233 dəfə oxunub

Uganda Səyahəti

Vinston Çörçill Uqandaya gələndə, təbiətinə, landşaftına görə ölkəni "Afrikanın İncisi" adlandırmışdı. Bütün Afrika kontinentini dolandıracaq resurslara sahib olan və bununla belə dünyanın ən kasıb ölkələrindən biridir Uqanda. İngilis müstəmləkəsi olduğuna görə ölkədə yollar sol tərəflidir və asfalt örtüyü hədsiz dərəcədə azdır. Kampala, Entebbe, Kayabwe, Masindi, Jinja şəhərlərini kirayə götürdüyümüz maşınla gəzdik və yolların çox bərbad olma səbəbi ilə bəzən 1-2 saatlıq məsafəni 5-6 saata gedirdik. Buna baxmayaraq Uqandanı sevməmək qeyri mümkündür.

Ölkə bir səyahətçiyə Ekvator xəttini, Afrikanın ən böyük gölü və eyni zamanda ən böyük şirin su hövzesi (dünyada 2-ci) olan Viktoriya gölünü,
Nil çayının mənbəyini, dünyanın ən güclü şəlaləsi olan Murchison şəlaləsini, safari sevənlər üçün böyük 5-lik (şir, fil, gərgədan, buffalo, leopard) olan milli parklar, kosmik dadlı kofe, Nil çayında rafting, Nilin mənbəyində üzmək və adrenalindən bol səyahət vəd edir. Təhlükəsizlik baxımından ölkə kənardan çox təhlükəsiz görünürdü. İnsanların çox olduğu yerlerde kifayət qədər çox vaxt keçirdik və insanlardan yalnız müsbət nəsə gördük.

Bərə gəmisindən düşəndə, maşına əl eləyib "mən də minim, qabaqda düşərəm" deyən Uqandalı gənc bizimlə səyahət edəcəyimiz şəhərə kimi gələndə və
orda düşüb maşının yanında bizi gözləməyə başlayanda, oğlana "qabaqda düşəcəm dediyin yer buradır?" deyə soruşduq, cavab olaraq "siz hara gedsez men de ora gedirəm" cavabını vermişdi. Biraz uzun hekəyədi, amma qısa deyim ki, maşından məcbur düşürtməsəydik elə arxa oturacaqda oturub biziynen Bakıya kimi gələrdi)). Alkoqol qəbulunun səviyyəsi çox yüksəkdir və ölkə Afrikada Nigeriyadan sonra 2-ci yerdə dayanır. Bəlkə də qaqaş biziynən gedə gedə ayılmağa çalışırmış)


Özümün bir müddət əvvəl açdığı Uqandaya giriş üçün Sarı Qızdırma vaksini lazımdırmı sualıma cavab olaraq, bəli, mütləq şəkildə lazımdır deyə cavab verirəm. Vizaya müraciət bu vaksindən başlayır. Otellər və Hostellər çox səliqəli və təhlükəsizdir, qiymətlər də ölkədə aşağı büdcəli səyahətçi üçün çox əlverişlidir.

Paylaşan Rasim Aghazada

DİGƏR BLOQLAR

Fironlar diyarı - Misir bələdçisi (II hissə)

Misirlə bağlı birinci hissədə getdiyim yerlər haqqında yazmışdım. Bu yazıda isə Misirin məndə oyatdığı təəssurat, insaları və yeməkləri haqqında yazacam.Məndən əvvəl Misirə bir dostum getmişdi və gəlib danışdıqları isə o qədər də yaxşı şeylər deyildi. Kasıb ölkədir, dəlixanadar, iyrənc gündədir və s. Düzdü bu bir az əhvalımı pozsa da, getmək fikrində qəti idim.Birinci yazıda da qeyd etdiyim kimi, ilk mədəniyyət şoku - yolda heç bir qaydalar işləmir və siqnal səsindən ilk gün başım ağrıdı. Orada Azərbaycan sürücülərinin nə qədər mədəni olduğunun fərqinə vardım.Misir insanlarının çoxu fürsətçildi. Bu bəlkə də ölkənin kasıb durumundan irəli gəlir. Məsələn siz küçədə yeriyən zaman birdə hiss edirsiniz ki, arxanızca kimsə düşüb. İlk dəfə bu insanda qorxu yaradır ki, görəsən niyə arxamca düşüb? Nə edəcək mənə?Burda qormağa ehtiyac yoxdur :) Adamlar sizə diqqətlə qulaq asır və görəndə ki, xarici dildə danışırsan sizə kömək təklif edir. Bu kömək isə sizi hər hansı tur agentliyinə aparmaqdan ibarətdir. Çünki həmin bu şəxslər tur agentliyi ilə faizə işləyirlər.İkinçi şok – hamı sizdən Tips (çaypulu gözləyir)Tualetə gedən qapıda bir qadın bir kişi dayanır əllərində rulon salfetka. Siz içəri girəndə salfetka cırıb verir az qalır sənlə kabnetə qədər girsin unitacın qapağını qaldırsın. Təbii ki, sizin qara gözünüzə, qara qaşınıza aşıq olub etmirlər. Tualetdən çıxanda tips istəyirlər. Kuçədən kimdənsə söz soruşursan və həmin dəqiqə sənə kömək edirlər canlabaşla. Amma sonda deyirlər kömək etdim tips ver)) Yəni bunu bilin ki, hər yerdə tips istəyirlər. Həm də sırtıq formada.Amma bunlara baxmayaraq ölmədən öncə görüləcək yerlərdən biridir Misir. Bütün mənfilikləri ilə birlikdə belə bu torpaqlar tarixdir. Orda tarixi görəndə hər şeyi unudursan. Min illər öncə yaradılan şeyləri görəndə insan heyrətə gəlir. İnsan beyni qəbul etmək istəmir ki, bütün bunlar minilliklər öncə necə yaradılıb? Hansı beyinin məhsulu olub? Həmin o tarixə toxunduqca insan özünü o dövürdə hiss edir. Bir sözlə bütün mənfiliklərə rəğmən Misirə getməyimə heç də peşman deyil, yenə də olsaydı təkrar gedərdim:)Keçək əsas məsələrdən biri Yeməyə!Yeməklərdən sizə 1-ci olaraq Koşarı (Koshary) məsləhət görərdim. Demək tərkibi noxud, yaşıl mərcimək, makaron, qızardılmış soğan və xüsusi pomidor sousu. Zövqə görə acı da əlavə edə bilərsiniz. Səhər mərkəzində küçədə bunu iki nəfər və cola daxil 32 pounda (2$) yeyə bilərsiniz.Alexandria şəhərinə getsəniz mütləq dəniz yeməklərini dadın. Burda da düyü ilə şifariş verə bilərsiz. Dəniz məhsulları isə çox dadlıdır.Hamam Mashi – Ən çox məsləhət görülən yeməklərdəndir. Bu yemək içi düyü ilə doldurulmuş çöl quşu, və yanında tərəvəz və düyü ilə təqdim olunur. Dadını soruşsanız o qədər də əla bir şey deyil. Məsələn Gərəf ləvəngisinin əlinə su tökməz :)Fəttah (Fattah) bu yemək də təbii ki düyü ilə təqdim olunur ???? Bildiyiniz düyü və mal əti ilə təqdim olunur. Mal ətinin suda az qaynadılmış versiyası. Ət bərk olur və qədər də dadlı deyil. Sevmədim yəni. Bir adam üçün qiymət 5$-dir.Misir simiti – bir sözlə ifadə edim Türk simiti ürəkdir :)Şakaşuka (Shakshuka) bizim pomidoryumurtanın ərəb versiyası. Məndən məsləhət səhər yeməyin yoxsa mədəniz şakşuk qaynayacaq. Çox acılı olur, ona görə də səhər yeməyin.Humuz (Hummus) – atışdırmalıq. Pis deyildi.Künəfə (Konafa) – Türk künəfəsi ürəkdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asim Celilov

2265 dəfə oxunub

İndoneziya - Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bali adası İndoneziyada yerləşən adalardan biridi. Vizasız rejimdi, istədiyiniz vaxt səfərinizi planlaya bilərsiniz. Yeganə xərc götürən məsələ təyyarə biletidi. Sezon vaxtı baha olur. Mən əvvəlcədən Türk hava yollarından almağıma baxmayaraq, İyul ayında Qatar biletlərdə birdən endirim etdi. Ona görə də yerli tur şirkətləri maraqlı və uyğun paketlər təqdim edirdi. Amma noyabr ayına idi. Noyabr ayı yağışların çox olduğu ay hesab olunur. Ümumiyyətlə isə Balidə sezon may ayından oktyabrın sonuna kimi hesab olunur. Öz səfərim vaxtı getdiyim yerləri, marşrutları qeyd etməyə çalışmışam. İnternetdə yetəri qədər məlumat var idi, özümə uyğun turları, marşrutu əvvəlcədən seçdiyimə görə bir az rahat oldu. https://gidnabali.ru/ - Bu saytda bütün turların marşrutu var. Onlardan istifadə edib turlara gedə bilərsiniz. Ancaq orada göstərilən qiymət çox bahadı. Daha ucuzunu dəniz kənarında, şəhərin müxtəlif hissələrində tapmaq olar.Balidə Safari Park turuna getməklə həm gözəl təbiəti görə bilərsiniz, həm də Agung teatrında yerli ənənələri əks etdirən tamaşa izləyə bilərsiniz. Teatrın girişində Hinduizmin əsas tanrılarından olan Ganesha-nın böyük heykəli qoyulub. Hündürlüyü 9 metrdir. Ganesha ağıl, müdriklik tanrısıdı, Balines mədəniyyətinin bir parçasıdı. Bundan başqa Bali Safari parkda digər şoular var. Onları da izləmək olar. Həmçinin əyləncə üçün digər yerlər var.Balidə əsas gəziləsi yerlər qədim məbədlər sayılır. Məbədləri gəzərkən yol üstündə maraqlı marşrut da var. Tanah Lot, Ulun Danu məbədi, Bratan gölü, meyvə bazarı, çiyələk sahələri. Həm məbədləri görmək, həm də yerli meyvələri almaq imkanınız var. Çiyələk sahəsində səhər vaxtı olsanız, özünüz üçün toplaya bilərsiniz. Tanah Lot məbədinin özünü görmək üçün mütləqUbud əsas marşrut sayılır. Bu istiqamətdə getsəniz Tirta Empul məbədini, kofe sahələrini, düyü terraslarını görmək imkanınız olacaq.Həmçinin vuıkanik mənşəli olan Batur gölünü də görə bilərsiniz. Xüsusi qeyd, dumanlı vaxtı ora getməyin, heç nə görə bilməyəcəksiniz. Bundan əlavə Hiking sevənlər üçün Agung vulkanına turlar olur. Mən olan vaxtı bağlı idi, vulkanın aktivləşməsinə görə. Bundan əlavə taxta, gümüş, parçadan əl işləri hazırlayan ustaları görə bilərsiniz. Xüsusilə parça toxuma yerində həmin toxunan parçaları, onlardan hazırlanan paltarların satışı həyata keçirilir.Bütün İndoneziyanı gəzmək imkanı olmayan şəxslər üçün Taman Nusa parkı çox gözəl yerdi. Bütün ölkəni bir parka toplaya biliblər, bütün adalarda yerləşən kəndləri adbaad və müvafiq evlərin maketini qurublar. İndoneziyanın qədim dövründən müasir dövrünə kimi. Ümumilikdə 15 ha ərazini əhatə edir. Giriş bileti adama 350.000 rupidi (42manat).Bali adasının şərq tərəfi çox maraqlıdı. Həm tarixi baxımdan, həm də təbiəti baxımdan. Burada Qoa Lavah məbədi yerləşir, bundan əlavə yol üstündə 2 su sarayında ola bilərsiniz - Taman Ucung və Titra Ganga su sarayında. Vaxtınızı planlaya bilsəniz White sand beach çimərliyində ola bilərsiniz. Əksər çimərliklər Hind okeanı sahilində yerləşir. Şərqdə olan bu çimərlik isə Sakit okeanın sahilində. Bununla siz hər iki okeanı görmək şansınız olur.Çimərliklər - Padang-padang, Suluban və Cimbaran çimərlikləri var. Cimbaran əsasən axşam yeməyi üçündü, dəniz sahilində yaxşı restoranlar var. Digər iki çimərlikdə üzmək imkanınız var, xüsusilə Padang-padangda. Hər ikisində ağ qumlu sahili var. Surfing imkanı daha çox Sulubandadı. Hind okeanın sahilində yerləşir. Çimərliklərə giriş pulludur, amma baha deyil - 10-15min rupi (1.2 - 1.8 manat).Yarım günlük tur götürüb yuxarıda qeyd olunan çimərlikdə üzüb, axşam möhtəşəm gün batışını izləmək üçün Uluvatu məbədinə gedə bilərsiniz. Burada hər gün axşam Keçak/Alov rəqsi təşkil olunur. Xüsusi dini mərasim sayılır. Günün qürubu fonunda rəqs edilir, dini hekayə anlatılır. Giriş bileti 100 min rupidi (12manat)Əlavə ekstrim həvəskarları Rafting, Snorkeling kimi turlara qatıla bilər. Həmçinin dəniz turları da var.Qeyd: Bütün məbədlərə giriş biletlərini turist özü alır, amma elə də baha deyil. 20-50min rupi (2.5-6 manat) arasında dəyişir.Qeyd2: 2 nəfər üçün təyyarə biletinə 1900$ ödəniş etmişdim. 330$ booking-dən 15 günlük otel xərci. Digər xərclər isə istəyə görə turlar, yemək xərcləməsi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Quluzadə ‎

2766 dəfə oxunub

Pokhara, Nepal - Macəracıların şəhəri

Pokharadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Pokhara - özümü rahat hiss etdiyim, normal yeməklər yeyə bildiyim və hər küncündən zövq aldığım bir şəhərdir. Təəssüf edirəm ki, cəmi iki gün burda vaxt keçirə bildim, mütləq şəkildə Nepala təkrar səfərimdə Pokharada minimum 10 gün vaxt keçirməyi planlayıram.Kathmandudan 200 km aralıda yerləşən Pokharaya necə getmək olar bəs?3 seçim var :İlk seçim təyyarədir, yerlilər üçün qiyməti 25 dollar-tək səfərlik, turistlər üçün isə 50 dollardan başlayır, Kathmandudan təyyarə ilə Pokharaya cəmi 25 dəqiqəyə çatırsınız. Çox möhtəşəm səslənir.İkinci seçim avtobusla gedə bilərsiniz, qiymət 10-15 dollar arası dəyişir, əgər avtobusu seçmiş olsanız 8 saatlıq bir gəzintiyə hazır olun, qeyd edim ki, yollar biraz narahat olduğu üçün avtobus yox, elə bil traktorda getdiyinizi hiss edəcəksiniz. Ancaq pulunuza qənaət etmək üçün yaxşı seçimdir.Üçüncü seçim isə bildiyimiz taksilər, qiyməti 30-dollardan başlayır və daha da arta bilir. Taksi ilə məsafə demək olar ki, 4-5 saatdır, ancaq əksəriyyəti 50-dən yuxarı sürmürlər deyə, avtobusdan fərqlənmirlər. Biz taksi ilə getdik, ancaq 9 saata çata bildik Pokharaya...Otellərin qiyməti necədir? 5 dollardan başlayır, 30 dollara kimi davam edir və hər biri şəhər mərkəzinə yaxındır. Rahatlıqla ucuz qiymətli otellərdə qala bilərsiniz, təxmini hər biri bir-birinə oxşayır. Yeməklərində fərq ola bilər, amma Pokharaya gedirsinizsə mütləq şəkildə şəhər mərkəzində yerləşən restoranlardan birinə getsəniz daha çox zövq alacaqsınız. Kathmandudan sonra Pokharada getdiyim restoranlarda özümü çox rahat hiss edirdim, bütün yeməklərdən xüsusi zövq alırdım...Kathmandudan fərqli olaraq burda evlər bir-birinə bitişik deyil, küçələrdə səkilər var, maşınlar sizin üzərinizə gəlmir, rahatlıqla kənardakı mağazalardan həzz ala bilərsiniz, tələsməyinizə də ehtiyac yoxdur. Dağlıq ərazi olduğu üçün mağazalarda daha çox xizəklər, sport geyimləri ilə rastlaşacaqsınız. Qiymətlər isə olduqca münasibdir.Pokharadakı görə biləcəyiniz yerlərin bir hissəsinin siyahısı.Pokhara Phewa gölünün ətrafında yerləşir, şəhərin bir tərəfindən digər tərəfinə göldəki qayıqlardan istifadə edərək səfər edə bilərsiz. Qiymətlər 6 dollardan başlayır və dəyişir. Ancaq görüntünü görmək üçün mütləq mütləq qayıq turu təşkil etməlisiz. Ancaq əsas məsələ, qayıqla gəzməyinizə baxmayaraq avqust ayında səyahət etməyi planlaşdırırsınızsa hava dəhşətli dərəcədə isti olacaq. İsti o qədər kəskindir ki, nəfəs almaq olmur, oturduğunuz yerdə sifətinizdən tərlər su kimi axır... Müsbət tərəfindən baxsaq, pulsuz sauna adlandıra bilərik.Nepalın ən bahalı şəhəri Pokhara sayılır. Himalay dağlarına gedən əsas yollardan biri burdan keçir deyə, hər il turist axını baş verir, bu il də biz getdiyimiz hər yerdə 100-lərlə turistlərlə rastlaşdıq.Macəra sevərlərin məkanıdır Pokhara. Bütün növ ekstrim idman oyunları var, hər birindən maksimum dərəcədə yararlana bilərsiniz. Paraşüt üçün xüsusi bir məkanı var ki, bura dünyanın ən yaxşı paraşüt məkanlarından biri sayıla bilər. Əziz təbiətsevərlər, bura tamamilə sizlər üçündür.Kathmanduda hava və ətraf tamamilə çirkli olduğu üçün, orda yaşayan varlı insanlar Pokharadan ərazi alıb xüsusi evlər tikirlər, bu da şəhərdəki insan sayının artmasına gətirib çıxarır.İki gün ərzində sadəcə “Mahendra Mağarası”, “Phawe Gölü”, “ Pokhara Qalası” və “World Peace Pagoda”-nı görə bildik.Həyatımda ilk dəfə idi bir mağarada olurdum, çox fərqli bir macəradı, Mahendra mağarasında oksigen yoxdur deyə nəfəs almaqda çətinlik çəkdim. Mağaranı gəzdikcə bunun bir sonu olmalıdır deyə danışırdıq ki, bir də gördük sonluqda belə bir balaca büt qoyublar, şərflər, güllər, pullarla zəngin bir büt. Gələn gedən bir şey qoyub gedir. Mən sadəcə şəklini çəkdim, heçnə qoymadım Çıxış necədir? Bapbalaca dar qayalıq, aradan çıxmalısan, burda dedim yox, bacarmayacam, mümkün deyil, qorxu ələ almışdı və nəfəsim daralırdı. Sağolsun Banqladeşli dostlar necə motivasiya verdisə özgüvənim artdı və bunu bacardım. Çıxdıqdan sonra inana bilmirdim ki, mən bu balaca yerdən necə keçdim?! Mağaraya girişdə həyət o qədər gözəl, yaşıllıqlarla zəngindir ki, heyran qaldım sadəcə...Mağaranın çıxışı“Pokhara Qalası” - əslində bizi yarasa mağarasına aparacaqdılar, elə hazırlaşmışdıq, birdən fikirlərini dəyişdilər və qalaya apardılar, qala dağın başında yerləşir və piyada minimum 50 dəqiqə yürüyüş etməlisiniz. İsti olduğu üçün yol bitmək bilmir, uzandıqca uzanır, dəhşət yorucudur. Qalxdıqca düşünürdük ki, yəqin möhtəşəm bir qaladır ki, onu qoruyub saxlayır və sırf onu göstərmək istəyirlər. Amma nə imiş? Balaca bir məbəd, kənarlarında turbalar, vəssalam... Məbəd üçün yox, amma mənzərə üçün 2 saat da artıq yerimək olardı... Bir sözlə möhtəşəmmm... Qayıdanda şansınız olsa bir maşın olacaq və sizi aşağı düşürəcək. Biz bütün iştirakçılarla bərabər kamaz kimi bir maşının arxasında gəldik, çox maraqlı idi.Məşhur Pagoda Məbədi...Nepaldakı ən iri məbədlərdən biridir. Burda da iki seçiminiz var. Ya qayıqla yaxınlaşmalısınız Pagodaya, ya da maşınla. Bizim vaxtımız yox idi deyə maşınla qalxdıq, maşın yolu bitdikdən sonra 15 dəqiqəlik pilləkənli yollar başlayır. Turistik ərazi olduğu üçün Nepallılar fərqli əşyalar, suvinerlər, himalay kofeləri və fərqli atışdırmalıq nələrsə satırlar. Deməli bunların məşhur qəlyənaltıları nədir? Uzun-uzun doğranmış acı xiyar dilimi + milçəklərlə zəngin islanmış pul bibər və islanmış duz, xiyarın üzərinə bu sousu əlavə edib bəh-bəhlə yeyirlər, hər yerdə bunu görəcəksiz, balaca uşaqdan tutmuş, böyüklərə kimi hamının sevimlisidir..Pagodanın birinci hissəsində girişdə ayaqqabıları çıxartdıq, telefondan çəkilişə icazə yox idi, sadəcə buddist rahib dünyadan təcrid olunmuşdu deyə, rahat video da çəkdik, hələ üstəgəl o rahibin şəklini də çəkdik.Belə, Pokhara haqqında çox yazıb çox danışmaq istəyərəm, amma daha yormaq istəmirəm sizi, təşəkkürlər diqqətiniz üçün...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

1337 dəfə oxunub

İzmir Bələdçisi

Salam, əziz gəzəyənlər. Qurban bayramı ərəfəsində İzmirə kiçik səyahətim oldu. Bu müddətdə şəxsi maşından istifadə etməmişəm. İzmir hava limanından izbanla şəhərə gəldim. Metro üçün izmirimkart lazımdır. Mən, səhv etmirəmsə, karta 140 tl verdim. İzban istifadə edərkən düşəcəyiniz yerdə çıxışda gedişinizə uyğun pulun qalanını almağa narıncı aparat var. Vurmağı unutmayın. Mən açığı qız dostumun yanında qaldığımdan izmirdə otel məsləhəti verə bilməyəcəm. İlk gün bir az qaldığımız yerdə dincələndən sonra axşama doğru Alsancak, Konak tərəfə getdik. Bir az gəzəndən sonra Columbia coffeedə oturduq. Şirniyyatlar dadlı idi. İşçilər də mehriban idi. Sabahısı günü Alaçatıya yola düşdük. Alaçatıya İzmir otoqarından çeşmeturizm avtobusuna bilet alaraq getdik. Biristiqamətli bilet qiyməti 270 tl idi. Alaçatı mərkəzində olan Sardunya hoteldə qaldıq. İki nəfər üçün 65 avro ödədik. Məncə, Alaçatı standartları üçün qiymət yaxşı idi, xüsusən də lyuks gözləntiniz yoxdursa. Ətrafında isə uyğun qiymətə yemək, şirniyyat, kofe yerləri vardı. Otelin yanından Ilıca plyajına dolmuş gedir. Bir adam üçün səhv etmirəmsə, 40 tl verdik Ilıcaya getməyə. Ilıca plyajında adamı 200 tlə şezlong götürdük. Dəniz gəldikdə qumlu, ilıq idi. Amma dənizdə plastiklər görmək məni üzdü açıqcası. Hətta üzərkən əlimə belə keçdiyi oldu. Alaçatıda 2 gün qalıb, gecə saatları İzmirə qayıtdıq. Alaçatıdan gecəyarısına qədər şəhərə qayıdan avtobuslar gəlir. Sabahısı isə avtobusla Karaburuna getdik. Avtobuslar (karaburun turizm adlı şirkətə aiddir) İstinyePark AVM tərəfdən 200 tlə aparır. Biz daha çox sakitliyi sevdiyimizdən Karaburunu daha çox sevdik. Dənizi Ilıcadan daha soyuq və daşlı olsa da, qat-qat təmiz və şəffaf idi. Mən oraya dalış etməyə getmişdim. Dalış üçün Octopus İzmir dalış mərkəzini istifadə etdim. Yoxlama dalışı 3000 tl idi və dalışdan sonra müəssisədə şezlonqlarda dincəlmək, məkandan istifadə etmək pulsuz idi. Karaburun balaca yerdir, amma Alaçatı kimi səsli yerdən uzaqlaşıb sırf passiv və sakit tətil etmək istəyirsinizsə, sizə uyğun olacaq. Sadəcə dalışçün oranı nəzərdə tutduğumdan qalmağa yer tutmamışdıq, amma sonda kaş qalardıq dedik. Dalışdan sonra sahildəki restoranların birində oturduq. 1200 tlə 2 çupra, salat, 2 içki təklif edirdilər. Karaburundan şəhərə avtobuslar ən geci 20.00dan çıxır və tez dolur. Əvvəldən rezerv edin mütləq.Ümumi vaxt keçirib bəyəndiyimiz məkanlar bunlardır:Boho Social Pub- məkanın açıq hava terrası və qapalı hissəsi var. İçkilərini sevdik. Qız qıza gecəyə qədər otura biləcəyiniz yerdir. Biz gedəndə uşaqla gələn ailə də vardı. Saatlara görə endirimli menyuları da var.Alaçatı Alaköy pastanesi- bura doğum günüm üçün getmişdik. Doğum günüm olduğunu biləndə şam, hədiyyə peçenye verdilər. Fərqli çayları var. Biz tropikal çay, çiyələkli julet tort, profiterol və antep fıstıqlı kazandibi götürdük. Mən normalda kremli tortları həvəslə yeməsəm də, çiyələkli tortu çox bəyəndim. Utanmasam, kremə nə qatmısınız soruşacaqdım Esma Cafe Craft Alaçatı- istidən sərinləmək üçün məkan axtaranda təsadüfən qabağımıza çıxdı. Məkanı işlədən bəy çox incə biri idi, mən hətta bir az Vedat Milora bənzətdim. Kafedə demək olar, hər şeyin bir hekayəsi var. Kafenin adı isə əziyyətlə təkbaşına uşaq böyütmüş, çox sevdiyi qaynanasının adından gəlirmiş. Çeşme kahve-burada geriqayıtmamışdan öncə oturmuşduq. Qaldığımız otelin küçəsində idi. Qiymətləri götürdüyünüz şeydən asılı olaraq, Bakı və Bakıdan aşağı səviyyədə idi.Bir də bizim qaldığımız otelin küçəsində dadlı dondurmalar var idi. Məkan adı kimi təəssüf ki, yadımda qalmayıb. Bir topun qiyməti max 60 tl idi və dadlı idi həqiqətən. Biz antep fıstıqlı dondurma aldıq, yediyim ən yaxşı fıstıqlı dondurma ola bilər, içində bütöv fıstıqlar vardı.

227 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!