2747 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti – 2-ci hissə

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Əvvəlki postda qeyd etdiyim kimi, Albaniyaya bileti İstanbul üzərindən almışdıq: İstanbul-Tirana-İstanbul 240 AZN. Bu səyahət planımızda Albaniyanı sadəcə tranzit kimi keçməyi nəzərdə tutmuşduq. Məqsədimiz Montenegro-Bosniya Herzeg-Serbiya turu etmək idi. Ancaq Albaniyada bizə gəlmişkən Adriatik sahillərində Saranda, Vlore, Ksamil kimi gözəl yerlərə də baş çəkməyimizi məsləhət gördülər və planlarımız dəyişdi. Tiranaya çatar-çatmaz ilk öncə yollandıq beynəlxalq avtovağzala 23 Euroya Tirana-Budva biletimizi aldıq, çıxdıq 5 saatlıq bir yola, gecə saat 11-də Budvaya çatdıq. 100 Euroya 3 gecə 4 günlük apart kirayələmişdik booking.com-dan, həm dənizə yaxın, həm mərkəzə. Montenegroda aktiv istirahətə üstünlük verdik.

İlk günümüzü Budvada keçirdik. Budva plajında sanki Odessadasan, şəhər ancaq ruslardan ibarətdir sanki. Budva Old Townu gəzdik. Həm tarix, həm təbiət, həm dəniz - üçü bir arada hər kəsin istirahət zövqünə uyğun bir yerdir. Qiymətlər digər Avropa ölkələriylə nisbətdə çox ucuzdur. İnsanları çox yardımsevərdir. Bir də yeməklərinin porsiyası hədsiz çoxdur, 1 porsiya 2 nəfərə kifayət edir, büdcənizə qənaət etmiş olursunuz. Restoranlarda yeməklər 8-15 euro civarındadır, amma daha ucuz yeməkləri dənizkənarı fastfood cafelərdə tapa bilərsiniz, məsələn, böyük pizza dilimi 1,5-2,5 euro arası, giros (bildiyimiz toyuq dönəri) 2-3 euro və.s.

66980032_2945662562171719_3553610796309151744_n

 

67063969_2945662318838410_161038871050584064_n

Budvada edilməsi mütləq olan Cruis turudur-18-20 Eurodur, tam bir gününüzü alır, Blue Cavede üzmək çox maraqlıdır. Saat 9-dan sonra isə gənclər üçün gecə həyatı başlayır, dənizkənarı boyunca gündüz yemək xidməti göstərən restoranlar gecə cluba çevrilirlər. Amma qiymətləri barədə məlumatım yoxdur.  Əlavə olaraq Budvaya avtobusla 15 dəqiqə məsafədə Sveti Stefano adası yerləşir. Ada 1 oteldən ibarətdir və içəri giriş otel sakinlərindən başqa hər kəsə qadağadır. Amma adanın ətrafında dənizin suyu mükəmməldir. Mütləq baş çəkin və hətta biz dənizə girəndə axşam saat 8-9 idi, mükəmməl bir hissdir. Tərtəmiz su və tək-tük insanlar var.

 

66684470_2945662405505068_2859626402913714176_n

 

67247026_2945662488838393_354223175719976960_n

İkinci günümüzü Kotor Bay turu etdik, amma turla yox, özümüz. Beləliklə büdcəmizə qənaət etdik. Şəhərlərarası avtobus xərcləri bir istiqamətdə 2-5 euro arası dəyişir məsafədən asılı olaraq. İlk dayanacağımız Kotor oldu. Kotor Budvadan daha kiçik, daha sakit və də daha şirin yerdir. Şəhəri tam gəzmək üçün 3 saat kifayətdir. Demək olar ki, bütün restoranlarda ən azı 1 ofisiant türkcə bilir, ingilis dili səviyəniz yoxdursa, türkcə danışa bilərsiniz. Kotorda mütləq edilməli olan: Kotor qalasının ən yüksək nöqtəsinə çıxıb şəhəri bir nöqtə kimi seyr etməkdir. Qalanın ən hündür zirvəsi 2 km-dir, ancaq hava isti olduğu üçün səhər günəş çıxmadan getmək məsləhətdir.

67242926_2945662715505037_8932108967115489280_n

Biz cəhd etmədik ona görə də. 3-4 saatlıq Kotor gəzintisindən sonra yollandıq Perast qəsəbəsinə. Perast kiçik balıqçı qəsəbəsidir, hətta o qədər kiçikdir ki, qəsəbə sadəcə sahilboyunca bir küçədən ibarətdir. 1 saat Perast üçün kifayətdir. Perastdan Our Lady of the Rocks adasına bot taxi ilə 5 euroya getdik və döndük. Ada sadəcə 1 kilsədən ibarətdir, ama Perasta gözəl mənzərə açılır. Gedib görməlisiniz. 2-ci gün üçün sonuncu dayanacağımız Herzeg-Novi oldu amma başımıza gələcəklərdən xəbərsiz idik. Herzeg-Noviyə çatar-çatmaz Budvaya geri dönüş üçün bilet almaq istədik, amma tapana hədiyyə düşür dedilər. Burda birşeyi anladıq: Balkanlarda nəqliyyat sistemi çox aşağıdır: Bir-birindən 2 saatlıq məsafədə yerləşən şəhərlər arasında ən sonuncu avtobus axşam saat 5-6 arası yola düşür. Biz isə Herzeg-Noviyə elə saat 6-da çatmışdıq. O saatdan sonra evinə qayıtmağa bir avtobus tapsan cənnətə düşmüsən deməkdir.???? Taxi isə azı 60-70 euro qiymət oxuyur insana. Artıq gəlmişik, onsuz ya burda gecələyəcik ya başqa bir çarəsinə baxarıq, kefimizi pozmayaq, gedək şəhəri gəzək deyərək düşdük Herzeg-Novinin küçələrinə.

6825866abf6ddc014340326b35addd51_XL

Burada digərləri kimi dar küçeleri ile xoş gelen Old Town, sahili canlı həyatı ilə ürəyimizi oxşadı. Restoranda qiymətlər elə Budva, Kotor kimidir, hər büdcəyə uyğun yemək tapa bilərsiniz. Sıra gəldi Budvaya geri dönməyə, həyatımızda ilk dəfə gecə saat 11-də biraz qorxuyla biraz tərəddüdlə avtostopdan istifadə etdik. Əslində gedəcəyi yer Kotor olan, orada yaşayan bir rus qardaş “gecədir, yollarda qalmayın” deyərək bizi təmənnasız Budvaya qaldığımız ünvana qədər gətirdi, çox çox minnətdar olduq.

Səhərisi gün artıq aktiv istirahətdən yorulmuşduq deyə Bosniya-Herzeg və Serbiyanın əvəzinə çox təriflənən Sarandaya (Albaniya) getmək qərarı aldıq. Bunun üçün ilk öncə Budva-Ulcinj avtobusu ilə Ulcinjə getdik, ordan da avtobusla Tiranaya getməli idik. Amma rəfiqəm avtobusda əşyasını unutdu və o avtobus bir də 4 saat sonra Ulcinjə gələcəkdi, 4 saat gözləməli olduq, nə yaxşı da ki, bu hal başımıza gəldi deyirik hər dəfə yadımıza düşəndə. 4 saatı avtovağzalda oturmaq əvəzinə gəlmişkən buranı da görək dedik və Ulcinj Olt Towna getdik, Ulcinj qalası hər halda Adriatic dənizinə açılan ən gözəl mənzərədir deyə düşünürəm, bir də günəş batımı vaxtına düşsəniz. Elə möhtəşəm mənzərə hələ görməmişdim. Qalanın ən yüksək zirvəsində balıqçı restoranı var. Oranın ən bahalı restoranıymış amma, 1 porsiya kefal, 1 porsiya Pasta, 2 qədəh ağ şəraba 30 euro hesab ödədik. Oradan da xoşbəxt ayrıldıq yola düşdük Albaniyaya.

Ulcinj-Tirana-Saranda istiqamətində gecə yola düşüb səhər 12-də Sarandaya çatdıq. Ulcinj-Tirana 15 Euro, Tirana-Saranda 12 Euro. Saranda paytaxt Tiranadan 5 saatlıq məsafədə bir sahil şəhəridir. Kiçikdir, gəziləcək yerləri varmı? Yoxdur, əsl passiv istirahəti sevənlər üçün ise möhtəşəmdir, sadəcə masmavi sulu dənizi, təmiz plyajı, bir də restoranlarla dolu bir dənizkənarı bulvarı var. Plajı qumlu deyil, xırda daşlıdır. Bir də Bakıdan fərqli olaraq, plajda istədiyin çətirdən istədiyin lejankadan istifadə edə bilərsən, heç kəs səndən 3 manat-5 manat ödəmə tələb etmir. Yeməklər çox ucuz, və porsiya Montenegroda oldugu kimi çoxdur. İnsanları çox gülərüzdür. Yenə booking.com-da tapdığımız bir apartda 3 gecəyə 60 euro ödəyərək gecələdik. Bir də Sarandadan avtobusla 15 dəqiqə məsafədə yerləşən Ksamil adası var, kiçik Maldiv adaları adlandırırlar, bəmbəyaz qumlu masmavi suyu ile göz oxşayır. Albaniyaya getməyi düşünənlər başqa yerlərinə vaxt və pul sərf etməsinlər. Saranda və Ksamilə getmək kifayətdir. 7 günlük Montenegro-Albaniya səyahətimizə 1 nəfərə 400 euro pul xərclədik, aldığımız hədiyyələr, yol xərcləri və.s. daxil.

P.s. Post çox uzun olsa da bütün məlumatları paylaşmaq istədim, bəlkə yararlanan olar deyə.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Roza Ahmedova

 

DİGƏR BLOQLAR

Sehirli bir qış nağılı - Laplandiya bələdçisi

Karantindən istifadə edib yazılmış post:Gələn il üçün edilecek gəzinti listinizə Laplandiyanı əlavə edin✅Çoxdandır etmək istədiyimiz amma heçvaxt zaman tapmadığımız Laplandiya turumuzu 28/02-03/03 tarixlərinə reserv etməyimiz əslində təsadüf deyildi. Öncədən məlumatlanmağımız (həm hava şəraiti, həm Qütb işıqlarını görmə şansı) bizi bu tarixləri seçməyimizə imkan verdi.Biz Laplandiyanın paytaxtı sayılan Rovaniemi 'ye getməyi seçdik, çünki ediləcək çox aktivitelər var idi. Rovaniemiyə uçuşlar heç də az deyil. Biz Helsinki-Rovaniemi uçuşunu seçmişdik.Bilməlisiniz ki, əvvəldən edəcəyiniz aktiviteləri, hoteli, restorani, maşın, avtobus hərşeyi reserv etməlisiniz. Əgər sürücü vəsiqəniz varsa, özünüzlə götürün. Maşın reserv etmək mağazaya və ya şəhər mərkəzinə getmək üçün, və ya gecə Aurora izləmək üçün mərkəzdən uzağa getməyə sizə kömək olacaq . Yox əgər maşın reserv etmək istəmirsinizsə nəzədə saxlayın ancaq seçdiyiniz tur şirkətləri sizi gəlib oteldən götürüb ele otele de qaytaracaqlar, sadəcə reserv edərkən buna diqqət etmək lazımdır. Yox əgər maşın reserv etmeseniz onu nəzərə alın ki şəhərdə taxi çox bahadır, biz 3km üçün 20 euro ödəmişdik. Qalacaq yeri şəhər mərkəzində seçmədiyimiz üçün mərkəzə avtobus 3,50€dur. Bundan əlavə sürücü vəsiqəsi sizə qarda moto ve s kimi aktivitelər etməyə lazım olacaq.Qalmaq üçün cottage seçdik biz, 4 güne 220€ bir nəfər üçün. Içərisində sauna, odun peçi (qiş bund gözəl ola bilməzdi) və yemək bişirmək üçün avadanlıqlar var idi. Biz bunu seçdik çünki ayrıca restoranda yemək hərgün baha olardı, beləcə evdə bişirib, evdə yedik ???? və sauna, hər gecə 90° saunadan çıxıb qarın içində yerimək necə hissdir? Bu elə Laplandların Sauna kültürleri imiş.Biz aktivite olaraq,Husky Park, Reindeer park, Santa Claus Village , Ice restaurant və möhtəşəm Aurora Borealis turları etdik. Getyourguide - saytında turların qiymət ve servis ferqlerinə baxaraq istədiyiniz turu reserv edə bilersiniz. Yazacagim qiymətlər 1 nəfər üçün nəzərdə tutulub.Her biri ayrı ayrı olsa da biz ilk 3 turu, Husky, Reindeer və Santa klaus turunu birlikdə seçmişdik 169€. Öncə Reindeer'lər haqqında məlumat verilir, isti bir otaqda,isti içki və cookie'lər təklif edilir. Sonra marallarla biraz vaxt keçirirsiniz (məsafeli) ve daha sonra marallarla tur edirsiniz. Daha sonra huskylərlə eyni proses, ve nisbətən daha yaxından toxuna bilirsiniz huskylərə. Daha sonra Santa village istədiyiniz qədər vaxt keçirə bilərsiniz sadəcə saat 17:00 de evə qayıdış vaxtı olur çünki Santa Klaus evinə qayıdır ???? və istəsəniz Santa baba ilə şəkil çəkdirə bilərsiniz 1 şəkil -32€ , fürsətdən istifadə edib babadan saqqalının həqiqi olub olmadığını soruşdum "all is really' cavabını aldım, ve s suallar vardı beynimdə, inancım onu maşınına minib evə gedəndə görənə qədər idi???? (bəs marallarla uçmurdu o?), daha sonra Ice Restaurant'da yemək möhtəşəm idi, doğrusu yemək gəlib 5 dəqiqəyə də donurdu, elə biz də donurduq, ancaq yeməyi çox dadlı idi???? 1 adam 99€ .Və Aurora Borealis turu, düşünmüşdük otelden izləyərik ama şəhərdən kənarda daha qəşəng görünür düşüncəsi ilə tur götürdük 89€. Çünki emin idik ki o gece göreceyik. Axşam 19h30da tur şirkəti bizi evdən götürüb geyimlərimizi verib uzaq bir kəndə apardı, hərterəf qaranlıq, -21°, 15-20 nəfər idik, dizə qədər olan qarın içi ilə hərəkət edib kiçik bir dağa qalxdıq Qütb işıqlarını yaxşı görmək üçün. Öncə məlumat verildi hərkəsə və daha sonra kiçik kamplarda manqal etdik və isti içki və o barbecue 'dən dadli heçnə ola bilməzdi, bir de Aurora göre bilsəydik lap xoşbəxt olardıq,hərkəs həyəcanla gözləyirdi kampda. Əslində göy üzündə olan təmizlik bizi ümidləndirmişdi.Birdən tur bələdçimiz kamplardan tez çıxmağı qışqırdı inanmazsınız hərkəs əlindəki barbecue şişlərini bir tərəfə atdı, sosiskalar yerdə idi???? qaçan kim,qarda boğulan kim???? və nəhayət Qütb işıqlarının necə hərəkətli necə incə rəqs etdiyini gördük. O an qeder mükəmməl an yaşamamışam. Bir sürü şəkillər çəkəndən sonra eləcə susub baxmağa önəm verdim. Bir de kiçik bir dağdan baxanda sanki əlini uzatsan dəyəcəkmiş kimi hiss edirsən,o qədər yaxındır. 2saat boyunca eşq yaşadıq ❤ gecə 11de başlayıb saat 1ə qədər seyr etdik❤ və gecə 2də evə qaytardılar bizi. Bəs şəkil necə çəkdik ? Telefonla çəkməyə üstünlük verdik biz, telefonun kamerasini 10 saniyəlik gecə rejiminə qoyursunuz, flash olmadan və əlinizi əsdirmədən,hərəkət etmədən saxlayırsınız. Düzü, əliniz donur ancaq,hər dəfə şəkillərə baxanda 'yaxşı il,getmişəm' cümləsini təkrarlayırsınız ???? Elə həmin gecə bizim cottage'dan da görünmüşdü Aurore. Və növbəti gün şəhərdən evə 1 saat yeriyərək gəldik, burnumuz, kirpiklərimiz,saçlarımız donmushdu amma evə çatarkən yenə möhtəşəm Aurore gördük, necə belə incə incə hərekətli idilər ???? Aurore Boréales applicationunu yükləyib, yaşadığınız ərazidə aurora olub olmağını izləyə bilersiniz. Sadəcə görmək üçün göyün üzü təmiz, qarsız və buludsuz olmalıdır.Laplandiya insanları, yaşayış tərzi ilə bir təcrübə oldu, 5 gün boyu üzgün, esebi, négativ bir insana rast gəlmədim hərkəs gülərüz ve həyat şəraitindən məmnun idi ????Bes Laplandiyada -20 dərəcədə səyahəti üşüyərək keçirməmək üçün necə geyinməli? Laplandiya mətbəxi? Bu haqda melumat lazımdır mı sizə?Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Guliyeva

3931 dəfə oxunub

Alpların kölgəsində 5 ölkə - İsveçrə, Avstriya, İtaliya, Fransa, Almaniya

Hörmətli gəzəyənlər,Birmənalı olmasa da, bilirəm ki, burada olan insanlar təqribi 3 hissəyə bölünüb: Həmişə gəzən, risk edən (fərq etmir tək və ya cüt, büdcə də önəmli deyil)Ailəvi gəzmək istəyən, lakin cəhd etməyə çəkinənSadəcə olaraq commentləri oxumaq üçün girən :)Mən və dostum yoldaşlarımız ilə düşünürəm ki, 2-ci qrupa aid idik, ta ki, 14 günlük Avropa səfərimizə gedənədək.Düşünürəm ki, indi yazacağım post 2-ci qrupa aid olan insanlara çooox xeyr olacaq və onlar da növbəti səfərlərini çox ürəklə planlayacaq. Başladıq :)Öncə Turun planı: Bakıdan Frankfurta - oradan cənuba mümkün qədər çox şəhər gəzməklə sonradan Frankfurtdan Bakıya. Adam sayı 4 nəfər.Bilet: Bakı-Kiev-Frankfurt-Kiev-Bakı: 2 nəfərə 600 EUR, 1 nəfərdə 23 kg bagaj + 7kg və 5kg əl bagajı, digər ailə üzvündə yalnız 7kg əl bagajı. Yəni adambaşı 300 EUR.Transport: EuropCardan Full Kasko olmaqla, 14 gün müddətinə aeroportdan pick up və pick off olmaqla, Opel Astra və ya similar avto üçün 400 EUR ödəmişdik. Gəldiyimizdə Opel Astra yox, Renault Megane hetchbeck oldu. Açığı çox pis olduq. amma ))) Avtomobil 2019-cu ilin, cəmi 15 km getmlş (bir daha qeyd edim cəmi 15 km) full bir avtosu çıxdı. Avtoda olmayan funksiya yox idi. Bir sözlə super.Benzin və digər avto xərclər: Avtomobil ortalama 100km-ə 6.2 litr benzin serf edirdi. Ümumilikdə 2700km sürdüm. Benzinə 260 EUR pul ödədik. + pullu yollar və parkinglər - 150 EUR. Yəni total Transport xərclərimiz 4 nəfər üçün 810 EUR çıxdı (adambaşı 203 EUR).Hotels: Hotellər hamısı 3-4 ulduzlu seçilmişdi (booking sağ olsun), breakfast included (bəziləri 3-4 ulduzlu olsa da, çooox 5 ulduzdan yaxşı idi). 13 günə 4 nəfər üçün 1666 EUR ödədik (adambaşı 417 EUR, günə 32 EUR düşüb)Yemək: İnanın ki, hər şey yeyirdik, gündə bir neçə dəfə pivədən tutmuş, çaynan şirniyyatlaracan - Total cost 4 nəfərə 1293 EUR (adambaşı 323 EUR, 1 günə 23 EUR)Əyləncə, muzey və digər xərclər: Ümumi 4 nəfər üçün 488 EUR. Əsas hissəni Rustda (Ger) EuropaPark (mütləq görməlisiniz - adambaşı 52 EUR giriş və 15 EUR parking, TOTAL 52*4+15=223 EUR) tutdu. Bundan əlavə 76 EUR Swarowski Vattens muzeyi (adambaşı 19 EUR) və 80 EUR gandola da gezinti - Venice. Və digər xərclər.TOTAL Costs 4 nəfər üçün: 5458 EUR, adambaşı 1364 EUR. 2 nəfərdən ibarət ailəyə 2728 EUR.Şəhərlər:Frankfurt (Ger) - yarım dəfə görməyiniz bəs edir, industrial şəhər;Holtzheim (Fra) - Strasburgun yanında balaca bir kənd, Strasburgda Hotellər çoox baha olduğundan ora getmək üçün orada qalmışdıqGoldsheim (Fra) - Holtzeimin yanında yerləşən sənaye kəndi, o ətrafda olan bütün kənd və qəsəbələrin ortasında olan restoranlarla dolu bir qəsəbəStrasbourg (Fra) - Cənnət, mütləq görülməli bir şəhərlərdən biriRust (Ger) - EuropaParkın yerləşdiyi balaca bir şəhər. Oraya mütləq getməlisinizBelfort (Fra) - İsveçrədə Hotellər çox baha olduğundan sərhəddə olan çox gözəl, xudmani bir şəhərBiel/Bien (Swiss) - 1 dəfə görməli olduğunuz göl ilə əhatə olunmuş şəhərBern (Swiss) - Cənnət kimi gözəl paytaxtThun (Swiss) - şəkillərdə gördüyünüz İsveçrə, mütləq görülməlidirLuzern (Swiss) - Daha bir cənnət İsveçrə şəhəriMilan (İta) - Pafosun paytaxti. Amma mən çoox bəyəndimVicenza (İta) - İtaliyanın şərqində olan çooox gözəl bir şəhərVenice (İta) - 1-cə dəfə görülməli olan şəhərGotzheim (Aus) - Avstriyanın Alp dağlarına aid olan, qış turizm mərkəziİnnsbruck (Aus) - Avstriyada olan çox gözəl, dağ turizm şəhəriWattens (Aus) - Swarowskinin vətəni, muzeyi, mütləq görülməli olan şəhərMünhen (Ger) - Çox gözəl, həm tarixi, həm də modern Almaniya şəhəriNurnberg (Ger) - Başdan ayağa İçəri şəhər kimi olan tipik gözəl Alman şəhəriBir sözlə, 4 nəfər, 18 şəhər, 5 ölkə və 14 gün inanılmaz macəralar.Düşünməyin, planlayın və gedin!Sorry, çox uzun oldu) amma ümidvaram ki, Sizə faydalı olacaq!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Abbasov

1350 dəfə oxunub

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi

Arnavut kaldırımlı taş sokaklarda...Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.Ziya dayı deyir ki, bu gün əvvəlki əyləncəsi qalmasa da, yaşadığı səmti çox sevir və hər baxdığında Allahın onları cənnətdə yaşatdığına inanır. Sonra yenə əvvəlki Arnavutköyü xatırlayır:“Eskiden boğazda tekne elinden yer bulamazdın. Sıra ile dizilirlerdi... Bize yazlık evler, tatil gerekmezdi. Buradan denize girer, yüzerdik. Bazen boğaza atlamak için teknelerin üzerine çıkardık. Şimdi üç-beş tekne duruyor kıyıda. Çocukluğumu, eski komşularımı, mahallemizin o eski kokusunu çox özlüyorum”.Dün, seni gördüm rüyamdaArnavut kaldırımlı taş sokaktaAh bir dili olsa da bir, konuşsaAnlatırdı masumca seni banaBu gün Arnavutköyde gəzəndə 90-cı illərdə məşhur olan Demet Sağıroğlunun “Arnavut Kaldırımı” mahnısını zümzümə edirdim. Məni də bu kimi mahnılar uşaqlığıma aparır...Hə, pandemiyaya görə İstanbulda kafe və restoranlar işləmir. Odur ki, termosumu isti kofe ilə doldurub, çantama bir-iki dadlı şirniyyat atmışdım. Narın yağan yağışın altında, kofemi içə-içə gəzdim Arnavutköyü. Küçədə məndən başqa gəzən qonaq yox idi. Bəlkə də ona görə məhəllə sakinləri hər addımbaşı çay-kofe təklif edir, söhbətləşməyə maraq göstərirdilər.Mən bu məhəlləni çox sevdim, bir gün yolunuz İstanbuldan düşsə, siz də baş çəkə bilərsiniz. Ümid edirəm o zamana qədər pandemiya bitər və buradakı gözəl görünən kafe-restoranların dadını çıxararsınız Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

2564 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti - 1-ci hissə Türkiyə günləri

Salam, dostlar. Mən də ilk məlumatlandrıcı postumu paylaşım qrupda. Bizim səyahətimiz Türkiyədə başlayıb Albaniyada bitən 12 günlük dolu dolu bir səyahət idi. 2 nəfər idik və mənim ailədən uzaq, rəfiqəylə ilk səyahət təcrübəm olduğu üçün narahatçılıqlarım yox idi desəm yalan olar. Gələk əsas məsələyə: Biletləri Bakı-İstanbul-Bakı reysinə Buta Airwayslə 340 AZN-ə, İstanbul-Tirana-İstanbul reysinə Pegasusla 240 AZN-ə aldıq. Qeyd edim ki, daha ucuz ala bilərdik, sadəcə işin ucunda Türkiyə varsa bizim üçün shopping qaçınılmazdır dedik, hər iki istiqamətdə 23 kq baqaj haqqımızdan istifadə etdik və biletlər bizə 580 AZN-ə başa gəldi. Yuxarıda qeyd etdiyim kimi, səyahətimiz Türkiyədə başladı. İstanbulda həm rəfiqəmin həm mənim qalacaq yerimiz olduğu üçü otelə pul sərf etmədik. Mən Sabiha Gökçen Hava limanından Kadıköye AİRBUSla 14 TL-yə getdim, Taxi ilə də gedə bilərsiz təbii ki, amma o qədər məsrəfə ehtiyac yoxdur deyə düşünürəm.Biz daha öncə İstanbulda olduğumuz üçün olmadığımız bir neçə yerə getmək yetərlidir deyə düşündük, yollandıq Dolmabahçe sarayına. Saraya giriş 60 Tl-dir. İstanbula gedib Dolmabahçe sarayını görməmək günah olar deyə düşünürəm, mütləq görməlisiniz.2 saatlıq Dolmabahçe gəzintisindən sonra “Çukur” filmi ilə məşhurlaşan Balat-Fener ərazisini də görmək istədik. Hər kəs öz evini antik butik cafelere çevirib, hər cafe bir tarixdir sanki, yemək qiymətləri 1 nəfərə 40-60 TL civarındadır.Balat-Fener gəzintisindən sonra isə Pier-Lotti təpəsinə çıxıb İstanbulu bir də yüksəklərdən izlədik, günbatımını seyr etdik. İstanbulda ikinci günümüzdə isə Üsküdar Kız kulesi mənzərəsiylə çay içdik, Ortaköyə yollandıq, Ortaköy kumpiri (27 TL) yedik. Boğaz turu mütləqdir İstanbulda, Elə Ortaköydən başlayan boğaz turlarına qatıla bilərsiniz. Biz İstanbul üçün 2 gün yetərlidir deyərək gecə 12:00 avtobusu ilə yollandıq üzü Balıkesir-Ayvalıka. İstanbul-Balıkesir yolu 5 saat davam etdi, Balıkesir-Ayvalık isə 2 saat yarım. Yol xərcimiz gediş 120- dönüş 120 Tl oldu. Ancaq bileti bir neçə gün əvvəldən almaq məsləhətdir, çünki biz çox çətinliklə bilet tapdıq. Ayvalık kiçik bir şəhərdir, 3-4 saat da vaxt keçirmək yetərlidir. Yemə-içmə qiymətləri normaldır, məşhur ayvalık tostunu mütləq yeyin, əgər yolunuz düşərsə. Ayvalıkdan taxi botla (6TL) 20 dəqiqə məsafədə Cunda adası var, Egey dənizinin sahillərində sanki kiçik bir cənnətdir.  Bir az İzmir Alaçatısını xatırladır, amma bura daha sakit və turistlərin daha az olduğu yerdir və Alaçatıdan daha ucuzdur. Meyhaneləri, dəniz məhsulu restoranları ilə məşhurdur, plajları da var, rahatlıqla dənizə girə bilərsiniz. Bir gəzəyən üçün ən mühüm əşya hədiyyəlik magnetlərdir deyə düşünürəm, Cundada qiyməti 3 magnet 10 TL-dir. Əslində Ayvalığa səhər çatıb gecə qayıtmağı düşünürdük, ama bu cənnətdə 1 gün daha artıq vaxt keçirmək qərarına gəldik. Cunda adasında hər kəs evini butik otel və ya pansionat halına gətirib gəlir yeri kimi istifadəyə verib. Ancaq qiymətlər bahadır. 1 gecəlik 2 nəfərlik otaq kahvaltı daxil minimum 250 TL-dən başlayır.Yerli insanlar bizə Ayvalıkda daha ucuza yer tapa biləcəyimizi dedilər və Ayvalıkda gecələmək qərarına gəldik. 2 nəfərlik otağa 100 TL ödəyərək qaldıq. Bir də Ayvalık mərkəzdə “Aresin yeri” adlı kahvaltısıyla məşhur butik cafe var, 2 nəfərlik serpme kahvaltıya 80 TL ödədik. Bir də Ayvalığın balıq yeməkləri ilə ən məhşur yeri “Tık Mustafanın yeri” adlı meyhane tipli restorandır, reserv etmədən yer tapmaq mümkün deyil. 2 nəfərlik 100-150 TL xərciniz çıxacaqdır. Aurası çox gözəldir, oxuyan kim oynayan kim. Cunda küçələrini 2 gün gəz-gəz doymadıq, amma ikinci günün sonunda İstanbula 120 TL-yə dönüş biletimizi (Uludağ otobüs firması) aldıq.Ayvalıkdan birbaşa İstanbula düşdük yollara. Bizi yeni bir ölkə, yeni səyahət macərası gözləyirdi çünki. Türkiyədə 4 gün üçün ümumi 120-150 Euro xərcimiz çıxdı 1 nəfərə. Montenegro və Albaniya haqqında ayrıca post paylaşacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova

1466 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!