831 dəfə oxunub

Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel

Keçən gün səhifədə səyahətdə olarkən edilən səhvlər adlı bir post paylaşılmışdı. O səhvlərdən birini edərək yaşadığımız çətinliyi və başımıza gələn hadisəni yazmaq istəyirəm. Başladıq 

28577093_1877028595702536_6122122936859037095_n

Başlıq isə belədir - Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel. Deməli 2017-nin avqustunun sonlarında yaydan planlaşdırıb öncədən xəritəsini cızdığımız, bilet və qalacaq yerlər rezervasiya etdiyimiz 25 günlük avropa turuna çıxdıq. Başlayacağımız ölkə Almaniya idi. İlk şəhərimiz də təbii ki Berlin. Planımız Almaniyanin bir-iki şəhərini gəzib növbəti ölkələrə keçmək idi. Polşada yaşadığımız üçün elə yaxındır deyib avtobusla yollandıq Berlinə. Airbnb aplikasiyasını yeni keşf etdiyimiz səyahətimiz idi. Elə qalacağımız yerləri onun vasitəsiylə seçmişdik. Yeri gəlmişkən məncə əla aplikasiyadır. Xülasə gəlib çatdıq Berlinə-Avtovağzala. Elə ilk düşən kimi bir azərbayccanlı görüb yerli kimi salamlaşdıq  Xəritəmizi açdıq və avtovağzaldan qalacağımız yerə yarımsaatlıq məsafəni necə və hardan gedəcəyimizə baxdıq. Yaxınlıqda dəmiryolu stansiyası var idi.. Elə ən yaxşı variant da qatar olduğu üçün fikirləşmədik və stansiyaya girdik. Hardan hansı qatarın hara getdiyini dəqiqləşdirmək çətindir çünki ilk gün üçün Almaniyada dəmiryolu şəbəkəsi olduqca qarışıqdır. Stanisyada dəmiryolu xəritəsindən gedəcəyimiz dayanacağın adını axtarırdıq. Kənardan çiynində turist sumkası ilə transport xəttinə bələd olmadığımız görünmüş olmalıdır ki, biri bizə yaxınlaşdı və həddindən artıq səmimiyyətlə hara getməli olduğumuz soruşdu və çox rahatlıqla hansı qatara minməli olduğumuzu deyib böyük gülümsəmə ilə yanımızdan ayrıldı. Adam gəlib bizə yol göstərənə qədərki vaxtda xəritədə təxmini hardan gedəcəyimizi aşkarlamışdıq. Amma adamın bizə dediyi istiqamət tamamilə fərqli idi. Yoldaşım dedi ki içimdəki mükəmməl yön hissim bizim haqlı olduğumuzu, adamın mənasız səmimi olduğunu və bizi aldatdığını, yanlış istiqamətləndirdiyini deyir. 1-2 dəqiqəlik diskussiyadan sonra öz seçdiyimiz qatara mindik.. Adam bizə səhv yol göstərmişdi. İndiyə kimi hələ də başa düşməmişəm adamın məqsədi nə idi. Bu arada gedəcəyimiz yer üçün 2 qatar dəyişməli idik. Nə isə nəhayət gəldik çatdıq lazım olan stansiyaya. Sən demə burdan qalacağımız hostelə 15 dəqiqəlik yerimə məsafəsi var. Bu 15 dəqiqəlik məsafəni unutmayaq hərşey bunla başlayacaq  Avqusta görə hava olduqca " sərin " idi.Qaldığımız otaq iki nəfərlik idi.Amma otaq haqqında danışmaq istəmirəm.Yadıma düşdükcə stres keçirirəm  Onu deyə bilərəm ki o "sərin " havada çöldə yatsaq daha isti olardı 

28575806_1877028762369186_868354084374431979_n

3 gün Berlində olduq. Olduqca gözəl şəhərdir. Berlinerdoma aşiq oldum. Möhtəşəm idi. Amma Berlin haqqında yazmayacağam. bu haqda bundan əvvəl yazmışdım .Həmçinin çoxları olub və haqqında məndən də yaxşı yazmış olarlar. Berlindən sonrakı gedəcəyimiz şəhər Hamburg idi. Biletimiz səhər saat 8 ya da 9a idi tam yadımda deyil. Həmin avtovağzala gedəcəkdik. Axşamdan 30-40 dəqiqə tez çatsaq rahat olar deyərək çıxmaq saatımızı dəqiqləşdirdik. Həm yerimə məsafəsinin 15 dəqiqə olmağını hesablamadıq həm də baş verən hadisənin ola biləcəyini  Səhər rahatca stansiyamıza gəldik. (Bu arada Berlində stansiyalar olduqca maraqlı idi. Bir neçəsi mənə Harry Potter filmindəki stansiyanı xatırlatdı.) Çatan kimi qatar gəldi gözləmədiyimiz üçün çox sevindik çünki qatarlar 10 dəqiqə arayla gəlir. Mindikdən 2 dəq sonra yoldaşımın üzündəki şok və həyəcanla mənə baxıb " bilet almadıq " deməsiylə sevinc filan qalmadı . Almadığımız yadımıza düşməzdi əgər hər iki tərəfdən gələn bilet yoxlayanları görməsəydik. İçəridə bilet almaq üçün avtomat da yoxdur. Olsa belə böyük ehtimalla bağlamış olurlar. Fikirləşdim aradan astaca arxaya keçək ama hara belimizdə dağ boyda sumkalarımızla birinci biz görünürük  Dedim iki ayrı istiqamətə gedək. Çətini birini tutana qədərdir sonra heçkimi yoxlamırlar. Yoldaşım deyir yox e yox qanunu çeynəmişəm ödəməliyəm. Beni bırak sen git :) Gördüm tərpənmir sakitcə bəxtdən adamlar görmədən keçdim arxa qapıya .Və bu sırada uzaqdan adamların yoldaşımı necə əhatəyə aldığını müşahidə edirəm:) Tez tərpənmiş oldum. İki nəfərin cərimələnməsindənsə bir nəfəri qurban verməli olduq  Cəriməsi səhv etmirəmsə 60 ya da 80 euro idi. Kefimizi pozmamağa çalışırıq çünki qarşıda hələ gəziləcək yerlər və 20 günümüz var. Qatardan düşdük və ikinci qatara minməliyik. Eyni hadisəni yaşamamaq üçün bilet alaq dedik. Konsert indi başlayacaq. Bilet avtomatlari işləmir ya səhər olduğu üçün idi ya da başqa səbəbdən idi. Tapdıqlarımız da kartla işləmir və yalnız qəpik pul götürür. Üstümüzdə də kifayət qədər qəpik yoxdur. Avtobusun çıxmağına yarım saat qalır. Gedəcəyimiz stansiya sayısı 12 . Birtəhər bilet alıb mindik qatara. Hər stansiyaya 2 dəqiqəyə çatsa 6 dəq qalır. Avtovağzalla dəmiryolu stansiyası arasındakı məsafə 400-500 metrdir. Plan sadədir: düşən kimi qaçmaq  Amma nə deyib Jhon Lennon həyat sən planlar qurarkən başına gələnlərdir. Nəisə biz stansiyamıza çatanda artıq 2 dəq qalmışdı. Qatar dayanan kimi özümüzü sürətlə çölə atdıq və belimizdəki ağır sumka ilə həyatımızım qaçışını gerçəkləçdirdik. Elə qaçaraq yolu keçəndə bir flixbus gördük ki avtovağzaldan çıxır çox doğma göründü. Ama hələ1 dəqiqəmiz var idi. Gəldik çatdıq ki avtobus yoxdur. Çıxan elə bizimki imiş. Daha nə etmək olar deyib 2-3 qat bahasın yarım saat sonra gedən avtobusa biletimizi alıb Hamburga yola düşdük. Sözümün canı həqiqətən ucuz olsun deyə etdiyimiz şeylər əksərən əlimizdə partlayır  Postda da deyildiyi kimi astarı üzündən baha çıxır. Hələ növbəti postumda Almaniyadan İtaliya yenə qənaət edək deyerəkdən aldığımız bilet və hava limanına hansı zülümlərlə getməyimizdən və eyni minvalla İtalyadaki macəradan danışacam. Ancaq bunlar hamısı bizə təcrübə oldu artıq daha ağılla qərarlar verərək səyahət edirik.Uzun post oldu bilirəm. Ümid edirəm oxumaq maraqlı olar. Bol səyahətli günlər dostlar 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nurlana Ibrahimli

 

 

 

 

 

 

DİGƏR BLOQLAR

Səyahət əvalatları - Lokau

????????????????Deməli səhər saat 6-da, siz şirin yuxunuzda, isti çarpayınızda yuxu görərkən, mən düşmüşəm Bregenz (Avstriya) çöllərinə. Payız sabahı, zülmət qaranlıq, Alpların soyuğu, bundan gözəl nə olar bilər?! Şəhərdaxili 18 km gəzərək, yol aldım 4-5km məsafədə yerləşən Lokau (Lochau) qəsəbəsinə. Ümumiyətlə, Avstriyanın bu regionunu ümumi gördüyüm təbiətlə vəhdət təşkil edən şəhərlər arasında (Norveç istisna) ən çox sevdiyim yer oldu. Uzun sözün qısası, Konstazns gölünü qırağı ilə gəzə-gəzə gəldim Lokauya. Deməli, Lokau müasir evlərdən ibarət dağətəyi (Erdenberg dağları) bir zonadır.Məndə neçə saatdı nə normal bir kafe, nə də mağaza tapmamışdım deyə çox acmışdım. Onunla da hələ 25-ci kmi yeriyirdim, çantanın da ağırlığı ayrı bir dərd, təxminən minimum 12 kq olardı. Deməli, bir supermarketə rast gəldim və daxil oldum içəri. Norveç balığını (konserv) görübdə almasam ayıb olardı, bir ədəddə Isveçrə inəyinin südündən hazırlanan ayran ????İndi deyəcəksiz ayran hara, balıq hara ???? olur arada, boş verin. Deməli, mən indi bu "ləziz təamları" yaşıllıqlar əhatəsində, mənzərədən feyziyab olaraq yeyib enerji yığmaq üçün otların üzərində oturmadım çünki yaş idi ???? Bir təhər enerjimin son damlasına qədər yeriyib bir skamya tapdım. Kabab qonaqlığındaymış kimi, elə oturub yeməyin qapağını açıb, ayrandan bir qurtum içirdim ki, bir də gördüm mənimlə üzbəüz evdən bir qadın çıxıb, qoyub üstünə:- Sie zahlen zad, ich die "Polizei" rufen falan fılan ????Məndə yaxşı eşitmədim aclıq başıma vurduğundan ????Məndə öz növbəmdə: What happened? What is problem? I am sorry but I don't understand falan fılan. Gördüm bu keçmir, dedim yəqin ingilis dilindən zəhləsi gedir, başladım fransızca hücuma: madam eskuze mua, pağle le pax fonse falan fılan ağlıma gələn bütün fransızca sözləri reperler kimi dedim ????Gördüm yoxe xanım elə dediyin deyir, mən isə konkret yoxam, o qədər yorğunam ki, xanımı eşitmirəm. Xanım evdı daxil oldu. Dedim əşi yəqin hərşeyə deyinən avropalılardan biridir yəqin şalvarımın rəngi onunçün uğursuzdur, deyinib ????. Birdə gördüm xanım yenidən qapını açıb şayze falan əlində kamera məni çəkir və anidən polize deyə deyinir, ilahi, bu nə sınaqdı mən çəkilirəm, polis deyəndə aclıq söhbəti qalar, bunların da polisinə belə yüngülvari söhbətlər lazımdı elə ????Bir əlimdə ağır çanta, bir əlimdə də yemək, ayran da qaldı skamya da (yanıram yanıram, onu içə bilmədiyimə ????). Yeməkdən əsər əlamət qalmadı, necə qaçmışamsa???? Özüdə yolu enişə tərəf yox, yoxuşa doğru çıxıram, ilahi axı niyə belə?! Sən demə qadın elə bilib ki, mən əlimdəki telefonla bunun evini çəkirəm, yazıq mən ????Deməli, artıq Lokaunun gözəlliyi həmin an gözümdən "itmişdi", 5 km qatar stansiyasına doğru gedib, Almaniyanın Avstriya ilə qonşu Lindau şəhərinə. Forsmajor elə gedirəm ???? Nəysə, aldım OBB Avstriya dəmir yollarından 2 avroluq bilet, Lokaudan Lindauya. Siz siz olun Lindauya nəğd pulsuz getməyin, şəhərdə hansı mağazaya, hansı restorana, hansı yerə getdimsə only cash, only cash, only cash.....Burda konkret çürüyürəm hər şey nəğd, məndə həmişə kartdan istifadə edən adam. Aldım bir DB Almanıya dəmir yollarından bilet, yollar Münxenə, heç sevmədim Münxeni dəlixana bir şəhər, dilənçi en qədər. Təsəvvür edin, vaqona daxil olanda bileti, pasportun yoxladılar dedim okey prosedura, amma yatmaq üçün başımı qoyurdum ki, bir də gördüm düz 3 polis gəldi, ağlıma o dəyqə həmin qadın gəldi, dedim yüz faiz şəklimi falan çəkib ötürüb polislərə. Nəsə polislər aldılar pasportu göndərdilər yoxlamaya heç nə başa düşmədim, deyirəm bu qədər yoxlama nə üçündür, axı mən 2saatdan çox olan yolda yatmaq istəyirəm yorğunam, özü də axşam saat 10:00.Qatarda düz 40 dəfə polis gedib-gəlib yoxladı məni, yuxuma konkret haram qatdılar, 5 dəqiqədən bir gəldilər ki, hey man, hey Mr. qalx ayağa qadasıƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎Royal Planck‎ ?

1415 dəfə oxunub

Bilet 9 eur, cərimə 35 eur

Deməli keçən ilin dekabrında Sədaqətlə avropa turumuzun başlanğıc şəhəri olan Sofiyaya getmişik. Ancaq bundan qabaq Səyahəti planlayanda o qədər econom econom dedik ki, cəmi 18 manata wizzair-dən təyyarə bileti aldıq, qalmaq məsələsinidəki couchsurfinglə həll elədik. Cəmi bir gecə qalacağımız sofiyada o qədər yer görmək istiyirik ki, heç bolqar bolqarlığıyla bir həftəyə onu çətin çatdırardı.Bəlkədə həmin vaxt üçün google statistikasını araşdırsanız bizim ip sofiyada best places axtaranlar siyahısında öndə çıxardı. Adam nə qədər eyni şeyi axtarar?Xülasə bir neçə yerin siyahısını çıxarıb telefonda screenshot edib düşdük küçələrə. Məqsədimizdə təcili vitoşa dağına getməkdi.Qabaqcadanda youtubeda videolara baxıb təxmini bilirdik ki necə gedəcəyik amma həmin variant alınmadı. Nəsə elə alındıki bütün planımız alt-üst oldu, axırda çarəsiz qalıb couchsurfingdə bizi qonaq edəcək minkaya yazdıq ki, ay minka gəl bizi soyuq sofiya küçələrindən yığışdır.Oda sağolsun çox çəkmədiki başında beretka papaq gəldi. Təcili üzdə avropa suni gülüşünü bol edib bir birimizə xoş sözlər falan getdik şəhəri gəzməyə.Sağolsun şəhəri o ki var gəzdirdi. Day sofiyanın mərkəzində o məşhur yer qalmadıki bizi aparmasın.Şəhəri bezənəcən gəzdikdən sonra yollandıq evə. Həmin vaxtlarda milad ərəfəsi olduğundan bunun aşpaz həyat yoldaşı, uzaq qafqaz ölkəsinin iki növcavanıçün bütün bayrama xas naz nemətləri düzüb stolun üstünə. Amma hamısı yağsız ????Bir azda acdığımızdan elə tez tələsik yeməyi yeyib hərə öz yerinə keçib yatdıq.Ancaq qabaqcadan wizzair ticketləri çıxarmaq üçün girdim internetə özümkini check in elədim. Qaldı Sədaqətinki. Onuda dedim özü eləsin. Düzü məndə həmin vaxtlar ingilis diliylə əməlli problem yaşadığımdan demək olar çətinliklə check in etdim. Fikirləşdim Sədaqət daha tez edər. Çünki dili normal bilir.Nəsə mən yatdım.Səhər açıldı görürəm hələdə check in etmiyib sədaqət. Tez sayta girdim gördüm qeydiyyat bitib. Bir azda gecikdiyimizdən tələm-tələsik taksi çağırıb yarım saatlıq yolu 17 dəqiqəyə çatdıq aeroporta. Tez içəri girib qabaqcadan növbə mədəniyyətinə əməl edəcəyimizlə bağlı verdiyimiz sözü müvəqqəti ixtisara salıb sıranı o ki var yarıb keçdik qabağa. Camaat görürük əməlli qışqır bağır salıb. Baxdıq narazılıq var, bir tərəfdəndə biletin biri yoxdu. Vaxtada 10 dəqiqə qalıb. Sırada ki, ucsuz bucaqsız. Cəld yaxınlaşdıq nəzarətçiyə ki, bəs deməssən başımıza iş gəlib sən allah bunu düz qoş elə gedək italiyaya. Əhd etmişik, söz vermişik falan. Buda olub bir nemes elə hey deyirki cərimə. Biz dil-boğaza qoymuyub elə hey nəyəsə cəhd edirik bu iki ayağını bir başmağa diriyibki yox e 35 avro verib biletin cəriməsini ödəməlisiniz. Bir tərəfdəndə vaxt daralır. Elə təyyarə 3-4 dəqiqəyə havaya qalxacaq.Biletin qiyməti 9 avro amma cəriməsi 35 avro.Xülasə cəld o 35 avronu verib qara naməni aldıq. Sürətlə camaatı yarıb bütün dillərdə heçdə xoş olmayan sözləri yaddaşa yazıb keçdik ön sıralara. İndi yoxlamaya çathaçatdı amma görürük bir azda geciksək vəssalam day qaldıq burda. Bütün hər şey gələcək burnumuzdan. Elə bu vaxt Sədaqət tez bir qadından qabağa keç sumkaları at yoxlama stoluna. Arvadda başlıyıb deyinməyə. Nəsə buna məhəl qoymadan, arada şampunuda zibil qabına atılan yerdə qəmli-qəmli izləyib birtəhər keçdik yoxlamanı. Hesablamalara görə təyyarə artıq 15 dəqiqədir ki göydə olmalıydı. İnandırım sizi ordan necə qaçdıqsa özümüzü zorla çatdırdıq təyyarəyə. Elə biz çatan kimidə həmişə gülərüz olan stüardessalar zəhrimar sifətlə qaçhaqovla yerimizi göstərdiki birdə gördük üje tərpənirik.İndi bizi bir gülmək tutub ki day heç görülməmiş kimi.A kişi 9 avroya bilet alasan 35 avro cərimə ödəyəsən.Paylaşdı: Tural Semedov

1177 dəfə oxunub

Səyahət əhvalatları - İtaliya

Rimindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər vaxtınız xeyirli ve maraqlı olsun, Gəzəyənlər )Tövbə-tövbə ... İlk və axırıncı kollektiv səyahətim .İlk İtaliya macəramdan söhbət açmaq istəyirəm .2013 ildi , Martın 18-i qızım məktəbdən 14 günlük İtaliyaya yola düşəcək . Tək getməsin deyə, mən də bu 23 nəfərlik qrupa qoşuldum . Məndən böyük bacım var, ona da dedim, uçduq Riminiyə ) Adama 1400€ ödəmişik, bura daxildi : aviabilet, səhər +axşam yeməyi +otel 4* //hər günə 2€ vergi haqqı daxil deyil // və Roma + Venesiya+ r-ka San Marino + Florensiya + Vatikana getmək.[caption id="attachment_1072" align="aligncenter" width="551"] San Marino[/caption]Deməli, 6 qün Riminidə qaldıq , oradan hər qün bir şəhərə yollanırdıq (Piza, Qenuya, Verona Milan, Bolonya) .İlk gündən xəstələnmişəm, ağzımın-burnumun suyu , boğazım qatışıb bir-birinə ) Yeməkpərəst deyiləm, amma bu İtaliyada ürəyim kənd toyuğunun bulyonunda bişmiş, göylü-göyərtili qaynar-qaynar sup, bir də kəkotulu, dəmli çay istəyir )Hər səhər 10 cür kruassan, 7 sort yumşaq- bərk pendir, 5 vid’də yağ və yumurta , paket çayı görəndə gözlərim qaralır ???? Şam yeməyinə də - mal, toyuq, donuz əti + düyüdən, paxlalılardan qarnir və çiy ???? bişmiş MAKARON ???????? Birdənə də olsun nə meyvə, nə tərəvəz, nə göy-göyərti menyuda yoxdu . Heç doğranmış kələm, bibər belə süfrəyə qoymurlar ????Əvvəllər, 7 il vegetarian olmuşam ( yumurta, ət, balıq və onlardan hazırlanmış heç bir yeməyi dadmamışam ) . Bu səbəbdən də meyvəyə və göyərtiyə çox meyilliyəm . İndi ət yeyirəm , amma halal olmayan ətə və onunla bir verilən qarnirə ,acından ölsəm də, toxunmuram.[caption id="attachment_1073" align="aligncenter" width="551"] Florensiya[/caption]Günortanı şəhərdə yeyirik , oda ki ayaq üstü pizzayla falan keçiririk )Nəysə, 6-cı günümüzdü - Bolonyadayıq . Şəhərə çatan kimi , bacımla mən qruppadan ayrılırıq və özbaşımıza dolanırıq . Şəhərdə gəzdik-fırlandıq , alış-veriş etdik və...????????Ay qardaş , qəfildən elə bil məni atdılar vosmoyun(8) bazarına ???? Qadan alım, ara küçələrdə bir bazar var , bir bazar var ???? İndi bilmirəm sevinəm, bilmirəm hirsim’dən özümü çırpam Bolonyanın bu dar küçələrinə , bilmirəm ağlayam))) Day nələr yoxdu ... Göy-göyərtinin iyi adamı bihuş eliyir . Görməmiş kimi, lazım olanı da aldım, lazım olmayanı da .Düzünü desəm, yeməyə meyilli adam deyiləm. Ay nəfsim nəysə istəsin, tez onu ya bişirim, ya alım yeyim - yox . İtaliyanın havası mənə başqa cürə təsir eləyib ????Uje Romadayıq, şəhərin mərkəz yerlərinin birində otelə yerləşdik .Səhər yeməyi oteldədir, menyu Riminidəkindən az fərqlənir .[caption id="attachment_1074" align="aligncenter" width="549"] Neapol[/caption]5-10 dəqiqəlik aralıqda xudmani, çoox simpatiçni restoran var, şam yeməyinə ora gedirik. Bizi restoranın şefi, tipik italyan sifətli, pozitiv Mario qarşıladı ) Dedi ki : “ Mən çox tanınmış aşbazam, ona görə ki xanımım 11-ci uşağımıza hamilədi, klinikadadı və körpənin doğulmasını gözləyirik. “Sonra bizə İtaliyada “bərk gedən “, yüksək tirajlı jurnal gösdərdi - üst vərəqədə şef-Marionun fotosu və ailəsi haqda məqalə )Nəysə, yeməyimizi gətirdilər. Pomidorlu-bibarlı ət qızartması, etli-göbələkli sup, kotletlə+spagetti. Mən yemirəm, Mario yaxınlaşdı mənə. Niyə yemədiyimi soruşdu, mən də anlatdım.Girdi qoluma, apardı məni mətbəx zonasına. 4 yaraşıqlı qaraqaş-qaragöz oğlanlarla məni tanış elədi. Dedi ki: “Bunlarda müsəlmandılar, başıma bəladılar, qazanları da, çömçələri də ayrıdı. Sən bizim qonağımızsan, hər gün daa 4 yox , 5 personluq - sənə də yemək bişirəcəklər .”Bax beləəə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi‎  

891 dəfə oxunub

Arzular şəhəri - Barselona - Səyahət əhvalatları

Salam əziz gəzəyən dostlarım. Həmişə həyatımda qonşu ölkələrdən savayı ilk gəzməyə getmək istədiyim ölkə İspaniya, Barcelona olmuşdur. Lakin tələbə vaxtı elə şansım olmamış, ancaq İran, Gürcüstan, daha sonra Türkiyəyə gedib gəzmişdim. 2018-ci ildə oteldə resepşn işlədiyim vaxtlar qəşəng dvijeniyalar edib qonaqlara hər cür info dəstək göstərib , “Lazım gələndə” pulsuz gəzdirirdim. Bu qonaqlardan da biri İspan vətəndaşı idi, özü də Barcada yaşayırdı. Gəzdirdim onu Bakıda, şəhərimizin füsunkar mənzərələri ilə tanış elədim. Mənə çox minnətdar olduğunu və nə vaxt istəsəm Barcelonaya gedə biləcəyimi söyləmişdi. Katalanların krisa olduğunu eşitmişdim amma dostum çox ürəyi açıq və panyatkalı biri idi. Mənlə tez-tez əlaqə saxlayıb, Bakı üçün çox darıxdığını bildirir və qonaq dəvət edirdi. Daha sonra otel işi bitdi və dövlət işinə qəbul olundum və bu mənim üçün rahat visa imkanı demək idi. İlk iş İspaniya, daha sonra da getmişkən Portugaliyaya dəymək olmuşdu. Ən maraqlısı isə Formula-1 vaxtı cəmi 2-3 saatlıq tanış olduğum “Tanışımın-tanışı”-nın Lissabonda yaşaması idi. Bu da Lissabonda pulsuz ev demək idi haha. Qaqama yazdım ki nə var, nə yox dedi hər şey bomba kimi dedim bəs gəlirəm Portuqaliya tərəfə, dedi qonağım olassan gəlməsən inciyərəm zad. Plan hazırdı Yerlər tapılıb. 3 iş günü ərzində viza alındı. 2 ay öncə bilet alınmışdı. Çox xoşbəxt idim “Barselonaya gedirəm” Gedəcəyim gün 17 oktyabr xəbərlərdə baxdım ki nəəəəəəəəə Şəhər dağılır. Mitinqlər başlayıb, aeroport işləmir. Bəxtimə bax. Kefim lap pozulmuşdu. Axşam Barselonaya çatdım küçədə müharibə idi elə bil. Rəsmən baqajı yerə qoymamış dərhal Bakıya qayıtmaq istəyirdim. Dostum məni qarşıladı dedi ki, fikir eləmə səhər oyananda hər şey fərqli olacaq. “Enjoy the view, bro You will never see it in Azerbaijan”. Ya Allah deyib yerləşdim. Həqiqətən də səhər oyananda sanki gecə zibillərin göydə uçduğu şəhərin o olduğuna inana bilmirdim. Kefim düzədi başladım gəzməyə. Günə 25-30 km gəzmək olar?((( Lap haldan düşür adam . Gəzdim çoxlu, yedim polnu, Barselona, Porto, Lisbon hamsını gəzdim. Çox xoşuma gəlmişdi. Bircə bir parkın işləmədiyi üçün getməməyimə heyfisləndim. İnşallah növbəti səfərim Mart ayında Pribaltika ölkələrinə olacaq. İnşallah gedib qayıdıb post paylaşacam. Düzü orda da host edəcək dostum var. Oxuduğunuz üçün və qrupda paylaşdığımız suallara cavab verdiyiniz üçün hamınıza təşkkür edirəm əziz gəzəyən dostlarım. Ümumiyyətlə yeni bir ölkəyə gedib oranı gəzməyin yerini nə verə bilər ki?)) Yeni atmosfer , mədəniyyət, yemək, macəra və s. Hamısı həyatın insanı cavan saxlayacaq hisslərindəndir məncə. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Qurban Karimli

1938 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!