalası oteli Şəlalə- meşənin içində koteclər şəklində HikinqTalıstan kəndi- Qaranohur gölüFit dağıLahıc-Niyaldağ zirvəsi (2053 m) Ucqar kəndləriMücü kəndi KÖHNƏDAXAR kəndi DƏRƏ kəndi MÜŞKƏMİR kəndiZərnava kəndiŞamaxıPirquluda yerləşən-Rəsədxana.- Axşamlar saat 9dan sonra hava açıq olarsa kiçik teleskopdan baxa bilərsiz, aya və digər planetlərə. Böyük teleskop turistlər üçün açıq deyil, yalnız elmi tədqiqatlar üçündür.. Böyüklər 5 azn, məktəblilər 2 azn.Pirqulu meşələri, Çuxuryurd gölüBeyqurd qalası, Dəli çayQaladərəsi kəndində yerləşən şəlalə Qaleybuğurd kəndi. Dəmirçi kəndi.Sakit gölAvaxil,Qəleybuğurd kəndiYeddi gözəl Türbəsi, Xalçaçılıq sexi və M.Ə Sabirin ev muzeyiKələxana türbələriHazır marşrut: Pirquludan Dəmirçi kəndindən keçməklə Lahıca asvalt yol salınıb və gözəl mənzərələr ilə dağlarla (bəzi hissələrdə lalələr də görmək olar) gedib çıxır Lahıcaİstirahət mərkəzi"Abqora" Yeddi kümbəz kompleksichuxuryurd, demirchi, avaxil, qaladeresi, sis, qizmeydan kendleriPirquluda - Montana Göyqurşağı Safari parkHikinq Qaladərəsi kəndindəki Xalıt şəlaləsi, Ülgüc yaylağı Təxmini 10 km- 3 saat davam edən bir marşrutdurQala dərəsində Yaşıl gölHələ ki bu qədərƏyər faydalı olarsa, digər zonalar üçün davam edəcəm bunu. Hamısını eyni anda edə bilmədim, bir az vaxt tələb edir çünki hazırlamaq Vacib qeyd : Digər Gəzəyənlərə faydalı olmaq üçün: Postu oxuduqdan sonra “mütləq qeyd olunmalıdır” düşündüyünüz yerlər varsa, onları bildirə bilərsiniz ki, posta əlavə edim.: Qeyd edilən istirahət mərkəzlərində yalnız üzvlərin gedib istifadə etdiyi və feedback yazdığı yerlərdi. Başqa çox yerlər ola bilər təbii ki. İstifadə edib razı qaldığınız yerlər varsa, onları da bildirə bilərsiniz İstirahət mərkəzləri və ya digər yerlərlə bağlı məlumatlar update olunmamış ola bilər. Sadəcə yeri bilib, getməmişdən araşdırma edə biləsiniz deyə lazım olar Hər birinizə booool səyahətlər #gezeyenlerazerbaijan#part1#olkedaxili_seyahet

3099 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!